Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Daranaq
DARANAQ - Arsakda məntəqə adı ("Albaniya tarixi"). == Toponimikası == Xristian dininin Albaniyada yayılması ilə əlaqədar olaraq Suriya dilində daira "kilsə", "monostır" (ərəb dilində - "kilsə", "məbəd") və fars dilində bir şeyin olduğunu bildirən naq şəkilçisindən ibarətdir. Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında Dizaqnaq (Yuxari Qarabagda Dizaq, əsli Ditzək mahal adı), YII əsrə aid mənbədə Ermənistanda Darnaq mahal adı ilə quruluşca eynidir. Darahir- Arsakda məntəqə adı. "Arsak vilayətinin Darahır kəndi" ("Albaniya tarixi", I kitab, 28-ci fəsil). Həmin mənbənin başqa yerində Dparahor kimidir. ("Albaniya tarixi" I kitab, 33-cü fəsil). Suriya dilində (Albaniyada xristianlığı Suriyanın mişeldxerləri təbliğ edirdilər) dairə "monostır", "kilsə" (ərəb dilində deyir sözü ilə mənaca eynidir) sözündəndir.
Daşınmaz əmlak
Daşınmaz əmlak — üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr. İnternetin inkişafı ilə birlikdə daşınmaz əmlak bazarıda saytlara daşınaraq onlayn xidmət göstərməyə başladı. == Haqqında == Qanunvericiliyə görə daşınmaz əmlak – üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına hədsiz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə göstərilən əsaslardan birinin olması yetərlidir. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; Qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Azərbaycanda 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); == Mülkiyyət müxtəlif şərhlərlə mürəkkəb bir hüquqi termindir == Müxtəlif hüquq normalarında, əhatə dairəsindən asılı olaraq, bu anlayış müxtəlif mənalarda istifadə edilə bilər. Kollektiv və tərkibində müxtəlifdir. Mülkiyyət ayrı bir şey kimi və ya maddi dəyərlərin müəyyən bir birləşməsi kimi qəbul edilə bilər. Başqa bir mənada, bu müddət mülkiyyət hüquqlarını da əhatə edə bilər . Vərəsəlik qanununda, "mülkiyyət" anlayışı yalnız maddi dünyanın və qanunun obyektlərini deyil, vəsiyyətçinin öhdəliklərini də əhatə edir. İndiyə qədər hüquqi ədəbiyyatda mülkiyyət haqqında vahid bir anlayış yoxdur.
Özünüzlə səslə danışmaq
Özünüzlə səslə danışmaq — insanın digər insanların yanında da daxil olmaqla, özü ilə ucadan danışdığı psixoloji vəziyyət. İnsanın özü ilə davamlı daxili ünsiyyətinin psixoloji prosesi ilə əlaqələndirilir. Özünüzlə yüksək səslə danışmaq şəxsiyyətin inkişafında müsbət rol oynayır. Bəzi insanlar bunu psixi pozuntu kimi qəbul edirlər, lakin öz-özünə danışmaq həmişə psixi pozuntunun əlaməti deyil. == Uşaqların öz-özünə danışmağı == 2-7 yaş arasında uşaqların öz-özünə danışdıqlarını müşahidə etmək olar. Onların danışıqları səsli olsa da, nə başqaları üçün nəzərdə tutulub, nə də onlara yönəlib. Tədqiqatçılar uşaqların öz-özü ilə danışmalarından istifadə etmələri ilə onların tapşırıqların icrası və nailiyyətləri arasında müsbət korrelyasiya olduğunu qeyd ediblər. Bu faktı daha əvvəl Vıqotski qeyd etmişdir. Uşaqlar məktəbə getdikdən sonra onların öz-özünə danışıqları azalır və “gizli” olur. == Özünüzlə yüksək səslə danışmağın koqnitiv əhəmiyyəti == Banqalor Universitetinin alimləri Mery–Beffa Paloma və Aleksander Kirkheim tədqiqatlar nəticəsində sübut ediblər ki, tapşırıqları yüksək səslə söyləmək onların icrasına nəzarəti yaxşılaşdırır..
