Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elyana Boal
Elyane Boal (26 aprel 1998) — Kabo-Verdeni təmsil edən bədii gimnast. Elyana Boal 2016-cı ildə Kabo-Verdeni XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Elyane Boal 2016-cı ildə Kabo-Verde bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 38.640 xal topladı və sonuncu, 26-cı yeri tutaraq mübarizəni dayandırdı.
Felyanlar
Felyanlar — Böyük Fransa inqilabı dövründə Parisdə yaradılmış siyasi klubun üzvləri. Adı, iclaslarını keçirdikləri yerlə Felyan monastırı ilə bağlıdır. Yakobin klubunun tərkibindən çıxmış konstitusiyalı-monarxiya tərəfdarlarından və liberal zadəgan nümayəndələrindən ibarət idilər. 1792-ci il 10 avqustda Monarxiya devrildikdən sonra fəaliyyətlərinə son qoyuldu.
Avstriyalı Elyanora
Avstriyalı Elyanora (ing. Eleanor of Austria; fr. Éléonore d'Autriche) (15 noyabr 1498, Leuven – 18 fevral 1558) — Avstriya hersoqinası və Kastilya vəliəhdi, fərqli zamanlarda Portuqaliya və Fransa kraliçası. Kastilya kraliçası Yuannanın qızı olması səbəbilə bəzi mənbələrdə Kastilyalı Elyanora olaraq da anılır. == Həyatı == === İlk illəri === Elyanora 1498-ci ildə Kastilya kraliçası Yuanna və Kastiliyalı Filipin ilk övladı olaraq Belçikanın Löven şəhərində dünyaya gəldi. Anası Yuanna katolik monarxlar — Araqonlu Ferdinand və Kastilyalı İzabellanın qızı, atası Filip isə Müqəddəs Roma imperatoru I Maksimilyan və Burqonlu Mariyanın yeganə oğlu idi. Anası əqli cəhətdən zəif idi və bu səbəblə öncə atası, daha sonra isə əri tərəfindən dövlət idarəsindən uzaqlaşdırılmışdı. 1506-cı ilin sentyabrında atasının vəfatından sonra Elyanora bibisi Marqaritanın Antverpendəki sarayında yaşamağa davam etdi. Uşaq yaşlarında Elyanora İngiltərə kralının böyük oğlu və gələcəkdə İngiltərə kralı olan Henriylə nişanlandı. Ancaq çox keçmədən kral vəfat etdi.
Eleanor Porter
Eleanor Tomlinson
Eleanor May Tomlinson (19 may 1992, London) — İngiltərə aktrisası.
Elxanlar (Germi)
Elxanlar (fars. ايل خانلار‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 30 nəfər yaşayır (6 ailə).
Pavel Elyanov
Pavel Elyabov (ukr. Павло Володимирович Ельянов; 10 may 1983, Xarkov, Ukrayna SSR, SSRİ) — Ukrayna şahmatçısı, qrosmeyster. Pavel komandalararası şahmat olimpiadalarında iki qızıl medal və individual yarışlarda bir gümüş medal qazanmışdır. == Naliyyətləri == 2007-ci ildə Corus B turnirinin qalibi olaraq əsas turnirinə vəsiqə qazanmışdır. Sarayevoda keçirilən 2009 Bosna Şahmat Turnirinin qalibi oldu (7/10). Turnir ikili dairəvi sistem üzrə 6 nəfərdən ibarət idi. 2010-cu ilin mayında Həştərxanda keçirilən FIDE Grand Prix seriyasından olan turnirdə qalib gəlmişdir. 2012-ci ildə Aeroflot Opendə 1–3-cü yerləri bölüşdürmüşdür. 2014 Ukrayna Çempionatında 11 oyundan 7.5 xal ilə birinci oldu. 2014-cü ildə Şəmkir Beynəlxalq Şahmat Turnirinin B qrupunun qalibi oldu.
