Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Daqdalax
Daqdalax saxa Дагдалах — Laptevlər dənizinin Olyonekski körfəzi ərazisində yerləşir. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada ovalvari formaya malikdir. Ən hündür nöqtəsi 1 metrdir. Qərb hissəsini bataqlaşmış ərazilər, şərqi isə qumsallıqdır.
Qazalaq
Qazalaq — tək at qoşulan, yaylı, ikitəkərli at arabası. Tək at qoşulan bu nəqliyyat növü öz quruluşuna görə ikitəkərli at arabasına oxşasa da, ondan yaylı olması ilə fərqlənirdi. Qazalağın cardağı (banı) oxa bərkidilmir. Yayların ustundə dururdu. Onu cardağı dordbucaqlı idi. Taxtadan hazırlanmış cardaqda 4–5 adam otura bilirdi. Təkərləri "Bakı" və "Şamaxı" arabaların təkəri kimi diametrcə cox iri olurdu. Məlumatlara gorə, Azərbaycanda qazalaq ancaq Bakıda hazırlanmışdır. Toy mərasimlərində işlədilən qazalaqları bəzəmək məqsədilə onun yanlarından rəngbərəng xalcalar asılırdı. Sərnişinlərin rahatlığını təmin etmək ucun qazalağın icərisinə kicik doşəkcələr qoyulurdu.
Zazalar
Zazalar və ya Dımli - əsasən Türkiyədə , İranda , İraqda və Suriyada çox az sayda Azərbaycanda yaşayan xalq. Hazırda əsasən Türkiyədə (milliyyətçi zaza kəsiminin iddiasına əsasən Türkiyə əhalisinin 3,33%-i) , qismən İranda , İraqda və Suriyada , müəyyən səbəblərdən doğan miqrasiya nəticəsində isə az sayda toplumlar şəklində dünyanın bir çox ölkəsində məskunlaşmış zazaların sayına dair dəqiq statistik - elmi məlumatlar yoxdur . Milliyyətçi zaza qeyri-dövlət təşkilatlarının iddialarına görə dünya üzrə zazaların ümumi sayı 4 - 6 milyon nəfər civarındadır . Zazalar Türkiyədə türklərdən və kürdlərdən sonra ən böyük üçüncü etnik toplumu təşkil edirlər . Bingöl və Tunceli vilayətində əhalinin çoxluğunu təşkil etsələr də Türkiyənin digər vilayətlərində azlıqdadırlar . Zaza-Talış toplumu bir-biri ilə yaxın bir neçə qrupa etnik qrupa bölünür : Zaza Deylemi Çarojlar Dimili bacalan şəbək sarlı avroman Abas • Abdalan • Ağuçan • Alan • Ali • Ali Abas • Alxan • Alz • Arê • Aslan • Aşur • Az • Badil • Balaban • Balçık • Bali • Bamasur • Beyit • Bêx • Bêxtiyar • Bılêçık • Birm • Butk • Cafer • Çarek • Çekel • Çin • Demen • Derık • Dewrêscemal • Dersimli • Ferat • Fınd • Gınic • Gulabi • Hadik • Heciyan • Hemoçık • Hesn • Heyder • Heyr • Holik • Hoş • İbık • İksor • İzol • Karsan • Keçel • Kem • Khal • Khew • Khud • Khurêş • Kılawus • Kırdaşi • Kımsorçık • Kulik • Laçin • Lol • Nemremu • Nenik • Okçı • Phezgewr • Pilvank • Pirsultan • Qerebali • Qırğ • Qoçgiri • Reşık • Rut • Sandalan • Sarısaltuğ • Sefılçık • Semk • Sewdax • Seydan • Seydal • Seysabun • Seykemal • Sıl(êman) • Sis • Sur • Şad • Şawel • Şemk • Şêlm • Şêxmamed • Şeyx Hasanlı • Şırtık • Tanriverdi • Taw • Titenik • Usıv • Xıd • Xırançık • Xormeçık • Zeng • Zerkhewık • Zıkte Türkiyə Respublikasında Tunceli yaşayış məntəqəsinin keçmiş adı Dersim olmuşdur . Eyniadlı vilayətin əhalisinin əksəriyyətini hazırda zazalar təşkil edir . Vilayətdəki zaza əhalisi Şeyx Hasanlı və Dersimli tayfalarının ayrılıqda əmələ gətirdikləri tayfa konfederasyonunda birləşmişdir . Şeyx Hasanlı tayfası Oğuz türklərinin Bayat boyuna mənsubdurlar . XIII əsrdə Xorasandan köç edərək Andoluya gəlmiş öncə Malatyada sonralar isə indiki Tünceli (keçmiş Dersim) bölgəsində məskunlaşmışdırlar .
