Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dominion
Dominion (ing. dominion; lat. dominium — hakimiyyət) — əvvəllər Britaniya İmperiyasının (sonra Millətlər Birliyinin) tərkibindəki faktiki müstəqil dövlətlərin hüquqi statusu. Dominionların dövlət başçıları dominionların general-qubernatoru tərəfindən göstərilən Britaniya monarxı hesab olunurdu. 1926-cı ildə Böyük Britaniyanın xarici işlər naziri və Mühafizəkarlar partiyasının lideri olan Artur Ceyms Balfur imperiya konfransında ilk dəfə olaraq dominion anlayışının tərifini vermişdir. 11 dekabr 1931-ci il Vestminster əsasnaməsinə görə dominionlar "Britaniya İmperiyasının bərabərhüquqlu, öz daxili və xarici siyasi aspektlərinə görə bir-birindən asılı olmayan, amma taxt-tac qarşısında ümumi öhdəliklər daşıyan və Britaniya Millətlər Birliyi üzvlərinin azad assosiasiyasını təşkil edən müstəqil icmaları" idilər. Həmin vaxt dominion statusu aşağıda adları qeyd edilən ərazilərə aid idi (bu status həmin ərazilərə daha əvvəl və müxtəlif illərdə verilmişdir): Kanada (1867); Avstraliya İttifaqı (1901); Yeni Zellandiya (1907); Nyufaundlend (1907); Cənubi Afrika Birliyi (1910); İrlandiya (1921).Bu status bir qayda olaraq, iqtisadi cəhətdən bir qədər inkişaf etmiş ərazilərə verilirdi, hansı ki həmin ərazilərin əhalisi əsasən Avropadan köçənlərdan ibarət idi və bu hal da metropoliya siyasətinə sədaqət zəmanəti olmuşdur. 1931-ci ildə Britaniya Birliyinə (1946-cı ildən — Millətlər Birliyi) daxil olan bütün dövlətlər (birbaşa koloniyalar və müstəmləkə əraziləri istisna olmaqla) Böyük Britaniya dominionu kimi tanındılar. 1949-cu ildə Hindistanın respublika idarə üsuluna keçməsindən sonra və Millətlər Birliyinə üzv dövlətlər üçün Britaniya monarxının rəsmən dövlət başçısı kimi qəbul olunmasının qeyri-məcburi hesab edilməsindən sonra "dominion" terminindən daha istifadə olunmur. Amma Böyük Britaniyanın bəzi keçmiş dominion və kaloniyalarında hələ də Böyük Britaniya monarxı rəsmən dövlət başçısı hesab edilməkdədir.
Dominion Günü
Dominion Günü bəzi Commonwealth üzvü ölkələrində milli bayram olaraq qeyd olunan günlərə verilən addır. Bu günlər dominionluq qazanıldığı və ya qismən müstəqillik qazanıldığı günlərdən ibarətdir. == Kanada == Kanadada 1 iyul 1982-ci ilə qədər Dominion Günü olaraq qəbul edilmişdi. Bunun səbəbi, 1 iyul 1867-ci ildə Britaniya İmperiyası İngilis Şimali Amerika Qanununa əsasən bu günkü Kanadanın mənşəyi olan dörd əyalətdən ibarət federasiyaya yerli özünüidarəetmə hüququnu verməsidir. 27 oktyabr 1982-ci ildə qəbul edilmiş qərarla bu tətbiqə son verildi və 1 iyul Kanada Günü olaraq dəyişdirildi. == Yeni Zelandiya == Yeni Zelandiyada 26 sentyabr Dominion Günü hesab olunur. Buna səbəb Dominion statusunun 1907-ci ildə Yeni Zelandiyaya həmin gün verilməsi idi.
