Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arrow
Arrow, İsrailin təkmilləşdirdiyi anti-ballistik raket sistemidir. Bu sistem qısa və orta mənzilli döyüş raketlərinə qarşı müdafiə imkanları verir. İsrail və ABŞ tərəfindən müştərək olaraq maliyyələşdirilən bu sistemin yaradılması işinə 1986-cı ildən başlanılmışdır. İsrail Müdafiə Nazirliyi və ABŞ Raketdən Müdafiə Təşkilatının nəzarəti altında, İsrail Aviasiya və Kosmik Sənaye (IAI) ilə Boeing tərəfindən layihə davam etdirilir. Testləri edilib qurtaran və istehsalına başlanılan Arrow 1 döyüş raketinin ardınca Arrow 2 rakelərinin yaradılmasına başlanılmışdır. Arrow, indiyə qədər mövcud olmuş ən təkmilləşdirmiş anti-ballistik raket sistemi proqramlarından biri hesab olunur. Daha inkişaf etdirilmiş modeli olan Arrow 3 isə 2013-cü ilin fevral ayında bazara çıxarılmışdır. Təkmilləşdirmə proqramına təxminən 3 milyard ABŞ dolları xərclənmişdir. Hal-hazırda bir döyüş raketinin qiyməti 3 milyon dollardır. İsrailin Azərbaycana satdığı silahların arasında "ARROW" raketdən müdafiə sistemi və bu sistemin tərkib hissəsi olan “Green Pine” (“Qartal şüası”) erkən xəbərdarlıq radar kompleksi xüsusi çəkiyə malikdir.
Barrou boğazı
Barrou boğazı ing. Barrow Strait - Kanada Arktik arxipelaqına daxil olan Devon, Kornuolles adaları ilə Uels Şahzadəsi (ada) və Şahzadə Liopold adalarını ayırır. Şimal-Qərb keçidinin bir qolunu təşkil edir. Mak-Klur boğazı, Vaykaunt-Melvill boğazı və Lankaster boğazı ilə birlikdə ingilis mənbələrində Parri boğazı adlandırılır. Bofort dənizini Baffin dənizini birləşdirir. Kraliça Yelizaveta adasını, digər adalarını ayırır. Qərbdə Vaykaunt-Melvill, şərqdə Lankaster boğazını, şimal-şərqdə Vellinqton, cənubda Pil boğazı ilə birləşir. Uzunluğu 270 km, eni isə ən dar yerdə 45 km, enli yeri 106 km, dərinliyi 200 m təşkil edir. 48 km-liyinə qədər ada yoxdur. Burada Lauter adaları, Yanq, Qarrett, Baterst, və Qriffit adaları yerləşir.
Barrou burnu
Barrou burnu (ing. Point Barrow) — ABŞ və Şimali Amerika materikinin qərb hissəsinin ən ucqar şimal nöqtəsi. Şimal Buzlu okean sahillərində yerləşir. Alyaskanın ən ucqar şəhəri olan Barroudan 14, Şimal qütbündən isə 2078 km aralıda yerləşir. Burun Çukot dənizi ilə Bofort dənizi arasında sərhəd xəttini təşkil edir. Burun Admirallığın ikini müavini olan Con Barraounun şərəfinə adlandırılmışdır.
Din Barrou
Din Oliver Borrou (ing. Dean Oliver Barrow; 2 mart 1951, Beliz[d]) — 8 fevral 2008-ci ildən Beliz baş naziri, 1998-ci ildən Beliz Birləşmiş Demokratlar Partiyasının lideri.
İsaak Barrou
İsaak Barrou (d.1630, London – ö.1677, London) — ingilis riyaziyyatçısı, filoloqu, ilahiyyatçısı, Kembric Universitetinin professoru, sonsuz kiçilənlər hesabının tədqiqində Nyuton və Leybnisin sələfi. == Həyatı == 1668-ci ildə İsaak Nyuton Kembricə qayıdıb və tezliklə Lukask riyaziyyat kafedrasına rəhbərlik ona həvalə olunub. Ona qədər bu kafedraya müəllimi İsaak Barrou rəhbərlik edib. Barrou sevimli tələbəsini maddi cəhətdən təmin etmək üçün kafedranı ona güzəştə gedib.
