Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Evkalipt
Evkalipt (lat. Eucalyptus) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi məlumat == Evkalip həmişəyaşıl ağacdır. Əsasən tropik və subtropik iqlim zonalarında təbii şəkildə yayılmışdır. Vətəni Avstraliyada onun boyu 100 metrə çatır. Qabığının quruluşuna görə evkalipt bir neçə qrupa bölünür: qabığı hamar olanlar, parçalanaraq lövhəciklərlə tökülənlər, iri gövdədə və budaqlarda qabığı həmişəlik qalanlar. Yarpaqları ətirlidir, formaca eyni növ daxilində çoxlu müxtəliflik vardır. Hətta bu budaqda belə uzunsov, ovalvari, lansetvari formalı, yaşıl və göyümtül rəngli yarpaqlara təsadüf edilir. Yaşlı budaqlarda yarpaqlar növbəli, cavan budaqlarda isə qarşı-qarşıya düzülşülüdür. Çiçəkləri ağ və qırmızı rəngdə olub, çətirvari və ya süpürgəvari çiçək qrupunda yerləşir.
Ağ evkalipt
Ağ evkalipt (lat. Eucalyptus albens) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii arealı Tasmaniyadır. Avstraliyanın şərq və cənub-şərqini, Yeni Cənubi Uels mərkəzinin qərb yamacları, şərq düzənliklərini, şimaldan Kvinslendə qədər, Viktoriya ştatının cənubundan şimalına doğru və Cippslendin yuxarı rayonlarını əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 25 m, gövdəsinin diametri isə 25 sm-ə çatan həmişəyaşıl ağacdır. Gövdəsi pulcuqla örtülmüş, ağ rəngli qabıq əmələ gətirir. Oduncağı açıq rəngli, sərt və möhkəm, zoğları hamardır. Cavan yarpaqları qarşı-qarşıya yerləşmiş, sayı 4-5 cüt, saplağı qısa, neştərvari və ya dairəvi, uzunluğu 4-7 sm, eni 3-9 sm-dir. Yetkin fərdlərdə yarpaqları növbəli düzülmüş, geniş neştər formasında olub, uzunluğu 10-17 sm, eni 2-3 sm, sərt və boz rənglidir. Çiçək çətiri qınlı olub, süpürgəvaridir.
Ballı evkalipt
Dimdikvari evkalipt
Dimdikvari evkalipt (lat. Eucalyptus camaldulensis) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Avstraliyada bitir. Aralıq dənizyanı ölkələrdə, tropik, subtropik və cənub-mülayim rayonlarda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 70 m-ə çatan iri gövdəli, həmişəyaşıl ağacdır. Vətənində hündürlüyü 100 m-ə qədər olur. Budaqları uzunsov, qabığı hamar, narıncı və ya çəhrayı-ağ, pulcuqları çatlayan, töküləndir. Cavan yarpaqları üzbəüz, göyümtül, ürəkvari, yumru və ya ellipsvari, uzunluğu 6-9 sm və eni 2,5-4 sm, oturaq və ya qısa saplaqlarda yerləşir. Orta yarpaqlar növbəli düzülüşlü, ellipsvari və ya uzunsov, yaşıl və ya göyümtül hissəlidir. İri yarpaqları növbəli düzülüşlü, ensiz və ya enli-neştərvari, saplaqlı, uzunluğu 12-22 sm, eni 8–15 mm, nazik, yaşıl, əsas damarlanması aydın görünür.
Dəmiroduncaqlı evkalipt
Dəmiroduncaqlı evkalipt (lat. Eucalyptus sideroxylon) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Aralıq dənizi sahilləridir. Təbii halda cənub-şərqi və qərbi Avstraliya, Cənubi Uels və Kvinqled ştatlarında, dəniz səviyyəsindən 200–600 m yüksəklikdə olan yamaclarda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 18–45 m olan ağacdır. Oduncağı qırmızı, sıx, möhkəm, sərt və sudan ağırdır. Gövdəsinin qabığı sərt, qalın, dəyişkəndir, belə ki, cavan vaхtı gümüşü-boz rəngdə, sonradan tünd qırmızı və ya qara rəngdə olur. Yarpaqları qarşı-qarşıya, cüt, lentvari və ya neştərvari, uzunluğu 4-8 sm, eni 0,5-1,5 sm, açıq boz rənglidir. Yaşlı yarpaqları qalın, oraqvari, dartılmışdır. Keçid dövründə yarpaqları budağın üzərində ardıcıl yerləşən, saplaqlı, neştər formalı, açıq bozumtul rəngli, 6-11 sm uzunluqda, 1-2 sm enində olur.
