Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Donos
Donos — cinayət haqqında dövlət səlahiyyətlilərinə ismarış. Müasir istifadəsində bu, qanuni olaraq cəzalandırılan, lakin müəyyən bir şəxsin baxış bucağından cinayət sayılmayan və ya xırda xarakter daşıyan hərəkətlər haqqında dövlət səlahiyyətlilərinə ismarışdır. Sözün müasir mənası sırf neqativdir, çünki hüquqi istifadədə yalnız "yalan olduğu bilinən" sifəti ilə işlənir. Monteskyö bildirir ki, bu söz cəmiyyətin mənafeyi ilə hakimiyyətin maraqları arasındakı uçurumu, qanunların xalqı korladığı zaman ikinci növ hakimiyyətin azğınlığını göstərir. Karl Marks bu mahiyyəti belə izah edirdi ki, xalq cəzanı görür, lakin cinayəti görmür və məhz cinayət olmayan yerdə cəzanı gördüyü üçün cəza olan yerdə cinayəti görməkdən əl çəkir. == İstinadlar == == Əlavə ədəbiyyat == Борис Бурда «Доносы: факты, страны, века» С. Васильев. О функциях «соков» в связи с проблемой древнерусских «ябетников» и «ябедничеством» Судебника 1497 г. Архивная копия от 10 декабря 2007 на Wayback Machine // Исследования по истории средневековой Руси. М.; СПб. 2006, с.
Denni O'Donohyu
Denni O'Donohyu — 1979-ci il oktyabr ayının 3-də İrlandiyanın paytaxtı Dublində anadan olmuşdur. Əslən yunandır. Babaları vaxtı ilə Yunanıstandan köç edib İrlandiyaya gəlmişdir və ondan sonrakı nəsillər də həyatlarını burada yaşamağa üstünlük vermişdir. Denninin isə hələ uşaq yaşlarından musiqiyə böyük həvəsi var idi. 6 yaşında olarkən atası onu musiqi məktəbinə yazdırır. Musiqi məktəbində oxuyurkən bir sıra musiqi yarışlarında mükafat qazanır və musiqiyə olan bu böyük sevgisi onu 1996-cı ildə qrup yaratmağa vadar edir. O, Mark Sheehan və 2 digər dostu ilə "MyTown" adlı pop qrupu yaradır. Bu qrupun fəaliyyəti cəmi 5 il olur. Bu 5 il ərzində "MyTown" qrupu cəmi 2 albom buraxır. 2001-ci ildə artıq "MyTown" dağıldıqdan sonra o, dostu "Mark Sheehan"ı yanına alır və 2001-ci ildə The Script rok qrupunu yaradır.
Kolin O’Donoqu
Kolin Artur O’Donoqu (ing. Colin Arthur O'Donoghue) — İrlandiyalı aktyor və musiqiçidir. Biri Var İdi, Biri Yox İdi serialında oynadığı Kapitan Kilian ”Huk” Cons rolu ilə tanınır. Bundan başqa 2011-ci il istehsalı olan Ayin filmində kahin Maykl Kovak rolunu ifa etmişdi. == Həyatı və təhsili == Kolin Con və Meri O'Donoqunun oğludur və o İrlandiyanın Droqeda şəhərində Roma-Katolik kilsəsi ailəsində böyüyüb. O yerli məktəblərdə təhsil aldıqdan sonra Dublinə getdi və burada The Gaiety School of Acting kollecinə daxil oldu. 16 yaşı olarkən fransız dilini öyrənmək üçün Parisə getdi. == Kariyerası == Kolinin ilk karyera illəri İrlandiya və İngiltərədə teatrda və televiziya seriallarında rol almaqla başladı. 2003-cü ildə Krismas Üçün Ev filmində oynadığı Norman roluna görə Ən yaxşı yeni istedad nomonasiyası üzrə İrland Film və Televiziya Mükafatı-na layiq görüldü.2009-cu ildə Tudorlar adlı tarixi serialın 3-cü mövsümündə "Bavariadan olan Duk Filip" adlı seriasında rol ifa etdi. Hollivuddakı ilk film debütünü Antoni Horpinks ilə Ayin (2011) filmi ilə etdi.
