Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dominion
Dominion (ing. dominion; lat. dominium — hakimiyyət) — əvvəllər Britaniya İmperiyasının (sonra Millətlər Birliyinin) tərkibindəki faktiki müstəqil dövlətlərin hüquqi statusu. Dominionların dövlət başçıları dominionların general-qubernatoru tərəfindən göstərilən Britaniya monarxı hesab olunurdu. 1926-cı ildə Böyük Britaniyanın xarici işlər naziri və Mühafizəkarlar partiyasının lideri olan Artur Ceyms Balfur imperiya konfransında ilk dəfə olaraq dominion anlayışının tərifini vermişdir. 11 dekabr 1931-ci il Vestminster əsasnaməsinə görə dominionlar "Britaniya İmperiyasının bərabərhüquqlu, öz daxili və xarici siyasi aspektlərinə görə bir-birindən asılı olmayan, amma taxt-tac qarşısında ümumi öhdəliklər daşıyan və Britaniya Millətlər Birliyi üzvlərinin azad assosiasiyasını təşkil edən müstəqil icmaları" idilər. Həmin vaxt dominion statusu aşağıda adları qeyd edilən ərazilərə aid idi (bu status həmin ərazilərə daha əvvəl və müxtəlif illərdə verilmişdir): Kanada (1867); Avstraliya İttifaqı (1901); Yeni Zellandiya (1907); Nyufaundlend (1907); Cənubi Afrika Birliyi (1910); İrlandiya (1921). Bu status bir qayda olaraq, iqtisadi cəhətdən bir qədər inkişaf etmiş ərazilərə verilirdi, hansı ki həmin ərazilərin əhalisi əsasən Avropadan köçənlərdan ibarət idi və bu hal da metropoliya siyasətinə sədaqət zəmanəti olmuşdur. 1931-ci ildə Britaniya Birliyinə (1946-cı ildən — Millətlər Birliyi) daxil olan bütün dövlətlər (birbaşa koloniyalar və müstəmləkə əraziləri istisna olmaqla) Böyük Britaniya dominionu kimi tanındılar. 1949-cu ildə Hindistanın respublika idarə üsuluna keçməsindən sonra və Millətlər Birliyinə üzv dövlətlər üçün Britaniya monarxının rəsmən dövlət başçısı kimi qəbul olunmasının qeyri-məcburi hesab edilməsindən sonra "dominion" terminindən daha istifadə olunmur.
Dominion Günü
Dominion Günü bəzi Commonwealth üzvü ölkələrində milli bayram olaraq qeyd olunan günlərə verilən addır. Bu günlər dominionluq qazanıldığı və ya qismən müstəqillik qazanıldığı günlərdən ibarətdir. == Kanada == Kanadada 1 iyul 1982-ci ilə qədər Dominion Günü olaraq qəbul edilmişdi. Bunun səbəbi, 1 iyul 1867-ci ildə Britaniya İmperiyası İngilis Şimali Amerika Qanununa əsasən bugünkü Kanadanın mənşəyi olan dörd əyalətdən ibarət federasiyaya yerli özünüidarəetmə hüququnu verməsidir. 27 oktyabr 1982-ci ildə qəbul edilmiş qərarla bu tətbiqə son verildi və 1 iyul Kanada Günü olaraq dəyişdirildi. == Yeni Zelandiya == Yeni Zelandiyada 26 sentyabr Dominion Günü hesab olunur. Buna səbəb Dominion statusunun 1907-ci ildə Yeni Zelandiyaya həmin gün verilməsi idi.
