Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ervand Abrahamian
Ervand Abrahamian (ing. Ervand Abrahamian, fars. یرواند آبراهامیان‎ Yerevand Abrahamiyan; 1940[…], Tehran) — İran ermənilərindən olan tarixçi, ABŞ-da yaşayır. == Bioqrafiyası == Ervand Abrahamyan 1940-cı ildə Tehranda doğulub, İngiltərədə böyüb. O, MA dərəcəsin Oksford Universitetində və PhD dərəcəsin Kolumbiya Universitetində alıb. == Əsərləri == [http://books.google.com/books?id=qh_QotrY7RkC&dq Iran Between Two Revolutions] (ingiliscə). Princeton University Press. 1982. ISBN ISBN 978-0-691-10134-7. The Iranian Mojahedin (ingiliscə).
Ervand Abrahamyan
Ervand Abrahamian (ing. Ervand Abrahamian, fars. یرواند آبراهامیان‎ Yerevand Abrahamiyan; 1940[…], Tehran) — İran ermənilərindən olan tarixçi, ABŞ-da yaşayır. == Bioqrafiyası == Ervand Abrahamyan 1940-cı ildə Tehranda doğulub, İngiltərədə böyüb. O, MA dərəcəsin Oksford Universitetində və PhD dərəcəsin Kolumbiya Universitetində alıb. == Əsərləri == [http://books.google.com/books?id=qh_QotrY7RkC&dq Iran Between Two Revolutions] (ingiliscə). Princeton University Press. 1982. ISBN ISBN 978-0-691-10134-7. The Iranian Mojahedin (ingiliscə).
Ervand Marqaryan
Yervand Qrantoviç Marqaryan (erm. Երվանդ Մարգարյան; 19 noyabr 1961, Daşkənd) — Ermənistan tarixşünası, tarix üzrə fəlsəfə doktoru, professoru, Ermənistan-Rusiya Universitetinin Dünya Tarixi və Xarici Regional Elmlər fakültəsinin rəhbəri, Ermənistan Elmlər Akademiyasının Tarix İnstitutunun tədqiqatçısı. == Həyatı == Yervand Marqaryan 19 noyabr 1961-ci il tarixində, SSRİ respublikalarından olan Tacikistan SSR-nin paytaxtı Daşkənd şəhərində, bir erməni ailəsində anadan olmuşdur. O, 1966-cı ildə ailəsi ilə birlikdə Ermənistan SSR-ə köçmüşdür. Marqaryan 1983-cü ildə İrəvan Dövlət Dil və Sosiologiya Universitetinin İngilis Dili və Tarixi fakültəsindən məzun olmuşdur. O, 1987-ci ildə Ermənistan SSR Elmlər Akademiyasına qoşulmuş, orada çalışmağa başlamışdır. Marqaryan 1992-ci ildə "Kommagen və Ermənistanın ellinistik ziyarətgahları" mövzusunda öz tezisini qorumuşdur. O, 1994-cü ildən Ermənistan Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı, 1996-cı ildən İrəvan Dövlət Universitetində dünya tarixi üzrə professordur. Marqaryan 2005-ci ildə köməkçi professor olmuşdur. O, 2015-ci ildən Ermənistan Tarixçilər Birliyinin sədridir.
Ervand Otyan
Yervand Otyan (q.erm. Երուանդ Օտեան; 19 sentyabr 1869, Konstantinopol, Osmanlı imperiyası – 3 oktyabr 1926[…], Qahirə, Misir krallığı[d]) — erməniəsilli Osmanlı jurnalisti, satirikçisi. == Həyatı == 1869-cu il 19 sentyabrda İstanbulda anadan olmuşdur. Ailəsi Kayseridən İstanbula gəlib saray memarlığına qədər yüksələn Boğos Odyanın soyundandır. Erməni Milləti Nizamnaməsinin yaradıcılarından olan əmisi Krikor Odyan ilə 1879-cu ildə Parisə, 1882-ci ildə isə atasının konsulluq etdiyi Krayovaya getdi. Üsküdardakı Berberyan Erməni Məktəbində 1 il yarıma qədər dərs aldı. Daha sonra isə təhsilinə evdə, tanınmış ermənilərdən aldı. İlk yazı və tərcümələrini İstanbul Erməni mətbuatında 1887-ci ildə çap etdirdi. 1896-cı ildə İstanbulu tərk etdi və Yunanıstana köçdü. Afina, Paris, İsgəndəriyyə, Londonda öz əsərlərini çap etdirməyə davam etdi.
