RƏSUBƏ
RƏŞAD
OBASTAN VİKİ
Kadam Rəsul
Qadam-e-Rəsul ( ərəb : قدم الرسول) — Məhəmməd Peyğəmbərə ehtiramın bir növüdür. İslamın erkən dövrlərindən başlayan inancdan irəli gəlir ki, Məhəmməd qayaya ayaq basanda ayaq izi buraxmışdır. Bu inanc bəziləri tərəfindən heç vaxt qəbul edilmədi, lakin fikir geniş yayıldı və bu cür izlər, məsələn: Hindistandakı Dehli və Kattak bölgəsindəki Müqəddəs Ayaq izi ziyarətgahı və Topqapı sarayındakı nümayişlər və İstanbuldakı Əyyub Sultan məscidi ətrafında bir çox ziyarətgahların yaranmasına səbəb oldu.
Qadam Rəsul
Qadam-e-Rəsul ( ərəb : قدم الرسول) — Məhəmməd Peyğəmbərə ehtiramın bir növüdür. İslamın erkən dövrlərindən başlayan inancdan irəli gəlir ki, Məhəmməd qayaya ayaq basanda ayaq izi buraxmışdır. Bu inanc bəziləri tərəfindən heç vaxt qəbul edilmədi, lakin fikir geniş yayıldı və bu cür izlər, məsələn: Hindistandakı Dehli və Kattak bölgəsindəki Müqəddəs Ayaq izi ziyarətgahı və Topqapı sarayındakı nümayişlər və İstanbuldakı Əyyub Sultan məscidi ətrafında bir çox ziyarətgahların yaranmasına səbəb oldu.
Rəsul (Uçalı)
Rəsul (başq. Рәсүл, rus. Расулево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd İmanqol kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 15 km, kənd sovetliyindən (İmanqol): 10 km. ən yaxın dəmiryol stansiyasından (Şatrım stansiyası): 27 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99 %) üstünlük təşkil edir.
Rəsul Balayev
Rəsul Ənvər oğlu Balayev (2 avqust, 1956)— iqtisad elmləri doktoru, professor. == Həyatı və fəaliyyəti == Rəsul Balayev 1956-cı ilin avqustun 2-də Azərbaycan Respublikasının İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuşdur. 1973-1978-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Тəsərrüfaтı İnstitutunda oxumuş, institutu "İqtisadi məlumatların mexaniki üsulla işlənməsinin təşkili" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1978-1981-ci illərdə Ümumittifaq Elmi-Тədqiqat Layihə-Тexnoloji İnstitutunun Azərbaycan filialında işləmişdir. 1981-1984-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Тəsərrüfatı İnstitutun əyani aspiranturasında təhsil almışdır. 1987-ci ildə Azərbaycan EA Kibernetika İnstitutunun İxtisaslaşdırılmış Şurasında dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır. 2001-ci ildə dissertasiya müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsini almışdır. 1985-1989-cu illərdə D.Bünyadzadə adına AzXТİ-də elmi işçi, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, baş müəllim, dosent işləmişdir. Hazırda həmin universitetin professoru və "İnformatika" kafedrasının müdir əvəzidir. 4 monoqrafiyanın, bir neçə dərslik,dərs vəsaiti, kitabçanın, ölkədə və xaricdə çap olunmuş 80-dən artıq (cəmi 100 çap vərəqindən artıq həcmdə) elmi məqalənin müəllifidir.
Rəsul Bayram
Rəsul Bayram oğlu Quliyev (10 dekabr 1947, Qazançı, Culfa rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri, Gələcək Azərbaycan Partiyasının (GAP-ın) fəxri üzvü. == Həyatı == Rəsul Quliyev 10 dekabr 1947-ci ildə Culfa rayonunun Qazançı kəndində anadan olub. Atası Bayram Quliyev hesabdar vəzifəsində işləmiş, anası Münnəvvər xanım isə evdar qadın olaraq, çoxuşaqlı ailənin qayğısı ilə məşğul olmuşdur. 9 yaşında atası vəfat etmişdir. 1965-ci ildə orta məktəbi bitirərək Azərbaycan Neft ve Kimya İnstitutunadaxil olur. 1970-ci ildə institutu neft kimyası və üzvi kimya mühəndisi (texnoloq-mühəndis) ixtisası üzrə bitirir. Həmin ildən Azərbaycanın Sumqayıt şəhərində kimya kombinatında işçi olaraq ilk əmək fəaliyyətinə başlayır. 1971-ci ilin aprelindən Bakı Neftayırma zavodunda işçi olaraq fəaliyyətini davam etdirir. 1972-ci ildə qurğu rəisi təyin edilir.1974-cü ildə baş mühəndisin müavini, 1980-ci ildə baş mühəndis, 1981-ci ildə isə direktor vəzifəsinə yüksəlir. İctimai-siyasi fəaliyyətini tələbəlik illərində də davam etdirir, buna görə də 1968-ci ildə bir qrup tələbə ilə birgə həbs edilir.
Rəsul Cəfərov
Rəsul Cəfərov (17 avqust 1984, Bakı) – azərbaycanlı hüquq müdafiəçisi.Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs edildi. O, Cinayət Məcəlləsinin üç maddəsi üzrə ittiham olundu və 2015-ci il aprelin 16-da 6 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. Rəsul Cəfərovun həbs edilməsindən dərhal sonra yerli və beynəlxalq insan haqları qurumları tərəfindən Azərbaycan iqtidarına, onun azad edilməsi üçün çağırışlar edilməyə başlanıldı. "Freedom House" və "Amnesty International" insan haqları qurumları Rəsul Cəfərovu siyasi məhbus olaraq tanıdı. ABŞ-nin Azərbaycan Səfirliyi və Dövlət Departamenti, habelə Avropa Şurası Parlament Assambleyası (AŞPA), "Amnesty International", "Freedom House" və "Human Rights Watch" Azərbaycan iqtidarına Rəsul Cəfərovun azad edilməsi üçün dəfələrlə çağırışlar etdilər. Azərbaycan Prezidenti İlham Əliyevin 17 mart 2016-cı il tarixli Sərəncamı ilə əfv edildi. == Həyatı == Rəsul Ağahəsən oğlu Cəfərov 1984-cü il avqustun 17-də Bakı şəhərində anadan olub. 1990–2000-ci illərdə Bakı şəhərində 20 №-li məktəb-liseyi bitirən Rəsul Cəfərov, 2000–2004-cü illərdə Qərb Universitetində "beynəlxalq hüquq" ixtisası üzrə bakalavr təhsili, 2004–2006-cı illərdə isə həmin universitetdə "Avropa hüququ" ixtisası üzrə magistr təhsili alıb. 2006–2007-ci illərdə Azərbaycan Ordusunda hərbi xidmətdə olan Rəsul Cəfərov, 2018-ci ildə Mərkəzi Avropa Universitetində (CEU) "Konstitusiya hüququ" üzrə magistr təhsili alıb. == Fəaliyyəti == === Həbs edilməsi === Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs edildi.
Rəsul Həmzətov
Rəsul Həmzətoviç Həmzətov (8 sentyabr 1923, Sada kəndi, Xunzax rayonu, Dağıstan — 3 noyabr 2003, Moskva, Rusiya) — tanınmış avar şairi, yazıçısı, publisist, siyasi xadim. == Həyatı == Rəsul Həmzətov 8 sentyabr 1923-cü ildə Dağıstanın Xunzax rayonunun Sada kəndində, şair Sadasa Həmzətin ailəsində dünyaya göz açmışdır. Milliyyətcə avardır. Onun ilk müəllimi atası olmuşdur. Rəsul Həmzətov özünün ilk şerini 11 yaşında yazmışdır. Kənd məktəbini bitirdikdən sonra pedaqoji məktəbə daxil olmuşdur. 1940-cı ildə bir vaxtlar oxuduğu məktəbə müəllim işləməyə qayıdır. Ancaq burada o, uzun müddət işləmir. Bir neçə iş yerini dəyişən Həmzətov, avar səyyar teatrında rejissor köməkçisi, "Bolşevik qor" qəzetində və radioda işləmişdir. 1943-cü ildə ilk şeirlər toplusu – "Sevgi məşəli və acı ədavət" çap olunur.
