Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Demandol
Demandol (fr. Demandolx, oks. Demandòus) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Valansol kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04069. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 135 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 89 yaşında (15-64 yaş arasında) 57 nəfər iqtisadi fəal, 32 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 64.0%, 1999-cu ildə 60.0%). Fəal 57 nəfərdən 50 nəfəri (33 kişi və 17 qadın), 7 nəfər işsizdir (2 kişi və 5 qadın).
Deman
Deman — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun faktiki mövcud olan Deman kəndi Avaş kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. == Toponimikası == Kənd coğrafi ədəbiyyatlarda daha çox "Deman düzü", "Deman yaylası" kimi tanınır. Yerli əhalinin dilində Deman sözü "dəmyə yerlər", "suvarılmayan əkin sahələri" kimi yozulur. Bu fikir yanlışdır. M.Həsənov yazır ki, yaşı antik çağlardan hesablanan Moran, Pankü, Deman, Avaraq, Ərvərəz, Şişnavar kimi qədim toponimlər Azərbaycan Respublikasında mövcud olan ən ulu coğrafi adlarla bir sırada durmaqdadır. Bu adlar içərisində dəniz səviyyəsindən 1600-1800 metr hündürlükdə olan məşhur Deman düzünün adı ən ulu toponimlərdən olub, hun xaqanı, şöhrətli sərkərdə Metenin babası Teomanın adı ilə yaxından səsləşir. Bəzi mənbələrdə Teoman hətta Duman kimi də qeyd olunmuşdur... Mənbəyini Deman düzündən götürən Viləşçayın sol sahilindəki coğrafi adların, demək olar ki, əksəriyyəti təmiz türk mənşəli olub, yurdun qədim çağlarından xəbər verir. İlicur, Cərcəbil, Avaraq, Gilar, Bolqarçay, Moran belə toponimlərdəndir.
Cessi Deminge
Cessi Deminge (7 yanvar 1998-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Stad Malerbe Kann klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransalı futbolçudur. == Peşəkar karyerası == Deminge 2009-cu ildə Kann klubunun akademiyasına qəbul olmuşdur. Deminge 2017-ci ilin sentyabr ayında əsas komanda ilə məşqlərə başlamışdır. O, peşəkar karyerasında debütünü 5 noyabr 2017-ci ildə Liqa 1 görüşündə Olimpik Marsel klubuna qarşı etmiş və komandası 0-5 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Deminge Kann şəhərində anadan olmuşdur. Valideynləri isə Norman vətəndaşlarıdır. O, keçmiş futbolçu olan Yoelin 11 övladından biridir.
Cevriss Emane
Cevriss Emane (fr. Gévrise Émane 27 iyul 1982, Yaunde, Kamerun) — Kamerun əsilli Fransalı cüdoçu. 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, üçqat dünya, beşqat Avropa çempionu. Karyerası ərzində 63 və 70 kiloqramadək çəki dərəcələrində çıxış edib. 2013-cü ildə Fransa dövləti tərəfindən "Xidmətlərə görə" ordeni ilə təltif olunub. == Cüdo karyerası == Emane 2005-ci ildə Misirin paytaxtı Qahirə şəhərində keçirilmiş dünya çempionatında (70 kq-a qədər çəki dərəcəsində) gümüş medal qazanıb, bu medal idmançının peşəkar səviyyədə qazandığı ilk uğur sayılır. 2006-cı ildə Finlandiyanın Tampere şəhərində təşkil olunmuş Avropa çempionatının finalında Almaniya cüdoçusu Hayde Vollert üzərində təmiz qələbə (ippon) qazanaraq ilk dəfə Avropa çempionu titulunu qazanıb. Emane dünya çempionu titulunu ilk dəfə 2007-ci ildə Rio-de-Janeyroda keçirilmiş cüdo üzrə dünya çempionatında qazanıb. O, həlledici görüşdə amerikalı Ronda Rauzini xal hesabı ilə məğlub edib. 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında ölkəsini 70 kq-a qədər çəki dərəcəsində təmsil edib.