Barro (İzer)
Barro (fr. Barraux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38027. Kommunanın 2012-ci il üçün əhalisi 1897 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 241 ilə 950 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 100 km şərqdə, Qrenobldan 34 km şimal-şərqdə yerləşir.
Robert Barro
Robert Cozef Barro (ing. Robert Joseph Barro, 28 sentyabr 1944, Nyu-York, Nyu-York ştatı) — Klassik makroiqtisadiyyat üzrə ixtisaslaşmış amerikalı iqtisadçı, Pol Varburq, Harvard Universitetinin İqtisadiyyat professoru. == Bioqrafiyası == 1965-ci ildə Kaliforniya Texnologiya İnstitutunda fizika bakalavr dərəcəsini, 1970-ci ildə Harvarddan iqtisad elmləri namizədi almışdır. == Elmə töhfəsi == RePEc layihəsi onu akademik araşdırmalarına əsasən 2011-ci ilin avqust ayına qədər müasir dünyada ən nüfuzlu dördüncü iqtisadçı kimi təyin etdi. Barro, Robert Lukas və Tomas Sercent ilə birlikdə yeni klassik makroiqtisadiyyatın qurucularından biri sayılır. Hal-hazırda Stenford Universitetinin Huver İnstitutunun baş elmi işçisidir. 1988-ci ildə Robert Barro özünün daxili inkişaf modelini — Barro modelini təklif etdi. 1993-cü ildə Robert Barro öz işində BARS əyrisinin müəllifidir — dövlət xərclərinin ÜDM-dəki payındakı artımın ÜDM artımının sürətlənməsindən asılılığı. 1995-ci ildə Xavyer Sala-i-Martin ilə birlikdə texnologiya diffuziya modeli inkişaf etdirdi. == Biblioqrafiya == Barro R. J. Government Spending in a Simple Model of Endogenous Growth//NBER Working Paper No.
Flash vs. Arrow
Fleş Oxa qarşı (ing. Flash vs. Arrow) – The CW telekanalında yayımlanan və DC Comics personajları əsasında yaradılmış Ox Kainatında baş tutan ənənəvi korossoverlərdən birincisi. Krossover “Fleş” və “Ox” teleserialları arasında baş tutmuşdur. Krossover hadisəsi 2 dekabr 2014-cü ildə “Fleş” teleserialının “Fleş Oxa qarşı” adlanan səkkizinci seriyası ilə başlamış və “Ox” teleserialının növbəti gün yayımlanan “Məğrur və kobud” adlı səkkizinci seriyası ilə davam etdirilmişdir. Krossoverdə Fleş komandası (Barri Allen/Fleş, Keytlin Snou və Sisko Ramon) cinayətkar Kapitan Bumeranqın həbs edilməsində Ox komandasına (Oliver Kuin/Ox, Felisiti Smok, Con Diql), Ox komandası isə metainsan Roy Bivolonun tutulmasında Fleş komandasına kömək edir. İki teleserial arasında korssoverin baş tutacağı 2014-cü ilin iyulunda Barri Allenin “Fleş” serialının debütündən əvvəl “Ox”un ikinci mövsümündə təqdim edilməsindən sonra elan olunmuşdu. Bundan sonra sentyabrda hər iki seriya üçün ssenari yazılması tamamlanmış, 2014-cü ilin oktyabrında isə çəkilişlərə başlanılmışdır. Krossover seriyalarında hər iki serialın əsas aktyor heyətinə daxil olan bütün aktyorlar iştirak etmişdir. Seriyalar tənqidçilər tərəfindən müsbət qəbul edilmiş, şən və fanların istədiyi hər şeyi əks etdirən adlandırmışlar.