Rəsul Mirhəşimli
Rəsul Mirhəşimli (1968, Qubadlı rayonu) — müxbir, redaktor, araşdırmaçı-jurnalist, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin sabiq müşaviri, Birinci Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Rəsul Mirhəşimli 1968-ci ildə Qubadlı rayonunda anadan olub. 1985-ci ildə Qara İlyasov adına Qubadlı şəhər 1 saylı orta məktəbi bitirib. 1986–88-ci illərdə sovet ordusu sıralarına hərbi xidmətdə olub. 1991-ci ildə Sumqayıt Politexnik Texnikumunu, 2000-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusunun sıralarında Qubadlı rayonunun müdafiəsində, Laçın rayonunun işğaldan azad edilməsi ilə bağlı keçirilən əməliyyatlarda iştirak edib. == İctimai fəaliyyəti == 1993-cü ildən Azərbaycan mətbuatında məqalələrlə çıxış edir. Jurnalistlik fəaliyyəti zamanı Azərbaycanda nəşr olunan müxtəlif mətbuat orqanlarında müxbir, parlament müxbiri, redaktor və baş redaktor vəzifələrində işləyib. "Qafqazinfo" saytında çalışıb. Qafqaz Müsəlmanları İdarəsində (QMİ) şöbə müdirinin müavini vəzifəsində işləyib.
Rəsul Mirzayev
Rəsul Mirzayev (30 mart 1986, Qızılyar, Dağıstan MSSR) - əslən Dağıstanlı rus MMA döyüşçüsü. 1986-cı ildə Dağıstanın Qızlar şəhərində anadan olmuşdur. Dəfələrlə Pankration və Döyüş Sambosu üzrə Rusiya və beynəlxalq yarışların qalibi həmçinin Qarışıq döyüş sənəti (MMA) üzrə keçirdiyi döyüşlərdə məğlub olmamışdır. == Həbsi == 13 avqust 2011-ci ildə "QARAJ" adlanan klubda Rusiya Polis Akademiyasının tələbəsi olan İvan Aqofonov və Rəsul Mirzayev arasında baş vermiş kiçik mübahisə sonradan ikincinin boksda "bakavoya"(yandan zərbə) adlandırılan zərbə ilə İvanın çənə nahiyəsinə xəsarət yetirməsi ilə nəticələnmişdir. Boyu 190 sm olan İvan Aqofonov aldığı zəbədən yerə sərilmiş, nakaulta düşmüş bir qədər sonra isə ətrafdakıların və dostlarının köməyi ilə özünə gəlmiş və yaxınlığdakı 1 nömrəli Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlərin ilkin diaqnozuna görə zərərçəkmiş baş-beyin travması almışdır. Bir müddət həkim nəzarətində müalicə alan İvan onların səyinə baxmayaraq 18 avqust gecəsi düşdüyü komadan ayılmamış və vəfat etmişdir. Bu hadisədən sonra şübhəli qismində saxlanılan Mirzayev məhkəmənin qərarı "Ehtiyatsızlıqdan ölümə səbəb olma (RF CM 109-cu maddəsi)" maddəsinə əsasən 15 il müddətə azadlıqdan məhrum edilir və 100.000 rubl cərimə edilir. 27 noyabr 2012-ci ildə yenidən ekspertiza təşkil edildi və bu həbs qərarına bir daha baxıldı və bəzi qaranlıq məqamlara aydınlıq gəlir və iki il təcdirxana həyatı yaşayan Mirzayev 21 yanvar 2013-cü ildə sərbəst buraxılır.
Rəsul Qazımətov
Rəsul Kamaləddin oğlu Qazımətov (14 iyun 2001; Qusar rayonu, Azərbaycan — 14 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəsul Qazımətov 2001-ci il iyunun 14-də Qusar rayonunun Qayakənd kəndində anadan olub. Milliyyətcə ləzgi idi. 2008-2019-cu illərdə Qusar şəhərində 6 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Rəsul Qazımətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 14-də Hadrutun azad edilməsi zamanı bədənindən üç güllə yarası almasına baxmayaraq döyüşməyə davam edən Rəsul Qazımətov, Ermənistan tərəfinin atdığı sonuncu, dördüncü güllənin başına dəyməsi nəticəsində şəhid olub. Bir həftə nəşi neytral ərazidə qaldıqdan sonra oktyabrın 21-də Qusar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəsul Qazımətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəsul Qazımətov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəsul Quliyev
Rəsul Bayram oğlu Quliyev (10 dekabr 1947, Qazançı, Culfa rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri, Gələcək Azərbaycan Partiyasının (GAP-ın) fəxri üzvü. == Həyatı == Rəsul Quliyev 10 dekabr 1947-ci ildə Culfa rayonunun Qazançı kəndində anadan olub. Atası Bayram Quliyev hesabdar vəzifəsində işləmiş, anası Münnəvvər xanım isə evdar qadın olaraq, çoxuşaqlı ailənin qayğısı ilə məşğul olmuşdur. 9 yaşında atası vəfat etmişdir. 1965-ci ildə orta məktəbi bitirərək Azərbaycan Neft ve Kimya İnstitutunadaxil olur. 1970-ci ildə institutu neft kimyası və üzvi kimya mühəndisi (texnoloq-mühəndis) ixtisası üzrə bitirir. Həmin ildən Azərbaycanın Sumqayıt şəhərində kimya kombinatında işçi olaraq ilk əmək fəaliyyətinə başlayır. 1971-ci ilin aprelindən Bakı Neftayırma zavodunda işçi olaraq fəaliyyətini davam etdirir. 1972-ci ildə qurğu rəisi təyin edilir.1974-cü ildə baş mühəndisin müavini, 1980-ci ildə baş mühəndis, 1981-ci ildə isə direktor vəzifəsinə yüksəlir. İctimai-siyasi fəaliyyətini tələbəlik illərində də davam etdirir, buna görə də 1968-ci ildə bir qrup tələbə ilə birgə həbs edilir.
Rəsul Rza
Rəsul Rza (tam adı: Rəsul İbrahim oğlu Rzayev; 6 (19) may 1910, Göyçay – 1 aprel 1981, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən Azərbaycan YB-nın üzvü, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycan SSR xalq şairi (1960), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), Stalin mükafatı laureatı (1951). == Həyatı == Rəsul Rza 1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində maarifpərvər ailədə doğulmuşdur. Mənşə etibarı ilə Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla dolanmışdır. Anası Məryəm poetik istedada malik olmuş, öz şerlərini əzbər yadda saxlayırmış. Atasını erkən itirmiş, anasının və yaxın qohumlarının himayəsində boya-başa çatmışdır. "Poeziya zəhmət və ilhamdır" avtobioqrafik qeydlərində R. Rza öz tərcümeyi-halına keçərkən belə qeyd etmişdir: Rza öz tərcümeyi-halında daha sonra yazırdı ki, onun evlinə qəzet və jurnallar gələrdi, "Molla Nəsrəddin", rus dilində çıxan "Niva", "Probujdeniye" nəşrlərini alırdı. Bütün bu faktorlar Rzanın mənəvi tərbiyəsində mühüm rolu olmuşdur. O, uşaqlıqdan ədəbi söhbətlərin getdiyi bir ailədə tərbiyə almışdır. Üstəlik, şairin anasının şairlik təbi varmış. Anası Məryəm oxumaq bilirmiş, ancaq yazmağı bacarmayırdı və buna görə də şeirlərini əzbər deyərmiş və yadında saxlayarmış.
Rəsul Rzayev
Rəsul Müzəffər oğlu Rzayev — jurnalist, yazıçı. == Həyatı == Rzayev Rəsul Müzəffər oğlu 17 may, 1948-ci ildə Azərbaycan SSR Masallı rayonunun Qasımlı kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetininin Ali Jurnalist Sənətkarlığı institutunu bitirmişdir. 4 yanvar 2019-cu ildə Masallı rayonunun Qasımlı kəndində vəfat edib. Qasımlı kənd qəbiristanlığında dəfn edilib. == Fəaliyyəti == 1976-cı ildən dövrü mətbuatda çalışıb. Qasımlı və Yeddioymaq kənd orta məktəblərində müəllim, Masallı rayon Komsomol Komitəsində işləyib. "Çağırş", "Yeni həyat", "Rabitə dünyası", "3-cü hədəf" qəzetlərində redaktor müavini, bölgə müxbiri vəzifələrində çalışmışdır. "Şeirlər, poemalar", "Ömrün işıq payı", "Zirvəyə yol" və başqa kitabların müəllifidir. Qızıl qələm media mükafatçısıdır.