Old Dominion Universiteti
Old Dominion Universiteti (ing. Old Dominion University) ― ABŞ-nin Virciniya ştatının Norfolk şəhərində yerləşən dövlət universiteti. Əsası 1930-cu ildə Norfolkda Vilyam və Meri Kollecinin fəaliyyətə başlaması ilə qoyulmuşdur. 1969-cu ildən etibarən bugünkü adı ilə fəaliyyət göstərən qurum Virciniya ştatının ən böyük və ən qabaqcıl ali təhsil müəssisələrindən biridir. Hazırda 8 kollec və 1 aspirantura məktəbində 73 bakalavr, 60 magistr və 35 doktorantura proqramı üzrə dünyanın 89 ölkəsindən təhsil alan 25 minə yaxın tələbəsi vardır. Əsas kampusu isə Norfolk şəhərində yerləşir. Universitetin tədqiqat fəaliyyəti səlahiyyətli orqan olan Cənubi Kolleclər və Məktəblər Birliyi tərəfindən tənzimlənir. Bundan əlavə, universitet Cənub-Şərqi Universitetlərin Araşdırma Assosasiyasının üzvü və "Kolleclər üzrə milli dəniz tədqiqatları qrant proqramı", o cümlədən "Kolleclər üzrə milli kosmik tədqiqatlar qrant və təqaüd proqramı" kimi ABŞ dövlət proqramlarının tərkib hissəsidir. "Washington Monthly" jurnalının 2020-ci ildə ABŞ ali təhsil müəssisələri üzrə dərc etdiyi siyahıya görə Old Dominion Universiteti ən nüfuzlu 150 universitet arasındadır. Princeton Review şirkətinin sıralamasında Old Dominion Universiteti 5 il (2016-2021) ardıcıl olaraq ABŞ-nin cənub-şərqində yerləşən ən mütərəqqi universitetlərdən biri kimi göstərilmişdir.
Domino
Domino — sümük daş (domino daşı) ilə oynanılan oyun. Oyunun əsas şərti eyni xallı daşlardan ibarət domino zənciri yaratmaqdır. == Tarixi == Domino oyununun çoxəsrlik tarixi var. Qədim Çin əfsanələrinə görə, bu oyun artıq XII əsrdə Şərqdə məşhur olub. Onun ilk növü əsasında daha 47 variantı meydana çıxıb ki, həmin oyunlarda istər ağ­qara, istərsə də rəngbərəng daşlardan istifadə olunub. Müxtəlif rənglər daşların üstünlüyünü bildirib. SSRİ dövründə Salyan rayonunda yerləşən Plastmas zavodunda istehsal olunan dominonun SSRİ ölkələrinə satılması haqqında məlumatlar mövcuddur. Bu çox maraqlı oyun öz adı ilə dominikan rahiblərinə borcludur. Belə ki, həmin ruhanilərin geyimi – başlıqlı qara bürüncəklər belə adlandırılıb. İkincisi, istənilən işə, o cümlədən oyuna başlamazdan əvvəl Tanrıya həmd və şükür etmək lazım idi ki, bu da “Domino gratias” və ya “Benedicamus domino” adlanıb.
Dominqos Repas
Kaberne-sovinyon
Kaberne-sovinyon (ing. Cabernet Sauvignon) — şərab istehsalı üçün istifadə edilən üzüm sortlarından biri. Bu üzüm növündən əsasən qırmızı şərab istehsalında istifadə edilir. Ən yaxşıları Bordo da yetişir.
Pakistan dominionu
Pakistan dominionu (urdu مملکتِ پاکستان, benq. পাকিস্তান অধিরাজ্য) — 1947-ci ildə Cənubi Asiyada Hindistanın parçalanması ilə yaranmış iki müstəqil federal dominiondan biri (digər isə Hindistan dominionu). Dominiona hal-hazırda Pakistan və Banqladeşin böyük hissəsi daxil idi. Bu dominion keçmiş Britaniya Hindistanı tərəfindən müsəlmanların ölkəsi kimi iki millətin nəzəriyyəsi ilə düşünülüb. Chester, Lucy P. (2009) Borders and Conflict in South Asia: The Radcliffe Boundary Commission and the Partition of Punjab. Arxivləşdirilib 2016-05-09 at Archive.today Manchester: Manchester University Press.
