Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Evian
Evian — Cenevrə gölünün cənub sahilindəki Évian-les-Bains yaxınlığında müxtəlif mənbələrdən gələn bir qablaşdırılmış mədən suyu markasıdır. Evian, Fransız Danone şirkətinə aiddir. Qablaşdırılmış suya əlavə olaraq, Danone Evian adını bir sıra üzvi dəriyə qulluq məhsulları və Fransadakı lüks kurort üçün istifadə edir.
Elmixan Məmmədov
Elmixan Məmmədov (9 yanvar 1994-cü ildə Tovuzda anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Turan Tovuz klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-17 milli futbol komandasında çıxış etmişdir. == Bioqrafiyası == Elmixan Məmmədov 1994-cü ildə Tovuz şəhərində anadan olmuşdur. O, Turan Tovuz klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasının məzunu olmuşdur. == Klub karyerası == Elmixan Məmmədov öz peşəkar futbolçu karyerasına 2010-cu ildə Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Turan Tovuz klubunda başlamışdır. O, Tovuz təmsilçisi ilə birlikdə Premyer Liqada üç mövsüm iştirak etdi. 2013–14 mövsümünün sonunda toplanılan xallar əsasında klub Birinci Diviziona endi, lakin digərlərindən fərqli olaraq, Elmixan klubu tərk etmədi. === Çempionat === Mövsümlər üzrə Azərbaycan çempionatında statistikası aşağıdakı kimidir: === Кубок === Mövsümlər üzrə Azərbaycan Kubokunda statistikası aşağıdakı kimidir: == Milli karyerası == 2010-cu ildə Elmixan Azərbaycan U-17 millisi ilə Moldova Futbol Federasiyası Kuboku turnirində iştirak etmək üçün milliyə dəvət almışdır.
Sona Vəlixan
Sona xanım İbrahim qızı Vəlixan (19 iyun 1883, Qazax – 4 aprel 1982, Bakı) — göz həkimi, əməkdar elm xadimi, professor, Azərbaycan Tibb İnstitutunun kafedra müdiri, Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri. İlk oftalmoloq qadın (1933), İlk Tibb elmləri doktoru elmi dərəcəsinə layiq olan ilk azərbaycanlı qadını olmuşdur. Elmi işinin dərinliyinin və dəyərinin təsdiqi 1931-ci ildə "Endoftalmitin patoloji anatomiyasına dair" məqaləsi Nobel Komitəsinin diqqətini özünə cəlb edib və onun Nobel mükafatına namizədliyi qeydiyyata alınıb. İkinci dünya müharibəsinin başlanması səbəbindən onun elmi işi müvəffəqiyyət qazanmayıb. Qırmızı ulduz ordeni, Tibb əlaçısı döş nişanı, eləcə də 2 medalla təltif olunmuşdur. İbrahim Rəhimovun qızıdır. Sona xanım Vəlixan 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirmiş və Azərbaycanda ilk ali təhsilli həkim qadın olmuşdur. 1923–1939-cu illərdə S. Vəlixan Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, dosent və professor vəzifəsində çalışmış, 1939–1971-ci illərdə isə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri olmuşdur. 1946–1960-cı illərdə S. İ. Vəlixan Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini tutmuşdur. Sona Vəlixan 60-dan artıq elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir.