Rəsul Rəsulzadə
Rəsul Rəsulzadə — (1914-1938) - Repressiya qurbanı. Məhəmməd Əmin Rəsulzadənin oğlu. Rəsul ailəsiylə birgə Qasım İsmayılov (indiki Zərgərpalan) küçəsindəki 129-cu evdə yaşayıb. O. 1926-cı ildə oxumağa başlayıb və 1933-də Bakıda 9 saylı orta məktəbi bitirib. Həmin il Maliyyə-İqtisad Texnikumuna girib və oranı 1936-da bitirib. Keçmiş maliyyə komissarı (naziri) Nəsir Tağıyev və həmin komissarlığın kadr bölümünün müdiri Abbas Sadıqovun tövsiyəsi ilə Biləsuvar Rayon Maliyyə Şöbəsinə yerli büdcə üzrə müfəttiş təyin edilib və orada işləməyə başlayıb. 1937-nin martında onu Xızı Rayon Maliyyə Şöbəsinə eyni vəzifəyə dəyişdiriblər. Noyabrda ailəsi sürgün edilib. 7 dekabrda onun həbs olunması üçün sənədlər hazırlanıb, ancaq nədənsə, bu həbs yalnız 15 yanvar 1938-ci ildə gerçəkləşdirilib. Tutuqlanmaya əsas: "Məhəmmədəmin Rəsulzadənin oğludur" və "əksinqilabi iş aparıb".
Rəsul Sultanov
Rəsul Sultanov Hacı oğlu (1899, İlisu, Nuxa qəzası – 1970) — coğrafiya elmləri doktoru. == Həyatı == R.H.Sultanov Azərbaycan Respublikası Qax rayonunun İlisu kəndində doğulmuşdur. 1924–1929-cu illərdə indiki Neft Akademiyasının tələbəsi olmuşdur. 1939-cu ildə həmin Ali təhsil müəssisəsinin aspiranturasını bitirmişdir. == Elmi fəaliyyəti == Qafqazın ön dağlıq hissəsinin tufagen-vulkanik süxurlarının yaşı" mövzusunda, namizədlik 1955-ci ildə isə "Böyük Qafqazın Cənub yamacının tektonik və geomorfoloji quruluşu (faydalı qazıntı yataqlarının aşkar edilməsi ilə əlaqədar)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1930–1937-ci illərdə Respublika geoloji kəşfiyyat idarəsində goloji partiya rəisi, 1937–1950-ci illərdə Azərbaycan EA Geologiya institutunun böyük elmi işçisi, 1950–1952-ci illərdə Azərbaycan Pedaqoji institutunda dosent, 1952–1955-ci illərdə kafedra müdiri, 1955–1958-ci illərdə BDU-nun geologiya fakultəsində dosent vəzifəsində işləmişdir. 1958–1970-ci illərdə Azərbaycan EA Coğrafiya institutunda paleocoğrafiya şöbəsinin müdiri olmuşdur. 1946-cı ildə Azərbaycanda fosforit yatağının tapılması münasibətilə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Azərbaycan ərazisində dördüncü dövr paleocoğrafi təkamülün elmi araşdırılması ilə ilk dəfə o məşğul olmuşdur. Bu sahədə bir neçə silsilə elmi əsərlərin müəllifi olmuşdur.
Rəsul Süleymanlı
Rəsul Kamil oğlu Süleymanlı (19 yanvar 2002, Zaqatala – 27 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəsul Süleymanlı 2002-ci il yanvarın 19-da Zaqatala şəhərində anadan olub. 2008-2017-ci illərdə Zaqatala şəhər Humanitar Fənlər Gimnaziyasında təhsil alıb. Subay idi. == Hərbi xidməti == Rəsul Süleymanlı 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rəsul Süleymanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərdə snayperçi kimi iştirak edib. Rəsul Süleymanlı sentyabrın 27-də Tərtər rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Oktyabrın 25-də Zaqatala şəhərində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəsul Süleymanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəsul Süleymanlı ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəsul Süleymanov
Rəsul Təvəkkül oğlu Süleymanov — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi veteranı. == Hərbi xidməti == Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının polkovik-leytenantı olan Rəsul Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəsul Süleymanov "Zəfər" ordeni ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəsul Süleymanov "Cəbrayılın azad olunmasına görə" medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Zəngilanın azad olunmasına görə" medalı təltif edildi.
Rəsul Tağıyev
Rəsul Afiq oğlu Tağıyev (18 avqust 1976; Azərbaycan SSR) — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Azərbaycan Dövlət Sərhəd Xidmətinin şəxsi heyətlə işlər üzrə rəis müavini, Çevik Hərəkət Qüvvələrinin sabiq komandanı, "Vətənə xidmətə görə" ordeninin tam kavaleri, Vətən müharibəsi iştirakçısı. == Hərbi xidməti == Rəsul Tağıyev 1976-cı il avqustun 18-də Azərbaycan SSR-də anadan olub. Bakının Azadlıq meydanında keçirilən hərbi paradlardan 2-də Rəsul Tağıyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularından ibarət parad heyətinə rəhbərlik edib — biri 2018-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə keçirilən paradda "polkovnik" hərbi rütbəsində, digəri isə 2020-ci il dekabrın 10-da Vətən müharibəsində əldə edilən zəfər münasibətilə keçirilən hərbi paradda "general-mayor" ali hərbi rütbəsində. Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə və Sərhəd Qoşunlarının yaradılmasının 85-ci ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin 30.07.2004-cü il tarixli 337 nömrəli Sərəncamına əsasən, kapitan Rəsul Tağıyev "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə və Sərhəd Qoşunlarının yaradılmasının 86-cı ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin 15.08.2005-ci il tarixli 960 nömrəli Sərəncamına əsasən, mayor Rəsul Tağıyev III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə və Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin 14.08.2010-cu il tarixli 1066 nömrəli Sərəncamına əsasən, polkovnik-leytenant Rəsul Tağıyev "İgidliyə görə" medalı ilə təltif edilib.Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə Azərbaycan Prezidenti İlham Əliyevin 14.08.2012-ci il tarixli 2390 nömrəli Sərəncamına əsasən, polkovnik Rəsul Tağıyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə və Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin 28.08.2013-cü il tarixli 3099 nömrəli Sərəncamına əsasən, polkovnik Rəsul Tağıyev II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə və Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2016-cı il tarixli 2274 nömrəli Sərəncamına əsasən, polkovnik Rəsul Tağıyev I dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2018-ci il tarixli 415 nömrəli Sərəncamına əsasən, polkovnik Rəsul Tağıyevə "general-mayor" ali hərbi rütbəsi verilib. Sərhəd mühafizə orqanlarının yaranmasının 100 illiyi münasibətilə və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2019-cu il tarixli 1386 nömrəli Sərəncamına əsasən, general-mayor Rəsul Tağıyev III dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.Azərbaycan ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli 2338 nömrəli Sərəncamına əsasən, general-mayor Rəsul Tağıyev "Zəfər" ordeni ilə təltif edilib.Cəbrayılın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli 2358 nömrəli Sərəncamına əsasən, general-mayor Rəsul Tağıyev "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.Zəngilanın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli 2363 nömrəli Sərəncamına əsasən, general-mayor Rəsul Tağıyev "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 17.07.2021-ci il tarixli 2769 nömrəli Sərəncamına əsasən, general-mayor Rəsul Tağıyev Dövlət Sərhəd Xidməti Döyüş Hazırlığı üzrə Baş İdarənin rəisi vəzifəsindən azad edilərək Dövlət Sərhəd Xidməti Çevik Hərəkət Qüvvələrinin komandanı vəzifəsinə təyin edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 17.08.2022-ci il tarixli 3424 nömrəli Sərəncamına əsasən, general-mayor Rəsul Tağıyevə "general-leytenant" ali hərbi rütbəsi verilib. == Vətən müharibəsi == Vətən müharibəsi başlayan zaman general-mayor olan Rəsul Tağıyev Dövlət Sərhəd Xidmətində Döyüş Hazırlığı üzrə Baş İdarənin rəisi olub. O, Cəbrayıl və Zəngilanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərə komandanlıq edənlərdən biri, habelə cənub cəbhəsinin ən hündür 2 zirvəsi — Bartaz və Şükürataz yüksəkliklərinin işğaldan azad edilməsi üzrə hərbi əməliyyatların rəhbəri olub. Onun rəhbərlik etdiyi bölmələr vətən müharibəsində ilk və yeganə hadisə sayılan atıcı silahlarla qırıcı təyyarənin vurulmasını reallaşdırıblar. Azərbaycanın döyüş generallarından sayılan Rəsul Tağıyev həm də şəxsi heyətlə birbaşa döyüşlərdə iştirak etməsi ilə də bilinir. 2269 metr yüksəkliyi olan "Bartaz" zirvəsinə silah-sursatın çatdırılması, "Sığırt" döyüşlərində ermənilərin hücumunun qarşısını alan heyətə dəstəyin təmin edilməsi və ermənilərin dəfələrlə hücum etməsinə baxmayaraq Qafana qədər 10 kilometr dərinliklərdəki komunikasiya xətlərinə nəzarətə imkan verən postların götürülməsində və saxlanılmasında şəxsən iştirak edib.