Plaçido Dominqo
Plaçido Dominqo (21 yanvar 1941[…], Madrid) – Dünya şöhrətli ispan tenoru, opera müğənnisi.
Santo-Dominqo
Santo-Dominqo (isp. Santo Domingo de Guzmán) — Dominikan Respublikasının paytaxtı, onun mədəni və iqtisadi mərkəzi. 1502-ci ildə Yeni İzabella adı ilə əsası qoyulub, (isp. La Nueva Isabela), 1936-1961-ci illərdə adı Syudad-Truxilyo (isp. Ciudad Trujillo) idi. Şəhərin əhalisi 2 200 000 nəfərdir. Əhalinin 70%-i mulatlar, 10%-i zəncilər, qalanları avropalılardır. Avropalılar cəmiyyətin yuxarı təbəqə insanlarıdır. Dövlət dili ispan dilidir. Dindarların 95%-i katoliklərdir.
Santo Dominqo
Santo-Dominqo (isp. Santo Domingo de Guzmán) — Dominikan Respublikasının paytaxtı, onun mədəni və iqtisadi mərkəzi. 1502-ci ildə Yeni İzabella adı ilə əsası qoyulub, (isp. La Nueva Isabela), 1936-1961-ci illərdə adı Syudad-Truxilyo (isp. Ciudad Trujillo) idi. Şəhərin əhalisi 2 200 000 nəfərdir. Əhalinin 70%-i mulatlar, 10%-i zəncilər, qalanları avropalılardır. Avropalılar cəmiyyətin yuxarı təbəqə insanlarıdır. Dövlət dili ispan dilidir. Dindarların 95%-i katoliklərdir.
Domino effekti
Domino effekti — hər hansı davranışda dəyişiklik etdikdə bu proses zəncirvari bir reaksiyanı aktivləşdirir və digər davranışlarda da dəyişikliyə səbəb olur. == Tarixi == "Domino effekti" nəzəriyyəsi ilk dəfə Con Foster Dalles tərəfindən irəli sürülüb. Bu termin ABŞ siyasətçiləri tərəfindən 1950–1980-ci illərdə, yəni Soyuq Müharibə dövründə Amerikanın digər dövlətlərə müdaxiləsinə haqq qazandırmaq üçün istifadə edilirdi.
Kvaq Donyon
Kwak Dong-yeon (kor. 곽동연; 19 mart 1997, Tecon) — Cənubi Koreyalı aktyor və musiqiçidir. O, 2012-ci ildə "Koreya Dram Mükafatları"nda "Ən Yaxşı Gənc Aktyor" mükafatını aldığı "My Husband Got a Family"(2012) serialında aktyorluq debütünü edib. Daha sonra "Adolescence Medley" (2013), " Modern Farmer" (2014) filmlərində rol aldı və 2016-cı ildə "Love in the Moonlight" tarixi draması ilə tanınıb. O, həmçinin "Gangnam Beauty" (2018), "My Strange Hero" (2018), "Never Twice" (2019), "Vincenzo" (2021) və "Big Mouth" (2022) filmlərindəki rolları ilə məşhurdur. == Erkən həyat və təhsil == Kvaq 19 mart 1997-ci ildə Cənubi Koreyanın Decon şəhərində iki bacı-qardaşdan sonra ailənin kiçik oğlu olaraq anadan olub. 13 yaşında rəssam olmaq arzusunu həyata keçirmək üçün daimi olaraq təkbaşına Seula köçdü. 2010-cu ildən FNC Academy-də musiqi təhsili alır, eyni zamanda aktyorluq dərsləri də alır. 2013-cü ilin fevral ayında "Munrae Junior" Liseyini bitirib və 2016-cı ilin fevralında Seul İfa Sənətləri Məktəbini bitirib. == Karyera == === 2012–2015:Başlanğıclar === Kvaq əvvəlcə FNC Entertainment tərəfindən idarə olunan stajçı qrupu olan Kokoma Bandın (hərfi mənada "Little Kids' Band") aparıcı gitaraçısı və vokalisti idi.
