Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
ADP
Azərbaycan Demokrat Partiyası — Azərbaycanda fəaliyyət göstərən siyasi partiya. Adenozin difosfat — kimyəvi maddə.
DADP
Milli Həmrəylik Partiyası və ya qısaca MHP — 1992-ci ildə Demokratik Azərbaycan Dünyası Partiyası adı ilə Məmməd Əlizadə tərəfindən yaradılan, 2020-ci ildə adı Milli Həmrəylik Partiyası olaraq dəyişdirilən, 2023-cü ildə özünü buraxmış siyasi partiya. Sədri Əlisahib Hüseynovdur. == Tarixçə == === Demokratik Azərbaycan Dünyası Partiyası (1992–2020) === 2008-ci ilin sentyabr ayının 23-də Böyük Millət Partiyası DADP-a birləşmiş, BMP sədri Samir Adıgözəlli DADP sədr müavini təyin edilmişdir, lakin 2009-cu ildə partiya daxili münasibətlər gərginləşmiş, Samir Adıgözəlli istefa verərək BMP-ni bərpa edib. 2013-cü ildə prezident seçkilərində namizəd qalmaqalı səbəbilə növbədənkənar qurultay keçirilmiş və bu qurultay partiyanı iki qola bölmüşdür : Fatma Əliyeva sədrliyində Əlisahib Hüseynov sədrliyində 2014-cü ildə Fatma Əliyevanın sədrlik etdiyi qol dağılmış və üzvləri Əlisahib Hüseynovun sədrlik etdiyi partiyaya birləşmişdir. === Milli Həmrəylik Partiyası (2020–2023) === 23 avqust 2020-ci il tarixində DADP-ın VI (onlayn) qurultayında partiyanın adı Milli Həmrəylik Partiyası olaraq dəyişdirildi. Partiya sədri isə yenidən Əlisahib Hüseynov seçildi. 9 iyun 2023-cü il tarixində Milli Həmrəylik Partiyası özünü buraxdığı haqda bəyanat yaymışdır. == Rəhbərlik == Partiyanın qurucusu və ilk sədri Məmməd Əlizadə olmuşdur. Məmməd Əlizadə 22 iyun 2012-ci ildə vəzifəsindən istefa vermiş, sədr səlahiyyətləri isə müvəqqəti olaraq Mirkazım Seyidova həvalə olunmuşdur. Mirkazım Seyidov 15 gün partiyaya sədrlik etmişdir.
DDT
DSP
Demokratik Sol Partisi (Demokratik Sol Partiyası, DSP), Türkiyə Respublikasındakı siyasi partiyalardan biridir. Hal-hazırda Önder Aksakal partiyanın başındadır. Partiya Türkiyənin keçmiş baş nazirlerinden Bülent Ecevitin həyat yoldaşı Rahşan Ecevit tərəfindən 14 noyabr 1985 tarixində qurulub. Partiyanın ideolojisi demoktratik soldur.
DYP
Baş Dövlət Yol Polisi İdarəsi
DİP
Demokratik İslahatlar Partiyası və ya qısaca DİP — Asim Mollazadə tərəfindən qurulan və 2005-ci il avqustun 12-də dövlət qeydiyyatına alınan siyasi partiya. 2005–2019-cu illərdə Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası (ADİSP) adlanmışdır. DİP 2005-ci ildən Milli Məclisdə təmsil olunur. == Tarixi == 2000–2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) Milli Məclisdə təmsil edən, 1995-ci ildən isə AXCP sədrinin müavini olan Asim Mollazadənin 2005-ci ildə AXCP-dən istefa verməsindən sonra o, 2005-ci il iyunun 5-də Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİSP) qurduğunu bildirdi. Həmin gün baş tutan I Qurultayda Asim Mollazadə ADİSP sədri seçildi. Keçmiş AXCP üzvləri tərəfindən qurulan ADİSP 2005-ci il avqustun 12-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.[mənbə göstərin] ADİSP 2005-ci il noyabrın 7-də baş tutan Parlament seçimlərində on dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və Milli Məclisə seçildi. ADİSP 2010-cu il noyabrın 6-da baş tutan Parlament seçimlərində dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və növbəti dəfə Milli Məclisə seçildi. ADİSP həmin seçkilərdə 5 555 səs (0.24%) topladı.
