Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dioksinlər və dioksinə bənzər birləşmələr
Dioksinlər — məlum olan ən zəhərli maddələr qrupu. Dioksinlər polixlorlu dibengodioksinlər (PX DD) və ona uyğun olan polixlorlu dibenzofuronlar (PX DF) sinfinə aiddir. Dioksinlər üzvi maddələrdə həll olur, kanserogen təsirə və davamlığa malikdir. Torpaqda dioksinlərin yarımparçalanma dövrü 10–20 il təşkil edir. == Dioksinlərin ətraf mühitə yayılması == Aşağıda ətraf mühitin (atmosfer havasına, su hövzəsinə, torpaq örtüyünə) dioksinlərlə çirklənməsi prosesləri verilmişdir. === Atmosfer havasına === Atmosfer havasına dioksinlər və furanlar yanma prosesləri, metalların işlənməsi zamanı, məsələn, aqlomerasiya və əridilmə, qurutma, piroliz, krekinq və digər texnoloji proseslərin gedişi zamanı daxil olur. === Su hövzəsinə === Su hövzəsinə dioksinlər əsasən xlordan istifadə olunan sellüloz-kağız və kimya sənayesinin, dioksinlərlə çirklənmiş qoruyucu hopduruculardan istifadə olunan müəssisələrin, xlorfenol herbisidlərdən toxuculuqda, dəri, oduncaq və digər məhsulların örtükləri və rənglənməsində, yaxud hopdurulmasında istifadə edən müəssisələrin tullantılarından daxil olur. === Torpaq örtüyünə === Torpaq örtüyünün dioksinlərlə furanlarla çirklənməsi bəzi pestisidlərdən və kanalizasiya lilindən istifadə edilməsi nəticəsində baş verir. Bir sıra istehsalatın, o cümlədən tibbi tullantılar, lil, kimya istehsalının tullantıları, pestisidlərin tullantıları, işlənmiş transformator yağları və bir çox başqalarının tullantılarının tərkibində disoksinlər olur. Bu maddələrin təbii mənbələri meşə və bozqır (step) yanğınları və vulkan fəaliyyəti hesab olunur.
Dioksinlər
Dioksinlər — məlum olan ən zəhərli maddələr qrupu. Dioksinlər polixlorlu dibengodioksinlər (PX DD) və ona uyğun olan polixlorlu dibenzofuronlar (PX DF) sinfinə aiddir. Dioksinlər üzvi maddələrdə həll olur, kanserogen təsirə və davamlığa malikdir. Torpaqda dioksinlərin yarımparçalanma dövrü 10–20 il təşkil edir. == Dioksinlərin ətraf mühitə yayılması == Aşağıda ətraf mühitin (atmosfer havasına, su hövzəsinə, torpaq örtüyünə) dioksinlərlə çirklənməsi prosesləri verilmişdir. === Atmosfer havasına === Atmosfer havasına dioksinlər və furanlar yanma prosesləri, metalların işlənməsi zamanı, məsələn, aqlomerasiya və əridilmə, qurutma, piroliz, krekinq və digər texnoloji proseslərin gedişi zamanı daxil olur. === Su hövzəsinə === Su hövzəsinə dioksinlər əsasən xlordan istifadə olunan sellüloz-kağız və kimya sənayesinin, dioksinlərlə çirklənmiş qoruyucu hopduruculardan istifadə olunan müəssisələrin, xlorfenol herbisidlərdən toxuculuqda, dəri, oduncaq və digər məhsulların örtükləri və rənglənməsində, yaxud hopdurulmasında istifadə edən müəssisələrin tullantılarından daxil olur. === Torpaq örtüyünə === Torpaq örtüyünün dioksinlərlə furanlarla çirklənməsi bəzi pestisidlərdən və kanalizasiya lilindən istifadə edilməsi nəticəsində baş verir. Bir sıra istehsalatın, o cümlədən tibbi tullantılar, lil, kimya istehsalının tullantıları, pestisidlərin tullantıları, işlənmiş transformator yağları və bir çox başqalarının tullantılarının tərkibində disoksinlər olur. Bu maddələrin təbii mənbələri meşə və bozqır (step) yanğınları və vulkan fəaliyyəti hesab olunur.
