Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Edafon
Edafon — torpaq orqanizmlərinin cəmi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Edofon
Edafon — torpaq orqanizmlərinin cəmi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Edafik
== Edafik amillər == Edafik amillər- canlı orqanizmlərin həyatına və yayılmasına təsir göstərən torpaq şəraiti. Torpağın su, hava və temperatur rejimi, onun kimyəvi tərkibi və strukturu edafik amillərə daxildir. == Edafik faktor == Edafik faktor-torpağın xüsusiyyətləri ilə təyin olunan faktor. == Edafik faktorlar == Edafik faktorlar-canlı orqanizmlərin həyatına və yayılmasına təsir göstərən torpaq şəraiti. Aşağıdakılara bölünür: kimyəvi-torpağın reaksiyası, duz rejimi (faydalı və zərərli duzlar), torpağın elementar ümumi tərkibi, torpağın uducu kompleksi və udma qabiliyyəti; fiziki xassələri su, hava və istilik rejimi, torpağın sıxlığı, mexaniki tərkibi, strukturu, rəngi, qalınlığı, qrunt suyunun dərinliyi, ana süxurun xarakteri;torpaqda bioedafik-torpaqda olan bitki və heyvan orqanizmləri. Edafik faktorlar bitki örtüyünün xarakterinə təsir göstərir, bu baxımdan bitkiləri spesifik ekoloji qruplara bölünür: kalsiyefil, kalsiyefob, holofit, hipsofit, psammofit, litofit və s. == Edafik irq == Edafik irqsubstrat (torpaq) faktorlarının təsiri altında xüsusiyyətlər yaranan irq. == Edafik klimaks == Edafik klimaks-pedoklimaks -iqlim və təkamül səbəblərindən başqa ekosistemin son (final), nisbi davamlı inkişaf fazası, həmçinin torpaq şəraiti ilə müəyyən edilir (nəzarət edilir). == Edafik klimaks == Edafik klimaks (pedoklimaks) - 1) bitki örtüyünün «final», nisbətən davamlı inkişaf fazası; iqlimlə yanaşı, həmçinin torpaq bitmə şəraitini (çökək yerlərdə izafi rütubətlənmə, daşlılıq dərəcəsi və s.) ilə müəyyən edilir. == Effektli doza == Effektli doza-ionlaşdırıcı gücə malik şüalanma, insan orqanizminin və onun ayrı-ayrı orqanlarının şüalanmaya həssaslığını nəzərə almaqla şüalanmanın mənfi təsirinin mümkün risk dərəcəsini və nəticələrini ifadə edir.
Etalon
Etalon (fr. etalon) — müəyyən edilmiş qayda ilə təsdiq edilmiş, yenidən istehsal və saxlanması üçün istifadə edilən fiziki ölçü vahidi == Haqqında == 1)meyar, müəyyən edilmiş ölçü vahidinin dəqiq nümunəsi;2) məcazi mənada: hər hansı bir şey üçün ölçü nümunəsi, müqayisə üçün nümunə, əyar;3) ölçü vahidlərinin elm və texnikanın səviyyəsinə müvafiq böyük dəqiqliklə əks etdirilməsinə, saxlanılmasına və verilməsinə xidmət edən ölçü nümunəsi və ya ölçü cihazı. Məsələn, metrin etalonu. Milli etalon — ölkə daxilində istifadə üçün rəsmi qəbul edilmiş etalon. Beynəlxalq etalon — beynəlxalq razılaşma nəticəsində qəbul edilmiş etalon. == Həmçinin bax == Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Eşafot
Eşafot (fr. Échafaud) — taxta meydança deməkdir. Orta əsrlərdə Qərbi Avropanın bir sıra ölkələrində üzərində qətl, rüsvayçı cəza tədbirləri həyata keçirilən taxta meydança.
