Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akonit
Kəpənəkçiçək (lat. Aconitum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Yunan mifologiyasına görə bu bitki, Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən göyərmişdir. Bu hadisə Akoni (yun. Aconae - ox, oxlu) şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır. == Təbii yayılması == == Botaniki təsviri == Akonit 50-199 sm hündürlükdə, çoxillik bitkidir. Çiçəkləri sarı, moruğu, ya da tünd mavi rəngdə olur. Ehtiva etdiyi alkoloidlər səbəbi ilə zəhərlidir.
Bornit
Bornit — kubik sinqoniya – yüksək temperaturlu (>228 °C) modifikasiya; triqonal sinqoniya – aşağı temperaturlu metastabil modifikasiya; tetraqonal sinqoniya – aşağı temperaturlu (<228 °C) modifikasiya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – dəyişilməmiş təzə səthində tuncu-sarı, tünd misi-qırmızı. Havada dərhal tutqunlaşır və göy, qırmızımtıl və bənövşəyi çalarlı əlvan oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq–4,9–5,3; Sərtlik – 3; Kövrəkdir; Ayrılma – {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamar, yarımqabıqvari; Başqa xassələr – elektrik keçiriliciyi ilə səciyyələnir; Morfologiya – kristallar: çox nadir heksaedrik, dodekaedrik, oktaedrik; Mineral aqreqatları: dənəvər, sıx kütlələr, damarcıqlar, püruzlar, qabıqlar, haşiyələr, lövhəciklər. == Mənşəyi və yayılması == Həm endogen, həm də ekzogen proseslərin məhsuludur. Mineralın hipogen əmələgəlmələrinə maqmatik (mis-nikel), skarn tipli və hidrotermal yataqlarda, hipergen əmələgəlmələrinə isə mis filizi yataqlarının törəmə sulfidlərlə zənginləşmə zonasında rast gəlinir. Misli qumdaşları və misli şistlər içərisində yerləşən stratiform tipli yataqlarda geniş yayılmışdır. Autigen mineral və sement kimi çox az hallarda çökmə süxurlarda tapılır. Birlikdə rast gəldiyi minerallar: xalkozin, digenit, kovellin, xalkopirit, tetraedrit, tennantit, enargit. Mineralın tapıldığı yerlər: Mansfeld (Almaniya); Cezkazqan, Uspenski (Qazaxıstan); Dzerjinski, Qay, Lyovixa (Rusiya); Byutt (ABŞ); Braden (Çili); Sumeb (Namibiya) və b.
Edenit
Edenit — mineral, amfibol, NaCa2Mg5 [(OH,F)2½AlSi7O22], == Haqqında == Edenit — ferroedenit izomorf seriyasının son üzvü. Ferroedenitdə Mg təmamilə Fe2+- lə əvəz olunmuşdur. Bu seriyanın bütün üzvlərində komponent kimi adi hornblend iştirak edir. Edenit ideal tərkibinə yaxın amfibollar Mg-la zəngin olan dəyişilmiş püskürmə süxurlarda; dolomitlər içərisində, kontakt metasomatik dəyişilmiş əmələgəlmələrdə biotit, şpinel və qranatla birlikdə rast gəlinir. == Həmçinin bax == Cibbsit == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Eponim
Eponim (q.yun. ἐπώνῠμος sözbəsöz "ad vermiş", lat. heros eponimus) — adından ümumi və ya xüsusi isimlər yaradılmış şəxs. == Terminin tarixi == === İlkin mənası === Eponim ilk öncə şərəfinə hansısa coğrafi obyekt (şəhər, çay, dağ və s.) adlandırılan tanrı, əfsanəvi qəhrəman və ya real şəxsə deyilirdi. Məsələn, rəvayətə görə, Bizantion şəhəri qədim yunan qəhrəmanı Bizas tərəfindən qurulmuşdur, hansı ki miflərdə Poseydon adlı tanrının oğlu idi. Beləliklə, Bizas Bizantionun eponimidir və həmçinin onun vasitəsi ilə Bizans İmperiyasının eponimidir. Kiyev şəhərinin eponimi əfsanəvi knyaz Kiydir. Kiyin qardaşlarından biri Şek Podol tərəfdə ucalan Şekavitsa dağının eponimidir, onların bacısı Lıbed isə Dneprin sağ qolu olan və indiki Kiyevin ərazisində axan Lıbed çayının eponimidir. Xalqlar və ya tayfaların adlarının kökləri da tez-tez əfsanəvi əcdadlara-eponimlərə qədər uzanır. Məsələn, latınlar tayfasının eponimi kimi mifik hökmdar Latin hesab olunur, hansının ki müxtəlif miflərə görə müxtəlif qədim tanrılar və qəhrəmanlarla qohumluq əlaqəsi olduğu qeyd olunur.
