Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Diyircəkli Yastıq
Diyircəkli Yastıq (digər adı Diyirlənmə yastığı) — əsas elementi diyirlənmə cisimi (halqalar arasında qoyulan və bir-birindən separatorla ayrılaraq müəyyən məsafədə yerləşən kürəciklər və ya diyircəklər) olan düyünə deyilir. İş zamanı diyirlənmə cisimləri, əksər hallarda tərpənməz olan halqaların üzərindəki qaçış yolu üzrə diyirlənir. Aparan diyirlənmə cisimləri arasında yük bərabər paylanmayıb, yastıqda olan radial araboşluğundan və onun detallarının həndəsi dəqiqliyindən asılı olur. Diyirlənmə yastıqları maşınqayırmada geniş yayılmışdır. Onlar standartlaşdırılmışdır və kütləvi istehsalda hazırlanır. == Üstünlükləri == Bu yastıqların aşağıdakı üstünlükləri vardır: 1. Kütləvi istehsal nəticəsində ucuzdur; 2. Sürtünməyə az itkilər sərf edilir və işlədikdə az qızır; 3. Yüksək dərəcədə qarşılıqlı əvəzolunmaya malikdir ki, bu da maşınların quraşdırılmasını və təmirini asanlaşdırır; 4. Az yağlama tələb edir; 5.
Diyircəkli qələm
Diyircəkli qələm - Dəftərxana ləvazimatı. 1938-ci il də Macar ixtiraçı Lazlo Biro, biro da deyilən, gündəlik həyatımızın imtina edilməz parçası olan diyircəkli qələmin həyata keçməsini təmin etdi.Diricəkli qələmi ilk dəfə Böyük Britaniya hərbi aviasiyası üçün hazırlamışdılar (yüksəklikdə digər qələmlərdən mürəkkəb çıxmırdı). 1945-ci ildə, Nyu-Yorkda ilk diyircəkli qələmlərin bir partiyası satışa çıxarılan zaman, elə bir sayda insan toplaşıb ki, şəhərin bütün polis işçiləri işə cəlb olunub. Bir günün içində 10 min qələm satılıb, halbuki, o zaman bir qələm elədə ucuz başa gəlməyib. Bir qələmin qiyməti bir amerikalı zavod işçisinin 8 saatlıq əmək haqqının dəyərində olub.
Wi-Fi-li diyircəkli qələm
Wi-Fi-li diyircəkli qələm - mexaniki yazını şifrələyərək Wi-Fi şəbəkəsi vasitəsi ilə Evernote servizində rəqəmli formaya salan xüsusi konstruksiyalı diyircəkli qələm. == Texini xarakteristikası == Livescribe şirkəti tərəfindən hazırlanıb və Sky WiFi Smartpen şərti adını alıb. Qələm kağız üzərində yazılan və şəkilən istəhilən şəkli qeydə alır, rəqəmli formaya çevirir və telsiz şəbəkə vasitəsi ilə Evernote servizində saxlanılmağa göndərilir. Qələm Wi-Fi şəbəkəsinə qoşularaq Evernote servizinə inteqrasiya olunur. Qələm istifadəçisi Evernote servizindəki səhifəsinə daxil olaraq etdiyi qeydlərə baxa və səs yazılarına qulaq asa bilər. Smartpen qələmi səsi qələmə qurqşdırılmış mikromikrofon vasitəsi ilə yazır. Yazıların rəqəmli formaya salınması üçün o xüsusi kağızda yazılmalıdır. Kağız üzərinə xüsusi marker nöqtələr yerləşdirilib. Onlara toxunaraq qələm infraqırmızı kamera vasitəsi ilə fəaliyyət göstərir. Qələmin özünün klaviaturası yoxdur.
Çılpаq dircək
Çılpаq dircək - (lat. Ajuga glabra) == Qısa morfoloji təsviri == Çoxillik, hündürlüyü 25-30 sm, gövdəsi düz, tüklü bitkidir. Yarpaqları üç dar xəttvari hissəyə bolünmüşdür. Aşağı yarpaqlar daha çox bütöv, çəlovvarixəttvari, yuxarısı üçdilimli, daralaraq uzun saplağa çevrilir. Çiçəkləri oturaq, tək-təkdir, yarpaqların qoltuğunda yalançı sünbülvari çiçəkqrupunda yığılmışdır. Kasacıq 4–6 mm uzunluqda, zınqırovvari, yuxarı hissədə nisbətən uzuntüklü, altdan çılpaqdır. Tacı 16–20 mm uzunluqda, limonu və ya açıq sarı rəngdə, aşağı dodaqcığı al qırmızı zolaqlı və ya ləkəlidir. Fındıqçalar 3 mm, uzunsov, büzüşmüş formada, tünd rəngdədir. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Alaq bitkisidir, çöllərdə, əkinlərdə, bağlarda, kollüqlarda, çay vadilərində, quru gilli, daşlı yamaclarda bitir.
Dirçək
Dirçək, sığırdili (lat. Ajuga) – dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Piramidavari dirçək
Piramidavari dirçək (lat. Ajuga pyramidalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü.
Sürünən dirçək
Sürünən dirçək (lat. Ajuga reptans) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü. == Sinonimləri == Ajuga abnormis (Rouy) Prain Ajuga alpina Fr. [Illegitimate] Ajuga barrelieri Ten. Ajuga breviproles Borbás Ajuga candolleana (Rouy) Prain Ajuga densiflora Ten. [Illegitimate] Ajuga pyramidalis Huds. [Illegitimate] Ajuga repens Gueldenst. ex Ledeb. Ajuga reptans var. albiflora Tinant Ajuga reptans var.
Yalançıxios dirçək