MegaFon
MegaFon (rus. МегаФон), daha əvvəl " Şimal-Qərb GSM" adı ilə tanınan, ikinci ən böyük mobil telefon operatorudur və Rusiyanın üçüncü ən böyük telekommunikasiya operatorudur. GSM , UMTS və LTE standartlarında işləyir. Onun əsas rəqibləri mobil seqmentdə Mobil TeleSystems (MTS), VimpelCom (Beeline) və Tele2 (Rostelecom) və Rostelecom və Interregional TransitTelekom şirkətləridir . 2012-ci ilin iyun ayından etibarən şirkət Rusiyada 62,1 milyon abunəçi və Tacikistanda 1,6 milyon abunəçiyə xidmət göstərir. Şirkətin mərkəzi Moskvada .yerləşir. 2002-ci ildə şirkət Şimali Qafqaz GSM- dən bir neçə regional şirkət satın aldıqdan sonra, bütün ərazisini əhatə edən Rusiyada ilk GSM şirkətinə çevrilmişdir. Rus dilində "MegaFon" kimi yazılır və tam olaraq rus dilində megaphone kimi səslənir; digər mənasında mega- "böyük" və fon kimi "telefon".izah edilir. == Tarix == 17 iyun 1993-cü il Şimal-Qərb GSM CJSC (Sankt-Peterburq)-nin qeydiyyat tarixidir. Aleksandr Malişev isə ilk baş direktor oldu.
Aqafon İakovidis
Aqafon İakovidis (2 yanvar 1955 – 5 avqust 2020, Saloniki) — Yunan müğənni. == Həyatı == Aqafon İakovidis 1955-ci ildə anadan olub. Aqafon İakovidis 2013 Avroviziya Mahnı Müsabiqəsində Yunanıstanı Koza Mostra ilə birlkidə "Alcohol Is Free" mahnısı ilə təmsil edib.
Edison Miranda
Edison Miranda(d. 7 Yanvar, 1981,Kolumbiya.) — 2001-2014-cü illərdə fəaliyyət göstərmiş, Kolumbiyalı peşəkar boksçu. == Həyatının ilk illəri == Miranda 1981-ci ildə Buenaventura, Kolumbiyada anadan olmuşdur. O, bir aylıq olanda anası tərəfindən tərk edilir. 9 yaşında Kolumbiyada küçə həyatı yaşamaqdan qaçır. O, anasının axtarışına çıxır və sonda anasının qardaşını tapır. Dayısı ona heçnə demir və düşünür ki, əgər o doğurdanda bacısının oğludursa, onun ayağında doğum ləkəsi olmalıdır. Miranda ləkəni göstərərək bunu sübut edir. Adam onu anasının yeni evinə gətirir. Anası onu yenidən tərk edir.
Etalon sınağı
Etalon sınağı – proqram və ya aparat təminatının məhsuldarlığını ölçmək üçün tətbiq olunan testlər kateqoriyasıdır. Aparaturanın etalon sınağı zamanı, avadanlığın hansısa parametrini (məsələn, sürətini) yoxlayan proqramlardan istifadə olunur. Proqram məhsullarının etalon sınağı, konkret məsələnin həlli zamanı proqramın səmərəliliyini, düzgünlüyünü və işləmə sürətini müəyyənləşdirməyə imkan verir. Sınaqdan keçirilən bütün proqramlar üçün eyni verilənlərdən istifadə edilir ki, nəticədə alınmış göstəriciləri müqayisə etmək və hansı proqramın hansı parametrə görə üstün olduğunu müəyyənləşdirmək mümkün olsun. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tomas Edison
Tomas Alva Edison (11 fevral 1847[…], Maylan[d], Ohayo – 18 oktyabr 1931[…], Vest-Orinc[d], Nyu Cersi) — amerikalı ixtiraçı və sahibkar. Amerika Birləşmiş Ştatlarında onun adına 1098, xaricdə isə 3 min patent mövcuddur. O teleqrafı, telefonu, kino aparatını təkmilləşdirmiş, elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil etmişdir. O həmçinin elektrovoz istehsalına başlamış, fonoqraf kəşf etmişdir. Onun təklifi ilə telefon danışığının əvvəlində "alo" deyilməyə başlanmışdır. == Həyatı == Tomas Edison orta məktəbdə cəmi 3 ay oxumuşdur. İlk 3 aylıq təlimdə ciddi irəliləyiş göstərə bilmədiyinə görə, müəlliməsi Toması "kütbeyin" adlandırmış və bundan sonra o, evdə anası tərəfindən təhsil almalı olmuşdu. Edison yazırdı: "Anam mənə o qədər inandı, o qədər əmin oldu ki, onun ümidlərini qırmamaq üçün nəsə etməli olduğumu anladım". Tomas Alva Edison 1876-cı ildə Amerika Birləşmiş Ştatlarında tədqiqat xarakterli ilk laboratoriya açmışdır. Dünyada sənaye və ictimai məqsədlər üçün işlədiləcək ilk elektrik stansiyası məhz Edisonun rəhbərliyi altında 1882-ci ildə qurulmuşdur.
