Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Velute
Velute və ya Velute sousu fransız mətbəxindən olan toyuq bulyonu (toyuq suyu), yüngül qovrulmuş un və yağ qarışığı ilə hazırlanan ağ sousdur. Allemande sousu velute sousunun tərkibinə yumurta sarısı və toyuq bulyonu və ya balıq bulyonunu qarışdırmaqla hazırlanır. İstəyə əsasən sousun tərkibinə göbələklər də əlavə edilə bilər.
Beluxa dağı
Beluxa ("Üçbaşlı", "Katun zirvəsi", qaz. Мұзтау Шыңы) — Altay dağlarında ən yüksək zirvə (4509 m), Rusiyanın ən yüksək zirvələrdən biri. Zirvə Ust-Koksin rayonda yerləşir. Beluxa massivindən Rusiya və Qazaxıstan sərhəddi keçir. Dağ yamaclarından Katun çayı başlanğıcını götürür. Bir-birindən gədiklə ayrılan iki zirvəsi var: Qərbi Beluxa (hündürlüyü 4440 m) və Şərqi Beluxa (hündürlüyü 4506 m). Qranit, qneys və metamorfik şistlərdən təşkil olunmuşdur. Altayda müasir buzlaşmanın iri (ümumi sahəsi 70 km²) mərkəzlərindən biridir. Şimal yamacında 2000– 2500 metr hündürlüyədək enən Mönsu, Rodzeviç və Tronov Qardaşları; cənub yamacında 2000 metr hündürlüyədək enən dərə buzlaqları (Berel buzlağı və Katun buzlağı) var. "Beluxa" təbiət parkı Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Boris Delone
Boris Delone (3 (15) mart 1890, Sankt-Peterburq – 17 iyul 1980, Moskva) — Rusiyanın ilk alpinistlərindən biri, Sovet riyaziyyatçısı və Nikolay Borisoviç Delonenin atası. Delone sözü kril qrafikasından birbaşa tərcümədir və o, bunu tez-tez nəşrlərdə istifadə edirdi. Delaunay ləqəbini isə o, erkən fransız və alman nəşrlərində istifadə edirdi. == Həyatı == Boris Delone öz soyadını 1812-ci ildə Napoleonun Rusiyaya hücumu zamanı əsir götürülən fransız hərbi qüvvələrinin zabiti olan əcdadı De Launaydan götürmüşdür. De Launay Bastiliya qubernatorunun qardaşı oğlu olub. O, Tuxaçevskidən olan nəcib bir ailədən qadınla ailə həyatı qurur və Rusiyada qalır. Boris gənc yaşlarında olanda ailəsi yay aylarını Alp dağlarında keçirirdi və beləcə, o, alpinistliyi öyrənmişdir. 1913-cü ildə o, Rusiyanın ilk üç dağ alpinistlərindən biri olmuşdur. Rusiya inqilabından sonra, Qafqazda və Altayda dağları fəth edirdi. Beluxa yaxınlığında dağlardan biri (4300 m) onun şərəfinə adlandırılmışdır.
Ket Deluna
Ketlin Emperatris Deluna — ABŞ-lı pop musiqi və R&B müğənnisi.
Kət Deluna
Ketlin Emperatris Deluna — ABŞ-lı pop musiqi və R&B müğənnisi.
Dele Alli
Dele Alli (11 aprel 1996[…], Milton-Kins, Cənub-Şərqi İngiltərə[d]) — yarımmüdafiəçi kimi çıxış edən Nigeriya əsilli ingilis futbolçu. Superliqa komandalarından olan "Beşiktaş"da icarə əsasında çıxış edir.
Pas de deux
Cütlük rəqsi (fr. Pas de deux [pa dǝ dø]) — Baletin zirvə səhnəsində ənənəvi duet — cütlük rəqsi.
Folie à Deux
Folie à Deux — ABŞ rok qrupu Fall Out Boy-un dördüncü studiya albomu. 10 dekabr 2008-ci ildə Island Records tərəfindən buraxılıb.
Delüvi
Delüvi – yüksəkliklərin yamaclarında yağış və qar suları vasitəsilə narın aşınma materialının yuxarıdan gətirilib yüksəkliyin ətəklərində yığılmasıdır. . Delüvi meylli şleyf şəklində çökdürülür. Şleyfin yuxarı hissəsində çöküntülər çox vaxt kobud qırıntılardan, aşağı hissəsində isə tozvari və gilli materiallardan ibarət olur. Səthi yamac axınlarının zəiflədiyi yamacın dibində delüvial çöküntülər daha qalın olur. Delüvi üçün çöküntülərin çeşidlənməsi və lay-lay düzülməsi daha səciyyəvidir. Çeşidlənməmiş və laysız süxurlar da təsadüf olunur. Tərkibinə görə delüvi müxtəlifdir. Delüvial süxurlar dağətəyi vilayətlərdə, xüsusən də Böyük Qafqazın cənub yamacında yayılaraq müxtəlif torpaqlar üçün ana süxur rolunda çıxış edir.
