Azərbaycanda dövlət varidatı elan edilən filmlər

Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısı — bu siyahı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə təsdiq edilmiş sənədə əsasən hazırlanmışdır[1].

Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlər bunlardır[1]:

  1. "Sevil" (1929-cu ildə çəkilmişdir);
  2. "Lətif" (1930-cu ildə çəkilmişdir);
  3. "İsmət" (1934-cü ildə çəkilmişdir);
  4. "Mavi dənizin sahilində" (1935-ci ildə çəkilmişdir);
  5. "Almaz" (1936-cı ildə çəkilmişdir);
  6. "Bakılılar" (1938-ci ildə çəkilmişdir);
  7. "Kəndlilər" (1939-cu ildə çəkilmişdir);
  8. "Səbuhi" (1941-ci ildə çəkilmişdir);
  9. "Bir ailə" (1943-cü ildə çəkilmişdir);
  10. "Arşın mal alan" (1945-ci ildə çəkilmişdir);
  11. "Görüş" (1955-ci ildə çəkilmişdir).

Filmlər haqqında ətraflı məlumat

[redaktə | mənbəni redaktə et]
Adı Afişa Qeydlər
1 Sevil (film, 1929)
2 Lətif (film, 1930)
  • Film rejissor Mikayıl Mikayılovun kinoda ilk müstəqil işidir.
  • 2001-ci ildə filmə bəstəkar Salman Qəmbərov tərəfindən musiqi bəstələnmişdir.
  • Film Azərbaycan kinosu tarixində qəhrəmanı uşaq olan ilk filmdir.
3 İsmət (film, 1934)
  • Film ilk Azərbaycanlı qadın təyyarəçi Leyla Məmmədbəyovaya ithaf olunmuşdur.[3]
  • Əli Bayramov klubunun üzvü, qadınlar arasında fəal iş aparan Səriyyə Xəlilova 1933-cü ildə qardaşı və atası tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. İsmət Səriyyənin prototipidir.
  • Filmdə dekorasiyalardan geniş istifadə olunub. Çəkiliş vaxtı 27 dekorasiya qurulub.
4 Mavi dənizin sahilində (film, 1935)
  • Film həm operator kimi, həm də quraşdırılmış səhnələrin operatoru kimi Mirzə Mustafayevin kinoda ilk işidir.
  • İlk Azərbaycan səsli filmidir. Həmçinin, film ilk səsli Sovet filmidir. Səs rus alimi və ixtiraçısı, mühəndis Pavel Tagerin sistemi üzrə yazılmışdır.
  • Bu film Bernar Eyzenşitsin (fransa) dünya kinosunun bütün dövrlərinin ən yaxşı 12 əsərinin adı çəkilən I siyahısına (kino sənəti kimi tarixi inkişafda) daxil edilib. Eyni zamanda film sıravi tamaşaçı kimi Naum Kleymanın (Rusiya) bütün dövrlərin ən yaxşı 12 əsəri kimi adı çəkilən III siyahısına (sıravi tamaşaçı kimi) daxil edilib.
  • Dünya kinosunun 100 illiyi münasibətilə ən nüfuzlu kinoşünaslar arasında keçirilən sorğuya əsasən bu film dünya kinosunun ən yaxşı 12 əsəri siyahısına daxil edilmişdir.[4] Belə ki, "Kinovedçeskiye Zametki" (kinoşünasın qeydləri) jurnalı müxtəlif ölkələrin kino tarixçi, tənqidçi, nəzəriyyəçi və kinoşünaslarına bütün dövrlərin ən yaxşı 12 filmini müəyyənləşdirmək üçün müraciət edir. 3 kateqoriya vardı: kinonun incəsənət növü kimi inkişafında rol oynamış 12 film (tarixçi nəzərindən) müasir kino mədəniyyəti üçün aktual və qiymətli 12 film (tənqidçi nəzərindən) şəxsən bəyəndiyiniz 12 film (tamaşaçı nəzərindən). Anket cavablarına kinoşünas Naum Kleymanın (Rusiya) və kino nəzriyyəçisi Bernar Ayzenşits (Fransa) siyahılarında "Mavi Dənizin Sahilində" filminin adı da vardı.[5]
5 Almaz (film, 1936)
  • Bu filmə Cəfər Cabbarlı özü quruluş verməli idi. O, hətta filmin çəkilişi ilə bağlı bütün hazırlıq işlərini də görüb başa çatdırmışdı. Lakin qəfləti ölüm onun bu işini yarımçıq qoydu.[6]
  • "Almaz" kinomuzun sonuncu səssiz filmi oldu. Burada aktyorlar danışmırlar. Dialoqlar yazılar vasitəsilə verilmişdir. Filmdə hadisələri yalnız musiqi müşayiət edir.[6]
6 Bakılılar (film, 1938)
  • Film 1905-ci ildə Bakıda baş verən inqilabi hadisələrə, çar mütləqiyyətini devirmək uğrunda aparılan mübarizəyə həsr edilmişdir.
  • Əsas rolları Rza Əfqanlı, Nikolay Şulgin, O. Kutıryeva, Boris Baykov, Vaso Qodziaşvili və V. Baqratuni ifa edirlər.
7 Kəndlilər (film, 1939)
8 Səbuhi (film, 1941)
9 Bir ailə (film, 1943)
  • Film vahid süjet xətti ilə bir-birinə bağlı olan üç novelladan ibarətdir.
  • Bu filmin nümayişi 1953-cü ilə kimi qadağan olunmuşdur. Filmin qadağan edilməsinin əsas səbəblərdən biri Stalinin filmi bəyənməməsiydi. Onun fikrincə, burada sovet xalqının alman işğalçıları ilə mübarizəsi zəif əks olunmuşdu.[7].