Çarındağ
Çarındağ — Azərbaycan (Qəbələ rayonu) və Rusiyanın (Dağıstanın Doqquzpara rayonu) sərhədlərində yerləşən Baş Qafqaz silsiləsinin dağ zirvəsi. Hündürlüyü 4079,5 metrə bərabərdi. Azərbayacanın ən hündür altıncı zirvəsidi. == Coğrafi xüsusiyyətləri == Çarındağ Bazardüzü və Raqdan ilə birlikdə Baş Qafqaz silsiləsinin zirvələr sırasında durur. Dağın yamaclarında Çarun yaylası yerləşir. Dağın qolu 6 km uzunluğunda kanyon əmələ gətirib. Qoldan qərbdə uzunluğu 5 km bərabər olan Mullar kanyonu var. Kanyonda 7–8 m yıxılma yüksəkliyi olan iki şəlalə yerləşir.
Darıdağ
Darıdağ (içki) — Darıdağ (bulaq) — Darıdağ silsiləsi — Darıdağ — Culfa rayonu ərazisində dağ. Darıdağ — Cəbrayıl rayonunun cənub-qərb hissəsində dağ. Darıdağ — Gədəbəy rayonu ərazisində dağ.
Darıdağ (bulaq)
Darıdağ – Azərbaycan Respublikasının Culfa rayonunun Culfa şəhərindən şimal-şərqdə, Şorlu çay dərəsində mineral bulaq. == Ümumi məlumat == Dəniz səviyyəsindən 800–900 metr hündürrlükdə, Darıdağ mərgümüş yatağı yaxınlığındadır. Yüksək minerallaşmış, karbon qazlı suyunda mərgümüş vardır. Əsəb, dəri və digər xəstəliklərin müalicəsində istifadə edilir. Hidronim ərazidə yerləşən eyniadlı dağın adından almışdır. Güman edilir ki, toponimiyada Darı qobusu (İmişli), Darı dərəsi (Füzuli), Darı düzü (Oğuz), Darı yeri (Bərdə, İmişli, Laçın, Yevlax, Göyçay, Şəki) və digər mikrotoponimlər də daxil olmaqla darı komponentli toponimlər dənli bitki adı ilə ələqədardır, lakin dilimizdə "qumdaşı" , "suayrıcı, su bölünən yer" mənasında da darı sözü işlənir ki, bu da xüsusilə oronimlərə xas xüsusiyyətlərdir == Həmçinin bax == Darıdağ (içki) == Mənbə == Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.150.
Darıdağ (içki)
Darıdağ - Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də müxtəlif xəstəliklərin müalicəsi zamanı qəbul edilən təbii, müalicəvi mineral süfrə suyu. Bu suyun mənbəyi Naxçıvan Muxtar Respublikası Culfa şəhərindən 8,5 km şimalda, minerallaşmaya malik karbon qazlı, xlorlu-hidrokarbonatlı-natriumlu-mərgümüşlü sudur. Tərkibində bor, yod,brom, stronsium, litium vardır. Darıdağ suyu mədə-bağırsaq xəstəlikləri, ginekoloji xəstəliklər zamanı içilir. Periferik sinir sistemi xəstəlikləri zamanı vanna qəbul etmək üçün əvəzedilməz əhəmiyyətə malikdir.
Darıdağ silsiləsi
Darıdağ silsiləsi – Culfa rayonu ərazisində alçaqdağlıq silsilə. Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun uzaq cənub-qərb qurtaracağında yerləşir və yer səthində onun təbii davamı kimi çıxış edən müstəqil morfostruktur qalxıma cavab verir. Cənub-şərqdə Yaycı düzündən başlayaraq şimal-şimal-qərbə doğru Əlincəçayın sol sahilinədək 16 km məsafədə uzanır. Ən hündür zirvəsi Darıdağdır (1927,4 m). Silsilənin digər zirvələri Pilələr (1562,6 m), Şahqaraş (1430,6 m), Dikdaş (1411,0 m) və Kəsəndağdır (1102,1 m). Yamacları kəskin parçalanmış və sıldırımlıdır. Darıdağ mineral sular yatağı silsilənin cənub-şərqindədir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahında yerləşən və Üst Eosen, Oliqosen və Alt Miosen yaşlı çökmə və vulkanogen-çökmə süxurlardan təşkil olunmuş Darıdağ-Aza qalxımının mərkəzi hissəsinə uyğun gəlir və morfostruktur baxımdan suayırıcısı şimal-qərbə uzanan qırılma ilə pozulmuş antiklinal silsilə kimi səciyyələndirilir. DAĞÜSTÜ SİLSİLƏSİ – Culfa rayonu ərazisində Darıdağ silsiləsinin yerli əhali arasında işlədilən başqa adı.
