Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hüquq ensiklopedik lüğəti
Hüquq ensiklopedik lüğəti — Azərbaycan Ensiklopediyasının Baş redaksiyası tərəfindən Bakıda 1991-ci ildə nəşr olunmuş və hüquq məsələləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş ensiklopedik lüğət. Azərbaycan dilində ilk dəfə nəşr olunmuş 544 səhifədən ibarət olan bu kitabda 1000-dən çox məqalə-məlumat verilmişdir. Lüğətdə dövlət hakimiyyəti orqanlarının işi, vətəndaşların hüquq və azadlıqları, onların həyata keçirilməsi qaydaları və s. şərh olunmuş, mühüm hüquqi anlayışlar təhlil edilmişdir. == Mənbə == Hüquq ensiklopedik lüğəti. Azərbaycan Ensiklopediyasının Baş redaksiyası.
Azərbaycan toponimlərinin ensiklopedik lüğəti
Azərbaycan toponimlərinin ensiklopedik lüğəti — İkicildlik Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Lüğətdə 12 minə yaxın coğrafi adın izahı verilmişdir. Lüğətin tərtibində Azərbaycanın görkəmli dilçi, tarixçi və toponimist alimlərinin tədqiqatları nəzərə alınmışdır.
Brokhauz və Efron ensiklopedik lüğəti
Brokhauz və Efronun ensiklopedik lüğəti (rus. Энциклопедический словарь Брокгауза и Ефрона, ЭСБЕ) – Fridrix Brokhauz və İlya Efron aksioner nəşr cəmiyyəti tərəfindən buraxılmışdır. (Peterburq, 1890-1907). Nəşr iki variantda buraxıldı – 41 əsas və 2 əlavə cild; 82 əsas və 4 əlavə cild. Hal-hazırda Brokhauz və Efronun ensiklopedik lüğəti 86 cilddən ibarətdir. Brokhauz və Efronun ensiklopedik lüğətində 121240 məqalə, 7800 şəkil, 235 xəritə vardır. == Tarixi == Ensiklopediyanın ilk variantı "Conversations-Lexicon" ensiklopediyasının alman dilindən rus dilinə tərcüməsi təşkil edirdi və oxucuların bir çoxunun tərcümənin keyfiyyətində narazılığına səbəb oldu. Baxmayaraq ki, tərcümədə iştirak etmək üçün nəşriyyata o dövrün ən tanınmış alim və filosofları dəvət edilmişdilər: D.İ. Mendeleyev, V.S. Solovyov, S. A. Venqerova, A. N. Beketova, A. İ. Voeykova və s. Sonralar "Conversations-Lexicon" ensiklopediyasına orijinal rus məqalələri daxil edilir ki, burada da əsas diqqət Rusiyaya, onun tarixinə, mədəniyyətinə və tarixinə aid mövzulara yönəldilmışdir. Tərcümə olunmuş məqalələrin orijinal məqalələrlə əvəz edilməsi, ensiklopediyanın bayağı lüğətdən elm və texnika sahəsində ən son kəşflər və yeniliklər haqqında məqalələr toplusuna çevrilir.
Brokhauz və Efronun ensiklopedik lüğəti
Brokhauz və Efronun ensiklopedik lüğəti (rus. Энциклопедический словарь Брокгауза и Ефрона, ЭСБЕ) – Fridrix Brokhauz və İlya Efron aksioner nəşr cəmiyyəti tərəfindən buraxılmışdır. (Peterburq, 1890-1907). Nəşr iki variantda buraxıldı – 41 əsas və 2 əlavə cild; 82 əsas və 4 əlavə cild. Hal-hazırda Brokhauz və Efronun ensiklopedik lüğəti 86 cilddən ibarətdir. Brokhauz və Efronun ensiklopedik lüğətində 121240 məqalə, 7800 şəkil, 235 xəritə vardır. == Tarixi == Ensiklopediyanın ilk variantı "Conversations-Lexicon" ensiklopediyasının alman dilindən rus dilinə tərcüməsi təşkil edirdi və oxucuların bir çoxunun tərcümənin keyfiyyətində narazılığına səbəb oldu. Baxmayaraq ki, tərcümədə iştirak etmək üçün nəşriyyata o dövrün ən tanınmış alim və filosofları dəvət edilmişdilər: D.İ. Mendeleyev, V.S. Solovyov, S. A. Venqerova, A. N. Beketova, A. İ. Voeykova və s. Sonralar "Conversations-Lexicon" ensiklopediyasına orijinal rus məqalələri daxil edilir ki, burada da əsas diqqət Rusiyaya, onun tarixinə, mədəniyyətinə və tarixinə aid mövzulara yönəldilmışdir. Tərcümə olunmuş məqalələrin orijinal məqalələrlə əvəz edilməsi, ensiklopediyanın bayağı lüğətdən elm və texnika sahəsində ən son kəşflər və yeniliklər haqqında məqalələr toplusuna çevrilir.
Ensiklopediya
Ensiklopediya (yun. enkýklios — "çevrə formalı"; paideí — "dərs", "bilik"; — sorğu kitabı olub insan biliyinin bütün sahələrini ardıcıl şəkildə və ətraflı əhatə edir. Köhnə Azərbaycandilli mənbələrdə Qamus; az.-əbcəd قاموس‎)Ensiklopediya – [yun. enkuklapaideia – biliklər dairəsi] Biliyin bütün və yaxud müəyyən ayrı-ayrı sahələrinə dair (aid) lüğət şəklində sistemə salınmış məlumatlar toplusu (məlumat kitabı), qamus. Məsələn, Azərbaycan Milli Ensiklopediyası, Tibb Ensiklopediyası; Bütün elm və əməli fəaliyyət sahələrinə dair sistemli və yığcam məlumat verən elmi nəşr. Ensiklopediyalarda materiallar əlifba sırası ilə, tək-tək hallarda mövzuya görə düzülür. Məzmununa görə universal, universal-milli ensiklopediyalar və sahə ensiklopediyaları olur; Lüğət formasında elmi sorğu vəsaiti; Məcazi mənada həyatı geniş və hərtərəfli əks etdirən bədii əsər haqqında. Məsələn, canlı ensiklopediya – hər şeydən məlumat verə bilən, hər şey haqqında müraciət edilə bilən adam haqqında.Ensiklopedik Ensiklopediyaya məxsus; Məcazi mənada hərtərəfli məlumata malik, hər şeydən məlumat verə bilən (adam); Elmin bir çox sahələrini əhatə edən; hər şeyi qavrayan, çoxcəhətli. Məsələn, ensiklopedik məlumat, ensiklopedik bilik; Ensiklopediya mahiyyətində olan. Məsələn, ensiklopedik lüğət.Universal ensiklopediyalar insaniyyat üçün ümumi biliyi təsvir edir, xüsusi ensiklopediyalar isə yalnız müəyyən bir sahə üzrə məhdud ancaq dərinləməsinə məlumat verir.
EOL (ensiklopediya)
Həyat Ensiklopediyası, (HE) (ing. The Encyclopedia of Life (EOL)) – müxtəlif mütəxəssislər tərəfindən birgə yaradılan, dünyada yaşayan və elmə məlum olan bütün 1,9 milyon bioloji növ haqqında məlumatlar toplamağı qarşısına məqsəd qoymuş internet ensiklopediyası. == Ümumi məlumat == Ensiklopediyada hər bir məlum növ haqqında ayrıca məqalələr olacaqdır. Buraya video, audio materiallar, şəkil və mətnlər daxil ediləcəkdir. Hesablamalara görə gələcəkdə, EOL ensiklopediyasında məqalələrin sayı təqribən 1,8 mln. ədəd olacaqdır. Layihənin verilənlər bazasına əvvəlcə heyvanlar və bitkilər haqqında məlumatlar daxil ediləcək, daha sonra mikroorqanizmlər, qazıntı halında tapılan bioloji növlər haqqında məqalələrin daxil edilməsi nəzərdə tutulmuşdur. Ensiklopediyanın saytına daxil olmuş hər bir internet istifadəçisi mətn, foto, xəritə, audio və video yazı şəklində müxtəlif informasiyalar əldə etmək imkanı qazanacaqdır. EOL ensiklopediyası wiki-texnologiya əsasında işləyəcək ki, bu da istənilən İnternet istifadəçisinin istənilən məqalədə dəyişiklik və əlavələr etmə imkanına malik olması deməkdir. Layihənin on il müddətində tam hazır olması nəzərdə tutulur və təqribən $110,5 milyona başa gələcəyi bildirilir.
Ensiklopediya nəşriyyatı
“Ensiklopediya Nəşriyyatı” — 2011-ci ildən etibarən Azərbaycanda əsasən məlumat-sorğu ədəbiyyatlarının nəşri üzrə ixtisaslaşmış müəssisə olaraq fəaliyyətə başlamışdır. Əsas fəaliyyət növü nəşr və çap işləri olan “Ensiklopediya Nəşriyyatı”nın tərkibində Nəşriyyat Departamenti, Redaktə və Korrektə Departamenti, Tərcümə şöbəsi, Yayım şöbəsi və Mətbəə fəaliyyət göstərir. Hazırda müəssisədə nəşriyyat və poliqrafiya sahəsində respublikamızda və xaricdə təhsil almış təcrübəli, yüksək ixtisasa malik 70-ə yaxın mütəxəssislər çalışırlar. Ən müasir və yeni poliqrafiya avadanlıqları ilə təchiz edilmiş müəssisədə dünyanın qabaqcıl texnologiyalarından istifadə edilir. Müəssisə hər il ümumi tirajı 1 milyondan çox olan və müasir tələblərə cavab verən çap məhsulları istehsal edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamının icrası ilə əlaqədar olaraq, “Ensiklopediya Nəşriyyatı” tərəfindən yüzlərlə kitab nəşr edilmişdir. “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 24 avqust 2007-ci il tarixli digər sərəncamın yerinə yetirilməsi ilə müxtəlif formatlı seriyalardan olan kitablar nəfis tərtibatla çap edilmişdir. 2011-ci ildən etibarən “Ensiklopediya Nəşriyyatı” məktəbəqədər və məktəbli uşaqlar üçün 100-dən çox müxtəlif adda kitablar, o cümlədən dərs vəsaitləri, iş dəftərləri, qiymətləndirmə vasitələri, sinif jurnalları və s. hazırlayaraq çap etmişdir. Ensiklopediya Nəşriyyatı hüquqi və fiziki şəxslər üçün kitabların, dərgilərin və müxtəlif məzmunlu digər ədəbiyyatın nəfis tərtibatda nəşrini və Beynəlxalq standart kitab nömrəsi – ISBN ilə dərc olunmasını yüksək səviyyədə təmin edir.
Onlayn ensiklopediya
Onlayn ensiklopediya — informasiyanın internet üzərindən axtarışı üçün istifadə olunan platformadır. İnformasiyanın növündən asılı olmayaraq axtarıldığı vəsaitin dəqiq və etibarlı olması ən vacib şərtdir. Bu səbəbdən də informasiya axtarışı zamanı müraciət olunan ən böyük mənbə ensiklopediyalardır. Ensiklopediyalar isə sorğu kitabı olub insan biliyinin bütün sahələrini ardıcıl şəkildə və ətraflı əhatə edirlər. Elm və texnologiyada müşahidə olunan sürətli inkişaf real cəmiyyətin virtual cəmiyyətlə əvəz olunmasına gətirib çıxarır. Bu əvəzlənmə nəinki digər sahələrə həmçinin informasiya axtarışına da təsir edir. İnternet üzərindən pulsuz bir ensiklopediya yaratmaq fikri Inerpedia tərəfindən 1994-cü ildə təklif etmişdir, təklifdə hər kəsin material qatqı edəbiləcəyi qeyd olunmuşdu. == Nümunələri == === Vikipediya === Vikipediya (ing. Wikipedia) — ümumi internet vasitəsilə azad yayımlanan ensiklopediyadır və dünyanın bir çox dillərində viki texnologiyasının tətbiq edilməsi nəticəsində könüllü istifadəçilər tərəfindən yaradılır. Viki havay dilində "nə qədər mümkünsə daha tez" mənasını verir.
Molla Nəsrəddin (ensiklopediya)
Molla Nəsrəddin Ensiklopediyası — Molla Nəsrəddin jurnalının ensiklopediyası == Haqqında == "Molla Nəsrəddin" ensiklopediyası– Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının, bütün mollanəsrəddinçilərin çoxcəhətli ədəbi–ictimai fəaliyyətinin ensiklopedik kitabıdır "Molla Nəsrəddin" ensiklopediyası AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsində nəşrə hazırlamışdır Kitabın baş redaktoru İsa Həbibbəyli AMEA-nın prezidenti Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, tərtib edəni və çapa hazırlayan Vüqar Əhməd, filologiya elmləri doktoru, professor. == Əhəmiyyəti == "Molla Nəsrəddin" ensiklopediyası– Azərbaycanda konkret bir ədəbi məktəb haqqında yazılmış birinci ensiklopediyadır "Molla Nəsrəddin" ensiklopediyası mollanəsrəddinçi ədəbiyyatın tarixi və ənənələrinə dair hesabat, sabah haqqında bələdçidir. == Məzmunu == Mollanəsrəddinçilik – geniş mənada "Molla Nəsrəddin" ədəbi məktəbinin nizamnaməsi,tənqidi realizm ədəbi cərəyanının əsasnaməsidir. Milli müstəqillik və siyasi-mənəvi azadlıq uğrunda mübarizə aparmaq mollanəsrəddinçilik hərəkatının əsas qayəsidir XX "Molla Nəsrəddin" ensiklopediyası əsrin əvvəllərinin milli-demokratik intibah proseslərinin əsas lokomotivi C.Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalı idi. "Molla Nəsrəddin" ədəbi cəbhəsi XX əsrin əvvəllərində mövcud olan müxtəlif təmayüllü ədəbiyyat və mətbuat meydanında ən davamlı, ardıcıl və mübariz bir hərəkat idi. "Molla Nəsrəddin" ədəbi məktəbi universal xarakterə malik olub, özündə tənqidi-realist ədəbiyyat məktəbini, satirik publisistika məktəbini və karikatura məktəbini birləşdirmişdir C.Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalı XX əsrin əvvəllərinin ədəbiyyat və mətbuat cəbhəsinin liderliyi missiyasını uğurla həyata keçirmişdir C.Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalı bütün istiqamətlərdə ictimai-siyasi hadisələrə və ədəbi prosesə ciddi təsir göstərmiş və istiqamət vermişdir. Baş redaktor, görkəmli yazıçı C.Məmmədquluzadənin (1869-1932) səyləri nəticəsində "Molla Nəsrəddin" cəbhəsi ədəbi məktəb səviyyəsinə çatdırılmışdır. Sözün əsl mənasında C.Məmmədquluzadə Azərbaycan ədəbi-ictimai fikrində milli azadlıq düşüncəsinin sərkərdəsidir "Molla Nəsrəddin" jurnalı–Cəlil Məmmədquluzadənin və bütün mollanəsrəddinçilərin əsərlərinin çoxcildlik külliyyatıdır.