Minyon (film)
Minyon (ing. The Minion) – 1998-ci ildə istehsal olunmuş ABŞ bədii filmidir. 1999-cu il Yeni il gecəsində Nyu-York metrosunda təqribən 800 il yaşı olan qılınclı İnsan skeleti və yanında sirli açar tapırlar. Karen adlı cavan arxeoloq qız Skeleti Tarix muzeyinə aparmamışdan əvvəl yoxlamaq istəyirdi. Metroda Skeletin tapılması haqqında məlumat Kilsəyə çatır. Bu səbəbdən onlar qorxmaz döyüşçü Lukası bura göndərirlər. Bu müddətdə iblisin istəklisi olan ölməz Lütsifer Nyu-Yorku Armageddona çevirəcək... Minyon — Internet Movie Database saytında.
Santo-Dominqo stadionu
Santo-Dominqo stadionu — İspaniyanın El-Exido şəhərində 2001-ci ildə çox məqsədli olaraq inşa edilən stadion. Stadionda əsasən futbol yarışları keçirilir. İspaniyanın Polideportivo Ejido komandasının oyunlarını keçirdiyi stadion 7.870 tamaşaçı tutumuna malikdir.
Xuan Dominqo Peron
Xuan Dominqo Peron (isp. Juan Domingo Perón, 8 oktyabr 1895[…] – 1 iyul 1974[…]) — Argentina hərbçisi və dövlət xadimi, 1946–1955 və 1973–1974-cü illərdə Argentina prezidenti. 16 yaşında hərbi məktəbə girir; Milli Hərbi Akademiyanı bitirib, daha sonra hərb tarixi müəllimi olur. 1930-cu ildə prezident İ. Yrigoyenin devrilməsində iştirak edir. 1936–1937-ci illərdə Çilidə, 1939–1941-ci illərdə — İtaliyada Mussolini ilə hərbi attaşedə faşizm ideologiyasına cəlb olunmaq üçün görüşür. 1941–1943-cü illərdə 1943-cü ilin iyununda dövlət çevrilişinə cəhd edən birləşmiş Məmurlar Qrupunun liderlərindən biri idi. Hərbi diktatura dövründə əmək naziri (1943–1944), müharibə naziri və vitse-prezident vəzifələrini tutmuşdur (1944–1945); sosial islahat proqramı hazırlamışdı. 1945-ci ilin oktyabrında vəzifəsindən uzaqlaşdırılaraq həbs edilir. Ona dəstək olan işçilərin kütləvi nümayişləri sayəsində sərbəst buraxıldı. 1946 və 1952-ci illerdə prezident seçildi.
Domino's Pizza
Domino's Pizza — 1960-cı ildə ABŞ-də yaradılan fast food şəbəkəsi.
Domino Recording Company
Domino Recording Company (və ya Domino Records) — Londonda mərkəzli Britaniyanın müstəqil səsyazma şirkəti.
Minyon (film, 1998)
Minyon (ing. The Minion) – 1998-ci ildə istehsal olunmuş ABŞ bədii filmidir. 1999-cu il Yeni il gecəsində Nyu-York metrosunda təqribən 800 il yaşı olan qılınclı İnsan skeleti və yanında sirli açar tapırlar. Karen adlı cavan arxeoloq qız Skeleti Tarix muzeyinə aparmamışdan əvvəl yoxlamaq istəyirdi. Metroda Skeletin tapılması haqqında məlumat Kilsəyə çatır. Bu səbəbdən onlar qorxmaz döyüşçü Lukası bura göndərirlər. Bu müddətdə iblisin istəklisi olan ölməz Lütsifer Nyu-Yorku Armageddona çevirəcək... Minyon — Internet Movie Database saytında.
Mir-Xan domino oyunu