Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elçi
Elçi bu mənaları ifadə edə bilər: Elçi — oğlan yaxud onun yaxınları tərəfindən qızı istəmək üçün onun evinə göndərilən şəxs və ya şəxslər. Səfir və ya elçi — xarici dövlətdə və ya beynəlxalq təşkilatda dövlətin yüksək dərəcəli diplomatik nümayəndəsi.
Şərafəddin Elçi
Şərafəddin Elçi (14 mart 1938, Cizre, Şırnaq ili – 25 dekabr 2012, Ankara) — Türkiyə Böyük Millət Məclisinin XVI və XXIV çağırış deputatı. O, 1938-ci il martın 14-də Türkiyənin Şırnak mahalının, Cizrə qəsəbəsində anadan olub. Mardində liseyi bitirib. Ankara Universitetində hüquq fakültəsində oxuyub. Bir müddət Diyarbakırda vəkillik edib. Tələbəlik illərində "kürdlərin davasını" aparıb. Bir neçə dəfə həbsdə olub. 1992-ci ildə 98 kürdlə birlikdə "kürdlərin haqqı və Azadlığı" vəqfini qurub. 1995-ci ildə "Kürd kültür və araşdırma vəqfi"nin təsisində iştirak edib. Qurduğu Demokratik Kütlə Partiyası ləğv edildikdən sonra KADEP-yə (Katılımcı Demokratik Partiya) başçı olub.
Elçi bəy
Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev; 24 iyun 1938, Kələki, Ordubad rayonu – 22 avqust 2000, Ankara) — Azərbaycan dövlət, siyasi və ictimai xadimi, dissidenti, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992–1993). == Həyatı == Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.Tulunilər dövləti (868–905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). ADU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib (1968–1975). 1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir.
Elçi (dəqiqləşdirmə)
Elçi bu mənaları ifadə edə bilər: Elçi — oğlan yaxud onun yaxınları tərəfindən qızı istəmək üçün onun evinə göndərilən şəxs və ya şəxslər. Səfir və ya elçi — xarici dövlətdə və ya beynəlxalq təşkilatda dövlətin yüksək dərəcəli diplomatik nümayəndəsi.
Salmas
Salmas (fars. سلماس‎, az-əbcəd. سلماس، دیلمقان‎), Səlmas[mənbə göstərin] və ya digər tarixi adı Dilməqan — İranda şəhər və Qərbi Azərbaycan ostanında yerləşən Salmas şəhristanının Mərkəzi. E'timad-ü səltənə bu şəhərin adının Assuriya hökümdarı Salmanasardan iqtibas olduğunu iləri sürmüşdür. Övliya Çələbi Salmas haqqında yazır: Tohid Məlikzadə Salmas adının iki bəxşdən təşkil tapdığını irəli sürür, bunlar Salma və as sözləridir. Salma salmaq feilindən törəmişdir, As isə Kültigin kitabələrində adı qeyd olunan As ve ya Az mədəniyyətindən alınmışdır. As/Az sözü məntəqədəki adlarda dəfələrcə qeyd ounub; Azərbaycan (Az+ərbaycan), Sivas (Siva+as), Astara (As+tara), Minas (Min+as) və s. Nəticədə Salmas sözünün mənası; "As elinin yurdu" şəklində özünü əks edir. 9 min illik Kültəpə (Əhrivan təpəsi)Yaxın şərqin ən qədimi yaşayış məskənlərindən biri olan Əhrivan təpə, Salmas şəhərinin şimal Qərb bölgəsində yer almışdır. Kültəpənin qazıntılarında tapılmış arxeoloji materiallar, salmasın qədim yaşayış mərkəzi olduğunu sübut edir.
Saltaq
Saltaq (əvvəlki adı: Saltax) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltax kənd inzibati ərazi dairəsi tərkibindəki Saltax kəndi Saltaq kəndi, Saltax kənd inzibati ərazi dairəsi Saltaq kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Əlincə çayının sahilindədir. Saltax dağının ətəyindədir. Yaşayış məntəqəsi eyni adlı dağın adını daşıyır. dağın adı isə sal "hamar daş" və taq (dağ sözünün qədim forması) komponentlərindən ibarət olub. "sıldırım qayalı dağ" mənasındadır. Əhalisi 1680 nəfərdir.
Düşvan (Salmas)
Deşvan (fars. دشوان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 269 nəfər yaşayır (49 ailə).
Gəbrabad (Salmas)
Gəbrabad (fars. گبراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 400 nəfər yaşayır (75 ailə).
Gələşin (Salmas)
Gələşin (fars. گله شين‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ yaşayış yoxdur.
Gərdiyan (Salmas)
Gərdiyan (fars. گرديان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 158 nəfər yaşayır (26 ailə).
Gərmaviç (Salmas)
Gərmaviç (fars. گرماويچ‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 372 nəfər yaşayır (72 ailə).
