Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gəmi
Gəmi — Arximed prinsipinə əsasən suda üzə bilən su nəqliyyat maşını. Qayıq ilə gəmi arasındakı fərq onun ölçüsündədir. Gəmilər xüsusi gəmiqayırma zavodlarında hazırlanırlar. Gəminin gövdəsi hazır olduqdan sonra o suya buraxılır və sonra suda tam quraşdırılır. Gəmilər vacib nəqliyyat vasitələrindəndir. Onlardan həm sərnişin, həm də yüklərin daşınmasında istifadə olunur. Yüklər konteynerlərə yığılaraq uzaq məsafələrə daşınır. Böyük yük gəmiləri neft tankerləridir. Sərnişin gəmilərindən daha çox səyahət üçün istifadə olunur. == Gəmi növləri == Teploxod — daxili yanacaq mühərriki ilə hərəkətə gətirilən gəmi; Yaxta — motorlu və yaxud yelkənli yüngül gəmi; Aviadaşıyıcı — göyərtə aviasiyası daşıyan hərbi gəmi.
Eyler cəmi
Eyler cəmi — yığılan və dağılan ardıcıllıqlar üçün istifadə olunan bir cəm metodu. Bir Σan ardıcıllığının Eyler çevrilməsi bir qiymətə yaxınlaşırsa bu qiymət Eyler cəmi olaraq adlandırılır. q ≥ 0 olmaq şərtiylə Eyler cəmi (E, q) olaraq göstərilən ümumi üsullar çoxluğu içində sayıla bilər. (E, 0) mümkün (yığılan) cəmi ifadə etdiyi halda, (E, 1) mümkün Eyler cəmini ifadə edir. Bu üsulların hamısı Borel cəmindən gücsüz olmasına baxmayaraq, q > 0 halında Abel cəmiylə müqayisə edilə bilməzlər. Eyler cəmi alternativ ardıcıllıqların yığılmasını sürətləndirmək məqsədilə istifadə edilir. Bu üsulla dağılan toplananların da hesablanması mümkün ola bilir. E y ∑ j = 0 ∞ a j := ∑ i = 0 ∞ 1 ( 1 + y ) i + 1 ∑ j = 0 i ( i j ) y j + 1 a j = lim n → ∞ ∑ j = 0 n a j ⋅ y j + 1 ∑ i = j n ( i j ) ( 1 + y ) i + 1 {\displaystyle _{E_{y}}\,\sum _{j=0}^{\infty }a_{j}:=\sum _{i=0}^{\infty }{\frac {1}{(1+y)^{i+1}}}\sum _{j=0}^{i}{i \choose j}y^{j+1}a_{j}=\lim _{n\to \infty }\sum _{j=0}^{n}a_{j}\cdot y^{j+1}\sum _{i=j}^{n}{\frac {i \choose j}{(1+y)^{i+1}}}} Bu üsul təkrarlama yoluyla tətbiq edilə bilmir. Bunun səbəbi isə E y 1 ∑ E y 2 ∑ = E y 1 y 2 1 + y 1 + y 2 ∑ {\displaystyle _{E_{y_{1}}}\sum \,_{E_{y_{2}}}\sum =\,_{E_{\frac {y_{1}y_{2}}{1+y_{1}+y_{2}}}}\sum } bərabərliyinin mövcudluğudur.
Fumi-e
Fumi-e (踏み絵, "fumi" basmaq, "e" şəkil) – Tokuqava şoqunatı dövründə Yaponiyada xristian olanları müəyyənləşdirmək üçün istifadə olunan İsa və Məryəm təsviri. Xristianlığın qadağan olduğu dövrdə Yaponiya rəsmiləri xristianları müəyyənləşdirmək üçün onlardan həmin təsvirlərə ayaqla basmaları tələb olunurdu. == Tarixi == Fumi-edən istifadə 1629-cu ildə xristianların Naqasakidə təqibləri ilə başlayıb. Onların istifadəsi 13 aprel 1856-cı ildə limanların xaricilərə açılmasından sonra rəsmi olaraq dayandırılsa da, qeyri-rəsmi istifadəsi bir müddət də davam edib. Sözügedən təsvirlər həm də ita-e adlanırdı. Yaponiya hökuməti fumi-edən katolikləri və təqibçilərini tapmaq üçün istifadə etmişdir. Fumi-e Bakirə Məryəm və İsa təsvirləri idi. Hökumət rəsmiləri şübhəli şəxsləri bu təsvirlərə basmağa məcbur edirdilər. Təsvirlərə basmaq istəməyən şəxslər katolik hesab edilirdi və Naqasakiyə göndərilirdilər. Edo hökumətinin siyasəti onları xristianlıqdan döndərmək idi.
