CƏMİ
CƏMİYYƏT
OBASTAN VİKİ
Cəmi ət-Təvarix
Cəmi ət-Təvarix (مجموعه تاريخ/جامع التواريخ; mənası – Tarix toplusu) — Fəzlullah Rəşidəddinin məşhur tarixi əsəri, Elxanilər dövründə yazılmış ədəbi və tarixi əsərlər toplusu Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi əsəri hesab olunur. Əsər türk və monqol tarixi haqqında o dövrdə fars dilində yazılan ən əhəmiyyətli qaynaqlardan biridir. Rəşidəddin bu əsəri Qazan xanın əmri ilə ərsəyə gətirməyə başlamışdır. Qazan xan ondan türk və monqolların tarixi yazmağı xahiş etmişdi. Əsər İslam tarixi ilə yanaşı monqol, Avropa, Çin və Hindistan tarixlərini də əhatə edən geniş bir məcmuə halındadır. Cəmi ət-Təvarixin ilk hissəsində türk və monqol boyları barədə verilən məlumatlara türk, monqol və qədim Çin qaynaqlarında da rast gəlinməmişdir. Bu baxımdan Cəmi ət-Təvarix xüsusi əhəmiyyətə malikdir. Orginalının bəzi hissələri fars dilində bəziləri isə monqol dilində yazılaraq sonradan ərəbcəyə tərcümə edilən bu əsərin 2 ayrı versiyası mövcuddur. 1306-1307-ci illlərdə tamamlanan ilk versiya 3 cilddən, 1310-cu ildə tamamlanan digər versiya isə 4 cilddən ibarətdir. Əsərin bilinən ən qədim nüsxəsi ərəb dilindədir.
Abel cəmi
λ = {λ0, λ1, λ2, …} sonsuza istiqamətlənmiş artan bir ardıcıllıq olarsa və λ0 ≥ 0 olduğunda, əgər λn = n şərti ödənərsə, Abel cəmi metodu əldə edilə bilir. Burada f ( x ) = ∑ n = 0 ∞ a n exp ⁡ ( − n x ) = ∑ n = 0 ∞ a n z n , {\displaystyle f(x)=\sum _{n=0}^{\infty }a_{n}\exp(-nx)=\sum _{n=0}^{\infty }a_{n}z^{n},} Burada z = exp(−x) bərabərliyi mövcud olur. Beləliklə, x müsbət həqiqi ədədlərdən 0-a yaxınlaşdığında ƒ(x)-in limiti z 1-ə aşağıdan yaxınlaşdığında ƒ(z)-nin limitinə bərabər olur. Bu halda Abel cəmi A(s)s A ( s ) = lim z → 1 − ∑ n = 0 ∞ a n z n {\displaystyle A(s)=\lim _{z\rightarrow 1^{-}}\sum _{n=0}^{\infty }a_{n}z^{n}} şəklində təyin edilir. Abel cəmi Sezaro cəmi ilə uyumludur, ancaq ondan daha qüvvətli üsul hesab olunur. Ck(s)-nin təyin edildiyi bütün nöqtələrdə A(s) = Ck(s) bərabərliyi mövcud olur.
Borel cəmi
Borel cəmi — ardıcıllıqların toplanması üçün bir ümumiləşdirilmədir. Bu anlayış hər hansı bir cəm dəyəri olmayan dağılan ardıcıllıqlar üçün belə bir böyüklük dəyəri təyin edə bilir. y = ∑ k = 0 ∞ y k z − k {\displaystyle y=\sum _{k=0}^{\infty }y_{k}z^{-k}} z-də bir baza ardıcıllığı olsun və y {\displaystyle y} -nin Borel çevrilməsi B y {\displaystyle {\mathcal {B}}y} aşağıdakı şəkildə təyin edilsin. ∑ k = 0 ∞ y k + 1 k ! t k {\displaystyle \sum _{k=0}^{\infty }{\frac {y_{k+1}}{k!}}t^{k}} B y {\displaystyle \scriptstyle {\mathcal {B}}y} -nin sıfırdan fərqli bir yığılma radiusu olduğu, B y {\displaystyle \scriptstyle {\mathcal {B}}y} -nin y ^ ( t ) {\displaystyle \scriptstyle {\widehat {y}}(t)} kimi bir funksiyaya bütün müsbət həqiqi ədədlər üçün davam etdirilə bilindiyi, y ^ ( t ) {\displaystyle \scriptstyle {\widehat {y}}(t)} -nin həqiqi ədədlər çoxluğunda eksponensial sürətlə böyüdüyü qəbul edilsin. Bu halda y-in Borel cəmi y ^ ( t ) {\displaystyle \scriptstyle {\widehat {y}}(t)} -nin Laplas çevrilməsinə bərabər olur.
