Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Estoniya
Estoniya (rəsmi adı Estoniya Respublikası) — Şimali Avropanın Baltik regionunda dövlət. Paytaxtı Tallin şəhəridir. Estoniya cənubda Latviya, şərqdə isə Rusiya ilə həmsərhəddir. Şimalda Fin körfəzi Estoniyanı Finlandiyadan, Baltik dənizi isə İsveçdən ayırır. Estoniyanın ərazisi 45.226 km², əhalisi isə 1.34 milyon nəfərdir. Mülayim iqlimə malik ölkədir. Estonlar fin qrupuna daxil olan xalqdır, rəsmi dili eston dilidir, bu dil fin dilinə çox yaxındır. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Estlandiya (ائستلان‌دییا) adlandırılmışdır. Estoniya müstəqilliyini 20 avqust 1991-ci ildə bərpa etmişdir. Estoniya demokratik parlament respublikası olub, inzibati cəhətdən 15 maakonda (region) bölünür.
Evgeniya
Evgeniya (lat. Eugenia) – mərsinkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == == Növləri == == Həmçinin bax == Eugenia conglomerata Eugenia dyeriana Eugenia flosculifera Eugenia stapfiana Eugenia zeyheri == İstinadlar == Evgeniya:The Plant List saytında takson barədə məlumat.
Eyforiya
Eyforiya — insanın məmnuniyyət duyduğu və özünü yaxşı hiss etdiyi bir ruhi vəziyyətdir. Psixiatriyada Eyforiya, hər zaman patoloji məna daşıyır və çox vaxt beyinlə bağlı xəstəliklərin ilkin əlamətidir. Yoluxucu deyil, insanın səbəbsiz şən olmağı; çünki məmnuniyyət duyğusu şüur məhrumluğuna və kədər yaxud təlaş duymamağa söykənir. Qandakı spirt miqdarıyla əlaqədar olaraq da meydana gələ bilər. Bu vəziyyətdə 100 ml qan içərisində 50–100 mg spirt olur. Ayrıca morfin, meperidin və daha az olmaqla birlikdə metadon kimi narkotik ağrıkəsicilər də Eyforiyaya səbəb ola bilər. Muskarinmimetik preparat olan arexolin Eyforiya halı törədə bilir.
Avzoniya
Avzoniya — mərkəzi İtaliyanın Lasi regionunda, e.ə. IV əsrə aid şəhər. İndiki Auzoniya şəhəridir. Bu, avzonların sahib olduğu üç şəhərdən biri idi. Şəhərin adı onun avzonların baş şəhəri və ya metropolisi olduğunu göstərir. Tarixdə yalnız bir dəfə xatırlanır: İkinci samnit müharibəsi zamanı (e.ə. 326–304) avzonların hər üç şəhəri Roma konsullarının əlinə keçmiş və onların sakinləri qətliama uğramışdır. Avzoniya haqqında bundan başqa məlumat bilinmir.
Estoniya Prezidenti
Estoniya prezidentlərinin siyahısı — 1990-cı ildə Sovet İttifaqından müstəqilliyini qazanan Estoniyanın, dövlət başçılarının siyahısı. Estoniya Prezidenti, Estoniya Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Estoniya Prezidenti vəzifəyə, Estoniya Konstitusiyasının müvafiq maddələri ilə təyin olunur. 2021-cı ilin ilin 11 oktyabr tarixindən vəzifəni, Alar Karis icra edir.
Estoniya Respublikası
Estoniya (rəsmi adı Estoniya Respublikası) — Şimali Avropanın Baltik regionunda dövlət. Paytaxtı Tallin şəhəridir. Estoniya cənubda Latviya, şərqdə isə Rusiya ilə həmsərhəddir. Şimalda Fin körfəzi Estoniyanı Finlandiyadan, Baltik dənizi isə İsveçdən ayırır. Estoniyanın ərazisi 45.226 km², əhalisi isə 1.34 milyon nəfərdir. Mülayim iqlimə malik ölkədir. Estonlar fin qrupuna daxil olan xalqdır, rəsmi dili eston dilidir, bu dil fin dilinə çox yaxındır. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Estlandiya (ائستلان‌دییا) adlandırılmışdır. Estoniya müstəqilliyini 20 avqust 1991-ci ildə bərpa etmişdir. Estoniya demokratik parlament respublikası olub, inzibati cəhətdən 15 maakonda (region) bölünür.