Jan Lui Barro
Jan Lui Barro (Barrault) (fr. Jean-Louis Barrault d. 8 noyabr 1910-cu il, Sena və Uaza departamenti, Le-Vezine – ö. 22 noyabr 1994-cü il, Paris) — fransız aktyoru, rejissor, teatr xadimi. == Həyatı == Jan Lui Barro 1910-cu il noyabrın 8-i Fransanın Le-Vezine qəsəbəsində dünyaya gəlib. Mühasibatlıq və gül satmaqla həyatını qazanmağa çalışan Jan Lui Barro Luvr məktəbindəki rəngkarlıq kurslarında oxuyub. == Yaradıcılığı == 1931-ci ildə "Atelye" teatrında Ş. Düllenin şagirdi işləmişdir; 1932–35 illərdə tamaşalarda oynamış və E. Dekrunun rəhbərliyi altında pantomima ilə məşğul olmuşdur (U. Folknerin "Mən öləndə" romanı əsasında "Ananın ətrafında" pantomimasını ifa etmişdir). Sürrealistlər və solçu "Oktyabr" teatr qrupu ilə yaxınlaşmışdır. 1935-ci ildə "Avqustinlərin çardağ"ı truppasını yaratmışdır. 1937-ci ildə "Antuanın teatrı"nda ona böyük uğur gətirən M. de Servantesin "Numansiya" əsərini tamaşaya qoymuşdur.
Nathalia Dill
Nathalia Goyannes Dill Orrico (Portuguese: [[Beynəlxalq fonetik əlifba|[naˈtaliɐ ˈdʒiw]]]; 24 mart 1986, Rio-de-Janeyro) — Braziliya aktrisası.
Avro Canada CF-105 Arrow
Avro Canada CF-105 Arrow, yelkən qanadlı supersonik (səsdən daha sürətli) bir qırıcı hərbi təyyarədir. Onun dizayneri və istehsalçısı Ontario (Kanada) regionundakı Malton şəhərində yerləşən Avro Canada şirkətidir. Dizayn işləri 1953-cü ildə başlamışdır. Arrow və eyni vaxtda Orenda Iroquois reaktiv mühərrikləri işi 1959-cu ildə anidən dayandırılmışdır. Bu vəziyyət uzun və çox ciddi siyasi müzakirələrə səbəb olmuşdur. Təyyarənin 5 sınaq modeli və hissələri sonradan məhv edilsə də, unudulmaz xatirələri ilə Kanadada bir növ əfsanəyə çevrilmişdir. İstehsalı dayandırıldıqdan sonra gizli şəkildə alınan bir prototipin olduğu və yaxşı vəziyyətdə saxlanıldığı barədə şayiələr yayılsa da, bunu təsdiqləyən bir dəlil yoxdur. Arrowun tələsik məhv edilməsi Amerikanın bu işdə əli olduğu düşüncələrini ortaya çıxarmışdır. Həqiqətən də, Avro Canada mühəndis və texniki işçilərinin əksəriyyəti beyin axınını başladaraq ABŞ-yə getmiş, NASA-nın Merkuri layihəsi, Gemini layihəsi və Apollon proqramı kimi insanlı kosmik gəmi layihələrində qabaqcıl mühəndislər, menecerlər və rəhbərlər olmuşdurlar.
Barion
Barion (yun. βαρύς — ağır) - elementar hissəciklər qrupuna daxil olan, 3 kvarkdan ibarət güclü təsirə malik fermionlardır. Məlum olan barionlardan ən yüngülü nuklonlardır.
Barkod
Barkod (ing. barcode) — marketlərdən aldığımız malın üstündəki etiketdə qalınlıqları fərqli şaquli cizgilər və bəzi rəqəmlər. Kassirlər bu malın etiketli tərəfini bir şüşənin üstündən keçirdir və ya etiketə bir işıq tutaraq qiymətlərini avtomatik olaraq hesablayıb kassaya yazırlar. Barkodlar əvvəllər marketlər üçün əməliyyatları sürətləndirmək və anbarlara daha güclü nəzarət etmək üçün hazırlanmışdı. Ancaq sistem o qədər müvəffəq oldu ki, sürətlə hər cür satılan əşyaya tətbiq edilməyə başlandı. İndi super marketdən aldığınız və üstündə barkod olan hər hansı bir məhsulu əlinizə götürün və etiketə baxaraq izah edəcəklərimizi dinləyin. Gördüyünüz kimi bir barkodda iki qisim var. 1- Makinanın oxuduğu şaquli cizgilər qismi, 2- İnsanların oxuya bildiyi 12 ədəd rəqəm. İlk altı rəqəm əşyanın identifikasiya nömrəsidir, istehsalçılar illik bir ödəniş qarşılığında bu kodları verən beynəlxalq bir təşkilatdan öz məhsullarına ala bilər. İkinci qrupdakı ilk beş rəqəm material nömrəsidir.
