Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Epitet
Epitet (yun. ἐπίθετος epithetos-qoşma, əlavə deməkdir) —məcazi məna bildirir məsələn:qızıl əllər,acı dil == Epitet bədii ədəbiyyatda == Epitet termini Azərbaycan dilinə bədii təyin kimi də tərcümə olunur və işlədilir. Epitet qabartma ilə bənzətmənin qarışığıdır. Epitet şeir dilində işlənən söz birləşmələrinin tərkibində olur, təyin etdiyi sözün ifadə etmək istədiyi əlamət və xüsusiyyətlərini, çalarlarını bildirir. Məsələn, ay üzlü söz birləşməsində ay sözü epitetdir, gözəl insanın üzünü aya bənzədir. Epitet həmişə digər ad sözə aiddir və onu konkretləşdirir və bu yolla dünyanın və insanın obrazını, ədəbi mənzərəsini yaratmağa xidmət edir. Əgər ay üzlü ifadəsi kifayət etmədikdə təhkiyəçi epitetə ikinci, üçüncü və s. epitet qoşur: ay üzü alma. Burada alma epiteti işıqlı üzdə qızartı əlamətləri olduğunu bildirir.Epitetləri ən çox izah etdiyi sözləri özünün hansı çalarları ilə aydınlaşdırmasına görə təsnif edirlər. Sözün işarə təbiəti onun digər sözləri aydınlaşdırma rolunda unikal xüsusiyyətlərini üzə çıxarır.
Epiktet
Epiktet (yun. Έπίκτητος, təq. 50, Hierapolis – 138) — yunandilli Roma filosofu, stoaçılıq məktəbinin ardıcılı. Öz fəlsəfəsində daha çox praktiki müdriklik haqqında danışan Epiktet, eramızın 50-138-ci illəri arasında yaşayan, yeni stoizmin (Roma stoizmi) nümayəndələrindən biridir. Fəlsəfəsində “yaxşı həyat nədir?” sualına cavab axtarırdı. Neronun mühafizəçilərindən birinin köləsi olan Epiktet ən nəhayətində azadlığını əldə etməyi bacarmış və ən özünəmxəsus düşüncə xadimlərindən biri olmuşdu. == Həyatı == I əsrin başlanğıcında (təqribən 50-ci ildə) Frigiyanın Hierapolis şəhərində dünyaya gəldiyi zənn edilir. Romada Epafroditon adlı bir kəsin qulu idi. Orada stoacı filosof Musonius Rufusun dərslərində olur. Azad edildikdən sonra özünü fəlsəfəyə həsr edir.
Epitel toxuması
Epitel toxuması və ya epitel (q.yun. ἐπί, epi — üstündə, üstündən; q.yun. theleos — örtən, uc) — insan orqanizmindəki 4 əsas toxuma növündən biri == Növləri == Epitel toxuması təsnifatına görə 4 yerə ayrılır: Örtük epiteli — orqanizmin xarici səthini, seroz qişaların və boşluqlu orqanların daxili səthini örtür. Vəzi epiteli — bir çox vəzinin quruluşunun əsasını təşkil edir. Əzələvi epitel Hissi epitel == Örtük epiteli == Örtük epiteli toxuması orqanizmin daxili mühiti ilə xarici mühit arasında sərhəd rolu oynadığı üçün hüdudi toxuma da adlandırılır. Bundan əlavə, örtük epitelin, həm də mübadilə, müdafiə, sorulma, sekresiya, boşluqdaxili orqanların hərəkətliliyini təmin etmə kimi funksiyaları var. Bunlara misal olaraq müdafiə vəzifəsini yerinə yetirənlərə dəri epitelini, sorulma funksiyasını yerinə yetirən örtük epitelinə bağırsaqların epitelini, ifrazata böyrək epitelini nümunə göstərmək olar. Sonuncusu isə seroz qişaların azad səthini örtür. Bu cür epitel bədən boşluqlarında yerləşən daxili orqanların hərəkətliliyini tənzimləyərək onların kənar törəmələrlə birləşməsinin qarşısını alır. === Təsnifatı === Örtük epiteli toxuması bir neçə cür təsnif olunur: morfo-funksional xüsusiyyətlərinə, mənşəyinə görə, quruluşuna görə.