Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Divident diskontlaşdırma modeli
Dividentin gəlirliliyi
Dividend
Dividendlər (ing. dividends) — səhmdar cəmiyyətin mənfəətinin hər il səhmdarlara ödənilən hissəsi. Sahib olunan səhmlərə uyğun dividend ödənilir. Yəni dividendlər hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir. Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir, həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır.
Dividend siyasəti
Dividend siyasəti Korporasiyanın, yəni səhmdar cəmiyyətlərin səhmdarlar arasında bölüşdürülən mənfəəti dividend adlanır. Dividendlər səhmdarların müəyyən səhmdar cəmiyyətə qoyduqları kapitaldan gələn yeganə gəlir bazasıdır. Bu gəlir ya pul, ya da səhm formasında ödənilə bilər. Dividendlərin ödənmə mənbəyi heç bir halda investisiya kapitalı yox, yalnız və yalnız bölüşdürülməmiş mənfəətdir. Göstərdiyimiz kimi, müəssisə səhmdarları konkret müəssisəyə qoyduqları kapitalın gəlirini dividendlər şəklində alırlar. Səhmdar cəmiyyətlərdə dividendlər faktiki olaraq müəssisə sahiblərinin maraqlarını ifadə edən bir vasitədir. Şirkətin gəlirliliyi nə qədər yüksək və stabildirsə, dividendlər də bir o qədər müntəzəm ödənilir. Məlum olduğu kimi, şirkətin mənfəətindən ilk növbədə korporativ vergilər ödənilir, yerdə qalan hissədən şirkət istədiyi kimi istifadə edir. Səhmdarların qərarı ilə qalan hissənin bir qismini yeni investisiyaların maliyyələşdirilməsinə yönəltmək olar. Bundan sonra isə dividendlər ödənilir.
Dissident
Dissident (lat. dissidens — geri çəkilən, fərqli fikirli) — yaşadığı ölkədə siyasi baxışları rəsmi hakimiyyətin fikirlərindən radikal şəkildə fərqlənən insan. Bu fərqlilik bir çox hallarda hakimiyyət tərəfindən təqiblərə məruz qalır. == Ədəbiyyat == Диссидент в толковом словаре Ушакова. Диссидент в словаре по общественным наукам Глоссарий.ру Диссиденты в Энциклопедическом словаре «История Отечества с древнейших времен до наших дней».
Sülh dividendi
Sülh dividendi — ABŞ Prezidenti Corc H. V. Buş və Birləşmiş Krallığın Baş naziri Marqaret Tetçer tərəfindən ön plana çıxarılmış, 1988–1991-ci illərdə Sovet İttifaqının dağılması fonunda müdafiə xərclərinin azalmasının iqtisadi faydasını təsvir edən siyasi şüar. Termin tez-tez Soyuq müharibənin sonunda, bir çox Qərb dövlətlərinin hərbi xərcləri əhəmiyyətli dərəcədə azaltması fonunda istifadə olunmuşdur. == Etibarlılıq == İqtisadiyyatlar böyük bir münaqişənin sona çatmasından sonra resessiyaya məruz qalır, çünki iqtisadiyyat uyğunlaşmaq və yenidən qurulmaq məcburiyyətində olur. Buna baxmayaraq, sülh dividendləri potensial uzunmüddətli faydaya aid edilir, çünki dövlət büdcəsinin müdafiə xərcləri üçün ayrılmış hissəsinin ən azı bir qisminin sosial proqramlara və/yaxud vergi dərəcələrinin azalmasına yönəldildiyi güman edilir. Real iqtisadiyyatlarda sülh dividendlərinin mövcudluğu hələ də müzakirə olunur, lakin bəzi araşdırmalar onun reallığına işarə edir.Soyuq müharibənin başa çatması nəticəsində yaranan sülh dividendləri ilə bağlı siyasi müzakirə hansı ölkələrin hərbi xərclərinin azaldılması, hansı ölkələrin azaldılmaması ilə bağlı müzakirələri əhatə edir. Müdafiə xərclərinin azalması halları əsasən Qərbi Avropa və Rusiya Federasiyasında diqqətə gəlmişdir. 1985–1993-cü illərdə hərbi xərcləri sürətlə azalmış və 1993–1999-cu illərdə sabit qalmış ABŞ 11 sentyabr 2001-ci ildən sonra Terrorizmlə müharibə, Əfqanıstan müharibəsi və İraq müharibəsi də daxil olmaqla münaqişələrin maliyyələşdirilməsini kəskin şəkildə artırmışdır. ABŞ intellektualı Noam Çomski, əksinə, ABŞ-nin hərbi kompleksə böyük sərmayə qoymasının təhlükəsizlik səbəbi ilə bağlı olmadığını, əksinə, bu sənayenin korporasiyalarının və onların tərəfdaşlarının xeyrinə kütləvi dövlət hərbi xərcləri vasitəsilə texnoloji yeniliyi azaltmaq üçün siyasi konsensual mexanizm olduğunu irəli sürmüşdür. Bəzilərinə görə, SSRİ-nin süqutu ABŞ-yə ölkə daxilində hərbi xərcləri istədiyi kimi əsaslandırmaq üçün yeni xarici müharibələr axtarmağa imkan yaratmışdır.2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra sülh dividendinin bitdiyi iddia edilmişdir.