Estoniya SSR
Estoniya SSR (est. Eesti Nõukogude Sotsialistlik Vabariik) — Estoniya Sovet Sosialist Respublikası. SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri.
Estoniya Televiziyası
Eesti Televisioon (azərb. Estoniya Televiziyası‎) — 19 iyul 1955-ci il tarixində fəaliyyətə başlayan, Estoniyanın ilk milli və ictimai televiziyasıdır. Avropa Yayım İttifaqının üzvüdür.
Estoniya adaları
Estoniya adaları — ölkə ərazisinin bir hissəsini təşkil edən torpaq parçası. Estoniya ərazisində 2222 ada vardır. 318 adanın sahəsi 1 hektardan çoxdur. Onların ümumi sahəsi - 4,2 min km², yaxud ölkə ərazisinin təxminən 9 % (45,227 min km²). Baltik dənizində 500-dən çox ada Estoniyaya məxsusdur. Ölkənin ən böyük adaları: Saaremaa, Hiyumaa, Muhu, Vormsi. Adı çəkilən adalar həm də Moonzund arxipelaqına daxildirlər. Estoniyanın və Moonzund arxipelaqının ən böyük adası Saaremaadır. Adanın sahəsi 2673 km², əhalisi 30 min nəfər təşkil edir. Estoniyanın adalarında ümümi əhalinin 3% yaşayır.
Estoniya atı
Estoniya atı — kiçik atların Eston cinsidir. O, güclü və xəstəliklərə davamlıdır. Estoniyada üç tanınmış at cinslərindən biridir XI əsrdə, salnaməçi Adam Bremenski estonları zəngin qızılla və yaxşı atla təsəvvür edirdi. Estoniyalı yerli cins atların geniş başı, qısa boynu, geniş və dərin döşləri, geniş kürəyi, quru əzaları, güclü dırnaqları vardır. Estoniya atı Estoniyanın Baltika dәnizi adalarında vә sahillәrindә yetişdirilir. Estoniyalı yerli cins atların geniş başı, qısa boynu, geniş və dərin döşləri, geniş kürəyi, quru əzaları, güclü dırnaqları vardır. Ayğırların cidov hündürlüyü 146 sm, döş qucumu 180,5 sm, kütlәsi 486 kq, madyanlarınkı 144,3 sm, döş qucumu 180 sm, kütlәsi 460 kiloqramdır. Adalardakı atlar materikdә yetişdirilәnlәrdәn kiçikdir. Rәnglәri kürәn, kәhәr, qara vә boz olur. Yemә tәlәbkar deyildir, yerli şәraitә yaxşı uyğunla bilir vә güclüdür.
Estoniya bayrağı
Estoniya bayrağı — Estoniyanın Dövlət bayrağı Hazırkı Estoniya bayrağı 1881-ci ildə Tartu Universitetinin tələbələri tərəfindən hazırlanmışdır. Estoniya bayrağı üfüqi bərabər üç hissədən meydana gəlib, hissələr yuxarıdan aşağıya doğru mavi, qara və ağdan meydana gəlməkdədir.
Estoniya coğrafiyası
Estoniya — dövlət Avropanın şimal-şərqi və Baltik dənizinin şərq sahillərində yerləşir. Şimaldan Fin körfəzi, qərbində isə Riqa körfəzi ilə əhatələnmişdir. Estaniyanın sahəsi 45 226 km² təşkil edir. Sərhədlərinin uzunluğu — 1633 km. Latviya ilə — 339 km, Rusiya — 294 km sərhədə malikdir. Sahil xəttinin uzunluğu 3794 km-dir. Estoniyanın ərazisinə 1521 ada, daxildir ki, onunda hamısı Baltik dənizində yerləşir. Onların ümumi sahəsi 4,2 min. km²-dir. Ən böyük adaları — Saaremaa və Hiyumaa, üstəlik Muhu, Vorsmi, Kihnu adası və b.