Eolit
Eolit (yun. ἔως – sübh çağı, dan şәfәqi, erkәn vә λίθος – daş sözündәn) – Nə vaxtsa hesab edilirdi ki, eolitlər ən qədim daş alətlər olub, amma indi hesab edilir ki, bunlar geofaktlardır (buzlaşma kimi tamamilə təbii geoloji proseslərin nəticəsində alınmış daş fraqmentlərdir). Eolitlərin tamamilə təbii mənşəyini göstərən daha çox sübutlar aşkar edilmişdir. == Biblioqrafiya == O'Connor, A. ‘Geology, archaeology, and ‘the raging vortex of the “eolith” controversy’, Proceedings of the Geologists' Association, 114 (2003). Terry Harrison (anthropologist), "Eoliths", in H. James Birx (ed), Encyclopedia of Anthropology (Sage, 2006). Roy Frank Ellen, "The Eolith Debate, Evolutionist Anthropology and the Oxford Connection Between 1880 and 1940," History and Anthropology, 22,3 (2011), 277-306.
Ebonyi ştatı
Ebonyi ştatı (ing. Ebonyi State) — Nigeriyanın Cənub-cənub geosiyasi zonasında ştat. == Adı == Ştatın adı onun ərazisində axan Aboine çayından gəlir.
Evonik Industries
"Evonik" alman sənaye şirkəti – dünya bazarında xüsusiləşdirilmiş kimya məhsullarının istehsalı sahəsində liderlərdən biridir. 80 ildir ki, "Evonik" şirkətlər qrupunun mütəxəssisləri sürtkü yağlarına aşqarlar təklif etməklə onlarda reoloji xassələrinin optimal kombinasiyasını təmin edən spesifik və müvəffəq formullardan istifadə edirlər. == Sürtkü yağlarının aşağı temperaturda axıcılığının təmin edilməsi == Aşağı temperaturlarda sürtkü materiallarının tərkibində olan parafinlər kristallik strukturlar yarada bilər. Viscoplex seriyalı depressantlar kristallizasiya proseslərinin yaranmasının qarşısını almaq və nəzarət etməklə bərabər sürtkü materiallarının axıcılığını, optimal xassələrini və bir-biri ilə uyğunluğunu təmin edir. == PAMA (Polialkil metilakrilatlatlar) == PAMA (Polialkil metilakrilatlatlar)– ilk polimer tipli depressorlar ""Röhm and Haas" (sonradan "Evonik" şirkəti) şirkəti tərəfindən patentləşdirilmişdir və hal -hazıradək bu sahədə əsas növ aşqarları kimi sayılır. Sürtkü və motor yağlarının donma temperaturunu aşağı salan Viscoplex 5–309 aşqarı geniş istifadə olunur. Polimetakrilatların çevik molekulyar quruluşa malik olması geniş assortimentli sürtkü materialları üçün aşqarların işlənib hazırlanmasına imkan yaradır. Viscoplex Depressorları sürtkülərdə əmələ gələn kristalları modifikasiya edirlər. Depressorlar sürtkü materialında əmələ gələn nə parafinlərin miqdarına nə də onların kristallaşma temperaturlarına təsir etmirlər. Lakin depressorların kristallik strukturları öz xüsusiyyətlərini dəyişir .
Bonito Generation
Bonito Generation — Böyük Britaniyanın indi-pop qrupu Kero Kero Bonito-nun debüt studiya albomu. 21 oktyabr 2016-cı ildə Double Denim Records tərəfindən buraxılıb.
