Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Enlibaş
Enlibaş (lat. Squalius) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə aid heyvan cinsi. Cinsə Avropa və Asiya yayılmış balıq növləri daxildir.
Amur enlibaşı
Amur enlibaşı (lat. Pseudorasbora parva) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin pseudorasbora cinsinə aid heyvan növü. == Xarakterik morfoloji əlamətləri == Bədəni üst tərəfdən sarımtıl-boz, yanlardan açıq boz, üzgəcləri (bel, döş, qarın, anal və quyruq) açıq sarımtıl rəngdədir. Körpə fərdlərdə bədənin arxa hissəsində yan xətti boyunca tünd rəngli qara zolaq olur, yetkin fərdlərdə bu zolaq itir. İri fərdlərin pulcuqlarının arxa hissəsi aypara formalı qara zolaqla örtülmüşdür. Azərbaycan sularında yaşayan Amur enlibaşının uzunluğu 3.1–9.5 sm, kütləsi 0.33–10.7 q arasında dəyişir. == Yaşayış yeri və həyat tərzi == Şirin və şortəhər su hövzələrində yaşayan Amur enlibaşı durğun su tutarlarında daha çoxsaylı olur. Qış aylarında yırtıcı balıqlardan qorunmaq üçün su hövzələrinin dib hissələrində passiv hərəkət edirlər. Ömrün uzunluğu orta hesabla 4–5 il olub, 1–2 yaşında cinsi yetkinliyə çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir.
Qafqaz enlibaşı
Qafqaz enlibaşı (lat. Squalius cephalus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin enlibaş cinsinə aid heyvan növü. Az saylı, yerli (aborigen) növdür. Ağzı ucda, yarım aşağıda və ya aşağıda olur. Bədəni iri və ya xırda pulcuqlarla örtülü olur. Cinsi dimorfizm zəif inkişaf etmişdir. Azərbaycan sularında yaşayan enlibaşların uzunluğu 45.0 sm, kütləsi 1 kq-a qədər olur. Şirin su balığı olub, başlıca olaraq, bulaq mənşəli, zəif axan çaylarda və su bitkilərinin gur inkişaf etdiyi durğun sularda yaşayır. Orta ömrün uzunluğu 7-il olub, cinsi yetkinliyə erkəklər 2, dişilər 3 yaşında çatır. Fərdi inkişaf forması tam çevrilmə, həyat sikli kürü-sürfə-körpə-yetgin fərd şəklində olur.
Dəlibaş (personaj)
Dəlisov (ing. Daredevil) — Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. "Daredevil" adında ilk komiks əslində 1963-cü ilin sentyabrında çıxmalı idi. Lakin gecikmələr üzündən bu müddətə çatmamışdır. Ona görə də onun əvəzində "Qisasçılar" komiksini buraxmalı olmuşdurlar. Daredevil isə düz 7 ay sonra — 1964-cü ilin aprelində nəşr olunmuşdur. == Həyatı == Əsl adı Matt Murdokdur. Atası bir boksçu idi və pulunu bu yolla qazanırdı. Atası oğlunun gələcəkdə sakin həyat tərzi keçirməsini və yaxşı peşə sahibi olmasını istəyirdi. Bir dəfə Matt yoldan keçən bir qoca kişini az qala yük maşını vurarkən itələyərək xilas etmişdir, amma bu zaman həmin yük maşının daşıdığı radioktiv maddə onun gözlərinə saçılmış və o, kor olmuşdur.
Elias
Elias — ad. Elias Kanetti — yəhudi əsilli Avstriya, Bolqarıstan, Böyük Britaniya yazıçısı Elias Mastokanqas — Finlandiya Veikkausliiqa təmsilçilərindən olan İnter Turku klubunda yarımmüdafiəçi. Elias Kozas — Yunanıstan müğənnisi.
Libas
Geyim — parçadan və müxtəlif materialalrdan hazırlanan, insanların bədənin müxtəlif hissələrini örtmək üçün istifadə etdiyi bədən örtüyü. Geyim adətən parçadan və ya toxuculuq materiallarından hazırlanır, lakin zaman keçdikcə heyvan dərisindən və ya digər materiallardan hazırlanmış geyimlər də yaranmağa başlanılmışdır. Geyim bütün insan cəmiyyətlərinin xüsusiyyətidir və yalnız insanla məhdudlaşır. Geyilən geyimin həcmi və növü cinsiyyət, bədən növü, sosial və coğrafi mülahizələrdən asılıdır. Geyim bir çox məqsədə xidmət edir: dəri və ətraf mühit arasında bir maneə təmin etməklə elementlərdən, kobud səthlərdən, həşərat dişləmələrindən, tikanlardan qoruyur. Paltar soyuq və ya isti hava şəraitinə qarşı müdafiə edir və yoluxucu və zəhərli materialları bədəndən uzaq tutaraq gigiyenik bir səth yarada bilir. Geyim həm də ultrabənövşəyi şüalanmadan qorunma təmin edir. Paltar geyinmək sosial bir normadır və başqalarının gözü qarşısında geyimdən məhrum olmaq utandırıcı hal yarada bilər. Dünyanın əksər yerlərində ictimai yerlərdə paltar geyinməmək ləyaqətsiz ifşa sayıla bilər. == Tarixi və mənşəyi == Arxeoloqlar 1988-ci ildə Rusiyada, Kostenki yaxınlığında tapılmış sümük və fil sümüyü tikiş iynələrini eramızdan təxminən 30 min il əvvələ aid olduğunu təyin etdilər.
Əlibay (Xaybulla)
Əlibay kəndi (başq. Әлибай) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Ufa kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Əlibay kəndinin milli tərkibi: başqırdlar 74 %. Məsafələr: rayon mərkəzindən (Akyar): 49 km., kənd sovetliyindən (İvanov): 3 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 77 km. Kənd Tanalık çayının sahilində yerləşir. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Elias Kanetti
Elias Kanetti (ing. Elias Canetti; 25 iyul 1905[…], Ruse – 14 avqust 1994[…], Sürix) — yəhudi əsilli Avstriya, Bolqarıstan, Böyük Britaniya yazıçısı, dramaturqu, kulturoloqu, sosial mütəffəkiri, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1981). == Həyatı == Yəhudi əsilli alman yazıçısı və dramaturq Elias Kanetti 1492-ci ildə İspaniyadan köç edən Sefard yəhudilərinin nəslindən idi. Keçmiş Osmanlı imperatorluğu ərazisində – indiki Bolqarıstanın Ruşuk şəhərində, zəngin tacir ailəsində doğulmuşdur. Maraqlıdır ki, 1952-ci ildə Böyük Britaniya vətəndaşlığını qəbul edənə qədər özünü Osmanlı təbəəsi saymışdı. Əsərlərini alman dilində yazmışdır. Əslində ailələrinin məişət dili ladino sayılırdı. Bu ispan dilinin Sefard yəhudiləri arasında təhrifə uğramış dialektlərindən biri idi. Lakin Elias Kanettinin ata-anası Vyanada təhsil aldıqlarından yalnız alman dilində danışırdılar və uşaqlarına da ana dili kimi, ilk növbədə almancanı öyrətmişdilər. Doğrudur, Elias Kanetti təhsil həyatına Britaniya məktəbində başlamışdı.
Elias Kozas
Elias Kozas (Ηλίας Κόζας) - Yunanıstan müğənnisi.
Elias Mastokanqas
Elias Mastokanqas (1 fevral 2001-ci ildə Finlandiyada anadan olub) — Finlandiya Veikkausliiqa təmsilçilərindən olan İnter Turku klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Finlandiyalı futbolçudur. == Klub karyerası == === İnter Turku === Kantola İnter Turku akademiyası vasitəsilə inkişaf etmişdir. Mastokanqas öz peşəkar karyerasında debütünü 19 avqust 2017-ci ildə Kemi klubuna qarşı oyunda etmişdir. O, 84-cü dəqiqədə Makumba Kancini ilə əvəz olunmuşdur. Həmin görüşdə İnter Turku kubok görüşündə rəqibinə 5-1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 9 yanvar 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Finlandiya Superkuboku görüşləri daxildir.