Afon
Afon (yun. Άγιον Όρος - Müqəddəs Dağ) Cənubi-şərqi Yunanıstanın Halkidiki yarımadasından Egey dənizinə tərəf uzanan 3 dar və uzun yarımadan biri. Afon yarımadasının ərazisi dağlıqdır. Ən yüksək nöqtəsi yarımadanın ən cənubundakı Afon dağıdır. (2.033 m). Əhalinin əsasını Rahiblər təşkil edir. Burada 20 monastır vardır. Dövlətin idarəsi 20 monastırı təmsil edən 20 kişi və bir məclis tərəfindən idarə edilir. Əhalinin əsas gəliri zeytun və üzümdən əldə edilir. Afon əhalisinin hamısı kişilərdən təşkil olunub.
Amir Dadon
Amir Dadon (16 noyabr 1975, Beer-Şeva; ivr. ‏אמיר דדון‏‎) — İsrailli müğənni-mahnı müəllifi, bəstəkar, musiqiçi, aktyordur. Həmçinin "ACUM" mükafatı qazanıb.
Daron Əcəmoğlu
Daron Əcəmoğlu (3 sentyabr 1967, İstanbul) — erməni əsilli türk alimi, professor. 1967-ci ildə İstanbulda anadan olan Əcəmoğlu 1986-cı ildə Qalatasaray liseyini bitirib. İngiltərədə York Universitetinin iqtisadiyyat fakültəsindən məzun olduqdan sonra London İqtisadiyyat Məktəbində magistr və elmlər namizədi dərəcələri alıb. 1992–1993-cü illərdə bu məktəbdə dərs deyib. Əcəmoğlu 1993-cü ildən bəri dünyanın ən nüfuzlu universitetlərindən sayılan Massaçusets Texnoloji Univesitetində çalışmağa başlayıb. 2000-ci ildə professor dərəcəsi alıb. O zamandan bəri universitetin tətbiqi iqtisadiyyat fakültəsində dərs deyir. Xüsusilə gəlir və maaş qeyri-bərabərliyi mövzusunda işləri ilə tanınan Əcəmoğlunun maraqlandığı məsələlər arasında siyasi iqtisadiyyat, iqtisadi inkişaf, iqtisadi böyümə də yer alır. O, iqtisadiyyat elminə böyük töhfə vermiş gənc alimlərə ABŞ İqtisadiyyat Dərnəyinin iki ildən bir verdiyi Con Bat Klark mükafatına və London İqtisadiyyat Məktəbinin Robert Makkenzi mükafatına layiq görülüb. İDEAS/RePec beynəlxalq iqtisadi araşdırma qurumunun məlumatına görə, Əcəmoğlu dünyada istinad edilən ilk 20 iqtisadçıdan biridir.