Sen-Mande
Sen-Mande (fr. Saint-Mandé) — Fransanın şəhər və kommunası. İl-de-Frans regionunun Val-de-Marn departamentində yerləşir. Sen-Mande kantonunun mərkəzi. Dairəsi — Nojan-sür-Marn. Kommunanın INSEE kodu 94067. Sen-Mande 1790-cı ildə kommuna olmuşdur. == Əhalisi == 2009-cu ildə kommuna əhalisinin sayı 22 627 nəfər təşkil edirdi. Sen-Mandenin əhali sıxlığı Avropada ən yüksək dərəcələrindən biridir. == Görməli yerləri == Notr-Dam kilsəsi (1883—1885 illər).
Deman ekspedisiyası
Deman ekspedisiyası - 1908-ci ildə Rusiya İmperator Ordusu tərəfindən həyata keçirilmiş hərbi yürüş. Yürüşün məqsədi Şahsevən tayfalarının sərhəd bölgələrindəki kənd və postlara hücumlarının qarşısını almaq idi. == Zəmin == Türk tayfası olan Şahsevənlər İranın Azərbaycan əyalətində, onunla həmsərhəd olan Lənkəran, Cavad və Bakı qəzalarında yaşamaqda idilər. 1828-ci ildə Qacarlarla ruslar arasında imzalanmış Türkmənçay müqaviləsinə əsasən Şahsevənlərin ənənəvi köç etdikləri Muğan düzənliyi Rusiya hakimiyyəti altına verildi. Lakin Şahsevənlərə qışda özlərinin ənənəvi qışlaqlarına köçüb yaşamalarına da icazə verilmişdi. Tez-tez yaşanan sərhəd münaqişələri və soyğunçuluq nəticəsində Rusiya şahsevənlərin bu hüququnu 1884-cü ildə qadağan etdi. Bu addım da şahsevənlərin rus sərhədi boyunca yağma və hücumlarla məşğul olmasının qarşısını ala bilmədi. Bu proses 1905-ci ildə İranda Məşrutə hərəkatının başlaması ilə birlikdə daha da artmağa başladı. Şahsevənlərin nən güclü tirələrindən birinin xabı olan Məmməhqulu xan Alarski rusların Deman kəndindəki sərhəd-mühafizə postunun yaxınlığında bir bölgəni ələ keçirdi və orada Təzəqala adlı kənd saldırdı. Bundan əlavə olaraq, Məmmədqulu xan Alarskinin döyüşçüləri Şimali Azərbaycan ərazisindəki Perşambel camaatlığının kəndlərini yağmalayır, onların mal-qarasını oğurlayırdılar.
Jan Fransua Demanj
Jan Fransua Demanj (1789–1839) — Peterburq universitetinin ərəb dili kafedrasının müdiri, filoloq. == Həyatı == Jan Fransua Demanj 1789-cu ildə anadan olmuşdu. Jan Fransua Demanj Parisdə ərəb dilini öyrənmişdi. İlk müəllimi Antuan İsaak Silvestr de Sasi olmuşdu. S. Uvarovun təşəbbüsü ilə Peterburq universitetinə ərəb dili müəllimi dəvət olunmuşdu. Jan Fransua Demanj 1839-cu ildə vəfat edib.
The 7-Inch Decade Remix
The 7-Inch Decade Remix (only in Spain) – C. C. Catch tərəfindən 1990-cı ildə ifa edilmiş mahnıdır.
The 7-Inch Decade Remix (only in Spain)
The 7-Inch Decade Remix (only in Spain) – C. C. Catch tərəfindən 1990-cı ildə ifa edilmiş mahnıdır.
Dərmandek (Salmas)
Dərmandek (fars. درماندك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 103 nəfər yaşayır (16 ailə).