Darina Qromova
Darina Alekseyevna Qromova (Dünyaya, "Əsas sərnişin" (rus. Главный пассажир) yazısı ilə tanındı) (26 dekabr 2014, Qatçina, Leninqrad vilayəti – 31 oktyabr 2015, Şimali Sina mühafəzəsi[d]) — Qatçina şəhərindən olan 10 aylıq qız. O, 2015-ci il 31 oktyabrda "Airbus 321" avialaynerinin "9268 Metrojet" reysinin Misirin Sinay yarımadasında qəzaya uğraması nəticəsində, valideynləri ilə birgə həlak olub. Darina Qromovanın anası, Tatyana Qromova tərəfindən "VKontaкte" (rus. ВКонтакте) sosial şəbəkəsinə "Əsas sərnişin" (rus. Главный пассажир) yazısı ilə yerləşdirilən foto, dünyanın bir çox KİV tərəfindən yayımlanıb və Rusiya tarixinin ən faciəvi təyyarə qəzasının bir növ rəmzinə çevrilib. == Həyatı və ölümü == Darina Qromova 2014-cü il 26 dekabrda Leninqrad vilayətinin Qatçina şəhərində anadan olub. Onun, valideynləri Aleksey (1988–2015) və Tatyana (1988–2015), "Resteq" Sərgi Birliyində çalışırdılar. Darina Qromova, 2015-ci il 15 oktyabrda valideynləri ilə birgə, Peterburq şəhərinin "Pulkovo" Beynəlxalq Hava Limanından Misirə səyahətə yollandı və oktyabrın 31-də, "Airbus 321" avialaynerinin "9268 Metrojet" reysi ilə vətənə, Rusiyaya qayıtmalı idi. Amma, təyyarə səmaya qalxdıqdan 23 dəqiqə sonra, Misirin Sinay yarımadasında faciəvi qəzaya uğradı və nəticədə, təyyarənin göyərtəsində olan 224 nəfər şərnişinin hamısı həlak oldu.
Darıdağ daş karxanası
Darıdağ daş karxanası —Aparılan araşdırmalar göstərir ki, Culfa rayonunun şimal-şərqində Darıdağ mineral su mənbəyinin yaxınlığında, təqribən 2 km aralıda, yolun sağ tərəfində daş-yonma mərkəzi fəaliyyət göstərmişdir. Ərazidə olan böyük daş ehtiyatları burada qədim zamanlardan daş-yonma sənətinin inkişafı üçün zəmin yaratmışdır. Təbii ki, bu daşlar dağın üstündə kəsilmiş və yonulub hamarlanaraq müxtəlif ölçüyə və formaya salınmışdır. Burada əsasən, sarımtıl və qırmızımtıl rəngli daş növündən istifadə edilmişdir. Mərkəz hazırda fəaliyyət göstərməsə də, orada indi də iş prosesində sıradan çıxmış və yaxud da keyfiyyəti ustanı təmin etmədiyindən işi yarımçıq qalmış çoxlu dəyirman daşları, sənduqə tipli qəbirüstü xatirə abidələri qalmışdır. Ərazidə dəyirman daşlarının və sənduqələr üçün materialın kəsilib çıxarıldığı yer aydın görünür. Burada olan daşlardan qoç abidələrinin düzəldilməsi üçün də istifadə edilmisdir. Qeyd etdiyimiz daş karxanasında sənduqə və qoç heykəli məzar daşları formaşında kəsilmiş, lakin tam yonulub düzədilməmiş, üzərində iş yarımçıq qalmış daşlar vardır. Darıdağ daş üzərində işləmə mərkəzinin geniş fəaliyyətindən və satış bazarının əhatəsindən bəhs edən AMEA-nın müxbir üzvü H.Səfərli yazır ki, burada nəinki Culfa ərazisindəki yaşayış məskənləri üçün abidələr hazırlanmış, həmçinin ətraf kəndlərdən də sifarişlər qəbul edilmiş və hazır material müxtəlif yerlərə aparılmışdır. Müəllif topladığı çöl materiallarına əsasən fikrinə davam edərək, daş karxanasının fəaliyyətinin XX yüzilliyin 60-cı illərinə qədər davam etdiyini göstərmişdir Darıdağ daş üzərində işləmə mərkəzi iki böyük hissəyə ayrılır.