  • Film bəstəkar Qara Qarayevin kinoda ilk işidir.
  • Kinoşünas Aydın Kazımzadə "Azərbaycan kinematoqrafçıları" kitabında filmlə bağlı belə bir maraqlı faktı qeyd edib: çəkiliş zamanı səhnələrdən birində tankın partladılması lentə alınmalıydı. RejissorunOrlovanın xahişi ilə meydana hərbi hissədən tank gətirilir. Rejissorlara tankın çəkilişdən sonra hərbi hissəyə göndəriləcəyi deyilir. Partlayış saxta olmalı, səhnəni müxtəlif nöqtələrdən dörd kamera çəkməliydi. Amma tank həqiqətən partlayır. Həyəcan siqnalı çalınır və partlayış səsinə yaxınlıqda yerləşən hərbçilər gəlirlər. Bir göz qırpımında çəkiliş meydanı əhatəyə alınır. Partlayış vaxtı dörd kameradan üçü işləmir. Çünki partlayışdan şok yaşayan operatorlar kameranı işə sala bilmirlər. Yalnız operator Koretski özünü itirməyib və çəkilişi davam etdirib. Beləcə cəbhəyə göndəriləcək tank məhv olub[7].
  • 1 mart 2018-ci ildə Mir Cəlalın 110 və Qara Qarayevin 100 illik yubileyləri münasibətilə filmin Nizami Kino Mərkəzində bərpa edilmiş variantının təqdimatı keçirilib.[8]
10 Arşın mal alan (film, 1945)
  • Film kinostudiyanın 1941-ci il planına salınsa da, Böyük Vətən müharibəsinin başlanması ilə çəkilişi təxirə salınır.[9]
  • Musiqili film Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır.[10]
  • Təkcə 1945-ci ildə bu filmə (ekrana buraxıldıqdan sonra) 16,27 milyon tamaşaçı baxmışdır. 8-ci yeri tutmaqla prokat lideri olmuşdur. ("Domaşnaya Sinematika" bədii filmlərinin kataloqu. Moskva, 1966).[10]
  • Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji tədqiqatlar nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir göstərmiş sovet filmlərinin və sovet ekranında uzun illər nümayiş etdirilmiş xarici ölkə filmlərinin arasından "100 Sevimli film" seçilmişdir. Həmin filmlər üç hissəyə-Qızıl, Gümüş və Bürünc siyahılara ayrılmışdır. 1945-ci ildə istehsal olunmuş "Arşın Mal Alan" kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə "Qızıl Siyahı" ya daxil edilmişdir.[10][11]
  • Film Sovet dövründə 136 ölkədə nümayiş etdirilmiş[12], 86 dilə tərcümə edilmişdir.
  • Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq Bankın maliyyə dəstəyilə "Arşın mal alan" filminin Moskva Film Fondundakı nüsxəsinin ölkəmizə gətirilərək, Azərbaycan dilində yenidən bərpa olunmasını təşkil edib. 16 may 2006-cı ildə film 60 illiyində ilk dəfə nümayiş etdirilib.
  • Film 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü, AtaHoldingin dəstəyi və "Peachline" şirkətinin təşkilatçılığı ilə film bərpa olundu və rəngləndi.
11 Görüş (film, 1955)
  1. 1 2 """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" [[Azərbaycan Respublikası Nazirlər Kabineti]]nin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı" (az.). nk.gov.az. 2019-05-11. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.
  2. C. Cabbarlı haqqında xatirələr. Bakı: Azərbaycan Uşaq və Gənclər Nəşriyyatı, 1960.- səh. 85.
  3. Kazımzadə, A. Kinomuzun "İsməti": ["İsmət" filmində baş rolun ifaçısı, təyyarəçi qadın Leyla Məmmədbəyova haqqında] //Kaspi.- 2014.- 15–17 mart.- S. 22–23.
  4. Журнал "Киноведческие записки". 1995 г. № 27.
  5. Aylin "Kəndlilər, Köçərilər, Mavi dənizin sahilində", Kino+ qəzeti, 29.09.2006, səh 10.
  6. 1 2 Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh.32.
  7. 1 2 "Stalinin bəyənmədiyi Azərbaycan filmi". kulis.lent.az. 9 May 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 may 2016.
  8. CBC. "Премьера азербайджанского фильма состоялась спустя 75 лет" (rus). Youtube.com. 03.03.2018. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-03.
  9. 1 2 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 71.
  10. 1 2 3 Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh. 37–38
  11. Жур. "Огонек" № 2, январь, 1996 г.
  12. "Азербайджанский кинематограф расправляет крылья". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-11.
  13. Abdullayeva, T. "Görüş"lə başlanan uğurlu sənət yolu: [kinorejissor Tofiq Tağızadə haqqında] //525-ci qəzet.- 2015.- 10 fevral.- S. 7.