Old Dominion Universiteti
Old Dominion Universiteti (ing. Old Dominion University) ― ABŞ-nin Virciniya ştatının Norfolk şəhərində yerləşən dövlət universiteti.Əsası 1930-cu ildə Norfolkda Vilyam və Meri Kollecinin fəaliyyətə başlaması ilə qoyulmuşdur. 1969-cu ildən etibarən bugünkü adı ilə fəaliyyət göstərən qurum Virciniya ştatının ən böyük və ən qabaqcıl ali təhsil müəssisələrindən biridir. Hazırda 8 kollec və 1 aspirantura məktəbində 73 bakalavr, 60 magistr və 35 doktorantura proqramı üzrə dünyanın 89 ölkəsindən təhsil alan 25 minə yaxın tələbəsi vardır. Əsas kampusu isə Norfolk şəhərində yerləşir. Universitetin tədqiqat fəaliyyəti səlahiyyətli orqan olan Cənubi Kolleclər və Məktəblər Birliyi tərəfindən tənzimlənir. Bundan əlavə, universitet Cənub-Şərqi Universitetlərin Araşdırma Assosasiyasının üzvü və "Kolleclər üzrə milli dəniz tədqiqatları qrant proqramı", o cümlədən "Kolleclər üzrə milli kosmik tədqiqatlar qrant və təqaüd proqramı" kimi ABŞ dövlət proqramlarının tərkib hissəsidir. "Washington Monthly" jurnalının 2020-ci ildə ABŞ ali təhsil müəssisələri üzrə dərc etdiyi siyahıya görə Old Dominion Universiteti ən nüfuzlu 150 universitet arasındadır. Princeton Review şirkətinin sıralamasında Old Dominion Universiteti 5 il (2016-2021) ardıcıl olaraq ABŞ-nin cənub-şərqində yerləşən ən mütərəqqi universitetlərdən biri kimi göstərilmişdir. Bundan əlavə, ABŞ-nin Milli Elm Fondu, Old Dominion Universitetini "Yüksək tədqiqat fəaliyyətli" ali təhsil müəssisələri kateqoriyasına daxil etmişdir.
Pakistan dominionu
Pakistan dominionu (urdu مملکتِ پاکستان, benq. পাকিস্তান অধিরাজ্য) — 1947-ci ildə Cənubi Asiyada Hindistanın parçalanması ilə yaranmış iki müstəqil federal dominiondan biri (digər isə Hindistan dominionu). Dominiona hal-hazırda Pakistan və Banqladeşin böyük hissəsi daxil idi. Bu dominion keçmiş Britaniya Hindistanı tərəfindən müsəlmanların ölkəsi kimi iki millətin nəzəriyyəsi ilə düşünülüb. == İstinadlar == == Əlavə oxu == Chester, Lucy P. (2009) Borders and Conflict in South Asia: The Radcliffe Boundary Commission and the Partition of Punjab. Arxivləşdirilib 2016-05-09 at Archive.today Manchester: Manchester University Press.
Dominika
Dominika (ing. Dominica) və ya rəsmi adı ilə Dominika Birliyi (ing. Commonwealth of Dominica) — Karib dənizində ada-dövlət. Dominika Kiçik Antil adalarındakı Dominika adasında yerləşən mikrodövətdir. Dominikanın şimal-qərbində Qvadelupa, cənub-şərqində Martinika əraziləri yerləşir. Paytaxtı və ən böyük şəhəri Rozo, ümumi sahəsi 750 kvadrat kilometr, əhalisinin sayı 71 min nəfərdir. Ada-dövətin ən yüksək nöqtəsi 1444 m-lə Morn Diablotindir. Dominikanı 1493-cü ildə Xristofor Kolumb kəşf etmişdir. Dominika 1768-ci ildən etibarən Böyük Britaniyanın müstəmləkəsi olmuşdur. 1978-ci ilin noyabrın 3-dən etibarən isə müstəqil dövlətdir.
Dominikan
Dominikan Respublikası - (İspan República Dominicana, oxunuşu 'republika Dominikana') Karib dənizindəki Hispanyola adasında yerlşən bir ölkədir. Hispanyola Puerto-Rikonun qərbində, Kuba və Yamaykanın şərqində yerləşir. Venesuela ilə dəniz sərhədi vardır. Adanın qərb hissəsində Haiti yerləşir. Dominikan Respublikası ilə Dominika qarışdırılmamalıdır. Dominikan Respublikası Avropalıların Amerika qitələrində ilk məskunlaşma yeridir. Paytaxtı, Santo-Dominqo da Amerikalardaki ilk müstəmləkə paytaxtı idi. Müstəqilliyinin böyük bir hissəsində ölkədə siyasi böhran yaşanmış, xalqı təmsil etməyən və təzyiqçi bir çox hökumət tərəfindən idarə edilmişdir. 1961-ci ildə diktator Rafael Leonidas Trujillo Molinanın ölümündən sonra Dominikan Respublikası təmsili demokratiyaya keçmişdir. Dominikan Respublikası Latın Amerikasının Vest-Hind subregionuna daxildir.