Vəlixan Qarayev
Vəlixan Qarayev (tam adı: Qarayev Vəlixan Novruz oğlu; 8 iyun 1960) — tibb elmləri doktoru. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi" publik hüquqi şəxsin "Şamaxı Müalicə Diaqnostika Mərkəzi" publik hüquqi şəxsində Direktor vəzifəsində çalışır. Vəlixan Qarayev 8 iyun 1960-cı ildə anadan olmuşdur. 1985-ci ildə N. Nərmanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirmişdir. 1985–1986-cı illərdə Saratov Tibb İnstitutunun "Cərrahiyyə" kafedrasında internaturanı həkim cərrah ixtisası üzrə bitirmişdir. 1987-ci ildən 1996-cı ilədək Kazan şəhərində 7 saylı klinik şəhər xəstəxanasının cərrahiyyə şöbəsində — Həkimləri Təkmilləşdirmə Akademiyasının "Ümumi və təcili cərrahiyyə" kafedrasının bazasında cərrah vəzifəsində çalışmışdır. 1996-cı ildən 2000-ci ilədək RF FSX-nın Nijni Novqorod şəhəri Hərbi Tibbi İnstitutunun "Cərrahi xəstəliklər" kafedrasında müəllim işləmişdir. 2000-ci ildən 2011-ci ilədək Kazan şəhərində 7 saylı klinik şəhər xəstəxanasının cərrahiyyə şöbəsində — Həkimləri Təkmilləşdirmə Akademiyasının "Ümumi və təcili cərrahiyyə" kafedrasının bazasında həkim-cərrah kimi çalışıb və şöbə müdiri vəzifəsini əvəz edib. Mütəmadi olaraq Həkimləri Təkmilləşdirmə Akademiyasının "Ümumi və təcili cərrahiyyə" kafedrası ilə elmi-praktik əməkdaşlıq edib. 2011-ci ildən 2012-ci ilədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şamaxı Müalicə Diaqnostika Mərkəzi cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb.
Əlixan Binnətoğlu
Əlixan Bukeyxanov
Əlixan Bökeyxan(qaz. Әлихан Бөкейхан; 5 mart 1866, 1869, 1870 və ya 1866 – 27 sentyabr 1937 və ya 1937, Moskva, SSRİ) — qazax ictimai xadimi, müəllimi, jurnalisti, etnoqrafı. Qaynaqlar onun nəslinin Çingiz xanın nəvəsi Cuçi xana bağlı olduğunu yazırlar. Bökey xanın nəslindəndir.. Onun doğum tarixi 1866-cı il, 1869-cu il, 1870-ci il kimi göstərilir. Rusya İmperyasının inzibati ərazi bölgülərinə görə Əlixan Nurmuhammed oğlu Bökeyxan Semey vilayəti Qarqaralı qəzasının Toqırauın nahiyəsində doğulmuşdur. Nurmuhammed xan oğlu Əlixanın təhsil alması üçün ayrıca müəllimlər tutur. Sonra isə Karqaralıdakı qazax uşaqları üçün açılmış məktəbə göndərir. 1879–1886-cı illərdə bu məktəbdə oxuyan Əlixan təhsildəki başarısı ilə diqqəti cəlb edir. Bölgənin o dövürkü general-qubernatoru Gerasim Kolpakovskinin köməyi ilə Omsk Texniki Məktəbinə daxil olan Əlixan Bökeyxan 1890-cı ildə məktəb bitirib Sankt-Peterburqa gedir.
Əlixan Bökeyxan
Əlixan Bökeyxan(qaz. Әлихан Бөкейхан; 5 mart 1866, 1869, 1870 və ya 1866 – 27 sentyabr 1937 və ya 1937, Moskva, SSRİ) — qazax ictimai xadimi, müəllimi, jurnalisti, etnoqrafı. Qaynaqlar onun nəslinin Çingiz xanın nəvəsi Cuçi xana bağlı olduğunu yazırlar. Bökey xanın nəslindəndir.. Onun doğum tarixi 1866-cı il, 1869-cu il, 1870-ci il kimi göstərilir. Rusya İmperyasının inzibati ərazi bölgülərinə görə Əlixan Nurmuhammed oğlu Bökeyxan Semey vilayəti Qarqaralı qəzasının Toqırauın nahiyəsində doğulmuşdur. Nurmuhammed xan oğlu Əlixanın təhsil alması üçün ayrıca müəllimlər tutur. Sonra isə Karqaralıdakı qazax uşaqları üçün açılmış məktəbə göndərir. 1879–1886-cı illərdə bu məktəbdə oxuyan Əlixan təhsildəki başarısı ilə diqqəti cəlb edir. Bölgənin o dövürkü general-qubernatoru Gerasim Kolpakovskinin köməyi ilə Omsk Texniki Məktəbinə daxil olan Əlixan Bökeyxan 1890-cı ildə məktəb bitirib Sankt-Peterburqa gedir.