Giləmeyvəli evkalipt
Giləmeyvəli evkalipt (lat. Eucalyptus coccifera) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Eucalyptus alpina R.Br. ex Maiden Eucalyptus coccifera var. parviflora Benth. Eucalyptus coccifera var. viridifolia Summerh. Eucalyptus daphnoides Miq.
Girdə evkalipt
Girdə evkalipt (lat. Eucalyptus globulus) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Avstraliyanın Viktoriya, Yeni Cənubi Uels ştatları, Tasmaniya, Yeni Zelandiya, Cənubi Amerika, Kaliforniya və Çinin cənubunda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 70 m-ə çatan, bozumtul və ya mavi-ağ rəngli, hamar gövdəli ağacdır. Gövdənin aşağı hissəsi istisna olmaqla qalan hissəsində qabığı uzun, nazik, lentşəkilli qopub tökülür. Cavan zoğlarında yarpaqlar üzbəüz, oturaq, boz və ya külvari-ağ rəngli, ürək və ya yumurtavari formalı, ucu daralmış olub, 7-16 sm uzunluqdadır. Yetkin yarpaqları isə növbəli düzülüşlü, saplaqlı və dərivari, cavan yarpaqlardan iki dəfə qalın və dörd dəfə uzundur. Rəngi tünd yaşıl olub, neştərvari və ya qılıncvari, 15-30 sm uzunluqda və 3-4 sm enindədir. Ağımtıl və ya qırmızı çiçəkləri tək və ya 2-3-ü bir yerdə olmaqla, oturaq və ya qısa ayaqcıq üzərində yerləşir. Çiçək yatağı və qapağı tükcüklü, üzəri mavi-ağ rəngli, muma oxşar təbəqə ilə örtülüdür.
Külvari evkalipt
Külvari evkalipt (lat. Eucalyptus cinerea) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Avstraliyanın Cənubi Uels və Viktoriya ştatlarında dəniz səviyyəsindən 600 m hündürlükdə yayılmışdır. XVIII əsrdə Avropaya gətirilmiş və bəzək bitkisi kimi becərilir. == Botaniki təsviri == Hündürlüyü 12–15 m, gövdəsinin diametri 40-45 sm olan həmişəyaşıl ağacdır. Gövdəsi əyilmiş və ya düz olub, lifli qabıqla örtülmüşdür. Qabığı lifvari soyulan, qırmızımtıl-qonur rənglidir. Cavan yarpaqları növbəli yerləşmiş, uzunluğu 3,5-4,5 sm, eni 3,5-5 sm olmaqla, parlaq, mavi çalarlı, qısa saplaqlıdır. Enli-yumurtavari və neştərvari formalı yarpaqların uzunluğu 8-10 sm, eni 2,5 sm-ə catır. Yetkin yarpaqları növbəli düzülüşlü, dairəvi, bəzən enli və ya ensiz neştər formalı, bir az əyri, mum örtüklü, dərivari və oturaqdır.
Limonu evkalipt
Corymbia citriodora (lat. Corymbia citriodora) — mərsinkimilər fəsiləsinin corymbia cinsinə aid bitki növü.
Mavi evkalipt
Rəngarəng evkalipt
Rəngarəng evkalipt (lat. Eucalyptus diversicolor) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Çoxçiçəkli evkalipt
Çoxçiçəkli evkalipt (lat. Eucalyptus polyanthemos) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. Təbii arealı cənub-şərqi Avstraliya, Aralıq dənizi sahilləri, Afrika, Mərakeşdir. Qara dəniz sahillərində geniş əkin sahələrinə malikdir. Hündürlüyü 18 m, diametri 30 sm-ə qədər olan, ortaboylu, həmişəyaşıl ağacdır. Gövdəsinin qabığı tünd qırmızı rəngli, ağır, bərk, pulcuqlu-lifli, cavan zoğlarda isə hamardır. Cavan yarpaqları 3-5 ədəd olmaqla növbəli yerləşmiş, saplaqlı, forması dairəvi, uzunluğu 4-8 sm, eni 4 sm, mavi çalarlı və ya bozumtuldur. Yetkin yarpaqları saplaqlı, növbəli düzülmüş, dar və ya enli neştərə bənzəyir, uzunluğu 5-14 sm, eni 1,5-4,5 sm olmaqla, açıq kül rənglidir. Çiçək qrupu 3–6 çiçək çətirindən ibarət olub, üst tərəfdən çətir çiçək qrupu əmələ gətirir. Çətir saplağı silindrvari, uzunluğu 5-10 mm, qönçələrin saplağı boz rəngli, sancaqvari olub, uzunluğu 7 mm, diametri 4 mm, konusvari qapaqcıqlı, lakin çiçək yatağının saplağından qısadır; tozcuq qutusu bitişik yuvacıqlı, xəncərvari və ya dördbucaqlı, sonunda məsamələri vardır.