Rəsul Xətibi
Rəsul Xətibi Sentyabr.22 1978 də İranının Təbriz şəhərində anadan olub. O indi bir peşəkar futbolçudur və Təbrizin Traktor Sazi klubunun baş məşqçisidir.
Rəsul Yunan
Rəsul Yunan Şair, yazıçı, tərcüməçi. Yunan 1969 ilində Urmu gölünə yaxın bir kənddə doğuldu. Rəsul Yunan əsərlərini Azərbaycan və Fars dillərində yazır. Rəsul yunan farsca dilində minimal yazıları üçün tanınmışdır. Yunanənən şe'rlərindən Tehranda Ərməni dilinə tərcümə olubdur. İndilikdə Rəsul Yunan Tehranda yaşayır. == Əsərləri == Camaka(جاماکا) (Azərbaycanca) Taksi (تاکسی)(Azərbaycanca) Sənin xoş iyin(بوی خوش تو)(Azərbaycan Respublikasının müasir şeiri-Fars dilinə tərcümə) Duel(oyun)(Azərbaycanca) == Yaradıcılığı == Sənə düşünmək Sənə düşünmək Həyata düşünməkdir Torpaq altında Dar-düdük bir qəbirdə Günəşə düşünməkdir Qarlı gecəde. Qıfıllanmamış qapılara Qaçmağa düşünməkdir həbsxanada Sənə düşünmək dəyərlidir Ən azı Adamın qəlbindən Bir bulaq coşar Bir at gələr orada su içər Bir quş gələr urada oxuyar...
Rəsul Çunayev
Rəsul Abakar oğlu Çunayev (7 yanvar 1991; Balakən rayonu, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. Rəsul Çunayev 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medala sahib olub. Rəsul Çunayev həmçinin 2015-ci ildə Birləşmiş Ştatların Las-Veqas şəhərində baş tutan Dünya Çempionatının qalibi olub. Rəsul Çunayev 2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının qızıl medalını qazanıb. Rəsul Çunayev həmçinin 2014 və 2018-ci illərdə Avropa Çempionatının gümüş medallarına sahib oldu. 2013-cü ildə o, Kazan Universiadasının da qalibi olub. Rəsul Çunayev Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib.Karyerası ərzində 37 beynəlxalq yarışa qatılan Rəsul Çunayev onların 13-də qızıl medal, 6-da gümüş medal, 12-də isə bürünc medal qazanıb. Rəsul Çunayev həmçinin Dövlət Sərhəd Xidmətinin zabitidir. == Həyatı == Rəsul Abakar oğlu Çunayev 1991-ci il yanvarın 7-də Balakən rayonunun Yeni Şərif kəndində anadan olub. Milliyyətcə avardır.
Rəsul İbrahimov
Rəsul İbrahimov (doğ. 13 avqust 1981, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, beynəlxalq qrosmeyster (2008). O, kişilərdən ibarət şahmat üzrə Azərbaycan yığmasının heyətində Olimpiada (2002, 2004) və Avropa (1999, 2001, 2003) çempionatlarının iştirakçısı olub. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Rasul Ibrahimov. Chess-DB.com Arxivləşdirilib 2016-09-10 at the Wayback Machine (ing.) Rasul Ibrahimov. Chessgames.com (ing.) Rasul Ibrahimov.
Rəsul İlyasov
Rəsul Niftalı oğlu İlyasov (12 iyul 1975, Yeni Daşkənd, Bərdə rayonu – 28 oktyabr 1995, Bakı) — Bakı şəhər metrosunda baş verən yanğın nəticəsində həlak olmuş tələbə. == Həyatı == Rəsul İlyasov 12 iyul 1975-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur.Yeni Daşkənd kənd orta məktəbi ilə bərabər Bərdə şəhər 1 saylı Musiqi Məktəbində də təhsil almışdır. 1992-ci ildə orta məktəbi bitirmiş və 1993-cü ildə Bakı Ali Menecer Kollecinə daxil olmuşdur.28 oktyabr 1995-ci ildə Bakı şəhər metrosunda baş verən yanğın nəticəsində həlak olmuşdur. Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn edilmişdir.
Rəsul Şahverdiyev
Rəsul Şahverdiyev — Qarabağ müharibəsi iştirakçısı, şəhid. Rəsul Şahverdi oğlu Şahverdiyev 15 yanvar 1950-ci ildə Laçın rayonunun Uvannovu kəndində doğulub. 1957-ci ildə Laçın rayon Ağanus kənd orta məktəbinin I sinfinə getmiş, 1967-ci ildə orta təhsilini başa vurmuşdur. 1968-ci ildə ordu sıralarına çağırılan Rəsul həqiqi hərbi xidmətini Rostov şəhərində çəkib. 1971-ci ildən Laçın rayon polis şöbəsində işləyirdi. 1988-ci ildən başlayaraq şöbənin əməkdaşları ilə birgə laçın rayonunun Ermənistanla həmsərhəd kəndlərinin müdafiəsində fəal iştirak edib. Rəsul ən təhlükəli əməliyyatlara qardaşı Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevlə birlikdə gedər, döyüş tapşırıqlarını məharətlə yerinə yetirərdi. O, illərlə çətin və məsuliyyətli polis xidməti çəkərək peşəkar əməliyyatçıya çevrilmiş, ağır müharibədə igidliklə iştirak edərək cəsur kəşfiyyatçı olmuşdur. Rayonun Cicimli, Uvannovu kəndlərinin erməni quldurlarından qorunmasında şəxsi igidlik nümunısi göstərib. 1992-ci ildə Laçının süqutundan sonra Kəlbəcərlə həmsərhəd olan kəndlərin azad olunması uğrunda gedən döyüşlərin hamısında şücaət göstərib.
Rəsul Səlimov
Rəsul Səlimov (26 dekabr 1981) — Azərbaycanı təmsil edən cüdoçu və məşqçi. == Karyerası == Karyerasının birinci uğuruna Rəsul Səlimov 1998-ci ilin noyabrında imza atdı. Rumıniyanın Buxarest şəhərində baş tutan U-20 Avropa Çempionatında Rəsul Səlimov turnirin bürünc medalına sahib oldu. Bir il sonra, 1999-cu ilin mayında isə Rəsul Səlimov Bratislava şəhərində Avropa Çempionatını bürünc medalla başa vurdu. Həmin ilin noyabrında Rəsul Səlimov həm də İtaliyanın Roma şəhərində baş tutan U-20 Avropa Çempionatında növbəti dəfə bürünc medala sahib oldu. 2000-ci ilin mayında Rəsul Səlimov Polşanın Vrotslav şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu. Həmin ildə Rəsul Səlimov Azərbaycanı Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. Rəsul Səlimovun olimpiadanın 1/16 final mərhələsində rəqibi Çili nümayəndəsi Qabriel Lama oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rəsul Səlimov rəqibinə qalib gəldi və olimpiadanın 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Kanada cüdoçusu Keyt Morqan oldu.
Abuzər Rəsulov
Rəsulov Abuzər Məmməd oğlu (16 dekabr 1907 – 2001) — Optika və molekulyar fizika kafedrasının professoru. == Həyatı == Abuzər Rəsulov 1907-ci ilin 16 dekabrında Şəki şəhərində dəmirçi ailəsində anadan olmuşdur. 1915-ci ildən 1918-ci ilə qədər üçillik ibtidai məktəbdə oxumuş və 1918-ci ildən 1920-ci ilə qədər atasının yanında dəmirçilik etmişdir. == Təhsili == 1920 və 1921-ci illərdə nümunə-zəhmət məktəbində, 1921-ci ildən 1925-ci ilə qədər isə Şəki Müəllimlər Seminariyasında oxumuş, oranı bitirdikdən sonra 10 nömrəli məktəbdə ibtidai sinif müəllimi işləmişdir. 1926 və 1927-ci illərdə 7 nömrəli oğlan məktəbi ilə 8 nömrəli qız məktəbinin birləşməsindən yaranmış birləşmiş məktəbin müdiri vəzifəsində işləmişdir. İlk dəfə olaraq qız uşaqları ilə oğlan uşaqlarının birlikdə oxumalarının təlim-tərbiyə işini sınaqdan keçirmək ona tapşırılmışdı. O zaman maarif şöbəsinə və maarif komissarlığına yazılmış hesabatlarda qeyd olunmuşdur ki, qız və oğlan uşaqlarının birlikdə oxumalarının təlim – tərbiyə işinə və birlik səviyyələrinin yüksəlməsinə müsbət təsiri vardır. == Elmi adları == A.M. Rəsulov 1951-ci ildə "Özlü mayelərdə tərpənmiş dalğalarının yayılması" mövzusunda fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə, 1973-cü ildə isə "Rezinin deformasiya və quruluşu" mövzusunda apardığı çox mürəkkəb, nəzəri və praktiki əhəmiyyətə malik doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmləri doktoru adına layiq görülmüşdür. == Elmi Fəaliyyəti == A.M. Rəsulov 1929-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizika-riyaziyyat şöbəsinə daxil olmuş, 1932-ci ildə oranı bitirmiş və "Azsənaye Şurası"nın Şəkidə olan "Sənaye Texnikomu"na Fizika-riyaziyyat müəllimi vəzifəsinə təyin olunmuşdur. 1934-cü ildə bu texnikom Şəki şəhərindən Bakıya köçürülmüşdür.
