Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şifrləmə
Bu məqalə şifrləmə alqoritmləri haqqındadır. Əgər siz ümumi kriptoqrafiya haqqında məlumat əldə etmək istəyirsinizsə Kriptoqrafiya məqaləsinə baxın. Kriptoqrafiyada şifrləmə (ing. encryption) deyərkən məlumatın şifrlənməsi nəzərdə tutulur. Şifrli məlumat yalnız açıq mətni oxuma haqqı olan istifadəçi tərəfindən deşifr edilə bilər. Şifrləmə sözsüzki məlumat təhlükəsizliyinə təmamilə zəmanət vermir, amma onun icazəsiz istifadəsini dəfələrlə məhdudlaşdırır. Bu mətni deşifrləyib oxumaq üçün açar sözünü və şifrləmə alqoritmini bilmək lazımdır. Şifrlənəcək mətn açıq mətn adlanır, bu mətn şifrləmə açarından istifadə etməklə şifrləmə alqoritmi vasitəsilə şifrlənir. Alınan mətn şifrli mətn adlanır. == Şifrləmənin növləri == ===== Simmetrik açar şifrləməsi ===== Həmçinin gizli açar şifrləmisi kimi tanınır.
Kraun efirləri
Kraun efirlər (ingilis sözü crown – korona) – bir-birinin ardınca gələn etilen körpüləri -CH2-CH2- və oksigen atomlarından ibarət olan böyük tsiklik molekullardır (makrotsikllər). Bəzi hallarda O atomlarının bir hissəsi N və S atomları ilə əvəz edilib. Belə molekulların forması taca ("korona"ya) oxşayır ki, onların adı da buradan götürülüb (ingiliscə crown – korona). Kraun efirlərin makroheterotsiklində 11-dən çox atom olur ki, bunlardan ən azı 4-ü heteroatomdur. Kraun efirlərinin nomenklaturası: formula I — 12-kraun-4; (1,4,7,10-tetraoksatsiklododekan) formula II — 1,10-diaza-18-kraun-6; (4,7,13,16-tetraoksa-1,10-diazasikloоktadekan) formula III — 1,7-ditia-15-kraun-5 formula IV — dibenzo-18-kraun-6 formula V — tsikloheksano-15-kraun-5 == Kraun efirlərin xassələri == Formal olaraq bütün kraun efirləri heterotsiklik birləşmələr sinfinə aid etmək olar, lakin bu birləşmələrin qeyri-adi xassələri onların müstəqil sinfə ayrılmasına imkan verdi və bununla əlaqədar olaraq onların adılandırılması üçün xüsusi qaydalar təklif edildi. Addakı "kraun" sözün qarşısındakı rəqəm tsikldə olan atomların sayını, adın sonundakı rəqəm heteroatomların O, N və S sayını göstərir (şəkil 1). Adda tsikldə O atomlarının olması göstərilmir bu başa düşülür (nəzərdə tutulur), əgər tsikldə digər heteroatomlar (oksigendən başqa), məsələn azot yaxud kükürd varsa, onların sayı adın əvvəlinə di-, yaxud tri- söz önlüyü əlavə edilməklə, tsikldəki vəziyyəti rəqəm indeksləri ilə göstərilir, əvvəlcədən tsikldəki bütün atomlar nömrələnir. Kraun efirlərin tərkibində sadə efirlərə xas olan C-O-C fraqmenti olur, həmçinin onların tərkibində amin fraqmenti C-NH-C, yaxud tioefir frqmenti C-S-C ola bilir. == Kraun efirlərin qələvi metal kationları ilə kompleksləri == Bu sinif maddələrin xarakterik xüsusiyyəti tərkibindəki oksigen, azot və kükürdün bölünməmiş elektron cütünün hesabına kompleks əmələ gətirmək qabiliyyətidir. Bu xüsusiyyət kraun efirlərində tsikldə çox sayda heteroatomların olması hesabına dəfələrlə güclüdür.