Çubuqvari evkalipt
Çubuqvari evkalipt (lat. Eucalyptus viminalis) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. Əsas arealı subtropik ölkələrdir. Tasmaniya, Yeni Cənubi Uels və Viktoriya ştatları, Kvinlend və Cənubi Avstraliyada 900 m yüksəklikdə, dağların zirvəsində yayılmışdır. Hündürlüyü 45–50 m olan, sallaq budaqlı, dekorativ ağacdır. Gövdəsinin qabığı hamar və ağ, vaxtaşırı lentvari soyularaq ağacda sallaq vəziyyətdə qalır, sərtləşir ya da tökülür. Zoğun orta sahəsində yarpaqlar açıq və ya tünd yaşıl rəngli, növbəli, saplaqlı, küt neştərvari, uzunluğu 8-27 sm, eni 4-5 sm olub, yastı və dalğavaridir. Cavan yarpaqlar oturaq və zoğda qarşı-qarşıya yerləşmiş, bəzən yarpağı bükülmüş halda olur, dar və ya geniş neştərvari olub, uzunluğu 5-10 sm, eni 1,3-3 sm, tünd və ya açıq yaşıl rəngli, parlaqdır. Yetkin fərdlərdə də yarpaq növbəli və saplaqlı, neştər və ya oraqvari, uzunluğu 11-18 sm, eni 1,5-2 sm-ə çatır, açıq yaşıl rəngli, yastı və dalğavaridir. Çıçəkləri 3, bəzən 6-8 olmaqla çətir çiçək qrupunda yarpaq qoltuğunda yerləşir, çıçək saplağı qısa və ya oturaqdır.
Çətirvari evkalipt
Çətirvari evkalipt (lat. Eucalyptus tereticornis) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. Avstraliya qitəsi və yeni Qvineyada yayılmışdır. Avstraliyada şimali Kvinslend, Tambo çayının sahili və Viktoriyanın şərq sahillərində geniş plantasiyaları vardır. Hündürlüyü 45 m və gövdəsinin diametri 1,8 m olan ağacdır. Gövdəsinin qabığı hamar, ağımtıl-sarı rəngli, xallı, nisbətən sərtləşən və töküləndir. Oduncağı tünd qırmızı, düz təbəqəli, sərt və möhkəm, sudan ağırdır. Yarpaqların uzunluğu 10–20 sm, eni 1,2–2,5 sm, tünd yaşıl, mərkəzi damarlanması dəqiq, yan damarlanması qövsvaridir. Yetkin fərdlərin yarpaqları spiralvari olub, saplaqlı, tünd yaşıl və üst səthi parlaq, damarlanması eynidir. Çiçək çətiri qınlı, silindrik və ya yığcam olub, uzunluğu 10–14 mm-dir.
Şarvari evkalipt
Balətirli evkalipt
Balətirli evkalipt (lat. Eucalyptus melliodora) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avstraliyadır, cənub-qərbdə Kvinsistandan Viktoriyaya qədər alçaq dağətəyi zonalarda, dənizkənarı ətraflarda yayılmışdır == Botaniki təsviri == Hündürlüyü 60 m-ə çatır. Qabığı pulcuqvari-pambıqvari və ya yarımlifli, rəngi yaşılımtıl-bozdur. Cavan yarpaqları üzbəüz, 3-5 cüt, saplaqlı, uzunsovdan ellipsvariyədək dəyişir, rəngi açıq göyümtül, uzunluğu 2-5 sm, eni 1,5-2,5 sm-ə çatır. İri yarpaqları – növbəli, ensiz və ya enli-neştərvari, saplaqlı, cod, uzunluğu 7-18 sm, eni 0,7-2,5 sm-dir. Çətirləri 3-6 çiçəkli, qoltuqda və ya uc süpürgələrdə toplaşır; çətirin uzunluğu 6-9 mm; qönçələri sancaqvari, uzunluğu 7-8 mm, diametri 5-6 mm; tozluqları bitişik, saplaqlara əyri bitişik, ensiz, uc məsamələrlə açılır. Meyvələri ayaqlarda, yarımşarşəkilli və ya təxminən şarşəkilli olub, diametri 5-7 mm, hamar, çox nazik diskli və xırda, batıq laylıdır. Vətənində sentyabr-fevral aylarında, Azərbaycanda iyul-avqustda çiçəkləyir. == Ekologiyası == Əsasən çay kənarlarında, allivüal torpaqlarda, dəniz səviyyəsindən 150-600 m hündürlükdə, dağətəyi ərazilərdə yaxşı inkişaf edir.