HDP
Xalqların Demokratik Partiyası (türk. Halkların Demokratik Partisi; kürd. Partiya Demokratîk a Gelan) — 15 oktyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiyadır. Partiyanın nizamnaməsinə görə, onun rəsmi abbreviaturası "HDP"dir. Onun simvolu gövdə hissəsi iki əldən ibarət olan ağac təsviridir. Partiya həmsədrləri Sultan Özcan və Cahit Kırkazakdır. Yavuz Önen və Fatma Gök tərəfindən Xalqların Demokratik Qurultayının parlamentdə siyasi partiya ilə təmsil olunması qərarı ilə təsis edilib. 27 oktyabr 2013-cü il tarixində keçirilən 1-ci Fövqəladə Baş Assambleyada İstanbul millət vəkili Səbahat Tuncel və Mersin Millət vəkili Ərtoğrul Kürkçü həmsədr təyin edildi. 22 iyun 2014-cü il tarixində toplanan 2-ci Fövqəladə Qurultayda HDP həmsədrləri Van milləy vəkili Figən Yüksəkdağ və Hakkari millət vəkili Səlahəddin Dəmirtaşın üzərinə götürdü. 3 fevral 2017-ci ildə çağırılan 3-cü Fövqəladə Qurultayda Figən Yüksəkdağın mühakimə olunduğu üçün siyasi hüquqlarından məhrum edilməsindən sonra Sərpil Kemalbay Pekgözegü həmsədrliyi Səlahəddin Dəmirtaşla paylaşdı.
DBP
Demokratik Bölgələr Partiyası (türk. Demokratik Bölgeler Partisi, DBP; kürd. Partiya Herêman a Demokratîk, PHD) — Türkiyədə kürd siyasi partiyası. Azlıqların hüquqlarını müdafiə edən Xalqların Demokratik Partiyası (HDP) DBP-nin qardaş partiyası kimi çıxış edir. == Tarixi == 2014-cü il bələdiyyə seçkilərindən sonra Xalqların Demokratik Partiyası və kürd tərəfdarı Sülh və Demokratiya Partiyası (BDP) yenidən ortaq bir quruluşda təşkil olunmuşdur. 28 aprel 2014-cü ildə BDP-nin bütün parlament heyəti HDP-yə qoşulmuş, BDP isə yalnız yerli idarəetmə səviyyəsində təmsilçilərə təyin edilmişdir. BDP-nin ana partiyası HDP-dən fərqli olaraq, PKK ilə daha yaxın əlaqələrinin olduğu iddia edilmişdir.
Dop sülaləsi
Dop sülaləsi, Dəfnə sülaləsi və ya Dopyanlar (erm. Դոփյաններ, Դաւփեանք) – XII – XVI əsrlərdə Xaçında hakimiyyətdə olmuş knyaz sülaləsi. Dop sülaləsinin nümayəndələri Yuxarı Xaçın və Zod ərazisinin hakimləri olmuşlar. == Tarixi == Dop sülaləsi adını Yuxarı Xaçın knyazı I Həsənin xanımı Dop xatunun (Դաւփ – Dop Dəfnə adının erməni dilinə uyğunlaşdırılmış formasıdır.) adından almışdır. Dop özü isə Sarkis Zaxari-Dolqaruki və Saakanduxt Artsruninin qızı olmuşdur. Əri I Həsənin ölümündən sonra Dop xatun Yuxarı Xaçının (Zar) hakimi olmuşdur. Bu tarixdən sonra Yuxarı Xaçının hakim sülaləsi Dop sülaləsi (Dopyanlar) adlanmışdır ki, bu dünya tarixində qadın adı ilə adlandırılmış çox az sülalələrdən biridir. Dop sülaləsi çiçəklənmə dövrünü XIII əsrdə — Qafqazda monqol hökmranlığı dövründə yaşamışdır. I Həsən və Dop xatunun oğlu I Qriqor Dop və Saak Sevadanın oğlu birlikdə monqol sərkərdəsi Baycu noyonun Mesopotamiya yürüşündə (1242–1243) iştirak etmişdi. Sülalənin ən məşhur knyazları II Həsən, II Qriqor və III Həsən hesab olunur.