Edmon Rostan
Edmon Rostan (fr. Edmond Eugène Alexis Rostand; 1 aprel 1868[…], Marsel, İkinci Fransa İmperiyası – 2 dekabr 1918[…], Paris) — Fransa şairi və dramaturqu. Daha çox teatr tamaşaları üçün yazdığı əsərləri ilə tanınmışdır. Neo-romantizm cərəyanına bağlı olmuşdur. Ən tanınmış pyesi "Sirano de Berjerak"dır. Rostanın XIX əsrdəki romantizm teatr baxışı naturalist teatrdan xeyli fərqlənirdi. == Həyatı == Edmon Rostan 1868-ci ildə Fransanın Marsel şəhərində provanslı bir ailənin oğlu kimi anadan oldu. Atası həm iqtisadçı, həm də Marsel Fransa İncəsənət Akademiyası və İnstitutunun üzvü olan şair idi. Rostan ədəbiyyatı, tarixi və fəlsəfəni Paris şəhərindəki Paris Stanislas Kollecində öyrəndi. == Karyerası == İlk pyesi olan "Les romanesques" 21 may 1894-cü ildə Fransa teatrında göstərildi.
Edmon Səbri
Yeni İraq nəsrinin ən görkəmli nümayəndəsi Edmon Səbridir. == Həyatı == O, 1921-ci ildə anadan olmuş, 1951-ci ildə Bağdadda iqtisadiyyat kollecini bitirmişdir.Lakin o, iqtisadiyyatla deyil,ömrü boyu bədii yaradıcılıqla məşğul olmuşdur. O, on üç hekayələr məcmuəsi, iki roman və altı pyes müəllifidir. == Yaradıcılığı == Edmon Səbri yaradıcılığı üç mərhələyə ayrılır: 1.Birinci mərhələ onun bədii yaradıcılığının hazırlıq mərhələsidir.
Oskar Danon
Oskar Danon (serb. Оскар Данон; 7 fevral 1913[…], Sarayevo – 18 dekabr 2009, Belqrad) — Yuqoslaviya bəstəkarı və dirijoru. İkinci dünya müharibəsi davam edərkən 1943-cü ildə Vladimir Nazorun yazdığı yuqoslav partizanlarının marşı olan "Uz marşala Tita"nın (azərb. "Marşal Tito ilə"‎) bəstəkarıdır. == Gəncliyi və təhsili == Bir boşnak-serb yəhudisi olan Oskar Danon 7 fevral 1913-cü ildə, həmin zaman mövcud olan Avstriya-Macarıstan imperiyasına aid (indiki vaxtda Bosniya və Herseqovinaya aid) Sarayevo şəhərində anadan olmuşdur. Yuqoslaviya Krallığında musiqi təhsili bölməsində oxumuş və Çexoslovakiyanın paytaxtı Praqa şəhərində Musiqişünaslıq sahəsi üzrə doktorluq işini müdafiə etmişdir. == Karyerası == Sarayevoda dirijor kimi fəaliyyət göstərmiş və İkinci dünya müharibəsindən sonra, 1944–1965-ci illər arasında Belqrad Operasının dirijoru və rejissoru olmuşdur. 1970–1974-cü illərdə Sloveniya Filarmoniya Orkestrında dirijorluq etmişdir. Həmçinin, o, həmin dövrdə Belqrad Filarmoniya Orkestrınında da dirijor idi. Bu orkestrlarla həm Yuqoslaviyada, həm də ölkə xaricində (Paris, Visbaden, Florensiya və s.
Edmon Marukyan
Edmond Qraçikoviç Marukyan (erm. Էդմոն Հրաչիկի Մարուքյան; 13 yanvar 1981, Kirovakan) — Ermənistan hüquq müdafiəçisi, siyasətçisi, Ermənistan Milli Məclisinin beşinci, altıncı və yeddinci çağırış deputatı, Ermənistan Milli Assambleyasının "İşıqlı Ermənistan" fraksiyasının rəhbəri. AŞPA-nın İnsan Hüquqları və Hüquq Məsələləri Komitəsi sədrinin birinci müavini, "İşıqlı Ermənistan" partiyasının və "Elk" bloklarının yaradıcılarından biri. 2022-ci ilin martından bəri xüsusi tapşırıqlar üzrə səfir vəzifəsini icra edir. == Şəxsi həyatı == Ailəlidir, üç övladı var. == İstinadlar == == Xarici keçidlər == "National Assembly of the Republic of Armenia | Official Web Site | parliament.am". www.parliament.am. İstifadə tarixi: 2018-11-06.