Ağ oduncaqlı evkalipt
Ağ oduncaqlı evkalipt (lat. Eucalyptus leucoxylon) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii arealı cənubi və cənub-şərqi Avstraliyadır. Aralıq dənizi sahillərində də geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-25 m, gövdə diаmеtri isə 25-40 sm оlur. Qabığı kobud, gövdənin aşağı sahəsində hamar, ağ rəngli, gövdənin yuxarı hissəsində isə qabığın üzəri ağ və ya mavi ləkələrlə örtülüdür. Cavan yarpaqlar qarşı-qarşıya olub, sayı müxtəlif miqdarda və ya cüt, əksər halda oturaq və ya qısa saplaqlı, formaca ürəkvari, dairəvi və ya geniş neştərvaridir. Uzunluğu 4-7 sm, eni 3-3,5 sm-ə çatıb, mavi çalarlıdır. Yetkin yarpaqları növbəli, neştərvari, 7-15 sm uzunluqda, 2-3,5 sm enində olmaqla, açıq yaşıl və ya bozumtuldur. Çiçəkləri adətən ağacın üst çətirlərində və yarpağın qoltuq hissələrində yerləşməklə salxıma toplanır.
Dalrimpl evkalipti
Dalrimpl evkalipti (lat. Eucalyptus dalrympleana) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Yarımnövləri == Eucalyptus dalrympleana subsp. dalrympleana Eucalyptus dalrympleana subsp. heptantha L.A.S.Johnson Eucalyptus dalrympleana subsp. lutruwita D.Nicolle Eucalyptus dalrympleana subsp.
Makartur evkalipti
Makartur evkalipti (lat. Eucalyptus macarthurii) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Növün nümayəndələri Uels ştatının Cənub-şərq hissəsində, Şimali-Şərqi Avstraliyada dəniz səviyyəsindən 600-700 m hündürlükdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 45 m-ə çatan, şaxələnmiş, sıx çətirli ağacdır. Qabığı kobud, bəzən pulcuqvari, sınan, yaşlılarda çox qalın və dərin şırımlı, qopub töküləndir. Cavan yarpaqları qarşı-qarşıya düzülüşlü, oturaq, neştərvari, açıq yaşıl rəngli, uzunluğu 2,5-8,5 sm, eni 1-4,5 sm, açıq yaşıl, bəzən göyümtüldür. Çoxillik yarpaqları növbəli, parlaq, saplaqlı, ensiz-neştərvari və ya oraqvari olub, uzunluğu 9-30 sm, eni 1-2,5 sm-ə çatır, qısa, ucu bizdir. Çiçək çətirləri 4-8 çiçəkli olmaqla qoltuqda yerləşir, çiçək saplaqları 5-12 mm uzunluqda, yumru və ya bir az künclü, qönçələri oturaq, silindrik və ya yumurtavari olub, uzunluğu 10 mm, diametri 5 mm, parlaq, künclü, konusvari qapaqlı, uzunluğuna görə kasacıq borucuğuna bərabərdir. Meyvələri ayaqda, yarımşarşəkilli olub, uzunluğu 5 mm, diametri 6 mm, xırda diskli və 3-4 qısa, qabarıq laylıdır. Abşeronda aprel-iyul aylarında çiçəkləyir.
Makarturi evkalipti
Mayden evkalipti
Mayden evkalipti (lat. Eucalyptus maidenii) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Eucalyptus globulus subsp. maidenii (F.Muell.) J.B.Kirkp.
Paroza evkalipti
Paroza evkalipti (lat. Eucalyptus porosa) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. Vətəni Avstraliyadır. Aralıq dənizi sahillərində geniş ərazilərdə becərilir. Hündürlüyü 15–18 m-ə çatan, sıx çətirli ağacdır. Gövdəsinin qabığı boz-qonur rənglidir. Təzə yarpaqları açıq yaşıl rəngli, parlaq, yaşlandıqca əyilmiş formalı, tünd və ya açıq yaşıl rəngdə olur. Birevli bitkidir. Avqust-sentyabr aylarında çiçəkləyir. Meyvəsi qutucuqdur.
Əlcəzair evkalipti