Vizeyli Elyanora
Vizeyli Elyanora (port. Leonor de Viseu) (2 may 1458, Beja – 17 noyabr 1525, Lissabon) — Portuqaliya kralı II Conun xanımı, Portuqaliyanın kraliça-konsortu. Atası Portuqaliya kralı I Eduardın oğlu İnfant Ferdinand, anası onun əmisi qızı İnfanta Beatrisdir. == Mənbə == Luttikhuizen, Frances (2016). Underground Protestantism in Sixteenth Century Spain. Vandenhoeck & Ruprecht. p. 30. ISBN 9783647551104 Stephens, Henry Morse (1903). The story of Portugal.
Elyanora Giorgi
Elyanora Giorgi (it. Eleonora Giorgi; 21 oktyabr 1953, Roma) — italyan aktrisası, rejissoru, ssenaristi və prodüseridir. == Bioqrafiyası == Elyanora Giorgi ilk dəfə böyük ekranda "Tarantulanın Qara qarnı" (1971) filmində epizodik Made rolunda görünmüşdür. İlk baş rolunu Salvatore Samperinin rejissoru olduğu "The Misfit" (1974) filmindəki Mariuccia obrazı ilə almış, burada onun partnyoru müğənni və bəstəkar Domeniko Modunyondu olmuşdur. O, 80-ci illərin italyan komediyalarında aparıcı qadın rollarının ifaçısı kimi şöhrət qazanmışdır. Eleonora Giorgi məşhur italyan komediyaçıları Adriano Çelentano, Renato Pozzetto, Conni Dorelli, Karlo Verdone ilə partnyor kimi çıxış etmişdir. 1979-cu ildə o, naşir Angelo Rizzoli ilə evlənmiş və 1984-cü ildə ondan boşanmışdır. 1988-ci ildə kinodan ayrılaraq ailəsi və uşaqları ilə fermada yaşamağa başlamışdır. 1993-cü ildə italyan aktyoru Massimo Civarro ilə evlənmiş və 1996-cı ildə yenidən boşanmışdır. 2003-cü ildə Giorgi 80-ci illərin komediyalarında onun əsas rəqibi olmuş Ornella Mutinin baş rolda oynadığı "Kişilər və Qadınlar, Həqiqət və Yalan" filminin rejissoru, ssenari müəllifi və prodüseri olmuşdur.
Elyane Boal
Elyane Boal (26 aprel 1998) — Kabo-Verdeni təmsil edən bədii gimnast. Elyana Boal 2016-cı ildə Kabo-Verdeni XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Elyane Boal 2016-cı ildə Kabo-Verde bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 38.640 xal topladı və sonuncu, 26-cı yeri tutaraq mübarizəni dayandırdı.
Sorbus leyana
Sorbus leyana (lat. Sorbus leyana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Ulyana Donskova
Ulyana Vyaçeslavovna Donskova (d. 24 avqust 1992) — Rusiyanı təmsil edən bədii gimnast. Ulyana Donskova, Rusiyanı 2012 London Olimpiadasında təmsil edib və qızıl medal qazanıb. == Karyerası == Ulyana Donskova 2012-ci ildə Rusiya bayrağı altında Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Anastasiya Bliznyuk, Alina Makarenko, Kseniya Dudkina, Anastasiya Nazarenko və Karolina Sevastyanova ilə birgə finalda 57.000 xal toplayaq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Ulyana Lopatkina
Ulyana Vyaçeslavovna Lopatkina (rus. Ульяна Вячеславовна Лопаткина; 23 oktyabr 1973, Kerç, Krım vilayəti[d]) — rus balet artisti, Mariinski teatrının prima-balerinası (1995–2017). Rusiyanın xalq artisti (2006), Rusiya Dövlət Mükafatı laureatı (1999) və Rusiya Hökumətinin mükafatı laureatı (2015). == Həyatı == Ulyana Vyaçeslavovna Lopatkina 23 oktyabr 1973-cü ildə Qara dəniz sahilindəki Kerç şəhərində anadan olmuşdur. Onun valideynləri Vyaçeslav İvanoviç və Yelena Georgiyevna müəllim idilər. Yevgeni adlı bir qardaşı da var. Uşaqlıqda rəqs dərnəklərində və idman gimnastikası bölməsində məşğul olmuşdur. 1991-ci ildə A. Vaqanova adına Rus Balet Akademiyasında professor Natalya Dudinskayanın sinfini bitirərək Mariinski teatrının balet truppasına qəbul olunmuşdur. 1995-ci ildə truppanın prima-balerinası seçilmişdir. 2000-ci ildə "Bayaderka" baletinin nümayişi zamanı topuq nahiyəsindən zədə almasına baxmayaraq, tamaşanı başa çatdıra bilmişdir.
Avstriyalı Elyanora (hersoqina)
Avstriyalı Elyanora (ing. Archduchess Eleanor of Austria) (2 noyabr 1534, Vyana – 5 avqust 1594, Mantova[d], Mantova əyaləti) — Mantuya hersoqu Quqlielmo Qonzaqanın xanımı. Atası Müqəddəs Roma imperatoru I Ferdinand, anası isə Bohemiyalı Annadır. == Mənbə == Boureau, Alain (1995). The Lord's First Night: The Myth of the Droit de Cuissage. Translated by Cochrane, Lydia G. The University of Chicago Press. p. 96 Noubel, P., ed. (1877). Revue de l'Agenais [Review of the Agenais].
Düsseldorflu Elyanora Maqdalena
Düsseldorflu Elyanora Maqdalena (alm. Eleonore Magdalene von Pfalz-Neuburg‎) (6 yanvar 1655, Düsseldorf – 19 yanvar 1720, Vyana) — Müqəddəs Roma imperatoru I Leopoldun üçüncü xanımı. Atası Palatin kürfürstü Filip Uilyam, anası isə onun xanımı Hesseli Elizabet Amaliyadır. Evlilikdən öncəki və ərinin vəfatından sonrakı illərini dini rituallar və Bibliyanın alman dilinə tərcüməsiylə keçirmişdir. == Mənbə == Mahan, J. Alexander: Maria Theresa of Austria READ BOOKS 2007 ISBN 1-4067-3370-9 Konrad Kramar und Petra Stuiber: "Die schrulligen Habsburger – Marotten und Allüren eines Kaiserhauses". Ueberreuter, Wien 1999, ISBN 3-8000-3742-4 Wheatcroft, Andrew (1995). The Habsburgs: Embodying Empire. London: Penguin Books. ISBN 0-670-85490-5 Braun, Bettina; Keller, Katrin; Schnettger, Matthias (4 April 2016). Nur die Frau des Kaisers?: Kaiserinnen in der Frühen Neuzeit (in German).
Eleanor Anna Ormerod
Eleanor Anna Ormerod (ing. Eleanor Anne Ormerod; d. 11 may 1828 — ö. 19 iyul 1901) — ingilis entomoloqu. == Həyatı == Eleanor Ormerod iqtisadi entomologiya sahəsində fəxri doktorluq dərəcəsi almışdır. 1828-ci ildə İngiltərədə Qərbi Qlosterşirdə (İngiltərə) üst sinif bir ailənin 10 övladından biri olaraq dünyaya gəldi. Eleanor da bir çox digər qız uşaqları kimi ilk təhsilini evdə aldı və uşaqların təhsilinə böyük diqqət yetirən ağıllı, sənətçi qadın olan anası Sara tərəfindən yetişdirildi. Eleanor bacı və qardaşlarının da təhsil almasına kömək etdi. Bu təcrübəsi ona mikroskopdan istifadəni, anatomiyanın əsaslarını və canlıların təsnifatı üsullarını öyrətdi. Eleanor həm ailə kitabxanasını, həm də 800 hektarlıq malikanələrini kəşf edə bilmək üçün çox zaman xərclədi.
Eleanor Cek Gibson
Eleanor Cek Gibson (ing. Eleanor J. Gibson) 7 dekabr 1910, Peoriya[d], İllinoys – 30 dekabr 2002, Kolumbiya[d] – ABŞ psixoloqu. 1931-1949-cu illərdə Smit kollecində dərs demişdir. "Perseptiv öyrənmə və inkişafın prinsipləri" (1969) əsərində göstərirdi ki, perseptiv öyrənmə faydalı informasiyalarda sensor stimulyasiyanın əvvəllər buraxılmış imkanlarının yenidən qurulma mexanizminin reallaşdırılması üsuludur. Ən mühüm əsərlərindən biri "Oxu psixologiyası"dır (1975).
Eduard Elyan
Eduar Vaqanoviç Elyan (20 avqust 1926-cı il, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ — 6 aprel 2009-cu il, Rostov) — Tupolev konstruktor bürosunun təyyarəçi-yoxlayıcısı. SSRİ-nin əməkdar təyyarəçi-yoxlayıcısı (1967), Sovet İttifaqı Qəhrəmanı (1971), polkovnik. == Həyatı == 1926-cı il avqustun 20-də Bakı şəhərində anadan olmuşdur. Ermənidi. 1938—1944-cü illərdə o, Moskva, Sverdlovsk və Norilskdə yaşamışdır. 1944-cü ildə Sverdlovsk Hərbi Hava Qüvvələrinin xüsusi məktəbini bitirmişdir. 1944-cü ilin iyun ayından orduya qoşulmuşdur. 1944-cü ildə Buquruslan şəhərində 9-cu hərbi aviasiya məktəbini bitirmişdir. 1948-ci ildə isə təyyarəçilərin Borisqlebsk hərbi aviasiya məktəbini. 1951-ci ilə qədər orada təyyarəçi-instruktor idi.
Elnar Kərimov
Kərimov Elnar Tahir oğlu — Azərbaycan futbolçusu. Azərbaycan Birinci Liqasında 2 dəfə ard-arda Azərbaycan, Türkiyənin Həvəskarlar Liqası 5 dəfə Türkiyə çempionu == Həyat və Karyerası == Elnar Kərimov 1985-ci ildə Azərbaycanın Mingəçevir şəhərində anadan olmuşdur. Futbolda qapıçı mövqeyində çıxış edən Elnar Kərimov, 2000–2002-ci illərdə Mingəçevir uşaq futbol klubunda Elbrus İsmayılovun köməyi ilə futbolun incəliklərini öyrənib. 2003–2004-cü illərdə "Ədliyyə" klubunda fəaliyyətini davam etdirib. 2004–2005-ci illərdə isə "Xəzər Lənkəranın" qapısını qoruyub. 2005–2013-cü illərdə "Qəbələ" klubunun şərəfini qoruyub. 2013-cü ildə "Karvan" klubuna transfer olub. Lakin orada sadəcə 3 ay oynayıb. 2014-cü ildə Türkiyənin Həvəskarlar liqasına üz tutub. Onun klubu "Ardahanspor" olub..