Mürəkkəb efirlər
Mürəkkəb efirlər (və ya esterlər) — ümumi formulu RkE(=O)l(OH)m, haradakı l ≠ 0, olan oksiturşuların törəmələri (istər karbon və istərsə də qeyri üzvi turşuların törəmələri) formal olaraq turşu funksiyasını daşıyan karbohidrogen alkenil, aromatik və heterotsiklik) –OH qrupunda olan hidrogen atomunun əvəz olunması ilə yaranan maddələrdir, onlara həmçinin asiləvəzli spirtlərin törəməsi kimi də baxılır. IUPAC təsnifatında mürəkkəb efirlərə həmçinin spirtlərin (tiolların, selenolların və tellurolların)1 halkoqenid analoqlarının asiltörəmələri də aid edilir. Mürəkkəb efirlər, oksigen atomuna iki karbohidrogen radikalının (R1—O—R2) birləşməsi ilə alınan sadə efirlərdən fərqlənir. == Karbon turşularının mürəkkəb efirləri == Karbon turşularının mürəkkəb efirlərini iki sinfə bölürlər: ümumi formulu R1—COO—R2,— karbon turşularının mürəkkəb efirləri, R1 və R2 karbohidrogen radikallarıdır. ümumi formulu R1—C(OR2)3, olan karbon turşularının orto efirləri, haradakı R1 və R2 karbohidrogen radikallarıdır. Karbon turşularının orto efirləri ümumi formulu R—C(OR′)2—R″ olub, spirtlərin keton və aldehidlərin karbonil qruplarına birləşməsindən alınan məhsulların - ketal və asetalların funksional analoqlarıdır. Oksiturşuların tsiklik mürəkkəb efirləri laktonlar adlanır və ayrı-ayrı maddələr qrupuna daxil edilir. == Sintez == Mürəkkəb efirlərin əsas alınma metodları: Efirləşmə - turşuların katalitik iştirakı ilə karbonturşuların spirtlərlə qarşılıqlı təsirindən, məsələn sirkə turşusu və etil spirtindən etilasetatın alınması: СН3COOH + C2H5OH = СН3COOC2H5 + H2O Bəzi hallarda efirləşmə reaksiyaları mürəkkəb efirlərə spirtlərin, karbon turşularının və ya mürəkkəb efirlərin təsiri ilə yenidən efirləşməsinə əsaslanır: R'COOR + ROH = R'COOR + ROH R'COOR + RCOOH = RCOOR + R'COOH R'COOR + RCOOR' = R'COOR' + RCOOR Efirləşmə və ya yenidənefirləşmə reaksiyaları dönəndir. Efirləşmə və ya yenidən efirləşmə reaksiyaları zamanı tarazlığı nəzərdə tutulan maddənin alınması istiqamətinə yönəltmək məqsədilə, reaksiya nəticəsində alınan məhsullardan biri qarışıqdan çıxarılmalıdır (əksər hallarda asan uçucu spirt, efirləri, turşu və ya su reaksiya qarışığından çıxarılır; ilkin maddələr nisbətən aşağı qaynama temperaturuna malik olduğu halda isə azeotrop qarışıqdan suyu qovurlar). •Karbon turşularının anhidridlərinin və hallogenhidridlərinin spirtlərlə qaşılıqlı təsiri, məsələn etilasetatın sirkə anhidridi və etil spirtindən alınması: (CH3CO)2O + 2 C2H5OH = 2 СН3COOC2H5 + H2O •Turşuların duzlarının alkilhallogenlərlə reaksiyasından: RCOOMe + RX = RCOOR' + MeX X=(F2,Cl2,Br2,İ2) •Turşuların (o cümlədən Lüis turşularının) iştirakı ilə karbon turşularının alkenlərə birləşməsi: RCOOH + R'CH=CHR = RCOOCHR'CH2R •Turşu iştirakı ilə nitrillərin alkoqollaşdırılması: RCN + H+ → RC+=NH RC+=NH + R’OH → RC(OR')=N+H2 RC(OR')=N+H2 + H2O → RCOOR' + +NH4 •Arilalkiltriazenlərlə karbon turşularının alkilləşməsilə ArN=NNHR + R1COOH → R1COOR+ ArNH2 + N2 == Xassələri və reaksiya qabiliyyəti == Aşağı molekullu karbon turşularının sadə bir atomlu spirtlərdən alınan mürəkkəb efirlər rəngsiz, uçucu, əksər hallarda meyvə iyinə malik mayelərdir.