Domisian
Tit Flavi Domisian (24 oktyabr 51, Roma – 18 sentyabr 96[…], Roma) — Roma imperatoru (81–96), Flavilər sülaləsinin son nümayəndəsi. Atası Vespasianın hakimiyyət uğrundakı mübarizəsində fəal iştirak etmişdir. Əyalət şəhərlərini müdafiə etmiş, onların əhalisinə Roma vətəndaşlığı hüququ verirdi. Bürokratik aparatı və hakimiyyətini senatın hüquqları hesabına möhkəmlətməsi senatın narazılığına səbəb olmuşdu. Domisianı azad edilmiş qullar öldürmüşlər. Domisianın dövründə romalılar Azərbaycan ərazisinə gəlmişdilər. Qobustanda tapılmış (1948) kitabədə Domisian və XII İldırımsürətli legionun adı çəkilir.
Dominia
Dominia — Rusiya metal musiqi qrupu. == Haqqında == Qrupun qurucusu vokalist Anton Rosa 1999-cı ildə gitarsit Denis Suxarov ilə simfonik black metal janrda olan "Tentamentum" qrupunu yaratdılar. Daha sonra qrupa yeni üzvlər gələrək 2000-ci ildə adlarını "Dominia"ya dəyişdirərək dark və simfonik metal janrda çıxış etdilər. 2001-ci ildə isə ilk demo mahnılarını - "Dancing with Marie Jane" yazdılar.
Domino
Domino — sümük daş (domino daşı) ilə oynanılan oyun. Oyunun əsas şərti eyni xallı daşlardan ibarət domino zənciri yaratmaqdır. == Tarixi == Domino oyununun çoxəsrlik tarixi var. Qədim Çin əfsanələrinə görə, bu oyun artıq XII əsrdə Şərqdə məşhur olub. Onun ilk növü əsasında daha 47 variantı meydana çıxıb ki, həmin oyunlarda istər ağ­qara, istərsə də rəngbərəng daşlardan istifadə olunub. Müxtəlif rənglər daşların üstünlüyünü bildirib. SSRİ dövründə Salyan rayonunda yerləşən Plastmas zavodunda istehsal olunan dominonun SSRİ ölkələrinə satılması haqqında məlumatlar mövcuddur. Bu çox maraqlı oyun öz adı ilə dominikan rahiblərinə borcludur. Belə ki, həmin ruhanilərin geyimi – başlıqlı qara bürüncəklər belə adlandırılıb. İkincisi, istənilən işə, o cümlədən oyuna başlamazdan əvvəl Tanrıya həmd və şükür etmək lazım idi ki, bu da “Domino gratias” və ya “Benedicamus domino” adlanıb.
Dominika bayrağı
Dominika bayrağı — Dominikanın Dövlət bayrağı
Dominika boğazı
Dominika boğazı (ing. Dominica Passage; fr. Canal de la Dominique) — Fransanın asılı ərazisi olan Qvadelupanın tərkibinə daxil Mari-Qalant adasının şimalını Dominika adasının cənubdaan ayıran boğaz. Boğazın eni 26 km, uzunluğu 58 km-dir. Atlantik okeanını Karib dənizi ilə birləşdirir. 1987-ci ildə Fransa ilə Dominika arasında Dominika boğazında sərhədin delimitasiyası haqqında saziş imzalanmışdır.
Dominika ordusu
Dominika ordusu — Dominika Birliyinin milli hərbi qüvvələrinə verilən ad. Dominika 1981-ci ildən bəri daimi orduya malik deyil. Ölkədə hərbi müdafiəni Regional Təhlükəsizlik Sistemi (RTS) təmin edir.Dominika Polis Qüvvəsini Vətəndaş Birliyinin bir Xüsusi Təyinatlı Vahidi var. Müharibə və ya fövqəladə hal vəziyyətində hakimiyyət tərəfindən elan edilibsə, ölkənin polis qüvvəsi ordu kimi fəaliyyət göstərə bilər.