Ervand Sevortyan
Ervand Sevortyan (22 oktyabr 1901 və ya 22 oktyabr (4 noyabr) 1901, Yalta, Rusiya imperiyası – 23 mart 1978, Moskva) — Sovet türkoloqu, etimoloqu, pedaqoq, filologiya elmləri doktoru, professor, RSFSR-in əməkdar elm xadimi. Türk dillərinin etimoloji sözlükləri içində ən iri həcmli və ən əsaslı etimoloji sözlüyün müəllifidir. == Həyatı == 1901-ci ildə dünyaya göz açıb, 1930-cu ildə Simferopoldakı Krım Pedaqoji İnstitutunu bitirir. Daha sonra Moskva Dilçilik Elmi-Tədqiqat İnstitutunda aspiranturanı başa vurub həmin institutda elmi işçi kimi çalışır, bir neçə il türk dilləri bölməsinin müdiri olub. Eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olub: Moskva Fəlsəfə, Ədəbiyyat və Tarix İnstitutunda, Moskva Şərqşünaslıq İnstitutunda, Moskva Dövlət Universitetində, Xarici Dillər İnstitunda dərs deyib. 1957-ci ildə "Azərbaycan ədəbi dilində affiksal (şəkilçi köməkliyi ilə) feildüzəltmə" mövzüsunda doktorluq işini müdafiə edir. 1958-ci ildə "Türk dillərinin etimoloji sözlüyü"nün (8 cilddə, 1978-2008) üzərində işlərə başlayır. Sözlüyün I cildinin dərc edilməsi, II-IV cildlərin çapa hazırlanması Sevortyan tərəfindən görülür, ölümündən sonra iş həmkarları tərəfindən davam etdirilir. Türk Dil Qurumunun müxbir üzvü olub (1957). == Əsərləri == Türk dilinin qrammatikası («Грамматика турецкого языка», 1947); Türk ədəbi dilinin fonetikası («Фоне­тика турецкого литературного языка», 1955); Azərbaycan ədəbi dilində affiksal feildüzəltmə («Аффиксы глаголообразования в азербайджанском литературном языке», 1957); Azərbaycan dilində affiksal feildüzəltmə («Аффиксы глаголообразования в азербайджанском языке», 1962); Azərbaycan dilində affiksal ismi sözdüzətmə («Аффиксы именного словообразования в азербайджанском языке», 1966); Azərbaycan dilinin qrammatikası («Грамматика азербайджанского языка», 1971, M. Şirəliyevlə birgə).
Sara Errani
Sara Errani (d. 1987, İtaliya) — tenisçi. Sara Errani 2012-ci ilin oktyabr ayında dünya reytinqində 6-cı yerə çıxması karyerasında zirvədir və yeni mövsümə də həmin nəticə ilə yollandı. Digər tərəfdən, təkcə fərdi deyil, qoşa yarışlarda da nailiyyətlər əldə etdi. Cütlərin “Böyük dəbilqə” turnirinin Fransa və ABŞ mərhələlərində qalib gəlməklə dünya sıralamasında birinci yerə çıxdı. Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, №49(49), 08.12.2012. səh.14.