Bonin adaları
Bonin adaları və ya Oqasavara adaları (yap. 小笠原諸島) — adalar qrupuna 40-dan çox ada daxildir. Adalar Yaponiya ilə Marian adaları arasında yerləşir. == Coğrafiyası == Adalar bir necə qrupdan ibarətdir: Mukocima (Perri), Çiçicima (Biçi), Hahacma (Beyli) və b. Bura daxil adaların hər birinin sahəsi 84–104 km² arasında dəyişir. Arxipelaqdan cənub-şərqdə və cənub-şərsə iki tənha ada vardır. Bəzən bu Okinotori və Minamitori adaları Bonin qrupuna daxil edilir. Bonin adaları vulkanik baxımından aktiv bölgədə yerləşir. Kazan adalarından şimalda 2013-cü ildə baş vermiş vulkan püskürməsi nəticəsində yeni ada əmələ gəlmişdir. Bir necə aydan sonra yeni ada Nisinoşima adası ilə birləşmişdir, rəsmi adı olmasada sahəsi böyüyür.
Boni M
Boney M (Boni Em) – AFR-də 1975–1986-cı illərdə mövcud olmuş disko qrupdur. Qrupun adı Avstraliya detektiv serialının adından götürülmüşdür. Almaniyanın "Boney M" disko qrupu 1975-ci ildə musiqi produseri Frenk Farian tərəfindən yaradılıb. == Musiqi karyerası == 1974-cü ildə Frank Farian yeni disko üslubu üzərində eksperiment apararaq "Faby Do You Wanna Bump ?" mahnısını yazır. O zamanlar məşhur avstraliya detektiv serialı qəhrəmanının adından istifadə edərək "Boney M" adı altında auditoriaya təqdim edir. Gözlənilməz uğur və televiziya şouları, konsert programlarına dəvətlər onu tez bir zamanda Karib qrupu qurmağa vadar edir. Kollektivə Maizie Williams, Sheila Bonnick, Natali və rəqqas Mayk daxil olurlar. Lakin bu müvəqqəti variant idi. 1976-cı ildə qrupa Karib adalarından migrantlar, Yamaykalı vokalçı Liz Mitçel və Marsiya Barret, Montserrat adasından rəqqasə Meyzi Vilyams və Aruba adasından rəqqas Bobbi Farrel qatılırlar. Fariandan başqa studiada musiqinin əsas hissələrini Liz Mitçel və Marsiya Barret də ifa etməyə başladılar.
Giyom Boni
Giyom Boni (ing. Guillaume Boni; 1530, Sen-Flur[d] – 1598) — intibah dövründə yaşamış Fransa bəstəkarı. Bonni 1565-ci ildən ölümünə qədər Sent-Etyen kafedralında xormeyster olmuşdur. Antuan de Bertran kimi o da Overn şəhərində anadan olmuş və Tuluzada fəaliyyət göstərmişdir. == Əsərlər == Psalmi Davidici novis concentibus sex vocibus modulati cum oratione Regia 12.
Cupressus arizonica var. bonita
Vətəni Amerikanın Kaliforniya, Arizona ştatları və Meksikadır. Hündürlüyü 20 m-ə çatan konusvarı və ya enli piramida formalı, yumurtavarı və dağınıq, sıxçətirli həmişəyaşıl dekorativ ağacdır. Gövdənin qabığı nazik olub, dörd-üzvlüdür, göyümtül və ya yaşılımtıl rəngdədir. Yarpaqları pulcuqvarı olub, mavi və ya gümüşü-yaşıl, ucları sivriləşmiş, arxa tərəfində boylama şırımı yerləşir. Budaqları gövdədən düzbucaq altında ayrılır. Kiçik girdə qozaları yumurtaşəkilli, uzunluqları 20–25 mm, rəngi qırmızı-qəhvəyidir, 6-8 ədəd pulcuğu vardır, qısa və yoğun ayaqcıqlar üzərində, topa halında yerləşir. Toxumları xırda, uzunsov, qırmızımtıl-qəhvəyi rəngli, qalın qanadlıdır, qozalar açıldıqdan sonra tökülür. Torpağa az tələbkar, quraqlığadavamlı, istisevəndir. Toxumla və qələmlə çoxalır. Arizona sərvinə istənilən formanı vermək olur.
Bömit
Bömit — mineral == Haqqında == Bömit - rombik. Habitus lövhəvari. Ayrılma {010} üzrə mü­kəm­­məl. Aqreqat: gizlikristallik, paxlavari. Rəngi rəngsiz, ağ. Sərtliyi 3,5-4. Xüsusi çəkisi ~3. Çökmə və laterit boksitlərin mühüm tərkib hissəsi. Diaspor və hidrargillitlə assosiasiyasına rast gə­linir. Nefelinin hidrotermal dəyişməsi nəticəsində əmələ gəlir.