Fəri Cansel
Feri Cansel (7 iyul 1944, Lefkoşa – 2 sentyabr 1983, İzmir) – Türkiyə aktrisasıdır. Erotik filmlərdə populyarlıq baxımından Zerrin Egeliler, Arzu Okay, Zerrin Doğan, Figen Han kimi aktrisalar sırasındadır. Feri Cansel aktrisa olan Zümrüt Canselin anasıdır. == Həyatı == Feri Cansel 7 iyul 1944-cü ildə Türkiyənin Lefkoşa (Nikosiya) şəhərində doğulmuşdur. Bir müddət sonra ailəsi ilə birgə Böyük Britaniyaya köçmüşdür. Türkiyəyə gələndən sonra asan iş tapmaq üçün saxta evlilik edir. 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində bir sıra filmlərə rol aldıqdan sonra bir çox erotik məzmunlu filmlərdə iştirak edərək populyarlıq qazanır. Əsasən, bu janrlı filmlərdə 1974-1978-ci illər arası iştirak edir. Feri Cansel 1983-cü ildə nişanlısı Melik Ük tərəfindən öldürülmüşdür.
Gəmi kapitanı
Gəmi kapitanı — gəmi kollektivində ən yüksək vəzifə. Gəmi kapitanı milli və beynəlxalq qanunlara uyğun olaraq gəminin səmərəli və təhlükəsiz istismarına, yük və sərnişin daşımasına, naviqasiyasına məsuliyyət daşıyır. Dənizdə səfər zamanı gəmidə olan bütün heyət üzvləri, sərnişin və köməkçi heyət gəmi kapitanına tabedirlər.
Gəmi ranqı
Gəmi ranqı — döyüş gəmilərinin topların miqdarına, top göyərtəsinin, o cümlədən heyətin sayına görə təsnifat sistemidir. Təsnifat ilk dəfə İngiltərədə yaranmış və sonralar bir qədər düzəlişlərlə digər dəniz dövlətləri tərəfindən geniş istifadə olunmuşdur.
Gəmi sarğısı
Sarğı ya Gəmi sarğısı (ing. Stern, it. Poppa, fr. Poupe, alm. Heck‎, rus. Корма) — gəmi gövdəsinin arxa ya dal hissəsi. Gəmi sarğısının suda qalan hissəsinin forması onun idarəolunmasında mühüm rola malikdir. Sarğının üzdə qalan hissəsi gəmi funkiyasına və ölçüsünə müvaviq hazırlanır. Gəmi sarğısı onun əsas idarəetmə elementlərinin: sükan, pər, gəmi çarxının yerləşdiyi bir yerdir. Buna görə də bu hissə gəmi kapitanının ixtiyarında olur.
Gəmi sükanı
Gəmi sükanı, dəniz nəqliyyatı və avianəqliyyat vasitələrində defolt hərəkətini həyata keçirmək üçün nəzərdə tutulan şaquli stabilizatordakı nəzarət səthi. Gəmi sükanının iki növü mövcuddur - hidravlik və joystick. == Aviasiyada == Təyyarələrdə sükanı hündürlük sükanından ayırmaq üçün çox vaxt istiqamət sükanı terminindən istifadə olunur. Uçuş zamanı təyyarənin bütün hərəkətləri təyyarədəki təzyiq paylanmasından asılıdır. Sabit qanadlı bir təyyarə üçün əsas nəzarət səthləri, bu səthlərin axına qarşı dayanması və onu pozması, bununla da yüksək təzyiq zonası yaratması prinsipi ilə işləyirlər. Nəzarət səthləri işlədikdə, təyyarənin iki əks tərəfindəki təzyiq simmetriyası pozulur, bu da istənilən hərəkəti təmin edir. === İş prinsipi === Gəmi sükanı, ümumiyyətlə, quyruqun arxa kənarına yerləşdirilir. Pilot sol pedala basanda sükan sola dönür və rulda yüksək təzyiq zonası yaranır. Sükan sıfıra çatmayana qədər (notrlanmadıqca), təyyarə əyilməyə davam edir. Bəzi təyyarələrdə rulda trim nişanı vardır.