Döyüşçü
Döyüşçü (film, 2011)
Döyüşçü (İrəvani)
Döyüşçü — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. == Təsviri == Zirehli geyimdə təsvir edilmiş "Döyüşçü" yaşıl oturacaq üzərində əyləşmiş vəziyyətdə təsvir edilmişdir. Onun sərt xəttlərlə vurğulanmış üz cizgiləri az ifadəlidir. Böyük oval gözləri geniş qara qaşlarla əhatələnib, böyük qıvrım bığı isə dodağını kölgədə qoyur. Baş geyimi dəmir dəbilqə və çiyinlərə qədər düşən dəmir tordan ibarətdir. Qoşqu şəklində olan ağ parça tirmədir. Bu cür parça dəbilqənin başda möhkəm oturması üçün istifadə edilirdi. Dizlik və sinəlik sadə oyma naxışlarla bəzədilmişdir. Metalın traktovkası cüzi kölgələnməyə malik boz rəngdədir.
Muzdlu döyüşçü
Muzdlu döyüşçü (ing. Mercenary; rus. Наёмник) — Hər hansısa müharibəyə mənfəət əldə etmək üçün qatılan döyüşçü. Muzdlu döyüşçülər iştirak etdikləri döyüşlərin siyasi və ya iqtisadi nəticələri ilə maraqlanmayaraq onlara vəd edilən mükafatın əldə olunmasına maraqlı olurlar. Fərdi şəkildə muzdlu döyüşçülər olduğu kimi bu işlə qrup, tayfa və ya təşkilat formasında məşğul olma hallarıda tarixdə görülmüşdür. == Tarixi == Bir çox Yunan muzdlu döyüşçü Yunan-İran müharibələri zamanı Əhəmənilər İmperiyası tərəfindən döyüşmüşdür.
Marsel dönüşü
Marsel dönüşü, bəzən Marsel ruleti, 360 və ya Rulet — futbolda dribblinq fəndi. Dieqo Maradona və Zinəddin Zidan bu hərəkətin ən görkəmli istifadəçisi olduqlarlarından, bu dribblinqə arada Maradona dönüşü və ya Zidan dönüşü də deyilir.
Mühacirlərin dönüşü
"Mühacirlərin dönüşü" — yazıçı-jurnalist Dilqəm Əhmədin 2017-ci ildə yazılmış kitabı. "Mühacirlərin dönüşü" Dilqəm Əhmədin Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan mühacirəti mövzusunda qələmə aldığı ikinci əsəridir. Kitabda Azərbaycan mühacirət tarixi ilə bağlı yeni sənədlər, məktublar, fotoşəkillər yer alır, mühacirlərin həyatından maraqlı fraqmentlər, yeni məlumatlar öz əksini tapır. == Haqqında == XX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfindən işğalı və müstəqil respublikanın süqutu nəticəsində təqiblərdən qurtularaq dünyanın bir çox ölkələrinə səpələnmiş, ömrünü qürbətdə başa vurmağa məhkum edilmiş, həm oxşar, həm də fərqli taleli məşhur azərbaycanlı siyasi xadimlərin, ədiblərin, ziyalıların ictimai-siyasi, ədəbi-bədii irsi hələ də tam aşkarlanmayıb və öyrənilməyib. Bəzilərinin şəxsi arxivləri və ya onlara aid materialların yer aldığı digər arxivlər müxtəlif elmi mərkəzlərə, universitetlərə, muzeylərə verilib, bir çoxlarının zəngin irsi əldən-ələ düşüb, dağılıb, məhv olub, başqalarınınkı isə bu sahənin tədqiqatçılarının üzünə uzun müddət bağlı qalıb. Bu kitab araşdırmaçı-jurnalist Dilqəm Əhmədin həmin mövzuda qələmə aldığı ikinci əsərdir. Kitabda Azərbaycan mühacirət tarixi ilə bağlı yeni sənədlər, məktublar, fotoşəkillər yer alır, mühacirlərin həyatından maraqlı fraqmentlər, yeni məlumatlar öz əksini tapır. Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Abbasqulu Kazımzadə, Əbdülvahab Yurdsevər, Məhəmməd Əli Rəsulzadə, Almas İldırım, Mustafa Vəkiloğlu, Əziz Alpoud, Səməd Ağaoğlu kimi şəxsiyyətlərə aid materiallar müəllifin yeni araşdırmaları nəticəsində əldə edilib və oxuculara ilk dəfə təqdim olunur. Bütün bunlar mühacirlərin şəxsi həyatı ilə birbaşa bağlı olduğuna görə xüsusi maraq doğurur. Kitab Azərbaycan Cümhuriyyəti tarixinin, o dövrün görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığının tədqiqatçıları üçün unikal mənbədir.