DDT (qrup)
DDT (rus. ДДТ) — 1980-ci illərdən fəaliyyət göstərən sovet rok-qrupudur. == Qrupun tarixi == "DDT" rok qrupu 1980-ci ildə yaradılıb.
.dd
.dd — Keçmiş Almaniya Demokratik Respublikasının İnternet kodu. == Xarici keçidlər == "Toplevel-Domain DDR?". 1998-07-21. Usenet: [email protected]. İstifadə tarixi: 2012-06-12.
II Qriqor Dop
II Qriqor (doğum tarixi bilinmir – 1331) – 1287 – ci ildən hakimiyyətdə olmuş Xaçın knyazı. II Qriqorun hakimiyyəti əsasən Yuxarı Xaçın ərazisini əhatə etmişdi. Tərsaiç Orbeli və Həsən Cəlalın qızı Minaxatunun qızı olan Aspa xatunla evlənmişdi. Mənbələrdə II Qriqor “Kiçik Sünikin, Xandaberd, Akna, yüksək Qeqam dağlarının Sotkdan Şoxaqa qədər ərazilərin hakimi” adlanıdırılır. II Qriqordan sonra Yuxarı Xaçında haökmdar hakimiyyəti ləğv edilmiş və Yuxarı xaçın Həsən Cəlalyanlar sülaləsinin idarə etdiyi Aşağı Xaçına birləşdirilmişdir.
I Qriqor Dop
I Qriqor Dop, Qriqor Xaçınlı (bilinmir – 1387) – XIII əsrdə Xaçın knyazı. Hakimiyyətinə Yuxarı Xaçın ərazisi daxil idi. I Həsən və Dəfnə xatunun övladı olmuşdur. Həsən Cəlalın xalası oğludur. I Qriqor Dop oğlu Saak Sevada ilə birgə monqol sərkərdəsi Baycu noyonun Mesopatamiya səfərində (1242–1243) iştirak etmişdir. Özündən sonra hakimiyyətə oğlu Həsən gəlmişdir. Digər oğlu Hovannes isə monax həyatını seçərək monastırda qulluğa başlamışdır. I Qriqor Dopun adı ilk dəfə 1220-ci ildə Hədəvəng monastırının kitabələrindən birində xatırlanır. Onun adından yazılmış və monqolların İran, Ermənistan və Xaçını ələ keçirməsi ilə başa çatan kiçik bir "Xronoqrafiya " dövrümüzə çatmışdır.
DP-28
Degtyaryov pulemyotu (abr DP, ru: Ручной пулемёт Дегтярёвa Пехотный / Ruchnoy Pulemyot Degtyaryova Pekhotny), 1928-ci ildə SSRİ-də Vasily Degtyaryov tərəfindən hazırlanmış yüngül pulemyotdur. 1928-ci ildən 1960-cı ilə qədər istifadə edilmişdir. 7.62x54mm çapında güllələrdən istifadə edirdi. İstifadəsi çox asan və istehsalı da çox ucuz idi. Ən vacib xüsusiyyəti AK-47 kimi çirkə və palçığa qarşı müqaviməti olduqca güclü olub, hər cür iqlimdə istifadəsinin mümkünlüyü idi. Aparılmış testlər zamanı lüləsinin yanmasına baxmayaraq 500 mərmi ata bilməsi müəyyənləşdirilmişdir.