Gəmi zəngi
Gəmi zəngləri, Gəmidəki zəng olaraq saatları göstərən bir sistemdir. Gemi dəhlizində gəmiçilərin növbə və istirahət vaxtlarını təşkil etmək üçün istifadə edilərdi. Vətəndaş saatlara bənzəməz, zəngin vuruşu saatın zamanı ilə uyğun değildir. Səkkiz zəng vuruşu vardır, dörd saatliq bir qəti hər yarım saatında. Zəng hər yarım saatda çalınır və cüt nizamdan hesablamanı asanlaşdırmaq üçün, sıranın sonunda tək bir zilli. Gəmi zəngləri iki və ya dörd qrupa bölünür və keşikçilər deyə adlandırılır. Her bir növbətçi əsnasında əsaslı vəzifələr olan sükan, seyr, sahil müşahidə və gözətçi alır. Səkkiz zəng dənizçilərə keşik bitdiyini xəbər verir. Dənizçinin ölüm xəbəri də gəmi zəngi ilə bildirilir.
Hindi Zəmi
Hindi Zəmi (fars. هندی‌زمین‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 192 nəfər yaşayır (66 ailə).
Huni (gəmi)
Huni, əlavə və gəminin əsas göyərtəsində hazırlanmış bir başlıq, verilmiş dizayndır. Bu qazan və ya motor işlənmiş qazların his və tüstü aradan qaldırılması üçün istifadə olunur. O, həmçinin adətən baca adlanır. == İstifadə == Gəmi hunisinin əsas funksiyası gəminin strukturunu və göyərtəsini çirkləndirməmək və ekipajın işləmə qabiliyyətini pozmamaq üçün mühərriklərdən və digər mexanizmlərdən işlənmiş qazları dağıtmaq üçün egzoz borularının və ya egzozların hündürlüyünü artırmaqdır. öz funksiyalarını yerinə yetirirlər.
Kosmik gəmi
Kosmik gəmi — kosmosa uçmaq üçün istifadə edilən nəqliyyat vasitəsi, gəmi və ya aparatdır. Kosmik gəmilərin məqsədlərinə kommunikasiya, Yerin müşahidəsi, meterologiya, naviqasiya, kosmosda koloniyaların yaradılması, planetlərin tədqiq edilməsi və insan və yüklərin daşınması daxildir. Əsas hərəkətverici element kimi adi raket mühərriklərindən istifadə edilir. Günəş şüaları ilə işləyən mühərriklərdən hələ istifadə edilmir. Kosmik gəmilər yerə enmə qabiliyyətinə görə fərqlənirlər. Onlardan bir qismi paraşütlərlə (Soyuz, Vostok), digərləri isə bir başa yerin atmosferini keçdikdən sonra adi təyyarə kimi yerə enə bilirlər (məsələn Spase Shutle, Buran). Paraşütlə düşən kosmik gəmi hissəsinə stabilləşdirici aerodinamik forma verilir. Bu onların atmosferə daxil oduqdan sonra hərəkətini tənzimləyir.
Mirnı (gəmi)
"Mirnı" — yelkənli Şlyup, Birinci Antarktika ekpedisiyasında 1819-1821-ci illərdə Mixail Lazarevin rəhbərliyi ilə Antarktidanın kəşfində iştirak etmiş gəmi. Gəmi 1818-ci ildə Sankt-Peterburq yaxınlığında buzlaqlar arasında hərəkət etməyə xidmət edək üçün yenidən inşa edilmişdir. Antarktikaya ekspedisiyanı tezləşdirmək məqsədi ilə «Ladoqa» gəmisisi hərbi donanmaya cəlb olunur. Onun adı dəyişdirilərək «Mirnı» adlandırılır. Yeni ad verilməsindən sonra gəmi təmirə göndərilmişdir. Gəmini Mixail Lazarev idarə etmişdir. Təmirdən sonra gəmi olduqca güçlənmişdir. Gəminin xatirəsinə adlandırılmış obyektlər: Antarktidada yarımada Antarktidada sahil Antarktikada elmi-araşdırma stansiyası "Mirnı" Merkuridə dağ sistemi Морской Энциклопедический Словарь, Л-д, «Судостроение», 1991, ISBN 5-7355-0280-8. Mərkəzi Hərbi-Dəniz Portalı: «Dünyanın yelkənli gəmiləri» Arxivləşdirilib 2007-07-08 at the Wayback Machine.