Gəvlən (Salmas)
Gavlan (fars. گولان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 335 nəfər yaşayır (62 ailə).
Hacıcafan (Salmas)
Hacıcafan (fars. حاجي جفان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 458 nəfər yaşayır (87 ailə).
Hödər (Salmas)
Hödər (fars. هدر‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kəndin əhalisini Azərbaycan Türklərinin Kürəsinli tayfası təşkil edir. 2006-cı il məlumatına görə kənddə 1,036 nəfər yaşayır (210 ailə).
Hümmətabad (Salmas)
Hümmətabad (fars. همت اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 308 nəfər yaşayır (57 ailə).
I Salman
I Salman - müasir Nigerin şərq hissəsini, Liviyanın cənubunu və Çad dövlətinin ərazisini əhatə edən Kanema dövlətinin (700-1376) hökmdarı (1193-1210). == Haqqında == Müasir Nigerin şərq hissəsini, Liviyanın cənubunu və Çad dövlətinin ərazisini əhatə edən Kanema dövlətində 1150-1176-cı illərdə hakimiyyətdə olan I Birinin kiçik oğlu I Salman (qərb mənbələrində adı Abd al Calil Selma (Qara) kimi qeyd edilmişdir) qardaşı Abdullahın (qərb mənbələrində adı Bikuru və ya Bekru kimi qeyd olunmuşdur) 1193-cü ildə ölümündən sonra mai (hökmdar) olmuşdur. (Kanema hökmdarlarının adlarının qərb və şərq mənbələrində fərqli səslənməsinin əsas səbəbi onların mənsub olduğu Sayfava sülaləsinin (1085-1376) hökmdarlarının islam dininə etiqad etmələri olmuşdur. İslam dinini qəbul edən hökmdarlar özlərinə müsəlman adlarını götürmüşlər). I Salmanın hakimiyyəti illərində Kanema dövlətinin güclənməsi davam etmişdir. O, uğurlu hərbi yürüşlərə çıxaraq beynəlxalq karvan yollarının keçdiyi Çad gölündən Çadoya qədər olan ərazini ələ keçirmişdi. I Salman tacirlərin təhlükəsizliyini təmin etmək üçün yol kənarlarında karvansaralar tikdirmiş, sonralar onların çoxu şəhərlərə çevrilmişdi. I Salman Çad gölünün qərbindəki Born əyalətini də ələ keçirməyə müvəffəq olmuşdur. Köçəri qəbilələrin hücumlarının qarşısını aldığı üçün əkinçilər, sənətkar və tacirlər I Salmana rəğbət bəsləyirdilər. O özü də xarici ölkələrə mal aparan karvanlarda şərik kimi fəal iştirak etməklə böyük gəlir əldə edirdi.
Kalran (Salmas)
Kalran (fars. كلران‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 202 nəfər yaşayır (30 ailə).
Kesis (Salmas)
Kesis (fars. كسيس‎‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 94 nəfər. yaşayır (16 ailə).
Keşkavıc (Salmas)
Keşkavıc (fars. كشكاويج‎‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 335 nəfər. yaşayır (57 ailə).
Elmi
Elmi — 1)elmə aid, elmlə əlaqədar. Məsələn, elmi əsər, elmi fəalliyyət, elmi kəşf; 2)elmi prinsiplərə əsaslanan, elmi tələblərə cavab verən, elmi məqsəd daşıyan. Məsələn, elmi nəzəriyyə, elmi mühazirə, elmi ekspedisiya, elmi konfrans. Elmi-fantastik – elmi əsaslar üzərində qurulmuş fantastikaya aid olan. Elmi-kütləvi – elm və texnikanın nailiyyətləri ilə geniş oxucu kütləsini aydın və sadə bir dillə tanış edən. Məsələn, elmi-kütləvi ədəbiyyat, elmi-kütləvi mühazirələr. Elmi-nəzəri – həm elmi, həm nəzəri əhəmiyyəti olan, həm elmi, həm nəzəri mahiyyət daşıyan. Məsələn, elmi-nəzəri məsələ, elmi-nəzəri konfrans. Elmi-texniki – texniki elmlər sahəsinə aid olan. Məsələn, elmi-texniki ədəbiyyat.
Elçe
Elçe (isp. Elche) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Baxo-Vinalopa ərazisinin 326,07 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 230822 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 21 km uzaqlıqda yerləşir.
