Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Amardlar
Amardlar və ya Mardlar- Xəzər dənizinin cənub sahilində yaşayan xalq idi ki Strabonda onlardan ad aparıb. Amardlar, arilərdən öncə bu məntəqədə yaşayırdılar.Herodot İran qəbilələrinin arasında "Mardlar"ında adın çəkib.
Dardanlar
Dardanlar və ya dardanlı (q.yun. Δαρδανίωνες, Δαρδάνιοι, Δάρδανοι, lat. Dardani) — qədim balkan xalqı. Əsasən müasir Kosovo və cənubi Serbiyanın ərazilərində məskunlaşmışdılar. Dardan dilində danışırdılar. Mövcud hipotezlərdən birinə görə dardanlar müasir albanların əcdadlarıdır. Qədim Yunan mifologiyasına görə Dardan (Δάρδανον) İllirikin oğullarından biri idi. Məhs Dardan dardanların eponim əcdadı hesab olunur (Δάρδανοι). Bir sıra roma etnoqrafları Balkan Dardanlarını və İliadada bilinən Dardanlarla, Troas xalqı ilə əlaqələndirmək istəyirlər. Onların eponim əcdadı Zevsin oğlu, başqa bir Dardan hesab olunurdu.
Darğalar
Darğalar — Azərbaycan Respublikasının Bərdə rayonunun Kələntərli inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Yaşayış məntəqəsini darğalar nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. Nəsil isə adını keçmişdə nəsli vəzifə sayılan "darğalıq"dan almışdır. Darğa/daruğa/daruğaçı (monqol. daruxu "sıxmaq", "daraltmaq", məcazi mənada "möhürləmək") orta əsrlərdə monqol istilasına məruz qalmış ölkələrdə, o cümlədən Azərbaycanda monqol xanının vergi toplayan və əhalini siyahıya alan nümayəndəsi, inzibati məmur olmuşdur. Əsasən hökmdar tərəfindən təyin edilən darğalar lazım gəldikdə yerli əhalidən yardımçı hərbi hissələr təşkil edir, asayişi qoruyurdular. Qızıl Ordada onlar baskak, bəzi şərq ölkələrində isə şəhnə adlanırdılar. Vəzifə adı kimi Darğaməlik (Ordubad r-nu) oykonimində saxlanılmışdır.
Daurlar
Dahurlar — Çin Xalq Respublikasında milli azlıq statusuna sahib 55 etnik qrupdan biri, monqol dilli xalq. Daur toplumunun necə formalaşdığı tam olaraq aydın deyil, belə ki, onların etnik mənşəyinə dair müxtəlif tədqiqatçı müəlliflər tarixən iki cür yanaşma formalaşdırıblar. Birinciyə görə daurlar kökən olaraq monqol mənşəlidir, ancaq sonradan güclü şəkildə tunqus-mancur təsirinə məruz qalmışdırlar. İkinciyə əsasən isə daurlar tunqus-mancur mənşəli qövm olmuş, ancaq 13-14-cü əsrdə monqol dilində danışmağa başlamışdırlar. Daurlar isə özlərini monqol dilli Kidan (Kitay və ya Xitay) xalqının birbaşa varisi hesab edirlər. Hazırda tədqiqatçıların çoxu daurları monqol kökənli hesab etməkdədir. Daurların ana dilində "Daur" sözü "əkinçi" mənasını verir. Bu ada ilk dəfə Min sülaləsinin Çində hakimiyyətdə olduğu dövrə (1368-1644) aid məxəzlərdə rast gəlinir. Ana dillərindən başqa Daurların əksəriyyəti çin və monqol dillərində, az bir qismi isə evenk, qazax və mancur dillərində danışa bilir. 1990-cı il siyahıyaalınması zamanı Çində daur dilində danışanların sayı 84.950 nəfər olmuşdur.
Dördlər
Dördlər (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Dördlər (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd. Dördlər (Boyat, Neftçala) — Azərbaycanın Neftçala rayonunda Boyat bələdiyyəsinin tərkibində kənd. Dördlər (Xol Qarabucaq, Neftçala) — Azərbaycanın Neftçala rayonunda Xol Qarabucaq bələdiyyəsinin tərkibində kənd.