Nevada (gəmi)
"USS Nevada (BB-36)" (ing. USS Nevada (BB-36)) — ABŞ hərbi-dəniz donanmasının xətt gəmisi. ABŞ-nin 36-cı ştatının şərəfinə adlandırılmış ikinci hərbi gəmi. "Nevada" xətt gəmiləri tipli ilk gəmi. 1914-cü ildə suya salınmış "USS Nevada (BB-36)" drednout texnologiyasında irəliyə atılmış addım idi və onun dörd yeni xüsusiyyəti ABŞ-də ondan sonra tikilmiş bütün gəmilərdə öz əksini tapmışdı: üçqat silah qülləsi, yanacaq kimi kömür əvəzinə mazut işlətməsi, üzmə məasəfisni artıran mühərrikli buxar turbinləri və "hər şey yaxud heç nə" zirehlənmə prinsipi. Bu xüsusiyyətlər "USS Nevada (BB-36)"ın ABŞ HDQ-nin ilk "super-drednoutu" adlandırmağa imkan verirdi. Yanacaq kimi neft məhsullarının seçilməsi çox vacib və uğurlu qərar idi. Kömür neftlə müqayisədə uduzurdu. Gəmilərin neft məhsulları ilə işləməsi onları kömürün bunkerdən sobaya daşınması, sobaların kömürün yanma məhsullarından təmizlənməsi (hər üç saatdan bir), çirk və kömür tozunun toplanması (xüsusilə də, optika üzərində), kömür şaxtalarında qaz yığılması səbəbindən əlavə ventilyasiyaya ehtiyac yaranması və sair kimi problemlər dən xilas edirdi. Hələ 1903-cü ildə qərara alınmışdı ki, ABŞ-nin "Monro doktrinası"nı həyata keçirməsi üçün 11 min km hərəkət radiusuna malik hərbi gəmilərin olması zəruridir.
Nəzarət cəmi
Nəzarət cəmi (Checksum) – tamlığa nəzarət mexanizmidir, əsasən verilənlərin saxlanması və şəbəkə protokollarında istifadə edilir. Nəzarət cəmi müəyyən alqoritmlə hesablanır, verilənlərə əlavə edilir və yadda saxlanır. Nəzarət cəmini bilən şəxs həmin verilənlər üçün nəzarət cəmini hesablayıb müqayisə etməklə məlumatın dəyişdirilmədiyinə əmin ola bilər. Bəzi səhvlər – məlumatda baytların yenidən nizamlanması, sıfırlardan ibarət baytların daxil edilməsi və ya çıxarılması, nəzarət cəmini əks istiqamətlərdə artıran və azaldan səhvlər – nəzarət cəmində aşkarlana bilmir. Bu problemdən yaxa qurtarmaq üçün kriptoqrafik nəzarət cəmləri – kriptoqrafik heş funksiyalar daxil edilir. İmamverdiyev Y.N. İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2015, 160 səh.
Qırxlar cəmi
Qırxlar cəmi (türk. Kırklar Cemi) və ya Qırxlar məclisi (türk. Kırklar Meclisi) — Ələvilik və Bəktaşilikdə toplu ibadət. Ənənəyə görə, Məhəmməd 621-ci ildə Meracdan qayıtdıqdan sonra "qırx müqəddəs"i ziyarət etmiş və onlarla bu ibadəti yerinə yetirmişdir. Bu toplu ibadət məsciddə yox, cəm evində yerinə yetirilir.
Qəmgin Fəzi
Qəmgin Fəzi (1912, Daşkənd, Yeni Bəyazid qəzası – 2000, Yeni Daşkənd, Bərdə rayonu) — azərbaycanlı şair, II Dünya müharibəsi iştirakçısı. Kərimov Fəzi Məşədi Qasım oğlu 1912-ci ildə Göyçə mahalınının Daşkənd kəndində anadan olub. Atası Məşədi Qasım (1863–1921) Göyçə mahalında çox hörmətli, adlı-sanlı şəxsiyyətlərdən və həmçinin 1918-ci ildə erməni daşnaklarının hücumlarına qarşı xalqı səfərbər edən igidlərdən olmuşdur. Məşədi Qasım Göyçə mahalındakı döyüşlərdən sonra ailəsi ilə birlikdə Qarabağa gəlmiş, Laçınlı Sultan Bəyin silahdaşı olmuş və erməni millətçilərinə qarşı qəhrəmanlıqla vuruşmuşdur. Bir neçə il Sultan Bəy tərəfindən onun adına verilmiş Ağdamın Qasımlı kəndində yaşadıqdan sonra 1921-ci ildə orada vəfat etmiş və orada da dəfn olunmuşdur. Fəzi uşaq ikən ata və anasını itirdikdən sonra əmisi Kərbəlayi Əmrah qardaşı uşaqlarını doğma ata-baba yurdu olan Göyçəyə aparmışdır. Hələ uşaqkən Fəzi dini çox dərin mənimsəmiş və şeirlərində də bunları çox aydın şəkildə ifadə etmişdir. Qəmgin Fəzi Aşıq Ələsgər ocağı ilə dostluq etmiş, qohumluğu da olmuşdur. 1941/45-ci illərdə Böyük Vətən müharibəsində topçu komandiri olmuş, orden və medallarla təltif olunmuşdur. 1953-cü ildə bir çox göyçəlilər kimi o da Bərdədə məskunlaşmalı olub.