Elçin
Elçin — kişi adı, Türkiyədə qadın adı. Elçin Əfəndiyev — Azərbaycan Respublikası Baş Nazirinin müavini, Azərbaycanın xalq yazıçısı Elçin Səfərli — azərbaycanlı yazıçı, jurnalist. Elçin İsağa oğlu Quliyev — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Musa oğlu Quliyev — kinorejissor, ssenari müəllifi. Elçin İbrahim oğlu Quliyev — 24 dekabr 1998-ci ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmiş hərbçi. Elçin Quliyev — Azərbaycan Milli Məclisinin V çağırış deputatı. Elçin Əliyev (dosent) — Elçin Qafarlı — Elçin Sultanov — Elçin Zeynalov (idmançı) — Elçin Cəfərov (idman xadimi) — Elçin Hüseynov (alim) — Elçin Əliməmmədov — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, Vətən müharibəsinin şəhidi. Elçin Əhmədov (kiçik gizir) Elçin Əliyev (əsgər, 1995) — Vətən müharibəsi şəhidi. Elçin Əliyev (əsgər, 1997) — Vətən müharibəsi şəhidi.
Eççi
Eççi (エッチ) – yapon dilində əyləncəli seksual hərəkətləri bildirmək üçün istifadə olunan slenq. Sifət kimi "seksual", "iyrənc", "ehtiraslı" mənalarını verir, isim kimi isə kiminsə əxlaqsız davranışını bildirmək üçün işlədilir. "Ero" sözündən daha yumşaqdır, "hentay" kimi əxlaqsızlığı bildirmir. Yaponiyada media istifadəçiləri "eççi" sözündən müxtəlif əsərlər üçün işlətməyə üstünlük verirlər. Eççi olaraq təsvir olunan əsərlərdə cinsi əlaqə və cinsi orqanlar göstərilmir, lakin seksual mövzulara toxunulur. Eççi fanservisin bir növüdür, şonen, seynen və harem animanqalarında tez-tez rast gəlmək olar. Eççi sözü yapon dilində "hentay" sözünün ilk hərfi olan "h"-nin tələffüzündən yaranmışdır. Belə ki, bu hərf yapon dilində "eççi" kimi tələffüz olunur. Termin ilk dəfə 1950-ci illərdə işlənməyə başlamışdır. Eççi sözünə sinonim olaraq "sekkusu" ("seks" sözünün yaponca tələffüzü) sözü də işlədilir.
Elli
Elli — ad. Elli Miçiyeva — Azərbaycanlı müğənni. Elli Qoldinq — ingilis müğənni. Elli Heyz — Amerikalı porno ulduzu. Elli Bruk == Həmçinin bax == Elli (Kəleybər) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd.
Elmçi
Alim — ərəb dilindən tərcümədə elmlə məşğul olan, düşünən və yaradıcı təbəqənin nümayəndəsi olan şəxsdir. Alimlər digər insanlardan öz bacarıqları, savad və düşüncələri ilə fərqlənirlər. Onlar bir tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olaraq yeni biliklərin əldə olunmasına çalışırlar. Alimlərin məqsədi mövcud iş şəraitində birbaşa və ya dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir. İlk təşkil olunmuş şəkildə aparılan elmi işlərə Qədim Yunanıstanda, Platon akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsalar da, sonradan onlara verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.
Əli Bulağı (Salmas)
Əli Bulağı (fars. علي بلاغي‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 438 nəfər yaşayır (71 ailə).
Dərgah (Salmas)
Dərgah (fars. درگه‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 210 nəfər yaşayır (36 ailə).
Dərmandek (Salmas)
Dərmandek (fars. درماندك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 103 nəfər yaşayır (16 ailə).
Katban (Salmas)
Katban (fars. كتبان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 232 nəfər yaşayır (41 ailə).
Kuzərəş (Salmas)
Kuzərəş (fars. كوزه رش‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,458 nəfər. yaşayır (222 ailə).
Köhnəşəhər (Salmas)
Təzəşəhr (az.-əski. تازه‌شهر‎, fars. تازه‌شهر‎) və ya Köhnəşəhər (az.-əski. کهنه شهر‎, fars. کهنه شهر‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,216 nəfər və 1,783 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. == Tarix == Köhnəşəhərin qədimi və nisbətən böyük qəbristanlığı var və indiyə qədər bu qəbristanlıqda heç bir tarixi araşdırma edilmiyib. Bəzi tarix yazanlara görə qədim Səlmas şəhəri indiki Köhnəşəhər olmalıdır və indiki Səlmas Dilman şəhəri idi ki sonralar böyüdü və İran inqilabından sonra bu adla tanındı. == Əhalisi == Köhnəşəhərin əhalisi iki tayfadan ibarətdir: Kütik (Kütih) və Dağıstan.
Közərəş (Salmas)
Kuzərəş (fars. كوزه رش‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,458 nəfər. yaşayır (222 ailə).
Köçəmiş (Salmas)
Küçəmişk (fars. كوچمشك‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 576 nəfər yaşayır (140 ailə).
Dərzəkünan (Salmas)
Dərzəkonan (fars. ‎درزه‌کنان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 272 nəfər yaşayır (64 ailə).
Əlli altı
Əlli altı — say sistemində ədədlərdən biridir. Əlli beşdən sonra, əlli yeddidən əvvəl gəlir. Əlli altı ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 7, 8, 16, 28 və 56 ədədlərinə qalıqsız bölünür.