Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eqzoterik
Eqzoterik [alm. Exoterich; fr. Exoterique; ing. Exoteric; yun. Ekso = xaricdə, çöldə; osm. tr. harici] – xaricdə olan, çöldə olan, daxildə olmayan. Eqzoterik, etimoloji olaraq ―xaricə doğru, xarici mənasını verər. Bir təlimin ictimaiyyətə açıqlanan və bilməsinə icazə verilən qisimlərini ifadə edir. Ezoterik, etimoloji olaraq ―içə dönük, daxili mənasını verir.
Ezoterik
Ezoterik [alm. Esoterisch; fr. Èsoterique; yun. Esoterikos – daxildə içəridə; osm. tr. batin; ər. تاؽٍ ] Ezoterik termini ilə yalnız savadlılar üçün nəzərdə tutlmuş, yalnız mütəxəssislərin başa düşəcəyi ideyanı, nəzəriyyəni adlandırırlar. Müəyyən bir insan cəmiyyətinin xaricində heç kəsə bildirilməyən, ancaq məhdud sayda olan, dar bir çevrəyə xəbər verilən bilik, məlumat.
Quranın ezoterik interpretasiyası
Quranın ezoterik interpretasiyası və ya təvil (ərəb. تأويل‎ ) — "Quran"ın alleqorik interpretasiyası və ya onun gizli, batini mənalarının axtarışı. Ərəbcə "təvil" sözü ilk istifadəsində adi təfsirlə sinonim idi, lakin onun ən əsas anlayışlarını ayırd etmək prosesi mənasına gəlmişdir. " Ezoterik "şərhlər adətən şərti (bu kontekstdə "ekzoterik" adlanır) şərhlərlə ziddiyyət təşkil etmir. Bunun əvəzinə, onlar "Quran"ın daxili məna səviyyələrini müzakirə edirlər. Hürufilik İsmaililər Qaf dağı Böwering, Gerhard. "The Major Sources of Sulamī's Minor Qurʾān Commentary". Oriens. 35. 1996: 35–56.
Ezoterika
Ezoterika — özünü kəşf etmək, həyatın mahiyyətini yaxından dərk etmək, insanın gizli imkanlarını və kainatın sirlərini dərk etməyin bir yolud. Ezoterik anlayışları 6 böyük qrupa bölmək olar: 1. Düşüncələrini idarə etmək — Düşüncə insan beyninin tikinti materialıdır. İnsan beyni düşünərək formalaşır. Bir gündə beynimizdən 70 min fərqli düşüncə keçir. Seçilən və üzərində diqqət toplanan düşüncə güc qazanır və insanı idarə edir. Düşüncələri idarə etməsək onlar bizi idarə edər və bu da fəsada yol açar. 2. Duyğularını idarə etmək — 20-yə yaxın duyğu mövcuddur. Əsas 4 duyğu var: qorxu, qəzəb, sevinc və kədər.
Ekzotik qayalar
Ekzotik qayalar təbii amillərin – günəşin, yağış və küləyin çökmə və maqmatik dəstəmlərin çıxışlarına fəal erozion təsirinin son məhsuludur. Bu proses nəticəsində müxtəlif kövrəkli süxurlar qeyri-bərabər dağılmaya məruz qalır və onların daha davamlı fraqmentləri çox vaxt ağlagəlməz dərəcədə qəribə görkəm alır. Ekzotik qayalar Azərbaycan Respublikasının bütün dağlıq-qırışıqlıq regionlarında, daha çoxu isə Naxçıvan diyarında, Talış dağlarında, Qobustanda, Cənub-Şərqi Qafqazda geniş təmsil olunmuşdur və onları əmələ gətirən süxurların yaşı paleozoydan başlamış müasir dövrə qədərdir. == Üç qardaş daş kompozisiyası == Naxçıvan MR-də Əlincəçayın sol sahilində, Qızılca və Kirnə kəndlərinin arasında yerləşir. Orta eosen tuf-qumdaşlarına atmosfer amillərinin aşınma təsiri nəticəsində yaranmışdır. == Qoşalaşmış Oğlan-Qız qayası == Naxçıvan MR-də Gilançayın sağ sahilində, Başkənddən cənubda eyniadlı yüksəkliyin zirvəsini təşkil edən, relyefdə ifadəli təsir bağışlayan orta eosenə aid aşınmış tuf-qumdaşlarının qalığı. Uzaqdan baxanda bir-birinə tərəf əyilmiş iki adamı xatırladır. == "Sfinks" qayası == Naxçıvan MR-in cənub-şərqində, Nehrəm dərəsinin yamaclarında trias dolomitlərinin eroziya prosesinin təsirinə məruz qalması nəticəsində yaranmışdır. == Göbələyəbənzər "Parağdaş" qaya qalığı == Naxçıvançayın yuxarı axarında, Mahmudoba kəndinin yaxınlığında orta eosen yaşlı tuf-qumdaşlı ayaq üstündə tuf-konqlomerat brekçiyasının qayması yerləşir. == "Gəlinqaya" == Unus və Pəzmərə kəndlərini birləşdirən yoldan yuxarıda yerləşir və qadın fiqurunu xatırladan formada olub orta eosenin vulkanogen süxurlarından təşkil olunmuşdur.