Eyler cəmi
Eyler cəmi — yığılan və dağılan ardıcıllıqlar üçün istifadə olunan bir cəm metodu. Bir Σan ardıcıllığının Eyler çevrilməsi bir qiymətə yaxınlaşırsa bu qiymət Eyler cəmi olaraq adlandırılır. q ≥ 0 olmaq şərtiylə Eyler cəmi (E, q) olaraq göstərilən ümumi üsullar çoxluğu içində sayıla bilər. (E, 0) mümkün (yığılan) cəmi ifadə etdiyi halda, (E, 1) mümkün Eyler cəmini ifadə edir. Bu üsulların hamısı Borel cəmindən gücsüz olmasına baxmayaraq, q > 0 halında Abel cəmiylə müqayisə edilə bilməzlər. Eyler cəmi alternativ ardıcıllıqların yığılmasını sürətləndirmək məqsədilə istifadə edilir. Bu üsulla dağılan toplananların da hesablanması mümkün ola bilir. E y ∑ j = 0 ∞ a j := ∑ i = 0 ∞ 1 ( 1 + y ) i + 1 ∑ j = 0 i ( i j ) y j + 1 a j = lim n → ∞ ∑ j = 0 n a j ⋅ y j + 1 ∑ i = j n ( i j ) ( 1 + y ) i + 1 {\displaystyle _{E_{y}}\,\sum _{j=0}^{\infty }a_{j}:=\sum _{i=0}^{\infty }{\frac {1}{(1+y)^{i+1}}}\sum _{j=0}^{i}{i \choose j}y^{j+1}a_{j}=\lim _{n\to \infty }\sum _{j=0}^{n}a_{j}\cdot y^{j+1}\sum _{i=j}^{n}{\frac {i \choose j}{(1+y)^{i+1}}}} Bu üsul təkrarlama yoluyla tətbiq edilə bilmir. Bunun səbəbi isə E y 1 ∑ E y 2 ∑ = E y 1 y 2 1 + y 1 + y 2 ∑ {\displaystyle _{E_{y_{1}}}\sum \,_{E_{y_{2}}}\sum =\,_{E_{\frac {y_{1}y_{2}}{1+y_{1}+y_{2}}}}\sum } bərabərliyinin mövcudluğudur.
Nəzarət cəmi
Nəzarət cəmi (Checksum) – tamlığa nəzarət mexanizmidir, əsasən verilənlərin saxlanması və şəbəkə protokollarında istifadə edilir. Nəzarət cəmi müəyyən alqoritmlə hesablanır, verilənlərə əlavə edilir və yadda saxlanır. Nəzarət cəmini bilən şəxs həmin verilənlər üçün nəzarət cəmini hesablayıb müqayisə etməklə məlumatın dəyişdirilmədiyinə əmin ola bilər. Bəzi səhvlər – məlumatda baytların yenidən nizamlanması, sıfırlardan ibarət baytların daxil edilməsi və ya çıxarılması, nəzarət cəmini əks istiqamətlərdə artıran və azaldan səhvlər – nəzarət cəmində aşkarlana bilmir. Bu problemdən yaxa qurtarmaq üçün kriptoqrafik nəzarət cəmləri – kriptoqrafik heş funksiyalar daxil edilir. İmamverdiyev Y.N. İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2015, 160 səh.
Qırxlar cəmi
Qırxlar cəmi (türk. Kırklar Cemi) və ya Qırxlar məclisi (türk. Kırklar Meclisi) — Ələvilik və Bəktaşilikdə toplu ibadət. Ənənəyə görə, Məhəmməd 621-ci ildə Meracdan qayıtdıqdan sonra "qırx müqəddəs"i ziyarət etmiş və onlarla bu ibadəti yerinə yetirmişdir. Bu toplu ibadət məsciddə yox, cəm evində yerinə yetirilir.
Sezaro cəmi
Sezaro cəmi — riyazi analizdə sonsuz ardıcıllığa cəm dəyəri vermənin xüsusi bir yolu {an} bir silsilə olması şərtilə s k = a 1 + ⋯ + a k {\displaystyle s_{k}=a_{1}+\cdots +a_{k}} ifadəsinin ∑ n = 1 ∞ a n {\displaystyle \sum _{n=1}^{\infty }a_{n}} ardıcıllığının k-cı qismi cəmi olduğu güman edilərsə, lim n → ∞ s 1 + ⋯ s n n = lim n → ∞ n a 1 + ( n − 1 ) a 2 + ⋯ 1 a n n = A {\displaystyle \lim _{n\to \infty }{\frac {s_{1}+\cdots s_{n}}{n}}=\lim _{n\to \infty }{\frac {na_{1}+(n-1)a_{2}+\cdots 1a_{n}}{n}}=A} bərabərliyi ödənirsə {an} ardıcıllığının Sezaro cəmi A olur.
Yalanların cəmi (film, 2008)
Yalanların cəmi (ing. Body of Lies) — 2008 filmi. Devid Iqnatiyus-un eyni adlı romanından kinoya uyğunlaşdırmışdır. Filmin ssenarisini Vilyam Monahan yazmış və filmə Ridley Skot rəhbərlik etmişdir. Baş rollarda Leonardo DiKaprio və Rassel Krou oynayıb. 10 oktyabr 2008-də ekrana olacağı çatdırılmışdır. Rocer Feris İraq zabitidir. O, terror adlı Əl-Səlimi izləyir. O, Şimali Amerikada informasiya təklif etməyə hazır olan terror təşkilatının üzvü ilə görüşüb. O, Boss, Ed Hofman etirazlarına baxmayaraq, o nizar işini görməyə razıdır.