Dominikan Respublikası
Dominikan Respublikası - (İspan República Dominicana, oxunuşu 'republika Dominikana') Karib dənizindəki Hispanyola adasında yerlşən bir ölkədir. Hispanyola Puerto-Rikonun qərbində, Kuba və Yamaykanın şərqində yerləşir. Venesuela ilə dəniz sərhədi vardır. Adanın qərb hissəsində Haiti yerləşir. Dominikan Respublikası ilə Dominika qarışdırılmamalıdır. Dominikan Respublikası Avropalıların Amerika qitələrində ilk məskunlaşma yeridir. Paytaxtı, Santo-Dominqo da Amerikalardaki ilk müstəmləkə paytaxtı idi. Müstəqilliyinin böyük bir hissəsində ölkədə siyasi böhran yaşanmış, xalqı təmsil etməyən və təzyiqçi bir çox hökumət tərəfindən idarə edilmişdir. 1961-ci ildə diktator Rafael Leonidas Trujillo Molinanın ölümündən sonra Dominikan Respublikası təmsili demokratiyaya keçmişdir. Dominikan Respublikası Latın Amerikasının Vest-Hind subregionuna daxildir.
Dominikan pesosu
Dominikan Respublikası pesosu — Dominikan Respublikası dövlətinin pul vahididir. 1947-ci ildən əsginaslarda göstərilən pul vahidinin adı — "qızıl pesosudur" (isp. peso oro).Bir Dominikan pesosu 100 sentavoya bərabərdir. 1961-ci il seriyasının əsginaslarında pul vahidi "qızıl sentavosu" (isp. centavo oro) adlandırılmışdır. Pul dövriyyəsində 25, 10, 5, 1 pesoluq sikkələrdən və 2000, 1000, 500, 200, 100, 50, 20, 10 pesoluq əsginaslardan istifadə olunur. 2000-ci ilə qədər mübadilədə 50, 25, 10, 5 və 1 sentavoluq sikkələrdən istifadə edilirdi.Dominikan Respublikasında puldan indiyə qədər çəkilmə vaxtı balaca çəki daşları kimi istifadə edir. Anlaşılmazlıqları ləğv etmək üçün 10 sentavo nominallı sikkələrin üzərində "2 1/2" qram göstərilmişdir.
Dominikan qağayısı
Dominikan qağayısı (lat. Larus dominicanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin qağayı cinsinə aid heyvan növü. == Görünüşü == Bədəninin uzunluğu 58 sm, qanadları arasında məsafə 125 sm. Başının ətrafları, boynu, aşağı hissəsi, həm də quyruğu ağ, qanadlarınln üzəri və bel hissəsi qara olur. Ayaqları sarıdan zeytuni-yaşıl rəngə qədər dəyişir. == Yayılması == Cənubi Amerikanın cənub sahillərindən tutmuş, Cənubi Afrika sahillərinə, Yeni Zelandiya və Subantarktik qurşada yerləşən adalarda yayılmışdır. Bu yeganə qağayı növüdüe ki, Antarktik yarımadasında yuva qoyur. Yuvanı əsasən balıqqulağı, sümük və otlardan hazırlanmış yuvalarda yumurta qoyurlar. 4 ay qırt yatırlar. 2–3 olmaqla yumurta qoyurlar.