Əlixan Məlikov
Əlixan Süleyman oğlu Məlikov (7 may 1951, Bakı) — "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin sədri (2000–2009). Məlikov Əlixan Süleyman oğlu 1951-ci il mayın 7-də Bakıda anadan olmuşdur. 1967-ci ildə Bakı şəhər 124 saylı orta məktəbini, 1973-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun istehsal proseslərinin avtomatikası fakultəsini bitirmişdir. İxtisasca mühəndisdir. Evlidir, 2 övladı var. Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Fəxrəddin Məlikovun qardaşıdır. 1973–1975-ci illərdə hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 1975-ci ildə başlamışdır. 1975–1979-cu illərdə Bakı Aqreqat İstehsalat Birliyində mehəndis-konstruktor, texniki şöbənin rəisi, 1979–1992-ci illərdə Bakı şəhər Əzizbəyov (indiki Xəzər) Rayon Qaz İstismar İdarəsində sahə rəisi, qəza dispetçer xidmətinin rəisi, 1994–1996-cı illərdə "Azəriqaz" Dövlət şirkətində baş mütəxəssis, 1996–1998-ci illərdə Bakı şəhər Suraxanı Rayon Qaz İstismar İdarəsinin rəisi vəzifəsində çalışmışdır. Əlixan Məlikov 4 fevral 2000-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 273 nömrəli fərmanı ilə "Azəriqaz" Səhmdar Cəmiyyətinin sədri təyin edilmişdir.
Əlixan Qantəmir
Əlixan Qadoeviç Qantəmir (9 may 1886, Diqora rayonu – 16 aprel 1963, Münxen, Bavariya, Qərbi Almaniya) — Qafqaz Dağlılarının İttifaq Şurasının üzvü, Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasının Azərbaycan Xalq Cümhuriyyətində diplomatik nümayəndəsi, Zaqafqaziya Demokratik Federativ Respublikasının xarici işlər nazirinin müavini, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü, Ümumrusiya Müəssislər Məclisinin üzvü. Əlixan Qantəmir 1886-cı ildə Diqorada müsəlman osetin ailəsində doğulmuşdur. Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdir. Aprel işğalından sonra tutulsa da, əvvəlcə Gürcüstana, daha sonra isə Türkiyəyə (1921) qaçdı. 1938-ci ildə Sovet səfirliyinin təzyiqi ilə Türkiyə vətəndaşlığından çıxarılaraq ölkədən qovulmuş və Almaniya köçmüşdür. 1963-cü ildə Münhendə vəfat etmiş və orada dəfn olunmuşdur. Fevral inqilabından sonra Qarsda yerli hökumət qurulmuş, sırayla erməni, türk, yunan bir həftəlik Qars şəhərinin valisi olurdu. Türklər adından vali Əlixan Qantəmir seçilmişdir. Bu dövrdə Qarsda Bakı İslam Xeyriyyə Cəmiyyəti vəkili kimi fəaliyyət göstərmişdir. 1917-ci ildə Zaqafqaziya Komissarlığının Qars vilayətindəki komissarı olmuşdur.
Əlixan Rəcəbov
Əlixan Vaqif oğlu Rəcəbov (1 avqust 1991, Bakı) — azərbaycanlı aktyor, rejissor, ssenari müəllifi. Rəcəbov Əlixan Vaqif oğlu 1991 ildə avqustun 1-i Bakı şəhərində doğulub. Milli Aviasiya Akademiyasında təhsil alıb, 2012-ci ildə məzun olub. 2009-cu ildə ilk dəfə Rusiyanın Həştərxan şəhərində, "Neftçi Bakı" ŞHK-nun heyətində çempionata qatılıb. 2009-cu ildən 2013-ilə qədər bir çox ŞHK liqalarında komandasıyla birlikdə iştirak edib. 2013-cü ildə Azərbaycan yığmasında Belarusun Minsk şəhərində 1-ci liqada oyuna qatılıb. 2014-cü ildə ANS telekanalında yayımlanan Comedy.AZ layihəsində rezidentlik edib. 2016-cı ilin dekabrında şəxsi videobloquna başladı. İlk videobloqları cəmiyyətdəki mənfi obrazlar haqqında çəkilmiş 1 dəqiqəlik videolar idi. Daha sonra bu videoformatdan çıxıb, daha keyfiyyətli və xronometraj baxımından uzun vloqlar çəkməyə başladı.
