Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Epiqonlar (mifologiya)
Epiqonlar (q.yun. ἐπίγονοι, hərfi tərcüməsi — "nəsil davamçıları") qədim yunan mifologiyasında — Fivaya qarşı məşhur yürüşdə iştirak edən qəhrəmanların oğulları. Onlar atalarının uğursuz yürüşündən on il sonra yeni müharibəyə başlamışlar. Epiqonlar bunlar idilər: Amfiarayın oğlu Alkmeon, Adrastın oğlu Egialey, Tideyin oğlu Diomed, Parfenopeyanın oğlu Promax, Kapaneyin oğlu Sfenel, Polinikin oğlu Fersandr və Mekisteyin oğlu Evrial. Delfa orakulunun göstərişi ilə əsas komandanlıq Alkmeona verilir. O, arqoslulardan ibarət böyük bir qoşunla şəhərə yaxınlaşır. Fivalılara Eteoklun oğlu Laodamant rəhbərlik edirdi. O döyüşdə öləndən sonra (epiqonlardan bu döyüşdə Egialey ölür) fivalılar şəhərlərinə geri çəkilirlər. Amma sonra öncəgör Tiresinin məsləhəti ilə Fivanı tərk edirlər və arqosluların yanına sülh təklifi ilə çapar yollayırlar. Fivalıların şəhərdən qaçdıqlarından xəbər tutan arqoslular şəhəri ələ keçirib dağıdırlar.
Epidot
Epidot — Ca2 Fe Al2O [SiO4] [Si2O7] (OH) - Monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Növ müxtəliflikləri == Pyemontit, tamavit, muxinit və başqaları. == Xassələri == Rəng – adətən müxtəlif intensivlikli yaşıl: sarımtıl-yaşıl, püstəyi-yaşıl, otu-yaşıl, tünd-yaşıl, bəzən çəhrayı, boz, qara, rəngsiz; Mineralın cizgisinin rəngi – ağdan püstəyi-yaşıladək; Parıltı – güclü şüşə, qatranı, ayrılma müstəvilərində–sədəfi; Şəffaflıq – yarımşəffaf, nadir hallarda şəffaf; Sıxlıq – 3,38-3,49; Sərtlik – 6-7; Ayrılma – {001} üzrə mükəmməl, {100} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari, qeyri-hamar; Morfologiya – kristallar: prizmatikdən iynəvariyədək, çox vaxt izununa istiqamətli kəskin cizgilərlə örtülü olur; İkiləşmə: çox zaman {100}, bəzən {001} üzrə; Mineral aqreqatları: druzalar, radial-şüalı, çubuq - və kolvari, sıx massiv əmələgəlmələr. == Mənşəyi və yayılması == Tipik kontakt-metasomatik mineral olub, skarnlarda geniş yayılmışdır. Hidrotermal epidot adətən müxtəlif püskürmə süxurlarda olan piroksenlərin, amfibolların və plagioklazların hidrotermal dəyişilmələri zamanı əmələ gəlir. Epidota habelə hidrotermal damarlarda, effuziv süxurların badamcıqlarında və terrigen mineral kimi qumlu-gilli çöküntülərdə rast gəlinir. Metamorfik epidot yaşıl şistlərdə, qneyslərdə, kristallik şistlərdə, amfibolitlərdə qeyd olunur. Birlikdə rast gəldiyi minerallar: qranat, vezuvian, diopsid, xlorit, skapolit, albit, kvars və b. Mineralın tapıldığı yerlər: Knappenvand (Avstriya); Sen-Qotard (İsveçrə); Katsna-Yama, Polyakov (Rusiya) və b.
Epiloq
Epiloq (yun. έπίλογος — sözdən sonra) — sonuncu hissə, bitmiş əsərə əlavə olunan və əlavə olunması mütləq olmayan hissə. Proloq kimi əvvəlcə əsərdə bəhs olunan şəxslər haqqında məlumat verir və ya oxucunu şəxsin əvvəlki həyatı haqqında məlumatlandırır. Epiloq ondan fərqlənir ki, düşüncə ola bilər, onda epiloq — həmişə hekayə kimi olur. Tipik epiloq — bəzən hər hansı bir başlığı olmadan — Dostoyevski və Turqanov kimi əsəri bitirirlər. Epiloqlar ümumiyyətlə gələcəkdə, əsas süjet bitdikdən sonra baş verir. Bəzi janrlarda, bir sıra əsərlərdə növbəti hissəyə işarə etmək üçün istifadə edilə bilər. Oxucuların marağını təmin etmək və hekayənin bitməmiş hissələrini gizlətmək üçün də istifadə olunur .