Plutarko Elias Kalyes
Plutarko Elias Kalyes (isp. Plutarco Elías Calles, pluˈtarko eˈli.as ˈkaʎes; 25 sentyabr 1877[…], Eroyka-Quaymas[d], Sonora – 19 oktyabr 1945[…], Mexiko) — Meksika dövlət xadimi, 1924–1928-ci illərdə Meksika Prezidenti, 1928–1936-cı illərdə "maksimat" dövründə ölkənin faktiki hökmdarı. Ateist olan Kalyesin katolik kilsəsinin fəal rəqibi kimi çıxış etmişdir. Kilsənin onun tərəfdarlarına qarşı apardığı repressiya kampaniyası katolik üsyançıları ilə hökumət qüvvələri arasında vətəndaş müharibəsi olan Kristeros müharibəsi ilə nəticələnmişdir. O, Meksikanı 70 ildən çox idarə etmiş Milli İnqilab Partiyasının (sonralar İnstitusional İnqilab Partiyası adlanır) qurucusudur. Plutarko Elias Kalyes 25 sentyabr 1877-ci ildə Eroyka-Quaymasda anadan olmuşdur. O, 1912–1919-cu illərdə Sonora qubernatoru kimi xidmət etmişdir və burada bir sıra qabaqcıl islahatlar həyata keçirmişdir. Kalyes 1919-cu ildə Venustiano Karransa hökumətinə daxil olmuşdur. Hər halda, o, Karransanın devrilməsində iştirak etmişdir. Kalyes 1920-ci ildən 1923-cü ilə qədər yeni prezident Obreqonun dövründə hökumət katibi olmuşdur.
Elias Ceyms Kori
Elias Ceyms Kori — (12 iyul 1928[…]) — Amerika üzvi kimyaçısıdır. Nobel mükafatı laureatı (1990 il) — "Üzvi sintez nəzəriyyəsini və metodologiyasının inkişafına görə". O, çoxlu reagentlər və texnikalar işləyib hazırlamış, bir sıra mürəkkəb üzvi birləşmələrin sintezini həyata keçirmişdir. 20-ci əsrin ən məşhur kimyaçılarından biri. Harvard Universitetinin fəxri professoru, ABŞ Milli Elmlər Akademiyasının üzvü (1966 il). Milli Elm Medalı (1988 il), Volf Mükafatı (1986 il) və bir çox digər fəxri adların laureatı. == Bioqrafiyası == E. Kori Bostondan 50 km aralıda, Massaçusets ştatının Methuen şəhərində livanlı mühacir ailəsində anadan olub. Anası E. Kori 18 aylıq olarkən dünyasını dəyişən atasının şərəfinə adını dəyişdirərək Elias qoymağa qərar verib. Böyük Depressiya zamanı onun dul qalmış anası, qardaşı, iki bacısı, bibisi və dayısı bir evdə yaşayırdılar. Elias Lorenz şəhərindəki katolik ibtidai məktəbində və orta məktəbdə oxuyub.
Elias Con Uoilkinson Gibb
Elias Con Uoilkinson Gibb 3 iyun 1857, Qlazqo – 5 dekabr 1901, London — şotland şәrqşünası. Qlazqo Universitetində təhsil almış, әrәb, fars, türk dillərini öyrənmişdir. 1878-ci ildən Londonda yaşamışdır. Xoca Sadəddin Əfəndinin "Tacüt-təvarix" əsərini mənbə olaraq götürərək, 1879-cu ildə "İstanbulun fəthi" (ing. “The capture of Constinople”) adlı əsərini nəşr etdirmişdir. Kritli Əziz Əli Əfəndinin "Müxəyyəlat"ından "Cavadın hekayəsi"ni (ing. “The story of Jewad”), "Qırx vəzir hekayəsi"ni (ing. “The forty vezirs”) tərcümə və nəşr etdirmişdir. Divan ədəbiyyatı haqqında yazdığı "Osmanlı şeiri tarixi" (ing. "A history of Ottoman poetry", 1900–09) ən məşhur əsərində divan şeirinin inkişafını tədqiq etmiş, şeirləri vəznli və qafiyəli şəkildə ingilis dilinə çevirmişdir.