Qırmızı Damalar
Qırmızı Damalar (ing. Red Checkers) Yeni Zelandiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1967-ci ildə yaradılmışdır. 1973-cü ildə 1973-cü il neft böhranına görə ləğv olumuşdur. 1980-ci ildən yenidən qurulun qrupda PAC CT/4 Airtrainer təyyarələri istifadə olunmağa başladı. 2015-ci ildən Qara Şahinlər eskadaronu ilə əvəz olundu. 14 yanvar 2010 tarixində eskadronun lideri "Nick Cree" aviaşou zamanı təyyarənin yerə çırpılması nəticəsində həlak oldu. 1 mart 2010-cu il tarixində iki təyyarə təlim zamanı havada bir-birinə toxundu və təyyarələrdən biri kiçik zədə aldı. Həmin mövsüm komanda uçuşlar həyata keçirmədi.
Alalax dövləti
Alalax, şimal Levantın "Amuq" olaraq bilinən bir bölgəsində tapılan bir arxeoloji sahənin adıdır. Amuq, Aralıq dənizinin şimal-şərq küncünün yaxınlığında yerləşən geniş, məhsuldar bir vadidir. İçərisindən sel suları qalın bir allyuvium qatını çökdürən aşağı Orontes çayı axır. Amuq, Türkiyə Respublikasının Hatay vilayətinin bir hissəsidir. Cənub və şərqdə Suriya Ərəb Respublikası ilə həmsərhəddir. Amuq, bəlkə də tarixən, Roma imperatorluğunun ən böyük şəhərlərindən biri olan Orontesdəki (müasir Antakya) klassik Antropiya metropolinin şərqindəki daxili bölgə olaraq bilinir. Ancaq vadi ən azı eramızdan əvvəl 6000-ci ildən bəri sıx bir şəkildə işğal edilmişdir. Neolit ​​dövründən bəri bütün dövrlərə aid qədim yerlərin böyük konsentrasiyası onu arxeoloji araşdırmalar üçün cəlbedici bir bölgəyə çevirir. 1930-cu illərdə Chicago Universitetinin Şərq İnstitutu və İngilis arxeoloq Sir Leonard Woolley tərəfindən arxeoloji tədqiqatlar və qazıntılar aparıldı. Şərq İnstitutu 1995-ci ildə yeni arxeoloji layihələrə başlayaraq Amuqa qayıtdı.
Ümit Davala
Ümit Davala (30 iyul 1973, Manhaym, Baden-Vürtemberq) — Türkiyənin keçmiş milli futbolçusu və hazırkı məşqçisi. Davala 1996–2001-ci illər arasında "Qalatasaray"-da işlədiyi müddətdə 4 Super Liqa, 3 Türkiyə Kuboku, 1 UEFA Kuboku və 1 UEFA Super Kubokunun qalibi olub. Davala Türkiyə ilə beynəlxalq yarışlarda 41 oyun keçirib, 4 qol vurub. O, 2002-ci ildə FIFA Dünya Kubokunda bürünc medal qazanan Türkiyə yığmasının tərkibində yer alıb. Ümit Davala 1973-cü ildə Almaniyanın Manheym şəhərində anadan olub. Türkiyədə "Gənclərbirliyi", "Diyarbəkirspor" kimi komandalarda oynadıqdan sonra 1995–1996-cı il mövsümündə "Qalatasaray"a keçib. O, "sarı-qırmızılar"ın heyətində 4 dəfə Türkiyə çempionu, UEFA kuboku və Superkubokun qalibi olub. Sağ cinah yarımmüdafiəçisi qısa müddət İtaliyada "Milan" və "İnter"də oynadıqdan sonra Almaniyanın "Verder" klubuna transfer olub. 2003-cü ildə "Verder"in heyətində Almaniya çempionluğunu qazanıb. Üç il sonra isə o, futbolçu karyerasına son qoyub.