Elnar Qarayev
Qarayev Elnar Cəfər oğlu (26 yanvar 1983, Sumqayıt) — Azərbaycan teatr və kino aktyoru. == Həyatı == Elnar Qarayev 26 yanvar 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr kollektivinin rejissoru fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tələbə vaxtlarından Bakı Bələdiyyə Teatrında aktyor vəzifəsinə daxil olub. 2005-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorudur. == Əsas rolları == === Bakı Bələdiyyə Teatrı === Dönüş (Cəfər Cabbarlı) — Bayram Oğul (A. Babayev) — killer Məlikməmməd nağılı — Qara div Ölülər (Cəlil Məmmədquluzadə) — kəndli Domoklun qılıncı (Nazim Hikmət) — həkim Xəyanətin müsibəti (İ. Kərimov) — qapıçı Dəli Domrul (Altay Məmmədov) — sərkərdə Türk sancağı (A. Qurbani) — Xanəli === Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı === Dirilən adam (Mir Cəlal) — kəndli, məhbus Ölüləri qəbristanlıqda basdırın (İsmayıl Şıxlı) — aşıq Mesenat (Əli Əmirli) — tələbə Tıq-tıq xanım (Abdulla Şaiq) — sehrbaz pişik İkinci səs (Bəxtiyar Vahabzadə) — katib Bizim qışın sərgüzəşti (X. Həsənova) — Sakit İmzanın hökmü (T. Kazımov) — Cəlil Gəl Novruzum (S. Cavadlı) — 1-ci ozan Kvazimodo (Viktor Hüqo) — Culian Qoşer (dövlət naziri) Varlı qadın (Əli Əmirli) — mühafizəçi Dəlilər və ağıllılar (İlyas Əfəndiyev) — jurnalist Bu dünyanın adamları (Hidayət) — xidmətçi Hamlet (Uilyam Şekspir) — Marsel Qatil (Elçin) — süpürgəçi Boy çiçəyi (İlyas Əfəndiyev) — Bədəl Mənim günahım (İlyas Əfəndiyev) — Xansu Keçmişdən zəng (Anatoli Krım) — Kişi Yaşar (Cəfər Cabbarlı) — Yaşar == Mükafatları == 2006-cı ildə Zaqulbada keçirilən VI Beynəlxalq Audiovizual Festivalın aparıcısı olub. Həmin ildə Gəncə şəhərində keçirilən I Ümumrespublika bədii qiraət müsabiqəsinin diplomantı adını qazanıb. 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Yanmış körpülər (film, 2007) — rol: ərəb mühafizəçisi Biz qayıdacağıq (film, 2007) Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: əməliyyatçı Mürafiə vəkillərinin hekayəti (film, 2011) Ünvansız eşq (2011) Xoca (film, 2012) Üç görüş Muradına çatan Günəş Dərvişin qeydləri (film, 2013) Fədakar (film, 2015) Günəşim ol (teleserial, 2016) — rol: Fərhad Ölülər. 21-ci əsr.
Elyar Foks
Elyar Foks (ing. Elyar Fox) (15 iyul 1995, London) — azərbaycan mənşəli Böyük Britaniyalı müğənni, musiqiçi və söz yazıçısı. Onun fanatlarına "Fokserlər" deyilir. == Həyatı == Əsl adı Elyar Əfşari olan müğənninin anası ingilis, atası azərbaycanlıdır. O, İlinqdə anadan olmuş, Qrinfordda böyümüşdür. Təhsilini əvvəlcə Queensmead Məktəbində, daha sonra Costons Primary Schoolda almışdır. Elyarın özündən böyük bir qardaşı da var.
Elyar Mirzəyev
Mirzəyev Elyar Cəlal oğlu (6 sentyabr 1984, Bahar - 14.10.2020, Hadrut) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu, əsgər, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elyar Mirzəyev 1984-cü il senytabrın 6-da Beyləqan rayonunun Bahar qəsəbəsində dünyaya gəlib. O, 1990-cı ilə Sərdar İmrəliyev adına Bahar tam orta məktbin 1-ci sinfinə daxil olub. Uşaqlıqdan futbola xüsusi marağı və həvəsi olan Elyar oxuduğu illər ərzində Bahar futbol komandasında çıxış edib. Elyarın kapitanı olduğu komanda məktəblilər arasında keçirilən çempionatlarda birincilik qazanıb. 2001-ci ildə məktəbi bitirən Elyar artıq professional futbolçu kimi tək Beyləqanda yox, ölkə futbolunda da tanınan sima idi. O, bir neçə futbol klubundan təklif alsa da, hərbi xidmətə getməyi seçir. Əsgər Mirzəyev xidməti ərzində də futboldan ayrılmayıb, o, Ədliyyə nazirliyinin "Ədliyyə" futbol klubunda futbolu davam etdirib. Hərbi xidməti başa vurduqdan sonra 2004-cü ilin aprelindən Bakının "Bakılı" futbol klubunda çıxış edib. Sonra ailə qurması ilə əlaqədar olaraq rayona qayıdıb xırda bizneslə məşğul olan Elyar həm də Beyləqanın "Mil" komandasında oynayıb.