Dominqos Repas
Dominqos Repas (12 noyabr 1968) — Portuqaliyalı oxatan. Dominqos Repas Portuqaliyanı 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Dominqos Repas birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 124-cü yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Proprioseiopsis dominigos
Proprioseiopsis dominigos (lat. Proprioseiopsis dominigos) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. == İstinadlar == Proprioseiopsis dominigos Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Salvia dominica
Salvia dominica (lat. Salvia dominica) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Dominika Kroys
Dominika Kroys (pol. Dominika Anna Krois) — Polşa dövlət xadimi və diplomatı. 2019-cu ilin noyabr ayından Polşanın BMT-nin Vyana ofisində daimi nümayəndəsidir. == Bioqrafiya == Dominika Kroys 1972-ci ildə anadan olub. O, Yagellon Universitetinin Hüquq fakültəsini bitirmiş, 2006-cı ildə həmin universitetdə fəlsəfə doktoru elmi dərəcəsini almışdır, , Korrupsiya Probleminə Qarşı Beynəlxalq İctimai Hüquq dissertasiyasını müdafiə etmişdir. O, həmçinin Vyana Diplomatik Akademiyasında təhsil alıb. Polyak dilindən əlavə ingilis, fransız və alman dillərini mükəmməl bilir. Xorvat, ispan və rus dillərində danışır. == Fəaliyyət == 1999-cu ildə Dominika Kroys Polşa Xarici İşlər Nazirliyində işə başlayıb. O, Berlindəki Səfirlikdə Avropa İttifaqı məsələləri üzrə ikinci katib (2001-2005), sonra Polşanın BMT-nin Vyanadakı Bürosu və beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin birinci katibi, müşaviri və birinci müşaviri, təhlükəsizlik, nüvə silahı, terrorizm və silahların yayılmaması üzrə inkişaf məqsədlərinə rəsmi yardım (2006-2010) məsul vəzifələrdə çalışıb.
Dominic Cooper
Dominik Kuper (2 iyun 1978, Qriniç[d], Böyük London) İngilis aktyorudur. Londonun Qrinviç şəhərində anadan olub. Bir çox filmlərdə, radioda və teatrda rol alıb. Tarixi oğlanlarda (The History Boys) Dakin obrazını canlandırmışdır. Dracula: Inception filmində, Fateh Məhəmmədi, Mamma Mia! filmində Sky rolunu oynamışdır. 2011-ci il istehsalı olan Şeytanın əkizi filmində Udey Hüseyni oynamışdır. 2012-ci ildə çəkilən Vampire Hunter: Abraham Lincoln (Vampir ovçusu: Abraham Lincoln) filmində Henry rolunu oynamışdır. The Devil's Double (Şeytan Cütlüyü və ya Şeytanın əkizi) filmində iki obrazı canlandırdığı üçün böyük təriflər almışdır. O, həmçinin Captain America: The First Avenger (Kapitan Amerika: İlk Qisasçı) və Agent Carter filmlərində Howard Stark rolunu oynamışdır.
Dominik Kola
Dominik Kola (fr. Dominique Colas; 14 avqust 1944) — fransız politoloq, Parisdəki Siyasi Araşdırmalar İnstitutunun Siyasi Elmlər üzrə adyunkt-professoru. == Həyatı == === Təhsili === Dominik Kola 1967-ci ildə Sorbonnadan fəlsəfə dərəcəsini (DES) , ardından 1972-ci ildə Paris I Universitetində siyasət elmi dərəcəsi almışdır. 1980-ci ildən bəri D. Kola siyasi elmlər namizədidir. Doktorluq dissertasiyasını "Lenin inqilabi partiyası nəzəriyyəsi və onun siyasi nəticələri" mövzusunda yazmışdır. == Fəaliyyəti == 1970–1981-ci illərdə Orta Təhsil Fəlsəfəsi professoru, Saint-Quentin Texniki Məktəbi, daha sonra Lisey, Thiais-də Qiyam Apolliner. 1990–1995-ci illərdə Paris IX Universitetində professor. 1995-ci ildən IET Paris-də Siyasi Elmlər professoru. Elen Karrera d’Ankosanın yerinə DEA və PhD daxil olan Sovet və Şərqi Avropada aspiranturanın direktoru vəzifəsini icra etdi. 1994–1996-cı illərdə Moskva və Sankt-Peterburqda Fransız Universitet Kollecində müəllim.
