Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baltic Dry Index
Baltic Dry Index (BDI) — ticarət indeksi, (Baltic Exchange) Baltic birjasinda gundəlik hesab olunur. İndeks gostərər əsas 20 dəniz yoluyla daşilinan guru yukun (komur,duyu,bugda və dig.) qiymətini və Handymax, Panamax və Capesize gəmi novlərinin daşınmalarini hesablayir. == Hesablanma == Əsas muqabilələrin qiymətini satıb-alan tərəflər danişir, birja maklerlarinin əsas məqsədi bu muqabilələrin qiymətlərini orta hesab qostəricisinə gətirmək.
Dryu Hyuston
Dryu Hyuston (ing. Andrew W. "Drew" Houston; d. 4 mart 1983, Akton, Massaçusets, ABŞ) — Araş Firdovsi ilə birlikdə "Dropbox" xidmətinin banisi. == Həyatı == Dryu Hyuston 4 mart 1983-cü ildə ABŞ-nin Massaçusets ştatının Akton şəhərində dünyaya gəlib. O, 1990-da "Acton-Boxborough Regional" məktəbinə daxil olub, sonra kompüter elmləri ixtisası üzrə Massaçusets Texnologiya İnstitutunu bitirib. Məhz orada Hyuston "Dropbox" xidmətinin həmtəsisçisi olacaq Araş Firdovsi ilə tanış olur. "Dropbox"un əsası qoyulana kimi, Dryu bir çox mühüm layihələr üzərində işləyib, Bu layihələr arasında "Bit9", "Accolade" və "Hubspotu" göstərmək olar. Dryu Hyuston "Business Week" jurnalının versiyasına görə, 30 yaşlı ən nüfuzlu insanı adlandırılıb, "Dropbox" Silikon vadisinin 20 ən yaxşı startapından biri olub. "Forbes" jurnalı onun varidatını 400 milyon dollar həcmində qiymətləndirir. == Təsadüf nəticəsində meydana gələn ideya == Xidmətin yaranma ideyası Hyustonun Bostondan Nyu-Yorka avtobus səfəri zamanı meydana gəlmişdi.
Artur Dryuri
Artur Dryuri (3 mart 1891 – 25 mart 1961) — 1955–1961-ci illərdə FİFA prezidenti. == Həyatı == Rudolfun əvəzinə Dryurini FİFA prezidenti seçilməsini hamı gözləyirdi. Çünki həmin dövrdə Dryurinin futbol dünyasında böyük nüfuzu var idi. O, həmçinin İngiltərə Futbol Assosiasiyasının da rəhbəri idi. Artur Dryurinin FİFA prezidenti olduğu dövrdə İsveçrədə 6-cı Dünya Çempionatı təşkil olunur.
Banksia dryandroides
Banksia dryandroides (lat. Banksia dryandroides) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Berberis dryandriphylla
Berberis dryandriphylla (lat. Berberis dryandriphylla) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Bulbophyllum dryadum
Bulbophyllum dryadum (lat. Bulbophyllum dryadum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum dryadum növü Papua-Yeni Qvineya üçün endemik növdür. == Sinonim == Diphyes dryadum (Schltr.) Szlach. & Rutk.
Bulbophyllum dryas
Bulbophyllum dryas (lat. Bulbophyllum dryas) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum dryas növü Qərbi Malayziyadan Sumatraya qədər, həmçinin Kalimantanda yayılmışdır.
Bulbophyllum drymoglossum
Bulbophyllum drymoglossum (lat. Bulbophyllum drymoglossum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Sinonim == Bulbophyllum aureolabellum T.P.Lin Bulbophyllum gracillimum Hayata Bulbophyllum somae Hayata == Arealı == Bulbophyllum drymoglossum növü Çinin cənubundan Şərqi Asiyanın mülayim qurşaqlarına qədər yayılmışdır.
Cardamine drymeja
Buruq ürəkotu (lat. Cardamine flexuosa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ürəkotu cinsinə aid bitki növü. == Sinonimləri == Barbarea arisanensis (Hayata) S.S.Ying Cardamine arisanensis Hayata Cardamine debilis D.Don [Illegitimate] Cardamine decurrens Zoll. & Moritzi Cardamine drymeja Schur Cardamine duraniensis Revel ex Des Moul. Cardamine fallax var. glabra Nakai Cardamine flexuosa var. bracteata O.E.Schulz Cardamine flexuosa subsp. debilis O.E.Schulz Cardamine flexuosa var. debilis (O.E.Schulz) T.Y.Cheo & R.C.Fang Cardamine flexuosa var. flexuosa flexuosa Cardamine flexuosa var.
Diphyes dryadum
Bulbophyllum dryadum (lat. Bulbophyllum dryadum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum dryadum növü Papua-Yeni Qvineya üçün endemik növdür. == Sinonim == Diphyes dryadum (Schltr.) Szlach. & Rutk.
