Uyğur dilində “fırlamaq” mənasını verən təğir feili var. İy (cəhrədə) yerinə tengirek işlədilir. Dəyirmi, dəyirman, təkər, tövərək kimi sözlər teqir (крутить) sözü zəminində əmələ gəlib. Diyircək də məhz teqir (fırlanan) sözü ilə qohumudr. Ehtimal ki, dairə sözü də türk mənşəlidir və başqa dillərə də keçib. Hətta dəhrə (ucu əyri kəsici alət) sözü də yuxarıdakılarla qohum hesab oluna bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)