Estoniya faunası
Estoniya faunası – Estoniya qarışıq iynəyarpaqlı meşə ərazisində və Baltik dənizi sahilində yerləşən kiçik bir ölkədir. Meşə sahələri Estoniya ərazisinin 52 faizini əhatə edir. Meşələrin əksəriyyəti ölkənin şərq hissəsində - mərkəzi və cənub Estoniyada yerləşir. Bu meşələrin əsas hissəsini qarışıq və qarışıq geniş yarpaqlı ağaclar təşkil edir. Şam ağacları cənub-şərq hissədə, çəmən bitkiləri isə şimal-qərb və şimal hissələrdə geniş yayılmışdır. Qərb hissəsini qeyri adi landşaft tutur, hansı ki çəmənliklə meşə bitki örtüyü sahələrini birləşdirir. Estoniyanın seyrək əhalisi var və böyük əraziləri müxtəlif heyvan növləri ilə zəngin meşələr əhatə edir. Hazırda Estoniya meşələrində yaşayan məməlilərin 65 növü mövcuddur. Bura, adi vaşaq, çöldonuzu, qonur ayı, sığın kimi vəhşi heyvanların məskunlaşdığı ərazilərdir. Estoniya nadir dəniz quşları olan kiçik qaqa (Polysticta stelleri), ağqaş qaz(Anser erythropus), böyük oxcüllüt(Limosa limosa), bataqlıq quşları ortaboy tənbəlcüllüt (Gallinago media), quru çöl quşları adi çivdimdik (Crex crex), dra-dra göycəqarğa (Coracias garrulus) və iri yırtıcı quş olan böyük xallı qartal (Aquila clanga) ilə xarakterizə olunur.
Estoniya futbolu
== İlkin mərhələsi ==
Estoniya himni
Ata yurdum, xoşbəxtliyim və sevincim (est. Mu isamaa, mu õnn ja rõõm) – Estoniyanın 1920-ci ildə qəbul olunan dövlət himni. Himnin İohan Voldemar Yannsen tərəfindən yazılan sözlərini alman immiqrant Fredrik Paçiusun 1848-ci ildə ildə bəstələdiyi musiqi müşayiət edir. Bu musiqi eyni zamanda Finlandiyanın “Bizim diyar” (fin. Maamme) adlı himnində də istifadə olunub. İki himnin musiqisi arasında sadəcə açar fərqi var.
Estoniya iqtisadiyyatı
Baltikyanı ölkələr içərisində ərazicə ən kiçiyi olan Estoniya Ümumi Daxili Məhsulun adambaşına düşən həcminə və iqtisadi islahatların uğurla həyata keçirilməsinə görə birincidir. 2004-cü ildən NATO və Avropa İttifaqının üzvü seçilmiş, 2007-ci ildən isə Şengen Zonasına qoşulmuşdur. 2011-ci ildən Baltikyanı ölkələr içərisində ilk olaraq Estoniya Avrozonanın üzvü olmuşdur. Ölkədə 2012-ci ildə ÜDM-in həcmi ötən ilə nisbətən 3,9% artaraq 21,85 milyard ABŞ dolları təşkil etmişdir. Adambaşına düşən ÜDM-in həcmi 17 min dollardır. Estoniyanın əmək bazarı dünya reytinqində ilk onluqdadır.
Estoniya kronu
Estoniya kronu (est. kroon) — Estoniya Respublikasının 1928-1941və 1992-2010-cu illərdə milli valyutası.100sentə (est. sent) bölünürdü.