Sarğı (gəmi)
Sarğı ya Gəmi sarğısı (ing. Stern, it. Poppa, fr. Poupe, alm. Heck‎, rus. Корма) — gəmi gövdəsinin arxa ya dal hissəsi. Gəmi sarğısının suda qalan hissəsinin forması onun idarəolunmasında mühüm rola malikdir. Sarğının üzdə qalan hissəsi gəmi funkiyasına və ölçüsünə müvaviq hazırlanır. Gəmi sarğısı onun əsas idarəetmə elementlərinin: sükan, pər, gəmi çarxının yerləşdiyi bir yerdir. Buna görə də bu hissə gəmi kapitanının ixtiyarında olur.
Sezaro cəmi
Sezaro cəmi — riyazi analizdə sonsuz ardıcıllığa cəm dəyəri vermənin xüsusi bir yolu {an} bir silsilə olması şərtilə s k = a 1 + ⋯ + a k {\displaystyle s_{k}=a_{1}+\cdots +a_{k}} ifadəsinin ∑ n = 1 ∞ a n {\displaystyle \sum _{n=1}^{\infty }a_{n}} ardıcıllığının k-cı qismi cəmi olduğu güman edilərsə, lim n → ∞ s 1 + ⋯ s n n = lim n → ∞ n a 1 + ( n − 1 ) a 2 + ⋯ 1 a n n = A {\displaystyle \lim _{n\to \infty }{\frac {s_{1}+\cdots s_{n}}{n}}=\lim _{n\to \infty }{\frac {na_{1}+(n-1)a_{2}+\cdots 1a_{n}}{n}}=A} bərabərliyi ödənirsə {an} ardıcıllığının Sezaro cəmi A olur.
Sidi-Şəmi
Sidi-Şəmi (ərəb. سيدي الشحمي‎) — Əlcəzairin şimal-qərbində, Vəhran vilayətinin ərazisində şəhər. Şəhər vilayətin şimal hissəsində, Aralıq dənizi sahilinə yaxın yerdə yerləşir və Vəhran şəhərinin cənub-şərqindədir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 97 metrdir. Sidi-Şəmi ölkənin paytaxtı Əlcəzairdən təxminən 342 kilometr qərb-cənub-qərbdəyerləşir. 2008-ci il əhalinin siyahıya alınmasına əsasən, əhalinin sayı 104,498 nəfər idi.
Sualtı gəmi
Hərbi sualtı gəmi — əsasən dənizlər ilə və okeanlar ilə əlaqəsi olan ölkələrin su fövzələrini qorumaq üçün və ya hərbi kəşfiyyat aparmaq üçün istifadə etdiyi, suyun alt hissəsində hərəkət edən qurğu.
Buxarlı gəmi
Paroxod — buxar maşını və ya buxar turbini ilə hərəkətə gətirilən gəmidir. Buxar gəmiləri pərli çarxlarla və ya pərli vintlərlə təchiz olunurlar. Vint buxar maşını ilə bir oxda oturdulur. Çarxla işləyən gəmilərdə isə ötürmədə əlavə olaraq sürətlər qutusu yerləşdirilir. 1774-cü ildə öz vəsaiti hesabına Jaffrua d’Abban (1751–1832) kiçik buxar gəmisi quraşdırdı ancaq sınaqlar uğurlu olmadı. 1783-cü ildə Markiz özünün ikinci buxar modelini sınaqdan keçirdi. Lakin tezliklə ölkədə inqilab başladı və fransızlara paroxod maraqlı deyildi. 1774-cü ildə görkəmli ingilis ixtiraçısı Ceyms Vatt (1736–1819) ilk universal istilik mühərrikini (buxar maşınını) yaratdı. Bu ixtira parovozların, paroxodların və ilk (buxar) avtomobillərinin yaradılmasına imkan yaratdı. Tarixdə ilk paroxod 1787-ci ildə amerikalı Con Fitc (1743–1798) tərəfindən qurulmuşdur.