TCP və UDP port nömrələrinin siyahısı
TCP və UDP port nömrələrinin siyahısı — Bu, şəbəkə tətbiqlərinin işləməsi üçün protokolların istifadə edildiyi TCP və UDP port nömrələrinin siyahısıdır. TCP və UDP-nin iki istiqamətli trafik üçün yalnız bir porta ehtiyacı var. Əgər varsa, müvafiq TCP və ya UDP tətbiqinin xidmətlərinə uyğun port nömrələrindən istifadə edirlər. İnternet Təyin edilmiş Nömrələr Təşkilatı (IANA), xüsusi istifadə üçün liman nömrələrinin rəsmi təyinatlarının saxlanmasından məsuldur. Bununla birlikdə, həm tanınmış, həm də qeydiyyatdan keçmiş liman nömrələrinin bir çox qeyri-rəsmi istifadəsi praktikada baş verir. Eynilə, bir çox rəsmi tapşırıq heç vaxt istifadə edilməyən və ya artıq istifadə edilməyən protokollara aiddir.
3DO
3DO Interactive Multiplayer (və ya sadəcə 3DO) — 1993–1996-cı illərdə "Panasonic", "Sanyo", "Creative Technology" və "GoldStar" tərəfindən istehsal edilmiş videooyun konsolu. Konsol "The 3DO Company" şirkətinin texniki tələbləri əsasında istehsal olunmuşdur və ilk növbədə "New Technologies Group" işçiləri olan Deyv Nidl ilə Robert Cey Mikal tərəfindən tərtib edilmişdir. Konsolun yaradılması ideyası "Electronic Arts" korporasiyasının qurucusu Trip Hokinsə məxsusdur. Fəal marketinq kampaniyası və yeni texnologiyaların istifadəsinə baxmayaraq, konsolun qiyməti, "Sega" və "Nintendo" kimi nəhəng şirkətlərin fəaliyyəti və konsol bazarının həddən artıq məhsulla təmin olunması onun uğursuz olmasına gətirib çıxarmışdır. == Modellər == Panasonic FZ-1 R.E.A.L. 3DO Interactive Multiplayer. Panasonic FZ-10 R.E.A.L. 3DO Interactive Multiplayer. Goldstar 3DO Interactive Multiplayer. Goldstar 3DO ALIVE II . Sanyo TRY 3DO Interactive Multiplayer. Creative 3DO BLASTER. Panasonic ROBO Hotel Unit.
3GP
*.3GP — multimedia fayl formatı, Üçüncü Nəsil Əməkdaşlıq layihəsiylə (ing. Third Generation Partnership Project (3GPP) müəyyən edilən 3G UMTS multimedia xidmətləri üçün fəaliyyət göstərən fayl tipi. Müasir mobil telefonlar (3G texnologiyasından asılı olmayaraq) .3GP formatında audio və video baxış funksiyalarına malikdir. 3G2 (3GPP2-in fayl formatı) — 3G CDMA2000 multimedia xidmətləri üçün 3GPP2 müəyyən edilən multimedia fayl tipi. 3GP fayl formatına çox oxşardır, amma 3GP-la müqayisədə bəzi genişlənmələrə və məhdudiyyətlərə malikdir. Bu format — ISO 14496-1 Media Format-ın sadələşdirilmiş versiyasıdır. QuickTime-də istifadə edilən MOV fayl tipinə oxşardır. 3GP videonu MPEG-4 və ya H.263 kimi saxlayır. Audio AMR-NB və ya AAC-LC formatlarında qeyd olunur. 3GP-da hazır videoçarxlar başqa formatlarda analoji video ilə müqayisədə kiçik ölçüyə malikdir.