Estoniya tarixi
Estoniya tarixi — estonların yaşadığı Baltik dənizinin şərq sahillərindən başlayır. Estonlar tarixən Tevton ordeni ilə yaxından əməkdaşlıq etmiş Livoniya ordeni və Hanza ittifaqı kimi birliklərin fəaliyyətində yaxından iştirak etmişlər. == Orta əsrlər == Estonlar eradan əvvəl Ural dağının ətəklərindən başlayaraq, indiki yaşadıqları ərazilərə doğru hərəkət etməyə başlamışdılar. Estonlar tarixi baxımdan Macarlar və Finlərlə yaxın münasibətlərdə olmuşlar. Estoniya sözünün dünya dillərində bu gündə işlədilən Eastern sözündən yarandığı ehtimal edilir. Şərq mənasını bildirən bu söz Eston xalqının Baltik dənizinin şərqində yaşadığını göstərirdi. Estonlar Baltik dənizinin şərqində yerləşən limanlarda XV əsrdən etibarən yaşamağa başlamışdılar. Estonlar Avropada Xristianlıq dinini ən geç qəbul etmiş xalqlardandır. XII əsrdə Baltik dənizinin şərq sahillərində ticarət fəaliyyəti ilə məşğul olmuş Almanların qədim nəsilləri yerli xalqı Xristianlıq dininə dəvət etmişdilər. Estonların yeni dinə maraq göstərmədiklərini və dini qəbul etməkdən imtina etdiklərini gördükdə, Roma Papası vəziyyət barədə məlumatlandırılmışdır.
Estoniya şəhərləri
Estoniya şəhərlərinin siyahısı:
Evdokiya Kadi
Evdokiya Kadi (yun. Ευδοκία Καδή; 1981, Nikosiya) — Kipr müğənnisi. 2008-ci ildə Kipri "Fema Fetale" mahnısı ilə Avroviziya 2008 müsabiqəsində təmsil etmişdir. 22 mayda keçirilən yarımfinalda 15-ci yeri tutaraq finala çıxa bilməmişdir. Karyerasına 2001-ci ildə Kipr Universitetində başlamışdır. Bundan sonra o, Kiprdə və xaricdə müxtəlif yunan və kiprli müğənnilərin konsertlərində iştirak etmişdir. O həmçinin Kipr Yayın Korporasiyasının üzvüdür. Avroviziyadakı çıxışından sonra avqust ayında Yunanıstana gedərək Nikos Kourkoulis ilə "Poseydon" gecə klubunda çıxış etmişdir. 2008-ci ilin dekabrında isə ilk albomunu buraxmışdır.
Evdokiya Loukanqkou
Evdokiya Loukanqkou (26 sentyabr 1995, Saloniki) — Yunanıstanı təmsil edən bədii gimnast. Evdokiya Loukanqkou 2012-ci ildə Yunanıstanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Evdokiya Loukanqkou 2012-ci ildə Yunanıstan bayrağı altında Birləşmiş Krallığın London şəhərində XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yeleni Doika, Alexia Kiriazi, Stavroula Samara, Vasileya Zaçou və Marianti Zafeiriou ilə birgə təsnifat mərhələsində 51.875 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı.
Evgeniya Lopata
Evgeniya Lopata (1 noyabr 1994, Çernovtsı) — ukraynalı mədəniyyət meneceri və tərcüməçi. == Həyatı == Evgeniya Lopata 1994-cü ildə Ukraynanın Çernovtsı şəhərində anadan olmuşdur. Orta təhsilini həmin şəhərdəki 1 nömrəli gimnaziyada, ali təhsilini isə Çernovtsı Universitetində Biznes idarəçiliyi və menecmentlik üzrə və Qrats Universitetində Alman dili ixtisası üzrə almışdır. 2013-cü ildən "Meridian Çernivtsi" beynəlxalq ədəbiyyat festivalının direktoru və eyniadlı nəşrin naşiridir. 2015-ci ildə Schwarzkopf - Gənc Avropa Fondu tərəfindən "İlin Gənc Avropalısı" seçilmişdir. Tərcüməçi kimi o, mətnlərin alman və ya ingilis dilindən Ukrayna dilinə çevrilməsi sahəsində fəaliyyət göstərir. Hazırda Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır. Bundestaqda işləyir.