Epizod
Epizod (yun. επεισόδιον – əlavə) – Süjeti böyük və mürəkkəb əsərin (roman, poema, dram) müəyyən bitkin hissəsi. Ədəbi əsərin (epik, lirik-epik və dramatik) süjetinin, həmçinin kinofilmin nisbətən müstəqil məna daşıyan bitkin hissəsi. Homerin “İliada” əsərində Hektor və Andromaxanın vidalaşması, Nizaminin “İsgəndərnamə” poemasında İsgəndərin Bərdəyə gəlişi klassik Epizodlardandır. Hadisələrin dinamik inkişaf qanunlarına ciddi surətdə tabe olan dram əsərlərində Epizoda yer verilmir, lakin əxlaq komediyalarında bu mümkündür. “Epizod” termini müasir anlamda öz mənasını genişləndirmişdir. Məsələn, “Ulduz müharibələri” filmin də ayrı-ayrı seriyalar “Epizod” adlanır. 1)əhvalat, hadisə, vaqiə, təsadüf, ittifaq; 2)ədəbi-bədii əsərin az-çox bitmiş, müstəqil olan bir parçası; Məsələn, romandan bir epizod danışdı; 3)təsadüfi bir əlamət, vəziyyət və ya hadisə. Epizodik – 1)sistematik xarakter daşımayan, təsadüfdən-təsadüfə olan. Məsələn, epizodik kömək, işin gedişinin epizodik yoxlanması; 2)yalnız ayrı-ayrı səhnələrdə, epizodlarda görünən, daimi olmayan.
Paqon
Poqon (rus. погон) — xüsusi geyim formalarında çiyin üstdə daşınan hərbi rütbənin yerləşdiyi geyim elementi və ayrı — ayrı nazirliklərə, idarə və təşkilatlara mənsub olma fərqlənmə nişanları. Hərbi və ya başqa rəsmi paltarda çiyinə tikilən və ya yapışdırılan fərqlənmə nişanı. Hal-hazırda dünyanın bütün ordularında istifadə edilir. İlk dövrlərdə poqonlar çiyində asılan qılınc və patron qutusunun kəmərinin sürüşüb düşməsinin qarşısını almaq üçün istifadə edilirdi.
Piton
Əsl pitonlar (lat. Python) – pitonlar fəsiləsinə aid ilan cinsi.
Poqon
Poqon (rus. погон) — xüsusi geyim formalarında çiyin üstdə daşınan hərbi rütbənin yerləşdiyi geyim elementi və ayrı — ayrı nazirliklərə, idarə və təşkilatlara mənsub olma fərqlənmə nişanları. Hərbi və ya başqa rəsmi paltarda çiyinə tikilən və ya yapışdırılan fərqlənmə nişanı. Hal-hazırda dünyanın bütün ordularında istifadə edilir. İlk dövrlərdə poqonlar çiyində asılan qılınc və patron qutusunun kəmərinin sürüşüb düşməsinin qarşısını almaq üçün istifadə edilirdi.
Pifon
Pifon və ya Piton ( q.yun. Πύθων) — qədim yunan mifologiyasında Apollon tərəfindən işğal edilməmişdən əvvəl Delfi orakulunun girişini qoruyan, Qayanın oğlu (varianta görə, Hera) hesab edilən ilan. Başqa bir versiyaya görə, Pifon özü Apollondan əvvəl peyğəmbərliklər vermişdir. Pifiya onun şərəfinə adlandırılmışdır.