Diopsid
Diopsid – CaMg [Si2O6] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Növ müxtəliflikləri == Piroksenlər qrupuna aid olan mineral bir neçə növ müxtəlifliyi ilə təmsil olunmuşdur: otu çalarlı yaşıl xromdiopsid (5% Cr2O3), yaşıl omfasit (5–11% Al2O3, 6 % -dək Na2O), Fe3+ ilə zənginləşmiş diallaq, lavrovit (2–4% -dək V2O3) və b. == Xassələri == Rəng – müxtəlif intensivlikli yaşıl, az hallarda ağ, rəngsiz; Mineralın cizgisinin rəngi – yaşılımtıl-ağ; Parıltı – şüşə; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3,3–3,4; Sərtlik – 5,5–6; Kövrəkdir; Ayrılma – {110} üzrə aydın; Bölünmə – çox vaxt {100} üzrə diallaqda müşahidə edilir; Sınıqlar – pilləlidən qeyri-hamaradək; Morfologiya – kristallar: prizmatik, nisbətən az iynə- və lövhəvari; İkiləşmə: çox vaxt {100} və {102} üzrə; Mineral aqreqatları: sıx bütöv və dənəvər kütlələr (kokkolit), çubuqvari, radial-şüalı əmələgəlmələr. == Mənşəyi və yayılması == Maqmatik diopsidə müxtəlif tip süxurlarda rast gəlinir. Ultraəsası və əsası püskürmə süxurlarında – piroksenit, dunit, qabbro, diabazlarda, ultraəsası lavalarda, olivinli bazaltlarda, traxibazaltlarda və b., xromdiopsid isə ekloqitlərdə və peridotitlərdə geniş yayılmışdır. Qələvi peqmatitlərdə ətraf süxurların peqmatit ərintisi tərəfindən assimilyasiyası məhsulu kimi qeyd edilir. Kontakt-metasomatik mənşəli diopsid ən çox skarnlarda inkişaf etmişdir, çox vaxt roqoviklərdə də rast gəlir. Metamorfik əmələgəlmələrin tipik mineralıdır – mineralın ən iri yığınları piroksen-roqovik və epidot-amfibolit fatsiyalarında toplanmışdır. Qırıntı materialı kimi çökmə süxurlarda rast gəlir.
Doksinq
Doksinq (ing. Doxing) — sənədlərin izlənilməsi, bir şəxs haqqında İnternet vasitəsilə özəl məlumatların araşdırılması və dərc edilməsi təcrübəsini əks etdirən qısaltma.
Toksin
Toksin (q.yun. τοξικός, toxikos - zəhərli) – adətən bioloji mənşəli, yəni canlı orqanizmlər tərəfindən istehsal olunan zəhərli maddələri ifadə edir. Bununla insan əli ilə yaradılmış sintetik zəhərli maddələr bu sinfə daxil sayılmır. Fizioloji funksiyaları süstləşdirən, hədəf orqanizmlərin xəstələnməsinə və ya ölümünə səbəb olan bakteriya, bitki, yaxud heyvan mənşəli maddələrdir. Kimyəvi tərkibinə görə toksinlər zülal, polipeptid yaxud kiçik molekul ola bilir. Başqa üzvi və qeyri-üzvi zəhərlərdən fərqli olaraq toksin orqanizmə düşdükdə orada anticisim yaradır. Toksin ilan, əqrəb və hörümçək zəhərinin, habelə bir sıra zəhərli bitkilərin tərkibinə daxildir. Bakteriya mənşəli toksin daha geniş yayılmışdır. Toksinlər ağız, dəri və ya tənəffüz yolu ilə qəbul edildikdə müəyyən bir dozada və müəyyən bir zaman anında bioloji sistemlərə zərər verən maddələrdir.
Dikain
Tetrakain və ya dikain ― yerli anestetiklər qrupuna aid farmakoloji preparat. == Quruluşu == Tetrakain kimyəvi quruluşuna görə parabutilaminobenzoy turşusu törəməsidir. Molekulunda efir rabitəsi olan yerli anestetiklərdəndir. == İstifadəsi == Tetrakain güclü anesteziyaedici aktivliyə malik preparat olub, təsir gücünə görə kokaindən təxminən 10 dəfə qüvvətlidir. Lakin kokaindən 2–5, prokaindən 10 dəfə artıq toksiki təsirə malikdir. Səthi anesteziyada istifadə olunur. Təyin yolundan asılı olmayaraq selikli qişalardan yaxşı sorulur, bu səbəbdən preparatdan istifadə zamanı intoksikasiya halının baş vermə ehtimalının qarşısını almaq məqsədilə preparatdan istifadə zamanı dozalanmaya ciddi fikir verilməlidir. Kokaindən fərqli olaraq göz bəbəyini genişləndirmir, akkomodasiya və gözdaxili təzyiqə praktik olaraq təsir göstərmir. Preparatın damargenişləndirici təsiri olduğuna görə adrenomimetiklərlə birlikdə istifadəsi tövsiyə olunur.