Əfrand Daşdəmirov
Əfrand Firuddin oğlu Daşdəmirov (12 mart 1942, Bakı – 7 aprel 2015, Moskva) — AMEA-nın müxbir üzvü (1983), AMEA-nın həqiqi üzvü (1989), Moskva Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, fəlsəfə elmləri doktoru, professor, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti və "Azərbaycan konqresi" qəzetinin redaktoru. Əfrand Daşdəmirov 12 mart 1942-ci ildə Bakı şəhərində anadan olub. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1968-ci ildə Moskvada "İndividual şüurun milli məqamları" (rus. "Национальные моменты индивидуального сознания") namizədlik dissertasiyasını müdafiə etmişdir. 1977-ci ildə o, "Şəxsiyyətin sosial varlığının milli və beynəlmiləl formaları" (rus. "Национальные и интернациональные формы социального бытия личности") adlı doktorluq dissertasiyasını müdafiə edir. Əfrand Daşdəmirov Bakı Ali Partiya Məktəbində kafedra müdiri vəzifəsini tutmuşdur. Uzun illər Ə.F.Daşdəmirov Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda milli münasibətlər və beynəlmiləl tərbiyə şöbəsinin müdiri olmuşdur. 1991-ci ildən o, Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Qulluğu Akademiyasının professorudur.
Ətəallah Ərrani
Ətəallah Ərrani — XV əsr Azərbaycan filosofu və şairi olmuşdur. Rus tədqiqatçısı tərəfindən XX əsrdə Şamaxıda onun "Qırmızı qızılgül ləçəkləri" əsəri tapılmışdır.
Ebrend
Ergani
Ergani — Dəclənin sağ sahilində 10 km uzaqlıqda və 1537 metr hündürlükdəki Zülküf dağının cənub ətəyində qurulmuş (Xalq arasında Zülküf Dağı, Zülküf Peyğənbər Dağı, Mövqə Dağı olaraq adlandırılmaqdadır. Diyarbakırın əhəmiyyətli bölgəsindən biridir. Ergani, Diyarbakır ilinin ən böyük ilçəsidir. İlçə mərkəzinə bağlı 86 kənd var.
Horand
Hurand (fars. هوراند‎) — İranın Şərqi Azərbaycan ostanında bir şəhər, Hurand şəhristanının inzibati mərkəzi. Təbriz və Əhər şəhərlərinin şimal-şərqində yerləşir. Əhali sayına görə Şərqi Azərbaycanın 42-ci böyük şəhəri sayılır. 2013-cü ilədək Əhər şəhristanının tərkibində yerləşirdi, habelə həmin şəhristanın Hurand bəxşinin mərkəzi idi. 2013-də şəhər statusunu qazandıqdan sonra, keçmiş Hurand bəxşinin ərazisi ilə Əhər şəhristanının tərkibindən çıxdı və ayrıca bir şəhristan mərkəzi olaraq təyin olundu. Hazırda Hurand şəhristanının inzibati mərkəzidir.
Hurand
Hurand (fars. هوراند‎) — İranın Şərqi Azərbaycan ostanında bir şəhər, Hurand şəhristanının inzibati mərkəzi. Təbriz və Əhər şəhərlərinin şimal-şərqində yerləşir. Əhali sayına görə Şərqi Azərbaycanın 42-ci böyük şəhəri sayılır. 2013-cü ilədək Əhər şəhristanının tərkibində yerləşirdi, habelə həmin şəhristanın Hurand bəxşinin mərkəzi idi. 2013-də şəhər statusunu qazandıqdan sonra, keçmiş Hurand bəxşinin ərazisi ilə Əhər şəhristanının tərkibindən çıxdı və ayrıca bir şəhristan mərkəzi olaraq təyin olundu. Hazırda Hurand şəhristanının inzibati mərkəzidir.