Barrem
Barrem (fr. Barrême) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04022. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 481 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 298 nəfər (15-64 yaş arasında) arasında 216 nəfər iqtisadi cəhətdən, 82 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72.5%, 1999-cu ildə 68.8%). Fəal 216 nəfərdən 185 nəfəri (103 kişi və 82 qadın), 31 nəfəri işsizdir (11 kişi və 20 qadın). Aktiv olmayan 16 nəfər arasında şagird və ya tələbə, 34 nəfər təqaüdçü, 32 nəfər digər səbəblərə görə hərəkətsizdir..
Berroa
Berroa (lat. Berroa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Berroa gnaphalioides (Less.) Beauverd — Cənubi Amerikada bitən yeganə növ.
Borrou
Barrou (ing. Barrow) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Arron
Arron (fr. Arronnes) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03008. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 354 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 214 nəfər (15–64 yaş arasında) arasında 163 nəfər iqtisadi cəhətdən fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76,2%, 1999-cu ildə bu 72,9%). Fəal 163 nəfərdən 141 nəfər (77 kişi və 64 qadın) işləyir, 22 nəfər işsizdir (9 kişi və 13 qadın). 51 hərəkətsiz 12 nəfər arasında şagird və ya tələbə, 20 nəfər təqaüdçü, 19 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Baron
Baron — ad. Baron Bosiyev — Osetiyalı yazıçı, şair, sovet mədəniyyət və ədəbiyyat xadimi. Baron Zemo — Marvel Comics tərəfindən yaradılmış anti-qəhrəman. Baron Münxhauzen — uydurma Almaniya zadəganı.
Baroy
Baroy (çeç. Бара) — Çeçenistan Qalançoj rayonu, Terloy dərəsində Bara-exk dağ çayının sağ sahilində tikilmiş iri qala kompleksi. Qala kompleksinin tikilmə tarixi XIV əsrə aid edilir. Kompleks iki ayrı istehkamdan - Yuxarı və Aşağı Barodan ibarətdir. == Tarixi == Tanınmış rus arxeoloqu Vsevolod Miller dağ memarlığı abidələrinə çox diqqət yetirirdi. 1886-cı ilin iyununda o, Çeçenistan və İnquşetiyanın bir çox bölgələrini araşdırdı. Tədqiqatları nəticəsində buradakı qala kompleklərinin təsvirləri və çertyojları da daxil olmaqla orta əsr binalarını təsvir edən kitab çapdan çıxarır. Onun izi ilə yerli qədim abidələr (arxeoloqların əsərləri - P.S.Uvarova, V.İ.Dolbejev, N.K.Zeydlitsa, Q.A. Vertepov və s.) haqqında məlumatları özündə əks etdirən bir çox müəlliflərin çoxlu məqalə və kiçik esseləri meydana gəldi. == Təsviri == Qala kompleksinin yrı-ayrılıqda dayanan iki istehkamı - Yuxarı və Aşağı Baroyu təmsil edir. Yuxarı və Aşağı Baroya müdafiə qüllələri (indi dağıdılmış) və onlarla yaşayış binası daxildir.
Acacia karroo
Acacia karroo (lat. Acacia karroo) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia campbellii Arn. Acacia dekindtiana A. Chev. Acacia eburnea sensu auct. Acacia horrida sensu auct. Acacia inconflagrabilis Gerstner] Acacia karoo Hayne Acacia minutifolia Ragup. Acacia natalitia E. Mey. Acacia pseudowightii Thoth. Acacia roxburghii Wight & Arn.
