Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ələmut
Ələmut qalası (fars. الموت‎) — İranın Qəzvin ostanında, Talış dağlarının və Elburs dağ sisteminin kəsişməsində, 2163 metr hündürlükdə yerləşən qədim qala. Hazırda yalnız dağıntıları qalmışdır. Həmdullah Qəzvininin qeydlərinə görə 840-cı ildə, başqa versiyaya görə isə 859-cu ildə tikilmişdir. Qala Tehrandan 100 km uzaqda, Şahrud və Ələmut çayları arasındakı Rudbar vadisində 200 metr yüksəklikdəki qayanın üzərində yerləşir. Qalanın adı tərcümədə "Qartal yuvası" mənasını verir. 1090–1256-cı illərdə Ələmut qalası Həsən Sabbah tərəfindən əsası qoyulan Nizarilər dövlətinin paytaxtı olmuşdur. 1256-cı ildə Monqol dövlətinin böyük xanı Möngkenin əmri ilə Hülaku xanın qoşunları İran və Yaxın Şərqdə tam hakimiyyəti ələ keçirmək üçün yürüşə başladı. Həmin ilin iyununda Ələmut qalası mühasirəyə alındı. Noyabrın 19-da Nizari imamı Rüknəddin Xurşah istilaçıların mərhəmət göstərəcəyi ümidi ilə Meymundizdəki iqamətgahının qapılarını onların üzünə açdı.
Ələmut qalası

Xəmit (Əbyəlil)
Xəmit kəndi (başq. Хәмит) — Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Xəmit kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Xəmit kəndinin milli tərkibi: başqırdlar 100%. Məsafələr: rayon mərkəzindən (Askar): 70 km., ən yaxın dəmiryol stansiyasından (Alməhəmməd stansiyası): 117 km. Совет муниципальных образований Республики Башкортостан.
Əxmət Söləymənov
Əxmət Söləymənov (tam adı: Əxmət Möxəmmətvəli ulu Söləymənov; başq. Сөләймәнов Әхмәт Мөхәмәтвәли улы; d. 15 mart 1939, Nəbi, Böryən, Başqırd MSSR, SSRİ – ö. 21 noyabr 2016, Ufa, Başqırdıstan, Rusiya) — Başqırdıstanın görkəmli folklorşünası. Əxmət Söləymənov 1939-cu il martın 15-də Başqırdıstandakı Böryən rayonunun Nəbi kəndində kasıb bir ailədə anadan olmuşdur. O, 1957-ci ildə rayon mərkəzindəki orta məktəbi bitirdikdən sonra iki il kolxozda işləmiş; 1958-ci ildə hərbi xidmətə aparılmışdır. Onu diribaşlığına görə hərbi xidmət dövründə tankçılar hazırlayan kursa yazıblar. Nəticədə tank komandiri olmuş, hərbi məktəb bitirməsə də, ali təhsili olmasa da ona zabit rütbəsi verilmişdir. 1961-ci ildə əsgəri xidmətini leytenant rütbəsində başa vurub öz kəndlərinə dönür. Elə həmin il Ufadakı Başqırdıstan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinə daxil olmuşdur.
Əzəmət Gəray (kalqay)
Əzəmət Gəray (krımtat. Azamet Geray)(bilinmir – 24 iyun 1632, Bağçasaray, Krım xanlığı) — Krım xanı I Səlamət Gərayın oğlu, Krım nurəddini və kalqayı. == Həyatı == Doğum tarixi dəqiq bilinmir. Krım xanı I Səlamət Gərayın böyük oğludur. İlk illəri haqqında yetərli məlumat yoxdur. Atasının 1610-cu ildə vəfatının ardından Osmanlı sultanı I Əhməd tərəfindən kalqay Canıbəy Gərayı xan təyin etdi. Yeni xanın kalqayı qardaşı Dövlət Gəray, nurəddini isə Əzəmət Gəray seçildi. Bu vəzifədə ikən 1615-ci ilin yazında cənubi Lehistan torpaqlarına hücum edən Əzəmət Gəray Ukraynanın sağ sahilini darmadağın etdi. 1617-1619-cu illər ərzində Canıbəy Gərayla birlikdə davam edən Osmanlı-Səfəvi müharibəsinə qatıldı. Ancaq bu səfər Osmanlılar üçün məğlubiyyətlə nəticələndi.
Əxət Mostafin
Əxət Mostafin (21 yanvar 1957, Kolsora, Başqırd MSSR) — kimyaçı, kimya elmlər doktoru, professor (2003), Başqırdıstan Respublikası Elmlər Akademiyası akademiki (2009), Başqırdıstan Dövlət Universitetinin rektoru (2010–2013). Əxət Qəzizyən oğlu Mostafin Başqırdıstan MSSR Baymak rayonu, Kolsora kəndində 21 yanvar 1957-ci ildə anadan olmuşdur. 1979-cu ildə Başqırdıstan Dövlət Universitetini bitirmişdir. Mustafin Universiteti bitirdikdən sonra 1980–1985-ci illərdə Başqırdıstan Dövlət Aqrar Universitetinda elmi işçi olaraq işləmişdir. 1985–1985–1999-cu illərdə isə SSRİ-nin (mühəndis, kiçik, böyük, aparıcı elmi işçisi) Başqırdıstan Elmlər Akademiyası Filialında elmi işçisi kimi fəaliyyət göstərmişdir 1999–2000-ci illər — Başqırd Dövlət Aviasiya Universitetinin dosenti, professor. 2000–2002-ci illər — Başqırdıstan Respublikasının Elm, Ali və Orta ixtisas təhsili üzrə Dövlət Komitəsinin sədr müavini. 2002–2004-ci illər — BR təhsil nazirinin müavini. 2004-cü ildən — Başqırdıstan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti. "Başqırdıstan Respublikasının əməkdar elm xadimi" adına layiq görülmüşdür. 2009 — Başqırdıstan Respublikası Elmlər Akademiyasının tam üzvü, 2010 — Başqırdıstan Dövlət Universitetinin rektoru.
Alim Əzəmət oğlu Aydamaq
Alim Əzəmət oğlu Aydamaq (krımtat. Alim Azamat oğlu; 1816 – ən tezi 1849) — Krım-Tatar milli qəhrəmanı. Ədəbiyyatda qənimətləri kasıblara paylayan nəcib quldur kimi tanınır. == Həyatı == 1816-cı ildə Kopırlıköy kəndində kəndli ailəsində anadan olub. Qarasuvbazar şəhərində yaşamışdır. Alimin obrazı romantik hal almış, həyatı isə əfsanələrə bölünmüşdür. Ədəbiyyatda qənimətləri kasıblara paylayan nəcib quldur kimi tanınır. Krım Dövlət Arxivində polis tərəfindən toplanan məhkəmə şikayətləri, raport, Alimin yaxalanması üçün istəklər vəsatətlərindən ibarət 127 vərəq var. 1847-ci ildə Alimin ağ-qara portreti rəssam Leone Lelorren tərəfindən çəkildi. Hal-hazırda, şəkil Feodosiya Diyarşünaslıq Muzeyində saxlanılır.