Əlixan Smaylov
Əlixan Asxan oğlu Smaylov (qaz. Әлихан Асханұлы Смайылов; 18 dekabr 1972, Almatı) – Qazax dövlət və siyasi xadimi, 11 yanvar 2022-ci ildən Qazaxıstan Respublikasının baş naziri kimi seçilmişdir.
Əlixan Səmədov
Əlixan Səmədov (27 aprel 1964, Sumqayıt) — Azərbaycan musiqiçi və sənətkarı, tanınmış virtuoz balaban ifaçısı və ustadı. Azərbaycanın xalq artisti (2018). Əlixan Səmədov 27 aprel 1964-cü ildə Sumqayıtda musiqiçi ailəsində anadan olub. Səməd Vurğun adına Musiqi Məktəbində obua və Nəriman Nərimanov adına Mədəniyyət Evində qarmon təhsili alıb (1979 −1982). Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb (1986–1990). Nəfəsli alətləri (balaban, klarnet, qaboy, tütək, zurna, saksafon) və xalq çalğı alətlərini (nağara, qoşanağara, dəf, qarmon) böyük bir ustalıqla ifa edir. 1993-cü ildə musiqi sənətini daha da inkişaf etdirmək məqsədilə Türkiyəyə köçən Səmədov balabanı ilə qısa müddətdə böyük dinləyici kütləsi qazanıb. "Balaban metodu" kitabının müəllifi Əlixan Səmədov müxtəlif mükafatlara layiq görülüb. 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. Nidel, Richard (2005).
Əlixan Tokayev
Əlixan İnusoviç Tokayev (oset. Токаты Алихан; 1893, Darvaqs, Rusiya imperiyası – 1920, Krasnodar) — Osetin dramaturqu, şairi və publisisti. Osetin dilində ilk sonatanın müəllifi.. Əlixan Tokayev 1893-cü ilin iyulunda Terek vilayətinin Darvaqs kəndində böyük kəndli ailəsində anadan olub. Milliyətcə osetindir. 1907-ci ildə Darqavs kilisə məktəbini bitirmiş, sonra ailənin təsərrüfat işlərinə kömək etmişdir. Ə.Tokayev 1913-cü ildə 1916-cı ildə bitirdiyi Bakı Dənizçilik Məktəbinə daxil olmuşdur. Bakıda Əlixan inqilabi ideyalarla tanış olmuş, bolşeviklərin gizli hərəkatında iştirak etmişdir. Eyni zamanda ədəbi fəaliyyətlə də məşğul olmağa başlamışdır. Sonra Əlixan Tokayev Sankt-Peterburq Rəssamlıq Akademiyasına daxil olmuşdur.
Əlixan Törə
Əlixan Törə, Əlixan Törə Saquni, Əlixan Şakirxocayev, (uyğ. ئەلىخان تۆرە, özb. Alihon Tura çin. 艾力汗·吐烈; 21 mart 1884, Tokmak (Qırğızıstan), Yeddisu vilayəti, Türkistan general-qubernatorluğu, Rusiya imperiyası – 28 fevral 1976, Daşkənd, Özbəkistan SSR, SSRİ) — İkinci Şərqi Türkistan Respublikasının özbək əslilli birinci prezidenti. Törə vaxtilə Balasaqun indi hazırkı Qırğızıstanın Tokmak qəsəbəsində anadan olmuş, lakin 1920-ci ildə Sovet hökümətinin qurulması ilə Şərqi Türkistandakı Qaşqara mühacirət etmişdir. 1944-cü ilin aprelində Əlixan Törə Əbdülkərim Abbas və digər on nəfərlə birlikdə Şərqi Türkistanı Çin Milliyyətçi hakimiyyətindən azad etmək üçün Külçədə (Yining) azadlıq təşkilatı qurdular. 1944-cü il noyabrın 11-də SSRİ-nin dəstəyi ilə İli üsyanını qaldırdılar. Əlixan Törə Karabaltada digər mənbələrə görə (indi Qırğızıstanda) Tokmak şəhərində dindar bir ailədə anadan olmuşdur. Buxara mədrəsəsində yüksək dini təhsil almışdır. İlahiyyat biliklərinə görə ətrafdakılardan "Törə" ləqəbini almışdır.