Elyar Muradov
Muradov Elyar Həbib oğlu (1963) - Azərbaycanın Əməkdar mühəndisi. == Həyatı == Elyar Muradov 14 iyun 1963-cü ildə Cəbrayıl rayonun Qumlaq kəndində doğulub. 1980-ci ildə Cəbrayıl rayonunun orta internat məktəbini bitirmişdir. 1985-ci ildə Xarkov Dəmir Yol Mühəndisləri institutunun "Vaqonqayırma və vaqon təsərrüfatı" ixtisasını tamamlayıb. Təyinatla Bakı vaqon Deposuna göndərilib. Depoda vaqon müayinəçisi kimi əmək fəaliyyətinə başlayıb. Elyar Muradov 1988-ci ildən 1989-cu ilədək Deponun texniki istehsalat şöbəsinin rəisi vəzifəsində çalışıb. Elyar Muradov 1989-cu ilədən 1991-ci ilədək Depoda baş texnoloq vəzifəsində işləyib. Elyar Muradov 1991-ci ilədən 1996-cı ilədək Deponun baş mühəndisi vəzifəsində çalışıb. Elyar Muradov 1996-cı ilədən 2004-cü ilədək Bakı vaqon deposunun rəisi vəzifəsində işləyib.
Elyar Məmmədov
Elyar Elbəyi oğlu Məmmədov (22 avqust 1990; Ağalıkənd, Biləsuvar rayonu, Azərbaycan — 27 oktyabr 2020; Füzuli rayonu , Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elyar Məmmədov 22 avqust 1990-cı ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Təzəkənd kənd tam orta məktəbində təhsilini başa vurduqdan sonra hərbi xidmətə yolanır. == Hərbi xidməti == Elyar Məmmədov 27 sentyabr 2020-ci il tarixində başlanan İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə vuruşmuş, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. O, 27 oktyabr 2020-ci il tarixində doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyar Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elyar Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Elyar Vəliyev
Elyar Arif oğlu Vəliyev (17 oktyabr 1991, Sədəfli, Qobustan rayonu – 19 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Elyar Vəliyev 1991-ci il oktyabrın 17-də Qobustan rayonunun Sədəfli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Elyar Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elyar Vəliyev oktyabrın 19-da Qubadlının azad edilməsi zamanı şəhid olub. ==== Ölümü ==== Elyar Vəliyev və 40 nəfərdən ibarət olan qrup oktyabrın 19-da Laçın dəhlizinə nəzarəti ələ almaq üçün ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Döyüşlər əvvəlcə Qubadlı rayonu istiqamətində olan əlverişli mövqelər uğrunda aparılmışdır. Qeyri-bərabər şəraitdə olan döyüşlərdə Ermənistan tərəfdən ~150–200 hərbi qulluqçusu döyüşmüşdür. 7 saatdan çox davam edən ağır döyüşlər nəticəsində Xüsusi Təyinatlı Qüvvələrdə Qrupun şəxsi heyətindən dörd nəfər — baş gizir Sübhan Cəbrayılov, baş gizir Camal İsmayılov, gizir Şəhriyar Quliyev , Kərim Əliyev və gizir Elyar Vəliyev həlak olmuşdur. Ümumi olaraq Elyar Vəliyevin mənsub olduğu tabor müharibə zamanı Xüsusi Təyinatlı Qüvvələrin ən çox şəhid verən taborudur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyar Vəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.