Sadə efirlər
SADƏ EFİRLƏR — üzvi maddə olub, ümumi formulu: R-O-R, Ar-O-Ar -dır. Quruluşu: a. (simmetrik) nüm.: R-O-R / dimetil efiri, dipropilefiri və s. b. (qeyri simmetrik) nüm.: R-O-R’ / metiletilefiri, etilizopropilefiri və s. Fiziki xüsusiyyətləri: Sadə efirlər eyni sayda karbon atomu saxlayan spirtlərə nəzərən daha az ərimə — qaynama temperaturuna mailk olurlar. Buna əsas səbəb isə, onların tərkibində hidrogen rabitəsinin olmaması kimi izah olunur. == Tərkibi və nomenklaturası == Simmetrik efirləri adlandırmaq üçün R-qrupunun adından sonra "efir" sözü əlavə edilər: Məs., etil efiri (dietil efiri), propil efiri (dipropil efiri), fenil efiri (difenil efiri). Etil efirini çox vaxt sadəcə efir, yafud dietil efiri adlandırırlar. Qeyri-simmetrik efirləri adlandırarkən əvvəlcə kiçik radikalı sonra isə böyük radikalı adlandırıb efir sözünü əlavə edirlər: Məs., metil etil efiri, vinil propil efiri, metil fenil efiri.
Ditiofosfat turşusunun efirləri
Ditiofosfat turşusunun efirləri (ДТФ) — qeyri-üzvi birləşmədir. Belə birləşmələri almaq üçün bu turşunun Na duzundan istifadə edilir. DTF həm efirləri, həm də metal duzları sürtkü yağlarına aşqar kimi geniş tətbiq olunur. == Ditiofocfat turşusu == ДТФ kristalhidrat əmələ gətirir, Na3PO2S2•17H2O etanolda həll olmur. Onun kristalları 45–460C-də əriyir. ДТФ turşusunun metal duzları, o cümlədən Zn duzu (ДФ-11) oksidləşmə, korroziya, siyrilmə və yeyilməyə qarşı yüksək keyfiyyətə malikdir. Onun mürəkkəb üzvi efirləri isə transmissiya yağlarının siyrilmə və yeyilməyə qarşı xassələrini yüksək dərəcədə yaxşılaşdırır. ДТФ turşusunun aromatik həlqəvi 1 radikallı birləşmələri isə yüksək oksidləşməyə qarşı xassəyə malikdir. Tritiofosfat turşusunun efirlərinin karbohidrogen radikallarının yeyilmə və korroziyaya qarşı xassələrinin effektliyinin təsirini öyrənmək üçün onların bəzi alkil və allil radikallı efirləri sintez edilib tədqiq edilmişdir. Bəzi tədqiqatlar göstərmişdir ki, yeyilməyə qarşı təsir xassəsi bu birləşmədə olan karbohidrogen radikallarının quruluşundan asılıdır, yəni zəncir böyüdükcə birləşmələrin effektliyi azalır, S- allil efiri daha yüksək effekt verir.