"Cəsur döyüşçü" medalı
"Cəsur döyüşçü" medalı — Azərbaycanın dövlət təltifi (medal). İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir.Azərbaycan Respublikasının "Cəsur döyüşçü" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Cəsur döyüşçü" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması zamanı müstəqil və ya digər qoşun növləri ilə birlikdə strateji və ya xüsusi əhəmiyyətli ərazilərin tutulması üzrə döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, havada və yerdə düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.Maddə 2. Təltif edən orqan "Cəsur döyüşçü" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.Maddə 3. Taxılma qaydası "Cəsur döyüşçü" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "İgidliyə görə" medalından sonra taxılır. == Təsviri == Medalın təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Medalın ümumi təsviri "Cəsur döyüşçü" Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) diametri 38 mm olan, bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş səkkizguşəli lövhədən ibarətdir.Maddə 2.
Bayram Məmmədov (döyüşçü)
Məmmədov Bayram Məhəmməd oğlu (22 mart 1970, Minkənd, Laçın rayonu – 7 iyun 1992) — "Vətən uğrunda" medalı ilə təltif edilmiş döyüşçü. == Həyatı == 22 mart 1970-ci ildə Laçın rayonunun Minkənd kəndində doğulmuşdur. Minkənd orta məktəbini bitirmişdir. 1988–1990-cı illərdə əsgəri xidmətini Rusiya Federasiyasının Orenburq vilayətindəki qapalı hərbi hissədə keçmişdir. 20 fevral 1990-cı ildə Xüsusi Təyinatlı Polis dəstəsinə daxil olmuş, torpaqlarımız uğrunda mücadilə aparmışdır. 1992-ci il iyunun 7-də qəhrəmancasına həlak olmuşdur. Bakı şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi. == Təltifləri == Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2005-ci il tarixli 867 saylı sərəncamı ilə Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsində və xidməti vəzifələrin yerinə yetirilməsində şücaət və igidlik göstərdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis serjantı Məmmədov Bayram Məhəmməd oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Laçın rayonunun Minkənd kənd orta məktəbinə Bayram Məhəmməd oğlu Məmmədovun adı verilmişdir.
Döyüşçü (film, 2011)
Döyüşçü 2011-ci ildə çəkilmiş Amerika dram filmidir. Rejissoru Gavin O'Connor olan filmdə baş rolları Tom Hardy, Joel Edgerton, Jennifer Morrison və Nik Nolte canlandırıb. Filmdə iki qardaş arasındakı rəqabət və keçmişdə baş vermiş bir hadisə ilə bağlı olaraq onlar arasında yaranmış kinin nəticələrini ortaya qoyan bir mövzu işlənmişdir.
Döyüşçü (teleserial, 2017)
Döyüşçü (türk. Savaşçı) — Süleyman Çobanoğlunun yazdığı ssenari əsasında Volkan Qocatürkün rejissoruluğu ilə çəkilən Türkiyə döyüş və hərbi teleserialı. Teleserialda Bərk Oqtay, Murad Sərəzli, Sarp Ləvəndoğlu və Ulduz Çağrı Atiksoy rol alıblar. == Süjet == Teleserialın süjeti 15 iyul 2016-cı il tarixində, Türkiyədə dövlət çevrilişinə cəhd zamanı başlayır. Kapitan Kağan Bozok (Bərk Oqtay) və polkovnik Xəlil İbrahim Kopuz (Murad Sərəzli) daha əvvəlki məhkəmə işləri nəticəsində həbsə düşmüş iki Türkiyə Silahlı Qüvvələri zabitidir. 15 iyul 2016-cı ildə baş verən dövlət çevrilişinə cəhddən sonra dövlətin ali qurumları Kopuzun vəzifəsinə geri qayıtmağını tələb edir. Kopuz, əvvəllər rəhbərlik etdiyi "Qılınc Əməliyyat Qrupu" (türk. Kılıç Timi) heyətinin yenidən qurulması şərti ilə vəzifəsinə geri qayıdacığını deyir. İlk vaxtlarda etiraz edilsə də, polkovnik Kopuzun vəzifəsinə geri qayıtması üçün daha sonra əməliyyat qrupu yenidən yığılır. Qılınc Əməliyyat Qurpunun bəzi üzvləri ordudan atılmış, bəziləri isə həbsə düşmüşdülər.