Azərbaycan şairi Nizami (Rəsulzadə)
"Azərbaycan şairi Nizami" (türk. Azerbaycan Şairi Nizami) — Məhəmməd Əmin Rəsulzadənin Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə 1941-ci ildə yazdığı, ilk dəfə 1951-ci ildə Ankarada nəşr olunan əsəri. M.Ə.Rəsulzadənin Nizami haqqında bu kitabı mühacirət ədəbi fikrinin, xüsusilə nizamişünaslığın ən dəyərli uğurlarından biri hesab edilir. == Haqqında == Məhəmməd Əmin Rəsulzadənin siyasi fəaliyyəti ilə yanaşı, zəngin, lakin az öyrənilmiş ədəbi-bədii və tərcümə əsərləri irsi vardır. M.Ə.Rəsulzadənin ilk şeiri "Müxəmməs" 1903-cü ildə Tiflisdə nəşr edilən "Şərqi-rus" qəzetində çap olunmuş, yazdığı "Qaranlıqda işıqlar" adlı ilk pyesi 1908-ci ilin dekabrın 5-də tamaşaya qoyulmuşdur. M.Ə.Rəsulzadə sonradan mühacirətdə yaşadığı illərdə Azərbaycan ədəbiyyatını, şair və yazıçılarımızın yaradıcılığını araşdırmış, təhlil etmiş, dəyərləndirmişdir. M.Ə.Rəsulzadə 1923-cü ildə nəşr edilən "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti" kitabında, 1928-ci ildə "Türk ili" məcmuəsində çap olunan "Qafqasya türkləri" əsərində Nizaminin adı qısa məlumatla verilmişdir.M.Ə.Rəsulzadənin Nizami haqqında geniş araşdırmalara əsaslanan əsərini yazması İkinci Dünya müharibəsinin başlanmasından (1939-cu il, sentyabr) sonraya təsadüf edir. Məhəmməd Əmin Rəsulzadə monoqrafiyanı 1941-ci ildə Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə yazıb, İkinci Dünya müharibəsi və həyatının çətinlikləri səbəbilə ilk dəfə 1951-ci ildə Türkiyənin paytaxtı Ankarada Milli Təhsil Nəşriyyatında nəşr edilib. Kitab "Müəllifdən", "Başlanğıc"dan, dörd bölümdən, "Əlavələr"dən, "Biblioqrafiya"dan, "Nizamidən mətnlər"dən, "İndeks"dən, "Mətn xarici rəsmlər"dən ibarətdir. Kitabın başlanğıcında M.Ə.Rəsulzadənin əsas mövqeyi ilə tanış olmaq mümkündür: "Nizami Azərbaycan şairi?", "Unudulmuş Nizami", "Nizamiyə qarşı borcumuz".
Ağa Rəsul Əttar
Ağa Rəsul Əttar — XIX əsrdə yaşamış şair. == Həyatı == XIX əsrdə Ordubadda fəaliyyət göstərən "Əncüməni-şüəra" ədəbi birliyinin üzvlərindən biri olmuşdur. Fəqir Ordubadi və onun oğlu Məmməd Sədi Ordubadinin əsəsrlərində Ağa Rəsul Əttar haqqında məlumat vardır. Fars dilində də əsərlər yazmışdır.Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanan cünglərdə qəzəllərindən nümunələr mühafizə olunmuşdur.Məmməd Səid Ordubadi Ağa Rəsul Əttarı "Əncüməni-şüəra"da fəaliyyət göstərən şairlər deyil, şeir maraqlıları sırasında göstərmişdir.
Ağacan Rəsulov
Ağacan Əfsər oğlu Rəsulov (10 sentyabr 1997, Xəlfəli, Sabirabad rayonu – 8 noyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağacan Rəsulov 1997-ci il sentyabrın 10-da Sabirabad rayonunun Xəlfəli kəndində anadan olub.2004-2015-ci illərdə Xəlfəli kənd tam orta məktəbində təhsil alıb və bitirdiyi 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ağacan Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Ağacan Rəsulov noyabrın 8-də şəhid olub. Sabirabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağacan Rəsulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağacan Rəsulov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ağacan Rəsulov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağahüseyn Rəsulzadə
Ağahüseyn Əli oğlu Rəsulzadə (1884, Bakı – 1938, Bakı) — Azərbaycan şairi və publisisti, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Ağahüseyn Rəsulzadə 1884-cü ildə Azərbaycanın Bakı quberniyasının Balaxanı qəsəbəsində anadan olmuşdur. İbtidai təhsilini mədrəsədə almış, üç ildən sonra neft mədənlərində fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1904-cü il dekabr nümayişləri ərəfəsində Balaxanı təhsil komitəsi tərkibinə seçilmişdir. İstedadlı proletar şairi və publisist kimi kəskin siyasi məqalələri və əsərləri ilə fərqlənmişdir. Onun poeziyasında vətəndaşlıq pafosu güclü idi. 1917-ci il fevral inqilabından sonra RSDFP Balaxanı rayon komitəsi tərkibinə seçilmişdir. Balaxanı Rayon Soveti İcraiyyə Komitəsinin sədrinin müavini, sonra isə sədri olmuşdur. Bakı Sovetinə üzv seçilmişdir. Bir sıra məsul partiya və sovet vəzifələrində çalışmışdır (1928–1933).
Düz Rəsullu
Düz Rəsullu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənddir. Düz Rәsullu inzibati әrazi dairəsinin mərkəzidir. Düz Rәsullu inzibati әrazi dairəsinə Düz Rәsullu, Gәrmәşöylü, Göyәmli, Hüseynqulular, Rәhimli, Tәkyemişan kəndlәri daxildir. Düz Rəsullu Gədəbəyin mәrkәzindәn 43 km şimal-qərbindә, Murğuz dağ silsilәsinin şimali.Şərq әtәyindәdir. Әhalisi 2011-ci il məlumatlna görə 509 nəfərdir. Kənd sakinləri heyvandarlıq vә әkinçiliklә (kartofçuluq) mәşğuldur. Kənddə tam orta mәktәb, musiqi mәktәbi, kitabxana, tibb mәntәqәsi, mәdәniyyәt evi, poçt, ATS var. == Tarixi == Düz Rəsullu kəndinin dəqiq salınma tarixi məlum deyil. Kəndin ağsaqqallarının ata-babalarından eşitdiklərinə görə Düz Rəsullu kəndinin 300 ildən çox qədim tarixi var. Kəndin əsasını Qazax rayonunun Dəmirçilər kəndindən köçüb gəlmiş Rəsul adlı şəxs salıb.
Düz Rəsullu bələdiyyəsi
== Tarixi == Düz Rəsullu bələdiyyəsi - Azərbaycan Respublikasının Gədəbəy rayonunun ərazisində 1999-cu ildə yaradılmış bələdiyyədir. == Əhatə dairəsi == Düz Rəsullu bələdiyyəsinin əhatə etdiyi ərazilərə Azərbaycan Respublikasının Gədəbəy rayonunun Bəydəmirli, Çay Rəsullu, Düz Rəsullu, Gərməşöylü, Göyəlli, Göyəmli, Hüseynqulular, Kollu, Rəhimli , Şınıx , Təkyemişan və Turşsu kəndlərinin əraziləri daxildir. Düz Rəsullu bələdiyyəsi həmin ərazi sərhədləri daxilində özünüidarəetmə formasında fəaliyyət göstərir. Gədəbəy rayonunun Düz Rəsullu bələdiyyəsi Azərbaycan Respublikasının Konstitusiyasına, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət kollegial orqan olub qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetməni həyata keçirmək məqsədilə yaradılmışdır, Düz Rəsullu və Şınıx bələdiyyələrinin hüquqi varisidir.Bələdiyyənin ünvanı: Gədəbəy rayonunun Düz Rəsullu kəndidir. 23 dekabr 2019-cu il Bələdiyyə seçkilərinin nəticələrinə görə Qurbanov Ələddin Nurəddin oğlu Düz Rəsullu bələdiyyəsinin sədri seçilmişdir.