Dryandra oleifera
Aleurites moluccanus (lat. Aleurites moluccanus) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin yağlıağac cinsinə aid bitki növü. == Sinonimləri == Aleurites ambinux Pers. Aleurites angustifolius Vieill. ex Guillaumin Aleurites angustifolius Vieill. Aleurites commutatus Geiseler Aleurites cordifolius (Gaertn.) Steud. Aleurites integrifolius Vieill. ex Guillaumin Aleurites integrifolius Vieill. Aleurites javanicus Gand. Aleurites lanceolatus Blanco Aleurites lobatus Blanco Aleurites moluccanus var.
Drymoda latisepala
Bulbophyllum capillipes (lat. Bulbophyllum capillipes) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum capillipes növü Assamdan Hind-Çinə qədər yayılmışdır. == Sinonim == Drymoda latisepala Seidenf. Phyllorchis capillipes (Parish & Rchb.
Drymophila
Drymophila (lat. Drymophila) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin alströmeriyakimilər fəsiləsinə aid bitki cinsi. Cinsin nümayəndələri 30 sm (D. moorei) və ya 40 sm (D. cyanocarpa) hündürlüyündəki kiçik ot bitkiləridir. Bitkiyə ekvatorial meşələr və nəmli sklerofit meşələrdə rast gəlinir. Çoxillikdir, yazda çiçək açır. D. moorei növünün çiçəkləri bal arıları tərəfindən tozlanır. Bitkinin toxumları heyvanlar tərəfindən yayılır. Ağdan açıq-çəhrayı və ya bənövşəyi rəngə qədər dəyişə bilən çiçəkləri 1–1,5 sm diametrindədir və yarpaq qoltuqlarından tək-tək böyüyür və ya iki–üç çiçək şəklində toplanır. Cinsin elmi adı "meşə" mənasını verən drimo (δρυμό) və "dost" mənasını filo (φίλος) sözlərindən ibarətdir və bu cinsin nümayəndələrinin yaşayış yerinə istinad edir.
Drymophila cyanocarpa
Drymophila cyanocarpa (lat. Drymophila cyanocarpa) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin alströmeriyakimilər fəsiləsinin drymophila cinsinə aid bitki növü. Çoxillik ot bitkisidir, hündürlüyü 60 sm-a qədər çata bilir. Yarpaqlarının uzunluğu 3–8 sm, eni isə 5–15 mm arasında dəyişir. Ağ, krem və ya açıq bənövşəyi rəngdəki çiçəkləri noyabr və yanvar ayları arasında görünür. Bitkinin yumurta formalı giləmeyvələri 5–10 mm uzunluğundadır və rəngi mavidən bənövşəyiyə doğru dəyişə bilər. Növə Avstraliyanın Tasmaniya, Viktoriya və Yeni Cənubi Uels əyalətlərində rast gəlinir.
Drymophila moorei
Drymophila moorei (lat. Drymophila moorei) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin alströmeriyakimilər fəsiləsinin drymophila cinsinə aid bitki növü. Növün nümayəndələrinin təbii yayılma arealı Yeni Cənubi Uelsin şimalındakı Manninq çayından Kvinslendə qədər uzanır. Tropik meşələrdə, adətən yüksək hündürlüklərdə yetişən ot bitkisidir. Meyvələri üzərində olduqda asanlıqla müəyyən edilə bilir. == Təsvir == Kiçik parlaq yarpaqlara malik bitkinin hündürlüyü 30 sm-ə çatır. Əsas şaquli gövdə budaqsızdır. Yarpaqların uzunluğu 3–6 sm, eni isə 1–2 sm arasında dəyişir. Çiçəklər əsasən yazda açır və ağ və ya çəhrayı rənglərdə olur. Bitkinin giləmeyvələri narıncı və ya sarı rəngdədir və az sayda toxumu var.
Dryobates major
İri ağacdələn (lat. Dendrocopos major) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin ağacdələnlər fəsiləsinin əlvan ağacdələn cinsinə aid heyvan növü. == Xüsusiyyətlər == Tüklərinə baxmayaraq əksəriyyətlə gözə dəyən bir quş deyildirlər. Böyük ağ çiyin yamağı və göz yamağı vardır. Böyüklükləri 23–26 sm, qanad açıqlıqları isə 38–44 sm qədərdir. Kişinin üst parçaları düz və parlaq qaradır, peysərdə tünd qırmızı bir nöqtə, üz və boyun kənarlarında ağ tüklər vardır. Dimdik qara və qıçlar yaşıl bənzəri bozdur. Dişidə və gəncdə, peysərdə tünd qırmızı nöqtə yoxdur amma tac tünd qırmızı rənglidir. Son buzlaq çağı əsnasında yaşayan Tarix əvvəli 'P. m. submajor daxil bir neçə alt cinsi vardır.
Dryobates minor
Dryobates minor (lat. Dryobates minor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin ağacdələnlər fəsiləsinin dryobates cinsinə aid heyvan növü. Erkəklərdə tünd qırmızı tac, qəhvəyi alın, qara qaş bölgəsi xətti və boyuna doğru dimdiyinin dibindən keçən başqa bir xətt vardır. Boynunun arxası və belinin üst hissəsi qaradır, aşağı hissəsi isə xəttli qara və ağdır. Qanadlarda daha geniş və daha diqqət çəkici xəttlər vardır və eyni zamanda quyruq tükləri də xəttlidir. Altı və yanları xəttli və ağdır. Dimdiyi və ayaqları açıq boz rənglidir. Dişilərdə tac ağdır.