Döyüşçü klubu (roman)
Döyüşçü klubu (ing. Fight Club) – Çak Palanik tərəfindən 1996-cı ildə yazılmış roman. == Məzmun == Romanın mərkəzində istehlak cəmiyyətinin aktiv nümayəndəsi lakin, yuxusuzluqdan əziyyət çəkən şəxsdir. Həkiminin məsləhəti ilə müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən insanların dəstək qruplarında iştirak etməyə başlayır və orada meditativ proseduraların iştirakçısı olur. Praktiki olaraq ölümə məhkum olan və sadəcə onu gözləyən insanlarla özünü müqayisə edən qəhrəman müəyyən qədər yuxusuzluq problemi həll olunsa da, bir müddət sonra bu kifayət etmir. Şəxsiyyət ikiləşməsi yaşayan əsərin qəhrəmanı Tayler Darden vasitəsiylə özünəməxsus psixoterapiya forması olan Döyüşçü klubunu yaradır. == Əsərin yazılması == Yazıçı qeyd edir ki, "Döyüşçü klubu"nu yazmaq ideyası onda yay düşərgəsi zamanı iştirak etdiyi bir əlbəyaxa döyüşdən sonra yaranıb. Dostları ondan sifətindəki yaraların səbəblərini soruşmayıblar. Vaxt keçdikcə yazıçının arzusu daha da möhkəmlənib, amma birinci dəfə "Görünməzlər" romanını nəşr etdirmək istəyir. Nəşriyyat isə romana biabırçı statusu verərək nəşrindən imtina edir.
Nəbi Məmmədov (döyüşçü)
Nəbi Məmmədov (7 avqust 1991, Cəbrayıl) — Azərbaycanlı MMA və Sambo idmançısı, 2018 Avropa Sambo çempionatının bürünc medalçısıdır. == İdmançı kariyerası/nailiyyətləri == Nəbi Məmmədov ilk dəfə 2013-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən sambo üzrə dünya çempionatında 100 kiloqram çəki dərəcəsində çıxış edib.Daha sonra 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən Avropa sambo çempionatını Məmmədov 5-ci sırada tamamlayıb.2018-ci ildə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Avropa çempionatında 98 kiloqram çəki dərəcəsində mübarizə aparan Nəbi Məmmədov yarışın bürünc medalına sahib olub.MMA üzrə 4 dəfə Azərbaycan çempionu; 2013-cü ildə Gürcüstanda keçirilən "Asian CHI-1 golden belt championship"in qalibi; 2018-ci ildə Afina,Yunanıstanda keçirilən Sambo üzrə Avropa çempionatının bürünc medalçısıdır"Tapologiya"nın hesablamalarına görə, Nəbi Məmmədov Qafqazın MMA üzrə ağır çəki dərəcəsinin ən reytinqli 22-ci idmançısıdır.
Yusif Qasımov (döyüşçü)
== Həyatı == Yusif Qasımovun həyat yolu doğulduğu kənddən başlanmışdır. O, 1910-cu ildə indiki Babək rayonunun Cəhri kəndində anadan olmuş, sonralar həmin kənddə səkkizillik natamam orta təhsil almışdır. Ailənin maddi təminatının ödənilməsinə kömək etmək məqsədilə erkən yaşlarında əmək cəbhəsinə atılan Yusif Qasımov öz işində möhkəmlənmiş, əmək qabaqcılı kimi tanınmağa başlanmışdır. Təsadüf deyil ki, kənd təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə adı Ümumittifaq Kənd Təsərrüfatı sərgisinin “Şərəf kitabına” na yazılmış, ona Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin Baş Komitəsi tərəfindən 144807 №-li şəhadətnamə təqdim olunmuşdur. 7 oğul, 4 qız övladı, 46 nəvəsi var. Yusif Qasımov müharibə başlanandan qurtaranadək Mozdokdan Berlinə kimi böyük döyüş yolu keçmiş, bütün vuruşlarda şücaət göstərmişdir. Böyük Vətən Müharibəsinin başlanması ilə əmək fəaliyyətini döyüş fəaliyyəti ilə əvəz edən Yusif Qasımov 10 mart 1942-ci ildə Naxçıvan MSSR Hərbi Komissarlığı tərəfindən cəbhəyə çağırıldı. Alman faşist işğalçılarına qarşı müharibə meydanında döyüşə başlayan Yusif Qasımov mərdliklə döyüşür, igidliklər göstərirdi. 416-cı Tanaqroq Atıcı diviziyasının 1054-cü artilleriya polkunun ordu komandiri Yusif Qasımov 1943-cü ilin fevral ayında Rostov şəhərinin faşistlərdən təmizlənməsində böyük döyüş əməliyyatı təşkil etmiş, düşmənin 6 tankının külünü göyə sovurmuşdur. Bu döyüşlərdə alay komandiri Yusif Qasımovun sinəsinə “Qırmızı Bayraq” ordenini sancmışdır.