Viruslar haqqında ensiklopediya
Yeni Beynəlxalq Ensiklopediya
Yeni Beynəlxalq Ensiklopediya (ing. New International Encyclopedia) — Amerika ensiklopediyası idi. İlk dəfə Dodd, Mead və şirkət tərəfindən 1902-ci ildə nəşr edilmişdir.
Ensiklopediya (Fransa XVIII əsr)
Ensiklopediya və ya elmlərin, incəsənətin, sənətin izahlı lüğəti (fr. Encyclopédie, ou Dictionnaire raisonné des sciences, des arts et des métiers) — Fransada 1751-1780-ci illərdə Deni Didronun və riyazıyatçı Jan Leron Dalamberin təşəbüsü ilə yaradılan, universal arayış sözlüyünün müəllif - tərtiblçilər qrupu. Bu maarifləndirici arayış kitabının nəşrində Jorj-Lui Lekler de Büffon, Volter, Klod Adrian Helvetsi, Pol Anri Holbax, Lui de Jokur, Etyenn Bonno de Kondilyak, Jan Jak Russo, Ann Rober Jak Türqo və bir çox başqa mühəndis, yazıçı və alimlər yaxından iştirak etmişdilər.
Vikipediya. Virtual ensiklopediya (kitab)
Vikipediya. Virtual ensiklopediya — Vikipediyanın yaranma tarixinə, hazırkı vəziyyətinə və mövcud problemlərə həsr olunmuş kitab. == Ümumi məlumat == 2010-cu ildə ilk dəfə nəşr olunan “Vikipediya. Virtual ensiklopediya” kitabında Vikipediyanın yaranma tarixi, hazırkı vəziyyəti haqqında məlumat verilir, mövcud problemlərə toxunulur. Kitabda ensiklopedik məqalələrin yaradılması üçün tətbiq edilən qayda və mexanizmlər geniş şərh edilir. Eyni zamanda, Vikipediya fəlsəfəsi, Vikipediya layihəsini idarə edən Vikimedia Fondunun fəaliyyəti və Vikipediyanın törəmə layihələri haqqında geniş məlumat verilir. Kitabda Vikipediyada məqalələrin yaradılması qaydalarına və ensiklopediyada qəbul olunmuş ümumi şablonlara həsr edilmiş məlumatlar da mövcuddur ki, onlardan istifadə etməklə sərbəst, müxtəlif mövzulara həsr edilmiş məqalələr yaratmaq və redaktələr etmək mümkündür. “Vikipediya. Virtual ensiklopediya” kitabında, həmçinin Vikipediyada baş verən informasiya müharibələri haqqında da geniş bəhs edilir, bununla bağlı problemlər açıqlanır və İnternet mühitində fəaliyyət göstərən digər populyar ensiklopediyalar haqqında da zəruri məlumatlar verilir. == Mənbə == “Vikipediya.
Ensiklopediya və ya elmlərin, incəsənətin, sənətin izahlı lüğəti
Ensiklopediya və ya elmlərin, incəsənətin, sənətin izahlı lüğəti (fr. Encyclopédie, ou Dictionnaire raisonné des sciences, des arts et des métiers) — Fransada 1751-1780-ci illərdə Deni Didronun və riyazıyatçı Jan Leron Dalamberin təşəbüsü ilə yaradılan, universal arayış sözlüyünün müəllif - tərtiblçilər qrupu. Bu maarifləndirici arayış kitabının nəşrində Jorj-Lui Lekler de Büffon, Volter, Klod Adrian Helvetsi, Pol Anri Holbax, Lui de Jokur, Etyenn Bonno de Kondilyak, Jan Jak Russo, Ann Rober Jak Türqo və bir çox başqa mühəndis, yazıçı və alimlər yaxından iştirak etmişdilər.