Dələ
Dələ və ya bəzi bölgələrdə sovsar (lat. Martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi.
Dəlmə bağları
Dəlmə bağları — İrəvan şəhərində vaxtı ilə yerləşən .Bağ. Təpəbaşı hissəsinə aid Zənginin o biri tərəfində, Dərəbağla üz-üzə yerləşən Dəlmə məhəlləsi qeyd edilir. 7 mart 1902-ci ildə Cəlil Məmmədquluzadə "Dəlmə bağları" haqqındakı ilk məqaləsini "Kaspi" qəzetinə göndərmişdir. Dəlmə-İrəvan şəhərinin kənarında, şəhərin cənub-qərbində Zəngi çayının sahilində yerləşir. Çox münbit torpağı olan bu yerdə Dəlmə arxı ilə suvarılan çoxlu meyvə-üzüm bağları vardır. Sayı 60-a çatan bu bağları xüsusi şəxslər – əməksevər yerli tatarlar (azərbaycanlılar) salmışdır. Dəlmə bağları ərazisində XVI-XVII əsrlərin şərab anbarı olmuşdur. == 1918-1920 == İrəvan sakini, uzun illər məsul vəzifələrdə çalışan, hazırda haqq dünyasına qovuşan Musa Vəlibəyovun dediklərindən: -Kişiləri yığarkən qaçıb həyətdəki qoz ağacının başına çıxıb gizləndim. Gecə o başdan qaçdım Dəlmə bağlarına ən hündür bir ağaca çıxdım onun başında qaldım. Qadın-uşaqları çılpaqladıqdan sonra ermənilər onları azərbaycanlıların Dəlmə bağlarınadakı damlarına doldurub od vurub yandırdılar.
Dəlmə nekropolu
Dəlmə nekropolu — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundakı Sabirkənd yaxınlığında, Yaycı arxının sağ sahilində, hündürlüyü 8-10 metr olan təpənin üzərində və qərb yamacında arxeoloji abidə. Nekropolun yerləşdiyi təpə inzibati bölgüyə görə Culfa rayonunun Yaycı kəndinin ərazisindədir. Suyunu Gilançaydan alan Yaycı arxı burada dağın altından açılmış tuneldən keçir. Əraziyə verilən Dəlmə adı da buradan götürülmüşdür. Nekropoldan 700-750 metr qərbə tərəf, şərq, cənub və qərb tərəfləri sıldırım qayalıq olan dağın üzərində Dəlmə nekropolunun yaşayış yeri yerləşir. Nekropol 1983-cü ildə rəis Q.M.Aslanov olan Xarabagilan arxeoloji ekspedisiyası tərəfindən öyrənilmişdir. Ümumi sahəsi 616 m² olan qəbiristanlıqda cəmi 27 qəbir var idi ki, onlardan da 8-i uşaq qəbri idi. Qəbirlərin kameraları müxtəlif ölçülü daşlardan səliqə ilə işlənmişdir. Heç bir qəbirdə örtük daşları qalmamışdır. Dördbucaqlı planda olan qəbir kameralarının bir tərəfi nisbətən ensizdir.
Dəlmə qalası
Dəlmə qalası — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Sabirkəndin yaxınlığında, Dəlmə nekropolundan 700-750 metr qərbdə, dağın zirvəsində arxeoloji abidə. Qalanın şərq divarının eni 2 metrə qədərdir. Bir neçə keramika fraqmentlərindən başqa yerüstü materiala demək olar ki, rast gəlinmir. Coğrafi mövqeyini əsas götürdükdə, qala sanki gizlədilmişdir. Qaladan qısa müddətdə, ən çoxu bir əsr istifadə olunmuşdur. Bir təbəqəli abidədir. nekropolun ölçüləri və quruluşu da qalaya uyğundur. Qalanın yerləşdiyi dağın cənub ətəklərində iki dairəvi plana malik kürənin qalıqları vardır. Tədqiqat işləri aparılma dığından kürələrin təyinatı haqqında müəyyən bir fikir söyləmək çətindir. Lakin onların qala ilə əlaqədar olduğu şübhəsizdir.
Qırmızıqarın təlxə
Qırmızıqarın təlxə(lat. Dolichophis schmidti) — Suilanıkimilər fəsiləsinə aid ilan növü. Müasir zamana qədər bu növ Xəzər təlxəsinin bir yarımnövü hesab edilirdi. Onların əsas fərqləri ondadır ki, Qırmızıqarın təlxə əsasən Qafqazda yayılmışdır. Digər fərqi isə qarın nahiyəsi isə qırmızı olmasıdır. Onların bədənindəki pulcuqlar hamarlığı ilə seçilir. Onlara Mərkəzi Anadoludan İranın şimalına qədər olan ərazilərdə, Dağıstanın cənubunda, Azərbaycanda, Gürcüstanda, Ermənistanda və Türkmənistanın Bir çox çaylarının kənarlarında yayılmışdır. Yarımnövləri yoxdur. Onlar düzən çaylarının kənarlarından başlayaraq, hündürlüyü 1000–1500 metr olan dağ çaylarının dərələrində belə rast gəlinir. Gün zamanı aktiv olur.