Farslar
Farslar — əsasən İranda yaşayan xalq. Dünyada sayları 2013-cü ilə olan təxminə əsasən 83 milyondan çoxdur. Onlardan 59 milyonu İranda, qalanları Türkiyədə, BƏƏ-də, İraqda, Qətərdə, Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Kanadada, Fransada, Böyük Britaniyada, Küveytdə, İsveçdə və digər ölkələrdə yaşayırlar. Fars dilində danışırlar. Dindarların əksəriyyəti şiə, azlığı sünni, bəhai, zərdüşti və sairədir. Fars sözünə İlk dəfə e.ə. IX əsrə aid qədim Aşşur kitabələrində rast gəlinmişdir. Fars sözü qədim pəhləvi dilində "iti","cəld" anlamını ifadə edir. Farslar e.ə. II minillikdə Şərqi Avropa düzəngahlarından kütləvi şəkildə köç edərək Orta Asiyada, oradan da Fars körfəzinin şimal-şərq ərazilərdəki qədim yurdlarına qayıdaraq məskunlaşmışlar.
Karrlar
Karrlar və ya Şrattlar (rus. карры, ing. karren, clints) — çılpaq karst sahələri üçün səciyyəvi olan xırda relyef formaları, paralel sıralarla yerləşən dik yamaclı dərin qırışıq formasında (dərinliyi bir necə sm-dən 1–2 m-ə qədər). Əhəng daşlarının səthi ilə ayrı-ayrı şırnaq şəklində axan atmosfer sularının həlletmə fəaliyyəti nəticəsində yaranır.
Landlar
Landlar (fr. landes-xam yer) (rus. ланды, ing. landes) — bitki örtüyü həmişəyaşıl kolluqlar və otlarlardan ibarət olan, xam sahələrin landşaftı. Dar mənada Fransada Biskay körfəzi boyu ovalıqda alçaqboylu kserofil kollarla örtülmüş dyun sahələri.
Marşlar
Parflar
Parflar — Parflar mürəkkəb etnogenezisə mənsubdurlar. Antik dövrdə Mərkəzi Asiyanın çöllərində parf adlı tayfa köç edirdi. Bu tayfa bəzi qaynaqlarda Daxa adlanırdı. Təqribən eradan əvvəl III əsrdə bu tayfanın bəzi qolları daxlar adı altında birləşdilər. Daxların aparıcı tayfası parna adlanırdı. Parna tayfasından məşhur Parfiya şahları I Arsak və I Tiridat çıxmışdı. Parna sonralar üç qrupa bölündü: Parflar, Parslar, Martlar. I Arsak daxları birləşdirib əyləşdirdi. Onlar qədim İran qaynaqlarında Apartik adlanan ərazidə yerləşdilər. Əkinçiliklə məşğul olmağa başladılar.
Parslar
Parsilər (qucaratca: પાર્સી [pa:rsi:]) - Cənubi Asiyada (Hindistan və Pakistan) zərdüştilik dininə etiqat edən iran əsilli xalqdır. Parsilər zərdüştilik dininin adət-ənənələrini qoruyan iki əsas xalqdan (digəri gebrlər) biridir. "Parsi" sözü "Pars sakini" mənasını bildirir. Avropada parslar haqqında ilk məlumatlar fransız rahibi İordanın 1322-ci ildə Hindistanın Maharaştra ştatında yerləşən Thane və Qucarat ştatında yerləşən Bharuç şəhərlərinə səyahəti zamanı verilir. Zaman keçdikcə bu sözə fransız, portagizlər, ingilis və digər avropa dövlətlərinin səyyahlarının əsərlərində rast gəlinmişdi. Alman filoloqu olan Fridrix Şreder 1908-ci ildə dərc olunan qəzetlərin birində parsi nümayəndələrinin bir çoxunun Bakıda yaşadığını qeyd etmişdir. VII əsrdən etibarən indiki İran ərazisi Ərəbləri işğalı altında idi. İranlılar, ərəblərə qarşı uzun müddət qiyam qaldırdılar. Lakin bu cəhdlərinin müvəffəqiyyətsiz qalmasıyla bərabər, onlar ağır cizyə vergiləri ödəmək və ya İslam dininə keçmək məcburiyyətində qaldılar. Din dəyişdirmə yeni idarəçilərin son məqsədi idi və bu daha asan bir yol idi.
Qaralar
Azərbaycanda Qaralar (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qaralar (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Qaralar (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Qaralar (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Qaralar (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Yuxarı Qaralar — Azərbaycanın İmişli rayonunda kənd. Yeni Qaralar — Azərbaycanın Ağdərə rayonunda kənd. Qaralar — Oğuz rayonu ərazisində dağ. Ermənistanda Qaralar (Vedibasar) — Qərbi Azərbaycanın Vedibasar mahalında kənd. Qaralar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd.