Edison Miranda
Edison Miranda(d. 7 Yanvar, 1981,Kolumbiya.) — 2001-2014-cü illərdə fəaliyyət göstərmiş, Kolumbiyalı peşəkar boksçu. == Həyatının ilk illəri == Miranda 1981-ci ildə Buenaventura, Kolumbiyada anadan olmuşdur. O, bir aylıq olanda anası tərəfindən tərk edilir. 9 yaşında Kolumbiyada küçə həyatı yaşamaqdan qaçır. O, anasının axtarışına çıxır və sonda anasının qardaşını tapır. Dayısı ona heçnə demir və düşünür ki, əgər o doğurdanda bacısının oğludursa, onun ayağında doğum ləkəsi olmalıdır. Miranda ləkəni göstərərək bunu sübut edir. Adam onu anasının yeni evinə gətirir. Anası onu yenidən tərk edir.
Gennadi Şpiqun
Gennadi Şpiqun (5 fevral 1947, Babayurd, Dağıstan MSSR – mart 2000, İtum-Kali rayonu, Çeçenistan) — Rusiya dövlət xadimi. Milis general-mayoru, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Çeçenistan Respublikasındakı səlahiyyətli nümayəndəsi. 1999-cu ildə Qroznı hava limanında bir təyyarədən qaçırılır. Qaçıranlar fidyə tələb etsələrdə, lakin federal hökumət bunu rədd edir. Həm Rusiyanın, həm də İçkeriyanın güc strukturları tərəfindən həyata keçirilən Şpiqunu tapıb azad etmək cəhdləri müvəffəqiyyətsizliyə uğrayır. Onun cəsədi 2000-ci ilin martında İtum-Kali kəndi yaxınlığında tapılır. == Bioqrafiyası == Dağıstanın Babayurd rayonunda anadan olmuşdur. Dağdizel zavodunda freze maşını operatoru işləyir. 1969-cu ildən ictimai və siyasi işlə məşğul olur: 1969–1980-ci illərdə Kaspiysk şəhər komsomol komitəsinin katibi, Komsomolun Dağıstan vilayət komitəsinin şöbə müdirinin müavini, komsomol katibi vəzifələrində çalışır. 1980-ci ildə Şpiqun Sovet İttifaqı Kommunist Partiyası Dağıstan Vilayət Komitəsinin şöbə təlimçisi, təşkilati və partiya işləri şöbəsinin müdir müavini vəzifəsini icra edir.
Nipiqon gölü
Nipiqon (ing. Nipigon Lake) — Kanadanın şimal-qərbində, Ontario vilayəti ərazisində yerləşir. Adanın sahəsi 4848 km², dəniz səviyyəsindən hündürlüyü 260 m, maksimal dərinliyi 165 m təşkil edir. Nipiqon gölü Böyük göllər sisteminə daxildir. Göl Nipiqon çayı ilə Yuxarı gölə birləşir. Gölün sahilləri az məskunlaşılmışdır. Girintili-çıxıntılıdır. Daxilində əllidən çox göl vardır. Gölün hövzəsində Karibu maralı yayılmışdır. Geoloji baxımından Aqassis gölünün qalığıdır.
Tomas Edison
Tomas Alva Edison (11 fevral 1847[…], Maylan[d], Ohayo – 18 oktyabr 1931[…], Vest-Orinc[d], Nyu Cersi) — amerikalı ixtiraçı və sahibkar. Amerika Birləşmiş Ştatlarında onun adına 1098, xaricdə isə 3 min patent mövcuddur. O teleqrafı, telefonu, kino aparatını təkmilləşdirmiş, elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil etmişdir. O həmçinin elektrovoz istehsalına başlamış, fonoqraf kəşf etmişdir. Onun təklifi ilə telefon danışığının əvvəlində "alo" deyilməyə başlanmışdır. Tomas Edison orta məktəbdə cəmi 3 ay oxumuşdur. İlk 3 aylıq təlimdə ciddi irəliləyiş göstərə bilmədiyinə görə, müəlliməsi Toması "kütbeyin" adlandırmış və bundan sonra o, evdə anası tərəfindən təhsil almalı olmuşdu. Edison yazırdı: "Anam mənə o qədər inandı, o qədər əmin oldu ki, onun ümidlərini qırmamaq üçün nəsə etməli olduğumu anladım". Tomas Alva Edison 1876-cı ildə Amerika Birləşmiş Ştatlarında tədqiqat xarakterli ilk laboratoriya açmışdır. Dünyada sənaye və ictimai məqsədlər üçün işlədiləcək ilk elektrik stansiyası məhz Edisonun rəhbərliyi altında 1882-ci ildə qurulmuşdur.