Titanik gəmi
Titanik (ing. RMS Titanic) — "Vayt Star Layn" (ing. White Star Line) şirkətinə məxsus buxar gəmisi. Transatlantik səyahətlər üçün tikilmiş "Olimpik" tipinə aid olan üç əkiz gəmidən biri. Suya buraxıldığı zaman dövrünün ən böyük sərnişin gəmisi. İlk səyahəti zamanı 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batmışdır. Göyərtəsindəki 1316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilmiş, 1514 nəfər həlak olmuşdur. Titanikin batması nəticəsində insan itkisinin bu qədər böyük olmasına illər boyu müxtəlif səbəblər göstərildi. Ancaq ən əsas səbəb kimi gəmidə olan qayıqların sərnişinlərin sayına hesablanmaması idi. Titanikdə sərnişin tutumunun 3547 olmasına baxmayaraq gəmidə 1178 insanı xilas edəcək sayda qayıq vardı.
Fəti Yıldız
Fəti Yıldız (1953, Yozqat ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Fəti Yıldız 1953-cü ildə Yozqat ilinin Boğazlıyan ilçəsində anadan olub. İstanbul Universiteti Hüquq Bölməsindən məzun olub. Hüquqşünas olaraq çalışıb. MHP sədri Devlet Bahçelinin baş müşaviri olub. 18 mart 2018-ci ildə MHP sədrinin müavini seçilib. 2018 və 2023-cü illərdə MHP namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27 və 28-ci çağırışlarda TBMM Konstitusiya Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Fransızca bilir. Evli və 2 uşaq atasıdır.
Mirvari (gəmi)
"Mirvari" – 2013-cü ildə istismara verilmiş və Bakı bulvarında gəzinti gəmisi kimi istifadə olunan Azərbaycan gəmisi. == Tarixi == "Mirvari" gəmisi 2013-cü ildə Türkiyənin İstanbul şəhərində "Özata" tərsanəsi tərəfindən Azərbaycan hökuməti üçün hazırlanmışdır. "Asiya Dənizçilik" şirkətinin birgə layihəsi olan gəmi 1 il ərzində tikilmiş və 6 avqust 2013-cü ildə Yalova şəhərində baş tutan mərasim ilə Xəzər dənizinə doğru yola düşmüşdür. Tikintidə 300 türk işçi iştirak etmişdir. Gəmi Bakı bulvarında təşkil olunan dəniz gəzintiləri üçün nəzərdə tutulmuşdur. "Mirvari" 28 dekabr 2013-cü ildə gəzinti gəmisi kimi istifadəyə verilmişdir. Xəzər dənizinin səviyyəsinin enməsi ilə əlaqədar olaraq 2022-ci ilin oktyabrında gəminin fəaliyyəti müvəqqəti dayandırılmışdır. 2024-cü ilin oktyabrında gəmi ilə gəzintilərin bərpa olunacağı, gəmidə təmir-bərpa işlərinin aparıldığı açıqlanmışdır. Gəminin təmiri 136 min manata başa gəlmişdir. == Xüsusiyyətlər == "Mirvari" Bakı bulvarının ərazisindəki ən böyük gəmidir.
Emi
Emi — ad Emi Uaynhaus — Emi Li - Amerikalı vokalist və bəstəkar. Emi Adams — Amerikan aktrisası və müğənnisi Emi Yip — Çin aktrisası Emi Yamamoto — Yaponiya qadın futbolçusu. Emi Nakacima — Yaponiya qadın futbolçusu. Emi Morris Bredli — ABŞ-nin Men ştatından olan müəllim Emi Paskal — amerikalı biznesmen və film istehsalçısı. Emi Saymetz — amerikalı aktrisa, yazıçı, prodüser, rejissor və redaktor.
Elis Feyi
Alice Faye (5 may 1915[…], Nyu-York, Nyu-York ştatı – 9 may 1998[…], Ranço-Miraj[d], Kaliforniya) Amerikalı məşhur müğənni və aktrisadır. İlk filmləri 20th Century Fox şirkəti tərəfindən hazırlanmış, daha sonra digər film istehsalçısı olan şirkətlərinin filmlərində görünmüşdür. 1943-cü ildə ifa etdiyi "You'll Never Know" ("Heç vaxt bilməyəcəksiniz") mahnısı ona Akademiya mükafatı gətirdi. Dövrün uşaq aktyoru Şirli Templ ilə baş rolda oynadığı 1936-cı il istehsalı olan "Poor Little Rich Girl" ("Yoxsul Kiçik Zəngin Qız") filmi ilə məşhurluq qazanmış Alice Faye 5 may 1915-ci ildə New York şəhərində anadan olub və 9 may 1998-ci ildə Kaliforniyada 83 yaşında mədə xərçəngindən vəfat etmişdir.
Enriko Fermi
Enriko Fermi (29 sentyabr 1901[…], Roma, İtaliya krallığı[…] – 28 noyabr 1954[…], Çikaqo, İllinoys[…]) — müasir nəzəri və eksperimental fizikaya böyük töhfələr vermiş dahi italyan fiziki. == Həyatı == Fermi 1938-ci ildə faşist İtaliyasından emiqrasiya edərək ABŞ-yə yollanmışdır. 1939–1945-ci illərdə Kolumbiya Universitetinin professoru kimi çalışmış, ABŞ-nın nüvə enerjisi sahəsində apardığı tədqiqatlara rəhbərlik etmişdir. Fermi – kvant fizikasının banilərindən biridir. 1925-ci ildə Dirakla birgə Pauli prinsipinə tabe olan və sonralar fermion adlandırılacaq hissəciklərin statistikasını işləyib hazırlamışdır. 1933-cü ildən sonra Fermi özünü bütövlüklə kvant fizikası məsələlərinə həsr edir. 1934-cü ildə o β-parçalanma nəzəriyyəsini irəli sürür. Bu nəzəriyyənin mahiyyəti ondan ibarət idi ki, β -parçalanma zamanı elektrondan savayı neytrinolar adlanan hissəciklər də ayrılır. Ferminin bu nəzəriyyəsi elementar hissəcikərin qarşılqlı təsirinin müasir nəzəriyyəsinin prototipi kimi göstərilir. 1934-cü ildə Enriko Fermi elementlərin neytronların təsirinə məruz qoymaqla nüvə fizikası sahəsində ilk mühüm eksperimental tədqiqatı həyata keçirir.
Eqini Fema
Yucin Fama (ing. Eugene Francis "Gene" Fama; 14 fevral 1939[…], Boston) — amerikalı iqtisadçı. 2013-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Xüsusilə portfel nəzəriyyəsi və varlıq qiymətləri mövzusunda olan tədqiqatları ilə tanınır. Yucin Fama çağdaş maliyyənin atası hesab olunur. İqtisadiyyat üzrə Nobel mükafatına varlıq qiymətləri mövzusundakı təcrübi analizlərlə bağlı tədqiqatlarına görə layiq görülmüşdür. Yucin Fama yeni məlumatların tez-tez daxil olduğunu söyləyərək, səhm qiymətlərini qısamüddətli dövrdə təxmin etmənin olduqca çətin olduğunu ifadə etmişdir.
Fehmi Koç
Fehmi Koç (28 avqust 2003-cü ildə Antalyada anadan olub) — Türkiyə Super Liqası təmsilçilərindən olan Antalyaspor klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Türkiyəli futbolçudur. == Klub karyerası == === Antalyaspor === Koç Antalyaspor akademiyası vasitəsilə inkişaf etmişdir. Koç öz peşəkar karyerasında debütünü 30 oktyabr 2018-ci ildə Yomraspor klubuna qarşı oyunda etmişdir. O, 91-ci dəqiqədə Danilonu əvəz etmişdir. Həmin görüşdə Antalyaspor kubok görüşündə rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. Koç Super Liqada debütünü 24 dekabr 2018-ci ildə Fenerbahçe klubuna qarşı oyunda etmişdir. O, 93-cü dəqiqədə Süleyman Dukaranı əvəz etmişdir. Liqa görüşündə Antalyaspor rəqibi ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. 15 il, 7 ay və 3 günlüyündə meydana daxil olan Koç Super Liqada meydana çıxan ən gənc futbolçu kimi tarixə düşmüşdür. == Karyera statistikası == === Klub === 28 dekabr 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Feri Cansel
Feri Cansel (7 iyul 1944, Lefkoşa – 2 sentyabr 1983, İzmir) – Türkiyə aktrisasıdır. Erotik filmlərdə populyarlıq baxımından Zerrin Egeliler, Arzu Okay, Zerrin Doğan, Figen Han kimi aktrisalar sırasındadır. Feri Cansel aktrisa olan Zümrüt Canselin anasıdır. == Həyatı == Feri Cansel 7 iyul 1944-cü ildə Türkiyənin Lefkoşa (Nikosiya) şəhərində doğulmuşdur. Bir müddət sonra ailəsi ilə birgə Böyük Britaniyaya köçmüşdür. Türkiyəyə gələndən sonra asan iş tapmaq üçün saxta evlilik edir. 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində bir sıra filmlərə rol aldıqdan sonra bir çox erotik məzmunlu filmlərdə iştirak edərək populyarlıq qazanır. Əsasən, bu janrlı filmlərdə 1974-1978-ci illər arası iştirak edir. Feri Cansel 1983-cü ildə nişanlısı Melik Ük tərəfindən öldürülmüşdür.
Fermi paradoksu
Fermi paradoksu — Yerdənkənar sivilizasiyaların var olma ehtimalının çox yüksək olduğuna dair təxminlərin varlığı ilə bunu təsdiqləyəcək hər hansı bir dəlil ya da əlaqənin yoxluğu arasındakı ziddiyyəti ifadə edir. == Fermi uyğunsuzluğu == Kainatın yaşının çoxluğu və çoxlu sayda ulduzun varlığı ilə birlikdə, həyat üçün Yerin tipik bir planet nümunəsi olduğu fərziyyəsi də göz önünə alındığında, Yerdən kənar həyatın geniş olması lazımdır. Bu mülahizəni 1950-ci ildə bir nahar əsnasında mübahisə edən fizik Enriko Fermi bu sualı soruşmuşdu: "Əgər Südyolu daxilində yüksək sayda Yerdən kənar sivilizasiya mövcuddursa, niyə yadplanetlilərə aid kosmos vasitələri və ya sondalar kimi dəlillərə rast gəlmirik?" Mövzunun daha ətraflı araşdırıldığı müzakirələr Michael H. Hart-ın 1975-ci il tarixli bir məqaləsi ilə başladı. Bu səbəblə paradoks, zaman-zaman "Fermi-Hart" paradoksu olaraq da adlandırılmışdır. Mövzuyla əlaqəli bir başqa sual da Böyük Sükut olaraq bilinir: "Kosmosda səyahət çətin olsa belə, əgər Yer planeti xaricində həyat mümkündürsə, ən azından bu sivilizasiyalara aid radio siqnallarını eşitmək mümkün deyil mi ?!" Fermi paradoksunu, Yerdən kənar həyatın var olduğuna dair dəlilləri tapmağa çalışaraq, ya da belə bir sivilizasiyanın insan təfəkkürünün xaricində var ola biləcəyini müdafiə edərək həll etməyi sınayanlar oldu. Bu işlərə qarşı çıxanlar isə, Yerdən kənar həyatın var olmadığını ya da insanların əsla əlaqə yarada bilməyəcəyi qədər nadir olduğunu müdafiə etdi. Hartın məqaləsi ilə birlikdə, Yerdən kənar həyat haqqında elmi nəzəriyyələr və ola biləcək modellər çıxarmağa istiqamətli işlər üçün böyük səy göstərilməyə başladı. Bu işlərin çoxundaki nəzəri istinad nöqtəsi Fermi paradoksu oldu. Bu problemi birbaşa ələ alan bir çox elmi işlə yanaşı, problemlə əlaqədar müxtəlif sualların cavabları da astronomiya, biologiya, ekologiya və fəlsəfə kimi elmlərdə axtarıldı. Astrobiologiya sahəsinin ortaya çıxmasıyla birlikdə, Fermi paradoksu və Yerdən kənar həyatın varlığı sualı fənlərarası bir əlaqə yaratmağa başladı.
Remi Deşamps
Remi Deşamps (25 iyun 1996-cı ildə anadan olub) — Pari Sen-Jermen klubundan icarə əsasında Liqa 2 təmsilçilərindən olan Tur klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Deşamps öz peşəkar karyerasında debütünü Tur klubu ilə 6 yanvar 2018-ci ildə etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Tur Fransa Kubokunun görüşündə Şartes klubuna 2-1 hesabı ilə qalib gəlmişdir.