Elcan Rəsulov
Elcan Etibar oğlu Rəsulov (22 fevral 1987, Bakı) — azərbaycanlı aktyor və televiziya aparıcısı. == Həyatı və karyerası == Elcan Rəsulov 1987-ci il 22 fevral tarixində Saatlı rayonunda anadan olub 1992-ci ildə birinci sinfə daxil olub. Məktəbdə oxuyarkən 1999-cu ildən İ. Əbilov adına mədəniyyət mərkəzinin tərkibində yerləşən, əməkdar artist Tofiq Bayramovun rəhbərlik etdiyi "Xalq Teatrı"nın, daha sonra isə elə həmin mərkəzin tərkibində fəaliyyət göstərən Mirəhməd Əsgərovun rəhbərlik etdiyi "Poeziya Teatrı"nın üzvü olub. Dəfələrlə keçirilən festival və yarışların qalibi və laeuratı olub. Məktəbdə oxuduğu müddətdə 2002-ci ildən Qüdrət Həsənovun rəhbərlik etdiyi Nəsibə Zeynalova adına "Cənnət Teatrı" na daxil olub. Müxtəlif tamaşalarda çıxış edib. Elə həmin illərdə ANS telekanalında yayımlanan "Qulp" verilişində aktyor kimi çıxış edib. "Qulp" layihəsinin daxilində hazırlanmış "Qoyun Realiti ŞOU"sunda aparıcılıq edib. 2003-cü ildə Yasamal rayonu 52 saylı orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Estrada aktyorluğu" fakültəsinə daxil olub.
Eldəniz Rəsulov
Eldəniz Qeybulla oğlu Rəsulov (30 aprel 1952, Qax rayonu)— Azərbaycanın kino və dublyaj aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2008). == Həyatı == Rəsulov Eldəniz Qeybulla oğlu 30 aprel 1952-ci ildə Qaxda anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kinoaktyorluğu şöbəsini bitirmişdir. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. 1971-ci ildən bədii filmlərə çəkilir: "Sevinc buxtası" (Seyidov), "Babək" (Azin), "Anlamaq istəyirəm" (Zeynal), "Nizami" (Maxan, Bəşir), "Gümüşgöl əfsanəsi" (Fərid), "Şeytan göz qabağında" (Zeynal), "Ovsunçu" (kəndxuda) və s. Azərbaycan Televiziyası və Lider TV-də çoxseriyalı bədii televiziya və sənədli filmlərin dublyajı prosesində fəal iştirak edir. Dramaturq Qeybulla Rəsulovun oğludur. 2008-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. == Filmoqrafiya == == İstinadlar == == Mənbə == Eldəniz Rəsulov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Elxan Rəsulov
Elxan Rəsulov — (doğ. 23 mart 1960) keçmiş Azərbaycanlı qapıçı. Hal hazırda Almaniyada yaşayır və Almaniyanın Xerforder futbol klubunun qapıçıların məşqçisidir. == Şəxsi həyatı == 23 mart 1960-cı ildə Bakı şəhərinda anadan olmuşdur. Rəsulov futbolla, "Neftçi" nin təlim komandasında məşqul olmağa başlayıb. 17 yaşına qədər komandanın birinciliyində çıxış etdi. Məzun olduqdan sonra avtomatik olaraq "Neftçi" nin əsas komandasında oyanmağa başladı. == Karyerası == Rəsulov 1978-ci ildə Neftçi-nin heyətində, Moskvada 1980 Olimpiya oyunlarına hazırlaşan SSRİ olimpiya futbol komandasına qarşı yoldaşlıq oyunları oynadı. Elə həmin vaxtlarda o, Rinat Dasayevlə tanış oldu. Rəsulovun "Neftçi" nin heyətində rəsmi debütü 1979-cu ildə baş tutub və Moskva "Dinamo" nun rəqibi olub.
Elxan Rəsulov (əsgər)
Elxan Ayaz oğlu Rəsulov (6 aprel 1989; Zeyvə, Goranboy, Azərbaycan — 16 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elxan Rəsulov 1989-cu ildə Goranboy rayonunda dünyaya gəlib. Goranboy rayonu Seymur Məmmədov adına Zeyvə kənd tam orta məktəbi bitirib. 2007–2008-ci illərdə hərbi xidmətdə olub. Daha sonra yenidən Orduda müddətdən artıq xidmətə başlamışdır. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elxan Rəsulov Suqovuşan, Tərtər doyüşlərində iştirak edib. 16 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətində döyüşlər nəticəsində şəhid olmuşdur. Goranboyda torpağa tapşırılıb.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Rəsulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elxan Rəsulov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elxan Rəsulov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Firudin Rəsulov
Firudin Yusif oğlu Rəsulov — jurnalist. == Həyatı == 1938-ci il martın 25-də Qərbi Azərbaycanda anadan olub. 1959-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinin jurnalistika şöbəsinə daxil olub. Jurnalistika sahəsindəki əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan KP MK-nın Nazirlər Sovetinin nəşri kimi işıq üzü görən "Abşeron" qəzetində korrektor vəzifəsində başlayıb. Həmin qəzetdə şöbə müdiri və məsul katib vəzifələrini tutub. 1969-cu ildə o zamanın nüfuzlu "Kommunist" (indiki "Xalq qəzeti") qəzetinə dəvət edilib. Burada məsul katibin müavini, ədəbi işçi, müxbir, şöbə müdiri, müxtəlif bölgələr üzrə xüsusi müxbir kimi fəaliyyət göstərib. 1992-ci ildə "Həyat" qəzetinin şöbə müdiri, 2 il sonra isə nəşrin baş redaktoru olub. Hazırda pensiyada olan F.Rəsulov 2002-ci ildən başlayaraq on il müddətində "Azərsu" ASC-də işləyib. Jurnalist 1988-ci ilin noyabrında "Kommunist" qəzetində gedən "Topxananın harayı" adlı yazısı, eləcə də Azərbaycan həqiqətlərinin çatdırılması sahəsindəki digər yaradılıcıq nümunələri ilə ölkəmizin müstəqilliyinə qovuşmasında müstəsna xidmətlər göstərmiş qələm sahiblərindən sayılır.
General Hüseyn Rəsulbəyov (1998)
== Məzmun == Kinolent Azərbaycanın hərbi xadimi, artilleriya general-leytenantı, respublikanın əməkdar mühəndisi Hüseyn Rəsulbəyova həsr edilmişdir. H.Rəsulbəyov uzun illər Bakı Hava Hücumundan müdafiə dairəsi qoşunlarında məsul hərbi vəzifələrdə xidmətdə, 1966-1974-cü illərdə komandan olmuşdur. Ehtiyata çıxandan sonra (1975) Azərbaycan Respublikasının rabitə naziri vəzifəsində işləmişdir. Onun Azərbaycanın rabitə xidmətinin inkişafında misilsiz xidmətləri olmuşdur. 1941-1945-ci illər müharibəsində HHM qoşunları tərkibində briqada, diviziya birləşmələri qərargahında müxtəlif mühəndis vəzifələrində çalışmış, Odessa, Kerç, Sevastopol və Şimali Qafqazın (Krasnodar, Novorossiysk, Tuapse) müdafiəsində iştirak etmişdir. Filmdə general-polkovnik Tofiq Ağahüseynov, general-mayor Mustafa Nəsirov, rabitə naziri Nadir Əhmədov H.Rəsulbəyov barəsində öz xatirələrini söyləyirlər. == Film haqqında == Film Azərbaycan Respublikası Rabitə Nazirliyi və "AzEvrotel" Birgə Müəssisəsinin sifarişi ilə çəkilmişdir.