Diskin tutumu, diskin həcmi
Diskin tutumu, diskin həcmi (disk capacity)– diskə yerləşdiriləbilən baytların (simvolların) ümumi sayı. Kompüterin əməliyyat sistemi öz məqsədləri üçün diskdə müəyyən yeri ehtiyatda saxlayır, bundan başqa, fayıllar diskə bayt-bayt ardıcıl olaraq deyil, bloklar şəklində yazıldığından, diskin gerçək tutumu onun saxlamaq üçün mümkün olan sahəsindən bir qədər çox olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Alişa Dikson
Alişa Dikson (7 oktyabr 1978, Böyük Britaniya) — ingilis müğənni, rəqqasə, aparıcı, aktrisa, repçi və modeldir. == Həyatı və karyerası == Alişa Diksonun atası yamaykalı, anası ingilisdir. Bir müddət müğənni Farel Vilyamsın komandasında rəqqasə kimi fəaliyyət göstərmişdir. Britain's Got Talent ve X Factor adlı televiziya proqramlarında münsiflik etmişdir. Dixon BBC üçün bir uşaq nöqteyi-nəzərindən məişət zorakılığı məsələsi ilə bağlı "Anamı vurma" adlı sənədli film yaratdı və öz uşaqlığını qeyd etdi: "O dövrü düşünəndə harmoniyada yaşadığımı xatırlamıram. Mən heç bir əyləncəli anları xatırlamıram, güman edirəm ki, neqativlər onu bulandırıb. Mənfi zamanlar və qorxulu zamanlar yaxşı olan hər şeyin qarşısını kəsib… Mən inanıram ki, hər bir uşağın öz mühitində böyümək hüququ var.
Dikson Torpağı
Dikson Torpağı (norv. Dickson Land) — Qərbi Şpisbergen adasının bir hissəsini təşkil edən ərazi (Şpitsbergen, Norveç). İsford və Veydefiord arasında yerləşir. Öz növbəsində bir yarımadadır. İsfordun üç hissəsi ilə parçalanmışdır — Billeford, Sassenford və Tempelford. İsveçli iş adamı və bir çox arktika ekspedisiyalarını maliyyələşdirən Oskar Diksonun (1823—1897) şərəfinə adlandırılmışdır.
Dikson adası
Dikson adası (rus. Ди́ксон) — Kara dənizində, Rusiyanın Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonunda (rus. Таймы́рский Долга́но-Не́нецкий райо́н), Yenisey çayının mənsəbinin yaxınlığında yerləşən ada. Adanın yaxınlığında Dikson şəhərtipli yaşayış məntəqəsi yerləşir və bu ərazidəki əsas liman və hidrometeorologiya mərkəzidir. Burada Dikson Hava Limanı fəaliyyət göstərir. == Tarix == Dikson adası və yaxınlığında yerləşən eyniadlı yaşayış məntəqəsi isveçli Artika maqnatı Oskar Diksonun şərəfinə adlanıdırılmışdır. Ada pomorlar tərəfindən keç edilməsindən sonra XVII əsrdə Dolqi ("uzun") və Kuzkin adları ilə tanınmışdır. 1875-ci ildə fin səyyah Adolf Erik Nordenşöld adaya əslən şotland olan, varlı İsveç maqnatı Oskar Diksonun adını vermişdir. İngiliscə Oskar Dikson "Oscar Dickson" şəklində yazılsa da, daha sonra "c" hərfi düşmüş və ingiliscə "Dikson" adından istifadə olunmağa başlanmışdır. 1884-cü ildə bu ad adanın rəsmi adı kimi qəbul olunmuşdur.
Dikson qəsəbəsi
Dikson — Şəhərtipli qəsəbə olaraq Krasnoyarsk diyarının şimalında Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Rusiyanın şimal qütbünə ən yaxın şəhər tipli qəsəbəsidir. == Tarixi == Qəsəbə 7 sentyabr 1915-ci ildə Dikson adasında inşa edilir. Qəsəbənin materik hissəsi isə sonra tikilir. Ada öz adınını norveçli taçir və səyahətçi Oskar Diksonun (isv. Oskar Dickson; 1823—1897) adından götürmüşdür. Uzaqda yerləşməsi çoxlarını bura cəlb edir. Halbuki, qəsəbəyə gediş hecdə asan deyil. Sənətçilərin bir qismi Dikson haqqında nəğmələr qoşmüşdür. 1942-ci ildə qəsəbə yaxınlığında alman «Admiral Şeer» gəmisi ilə SSRİ donamması döyüş baş vermişdir.