Dryococelus australis
Dryococelus australis (lat. Dryococelus australis) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin göstərmələr dəstəsinin göstərməkimilər fəsiləsinin dryococelus cinsinə aid heyvan növü. Dünyanın ən nadir həşəratlarından biridir. Uzunluğu 12 sm, eni 1,5 sm, çəkisi isə 25 q təşkil edir. == Tarixi və təsviri == Bu böcək ilk dəfə 1788-ci ildə, Avstraliyadan 600 km şərqdə, Sakit okeanda yerləşən Lord Houv adasında aşkar edilmişdir. Əvvəllər təbii düşmənləri olmayan bu canlılar insanlar tərəfindən adaya gətirilən Qara siçovullar tərəfindən məhv edilirlər. Artıq 1918-ci ildə onlar adada tamamən yoxa çıxırlar. 1960-cı illərdə Lord Houvdan 23 km aralıda yerləşən Bols-Pramid adasındakı zirvəyə çıxan alpinistlər burada bu canlıların cəsədlərini aşkar edirlər, ancaq bir dənə də olsun diri canlının tapılmaması səbəbindən növ nəsli kəsilmiş olaraq hesab edilir. 1972-ci ildə "Priroda" jurnalında geologiya-minerologiya üzrə elmlər namizədi Mixail Axmetovun elmi məqaləsində Bols-Pramid adasında nadir görülən, "ağac xərçəngi" olaraq anılan həşəratdan bəhs edilir. Böyük ehtimalla bu canlının relikt mənşəlli olmasını vurğulanır.
Dryocopus martius
Qara ağacdələn (lat. Dryocopus martius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin ağacdələnlər fəsiləsinin dryocopus cinsinə aid heyvan növü.
Dryopteris
Ayıdöşəyi (lat. Dryopteris) Qıjının bir çox növlərindən gülçülükdə istifadə olunur. Erkək qıjı (Dryopteris filix-mas)- açıq sahələrdə yaxşı bitir, Vel (Pteridium aquilinum) bizim planetin ən qədim bitkilərindəndir, Braun cərgəvari (Polystichum braunii) yabanı halda Rusiyanın orta zolağında bitir. Pəncəşəkilli baldırıqara (Adiantum pedatum), skolopendra-şəkilli çalovcuq (Phyllitis scolopendrium) qıraqları dalğavari yarpaqlı bitkidir. Qıjının zəif inkişaf etmiş kök sistemindən ağacların gövdələrinin dekorasiyasında istifadə edilir. Qıjı sporlarla çoxalır. Sporları il ərzində torflu dibçəklərə əkmək olar. Dibçəkləri şüşə ilə örtmək lazımdır. Qıjını kökümsov gövdənin bölünməsi ilə də çoxaltmaq mümkündür. Azərbaycanda erkək qıjı və venera saçlı baldırıqaradan gülçülükdə uğurla istifadə olunur.
Dryopteris austriaca
Avstriya ayıdöşəyi (lat. Dryopteris austriaca) - ayıdöşəyi cinsinə aid bitki növü.
Dryopteris carthusiana
İynəcikli qıjı (lat. Dryopteris spinulosa) — ayıdöşəyi cinsinə aid bitki növü. == Sinonimləri == Aspidium spinulosu Sw. Dryopteris lanceolatocristata (Hoffm.) Alston Dryopteris spinulosa (O.F.Müll.) Kuntze Dryopteris spinulosa (O.F.Müll.) Watt Nephrodium spinulosum Strempel Polypodium carthusianum Vill. Polypodium lanceolatocristatum Hoffm. Polystichum spinulosum Lam. & DC. Thelypteris spinulosa Nieuwl.
Dryopteris filix-mas
Erkək ayıdöşəyi (lat. Dryopteris filix-mas (L.) Schott ) - ayıdöşəyi cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 20-100(140) sm olan çoxillik bitkidir. Qısa, yoğun kökümsovu köhnə saplaqların qalıqları ilə əhatə olunmuşdur. Uzunluğu 100 sm qədər olan uzunsov elliptik formalı yarpaqları ikiqat lələkvaridir, yarpaq ayası saplağından uzundur. Sporları oval tumurcuqvari, pipikcikli və ziyilciklidir.Çoxillik sporlu bitkidir. Kök üstündə olan iri yarpaqlarının uzunluğu 1-2 m-ə çatır. Yerüstü gövdəsi yoxdur. Kökümsovu möhkəm, çəpinə qalxan və ya üfiqi, saplaqlı köhnə (keçən ilki) yarpaqlara malikdir. Kökləri incə, zərif, azbudaqlanan, sərt, qonurumtul seyrək kökümsovdan ibarətdir.
