DARILMAQ

f. Acığı tutmaq, hirslənmək, hiddətlənmək, hövsələdən çıxmaq.
[Şərifzadə] Mehribanı boşadığı üçün olduqca darılmış, Zeynalın belə yersiz hərəkətindən dolayı acıqlanmışdı. S.Hüseyn.
[Veys:] Paxıl oğlu, paxıl, – deyə Dövlətə darıldı. Ə.Əbülhəsən.
Sənsiz gördüm, mələklərə darıldım; Endim yerə, qədəminə sarıldım. Ə.Cavad.

// Ürəyi sıxılmaq, kədərlənmək, məyus olmaq, incimək.
[Heydər bəy:] Hacı, səfərdə adamın başına çox iş gələr, gərək darılmamaq, söyləmək vaxtı deyil, indi üstümüzə tökülərlər. M.F.Axundzadə.
Özünü toxtaq tut bir az; Düşəndə dar günə insan darılmaz. S.Vurğun.
Qaraş sıxılıb darılaraq divana oturub əvvəlcə heç kəslə danışmırdı. M.İbrahimov.

Синонимы

  • DARILMAQ darılmaq bax 1. hirslənmək; 2. darıxmaq 1
  • DARILMAQ kədərlənmək — məyuslaşmaq — incimək
  • DARILMAQ hirslənmək — hiddətlənmək

Антонимы

  • DARILMAQ DARILMAQ – SAKİTLƏŞMƏK Sənsiz gördüm, mələklərə darıldım; Endim yerə, qədəminə sarıldım (Ə.Cavad); Deyəsən, bu cavab anasının qəlbini bir az sakitləşd

Этимология

  • DARILMAQ dar sözündən daru (darı) feili əmələ gəlib. Həm də “qəzəblənmək” anlamını əks etdirib. Yum-şa-l-maq qəlibi üzrə darı-l-maq feili də yaranıb
DARILMA
DARIMAQ₂

Значение слова в других словарях

дисфу́нкция испани́стка неуходя́щий ортодокса́льный отвыка́ние перераспредели́ться подцеди́ться пря́ник флане́ль день-деньской заля́пывать на приме́те непостижи́мо огрузне́ть толка́тельница фрейди́стски этало́нный better-known castelet re-silver rep банковский подписаться порядочный регион