Darıdağ mineral bulağı
Culfa rayonu ərazisində Culfa şəhərindən 8 km. şimal-şərqdə Darıdağın ətəyində, okean səviyyəsindən 900 m. yüksəklikdə 5 bulaqla 32 sayda mexaniki quyular vardır. Yer altından təzyiqlə çıxan mineral tərkibli termal (isti) sular karbonqazlı, mərgümüşlü (radiaktiv zəhərli maddədir), yüksək minerallaşmış xlorlu-hidrokarbonatlı-natriumludur. Yer altından təzyiqlə çıxan mineral tərkibli termal (isti) sular karbonqazlı, mərgümüşlü (radiaktiv zəhərli maddədir), yüksək minerallaşmış xlorlu-hidrokarbonatlı-natriumludur. Polşada “Kudova”, Fransada “Lua-Bulbul”, Almaniyada “Dürkgeym”, Rusiyada “Sineqorsk” (Saxalin) adları ilə tanınan mineral bulaqlar da bu su ilə oxşarlıq təşkil edir. Darıdağ mineral suyu tərkibindəki duzların çox olmasına görə yuxarıda adları çəkilən termal bulaqlardan fərqlidir. Bu mineral sudan istər soyuq istərsə də isti içmək zərərlidir. 1991-ci ildən ərazidə pullu xidmətli Darıdağ Balneoloji Müalicəxanası fəaliyyət göstərir. Müalicəxana 1978-ci ildən yaradılaraq orada ürək-damar xəstəlikləri, dayaq-hərəkət orqanları, periferik əsəb sistemi, dəri, kinekoloji və.s xəstələr vanna qəbul etməklə müalicə olunurlar.
Darıdağ mərgümüş yatağı
Darrıdağ mərgümüş yatağı — Naxçıvan MR-də, Culfa şəhərindən şimal-şərqdə, Darrıdağın qərb yamacında, eyniadlı mərgümüş-karbonatlı bulaqdan təqribən şimal-qərbdə yerləşən, sahəsinə görə Azərbaycanın ən iri mərgümüş yatağı. Filiz cismi Darrıdağ antiklinal qırışığını əmələ gətirən qum­daşlı-gilli paleosen çöküntülərində inkişaf etmiş qırılma pozulmaları ilə əla­qədədir. Əsas filiz mineralı realqar, sonra auripiqment, eyni zamanda, mel­ni­kovit, daha seyrək pirit, arsenopirit, qeyri-filizlərdən — kalsit, kvars, araqonit və gipsdir. Mərgümüşün miqdarı filizdə 1%-dən bir neçə 10% arasında dəyişir, lağım nümunələrində isə 50-60%-ə çatır. == Mənbə == Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
DİN-Darıdağ FK
"DİN-Darıdağ" — Naxçıvan Muxtar Respublikasının futbol klubu. Naxçıvan Muxtar Respublikasının futbol çempionatında iştirak edir.
Darıdağ Karbon Qazı Zavodu
Darıdağ Karbon Qazı Zavodu — Culfa şəhərinin 3 km-liyində, Culfa-Ordubad avtomobil yolunun solunda, Darıdağın ətəyində, Darıdağ mineral su mənbəyi ərazisindədir. == Haqqında == Əvvəllər Azərbaycan Respublikası Yeyinti Sənayesi Nazirliyinin nəzdində idi. Sonralar mineral su yatağının bazası əsasında karbon qazının alınması məqsədilə kəşfiyyat işləri aparılmış, 1977-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində zavod yaradılmışdır. Karbon qazından mineral suların və şampan içkilərinin qazlaşdırılmasında və digər sahələrdə istifadə olunurdu. 1970-ci illərdə zavodun istehsal gücü çox aşağı olmuşdur. Buna görə 1980-ci ildə həmin ərazidə sutkalıq istehsal gücü 30 ton olan və müasir tələblərə cavab verən yeni zavod tikilib istifadə verilmiş, Azərbaycan Mineral Sular və Naxçıvan Mineral Sular Birliyinin sərəncamına verilmişdir. == İstinadlar == == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.