Dryopteris lanceolatocristata
İynəcikli qıjı (lat. Dryopteris spinulosa) — ayıdöşəyi cinsinə aid bitki növü. == Sinonimləri == Aspidium spinulosu Sw. Dryopteris lanceolatocristata (Hoffm.) Alston Dryopteris spinulosa (O.F.Müll.) Kuntze Dryopteris spinulosa (O.F.Müll.) Watt Nephrodium spinulosum Strempel Polypodium carthusianum Vill. Polypodium lanceolatocristatum Hoffm. Polystichum spinulosum Lam. & DC. Thelypteris spinulosa Nieuwl.
Dryopteris spinulosa
İynəcikli qıjı (lat. Dryopteris spinulosa) — ayıdöşəyi cinsinə aid bitki növü. == Sinonimləri == Aspidium spinulosu Sw. Dryopteris lanceolatocristata (Hoffm.) Alston Dryopteris spinulosa (O.F.Müll.) Kuntze Dryopteris spinulosa (O.F.Müll.) Watt Nephrodium spinulosum Strempel Polypodium carthusianum Vill. Polypodium lanceolatocristatum Hoffm. Polystichum spinulosum Lam. & DC. Thelypteris spinulosa Nieuwl.
Dr. Dre
Dr. Dre (əsl adı Andre Romel Yanq; 18 fevral 1965, Kompton[d], Kaliforniya) — Amerikalı reper, mahnı müəllifi, səs prodüseri, təşəbbüskar, səsyazma icraçısı, aktyor və səs mühəndisi.
Cry
Cry — Maykl Ceksonun 2001-ci ildə çıxardığı onuncu və sonuncu studio albomu olan Invincible albomundan olan sinql. Mahnı R&B ifaçısı və bəstəkar, həmçinin Ceksonun 1995-ci ildə çıxardığı sinqlı "You Are Not Alone" mahnısının müəllifi olan R. Kelly tərəfindən yazılmışdır. Mahnının prodüserliyi isə Ceksonun özü və R. Kelly tərəfindən edilmişdir. 2001-ci ilin dekabrında çıxarılmış sinql "Invincible" albomundan olan üçüncü sinqldır. "Cry" dünyanın önəmli problemlərindən bəhs edən R&B balladadır. Mahnının sözləri insanları dünyanı xilas etməyə çağırır. Mayklın bu səpkidə olan bir neçə əvvəlki mahnıları kimi bu əsər də insanları sülhə və çevrəçiliyə çağırır. Sinql ikiüzlü çıxarılmış, B-üzdə "Shout" və "Streetwalker" mahnıları təqdim edilmişdir. "Cry" musiqi tənqidçiləri tərəfindən müxtəlif rəylər almışdır. Beynəlxalq səviyyədə də sinql orta səviyyəli nəticə göstərmiş, hit oaradlarda yüksəldiyi ən yüksək mövqe Niderlanda on altıncı pillə, ən aşağı nəticə isə Avstriyada olmuşdur.
Dey
Dey (fars. دی‎) — İran və Əfqanıstanın rəsmi təqviminin onuncu ayı. Dey ayında 30 gün var. Bu ay dekabr ayında başlayıb yanvar ayında sona çatır. Dey qışın ilk ayıdır.
Day After Day
Day After Day (azərb. Günbəgün‎) — 2008 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Elnur Hüseynov və Samir Cavadzadənin ifa etdikləri mahnı. Mahnının sözləri Zəhra Bədəlbəylinin, musiqisi isə Gövhər Həsənzadənindir. "Day After Day" mahnısı fevralın 2-də Azərbaycanın Avroviziya təmsilçisinin seçilməsi üçün təşkil olunan "Odlar Yurdu" adlanan konsert proqramında ifa olundu. Mahnıda şər və xeyir qüvvənin mübarizəsi və bu mübarizədə xeyir qüvvənin şər qüvvə üzərində qələbə qazanması əks olunur. Bu mahnı ilə Azərbaycan Avroviziyada debüt etdi. Yarımfinal mərhələsində Elnurla Samir yeddinci nömrə altında bu mahnını ifa etdilər və 19 mahnl arasında 66 xalla 6-cı yeri tutaraq finala yüksəldi. Finalda bu mahnı 20-ci nömrədə ifa olundu və yekunda finalda yarışan 25 mahnı arasında 132 xalla 8-ci oldu.
Dra-dra göycəqarğa
Dra-dra göycəqarğa (lat. Coracias garrulus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin əsl rakşilər fəsiləsinin göycəqarğa cinsinə aid heyvan növü. == Genefond əhəmiyyəti == Azərbaycan faunasında fəsilənin tək növüdür. == Qısa təsviri == Sığırçından iridir. Ümumi rəngi yaşıl-göydür. Bel tərəfi qəhvəyi gil rənginə çalır. Quyruğu və qanadları üzərində tünd göy rənglər var. Boğazı ağdır. Adi səsi kəskin cırıltıdır "rak-rak", lakin reproduksiya dövrünün əvvəlində tez-tez "kra-kra-kra-kra" edir. Qarğa kimi ləng uçur.
ARY Zindagi
ARY Zindagi — "ARY Digital Network" şirkətinin sahibləndiyi Pakistan özəl əyləncə telekanalı. Telekanal Hindistan, Pakistan və Türkiyə proqramlarını yayımlayır. ARY Zindagi ilk dəfə AsiaSat 3S 105.5 Degree East peyki ilə sınaq testi olaraq 5 aprel 2014-cü ildə yayımlanmışdır. Telekanal əsas yayımına 11 aprel 2014-cü ildə başlamışdır. Telekanal "ARY Zauq" telekanalının əvəzinə yaradılmışdır.