4DX
4DX — Cənubi Koreya kinoteatrlar şəbəkəsi CJ CGV-nin törəmə şirkəti olan CJ 4DPlex tərəfindən hazırlanmış 4D film formatı. Bu, filmləri hərəkətli oturacaqlar, külək, strob işıqları, simulyasiya edilmiş qar və qoxular da daxil olmaqla müxtəlif praktik effektlərlə genişlətməyə imkan verir. İlk dəfə 2009-cu ildə bazara çıxarılan bu sistem, filmləri Stereoskopik 3D, həm də Monoskopik 2D formatlarında təqdim edir.
ADDA
Azərbaycan Dövlət Dəniz Akademiyası — Heydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan, dövlət ali təhsil müəssisəsi. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) strukturuna daxildir. Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli, 197 nömrəli qərarı ilə Elm və Təhsil Nazirliyinin Dəniz Balıq Sənayesi Kolleci “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib və Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Dənizçilik Kolleci adlandırılıb. == Haqqında == Heydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı. Diplomu dünyanın 170-dən çox ölkəsi tərəfindən tanınan Akademiya bu gün Beynəlxalq Dənizçilik Ali Məktəbləri Assosiasiyasının, Sankt-Peterburq şəhərindəki admiral S.O.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti yanında fəaliyyət göstərən MDB ölkələrinin dənizçilik ali məktəblərinin Tədris-Metodiki Şurasının üzvüdür, Xəzəryanı dövlətlərin Ali Məktəbləri Assosiasiyasının fəal iştirakçısı və dünyanın 11 ölkəsinin 18 universiteti ilə ikitərəfli əməkdaşlıq edən ali təhsil müəssisəsidir. Akademiya Rusiyanın admiral S.O. Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti, Həştərxan Dövlət Texniki Universiteti, F.F. Uşakov adına Novorossiysk Dövlət Dəniz Universiteti, Nevelski adına Dövlət Dəniz Universiteti, Polşanın Şetsin Dəniz Akademiyası, Latviya Dəniz Akademiyası, Estoniya Dəniz Akademiyası TTU, Çernoqoriyanın Monteneqro Dövlət Universiteti, Bolqarıstanın Varna Texniki Universiteti, Ukraynanın Admiral Makarov adına Milli Gəmiqayırma Universiteti, Getman Petr Konaşeviç-Saqaydaçnı adına Kiyev Dövlət Su Nəqliyyatı Akademiyası, Odessa Milli Dəniz Universiteti, Qazaxıstanın Ş. Esenov adına Kaspiysk Dövlət Texnologiya və Mühəndislik Universiteti, Gürcüstanın Batumi Dəniz Akademiyası və Batumi Naviqasiya Tədris Universiteti, Litvanın Klaypeda Universiteti, Türkiyənin İstanbul Texniki Universiteti kimi Ali Təhsil Müəssisələri ilə aktiv əməkdaşlıq edir. Eyni zamanda, ADDA Litvanın İnformacine Raida və Türkiyənin “Turksen Eğitim Ltd” beynəlxalq şirkətləri ilə sıx əlaqələr qurub. Akademiya 2002-ci ilin oktyabrından etibarən davamlı olaraq dənizçi mütəxəssislərin hazırlanması sahəsində keyfiyyətin menecmenti sistemi üzrə İSO 9001:2000 Beynəlxalq standartı ilə işləyib və 2010-cu ildən Akademiyada İSO 9001:2008 keyfiyyətin menecmenti sistemi tətbiq edilib. 2018-ci ilin fevral ayından Akademiya keyfiyyətin menecmenti sisteminin İSO 9001:2015 standartının yeni sertifikatı ilə işləyir. 2016-cı ilin fevralından dünyanın nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun (ABŞ) TTM-də apardığı beynəlxalq auditin nəticələri əsasında ABŞ-nin “Tədris müəssisələrinin və təlim kurslarının sertifikatlaşdırılması üzrə standartları”na uyğunluğu təsdiqlənib və beləcə Akademiya 2016-cı ildə ABŞ-nin uyğunluq sertifikatını əldə edib.