Hibbsin fazalar qaydası
Hibbsin fazalar qaydası — ilk dəfə fazalar qaydası adı ilə 1876-cı ildə amerika alimi V.Hibbs tərəfindən verilmişdi. == İzahı == Tarazılıq halında olan sistemdə fazalar sayı (F), sərbəstlik dərəcəsi (S) və asılı olmayan komponentlər sayı (K) bir-biri ilə aşağıdakı sadə nisbət üzrə əlaqədardır: S+F=K+2 asılılığından sərbəstlik dərəcəsinin sayı tapılarkən, komponentlər sayından fazalar sayı çıxılır və alınan fərqin üzərinə 2 gəlinir. S=K-F+2 fazalar qaydasına əsasən sistemlərin komponentlər sayına, fazalar sayına və sərbəstlik dərəcəsi sayına görə müəyyən təsnifatı mövcuddur. Birkomponentli sistem üçün (K=1) yuxarıda göstərilən bərabərlik belə şəkil alır: S=3-F fazalar sayı da bir olduqda sistem ikivariantlı, yəni sərbəstlik dərəcəsinin sayı 2-yə bərabər olur. Sərbəstlik S=3–1=2 dərəcəsinin 2 olması o deməkdir ki, müəyyən həddə cictemin halını müəyyən edən parametrlərdən ikisi, məsələn təzyiq və temperatur dəyişdirilərsə, sistemin halı dəyişmir. sistemdə fazalar sayı vahiddən az ola bilmədiyindən, birkomponenetli sistem bundan artıq sərbəstlik dərəcəsi sayına malik ola bilməz. Belə sistemə misal buz, maye, su və ya su buxarı ola bilər. İki faza arasındakı tarazılıq halında sistem birvariantlıdır: S=3–2=1 Bunun misalı buz↔su, su↔buxar və ya buz↔buxar sistemləri ola bikər. Üç faza arasındakı tarazılıq halında sistem variantsızdır (nonvariantdır): S=3–3=0 bu hala misal müvazinətdə olan buz↔su↔su buxarı ola bilər. Sərbəstlik dərəcəsinin sıfra bərabər olması o deməkdir ki, sistemin heç bir parametri dəyişdirilə bilməz.
Qoldşmidtin fazalar qaydası
Qoldşmidtin fazalar qaydası - tarazlıq vəziyyətində eyni vaxtda mövcud olan mineralların sayı ilə süxuru təşkil edən sərbəst komponentlərin sayı arasında asılılıq qanunauyğunluğu. Qoldşmidtin fazalar qaydası qısa ifadəsi belədir: "İstənilən təzyiq və temperaturda n sayda komponentdən n-dən artıq mineral sabit müvazinət halında birgə mövcud ola bilməz". Qoldşmidt bu qaydanı qapalı sistemlərə aid etmişdir. Mineral Süxur Təzyiq Temperatur Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Azalan gəlirlər qanunu
Azalan gəlirlər qanunu, və ya azalan gəlirlər, — istehsal amillərindən birinin (torpaq, əmək, kapital) müəyyən dəyərlərdən yuxarı artmasının gəlirin (nəticənin) getdikcə daha az miqdarda, yəni gəlirin artım sürətinin artmasına səbəb olduğunu bildirən iqtisadi qanun. (nəticə) istehsal amilinin artım tempindən azdır. Azalan gəlir qanunu istehsal xərcləri ilə məhsul arasındakı əlaqəni müəyyən edir. Başqa sözlə desək, azalan gəlir qanunu əlavə məhsul istehsalı ilə bir istehsal amilinin dəyişməsi arasındakı əlaqəni əks etdirir, digər amillərin həcmi isə sabit qalır. == Mahiyyəti == Gəlirlərin azalması qanununun mənasının izahı aşağıdakı kimi ola bilər: bir amilin (əməyin) əlavə tətbiq olunan məsrəfləri digər amilin (torpaq) sabit miqdarı ilə birləşdirilir. Nəticə etibarı ilə, yeni əlavə xərclər getdikcə daha kiçik həcmdə əlavə məhsul istehsal edir. Məsələn, kargüzarların işlədiyi bir ofisiniz var. Zaman keçdikcə binaların ölçüsünü artırmadan məmurların sayını artırsanız, onlar bir-birinin yolunu tutacaq və ola bilsin ki, xərclər gəlirdən çox olacaq. == Dəyişən amillər == Bir Gəlirlərin azalması qanunu yalnız istehsalın bir amili (və ya bir neçə amili) dəyişdikdə, qalanları isə dəyişməz qaldıqda etibarlıdır. Əgər, əməyin miqdarı dəyişərsə, o zaman torpağın miqdarı sabitdir.