Ditiokarbamin turşusunun efirləri
Qabaqcıl şifrləmə standartı
Qabaqcıl şifrləmə standartı– elektron məlumatları qorumaq üçün istifadə edilən, ABŞ hökuməti tərəfindən bəyənilmiş şifrləmə alqoritmini müəyyən edir (2000-ci ildən qüvvədədir). AES alqoritmi informasiyanın şifrlənməsi və deşifrlənməsi üçün simmetrik blok şifridir. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Silisium turşusunun efirləri
Silisium turşusunun efirləri — sürtkü yağları və mayelər kimi işlədilən silisium üzvi birləşmələr içərisində o-silisium turşusu efirlərinin böyük əhəmiyyəti vardır. Bu birləşmələr silisium turşusu ilə müxtəlif spirtlərin təsirindən alınınr: Efir molekulunda bir və bir neçə alkoksiqrup üzvi radikallarla əvəz oluna bilər. Bu zaman silisium turşusunun R-mono-, R-Si-(ORı)3, di-R2-Si-(OR)2 və üçalkil törəməli R3-Si-ORı efirləri əmələ gəlir. == Fiziki — kimyəvi xassələri == Silisium turşusunun efirləri də polisiloksanlar kimi yaxşı temperatur — özlülük xassələri, aşağı donma temperaturu, zəif uçuculuq, oksidləşməyə qarşı yüksək davamlığı(2000C-yə qədər) ilə fərqlənir. Bu efirlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də alışmağa qarşı davamlı olmalarıdır. o-silisium turşusunun efirləri metalların əksəriyyətini korroziyadan qoruyur və orta yağlama xassəsinə malikdir. Yağlama xassəsini yaxşılaşdırmaq üçün onlara xlor, kükürd və fosfor aşqarları qatmaq lazımdır. == Nöqsanlar == Silisium turşusunun efirləri və onların əsasında alınmış yağlar suyun təsirinə qarşı o qədər də davamlı deyildir. == Tətbiqi == Ortasilisium turşusunun efirləri geniş temperatur hədlərində işləyən yüksək konsistent yağların hazırlanmasında, hidrosistemlərdə yüksək temperaturlu mayelər və istilikdaşıyıcılar kimi tətbiq oluna bilər. == Mənbə == Yağlar, sürtkülər və texniki mayelər.
İnkar edilə bilən şifrləmə
İnkar edilə bilən şifrləmə (deniable encryption) — Şifrlənmiş informasiya haqqında tam səlahiyyətli bir adamın ələ keçirilməsi vəziyyətində, qarşı tərəfi aldatmaq üçün istifadə olunan üsuldur. == İşləmə prinsipi == Bu üsulda ələ keçərilən adam, şifrləmə sisteminin hiyləli açarını söyləyir, qarşı tərəf açarı istifadə edərək sistemdəki açıq məlumata çatdığını zənn edir, ancaq əslində əldə etdiyi məlumat yanlışdır, çünki ona yanlış(hiyləli açar) verilib. Yuxarıdakı bu vəziyyəti sadə bir nümunə ilə izah edək. Məqsədimiz iki ədəd açar çıxarmaq və açarlardan birsini gerçək məlumatı açmaq üçün, digərini isə inkar etmək üçün istifadə edək. Açıq mesaj: SabahMarsda İnkar mesaj: SabahAyda Açar: 2 İnkar Açarı: 3 Alqoritm ilk öncə açarla açıq mesajı, daha sonra inkar açarı ilə inkar mesajını şifrləyir. Daha sonra hər iki şifrlənmiş mətni cəmləyərək şifrli mesajı hasil edir. Şifrlənmiş mətn hər hansı bir yolla ələ keçirlərsə qarşı tərəfi aldatmaq üçün açıq mesajın açar ilə şifrlənmiş halını və inkar açarını verir. Qarşı tərəfdə şifrli mesajdan bu mesajı çıxaraq yanlış informasiyanı ələ keçirir. == C++ kodu == == Analizi == Kodun çıxışından da aydın olacağı üzrə şifrli mesaj olaraq toplanmış mesaj göndəriləcək. Bu mesajı alan qarşı tərəf mesajı açmaq üçün aşağıdakı düsturu istifadə edəcək: açıq mesaj = toplanmış - şifrli inkar - açar Bu düstur nəticəsində, "SabahMarsda" mesajı alınacaq.
İşığını Əsirgəmə (1990)
İşığını əsirgəmə (film, 1990)