B'Day
B'Day – Beyonsenin ikinci studio albomudur.
Day.az
Day.az — 2003-cü ildən fəaliyyət göstərən Azərbaycan informasiya saytı. Sayt rus dilində fəaliyyət göstərir. 2009-cu ilin fevral ayına qədər saytın sahibi Anar Məmmədxanov, baş redaktoru Elnur Baimov olub.11 avqust 2008-ci ildə, səhər saatlarında Day.az və "anspress.com" saytlarının informasiya serveri Rusiya xüsusi xidmət orqanlarının təlimatı ilə rus xakerləri tərəfindən dağıdılsa da, axşama yaxın serverlərin işini bərpa etmək mümkün olmuşdur. Xakerlərin məqsədi Rusiya-Gürcüstan müharibəsinə aid informasiya saytlarının bloklanması olub.2009-cu il fevralın 18-də saytda layihələrin fəaliyyəti dayanıb. Əvvəlcə saytlarda layihənin başa çatması barədə məlumat yerləşdirilsə də, daha sonra layihələrin fevralın 25-də fəaliyyətə başlayacağı barədə məlumat verilib. Lakin fevralın 24-də layihənin satıldığı məlum olub. Saytın təsisçisi Anar Məmmədxanov portalın fəaliyyətinin dayandırılmasını saytın texniki problemlərlə üzləşməsi ilə izah edib. == İstinadlar == == Həmçinin bax == Azərbaycan xəbər saytlarının siyahısı Trend İnformasiya Agentliyi AzerNews == Xarici keçidlər == Day.az "Anar Məmmədxanlı Day.Az-ın satıldığını xəbər verib" (az.). bbc.com. 2009-02-25.
Dey-treydinq
Dey-treydinq (ing. Day-Trading) — əməliyyat günü ərzində açıq mövqeləri ertəsi günə köçürmədən birjada spekulyativ ticarət. Gündüz ticarəti termini, yalnız gün içi əməliyyatların istifadə olunduğu, qiymətli kağızların saxlanma müddətinin bir neçə dəqiqədən bir neçə saata qədər olduğu strategiyanı ifadə edir. Bir çox treyder eyni anda bir neçə strategiyadan istifadə edə bilər ki, bunlardan biri də gün içi əməliyyatlardır. Başlanğıcda bir günlük ticarət yalnız maliyyə şirkətləri və peşəkar spekulyantlar tərəfindən istifadə olunurdu. Bu ticarət bankların və investisiya firmalarının işçiləri tərəfindən həyata keçirildi. Bununla birlikdə, elektron ticarət və marja ticarətinin yayılması ilə bu fəaliyyət növü, qeyri-peşəkar ticarətçilər arasında populyarlaşır. Ümumiyyətlə, marjinal ticarəti əməliyyatların rentabelliyini artırmaq üçün istifadə olunur ki, bu da risklərin artmasına səbəb olur. Gün içi ticarət fundamental təhlildən çox texniki analizə güvənməyə meyllidir. 1996-cı ildən bəri Birləşmiş Ştatlarda fiziki şəxslər üçün gündəlik ticarətə icazə verilir.
Doris Dey
Doris Dey (3 aprel 1922[…], Sinsinnati, Ohayo – 13 may 2019[…]) — amerikalı aktrisa, müğənni, prodüser. Təxminən 50 ilini əyləncə sektoruna verib. Dey karyerasına 1939-da bir qrupda müğənni olaraq başladı, amma 1945-də ilk səsyazması olan "Sentimental Journey"i yazdıqdan sonra məşhurlaşmaya başladı. Qrupu "Brown & His Band of Renown"dan ayrıldıqdan sonra Columbia Records ilə uzun müddətli olan yoldaşlığa və solo kariyerasında təcrübələr qazanmağa başladı. Columbia Records Doris Deyin müqavilə bağladığı tək şirkətdir. Ortaqlıqları 1947-ci ildən 1967-ə qədəd davam etmiş və ortaqlıqları Deyi 20-ci əsrin ən populyar və sevilən müğənnilərindən biri olmasını təmin edən 650-dən çox səsyazmadan ibarətdir. == Həyatı == Doris Meri Enn Kappelhoff 1938-ci ildə başına gələn bir qəza sonrasında bir daha rəqs edə bilmir və bunun yerimə mahnı oxumağı öyrənir. Daha sonradan aldığı "Doris Dey" adı ilə böyük orkestrlar ilə işləməyə başlayır. 1948-dən etibarən teatrda vaxt keçirdir. Qısa bir müddət sonra Warner Bros.
Drö (rayon)
Drö (fr. Dreux) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından biri. Departamenti — Er və Luar. Suprefektura — Drö. Rayon əhalisi 2006-cı ildə 126 176 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 84 nəf / km². Rayon ərazisi — 1501 km².