Qurdlar
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Bəzi mənbələrə görə, qədim Türk xalqı, canavardan qorxduğu üçün, onun adını (Börü) çəkmək istəmirdilər. Bunun uğursuzluq gətirildiyinə inanırdılar. Bu səbəblə, ona kiçik bir həşəratın, soğulcanın adını — qurd adını qoydular. Beləcə, qorxusuz şəkildə onun adını səsləndirə bilirdilər.
Sartlar
Sart (özb. Savdogar) — Orta Asiyada köçərilərin və yarıköçərilərin oturaq, daha çox şəhər əhalisinə verdikləri ad. Sartlar ənənəvi olaraq ticarətlə və başqa şəhər peşələri, özbəkcə savdogarlıq, ilə məşğul olurdular. Sartlar əsasən Özbəkistanda və qismən Tacikistanda, Qızğızıstanda və Qazaxıstanın cənubi şəhərlərində yaşayırdılar. SSRİ vaxtında sartlar daha çox özbəklər kimi qeydiyatdan keçirdilər.
Sarılar
Sarılar (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Sarılar (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Sarılar yaşayış yeri – Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahbulaq kəndinin şimal qərbində arxeoloji abidə.
Yaralar
Yara — mexaniki təsirdən dəri və selikli qişaların, bədən boşluğunda yerləşən üzvlərin: ürək, ağciyər, qaraciyər, mədə-bağırsaq, böyrəklər, sidik kisəsi və s. tamlığının pozulmasıdır. Mexaniki zədə kəsici, deşici alətlərlə törənirsə və dəri tamlığı pozulursa, bu yaradır. Məsələn, qarına vurulan bıçaqla dəri tamlığı pozulur, mədənin divarında, qaraciyərin parenximasında yara törənir. Qarnın küt zədələnmələri zamanı dəri tamlığı pozulmur və yalnız dalağın zədələnməsi qanaxmaya səbəb olur, bu zaman söhbət yaradan deyil, dalağın cırılmasından getməlidir. Yaranın 3 əsas əlaməti vardır: ağrı, qanaxma, yara səthi. Yaralar əmələgəlmə səbəblərinə, toxumaların zədələnmə xüsusiyyətinə, infeksiyalaşma ehtimalına, yara kanalının bədən boşluqlarına münasibətinə və s. görə təsnif olunur. Əmələ gəlməsinə görə bütün yaralar 2 qrupa bölünür: məqsədyönlü və təsadüfi yaralar. Məqsədyönlü yaralar — özləri də 2 qrupa bölünür: tibbi və kriminal yaralar (müharibələr, qəsd, intiqam, intihar).
Parnlar
Parnlar (q.yun. Πάρνοι, Parnoi) və ya aparnlar (q.yun. Ἄπαρνοι, Aparnoi) — qədim şərqi İrandilli köçəri xalqı. Onlar daxlar ittifaqının, ehtimal olunur ki, massaget (skif) qrupuna mənsubdur. Parnlar qədim dövrdə Aralyanı və Mangistau çöllərindən Kopetdağın şimal yamaclarına qədər yayılan ərazidə yaşamışdılar.Xəzər dənizinin cənub-şərqində Oçus çayı ətrafında yaşayırdılar. Ehtimal olunur ki, onların ilkin vətəni digər skif tayfaları ilə birlikdə köçdükləri yerdən Rusiyanın cənubu ola bilər. Herodot, Strabon və bir çox başqa qədim müəlliflər parnlar haqqında məlumat vermişdilər. Onlar Qavqamela döyüşündə Əhəməni ordusunun bir hissəsi kimi xatırlanmışdılar. Tarixdə onlar Parfiya dövlətinin hakim Arşakilər sülaləsinin əcdadı Arşakın parnların sərkərdəsi olması ilə tanınırdılar. Arşakın Parfiya vilayətini ələ keçirdiyi zaman arxalandığı əsas qüvvə parnlar idi.