Çarlz Evison
Çarlz Evison (d. 16.2.1709, Nyukasl apon Tayn, Britaniya İmperiyası - ö. 10.5.1770, Nyukasl apon Tayn, Britaniya İmperiyası) — Barokko və Klassik dövrlərində yaşayıb yaratmış ingilis bəstəkarıdır. O, həmçinin kilsə orqançısı idi.
Epizod rol
Epizodik rol (ing. Cameo episode) və ya kameo (ing. cameo) — tamaşalar, filmlər, video oyunlar və televiziya kimi səhnə sənətlərində insanlar tərəfindən yaxşı tanınan birinin qısa müddətli görünməsinə deyilir. == Haqqında == Kinofilmlərdə Alfred Hitchcock epizod rollarının birincilərindən olub. Son dövr rejissorlarından olan Quentin Tarantino da epizod rollarında adları çəkilən rejissorlardandır. Cameo sözünün ingiliscə mənası bəzəməkdir. Üstəlik, bəzi rejissorlar öz filmlərində qısa olaraq özləri də oynayırlar. Frank Coraci rejissorluq etdiyi "Around the world in 80 days" və "The waterboy" filmlərində özü də oynamışdı. M. Night Shayamalan "The village", Alfred Hitchcock "Murder" filmlərində özləri də qısa olaraq görünürlər. Bundan əlavə, bəzən rejissorun dostları rejissorun filmlərində qısametrajlı rollar alırlar.
Elison Pill
Elison Pill (27 noyabr 1985, Toronto) — Kanada aktrisası. == Filmoqrafiyası == === Film === 2002: Perfect Pie 2003: Fast Food High 2003: Eprilin qonaqlığı 2005: Dear Wendy 2007: Dan in Real Life 2008: Milk 2010: Skott Pilqrem dünyaya qarşı 2011: Goon 2011: Portraits in Dramatic Time 2014: Cooties 2015: Zoom 2016: Yaşasın Sezar! 2017: Goon: Last of the Enforcers === Televiziya === 1998: Anatole 2006: The Book of Daniel 2012: The Newsroom 2016: The Family 2019: Devs === Telefilmlər === 1998: Degas and the Dancer 1999: Different 1999: What Katy Did 2000: Baby 2000: The Other Me 2000: Redwall: The Movie 2001: Midwives 2001: What Girls Learn 2002: The Pilot's Wife 2003: An Unexpected Love 2004: Plain Truth === Video filmlər === 2010: Scott Pilgrim vs. The World vs.
Pion
Pion (lat. Paeonia) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin pionkimilər fəsiləsinə aid bitki cinsi. Bu bitki həkim Peonun şərəfinə adlandırılmışdır. Avropa və Asiyada Pion fəsiləsinə aid 40 növə yaxın çoxillik ot bitkisi məlumdur. Onlardan iki növ Şimali Amerikada geniş yayılmışdır: Vittman pionu (lat. Paeonia wittmanniana) — formaca sarı-ağ rəngli piyaləyə bənzəyən iri güllü, dərman pionu (lat. Paeonia officinalis) sadə qırmızı güllü, ağ güllü pion (lat. Paeonia lactiflora) iri ağ güllü bitkidir. Pionlar pöhrələr vasitəsilə çoxalır ki, bu dövrdə gövdə də 3-4 tumurcuq və bir neçə kök yumrucuqları olur. Pionu əkərkən cücərtiləri elə basdırmaq lazımdır ki, tumurcuqlar torpağın üst səthində qalsın.
Ekiqo Ehiosun
Ekiqo Ehiosun - Nigerialı Futbolçu. Ekiqo Ehiosun Azərbaycan komandalarından Qəbələdə çıxış edir. Ehiosun 1990-cı ildə doğlub.