Drü Berrimor
Drü Blayt Berrimor (ing. Drew Blyth Barrymore; 26 fevral 1975, Kalver-Siti, Kaliforniya, ABŞ) – Amerikan (Hollivud) aktrisası, model, rejissor, prodüser və yazıçısıdır. O aktyor Con Barrimorun nəvəsidir. İlk vaxtlarda reklamlara çəkildi. == Həyatı == Drü Berrimor aktyor ailəsində anadan olub.Ailədə ənənəvi bir kino aktyorluğu vardı.200 ildir ailədən bir çox kino oyunçusu çıxmışdı.Karierinə 11 aylıqkən bir it yeməyi reklamına seçilərək başladı. == Karyerası == İlk filmi 1980-ci ildə "Dəyişilən dövlətlər" (Altered States) idi. 1981-ci ildə E.T.da oynadı və bütün dünya səviyyəsində məşhur oldu.1984'te çəkilən Irreconcilable Differences filmindəki roluyla Qızıl Kürəyə də namizəd olan Berrymore gənc yaşda qazandığı şöhrəti qaldıra bilmədi. 9 yaşında siqaret və spirt istifadəsinə başladı. 10 yaşında marijuanaya başladı. 12ində isə artıq kokain asılısı idi.
Duy (albom)
Duy – Azərbaycan müğənnisi Aygün Kazımovanın albomudur. == Hazırlanması == Albom 2018-cü ildə Gürcüstanda hazırlanmışdır. Dünyaca məşhur DJ David Vendetta tərəfindən hazırlanan "Duy" adlı mahnıda Aygün Kazımova milli və müasir musiqini sintez edib. Eyni zamanda ifalarda muğamdan istifadə olunub. Həmçinin tar, kaman, zurna, ud kimi musiqi alətlərinin səsinə rast gəlmək olar. Albomun musiqi prodüsseri gürcü musiqiçi Kakhaberidir. Səsyazmalar Gürcüstanın məşhur "Bravo" studiyasında həyata keçirilib. Layihənin "cover" fotosu üçün Kazımovaya maraqlı bir obraz yaradılıb. O, uzunqollu əlçək, böyük şlyapa və dərin sinə dekolteli qara paltarda kamera qarşısına keçib. Bütünlüklə beynəlxalq komanda tərəfindən ərsəyə gətirilən bu sənət nümunəsi keyfiyyəti ilə seçilir.
Duy (konsert)
== Konsert haqqında == 1 dekabr 2018-ci ildə Aygün Kazımova, David Vendetta və Kakhaberinin "Bakı Elektra Events Hall”-da keçirilən konserti. Konsertdə ilk öncə Rizvan Əliyev və Röya Miriyeva Aygün Kazımovanın mahnılarını akustik versiyada təqdim etdilər. Daha sonra səhnədə Gürcüstanın məşhur qrupu “Kahaberi” səhnə aldı. Rəqsləri və milli mahnıları ilə tamaşaçıları coşduran qrup “Ay lolo” xalq mahnısını da ifa etdilər. Qrupun çıxışından sonra səhnəyə Aygün Kazımova çıxdı. Gecədə Rüfət İsmayıl imzalı üç libas dəyişən Aygün Kazımova, rəqqas oğlanlarla olan ehtiraslı və çılğın rəqsləri ilə diqqət çəkməyi bacardı. Ən sonda isə səhnəyə dünya şöhrətli DJ David Vendetta çıxdı. O, Aygün Kazımovanın ifasında olan “ Duy” mahnısını səsləndirdi. Konsertdə “ Duy” mahnısının klipi üçün bəzi kadrlar lentə alındı. Klipin reissoru Fuad Əlişovdur.
Duy (mahnı)
Duy — Aygün Kazımovanın "Duy" albomundakı mahnılardan biri. == Mahnı haqqında == Dünyaca məşhur DJ David Vendetta tərəfindən hazırlanan “Duy” adlı mahnıda Aygün Kazımova milli və müasir musiqini sintez edib. Eyni zamanda ifada muğamdan istifadə olunub. Həmçinin milli musiqi alətlərinin səsinə rast gəlmək olar. Albomun musiqi prodüsseri gürcü musiqiçi Kakhaberidir. Səsyazmalar Gürcüstanın məşhur "Bravo" studiyasında həyata keçirilib. == Klip haqqında == Klipdə Aygün Kazımovanın 1 dekabr "Baku Elektra Events Hall"-da baş tutan konsertindən görüntülərdən istifadə olunmuşdur. Dünyaca məşhur DJ David Vendettanın da rol aldığı ekran işini Fuad Əlişov ərsəyə gətirib. Klip Türkiyənin məşhur “NetD Müzik” və “NetD Müzik World” musiqi portallarında yerləşdirilib.Ekran işində David Vendetta və Aygün arasında səmimi mesajlaşmalar diqqət çəkir. Lakin bu mesajlaşmalar sözügedən “NetD Müzik” kanalında ingilis dilində həyata keçirilsə də, bildirilir ki, “NetD Müzik World” kanalında Azərbaycan dilindədir.