Xaldlar
Xaldlar (yun. Χάλδοι) —Tunc dövründə Qara dənizin cənub-şərqi sahillərində (indiki Türkiyə ərazisi) məskunlaşmış xalq. Eyni dövrdə dil baxımından onlara yaxın olan hattlar da onların yanında yaşayırdılar. Mesopotamiyada yaşamış xaldeylər ilə qohumluq məsələsi açıq qalır. Xaldların tarixi ilə bağlı əsas mənbələr Homer, Strabon və Ksenofonun əsərləridir. Qədim yunan müəllifləri dəmir döymə sənətinə ilk yiyələnmiş xalqlar sırasında qərbdə qonşuları olan xaliblər ilə yanaşı xaldların, mossiniklərin və tibarenlərin adını çəkmişdilər. Strabonun qeyd etdiyi kimi, "[...] xaldlar qədimdə xaliblər adlanırdılar". A. Saqonun fikrinə görə, xaldlar ölkəsi Arazın şimalında və əvvəllər Urartuya tabe olan torpaqlarda, xüsusən də Zivin çayı vadisi ərazisində, Qars ilə Tuşpa arasındakı yolda yerləşmiş ola bilərdi. Roma imperiyası dövründə xaldlar Pont vilayətinin bir hissəsi olan Pont Kappadokiyasında yaşayan xaliblərin bilavasitə qonşusu kimi xatırlanırdı. XX əsrin birinci yarısına aid elmi ədəbiyyatda xaldların urartuların ali tanrısı Xaldinin adını daşıyan tayfaların qalıqları olması ehtimalı dəfələrlə qeyd olunmuşdur, lakin sonradan bu fərziyyənin kökündən yanlış olduğu qəbul edilmişdir.
Daklar
Daklar, Daçiyalılar və ya Daçlar (İngiliscə tələffüz: [ˈdeɪʃənz]; Latınca: Daci, Yunanca: Δάκοι Δάοι, Δάκαι) — Tarakiyalılar ilə əlaqələrinin mövcudluğu bilinən, yaxud da Trakiyalılara mənsub olan qədim Hind-Avropa xalqı. Daklar Qara dənizin qərbindəki Karpat dağları ətrafında yerləşən Daçyan zonasının qədim sakinləridirlər. Bu əraziyə müasir Rumıniya və Moldova ərazilərindən əlavə olaraq, Ukraynanın bəzi hissələri, Şərqi Serbiya, Şimali Bolqarıstan, Slovakiya, Macarıstan və Cənubi Polşa da daxildir.
Danlar
Danlar və ya Datlar Danimarka sakinləridir. İngiliscə Danish öz dillərində isə Danskere kimi səslənir. German xalqlarından olan danlar xristiandırlar və lüterandırlar. Dünyada 6 milyondan çox insan dan dilində danışır.
Datlar
Danlar və ya Datlar Danimarka sakinləridir. İngiliscə Danish öz dillərində isə Danskere kimi səslənir. German xalqlarından olan danlar xristiandırlar və lüterandırlar. Dünyada 6 milyondan çox insan dan dilində danışır.
Daydar
Daydar-i Ülya (İcrud) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Daydar-e Sofla (İcrud) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd.
Sarlar
Sarlar (lat. Buteoninae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinə aid heyvan yarımfəsiləsi.
Vardar
Vardar (mak. Vardar, yun. Αξιός) — Makedoniyanın ən uzun, Yunanıstanın əsas çaylarından biri. Uzunluğu — 388 km, hövzəsi isə 24 438 км²-dir. Çayın mənbəyi Vrutok kəndi yaxınlığında yerləşir. Mənsəbinin hündürlüyü 683 metrdir. Vardar çayının hövzəsi demək olar ki, Makedoniya ərazisinin üçdə iki hissəsini əhatə edir. Vardar çayı demək olar ki, bütünlüklə dağlıq ərazidən axır. Çayın keçdiyi ərazilərdə ölkənin ən münbüt torpaqların yayılmışdır. Vardar sözünün dəqiq mənşəyi haqqında məlumat yoxdur.
Andlar
Andlar — şifahi poeziyanın arxaik janrlarından biridir. Şifahi poeziyanın ilkin janrlarından biri də andlardır. And qədim insanların müqəddəs hesab etdikləri varlıqlara inamı ilə yaranmışdır. Andiçmə müqəddəs hesab edilmiş, bir sıra xalqlarda andı pozmaq üstündə ən ağır cəzalar tətbiq edilmişdir. Hələ çox qədimlərdən anda inam qüvvətli olmuşdur. Əvvəllər insanın müxtəlif təsəvverləri ilə bağlı andlar yaranmışdır. İnsan yerə, göyə, suya, oda, Günəşə, Aya müqəddəs varlıq kimi baxmağa başladığı zamandan onun təsəvvürlərində və bədii yaradıcılığında ilk andlar yaranmışdır. "Ay haqqı", "Gün haqqı", "Torpaq haqqı", "Yer haqqı", "Göy haqqı", "İşıq haqqı", "Su haqqı" və s. Nisbətən sonralar insanların sitayiş etdikləri varlıqlara bərəkət və qüdsiyyətə andiçmə ənənəsi meydana gəlmişdir. "Duz haqqı", "Bərəkət haqqı", "Duz-çörək haqqı", "Çörək haqqı", "Un haqqı", "Nemət haqqı" və s.