General Hüseyn Rəsulbəyov (film, 1998)
== Məzmun == Kinolent Azərbaycanın hərbi xadimi, artilleriya general-leytenantı, respublikanın əməkdar mühəndisi Hüseyn Rəsulbəyova həsr edilmişdir. H.Rəsulbəyov uzun illər Bakı Hava Hücumundan müdafiə dairəsi qoşunlarında məsul hərbi vəzifələrdə xidmətdə, 1966-1974-cü illərdə komandan olmuşdur. Ehtiyata çıxandan sonra (1975) Azərbaycan Respublikasının rabitə naziri vəzifəsində işləmişdir. Onun Azərbaycanın rabitə xidmətinin inkişafında misilsiz xidmətləri olmuşdur. 1941-1945-ci illər müharibəsində HHM qoşunları tərkibində briqada, diviziya birləşmələri qərargahında müxtəlif mühəndis vəzifələrində çalışmış, Odessa, Kerç, Sevastopol və Şimali Qafqazın (Krasnodar, Novorossiysk, Tuapse) müdafiəsində iştirak etmişdir. Filmdə general-polkovnik Tofiq Ağahüseynov, general-mayor Mustafa Nəsirov, rabitə naziri Nadir Əhmədov H.Rəsulbəyov barəsində öz xatirələrini söyləyirlər. == Film haqqında == Film Azərbaycan Respublikası Rabitə Nazirliyi və "AzEvrotel" Birgə Müəssisəsinin sifarişi ilə çəkilmişdir.
Hacı Mustafa Rəsulovun mülkü
Hacı Mustafa Rəsulovun mülkü — 1884–1885-ci illərdə Hacı Mustafa Rəsulovun sifarişi ilə Anton Kandinov və Nikanor Tverdoxlebov tərəfindən tikilmiş bina. 1918-ci ilə qədər binanın birinci mərtəbəsində müxtəlif dükanlar və anbarlar ikinci mərtəbəsində isə İslamiyyə mehmanxanası yerləşib. 1918-ci il Mart soyqırımında bina ermənilər tərəfindən yandırılıb. == Haqqında == Ev sahibi Hacı Mustafa Rəsulovun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasına təqdim etdiyi məlumatlara əsasən mülkün birinci mərtəbəsində çöldə 26 daxildə isə 14 mağaza yerləşirdi. Yuxarı mərtəbədə isə 60 otaqdan ibarət İslamiyyə mehmanxanası yerləşib. Əsas fasad Qubernskaya küçəsi boyunca 70 addım uzunluğunda, yan fasad Bazarnaya küçəsi boyunca 55 addım uzunluğundadır, evin arxa fasadı isə 70 addım uzunluğunda Staro-Poçtovaya küçəsinə çıxır.Binanın aşağı mərtəbəsi Rəsulovlara icarəyə verilib, İslamiyyə mehmanxanası isə İsmayıl Qulu oğlu Mahmudova məxsus olub. 1918-ci ilin qiymətləndirməsinə görə binanın qiyməti 1 milyon rubldan artıq olub. Bina 1918-ci ildə Mart soyqırımı dövründə ermənilər tərəfindən yandırılıb. Həmin dövrdə evdən yalnız yarımdağılmış iki mərtəbəli, aşağı hissəsində – Bazarnaya küçəsi tərəfdən isə üç mərtəbəli, üzərində alov və tüstü izləri olan divarlar qalmışdır.Təmir edildikdən sonra 1930-cu ildə binanın Bazarnaya küçəsi boyunca birinci mərtəbəsində piyada keçid pasajı yaradılır. İkinci mərtəbəsində isə 6 nömrəli musiqi məktəbi yerləşib.Hazırda binanın birinci mərtəbəsində fərqli dükanlar, ikinci mərtəbəsində isə, otel yerləşir.
Hüseyn Rəsulbəyov
Hüseyn Cümşüd oğlu Rəsulbəyov (26 iyun 1917, Dərbənd, Dağıstan vilayəti – 17 sentyabr 1984, Bakı) — hərbi xadim, artilleriya general-leytenantı, Azərbaycanın rabitə naziri. == Həyatı == 1917-ci ilin 26 iyununda Dərbənddə poçt işçisinin ailəsində anadan olub. 1932-ci ildə Hüseyin Orconikidze şəhərindəki Rabitə və Yollar Politexnikumuna Siqnal, Mərkəzləşdirmə, Bloklama və Rabitə fakültəsinə (ORB) daxil olmuş və oranı siqnalizasiya və rabitə texnologiyası ixtisası mütəxəssisi kimi "əla" qiymətlərlə bitirmişdir. Bir müddət Mineralnıye Vodıdakı Şimali Qafqaz Dəmir yolunda uzaq rabitə mexaniki kimi çalışmış, 1936-cı ilin sentyabrında Leninqrad elektrotexnika siqnalizasiya və rabitə mühəndisləri institutuna oxumağa göndərilmişdir. == Hərbi karyerasının başlanğıcı == 1938-ci ilin oktyabrından 1941-ci ilin mayına qədər Moskvada Qırmızı Ordunun Dzerjinski adına Artilleriya Akademiyasında təhsil almışdır. 1941-ci ilin mayında Akademiyanı bitirdikdən sonra Odessadakı Dəniz Qüvvələri Qrupuna göndərilmişdir. == İkinci Dünya Müharibəsi == Böyük Vətən müharibəsi zamanı Odessa, Kerç, Sevastopol və Şimali Qafqazın müdafiəsində iştirak etmişdir. Müharibə başlayanda o, 15-ci Hava Müdafiə Briqadasında rabitə cihazlarının mühəndisi kimi xidmət edirdi. 1943-cü ilin martına qədər bu vəzifədə çalışdı. 1943-cü ilin martından 1945-ci ilin mayına qədər Zaqafqaziya Cəbhəsinin 2-ci Hava Hücumundan Müdafiə Briqadasının artilleriya qrupunun rəhbəri olmuşdur.
Həsən Qasımov (Rəsul oğlu)
Qasımov Həsən Rəsul oğlu (16 mart 1957, Peştəsər, Yardımlı rayonu) — Komi Respublikası üzrə "Azərbaycan" cəmiyyətinin sədri. == Həyatı == Həsən Qasımov 16 mart 1957-ci ildə Yardımlı rayonunun Peştəsər kəndində anadan olmuşdur. 1964-1974-cü illərdə orta məktəbdə təhsil alıb.1974-cü ildə hərbi xidmətə yollanıb. 1976-cı ildə Axundov adına Rus dili ədəbiyyat institutuna daxil olub. Ali məktəbi bitirdiktən sonra təyinat üzrə Salyan, Şirvan rayonlarında rus dili və ədəbiyyat müəllimi kimi çalışıb. == Əmək fəaliyyəti == 1996-cı ildə Rusiya Federasiyasının Komi Respublikasının Uxta şəhərinə köçüb. 1997-ci ildə Komi Respublikası üzrə ilk dəfə olaraq "Azərbaycan" cəmiyyətinin əsasını qoyub və həmin təşkilatın 2015-ci ilə qədər sədri vəzifəsində çalışıb. Hazırda sözügedən təşkilatın fəxri sədridir. Komi Respublikası üzrə "Azərbaycan" cəmiyyətinin fəaliyyəti dönəmində fasilələrlə azərbaycan və rus dillərində "Azərbaycan" qəzeti nəşr olunub. Müsahibələrin birində Həsən Qasımov qeyd edib ki: "Əsas məqsədimiz Azərbaycanın dilini, dinini, mədəniyyətini və milli adət-ənənələrini qoruyub saxlamaq və təbliğ etməkdir.
Kadam Rəsul məscidi
Qadam-e-Rəsul ( ərəb : قدم الرسول) — Məhəmməd Peyğəmbərə ehtiramın bir növüdür. İslamın erkən dövrlərindən başlayan inancdan irəli gəlir ki, Məhəmməd qayaya ayaq basanda ayaq izi buraxmışdır. Bu inanc bəziləri tərəfindən heç vaxt qəbul edilmədi, lakin fikir geniş yayıldı və bu cür izlər, məsələn: Hindistandakı Dehli və Kattak bölgəsindəki Müqəddəs Ayaq izi ziyarətgahı və Topqapı sarayındakı nümayişlər və İstanbuldakı Əyyub Sultan məscidi ətrafında bir çox ziyarətgahların yaranmasına səbəb oldu.