Green Day
Green Day – ABŞ punk rok qrupu. == İnkişaf tarixi == Green Day 1986-cı ildə uşaqlıq yoldaşı olan Billi Co Armstonq (gitara, vokal) , Mike Dirnt (bas) və Tre Cool (baraban) tərəfindən 1986-cı ildə "Sweet Children" adı altında Kaliforniyada quruldu. 1989-cu ildə qrup "1,000 Hours" adlı ilk EPlərini çıxardıqdan sonra 1990-cı ildə "Smooth Out Slappy Hour" adlı albomlarını bazara sürdü. Əsas səs gətirən albomları 1992-ci ildə çıxardıqları ikinci albom "Kerplunk!" ilə oldu və qrup Amerikada underground radiolarda bir nömrəyə yüksəldi. 1994-cü ilə gəlindiyində "Dookie" albomuyla yükləlişləri fərqli bir təcil qazandı. Albomda iştirak edən "Longview" parçası siyahılarda yüksəlməyə başladı və bir müddət sonra Top 40 siyahısının zirvəsində iştirak etdi. Daha sonra parçanın videosuyla MTV Video Musiqi Mükafatlarında 3 budaqda namizəd göstərildi. "Dookie" iki dənə platin val mükafatı al/götürərkən qrup, Rolling Stone jurnalının etdiyi ən yaxşı yeni qrup sıralamasında ən çox səs ver birinci oldu. Bu albomda iştirak edən "When I Come Around" adlı parça 1995-ci ildə Top 10 siyahılarında 1 nömrəyə yüksəldi. Eyni il Green Day "Dookie" albomuyla "Ən Yaxşı Alternativ Musiqi Performansı" kateqoriyasında Grammy Mükafatı al/götürdü.
Hay Day
Hay Day — Supercell şirkəti tərəfindən istehsal olunmuş pulsuz mobil ferma oyunu. iOS platforması üçün 21 iyun 2012-ci ildə, Android platforması üçün 20 noyabr 2013-cü ildə buraxılmışdır. 2013-cü ilin məlumatına görə Supercell şirkəti Hay Day və Clash of Clans oyunlarından ayda 30 milyon $ qazanmışdır. 2013-cü ildə Hay Day ən çox gəlir əldə 4-cü oyun olmuşdur. == Məzmun və geympley == Oyunçunun əmisi artıq fermanın qayğısına qala bilmir və buna görə də fermanı oyunçunun əllərinə əmanət edir. Oyun müqəvvanın müşayiəti ilə oyunçunun buğda biçməyi öyrənməsi ilə başlayır. Oyunçu fermasında yetişdirdiyi məhsulları sataraq qızıl pullar qazana bilər. Qızıl pullardan istifadə edərək istehsal tikililəri və dekorativ əşyalar ala bilər. Həmçinin əldə etdiyi təcrübə xalları (XP) sayəsində səviyyə keçə bilər. Oyunçular öz aralarında "məhəllələr" yaradaraq bir-birilərinə kömək edə bilərlər.
Kao Day
Vyetnam dilində tam adı "Kao Day Ten Onq Day Bo Tat Ma Xa Tat" olan cərəyan "Baş ruhun əyləşdiyi tavansız məbəd" kimi tərcümə edilir.[mənbə göstərin] Cərəyanın qurucusu Nqo Van Çieu Vyetnamda fransız müstəmləkə administrasiyasının məmuru olmuşdur. 1878-ci ildə Holone şəhərində doğulan Nqo Van koloniya məktəbində təhsil almış, mistika və spiritizmlə (ölülərin ruhu ilə əlaqə yaratmağın mümkünlüyünü iddia edən mistik təsəvvür) dərindən maraqlanmış, 1902-ci ildən isə spiritik seanslar təşkil etməyə başlamışdır. O, 1920-ci ildə Kao Day adlı ruhun bədəninə daxil olduğunu iddia etmiş və altı il sonra eyniadlı cərəyanı yaratmışdır. Mistikaya önəm verən Vyetnamın ziyalı təbəqəsinin yeni yaranmış cərəyana marağı qısa müddətdə xeyli artmışdı. Cərəyanın mərkəzi Sayqon şəhəri yaxınlığındakı Tey Nin yaşayış məntəqəsi seçildikdən sonra burada cərəyanın baş məbədi tikilmişdi. Onun layihəsi əsasında isə digər şəhərlərdə kiçik məbədlər inşa edilməyə başlamışdı. Cərəyanın qısa müddətdə nüfuz qazanmasının səbəbi fransız müstəmləkə hakimiyyətinin güclü dəstəyi idi. İlk məbədin açılışı münasibətilə təşkil edilən mərasimdə Cənubi Vyetnamda fransız administrasiyasının yüksək rütbəli məmurları, hətta Hind-Çinin general-qubernatorunun iştirak etməsi həmin dövlət dəstəyinin əyani göstəricisi idi. Şübhəsiz ki, fransızları cərəyanın Qərb meyilli olması cəlb etmişdi. Onun üzvləri arasında avropalaşmış ziyalılar – Vyetnamın katolik məktəblərində Qərb təhsili almış məmurlar da az deyildi.