Çingiz Abdullayev (dissident)
Çingiz Abdullayev (1929, Laçın rayonu – Bern) — Sovet dövründə Azərbaycanda milli hərəkatçı, dissident, siyasi mühacir. == Həyatı == 1947-1950-ci illərdə Azərbaycandakı gizli tələbə dərnəklərindən birinin rəhbəri Çingiz Mirzağa oğlu Abdullayev 1929-cu ildə Laçın rayonunda anadan olmuşdur. Yeniyetməlik illərindən diribaşlığı, hər şeyə şübhə ilə yanaşması, sözü üzə deməsi ilə ətrafındakıların diqqətini özünə çəkən Çingiz 1947-ci ildə Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsində oxumağa başlamışdır.Sovetlər Birliyi müttəfiqlərinin yardımıyla faşizm üzərində qələbə çalsa da özü əsarətdə saxladığı xalqlarla faşistsayağı davranırdı. Ara vermədən haqq söz deyənləri, sözün düzünü deyənləri, millətinin hüquqlarının tapdandığını söyləyənləri həbsxanalara atır, sürgünə yollayır, müxtəlif yollarla təqib edir, təzyiqlər altında saxlayırdı. Bütün ağrı-acılara baxmayaraq haqqı tələb edənlərin səslərini batırmaq olmurdu. Səsini duyuran, haksızlığa qarşı dirənən gənclərdən biri də Azərbaycan Teatr İnstitutunun tələbəsi Çingiz Abdullayev idi. O, təkbaşına bir iş görə bilməyəcəyini anlayıb özünə həmfikirlər axtararkən onunla eyni institutda oxuyan Cahid Hilaloğlu ilə tanış olur. Birgə dərnək qurub Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmaq istəyirlər.Lakin bu dərnəyin ömrü çox da uzun olmur.Xüsusi xidmət orqanları onların yazdıqlrı vərəqlərin izinə düşür.Beləliklə 1948-ci il avqustun 28-də Çingiz Abdullayev Bakıdakı Varaşilov rayonunun 3-sü sahəsində mühakimə edilir və Azərbaycan SSR CM 213-cü maddəsinin 2-ci bəndilə-yəni "dələduzluqla dövlətə və ya ictimai idarəçiliyə zərər vurmaq"da ittiham edilərək üç il azadlıqdan məhrum etmə ilə cəzalandırılar və institutudan qovulur. O, cəzasını SSRİ-nin ən sərt rejimli cəza müəssisələrində çəkib 1950-ci ilin 19 iyununda azadlığa buraxılır. Bakıda yaşamasına və işləməsinə icazə verməsələr də məsləkdaşları ilə daima əlaqə saxlayır, mübarizənin yeni formalarını düşünür.
La-Bati-Divizen
La-Bati-Divizen (fr. La Bâtie-Divisin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38028. Kommunanın 2012-ci il üçün əhalisi 892 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 360 ilə 615 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 38 km şimal-qərbdə yerləşir.