Koxir Rəsulzadə
Qahir Rəsulzadə (Rəsulzodə, tac. Қоҳир Расулзода, 2007-ci il may ayına qədər — Əbdülqahir Əbdürəsul oğlu Nəzirov, tac. Абдуқоҳир Абдурасулович Назиров; 8 mart 1961) — Tacikistanlı siyasətçi, Tacikistanın 8-ci Baş Naziri, 23 noyabr 2013 tarixində təyin edildi. == Bioqrafiyası == Əbdülqahir Nəzirov 8 mart 1961-ci ildə Tacikistanın Suğd vilayətinin Qafurov rayonunun Kistakuz kəndində (indiki Histevarz icması) anadan olub. 1982-ci ildə Tacikistan Kənd Təsərrüfatı İnstitutunu (indiki Tacikistan Aqrar Universiteti) hidravlik mühəndisliyi ixtisası üzrə bitirib, bundan sonra öz işinə Kuder şəhərində, Tacikirsovxozstroy dərnəyinin inşaat laboratoriyasının texniki-nəzarətçisi kimi başlamışdır. Qafurov rayonu. Sonra Nəzirov istehsalat şöbəsinin mühəndisi, baş mühəndisi, PMK-4 rəisi, Tacirsovxozstroy müəssisəsinin rəisi vəzifələrində çalışdı. Əbdülqahir Nəzirov 2000-ci ilin yanvarından 2006-cı ilin dekabrı ayına qədər Tacikistan Respublikasının meliorasiya və su təsərrüfatı naziri vəzifəsində çalışıb. 2008-ci ildə Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Texniki elmlər namizədi elmi dərəcəsinə malikdir.
Lidiya Rəsulova
Lidiya Xudat qızı Rəsulova (4 dekabr 1941, Bakı – 5 fevral 2012, Bakı) — Azərbaycanın dövlət xadimi == Həyatı == Lidiya Rəsulova 1941-ci il dekabr ayının 4-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirərək o, 1959–1965-ci illərdə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda ali təhsil almışdır. Əmək fəaliyyətinə 1958-ci ildə Bakının ümumtəhsil və məktəbdənkənar tədris müəssisələrində başlayan Lidiya Rəsulova 1962–1981-ci illərdə gənclər təşkilatlarında, partiya və sovet orqanlarında ayrı-ayrı vəzifələrdə çalışmışdır. Lidiya Rəsulova 1981–1988-ci illərdə Azərbaycan Respublikası Həmkarlar İttifaqları Şurasının sədri, 1988–1992-ci illərdə Azərbaycan Respublikasının sosial təminat naziri olmuş, daha sonra Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi sədrinin müavini, 1993-cü ildən etibarən Azərbaycan Respublikasının təhsil naziri işləmişdir. Səhhətində yaranmış problemlərlə əlaqədar 1997-ci ildə təhsil naziri vəzifəsindən azad olunan Lidiya Rəsulova bir neçə çağırış SSRİ və Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. Lidiya Rəsulova bir çox orden və medallarla təltif edilmiş, dövlət quruculuğunda fəal iştirakına görə Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət" ordeninə layiq görülmüşdür. 2002-ci ildən prezident təqaüdçüsü olub.Lidiya Xudat qızı Rəsulova 2012-ci il fevralın 5-də vəfat etmişdir. == Xatirəsi == 2023-cü ildə tanınmış ictimai-siyasi xadim Lidiya Rəsulovaya həsr olunan və Dilarə Rüstəmin müəllifi olduğu "Tarixə yazılmış ömür" kitabı işıq üzü görmüşdür.
M.Ə.Rəsulzadə
Məhəmməd Əmin Rəsulzadə (az.-əbcəd محمد امین رسولزاده‎; tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə; 31 yanvar 1884, Novxanı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 6 mart 1955, Ankara, Türkiyə) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri (may-dekabr 1918). Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur. == Həyatı == Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Onun bilinən ən köhnə əcdadı, Novxanı kəndinin sakini Məhəmmədtağı Kərbəlayı Əliəkbər oğludur. Din xadimi olan atası oğlunu pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra Məhəmməd Əmin Rəsulzadə öz təhsilini Bakı Texniki məktəbində, rus dilində davam etdirmişdir, lakin təhsilini yarımçıq qoyaraq siyasi fəaliyyətə başlamışdır. === Sovet dövrü === Aprel işğalından sonra Bakıda qalmağın təhlükəli olduğunu və daim axtarıldığını hiss edərək Məhəmməd Əmin Rəsulzadə Bakını tərk edərək Abbasqulu Kazımzadə ilə Lahıca getdi, lakin Lahıcda vəziyyət getdikcə gərginləşirdi. Onun ciddi izlənilməsi haqqında məlumatlar da çatdırılırdı. Məhəmməd Əmin Rəsulzadə 1920-ci ilin avqustun 25-də Lahıcdan çıxıb Qaraməryəm istiqamətinə gedərkən həbs olundu. XI Ordunun Hərbi İnqilabi Şurasının Xüsusi şöbəsinin 1931 saylı həbs vərəqi əsasında Abbasqulu Kazımzadə ilə birgə həbs olunan Məhəmməd Əmin bəy özü haqqında 36 yaşı olduğunu, orta təhsilli və jurnalist olduğunu, hökumətdə olduğunu, Müsavat Partiyasının Mərkəzi Komitəsinin sədri olduğunu, öz hesabına yaşadığını və ailəli olduğunu açıqlamışdır. İosif Stalinlə şəxsi əlaqələri olduğu üçün Rəsulzadənin razılığını aldıqdan sonra Stalin belə məktubla müraciət etmişdi: Həbsdən azad edilən Məhəmməd Əmin Rəsulzadə ailəsi ilə görüşərək Moskvaya yola düşmüşdür.
Mirbala Rəsulov
Mirbala Əmirağa oğlu Rəsulov (17 oktyabr 1989; Şabran rayonu, Azərbaycan SSR — 6 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirbala Rəsulov 1989-cu il oktyabrın 17-də Şabran rayonunun Rəhimli kəndində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Mirbala Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirbala Rəsulov oktyabrın 6-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Şabran rayonunun Rəhimli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirbala Rəsulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirbala Rəsulov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirbala Rəsulov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mirzə Davud Rəsulzadə
Mirzə Davud Rəsulzadə (1900, Rusiya imperiyası – 1938, Bakı) — İnstitut direktoru. == Həyatı == 1900-cü ildə Mirzə Davud Rəsulzadə ziyalı ailəsində dünyaya göz açmışdı. Rus gimnaziyasını bitirdikdən sonra ölkədə baş verən hərc-mərcliklə barışmayan Davud Gürcüstana gedib hidromexanika sahəsində ali təhsil almışdır. Burada demokratların təşkilatına üzv olduqdan sonra o hər şeydə yenilik, novatorluq, fərqli yanaşma axtarmağa başlamışdı. Onun fərqli düşüncələri Tbilisidə “Gürcüstan” qəzetinin təsisçi və redaktoru olmasına gətirib çıxarmışdı. Bu irəliləyiş onun Azərbaycanın Gürcüstandakı nümayəndəliyində məsul vəzifəyə yüksəlməsinə təkan vermişdir. Fəaliyyət göstərdiyi illərdə Beriyanın hədəfinə tuş gələn ziyalımız Azərbaycana göndərildikdən sonra təqiblərə məruz qalmışdı. Xanımının xatirələrində o yüksək intellektli, mədəni, qeyri-adi, erudisiyalı, prinsipial, hündürboy, yaraşıqlı, gür saçları, mehriban baxışlara malik qəhvəyi gözləri olan insan kimi qaldı. Yenilikçi, tələbkar, yaradıcı insan kimi yaşayan ziyalımız həmin vaxt yalnız cismən öldürüldü. Mənən isə onun ideyaları, yanaşma tərzi, alimlərimizin qəlbinə əkdiyi milli oyanış rüşeymləri 17.06.1938-ci ilədək yaşadı.Mirzə Davud Rəsulzadə həm də Tbilisidə “Gürcüstan” qəzetinin təsisçisi və redaktoru olub.
Murad Rəsulov
Murad İlqar oğlu Rəsulov (5 avqust 2000; Şabran, Azərbaycan — 12 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı. == Həyatı == Murad Rəsulov 2000-ci il avqustun 5-də Şabran şəhərində anadan olub. 2006 il de Şabran şəhər 3 nömrəli tam orta məktəbinin 1-ci sinfinə getmişdir. 2013-cü ildə Şabran şəhər 2 nömrəli tam orta məktəbin liseyində təhsilin davam etdirmişdir. 2017-ci ildə Heydər Əliyev adına Ali hərbi (Akademiyaya) İnistutuna qəbul olmuşdur. == Hərbi xidməti == 27 sentyabır 2020-ci ildə 3-cü kursu bitirib kursant kimi döyüşlərə qatılan Murad Rəsulov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə "Qubadlının azad olunmasına görə", "İgidliyə görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

Значение слова в других словарях

ма́рка недоле́чивать однобо́кий парсе́к плечено́гие прираба́тываться са́дик тет-де-по́н халя́вщица хи́щница бессре́бреник дока́ливать ло́жечка распиха́ть стерня́ чу́ять щети́нистость юро́дский barrator colonus parlour-snake Smoky Hill squash rackets swelldom нет