13-cü döyüşçü
"13-cü döyüşçü" — 1999-cu il istehsalı ABŞ filmi. == Məzmun == Şərq ölkələrindən birində zadəgan və saray şairi olan Əhməd ibn Fəhdlan cəzalandırılaraq şimala, vəhşi vikinqlərin ölkəsinə səfir göndərilir. O burada vikinqlərlə birlikdə vəhşi meyid yeyən millət olan vendallara qarşı döyüşdə iştirak edir.
Baharın Dönüşü (Buqro)
"Baharın dönüşü" (ing. The Return of Spring, fr. Le Printemps) — Vilyam Buqronun ən məşhur əsərlərindən biri. 1886-cı ildə tamamlanmş əsər hal-hazırda Coslin Mədəniyyət Muzeyində sərgilənməkdədir. Əsər iki dəfə — 1890-cı ildə və təkrarən 1976-cı ildə açıq-saçıqlığına görə hücuma məruz qalıb və təhqir edilib. "Baharın Dönüşü" adlı başqa bir əsər də mövcuddur. Həmin əsərin müəllifi isə tanınmış fransız rəssamı Pyer Avquste Kotdur.
Karetin dönüşü simvolu
Karetin dönüşü simvolu (carriage return CR) – cari sətrin başlanğıcına qayıtmağın zəruriliyini göstərən idarəedici simvol. Yazı makinasında karetin dönüşündən fərqli olaraq, bu simvol avtomatik olaraq növbəti sətrin başlangıcına keçidi təmin etmir. Məsələn, əgər “Bu, bir örnəkdir” sözlərindən sonra yalnız CR gəlirsə, kursor və ya printer “Bu” sözünün birinci hərfinə qayıdacaq. ASCII simvollar yığınında CR simvolunun kodu onluq 13 ədədidir (onaltılıq kodu 0Dh). Çox zaman CR simvolu ilə birlikdə kursoru (və ya printerin çap başçığını) növbəti sətrə keçirən sətirkeçirmə (LINE FEED) simvolundan (onluq 10 ədədi və ya onaltılıq 0Ah ədədi) istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Sərt karet dönüşü
Sərt karet dönüşü (en. Hard return) –kursorun (və ya printerin) yeni sətrin başlanğıcına keçməsinin gərəkliyini proqrama bildirən siqnal. Səhifə sahəsindən kənara çıxan sətirləri avtomatik ayıran mətn emalı proqramlarında sətr karet dönüşü simvollarından abzasları bildirmək üçün istifadə olunur. Sözlərin avtomatik sətirdən-sətirə keçirilməsi funksiyası olmayan mətn emalı proqramlarında hər bir sətri sətr karet dönüşü ilə bildirmək lazımdır. Sərt karet dönüşləri müxtəlif proqramlarda eyni mənanı daşımaya bilər, buna görə də sənədi bir proqramdan başqasına ötürdükdə mətndə sətirlərin ayrılması çox qəribə ola bilər, artıq sətirlər və sətirlərarası intervallar yarana bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
13-cü döyüşçü (film, 1999)
"13-cü döyüşçü" — 1999-cu il istehsalı ABŞ filmi. == Məzmun == Şərq ölkələrindən birində zadəgan və saray şairi olan Əhməd ibn Fəhdlan cəzalandırılaraq şimala, vəhşi vikinqlərin ölkəsinə səfir göndərilir. O burada vikinqlərlə birlikdə vəhşi meyid yeyən millət olan vendallara qarşı döyüşdə iştirak edir.
Bir zamanlar döyüşçü (film, 2011)
Bir zamanlar döyüşçü (teluquca:అనగనగా ఓ ధీరుడు, ingiliscə:Once Upon a Warrior) — Prakaş Kovelamudi tərəfindən teluqu dilində çəkilən 2011 İngiltərə və Hindistan fantastik macəra filmidir. Film Arka Media və Disney Channel tərəfindən çəkilib. Disneyin teluqu dilində çəkdiyi ilk filmdir. Filmin gəliri 200 milyon rupi dəyərində olub. == Məzmunu == İrendri xalqa bədbəxtlik gətirən bir cadugərdir.Bir quru onu həbs edir, insanların həyatlarıyla oynamasına icazə vermir. Sonra isə onu yox edir. Yox edilmədən öncə İrendri özünü bir medalyona köçürür. Ölməyinə rəğmən ruhu həmin medalyonla yaşayır. Nəvəsi Priya isə bir çingənə olaraq yaşayır. Priya cadugər ailədə böyüdüyü üçün bütün sehrləri bilir.