İqrand
İqrand (fr. Ygrande) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Burbon-l’Arşambo kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03320. 2008-ci ildə əhalinin sayı 759 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 238 nəfərdən (15-64 yaş) 154 nəfəri iqtisadi cəhətdən fəal, 84 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 64,7%, 1999-cu ildə bu 58.9%). 154 aktivistdən 134 nəfər (72 kişi və 62 qadın), 20 nəfər işsiz (8 kişi və 12 qadın) idi. Aktiv olmayan 84 nəfər arasında şagird və ya tələbə, 43 nəfər təqaüdçü, 34 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Arran
Arran və ya Aran — antik dövr və orta əsrlərdə Cənubi Qafqazın bütün şərq hissəsini, sonralar isə tədricən yalnız Kür və Araz çaylarının qovuşduğu ərazini, Qarabağ (dağlıq hissəsi də daxil olmaqla), Mil düzü və Muğan düzünün bir hissəsini əhatə etmiş tarixi-coğrafi bölgə. Keçmişdə Arran adlanan ərazinin çox hissəsi hazırda Azərbaycan Respublikası ərazisinin bir hissəsidir. Müasir dövrdə Azərbaycan Respublikasında 7 iyul 2021-ci ilədək bu bölgənin adını daşıyan Aran iqtisadi rayonu mövcud idi. Onun ərazisinə Mingəçevir və Şirvan (keçmiş Əli-Bayramlı) şəhərləri, habelə Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Yevlax və Zərdab rayonları daxil idi. 7 iyul 2021-ci ildə isə qeyd olunmuş iqtisadi rayonun yerinə Mərkəzi Aran iqtisadi rayonu yaradıldı. Bu iqtisadi rayonun ərazisinə Mingəçevir şəhəri, habelə Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları daxildir. Keçmiş Aran iqtisadi rayonunun tərkibində olan Ağcabədi və Bərdə rayonları keçmiş Yuxarı Qarabağ iqtisadi rayonunun yerinə yaradılmış Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edildilər. Bundan əlavə, Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarının ərazisində yeni Mil–Muğan iqtisadi rayonu, Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonlarının ərazisində isə yeni Şirvan–Salyan iqtisadi rayonu yaradıldı. == Etimologiyası == Bəzi rəvayət və qədim tarixi mənbələr (Musa Kalankatlı) Arran sözünün Qafqaz Albaniyasının banisi Arranın adından götürüldüyü qeyd edilir. Bəzi rəvayətlərə görə bu şəxs Nuh peyğəmbərin oğlu Yafət olmuşdur.
Eland
Eland — Baltik dənizində ada. Skandinaviya yarımadasının cənub şərq sahilləri yaxınlığındadır. İsveçə məxsusdur. Uzunluğu şimaldan cənuba 136 km, sahəsi 1342 km²-dir. Əsasən, moren çöküntülərilə örtülmüş əhəng daşından təşkil olunmuşdur. Ərazisində şam meşələri var. Əhalisi əkinçilik və maldarlıqla məşğul olur. Mühüm şəhəri Borqholmdur.
Dürand xətti
Dürand xətti (ing. Durand Line, puşt. د ډیورنډ کرښه) — Cənubi-Mərkəzi Asiyada Əfqanıstan ilə Pakistan arasında beynəlxalq 2670 kilometrlik (1,660 mil) sərhəd. Böyük Britaniyanın Britaniya Hindistanını genişləndirməyə çalışdığı üç ingilis-əfqan müharibəsi nəticəsində meydana gəlmişdir. Bu xətt Əfqan Əmiri Əbdürrəhman xan və Hindistan Müstəmləkə İdarəsinin katibi Ser Mortimer Dürand arasında 1893-cü ildə aparılan danışıqlar nəticəsində yaranmışdır. Əfqanıstan hökuməti onu sərhəd kimi tanımaqdan imtina edir. XIX əsrin ortalarında Çar Rusiyasının Mərkəzi Asiyanı ələ keçirməsindən sonra Britaniya İmperiyası üçün həyəcan təbili çalınırdı. Britaniya əsas müstəmləkəsi olan Hindistana Çar Rusiyanın yaxınlaşmasını ciddi təhlükə olaraq görürdü. Hindistanı qorumaq üçün Əfqanıstan ideal bufer zona idi. Əfqanıstanın dağlarından zəngin Hindistan ovası yüksəkdən görünürdü və ona görə də buranın çox böyük strateji əhəmiyyəti var idi.