Edison (Nyu-Cersi)
Edison (ing. Edison Township) — ABŞ, Nyu-Cersi, Midleseks dairəsində taunşip (şəhər). Şəhərdəki ilk Avropa məskənləri 1651-ci ilə aiddir. Taunşip Vudbric və Piskatavey şəhərlərinin bəzi yerlərindən 17 mart 1870-ci ildə Raritan adı altında — Raritan çayından sonra meydana gəldi; 10 noyabr 1954-cü ildə, laboratoriyası 1876–1887-ci illərdə taunşipin Menlo Parkı ərazisində yerləşən Tomas Alva Edisonun şərəfinə Edison olaraq dəyişdirildi. Keçmiş laboratoriyada indi Edison Memorial Muzeyi mövcuddur. == Edison üzərində toqquşma == 9 yanvar 1971-ci il şənbə günü, Edisonun səmasında bir American Airlines aviaşirkətinin Boeing 707–323 Nyuark hava limanına enərkən havada Cessna 150 təlim təyyarəsi ilə toqquşması nəticəsində təyyarə qəzası meydana gəldi, qəzada iki nəfər vəfat etdi. Boeing hava limanında etibarlı eniş etməyi bacardı.
Tomas Alva Edison
Tomas Alva Edison (11 fevral 1847[…], Maylan[d], Ohayo – 18 oktyabr 1931[…], Vest-Orinc[d], Nyu Cersi) — amerikalı ixtiraçı və sahibkar. Amerika Birləşmiş Ştatlarında onun adına 1098, xaricdə isə 3 min patent mövcuddur. O teleqrafı, telefonu, kino aparatını təkmilləşdirmiş, elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil etmişdir. O həmçinin elektrovoz istehsalına başlamış, fonoqraf kəşf etmişdir. Onun təklifi ilə telefon danışığının əvvəlində "alo" deyilməyə başlanmışdır. == Həyatı == Tomas Edison orta məktəbdə cəmi 3 ay oxumuşdur. İlk 3 aylıq təlimdə ciddi irəliləyiş göstərə bilmədiyinə görə, müəlliməsi Toması "kütbeyin" adlandırmış və bundan sonra o, evdə anası tərəfindən təhsil almalı olmuşdu. Edison yazırdı: "Anam mənə o qədər inandı, o qədər əmin oldu ki, onun ümidlərini qırmamaq üçün nəsə etməli olduğumu anladım". Tomas Alva Edison 1876-cı ildə Amerika Birləşmiş Ştatlarında tədqiqat xarakterli ilk laboratoriya açmışdır. Dünyada sənaye və ictimai məqsədlər üçün işlədiləcək ilk elektrik stansiyası məhz Edisonun rəhbərliyi altında 1882-ci ildə qurulmuşdur.
Karlos Ruis Safon
Karlos Ruis Safon (25 sentyabr 1964, Barselona) İspaniya yazıçısı. Əsasən roman janrına üstünlük verir. Romanları 45 ölkədə 30-dan çox dilə tərcümə olunub. Xavyer Syerra və Xuan Qomez Xurado ilə birlikdə müasir İspaniya ədəbiyyatının ən tanınmış simalarından biridir.