We Cry
"We Cry" mahnısı The Script rok qrupunun ilk rəsmi treki sayılır. İngilis dilindən tərcümədə mahnının adı "Biz Ağlayırıq" mənasını verir. Rəsmi mənbələr trekin 2007-ci ildə çıxdığını bildirsə də, amma qrup üzvləri Danny O'Donoghue və Mark Sheehan bu mahnını hələ 2006-cı ildə yazıb bitirdiklərini söyləyirlər. Həmçinin bu trek The Script qrupunun çıxış mahnısı da sayılır. "We Cry" mahnısının klipi 2007-ci ildə çəkilmişdir. Mahnının qısa məzmununda yalnızlıqdan bəhs olunur və yalnızlıqda axan gözyaşları insanları necə dərin bir kədərə boğduğunu göstərir. Bu mahnı həm də 2008-ci ildə çıxardıqları ilk və öz adlarını verdikləri The Script (albom) albomunun da trek listinə salınmışdır.
Yoyçi Doy
Yoyçi Doy (d. 25 iyul 1973) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Şoma Doy
Şoma Doy (21 may 1992, Yamaqata) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Bao-day
Bao-day (vyet. Bảo Đại, tı-nom 保大, qüdrətin keşikçisi) və ya Bao-day-de (vyet. Bảo-đại đế, tı-nom 保大帝), əsl adı Nquyen Fuk və ya Fuk Vin Thyui (vyet. Nguyễn Phúc/Phước Vĩnh Thụy, tı-nom 阮福永瑞) (22 oktyabr 1913[…], Hyue, Annam (Fransa protektoratı), Fransa Hind-Çini – 30 iyul 1997, 31 iyul 1997[…] və ya 1 avqust 1997, Paris) — Nquyen sülaləsinin 13-cü imperatoru, Vyetnamın sonuncu imperatoru, yaponiyapərəst kukla dövləti olan Vyetnam imperiyasının və Fransa tərəfdarı olan kukla Vyetnam Dövlətinin hökmdarı. == Həyatı == O, 1925-ci ildə atası Khay-dinin hakimiyyətindən sonra varis vəzifəsinə yüksəlmişdir. Bao-day Yaponiyanın artan təzyiqlərinə cavab olaraq 1885-ci il Fransa protektorat müqaviləsini rədd etmiş və 11 mart 1945-ci ildə həm Koxinxina, həm də Tonkini əhatə edən Vyetnamın müstəqilliyini təntənəli şəkildə elan etmişdir. Bununla belə, Yaponiyanın məğlubiyyəti və sonradan Ho Şi Min tərəfindən Vyetnam Respublikasının elan edilməsi səbəbindən 20 sentyabrda hakimiyyətdən çəkilmiş, Honkonqa sığınmışdır. 1949-cu ildə fransızların dəstəyi ilə ona Vyetnam Dövlətinin başçısı adı verilmişdir. O, əhəmiyyətli siyasi dəstək almamış və nəhayət Fransaya köçmüşdür. 1955-ci ildə Nqo Din Zyem tərəfindən təşkil edilən referendum ilə taxtdan daimi olaraq devrilmiş və onun hakimiyyəti qəti şəkildə sona çatmışdır.
Bao Day
Bao-day (vyet. Bảo Đại, tı-nom 保大, qüdrətin keşikçisi) və ya Bao-day-de (vyet. Bảo-đại đế, tı-nom 保大帝), əsl adı Nquyen Fuk və ya Fuk Vin Thyui (vyet. Nguyễn Phúc/Phước Vĩnh Thụy, tı-nom 阮福永瑞) (22 oktyabr 1913[…], Hyue, Annam (Fransa protektoratı), Fransa Hind-Çini – 30 iyul 1997, 31 iyul 1997[…] və ya 1 avqust 1997, Paris) — Nquyen sülaləsinin 13-cü imperatoru, Vyetnamın sonuncu imperatoru, yaponiyapərəst kukla dövləti olan Vyetnam imperiyasının və Fransa tərəfdarı olan kukla Vyetnam Dövlətinin hökmdarı. == Həyatı == O, 1925-ci ildə atası Khay-dinin hakimiyyətindən sonra varis vəzifəsinə yüksəlmişdir. Bao-day Yaponiyanın artan təzyiqlərinə cavab olaraq 1885-ci il Fransa protektorat müqaviləsini rədd etmiş və 11 mart 1945-ci ildə həm Koxinxina, həm də Tonkini əhatə edən Vyetnamın müstəqilliyini təntənəli şəkildə elan etmişdir. Bununla belə, Yaponiyanın məğlubiyyəti və sonradan Ho Şi Min tərəfindən Vyetnam Respublikasının elan edilməsi səbəbindən 20 sentyabrda hakimiyyətdən çəkilmiş, Honkonqa sığınmışdır. 1949-cu ildə fransızların dəstəyi ilə ona Vyetnam Dövlətinin başçısı adı verilmişdir. O, əhəmiyyətli siyasi dəstək almamış və nəhayət Fransaya köçmüşdür. 1955-ci ildə Nqo Din Zyem tərəfindən təşkil edilən referendum ilə taxtdan daimi olaraq devrilmiş və onun hakimiyyəti qəti şəkildə sona çatmışdır.