Ernani Pereyra
== Karekanın oynadığı klubun formasını geyinib == Ernani Pereyra 1978-ci il yanvarın 22-də Braziliyanın cənub-şərqindəki Belu-Orizonti (Minas-Jerays ştatı) şəhərində anadan olub. Vətənində o, əsasən, ortabab klublarda oynayıb. Məsələn, Ernani "Quarani"nin (Kampinas) şərəfini qoruyub. Bu komanda yalnız 1978-ci ildə Braziliya çempionu olması ilə öyünə bilər. Hazırda Braziliya çempionatının B seriyasında yarışan "Quarani"ni azərbaycanlı futbolsevərlərə daha yaxından tanıtmaq üçün vaxtilə bu klubda Kareka, Calminya, Sonni Andersson, Aylton, Elano və s. futbolçuların oynadığını qeyd etmək olar. == Superliqanın debütantına keçdi == Ernani 2003-cü ilin yayında Avropaya – Türkiyəyə üz tutdu. Onda "Konyaspor" Superliqaya yeni vəsiqə qazanmışdı. Heyətini Zafer Biryol, Cenk İşler və məşhur Ogün Temizkanoğlu kimi futbolçularla gücləndirən Konya təmsilçisinin transferləri arasında Ernani də vardı. 2003/04 mövsümündə braziliyalı müdafiəçi cəmi 10 oyunda komandanın formasını geyinsə də, "Konyaspor" Superliqada yerini qorudu (11-ci yer).
Ferland Mendi
Ferland Mendi (8 iyun 1995, Myölan-an-İvelin[d]) — sol cinah müdafiəçisi.
Gavlan (Hurand)
Gavlan (fars. گولان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 231 nəfər yaşayır (42 ailə).
Gürumdərə (Hurand)
Gürumdərə (fars. گورم درق‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 27 nəfər yaşayır (6 ailə).
Hovin (Hurand)
Hovin (fars. هوين‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 98 nəfər yaşayır (18 ailə).
Hurand şəhristanı
Hurand şəhristanı — İranın Şərqi Azərbaycan ostanının 21 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. İnzibati mərkəzi Hurand şəhəridir. İndiki Hurand şəhristanının ərazisi 2013-cü ilədək Əhər şəhristanının tərkibində (Hurand bəxşi olaraq) yerləşirdi. 2013-də keçmiş Hurand bəxşinin ərazisi Əhər şəhristanının tərkibindən çıxdı və ayrıca bir şəhristan olaraq təyin olundu.
Huridərə (Hurand)
Huridərə (fars. حوريدرق‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 487 nəfər yaşayır (115 ailə).
Jülyen Serrano
Jülyen Serrano (13 fevral 1998, Eks-an-Provans[d]) — sağ kənar müdafiəçisi mövqeyində çıxış edən peşəkar Fransa futbolçusu == Klub karyerası == === Monako === Serrano Monako akademiyası vasitəsilə inkişaf etmişdir. O, 20 iyul 2017-ci ildə klub ilə 2020-ci ilə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Serrano peşəkar karyerasında debütünü 21 aprel 2018-ci ildə Genqam klubuna qarşı oyunda etmişdir. O, 81-ci dəqiqədə Jorjeni əvəz etmiş və komandası Liqa 1 görüşündə rəqibinə 3-1 hesabı ilə məğlub olmuşdur.
Kuran (Hurand)
Kuran (fars. كورن‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 524 nəfər yaşayır (114 ailə).
Gerbrand teleqülləsi
Gerbrandi teleqülləsi ( nid. gerbrandytoren ) Hollandiyanın Eyselesteyn şəhərində yerləşən qüllədir. 1961-ci ildə tikilmişdir. == Təsvir == Gerbrandi teleqülləsi istiqamətləndirilmiş radio xidmətləri və FM, televiziya yayımı üçün istifadə olunur. Gerbrandi qülləsi, 100 metr yüksəklikdə olan hava dirəyinin quraşdırıldığı konkret qüllədən ibarətdir. Onun ümumi hündürlüyü 382,5 metr idi, 1987-ci ildə 375 metrədək azaldıldı. 2 Avqust 2007-ci ildə onun analoq antenası diapazonla əvəz olunaraq, hündürlüyü 9 metr azaldıldı. Qüllənin hündürlüyü 366,8 metrdir. Bu qüllə tipi yuxarı quraşdırılmış qülləylə aşağı sərbəst qüllə antennalarını birləşdirən qismən ucaldılmış hissədən ibarətdir . Quruluş təkcə qüllə sayılırsa, Qərbi Avropada ən yüksək qüllədir.
Harasban (Hurand)
Harasban (fars. هرسبان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 95 nəfər yaşayır (19 ailə).