Helme (Estoniya)
Helme,(est. alevik) Estoniyanın cənubunda Valqamaa əyalətindəki, Helme Paris qəsəbəsində kiçik bir bölgədir. Valqamaa -Pärnu yolu ilə (6-cı nömrəli) Tırva qəsəbəsindən cəmi 2 km (1 mil) şimal -qərbdə yerləşir. 2011-ci il siyahıyaalınmasında qəsəbənin əhalisi 167 nəfər idi. == Helme qəsri == Qəsbə ilk dəfə 1210-cu ildə Henry Livonian Chronicle də qeyd edilmişdir. Helme kilsəsi ilk dəfə 1329-cu ildə Litvalı basqın zamanı qeyd edilmişdir. XV–XVI əsrlərdə Qonşu torpaqların çoxu talan edilmişdir. Helmedəki Livonian Order qalası (Ordensburq Kaskası), ehtimal edilirki, 14-cü əsrin birinci yarısında inşa edilmişdir. Qədim Estoniyada Dik bir təpədəki yerin daha əvvəl Saqalyanlar tərəfindən qala olaraq istifadə edildiyinə inanılır.
Estoniya folkloru
Estoniya folkloru — ilk dəfə yazılı mənbələrdə Saxo Qrammatikusun "Gesta Danorum" əsərində bəhs edilən eston mədəniyyətinin bir hissəsidir, burada döyüş ərəfəsində gecələr oxuyan eston döyüşçülərindən bəhs edilir. 13-cü əsrin əvvəllərində Livoniyalı Henrixin salnaməsində eston ritualları təsvir edilir, tanrılar və ruhlar xatırlanır. 1578-ci ildə Baltazarr Russov estoniyalıların yayın ortasını və ya Müqəddəs Yəhyanın gününü qeyd etdiyini təsvir etdi. 1644-cü ildə İohan Qustav müqəddəs bulaqlara ehtiram haqqında, 1685-ci ildə J. V. Boekler yerli xurafatları təsvir etdi. Estoniya əfsanələri və folkloru, o cümlədən xalq mahnıları nümunələri 1774–1782-ci illərdə Avqust Hupelin Topographische Nachrichten von Livund Estland əsərində ortaya çıxdı. 19-cu əsrin əvvəllərində, Estofil Maarifçiliyi dövründə (1750–1840) Baltik almanları arasında Estoniya folkloruna maraq daha da artdı. 1822-ci ildə eston romantik şairi Kristjan Peterson tərəfindən Kristfrid Qananderin "Mifologiya Fennica" əsərinin alman dilinə tərcüməsi nəşr olundu. 1839-cu ildə Estoniya folklorunun toplanması və öyrənilməsi üzrə mərkəzi təşkilat kimi Estoniya Öyrənilmiş Cəmiyyəti yaradıldı. Bu təşkilatın aparıcı siması Fridrix Robert Felman Eston xalq nağıllarından və Christfried Qananderin Fin mifologiyası toplusundan istifadə edərək alman dilində bir sıra eston əfsanə və miflərini nəşr etdirmişdir Bu nəşrlər bu günə qədər bu bölgənin xalq mənşəli ən gözəl mövzularından hesab olunur. Friedriç Reinhold Kreutzvald 1843-cü ildə Estoniya folklorunu toplamağa başladı.
Evdokiya (film)
Evdokiya (yun. Ευδοκία) — 1971-ci ildə çəkilmiş Yunanıstan dram filmi. Yunan kinosunun ən əhəmiyyətli əsərlərindən biridir. == Məzmunu və Növü == Film, baş rollarda olan bir serjantın və bir fahişənin (Evdokiya) qısa və ehtiraslı birlikdəliklərini və evliliklərini izah edir. Serjant əlaqələri üzərində getdikcə artan cəmiyyət təzyiqi nəticəsində Evdokiyadan ayrılmağa qərar verir lakin bu qərarını tətbiq edə bilmir. Evdokiya peşəsi ilə serjantı cəzb etmiş və özünə çəkmişdir. Filmdə kiçik burjuaziya dairələri, cəmiyyətin lumpenproletariyat ünsürləri, kiçik mənfəətlərin qarşıdurması işlənməkdədir. Evdokiya faciə növünün gözəl bir nümunəsidir. Baş rolların daxili dünyaları, mübarizələri, arzuları və dəyər qarşıdurmaları, sadə, canlı və axıcı şəkildə işlənmişdir. Bu möhkəm quruluş filmin Yunan kinosunun ən əhəmiyyətli əsərlərindən biri olmasına səbəb olmuşdur.