Qızıl Daqon Paqodası
Qızıl Daqon Paqodası — Böyük Daqon Paqodası və ya Qızıl Paqoda  kimi də tanınır. Myanmarın Yanqon şəhərində yerləşən zərli stupadır . == Haqqında == Şvedaqon, Myanmadakı ən müqəddəs Buddist paqodadır. Çünki, burada indiki Kalpanın dörd əvvəlki Buddanın qalıqlarının olduğu güman edilir. Bu qalıqlara Kakusandhanın əsası, Konaqamananın su filtri, Kassapa paltarının bir parçası və Qautama başının səkkiz teli daxildir. 51 metr (167 fut) hündürlüyündə Sinquttara təpəsində tikilmiş , 112 m (367 fut) hündürlüyü olan paqoda dəniz səviyyəsindən 170 m (560 fut) hündürlükdədir və Yanqon siluetinə hakimdir. Yanqonun binaların maksimum hündürlüyünü dəniz səviyyəsindən 127 metr (417 fut) hündürlüyə (paqodanın dəniz səviyyəsindən hündürlüyünün 75%-i) qədər məhdudlaşdıran rayonlaşdırma qaydaları Şvedaqonun şəhərin siluetində önə çıxmasını təmin edir. == Tarixi == Əfsanəyə görə, Şvedaqon Paqodası 2500 ildən çox əvvəl - Budda hələ sağ olarkən - inşa edilmişdir ki, bu da onu dünyanın ən qədim Buddist stupasına çevirəcəkdir. Buddhavaṃsa görə, Tapussa və Bhallika adlı Ukkalajanapadadan olan iki tacir Budda ilə qarşılaşdıqda Bodh Qayadan keçirdilər. O zaman rajayatana ağacının altında oturaraq yeni əldə etdiyi Buddalığın səadətindən zövq alan Budda onların düyü tortu və bal təkliflərini qəbul etdi və əvəzində onlara dharmanın bir hissəsini öyrətdi .Bununla da onlar ilk adi şagirdlər oldular.
Afon (yarımada)
Ayon-Oros və ya Agion-Oros (yun. Άγιου Όρου – müqəddəs dağ) — Yunanıstanda yarımada. Xalkidiki yarımadasının şərq çıxıntısıdır. Meşələri, bağları və üzümlükləri var. Cənub qurtaracağı çoxlu monastırı olan Afon dağıdır.
Yeni Afon
Yeni Afon (abx. Афон Ҿыц; gürc. ახალი ათონი; rus. Новый Афон; yun. Νέος Άθως) — Gürcüstanda, de fakto tanınan Abxaziya Respublikasının Qudauta rayonunda, Qara dənizin sahilində, Suxumi şəhərinin 22 km uzaqlığında yerləşən kiçik şəhər. Şəhər müxtəlif vaxtlarda Nikopol, Anakopiya, Nikopiya, Nikopsis, Psırtsxa, Absara adlarını daşımışdır. Şəhərin yaxınlığında yerləşən Yeni Afon mağarası Gürcüstanın görməli yerlərindəndir. == Tarixi == Qədim və böyük yunan liman şəhəri Anakopiya haqqında ilk məlumatlar III əsrə aiddir. V əsrdə gürcülər İver dağının zirvəsində qala tikmişlər. Şəhər Bizans İmperiyasından asılı olmuş Abxaz knyazlığının və VIII əsrdə arxon II Leonun dövründə Abxaziya Krallığının paytaxtı olmuşdur.
Yeni Afon mağarası
Yeni Afon mağarası (abx. Афон Ҿыцтәи аҳаҧы; gürc. ახალი ათონის მღვიმე; rus. Новоафонская Пещера) — Gürcüstanda, de fakto tanınan Abxaziya Respublikasındakı İver dağlarında, Yeni Afon şəhərinin yaxınlığında yerləşən mağara. Dünyanın ən böyük mağaralarından biri hesab olunur. Mağaranın həcmi təxminən 1.000.000 m3-dur. == Haqqında == İver dağlarında yerləşən bu mağara 1961-ci ildə 4 nəfər tərəfindən kəşf edilmişdir: Zurab Tintilozov, Arsen Okroyonaşvili, Boris Qerqedeva və Qivi Smir. 1975-ci ildən bu mağara turistlər üçün açıqdır, hətta bu mağarada metro tikilmişdir. Mağarada 9 boşluq vardır.