ADDY
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti — Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılıb. "Azərbaycan Dəmir Yolları" QSC Azərbaycanın dəmir yolu nəqliyyatı üzrə əsas daşıma operatorudur və bu sahədə digər xidmətlərə olan tələbatı təmin edən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, dəmir yollarında hərəkətin idarə edilməsi fəaliyyətini həyata keçirən iri dövlət şirkətidir. Ümumilikdə isə Azərbaycanın dəmir yolları böyük və zəngin tarixə malikdir. İlk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları ölkənin iqtisadiyyatında, mədəniyyətində, əhalinin gündəlik həyatında önəmli rol oynamaqda davam edir. "Azərbaycan Dəmir Yolları" QSC-nin inzibati binası Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230 ünvanında yerləşir. == Azərbaycanda dəmiryolu tarixi == === 1878–1917 === Azərbaycanda ilk dəmir yollarının çəkilişinə XIX əsrin 70-ci illərindən başlanmışdır. 1878-ci ildə Bakı şəhərini neft mədənləri və neft korpusu iə birləşdirən 25,2 verst uzunluğundakı dəmir yolu xəttinin inşasına icazə verildi. "Neft sahəsi" adını alan bu xətlərin tikinitisi 1879-cu ilin sonunda başa çatdırıldı. Və rəsmən 1880-ci ilin 20 yanvarında istismara verildi. 1879-cu ilin 22 dekabrında Cənubi Qafqaz dəmir yolu hissəsinin Bakı-Tiflis dəmiryol magistralının çəkilişinə icazə verildi.
ADF
Azərbaycan Demokrat Firqəsi (fars. حکومت ملی آذربایجان‎, rus. Азербайджанское народное правительство) — 1945-ci ilin noyabr ayında SSRİ-nin dəstəyi ilə İranın Şərqi Azərbaycan ostanında yaradılmış Azərbaycan dövləti. ADF-nin rəhbəri Seyid Cəfər Pişəvəri olmuşdur. Azərbaycan Demokrat Firqəsi SSRİ-nin dəstəyini cəkməsi nəticəsində dağılmışdır. == ADF ilə Mahabad Cümhuriyyət arasında olan münasibətlər == 3 may, 1946-cı ildə Azərbaycan Demokrat Firqəsi ilə Mahabad Cümhuriyyəti arasında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən: Hər iki tərəf bir-birlərinə nümayəndə göndərməli və münasibətlərin inkişaf etməsinə zəmin yaratmalı idilər. Hər iki hökumətin nümayəndələrinin iştirakı ilə iqtisadi şura yaradılmalı və iqtisadi məsələlər müzakirə etməli idi. Lazım olanda hər iki hökumət bir-birlərinə hərbi yardım göstərməli idilər. Azərbaycan Demokrat Firqəsində kürdlərin yaşadığı ərazilərdə kürd, Mahabad Cümhuriyyətində isə Azərbaycanlıların yaşadığı ərazilərdə Azərbaycanlı millət vəkili seçilməli və öz xalqını təmsil etməli idi.
ADMP
Azərbaycan Demokratik Maarifçilik Partiyası və ya qısaca ADMP — Məmmədhənifə Musayev tərəfindən qurulan və 1995-ci il avqustun 4-də dövlət qeydiyyatına alınan siyasi partiya. ADMP 1995–2000-ci illərdə və 2015-ci ildən Milli Məclisdə təmsil olunur. ADMP sədri 1995–2004-cü illərdə Məmmədhənifə Musayev olub, 2004-cü ildən isə sədr onun oğlu Elşən Musayevdir. == Tarixi == Məmmədhənifə Musayevin qurucusu olduğu Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) 1995-ci il avqustun 4-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı. Yeni qurulan ADMP üç ay sonra, 1995-ci ildə baş tutan Parlament seçimlərində mübarizə apardı. Nəticədə ADMP üzvü v ə partiya katibi Babaxan Muradov qalib gəldi və Milli Məclisin deputatı seçildi. Daha sonra ADMP 2000-ci il noyabrın 11-də baş tutan Parlament seçimlərində mübarizə apardı, amma Milli Məclisdə təmsil olunmaq hüququ qazana bilmədi. ADMP sədri Məmmədhənifə Musayevin 2004-cü ildə vəfat etməsindən sonra onun oğlu, Elşən Musayev ADMP sədri oldu. ADMP 2005-ci il noyabrın 6-da baş tutan Parlament seçimlərində mübarizə apardı, amma növbəti dəfə Milli Məclisdə təmsil olunmaq hüququ qazana bilmədi. Daha sonra ADMP 2010-cu il noyabrın 7-də baş tutan Parlament seçimlərində də mübarizə apardı.