Demmində kütləvi intihar
Demmində kütləvi intihar (alm. Massensuizid in Demmin‎; ing. Mass suicide in Demmin) - 1945-ci ilin 1 may tarixində Almaniyanın Meklenburq-Ön Pomeraniya vilayətində yerləşən Demmin şəhərində baş vermiş kütləvi intihar hadisəsi. Üçüncü Reyx tərəfindən Sovet ordusuna qarşı aparılan propaqandadan təsirlənən şəhər sakinləri sovet əsgərlərinin şəhərə yaxınlaşması ilə bağlı xəbərləri aldıqdan sonra, sağ ələ keçməməkləri üçün özlərini öldürmüşdür. Kütləvi intihar nəticəsində mindən çox şəhər sakinin bir necə saat ərzində canına qəsd etdiyi ehtimal olunur.
Nömrə-yi Dəvazdə
Nömrə-yi Dəvazdə (fars. نمره دوازده‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. 12 nömrəli neft quyusuna görə kənd bu adı almışdır. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 10 ailədə 21 nəfəri kişilər və 26 nəfəri qadınlar olmaqla cəmi 47 nəfərdir.
Yəməndə husi çevrilişi
Yəməndə husi çevrilişi — 2014-cü ilin 19 sentyabr tarixindən etibarən Yəməndə başlamış siyasi böhran və böhranın ardından ölkədə vətəndaş qarşıdurması ilə müşahidə edilən dövlət çevirilişi. Ölkədə baş verən qarşdurmanın 2015-ci ilin yanvar ayında şiddətlənməsinin ardından hökumət istefa vermək məcburiyyətində qalmışdır. Ölkə prezidenti olan Abd Rəbbuh Mənsur əl-Hadi 2011-ci ildə ölkədə baş verən Yəmən inqilabının ardından Əli Abdullah Salehin yerinə prezident seçilmişdir. Salehin dönəmində onun əsas silahdaşlarından sayılan və vitse-prezident vəzifəsini icra etmiş Mənsur Hadinin hakimiyyətə gətirilməsi ölkə daxilində sabitliyin bərpa edilməsində yetərli olmadı. Yəməndə Şiə əhalisinin dəstəklədiyi Husi silahlıları ilə hökumət qüvvələri arasında baş verən toqquşmaların 2015-ci ilin ilk ayında şiddətlənməsinin ardından hökumət istehfa vermək məcburiyyətində qalmış və ölkə paytaxtı olan Sana şəhəri Husi silahlıların nəzarəti altına keçmişdir.
Yəməndə dövlət çevrilişi (2014-2015)
Yəməndə husi çevrilişi — 2014-cü ilin 19 sentyabr tarixindən etibarən Yəməndə başlamış siyasi böhran və böhranın ardından ölkədə vətəndaş qarşıdurması ilə müşahidə edilən dövlət çevirilişi. Ölkədə baş verən qarşdurmanın 2015-ci ilin yanvar ayında şiddətlənməsinin ardından hökumət istefa vermək məcburiyyətində qalmışdır. Ölkə prezidenti olan Abd Rəbbuh Mənsur əl-Hadi 2011-ci ildə ölkədə baş verən Yəmən inqilabının ardından Əli Abdullah Salehin yerinə prezident seçilmişdir. Salehin dönəmində onun əsas silahdaşlarından sayılan və vitse-prezident vəzifəsini icra etmiş Mənsur Hadinin hakimiyyətə gətirilməsi ölkə daxilində sabitliyin bərpa edilməsində yetərli olmadı. Yəməndə Şiə əhalisinin dəstəklədiyi Husi silahlıları ilə hökumət qüvvələri arasında baş verən toqquşmaların 2015-ci ilin ilk ayında şiddətlənməsinin ardından hökumət istehfa vermək məcburiyyətində qalmış və ölkə paytaxtı olan Sana şəhəri Husi silahlıların nəzarəti altına keçmişdir.