Dominik Kuper
Dominik Kuper (2 iyun 1978, Qriniç[d], Böyük London) İngilis aktyorudur. Londonun Qrinviç şəhərində anadan olub. Bir çox filmlərdə, radioda və teatrda rol alıb. Tarixi oğlanlarda (The History Boys) Dakin obrazını canlandırmışdır. Dracula: Inception filmində, Fateh Məhəmmədi, Mamma Mia! filmində Sky rolunu oynamışdır. 2011-ci il istehsalı olan Şeytanın əkizi filmində Udey Hüseyni oynamışdır. 2012-ci ildə çəkilən Vampire Hunter: Abraham Lincoln (Vampir ovçusu: Abraham Lincoln) filmində Henry rolunu oynamışdır. The Devil's Double (Şeytan Cütlüyü və ya Şeytanın əkizi) filmində iki obrazı canlandırdığı üçün böyük təriflər almışdır. O, həmçinin Captain America: The First Avenger (Kapitan Amerika: İlk Qisasçı) və Agent Carter filmlərində Howard Stark rolunu oynamışdır.
Dominik Livakoviç
Dominik Livakoviç (xorv. Dominik Livaković; [dôminik liʋǎːkoʋitɕ, domǐ-]; 9 yanvar 1995, Zadar) — Fənərbaxça klubu və Xorvatiya milli komandasında qapıçı kimi çıxış edən peşəkar xorvat futbolçusu. == Klub karyerası == Livakoviç 2012-13 mövsümünün əvvəlində NK Zaqrebin əsas komandasının bir hissəsi oldu. Əvvəlcə klubun ikinci qapıçısı olan o, 31 avqust 2012-ci ildə HNK Cibalia -ya evdə 1-0 hesabı ilə məğlub olaraq tam matçda oynayaraq liqada debüt etdi. Tezliklə o, klubun bir nömrəsi oldu və dörd mövsüm ərzində cəmi 104 liqada, o cümlədən Prva HNL -də 90 oyun keçirdi. 30 avqust 2015-ci ildə o, 2016-17 mövsümünün əvvəlində Zaqreb Dinamo komandasına qoşulmağa razılıq verdi. O, klub üçün liqada debütünü 2 oktyabr 2016-cı ildə Hayduk Split ilə evdə qolsuz heç-heçə edib. 18 oktyabr 2016-cı ildə o, UEFA Çempionlar Liqasında ilk oyununu Sevilya ilə evdə 1:0 hesablı məğlubiyyətdə etdi. 30 iyul 2019-cu ildə Çempionlar Liqasının təsnifat mərhələsində Saburtalo Tbilisi üzərində 3:0 hesablı qələbə qazanan Livakoviç, "Dinamo"nun mövsümün əvvəlindən ən çox dəqiqə keçirən Drazen Ladiçin 1995 -ci ildə qol buraxmadan (413) rekordunu qırdı. O, mövsümün ilk qolunu üç gün sonra, Qoritsa üzərində 3-1 liqa qələbəsində buraxaraq, yeni rekordu 535-ə çatdırdı .
Dominik Martişiak
Dominik Martişiak (9 iyul 2000-ci ildə Slovakiyada anadan olub) — Slovakiya Super Liqası təmsilçilərindən olan Senitsa klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Slovakiyalı futbolçudur. == Klub karyerası == === Senitsa === Martişiak Senitsa akademiyası vasitəsilə inkişaf etmişdir. Martişiak öz peşəkar karyerasında debütünü 19 may 2017-ci ildə Spartak Trnava klubuna qarşı oyunda etmişdir. O, 93-cü dəqiqədə Adam Payeri əvəz etmişdir. Həmin görüşdə Senitsa liqa görüşündə rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 26 May 2017 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Slovakiya Superkuboku görüşləri daxildir.
Dominik Stumberger
Dominik Stumberger (17 aprel 1999-cu ildə Qratsda anadan olub) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Avstriyalı futbolçudur. == Klub karyerası == === Liferinq === Stumberger Şturm Qrats akademiyası vasitəsilə inkişaf etmişdir. Stumberger 2016-cı ildə Zalsburq U-19 komandası ilə UEFA Gənclər Liqasında iştirak etmişdir. O, turnirdə debütünü 19 oktyabr 2016-cı ildə Vardar U-19 komandasına qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmış və komandası 3-0 hesabı ilə qalib gəlmişdir.Stumberger öz peşəkar karyerasında debütünü 3 mart 2017-ci ildə Floridsdorfer klubuna qarşı oyunda etmişdir. O, 67-ci dəqiqədə Lukas Uriası əvəz etmişdir. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 24 iyul 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir.