Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Difosgen
Difosgen — Boğucu təsirli zəhərli maddə. Əsasən ağ ciyərləri zədələyir. == Sintezi == Difosgen – xlorkarbon turşusunun metil efirinin tam xlorlaşma məhsulu ClCOOCCl3 boğucu xassəyə malik rəngsiz, yağlı maye şəklində olan zəhərləyici maddədir. Çürümüş meyvə iyi verir. Qaynama temperaturu 1270 C-dir. Qızdıran zaman parçalanaraq fosgen əmələ gətirir: Sənaye üsulu difosgenin sintezi etdikdə fosgen və metanoldan əldə edilən metil xloroformatın yüngül xlorlaşmasıdır: Difosgeni həmçinin metil formatın radikal xlorlaşmasından sintez oluna bilər (ultrabənövşəyi işıqla şüalananda): == Toksiki xassələri == difosgen ancaq tənəffüs yolları ilə orqanizmə daxil olur. İlk 10-15 dəq. gözlərdə sancı, boğazda qıcıqlanma və döş sümüyü arxasında göynəmə əmələ gəlir ki, bu əlamətlər sabit olmayaraq keçib gedir. Bəzən ilk dövrdə zəhərlənmiş şəxs özünü sağlam hiss edir. Gizli dövr orta hesabla 4-8 saata bərabərdir.
Difosfan
Difosfan P2H4 - kimyəvi formuluna malik qeyri-üzvi birləşmədir. Bu rəngsiz maye bir neçə ikili fosfor hidridindən biridir. Tipik olaraq fosfin nümunələrinin havada alovlanmasına səbəb saf olmamalarıdır. Tarixi adı difosfindir. == Xassələri, alınması, reaksiyaları == Difosfan 2.219 anqstrem məsafəsi olan P − P rabi-təsinə malikdir. Otaq temperaturunda qeyri-sabitdir və havada kortəbii alovlanır. Yalnız suda az həll olur, lakin üzvi həlledicilərdə həll olur. 1H NMR spektri, A2 XX'A'2 bölmə sistemindən yaranan 32 sətirdən ibarətdir. Difosfan, P4--nin Ca2+ törəməsi kimi təsvir edilə bilən kalsium monofosfidin hidrolizindən alınır. Optimal-laşdırılmış prosesə görə 400 q Ca3P2-nin -30 ° C-də hidrolizindən fosfinlə azca çirklənmiş təxminən 20 q məhsul alınır.
Diogen
Sinoplu Diogen (Διογένης ὁ Σινωπεύς, təq. e.ə. 400, Sinop – təq. e.ə. 323) — qədim yunan filosofu, Antisfenin tələbəsi, kiniklər məktəbinin nümayəndəsi. Onun heç bir fəlsəfi təlimi olmamışdır. Ancaq müasir dövrə qədər gəlib çıxmamış bir neçə kitabın müəllifi olması deyilir. O öz həyat tərzi ilə insanları həqiqətə səsləyirdi. Diogen, Atisfenin təbiətə uyğun həyat çağırışına tabe olmuşdur. Həyatını son dərəcə kasıb olaraq keçirən Diogen çox vaxt əlində fənəri ilə gəzir və çəlləkdə yaşayırdı.
Fosgen
Fosgen — kimyəvi formulu COCl2 olan, boğucu təsirli zəhərli maddədi, adi vəziyyətdə rəngsizdi. Əsasən ağ ciyərləri zədələyir. == İzahı == Fosgen (COCl2 karbonilxlorid, xlorqarışqa turşusunun xloranhidridi) ilk dəfə 1812-ci ildə ingilis alimi Devi tərəfindən dəm qazı ilə xlorun günəş şüaları altında qarşılıqlı təsirindən alınmışdır. Yunanca tərcüməsi "işıqda doğulmuş" mənasını verir. Adi halda rəngsiz qazdır, buxarları havadan 3,5 dəfə ağırdır. 8,20 C-də uçucu mayeyə çevrilir. Az miqdarda qatılıqda çürümüş alma iyi verir. Suda pis həll olur, ancaq suya düşdükdə hidroliz olaraq HCl və CO2 əmələ gətirir. Ağ ciyərlərə təsir göstərir, onlarda şiş əmələ gətirir, nəticədə orqanizmin oksigenlə təchizatı pozulur. Havada 0,006 mq/l qatılıqda ölümlə nəticələnir.
Diogen Sinopski
Sinoplu Diogen (Διογένης ὁ Σινωπεύς, təq. e.ə. 400, Sinop – təq. e.ə. 323) — qədim yunan filosofu, Antisfenin tələbəsi, kiniklər məktəbinin nümayəndəsi. Onun heç bir fəlsəfi təlimi olmamışdır. Ancaq müasir dövrə qədər gəlib çıxmamış bir neçə kitabın müəllifi olması deyilir. O öz həyat tərzi ilə insanları həqiqətə səsləyirdi. Diogen, Atisfenin təbiətə uyğun həyat çağırışına tabe olmuşdur. Həyatını son dərəcə kasıb olaraq keçirən Diogen çox vaxt əlində fənəri ilə gəzir və çəlləkdə yaşayırdı.
Diogen sindromu
Diogen sindromu — məişət tullantılarının yığılması və özünü cəmiyyətdən təcrid etmək davranışları ilə özünü göstərən bir narahatlıqdır. Adını filosof Diogendən alan bu narahatlığa əsasən yaşlılarda rast gəlinir. Diogen cəmiyyətin normalarını qəbul etməyib, küçələrdə yatıb-qalxmış, dilənmiş, sadəliyi həyat nəzəriyyəsi olaraq qəbul etmişdir. Adı çəkilən problemdən əziyyət çəkən şəxslər də özlərini təcrid edir, xarici görünüşlərinə diqqət ayırmır və məişət tullantılarını atmayıb, əksinə toplayırlar. Bir növ obsessiv-kompulsiv pozuntu olaraq da hesab edilir, lakin bir çox ədəbiyyatlarda Diogen sindromu adi toplama komplulsiyalarından fərqlənir çünki Diogen sindromunda obsessiv tərəf yoxdur və ya rast gəlinən deyil. == Səbəbi == Həyatının uzun illərini birlikdə keçirdiyi baxıcı(falçı deyil) və ya həyat yoldaşının ölümündən sonra şəxsin travmatik təcrübəyə verdiyi reaksiya kimi qəbul edilir. Konkret bir səbəb göstərilməməyi ilə bərabər risk faktoru olaraq beyninin frontal korteksi zədələnən şəxslərdə də bu sindrom müşahidə olunur. == Göstəriciləri == Bədəndən kəskin pis qoxunun gəlməsi, dəridə qızartılar, saçların yuyulmamış olmağı, dırnaqların kəsilməmiş olmağı, qeyri-sağlam qidalanma və bir sıra başqa şəxsi gigiyena qaydalarına əməl etməmək. Atılmayan məişət tullantılarının evdə yığılması, gəmirici və həşəratların evi məskən etməsi, çürümüş yemək qoxuları. Məişət tullantılarının yığılması ilə ortaya çıxan dağınıqlıq.
Leartlı Diogen
Leartlı Diogen (q.yun. Διογένης ὁ Λαέρτιος; 3 əsrin 1-ci yarısı) — miladi III yüzillikdə yaşayan yunan yazarı, “Filosofların həyatı, təlimləri və kəlamları” (yun. Βίοι καὶ γνῶμαι τῶν ἐν φιλοσοφίᾳ εὐδοκιμησάντων) adlı kitabın müəllifi idi.
Sinoplu Diogen
Sinoplu Diogen (Διογένης ὁ Σινωπεύς, təq. e.ə. 400, Sinop – təq. e.ə. 323) — qədim yunan filosofu, Antisfenin tələbəsi, kiniklər məktəbinin nümayəndəsi. Onun heç bir fəlsəfi təlimi olmamışdır. Ancaq müasir dövrə qədər gəlib çıxmamış bir neçə kitabın müəllifi olması deyilir. O öz həyat tərzi ilə insanları həqiqətə səsləyirdi. Diogen, Atisfenin təbiətə uyğun həyat çağırışına tabe olmuşdur. Həyatını son dərəcə kasıb olaraq keçirən Diogen çox vaxt əlində fənəri ilə gəzir və çəlləkdə yaşayırdı.
Diogen heykəli
Diogen heykəli (türk. Diyojen Heykeli) – Türkiyənin Sinop şəhərinin girişində yerləşən heykəl. Bu şəhərdə doğulmuş qədim yunan filosofu Sinoplu Diogenə həsr olunmuşdur. Şəhərin simvollarından biri hesab olunur. == Tarixi == Heykəl Ondokuz Mayıs Universitetinin Təsviri İncəsənət fakültəsinin müəllimi olan Turan Baş tərəfindən Samsun Böyükşəhər Bələdiyyəsi Heykəl və Keramika Emalatxanasında hazırlanmış, 2006-cı ildə Sinop şəhərinin girişində ucaldılmışdır. Heykəl 20 nəfərdən ibarət heyət tərəfindən 6 ay ərzində hazırlanmışdır. Heykəl Samsun bələdiyyəsinin Sinop bələdiyyəsinə bir hədiyyəsi olmuşdur. Heykəlin sifarişçisi həmin dövrün Sinop bələdiyyə başçısı Zeki Yılmazer olmuşdur. 2011-ci ildə heykəldə heykəltaraş Aziz Kayadelen tərəfindən bərpa işləri aparılmışdır. Yunana həsr olunduğu üçün heykəl bəzi milliyyətçi qruplar tərəfindən tənqidə məruz qalmışdır.
IV Roman Diogen
IV Roman Diogen (1030, Kappadokiya, Mərkəzi Anadolu regionu – 4 avqust 1072 və ya 1072, Xınalıada; həmçinin Romanos IV Diogenes kimi də tanınır) — Bizans imperiyasının 1068-1071-ci illər arasında hökmdarı olmuş bir imperator idi. Onun dövrü, Bizans tarixi üçün mühüm və çətin dövrlərdən biri hesab edilir. == Həyatı və dövrü == === Gəncliyi və əsas həyatı === IV Roman Diogen, 1028-ci ildə doğulmuşdur. O, 1068-ci ildə Bizans imperatoru olaraq taxta çıxmışdır. Roman, əslində, müxtəlif hərbi və diplomatik müvəffəqiyyətlər əldə edərək tanınmış bir general və dövlət adamı kimi tanınır. === İmperatorluq dövrü === IV Roman Diogenin hakimiyyəti dövründə Bizans imperiyası, xüsusən də Anadolu regionunda əhəmiyyətli hərbi mübarizələrlə qarşılaşmışdır. Onun ən tanınmış hərbi fəaliyyəti, 1071-ci ildəki Malazgirt döyüşü ilə bağlıdır. === Malazgirt döyüşü və təsiri === 1071-ci ildə baş vermiş olan Malazgirt döyüşü IV Roman Diogenin rəhbərliyi altında Bizans ordusunun Səlcuklu türklərinə qarşı məğlubiyyəti ilə nəticələnmişdir. Bu döyüş, Bizans imperiyasının Anadolu üzərindəki nəzarətini ciddi şəkildə zəiflətmiş və regionda Səlcuqlu türklərinin artan təsirinə yol açmışdır. == Sonrakı həyatı == === Hökmdarlıqdan sonra === Döyüşdən sonra IV Roman Diogen, əsir götürülmüş və bizans tarixçiləri tərəfindən tənqid edilmişdir.