Adama Berrou
Adama Berrou (ing. Adama Barrow; 15 fevral 1965, Mansadjanq-Kunda[d], Qambiya Koloniyası və Protektoratı[d]) — Qambiya siyasətçisi və 2017-ci ildən etibarən Qambiya Prezidenti. Basse Santa Su yaxınlığındakı Mansadjanq-Kunda kəndində anadan olub, Xərçəng Adası Orta Məktəbi və Müsəlman Liseyində oxuyub, iikincisində təqaüd qazanıb. Daha sonra Qambiya enerji şirkəti "Alhagie Musa Njie & Sons"-da çalışdı və satış meneceri oldu. 2000-ci illərin əvvəllərində Londona köçən Berrou daşınmaz əmlak sahəsində təhsil aldı və eyni zamanda mühafizəçi olaraq çalışdı. 2006-cı ildə Qambiyaya qayıtdıqdan sonra Majum Daşınmaz Əmlak Şirkətini qurdu və 2016-cı ilə qədər baş direktor oldu. O, müxalifət partiyası olan Birləşmiş Demokrat Partiyasının xəzinədarı seçildi və öncəki sədr həbs edildikdən sonra 2016-cı ilin sentyabrında onun yerinə keçdi. Berrou daha sonra 2016-cı il prezident seçkilərində BDP namizədi olaraq seçildi. Daha sonra 2016-cı il müxalif qrup koalisiya dəstəyi ilə müstəqil olaraq qalacağı açıqlandı. Berrou 2016-cı il prezident seçkilərində 43,34% səslə uzun müddət vəzifədə olan Yəhya Cammehi məğlub edərək qalib gəldi.
Barkod skaneri
Barkod skaneri(Barcode Scanner) – malın üzərinə vurulmuş barkodu oxuyan və informasiyanı kompüterə, kassa aparatına, POS-terminala ötürən qurğudur. Barkod skanerlərindən ticarət və xidmət sahələrində, kitabxanalarda malı tez identifikasiya etmək, mədaxil-məxaric etmək və başqa işlər üçün geniş istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Barlon Sekeyra
Barlon Sekeyra (25 may 1998-ci ildə Limpioda anadan olub) — Kosta-Rika Liqa FPD təmsilçilərindən olan Alayuelense klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Kosta-Rikalı futbolçudur. == Klub karyerası == === Alayuelense === Sekeyra Alayuelense akademiyası vasitəsilə inkişaf etmişdir. Sekeyra öz peşəkar karyerasında debütünü 28 avqust 2016-cı ildə San Karlos klubuna qarşı oyunda etmişdir. O, 64-cü dəqiqədə Xose Ortiz ilə əvəz olunmuşdur. Həmin görüşdə Alayuelense liqa görüşündə rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 3 İyun 2017 tarixində yenilənib 1Libertadores Kuboku görüşləri daxildir. 2Kosta-Rika Superkuboku görüşləri daxildir.
Barton reaksiyası
Barton reaksiyası — fotokimya, nitrosoalkonallarda alkil nitritlərin yenidən təşkili ikincisinin oksimlərə və ya dimerlərə çevrilməsidir: burada R = H, Alk, Ar. Proses ümumiyyətlə təsirsiz bir p-həlledici və > 330 nm-də soyutma ilə həyata keçirilir. Alkil zənciri üçdən çox C atomunu və karbon atomundakı H atomunu əvəz edən reaksiyaya daxil olur. Sonuncunun H atomu yoxdursa, spirtlərin və karbonil birləşmələrin əmələ gəlməsi ilə nisbət pozğunluğu müşahidə olunur. Barton, reaksiya sərbəst radikal mexanizminə görə davam edir və H atomunun alkoksi radikalında (f-la I) keçid vəziyyətindən (II) keçərək H atomunun hüceyrədaxili miqrasiya mərhələsini əhatə edir; nitro mürəkkəb III okside izomerləşir: P-tion yalnız 6 üzvlü bir həlqənin meydana gəlməsinin mümkün olduğu hallarda problemsiz bir şəkildə davam edir. keçici vəziyyət. Başlanğıc nitritdəki karbon atomunun ikinci bir H atomu yoxdursa, nitroz birləşməsinin də dimeri yaranır. Bartonun reaksiyası steroid molekullarının qeyri-aktiv bölgələrinə funksiyanı təqdim etmək üçün geniş istifadə olunur., xüsusən 18 və 19 mövqelərindəki metil qruplarında, məsələn: Barton reaksiya məhsulları aralıq maddə olaraq istifadə olunur, politsikl sintezində. nitronlar, məsələn: Reaksiya 1960.-cı ildə D. Barton tərəfindən kəşf edilmişdir. == Mənbə == Г.О. Беккера, /Введение в фотохимию органических соединений,/.
Bayron Moreno
Bayron Moreno (isp. Byron Aldemar Moreno Ruales) (d. 23 noyabr 1969) — ekvadorlu keçmiş futbol hakimi. 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilmiş dünya çempionatlnda verdiyi qərarlarla uzun müddət gündəmdə olmuşdur. == İtaliya-Cənubi Koreya matçı == Bayron Moreno 2002-ci il dünya çempionatının 1/8 final mərhələsində İtaliyanın meydah sahibi Cənubi Koreyaya məğlub olaraq yarışı tərk etməsindən sonra bir çox futbol mütəxəssisləri və azarkeşləri tərəfindən tənqidlərə məruz almışdır. İtaliyalı futbolçu Françesko Totti və komandanın məşqçisi Covanni Trapattoni İtaliyanın yarışdan kənarlaşdırılmasını əvvəldən qurulmuş plan adlandırmışdır. Trapattoni daha irəli gedərək iki ev sahibindən birinin turnirdə qalması üçün hakimin FİFA-dan tapşırıq aldığını iddia etmişdir. Morenonun oyun zamanı ən çox tənqidlərə məruz qalan qərarları Cənubi Koreyanın xeyrinə erkən penaltinin verilməsi, Damiano Tommazi tərəfindən əlavə vaxtda vurulan qızıl qolun ofsayd səbəbindən hesaba alınmaması və Françesko Tottiyə simulyasiyaya səbəbindən ikinci sarı vərəqənin göstərilməsi idi. === FİFA-nın reaksiyası === FİFA prezidenti Zepp Blatter yan hakimi "fəlakət" adlandırmış və İtaliyanı hələ qrup oyunları zamanı səhv ofsayd qərarlarından əziyyət çəkdiyini etiraf etmişdir. Bununla belə, o, İtaliyaya qarşı hər hansı planın olması fikirlərini inkar etmişdir.
Bayron burnu
Bayron burnu (ing. Cape Byron) — Avstraliya materikinin ucqar şərq nöqtəsidir. Burun ilk dəfə Ceyms Kuk tərəfindən onun yaxınlığından 15 may 1770-ci ildə keçərkən adlandırmıışdır. O, burnu Britaniya donanmasının admiralı Con Bayronun şərəfinə adlandırmişdir. Con Bayron dünya dövr səyahətini «HMS Dolphin (1751, Delfin)» gəmisində 1764—1766 illərdə həyata keçirmişdir.
Bela Bartok
Bela Bartok (mac. Bartók Béla Viktor János [ˈbɒrtoːk ˈbeːlɒ];25 mart 1881[…] – 26 sentyabr 1945[…], Nyu-York, Nyu-York ştatı) — Macarıstan bəstəkarı, folklorşünası. == Həyatı == Bu macar bəstəkarı 22 yaşındaykən 1848-1849 inqilabının lideri və Ferensin atası Layoş Koşutun həyatından bəhs edən simfonik şeirini yazıb. İlk ifası zamanı Avstriya milli marşının karikaturatik səsləndirilməsi qalmaqallara yol açsa da, çox bəyənilir. Peşə həyatının əvvəllərində fransız mühitinin təsiri altında qaldığı üçün ilk əsərlərində politonallığın bəzi ünsürləri görünür. Amma daha sonralar bu "vəsait"dən yararlanmayıb. Bunun əvəzinə Şərqi Avropa, ən çox da macar və rumın xalq üslublarını araşdırıb. Musiqisi hər nə qədər harmoniya baxımından gərgin və qarmaqarışıq olsa da, kökünü xalq musiqisinin modal silsiləsindən diqqətlə seçilmiş harmonik tonallıqdan götürüb. Bartokun musiqisi və şəxsiyyəti nasistlərlə ittifaqda olan macar hakimiyyətini və kilsəni qıcıqlandırıb və o, vətənə xəyanətdə ittiham edilib. Əksəriyyəti yəhudi olan bəzi önəmli bəstəkarların əsərlərinin nasistlər tərəfindən qadağan edilməsi səbəbindən o, Göbbelsə bir məktub yazaraq öz adının da həmin siyahıya salınmasını tələb edir və əsərlərinin Almaniya, eyni zamanda ona bağlı olan ölkələrdə səsləndirilməsinə izin vermədiyini bildirir.