Əlixan məscidi
Əlixan məscidi — Naxçıvan şəhəri İstiqlal küçəsi, Əlixan məhəlləsində tarixi-memarlıq abidəsi. Naxçıvan şəhərindəki Əlixan məhəlləsində əvvəllər fəaliyyət göstərmiş məscid binasından yalnız cənub tərəfdəki xaraba divarı qalır. Maraqlıdır ki, "salamat qalan" divarda 3x1,5 metr ölçüsündə iki mehrab yeri var. Əvvəllər binanın uzunluğu 25, eni 15, divarlarının eni isə 1 metr ölçüsündə çiy kərpicdən tikilib. Şimal tərəfdəki divarda ikitağlı taxta qapı, şərq divarda iki pəncərə ilə birtağlı qapı, qərb tərəfdəki divarda isə dörd pəncərələri olub. Hündürlüyü 6,5 metr olan binanın üstü qarağac tirlərlə örtülərək, divarlar saman-gillə suvanıb. Məsciddə eyni vaxtda 60 nəfər namaz qıla bilərdi. Binanın (otağın) içərisindən qara pərdə arakəsmə asılıb. "Məscidin həyətində" Bazar çayı axmaqla çeşmə (kəhriz) quyusu olub. Binanın minarəsi olmadığından müəzzin taxta nərdivanla dama qalxıb əzan verərdi.
Aşağı Əvdilan (Urmiya)
Aşağı Əvdilan (fars. ‎اودلان سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 276 nəfər yaşayır (45 ailə).
Sona xanım Vəlixan
Sona xanım İbrahim qızı Vəlixan (19 iyun 1883, Qazax – 4 aprel 1982, Bakı) — göz həkimi, əməkdar elm xadimi, professor, Azərbaycan Tibb İnstitutunun kafedra müdiri, Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri. İlk oftalmoloq qadın (1933), İlk Tibb elmləri doktoru elmi dərəcəsinə layiq olan ilk azərbaycanlı qadını olmuşdur. Elmi işinin dərinliyinin və dəyərinin təsdiqi 1931-ci ildə "Endoftalmitin patoloji anatomiyasına dair" məqaləsi Nobel Komitəsinin diqqətini özünə cəlb edib və onun Nobel mükafatına namizədliyi qeydiyyata alınıb. İkinci dünya müharibəsinin başlanması səbəbindən onun elmi işi müvəffəqiyyət qazanmayıb. Qırmızı ulduz ordeni, Tibb əlaçısı döş nişanı, eləcə də 2 medalla təltif olunmuşdur. İbrahim Rəhimovun qızıdır. Sona xanım Vəlixan 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirmiş və Azərbaycanda ilk ali təhsilli həkim qadın olmuşdur. 1923–1939-cu illərdə S. Vəlixan Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, dosent və professor vəzifəsində çalışmış, 1939–1971-ci illərdə isə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri olmuşdur. 1946–1960-cı illərdə S. İ. Vəlixan Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini tutmuşdur. Sona Vəlixan 60-dan artıq elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir.
Yuxarı Əvdilan (Urmiya)
Yuxarı Əvdilan (fars. اودلان عليا‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 13 nəfər yaşayır (4 ailə).