ADPU
Azərbaycan Dövlət Pedaqoji Universiteti və ya qısaca ADPU — pedaqoji kadrların hazırlığı ilə məşğul olan dövlət ali təhsil müəssisəsi. == Tarixi == Azərbaycan Pedaqoji İnstitutu Azərbaycan SSR Xalq Komissarları Sovetinin (XKS) sədri Nəriman Nərimanovun imzaladığı 1921-ci il 26 avqust tarixli dekret əsasında 6 nəfər tələbə ilə alitəhsilli müəllim kadrları hazırlamaq üçün təsis edilib. Onun ilk buraxılışı 1923–1924-cü tədris ilində olmuşdur. İlk dövrlərdə Ali Pedaqoji Kişi və Ali Pedaqoji Qadın İnstitutları kimi fəaliyyətə başlasa da, Azərbaycan Pedaqoji İnstitutu XX əsrin 90-cı illərində Azərbaycan Dövlət Pedaqoji Universiteti adını alıb. 1927–1929-cu illər və 1941–1943-cü illərdə fəaliyyəti dayandırılmış, Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) ilə birləşdirilmişdir. Abdulla Şaiqin təşəbbüsü ilə yaradılan ilk anadilli məşhur "Nümunə Məktəbi" də ADPU-nun nəzdində fəaliyyət göstərib. Məktəbin direktoru Qafur Əfəndizadə (Qantəmir) idi. 1991-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu ali məktəbə universitet statusu verilmişdir. İnstitutun ilk direktoru Odessa Universitetinin məzunu Fətulla bəy Rzabəyli, direktor müavini Tiflis Müəllimlər İnstitutunun məzunu Həbib bəy Mahmudbəyov olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, ölkə prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) ADPU-ya qoşulması və onun filiallarının da ADPU-nun strukturuna daxil olması nəticəsində ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan vahid ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilmişdir.
ADR
Almaniya Demokratik Respublikası — 7 oktyabr 1949 - 3 oktyabr 1990-cı illərdə Almaniyanın şərq hissəsində mövcud olmuş sosialist dövlət. Azərbaycan Demokratik Respublikası — 28 may 1918 - 28 aprel 1920-ci illərdə mövcud olmuş və şərqdə respublika üsul-idarəsinə malik ilk dövlət.