Rəngarəng təlxə
Rəngarəng təlxə (lat. Hemorrhois ravergieri) — Suilanıkimilər fəsiləsinə aid ilan növü. Rəngarəng təlxə 1.2 m uzunluğa malik olur. Bu növə Kiçik Asiyadan şimal-qərbi Çinə qədər olan ərazilərdə rast gəlinir. Cənubi Qafqaz ölkələrində, Türkmənistan, Tacikistan, Özbəkistan və Qazaxıstan ərazilərində yayılmış yarımnövlər tap örgənilmişdir. Bu növ əsasən qayalı və daşlı dağlıq ərazilərdə yayılmışdır. 2300 metr yüksəklikləyə qədər yayıla bilirlər. Onlara daşların altında, qəmiricilərin yuxalarında daha tez-tez rast gəlinir. Aktiv dövrü fevraldan noyabr-dekabr aylarına təsadüf edir. 5–18 yumurta qoyur (17–24 x 30–45 mm).
Svinsəbənzər təlxə
Svinsəbənzər təlxə (lat. Hemorrhois nummifer) — Suilanıkimilər fəsiləsinə aid ilan növü. Ümumi uzunluqları 120–160 sm-dir. Böş bədən hissədən nazik boğazla ayrılır. Yuxari hissəsi boz, boz-qəhvəyi rəngdə olur. Bəzən isə bütünlüklə qara rəngdə olur. Onlar əsasən Kipr, Rodos, Ksantos adalarında, Anadolu, Yaxın Şərq, Sinay yarımadası, Şimal-şərqi Misir, Şimal-şərqi İran, Şimal İraq, Ermənistan və Mərkəzi Asiya ərazilərində yayılmışdır. Onlar 1300 metr yükksəlikdə, qayalıqlar, daşlar arasında yayılırlar. Xüsusi ilə çay kənarlarında rast gəlinirlər. Kolluqlar, daşlar və gəmiriçilərin yuvalarında gizlənirlər.
Zeytuni təlxə
Zeytuni təlxə (lat. Platyceps najadum) — Suilanıkimilər fəsiləsinə aid ilan növü. Zeytuni təlxələr 80–90 sm uzunluğa malik (maksimal 1,08 m) olurlar. Başları öndən yumrudur. Zeytuni təlxə Balkan yarımadası, Kiçik Asiya, İraq və Qafqazda (Azərbaycan, Gürcüstan, Ermənistan) yayılmışlar. Dağıstan, Çeçenistan, İnquşetiya, Stavropol və Krasnodar ərazilərində bir yarımnöv yayılmışdır. Azərbaycanın cənub-şərqində C. n. albitemporalis (Darevsky et Orlov, 1994) yarımnövü, Türkmənistanda isə Atayev təlxəsi (Coluber najadum atayevi Tuniyev et Shammakov, 1993) adı ilə tanınan yarımnövü yayılmışdır. Onlara daşlı yarımsəhralarda, arid çöllərdə, hündürlüyü 2200 mm yüksəkliyə maliyə ərazilərdə yayıla bilir. Onlar daşın altlarında və gəmiriçilərin yuvalarında dinçəlirlər.
Nilgiri zolaqlı dələ
Nilgiri zolaqlı dələ – Nilgiri zolaqlı dələ (Funambulus sublineatus) gəmiricilərin nəsli kəsilməkdə olan növüdür, Hindistan yarımadasındakı Nilgirislər də daxil olmaqla, Qərbi Qatların cənubundakı yağış meşələrində yaşayan kiçik dələ (Sciuridae). Əvvəllər Şri-Lankadan Funambulus obscurus-u bir alt növ kimi daxil etdi, bu zaman "birləşmiş növlərin" ingiliscə adı da qaranlıq zolaqlı dələ idi (indi Şri Lanka növləri ilə məhdudlaşan bir ad). Funambulus sublineatus elmi olaraq 1838-ci ildə təsvir edilmişdir. Daha sonra Şri Lanka obskurusu ilə birləşdirildi, sonra Funambulus sublineatusun alt növü kimi qəbul edildi. 2012-ci ildə bir araşdırma, ikisinin çox fərqli olduğunu aşkar etdi və onların ayrı-ayrı növlər kimi tanınmasını tövsiyə etdi. Nilgiri xurma dələsinin (F. sublineatus) indi Hindistanın Qərbi Qatlarında yayılması məhdud olsa da, taksonomik parçalanmadan əvvəl növlərin keçmiş diapazonu həm Hindistanda, həm də Şri Lankada idi. Bu sincab haqqında çox az şey məlumdur, ehtimal ki, cinsdəki ən kiçiyi təxminən 40 qramdır. Hindistanda endemik məməli kimi yeni statusu qeydlərin yenilənməsinə ehtiyac olduğunu bildirir. Növlər ya Qərbi Ghats və Nilgiri təpələrində (və Hindistanda Kodaikanal ətrafı kimi ətraf ərazilərdə) yaş rütubətli meşələrlə məhdudlaşır.