Epton Sinkler
Epton Bill Sinkler (ing. Upton Beall Sinclair, Jr.; 20 sentyabr 1878[…], Baltimor, Merilend – 25 noyabr 1968[…]) — Amerikan yazıçı, jurnalist və publisist. Pulitser mükafatı laureatı (1943) == Həyat və fəaliyyəti == Epton Bill Sinkler 20 sentyabr 1878-ci ildə Merilend ştatının Baltimor şəhərində anadan olmuşdur. "Cəngəllik" (1905), "Paytaxt" (1908), "Məhəbbət sınağı" (1911), "Silviya" (1913), "Silviyanın ərə getməsi" (1914) və s. romanlarında ictimai-tənqidi motivlər güclüdür. "Kral Kömür" (1917), "Cimmi Higgins" (1919) romanlarında sosializm ideyalarını, Böyük Oktyabr sosialist inqilabını müdafiə etmişdir. Antifaşist əsərlər ("Avtomobil kralı", 1937 və s.) yazmışdır. Lenni Bedd haqqında epopeyasının (kitab 1–11, 1940–1953) son kitablarında "soyuq müharibə" əhvali-ruhiyyəsi əksini tapmışdır. Ömrünün son illərində nüvə müharibəsi təhlükəsi əleyhinə çıxmış, SSRİ-yə rəğbətini bildirmişdir. Epton Sinkler 25 noyabr 1968-ci ildə Nyu-Cersi ştatının Baund Bruk şəhərində vəfat etmişdir.
Kazuo Eçiqo
Kazuo Eçiqo (d. 28 dekabr 1965) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib, 1 qol vurub.
Tiqon (heyvan)
Tiqon (ing. "Tiger"-pələng və "lion"-şir) — erkək pələng və dişi şir arasənda hibrid yırtıcı heyvan. Tiqonun liqrdan fərqi odur ki, tiqon ata tərəfdən pələng və ana tərəfdən şirdir. Liqr isə əksinə. Tiqonlar da liqrlar kimi təbiətdə görsənmirlər. Tiqonlar hər iki valideynlərinin əlamətlərini daşıyırlar. Məsələn, onun başındakı ləkələr ana genlərindən (şirlər ləkə ilə doğulur), zolaqlar isə ata genlərindən qaynaqlanır. Zooloq ekspertlər deyirlər ki, tiqonlar liqrlardan fərqli olaraq təsadüfən təbiətə düşsə, yaşaya bilər. Çünki tiqonun qaçış sürəti saatda 70–75 km-dir. Bu da ov ovlamaq üçün kifayətdir.
Torlu piton
Torlu piton (lat. Python reticulatus) – pitonlar fəsiləsinin əsl pitonlar cinsinə aid heyvan növü. Reticulated python life history Arxivləşdirilib 2019-08-27 at the Wayback Machine at Reticulatedpython.info Arxivləşdirilib 2010-03-14 at the Wayback Machine. Yoxlanılıb 01.03.2011 Python reticulatus Arxivləşdirilib 2009-09-17 at the Wayback Machine at Exotic-pets.eu. Accessed Yoxlanılıb 01.03.2011.
Gertrud Elion
Gertrud Elion(23 yanvar 1918[…], Nyu-York ştatı – 21 fevral 1999[…]) — Amerikalı biokimyaçı və farmakoloq. 1988-ci ildə Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatını alıb. Bir çox yeni dərmanlar hazrlayıb. İstifadə etdiyi innovativ tədqiqat üsulları sonradan QİÇS'ə qarşı mübarizə aparan zidovudinin hazırlanmasına səbəb olub. == Həyatı == Nyu-Yorkda immiqrant valideynlər üçün anadan olmuş Gertrud Elion ilk gəncliyini atasının diş həkimi olduğu Manhettendə keçirib. Qardaşı dünyaya gələndə ailə Bronksa köçüb. 15 yaşında Nyu-York şəhərindəki Hunter Kollecinə daxil olub və 19 yaşında kimya fakültəsini əla qiymətlərlə bitirib. O, məzun olduqdan sonra iş tapmaqda çətinlik çəkib. Laborator kimi iş tapıb və Nyu-York Universitetinə qayıdıb. Elion 1941-ci ildə magistr dərəcəsi üzrə işi bitirərkən bir neçə il liseydə əvəzedici müəllim kimi çalışıb.
Edison (Nyu-Cersi)
Edison (ing. Edison Township) — ABŞ, Nyu-Cersi, Midleseks dairəsində taunşip (şəhər). Şəhərdəki ilk Avropa məskənləri 1651-ci ilə aiddir. Taunşip Vudbric və Piskatavey şəhərlərinin bəzi yerlərindən 17 mart 1870-ci ildə Raritan adı altında — Raritan çayından sonra meydana gəldi; 10 noyabr 1954-cü ildə, laboratoriyası 1876–1887-ci illərdə taunşipin Menlo Parkı ərazisində yerləşən Tomas Alva Edisonun şərəfinə Edison olaraq dəyişdirildi. Keçmiş laboratoriyada indi Edison Memorial Muzeyi mövcuddur. == Edison üzərində toqquşma == 9 yanvar 1971-ci il şənbə günü, Edisonun səmasında bir American Airlines aviaşirkətinin Boeing 707–323 Nyuark hava limanına enərkən havada Cessna 150 təlim təyyarəsi ilə toqquşması nəticəsində təyyarə qəzası meydana gəldi, qəzada iki nəfər vəfat etdi. Boeing hava limanında etibarlı eniş etməyi bacardı.
Epsilon Böyük Köpək
Epsilon böyük köpək (lat. ε Canis Majoris) — ikili bir ulduzdur və ε (epsilon), Canis Majorin bürcündəki ən parlaq obyekt və ən parlaq ulduzlardan biri olmasına baxmayaraq, gecə göyü 1,50 ilə müəyyən bir böyüklükdədir. 4.7 milyon il bundan qabaq, göydə ən parlaq ulduz idi. Hipparcos missiyası zamanı əldə edilən parallaks ölçmələrinə əsasən Günəşdən təxminən 430 yüngül illərdir. == Fiziki xüsusiyyətlər == Epsilon böyük köpək ikili ulduzdur. Əsas, ε Canis Majoris A, +1.5-lik bir görünüşlü qüvvəyə malikdir və spektral təsnifata aiddir. Onun səthi 22,200K səth temperaturuna görə mavi və ya mavi ağ rəngdir. Günəşin 38,700 dəfə bərabər ümumi radiasiya yayır. Bu ulduz gecə göyündəki ən parlaq ultrabənövşəyi mənbəyidir. Günəşin yaxınlığında yerdəyişmə qazı içərisində hidrogen atomlarının ionlaşdıra bilən fotonların ən güclü qaynağıdır və Yerli Uldızlararası Buludun ionlaşma vəziyyətini təyin etmək üçün çox vacibdir.
Eriqona (Egisfin qızı)
Eriqona (q.yun. Ἠριγόνη) — yunan mifologiyasında personaj. O, Mikena çarı Egisf və Klitemnestranın qızı idi. Eriqona ögey qardaşı Orestdən Pentil adlı övladı olmuşdur. Orest həm Eriqona, həm də onun qardaşı Aleti sui-qəsd etməyə cəhd etmiş, lakin ilahə Artemida onu xilas etmişdir.
Epipogon
Epipogium (lat. Epipogium) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Ceratopsis Lindl. Epipogion St.-Lag. Epipogon Ledeb.
Tomas Alva Edison
Tomas Alva Edison (11 fevral 1847[…], Maylan[d], Ohayo – 18 oktyabr 1931[…], Vest-Orinc[d], Nyu Cersi) — amerikalı ixtiraçı və sahibkar. Amerika Birləşmiş Ştatlarında onun adına 1098, xaricdə isə 3 min patent mövcuddur. O teleqrafı, telefonu, kino aparatını təkmilləşdirmiş, elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil etmişdir. O həmçinin elektrovoz istehsalına başlamış, fonoqraf kəşf etmişdir. Onun təklifi ilə telefon danışığının əvvəlində "alo" deyilməyə başlanmışdır. Tomas Edison orta məktəbdə cəmi 3 ay oxumuşdur. İlk 3 aylıq təlimdə ciddi irəliləyiş göstərə bilmədiyinə görə, müəlliməsi Toması "kütbeyin" adlandırmış və bundan sonra o, evdə anası tərəfindən təhsil almalı olmuşdu. Edison yazırdı: "Anam mənə o qədər inandı, o qədər əmin oldu ki, onun ümidlərini qırmamaq üçün nəsə etməli olduğumu anladım". Tomas Alva Edison 1876-cı ildə Amerika Birləşmiş Ştatlarında tədqiqat xarakterli ilk laboratoriya açmışdır. Dünyada sənaye və ictimai məqsədlər üçün işlədiləcək ilk elektrik stansiyası məhz Edisonun rəhbərliyi altında 1882-ci ildə qurulmuşdur.