ADSP
Azərbaycan Demokratik Sahibkarlar Partiyası — 1994-cü ildə iş adamı Mahmud Məmmədov tərəfindən qurulmuş, Azərbaycan Milli Məclisinin I çağırışında 2 deputatla təmsil olunmuş, 5 mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasına birləşmiş siyasi partiya. == Tarixi == Azərbaycan Demokratik Sahibkarlar Partiyası 23 aprel 1994-cü il tarixində iş adamı Mahmud Məmmədov tərəfindən qurulmuşdur. Partiya rəsmi dövlət qeydiyyatına 17 may 1994 tarixində alınmışdır. Bir zamanlar Yasif Nəsirli, Mikayıl Mirzə, Mətləb Mütəllimli, Cümşüd Nuriyev, Hacı Əlikram, Zeynəddin Xasmətov kimi şəxslər partiya üzvü olmuşdur. 1990-cı illərin ortasında Eldar Əzizov partiya sədrinin birinci müavini olmuş və bir müddət partiyanın sədr əvəzi vəzifəsini yerinə yetirmişdir. 2 mart 2021-ci il tarixində Azərbaycan Demokratik Sahibkarlar Partiyası qurultay keçirmiş və qurultayda partiyanın Yeni Azərbaycan Partiyasına birləşməsi qərara alınmışdır. 5 Mart 2021 tarixində Azərbaycan Demokratik Sahibkarlar Partiyası tərəfindən göndərilən birləşmə müraciəti Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayında qəbul edilmişdir. Beləliklə Azərbaycan Demokratik Sahibkarlar Partiyası Yeni Azərbaycan Partiyasına rəsmi olaraq birləşmişdir. == Təşkilat == === Sədrlər === == Seçkilərdə == Azərbaycan Demokratik Sahibkarlar Partiyası 1995-ci il parlament seçkilərində həm proporsional, həm də tək mandatlı dairələr üzrə seçkilərdə iştirak etmiş, proporsional seçkilərdə 142 323 səs (ümumi səslərin 4%-i) toplayaraq 8%-lik səs həddini keçə bilməmişdir. Birmandatlı seçki dairələri üzrə Azərbaycan Demokratik Sahibkarlar Partiyası seçkilərə 38 namizədlə qatılsa da, onlardan yalnız 10-u rəsmi qeydiyyata alınmışdır.
ADU
Azərbaycan Dillər Universiteti və ya qısaca ADU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Azərbaycanın ali məktəblərində xarici dillərin tədrisinə keçən əsrin 20-ci illərində başlanmış, 1936/1937-ci tədris ilində isə ilk dəfə olaraq Azərbaycan Pedaqoji İnstitutunda (APİ) müstəqil Xarici dillər kafedrası yaradılmışdır. Lakin xarici dilləri tədris edən milli pedaqoji kadrlar çatışmadığından Azərbaycan Xalq Komissarlar Soveti 1937-ci il oktyabr ayının 9-da "Azərbaycan Pedaqoji İnstitutunda Xarici dillər fakültəsinin təşkil edilməsi haqqında" qərar qəbul etdi. 1937/1938-ci tədris ilində fakültəyə 175 nəfər qəbul edildi: ingilis dilinə 59 nəfər, alman dilinə 92 nəfər, fransız dilinə 24 nəfər. Onlardan 46 nəfəri Azərbaycan bölməsinə, 129 nəfəri rus bölməsinə qəbul olunmuşdu. 1941-ci ildə həmin qəbuldan yalnız 95 nəfəri diplom ala bildi. II Dünya müharibəsi başlandıqdan sonra xarici dil mütəxəssislərinə ehtiyac artdığından Azərbaycan SSR XKS-in 1940-cı ilin oktyabrında "Azərbaycan SSR-in ali və orta məktəblərində alman, fransız və ingilis dillərinin tədrisi haqqında" qəbul etdiyi qərar əsasında APİ-nin Xarici dillər fakültəsi 1941/42-ci tədris ilindən Pedaqoji Xarici Dillər İnstitutuna çevrildi və həmin il instituta 150 nəfər qəbul edildi. Lakin 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq institut yalnız taşkilatlanma prosesini həyata keçirə bildi və XMK-nın əmri ilə sentyabr ayının 1-dən yenidən APİ-nin fakültəsi kimi öz fəaliyyətini davam etdirdi. Müharibədən sonrakı dövrdə xarici dil mütəxəssislərinin hazırlanmasını yaxşılaşdırmaq məqsədilə Respublika Maarif Nazirinin əmri ilə 1948/1949-cu tədris ilindən Bakı şəhərində APİ-nin Xarici dillər fakültəsinin bazasında Pedaqoji Xarici Dillər İnstitutu yaradıldı. İnstitutun ilk rektoru vəzifəsinə Xarici dillər fakültəsinin məzunu və bir müddət fakültənin müəllimi, sonra isə dekanı işləmiş Heybət Paşayev təyin edildi.