Dikson-Entrans boğazı
Dikson-Entrans boğazı (ing. Dixon Entrance) -Boğaz Sakit okeanın şimal-şərqində Alyaska və Vaşinqton ştatları arasında yerləşir. Üstəlik boğaz Kanada və ABŞ sərhəddini təşkil edir. İnzibati cəhətdən isə ABŞ tərəfdən Alyaska ştatının və Kanadadan isə Britaniya Kolumbiyası ərazisini təşkil edir. == Coğrafiyası == Boğaz Hayda-Quain adasını Aleksandr arxipelaqından ayırır. Ondan cənubda Hekate boğazı, şimalda isə Klarens boğazı ilə birləşir. Uzunluğu və eni 80 km təşkil edir. Boğaz əsasən buzlaşmanın nəticəsində əmələ gəlmişdir. == Tarixi == Boğaz Kanada və ABŞ arasında ərazi mübahisəsi olaraq qalır. Belə ki, Kanada A-B xətti deyilən anlayışa əsasən boğaz sularını beynəlxalq dəniz suları hesab edərək iki ölkə arasında sərhəd təşkil etdiyini bildirir.
Sərt diskin məhsuldarlığı
Sabit disklər əvvəl yerlərinə istifadə olunan storage vahidləri "maqnetik zolaqlar" və "maqnetik davul" adlandırılan terminlərdir. 1950-ci ildə edilmiş olan ilk ticarət maşın (nümunə ERA 110) maqnetik davul, 1 megabit (1 bit = 1/8 bayt) məlumat saxlayabilməkdə və bir sözü 5000 saniyədə oxuyabilməkdəydi. Mövzu ilə əlaqədar digər əhəmiyyətli tarixlər: 1956 — IBM firması 50 ədəd 61 sm diametrində diskdən ibarət 5 MB-lıq 305 RAMAC'ı çıxardı. 1973 — IBM 3340 Winchester markalı 30 MB-lıq məşhur sabit diski çıxardı, bəzi ölkələrdə sabit disk hələ bu şəkildə adlandırılmaqdadır. 1980 — Seagate firması günümüzdəki 5,25 düymlük CD sürücülərinin iki qatı yüksəklikdəki 5 MB-lıq ST 506 modelini çıxardı. 1983 — IBM çıxardığı PC / XT kompüterləri ilə birlikdə sabit disk bir çox fərdi kompüter üçün təməl təchizat halına gəldi. 1985 — Günümüzdəki 5,25 düymlük CD sürücülərinin böyüklüyündə (1,6 düym yüksəklikdə) sabit disklər çıxarıldı. 1987–3,5 düymlük, 500 MB'a çatan böyüklüklərdə sabit disklər çıxarıldı. 1997 — IBM masaüstü kompüterlər üçün 16,8 GB-lıq bir sabit diski bazara sürdü. 1998–25 GB-lıq disklər bazara çıxdı.
Sərt diskin tutumu
Sərt disk – informasiya daşıyıcıları hər iki tərəfi maqnit material təbəqəsi ilə örtülmüş dairəvi alümin lövhələr (platterlər) olan maqnit diskdir. Bu plastina və ya hesablayıcı/yazı bloku ilə birgə plastinalar qrupu toz, nəm və çirkdən qorunması üçün hermetik qutuda yerləşir. Sərt disk iki əsas hissədən – hermetik blokdan və elektronika platasından ibarətdir. Hermetik blokda sərt disklər, mövqe vermək üçün qurğudan ibarət başlıqlar bloku, şpindelin elektrik məftili və ilkin siqnal gücləndiricisi quraşdırılıb. Hermetik blokun ilkin gücləndiricisindən siqnal elektronika blokuna daxil olur. Həmçinin onun vasitəsilə başlıqlara, yazan siqnal daxil olur. Elektronika bloku ibarətdir: idarəedici blok, daimi yaddaş qurğusu (DYQ), bufer yaddaşı, interfeys bloku və siqnalın rəqəmsal emalı bloku Verilənlərin yazılma texnologiyası Sərt disklərin iş prinsipi maqnitofonların işinə oxşayır. Diskin işlək səthi hesablayıcı başlığa əsasən hərəkət edir (məsələn, maqnit məftilində kəsiklə induktiv çarx formasında). Dəyişən elektrik cərəyanı verildikdə başlığın kəsiyində yaranan dəyişən maqnit sahəsi diskin səthinin ferromaqnitinə təsir edir və siqnalın həcmindən asılı olaraq domenlərin vektorunun istiqamətini dəyişir. Hesablama zamanı başlığın kəsiyində domenlərin yerdəyişməsi başlığın maqnit məftilində maqnit axınının dəyişməsinə səbəb olur ki, bu da elektromaqnit induksiyası effektinə görə çarxda dəyişən elektrik siqnalının yaranmasına gətirib çıxarır.