Mirzə Əlixan İrəvani
Mirzə Əli Ləli və ya Mirzə Əlixan İrəvani (1845, Təbriz və ya İrəvan, Gürcüstan-İmeretiya quberniyası – 1907, Tiflis və ya Təbriz) — azərbaycanlı şair, həkim. Mirzə Əli Ləli 1845-ci ildə Təbrizdə dünyaya gəlib. Ata-anası əslən irəvanlı olub. Təbriz mədrəsələrində təlim-tərbiyə alıb. Ərəb və fars dillərini öyrənib. Təbrizdə əttarlıq dükanı açıb və bir müddət ticarətlə məşğul olub. Sonra o dövrün məşhur həkimlərindən təbabət elmini öyrənib. Bu sahədə biliklərini təkmilləşdirmək üçün Tehrana gedib. Sonra Təbrizə qayıdaraq həkimlik etməyə başlayıb. Öz bilik və təcrübəsini artırmaq üçün Misirə, İstanbula, hətta Avropanın bəzi şəhərlərinə səfərlər edib.
Əlixan bəy Cavanşir
Əlixan bəy Cavanşir – (?-1612), hərbi mühəndis Əlixan bəy Cavanşir hərbi mühəndis idi. 1607-ci ildə şahın Şirvan səfərində Kür çayının üzərindən panton körpü salmışdı. 1612-ci ildə isə Gəncə qalasının təmirinə başçılıq etmişdi. Tarixçi İskəndər bəy Münşi Türkman Əlixan bəy və qardaşı Mirzəhüseyn bəy Cavanşirin başına gələn əhvalata öz ünlü əsərində xeyli yer ayırıb. Tarixçi yazır: "İkinci qəziyyə Əlixan bəy Cavanşir və qardaşı Mirzəhüseyn bəyin ölümü ilə bağlıdır. Cavanşir eli Qarabağ tərəkəmələrindəndir. Cavanşir otuz iki oymaqdan ibarət olan Otuziki elinə bağlıdır ki, onların babaları o elin əmirləri olublar. Onların ailəsi, oymaq və elləri rumluların istilası zamanı Qarabağda qalmışdılar. Mirzəhüseyn bəy də rumlulara tabe idi. Bir neçə il sonra kiçik qardaş olan Əlixan bəy cahanpənah şahın sarayına gələrək yaxınları zümrəsinə girdi və şahanə tərbiyə oldu.
Qışlaq-i Təkquyu Mətləb və Əlixan (Pərsabad)
Qışlaq-i Təkquyu Mətləb və Əlixan (fars. قشلاق تك قوئي مطلب وعلي خان‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 99 nəfər yaşayır (16 ailə).
Xurşidbanu Natəvanın heykəli (Evian-le-Bən, 2017)
Xurşidbanu Natəvanın heykəli — XIX əsr Azərbaycan şairəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində yerləşən heykəli. Heykəl Evian-le-Bən şəhərində 2017-ci ildə qoyulmuşdur, vandalizm hadisəsindən sonra Parisə gətirilmişdir. 2017-ci ildə İsmayıllı və Fransanın Evian-le-Bən şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində Evian şəhərində, Leman gölü sahilində "Azərbaycan parkı"nın rəsmi açılış mərasimi olub. Bununla yanaşı parkda “Dostluq” bulağı və Xurşidbanu Natəvanın heykəlinin də açılış mərasimi olub. Heykəlin müəllifləri Salhab Məmmədov və Əli İbadullayevdir. 2023-cü ilin dekabr ayının 18-də 2022-ci ildə Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalarla əlaqədar olaraq, parkdakı “Azərbaycan parkı” ifadəsi silinmişdir, ancaq abidə saxlanılmışdır. Bundan sonra İsmayıllı rayonu hakimiyyəti Evian-le-Bənlə dostluq və əməkdaşlıq xartiyasının ləğv edildiyini qeyd etmişdir. 2024-cü ilin yanvarında abidə vandalizmə məruz qalmış, üzəri qırmızı boya ilə boyanmış, burun və barmaqları zədələnmişdir. Bundan sonra Azərbaycan tərəfi abidəni Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə götürmüşdür. Prezident İlham Əliyev abidəyə qarşı vandalizmi və fransız hökümətinin daha sonrakı addımlarını tənqid etmişdir.