Meyson-Dikson xətti
Meyson–Dikson xətti, həmçinin Meyson və Dikson xətti və ya Meysonun və Diksonun xətti kimi tanınır (ing. Mason–Dixon line) — ABŞ-də Pensilvaniya, Merilend, Delaver və Virciniya ştatlarını ayıran sərhəd xətti.
Meyson–Dikson xətti
Meyson–Dikson xətti, həmçinin Meyson və Dikson xətti və ya Meysonun və Diksonun xətti kimi tanınır (ing. Mason–Dixon line) — ABŞ-də Pensilvaniya, Merilend, Delaver və Virciniya ştatlarını ayıran sərhəd xətti.
Diksit—Stiqlits—Kruqman modeli
Diksit—Stiqlits—Kruqman modeli — yeni beynəlxalq ticarət nəzəriyyəsinin əsasını təşkil edən və iqtisadçılar Avinaş Diksit, Cozef Stiqlits və Pol Kruqman tərəfindən yaradılmış inhisarçı rəqabət və miqyas iqtisadiyyatları şəraitində aqlomerasiyaların formalaşması üçün makroiqtisadi model. == Tarixi == E.Çemberlinin 1933-cü ildən "İnhisarçı rəqabət nəzəriyyəsi" kitabında (əvvəllər 1927-ci il dissertasiyasında verilmişdir) və bir neçə ay sonra C.Robinsonun "Qeyri-kamil rəqabətin iqtisadi nəzəriyyəsi" əsərində "həmçinin 1933-cü ildən inhisarçı rəqabət üçün xarakterik olan anlayışlar və fərziyyələr tətbiq olunur. İnhisarçı rəqabət modeli 1977-ci ildə A. Diksit və J. Stiqlitsin “İnhisarçı rəqabət və optimal məhsul müxtəlifliyi” adlı birgə məqaləsində (Uorvik Universitetində 1975-ci ildə birgə iş əsasında) yaranmışdır. Bu model 1979-cu ildə Pol Kruqmanın “Artan gəlirlər, inhisarçı rəqabət və beynəlxalq ticarət” və 1980-ci ildə “Məqsəd iqtisadiyyatı, məhsulun differensasiyası və ticarət strukturu” məqalələrində əlavə edilmiş və yenidən işlənmişdir. 1980-ci ildə A. Diksit və V. Normanın monoqrafiyası, 1985-ci ildə isə E. Helpman və P. Kruqmanın "Bazar strukturu və xarici ticarət" əsərindən sonra. P. Kruqman təhlili 1991-ci ildə “Gəlirlərin artırılması və iqtisadi coğrafiya” məqaləsi ilə tamamladı və 1999-cu ildə M. Fujita, P. Kruqman və A. Venablesin “Məkan iqtisadiyyatı” əsəri nəhayət Diksit—Stiqlits—Kruqman modeli formalaşdırdı.
Madhuri Dikşit
Madhuri Dikşit (ing. Madhuri Dixit, hind. (dev.) माधुरी दीक्षित, marathi माधुरी दीक्षित ; 15 may 1967, Bombey) — Hindistanlı aktrisa. Boyu: 163 sm == Həyatı == Madhuri Dikşit 15 may 1967-ci ildə Hindistanın Mumbay şəhərində marathi dilində danışan və hinduizmdə ali kastaya — brahmanlar kastasına aid ailədə anadan olmuşdur. Valideynləri Şankar və Snehalata Dikşitdir. Ailədə 4 uşaqdırlar. Madhuri ailənin son beşiyidir, özündən böyük iki bacısı (Rupa və Bharati) və bir qardaşı (Acit) var.
Möksin (Auırqazı)
Möqsin (başq. Мөҡсин, rus. Муксино) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İşli kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 27 km, kənd sovetliyindən (İşli): 8 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 51 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (92%) üstünlük təşkil edir.