Cəmikənd
Cəmikənd - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinlərini etnik azərbaycanlılardan ibarətdir. 1886-cı ildə kənd əhalisi 159 evdə 366 nəfəri kişilər, 321 nəfər isə qadınlar olmaqla 687 nəfər sünni islam etiqadlı Azərbaycan tatarından ibarət idi. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 2.337 nəfər azərbaycanlı yaşamaqda idi. Topoqrafik xəritə K-39-XIII — 1 : 200 000 Topoqrafik xəritə K-39-61 — 1 : 100 000 Дагестанская АССР: Административно-территориальное деление. — Махачкала: Дагестанское кн. изд-во, 1966. Дагестанская АССР: Административно-территориальное деление. — Махачкала: Дагестанское кн. изд-во, 1980.
Cəmil
Cəmil — Azərbaycanlı kişi adı. Cəmil Ağayev — Cəmil Debbouz — Cəmil bəy Haqverdiyev — Cəmil bəy Musayev — Cəmil bəy Vəzirov — Cəmil bəy Köçərlinski — Cəmil bəy Rəfibəyli — Cəmil Cahid bəy Toydəmir — Cəmil bəy Xazalanski — Cəmil Lənbəranski — Cəmil Mərdəm Bəy — Cəmil Sadıqbəyov — Cəmil Kavukçu — Cəmil Çiçək — Cəmil Əlibəyov — Azərbaycan yazıçısı, "Azərbaycanfilm"in direktoru (1974–1984) Cəmil Quliyev — Azərbaycan kinorejissoru, İctimai Televiziyanın baş direktoru (2013-cü ildən).
Cəmil Adıgözəlov
Cəmil Əli oğlu Adıgözəlov (29 aprel 2002; Ramana, Sabunçu rayonu, Bakı, Azərbaycan — 2 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Cəmil Adıgözəlov 29 aprel 2002-ci ildə Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsində anadan olmuşdur. 2008–2019-cu illərdə Suraxanı rayon Bülbülə qəsəbəsində yerləşən tam orta məktəbi bitirmişdir. Subay idi. Cəmil Adıgözəlov 2020-ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon üzrə Hərbi Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Cəmil Adıgözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cəmil Adıgözəlov 2 oktyabr 2020-ci ildə Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Adıgözəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Cəmil Aleksandroviç-Nasifi
Cəmil Aleksandroviç-Nasifi (1882- ?) - tarixçi, arxeoloq, etnoqraf. Cəmil Aleksandroviç-Nasifi 1882-ci ildə Qrodnenski vilayətində anadan olub. Mənşəcə litva tatarıdır. "Krımın tədqiqi cəmiyyəti"ndə işləyib. 1920-ci illərin əvvəllərində Bakıya gəlmişdir. 1923-cü ildən başlayaraq Azərbaycan Arxeoloji Komitəsində, 1927-ci ildən "Azərbaycan asari-ətiqələri, incəsənət və təbiət abidələrinin mühafizəsi komitəsi"ndə ("Azkomstaris"də) işləyib. Xarici Şərq bürosunun, o cümlədən də türk-əfqan komissiyası bölməsinin üzvü olub. C.Aleksandroviç XX əsrin 20-ci illərinin ortalarında Arxeoloji Komitənin sədr müavini seçilib. Bir neçə dili bilirdi: alman, fransız, rus, ukrain, türk, ərəb, fars, ingilis, polyak dillərini. 1924-cü ildən "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti"nin tarixi-etnoqrafiya bölməsinin işində fəal şəkildə iştirak edib.
Cəmil Cahid Toydəmir
Cəmil Cahid Toydəmir (1883, Konstantinopol – 15 iyul 1956, İstanbul) — Qafqaz İslam Ordusunun Gelibolu alayının miralayı (polkovniki), Türkiyənin 1946–1947-ci illərdəki müdafiə naziri. Böyük Çərkəz sürgünündə Anadoluya köç edən Therhet adlı bir ubıx ailəsindən olan Məhəmməd Cahid bəyin oğludur. 1883-cü ildə İstanbulda anadan olub. Hərbi məktəbi 1902-ci ildə bitirib. Balkan və Birinci Dünya Müharibələrinə qatılmışdır. 1918-ci ildə Met Yusuf İzzət paşanın əmrində tümən komandiri olaraq Qafqaza gəlmişdir. Bakıya gələn Qafqaz İslam Ordusunun cənub qrupu birliklərinə polkovnik Cəmil Cahid bəy başçılıq edirdi. Bir neçə gün davam edən uğurlu döyüşlərdən sonra Novxanı, Goradil, Pirşağı, Kürdəxanı və Fatmayı kəndləri Qafqaz İslam Ordusu tərəfindən tutuldu. Maştağa və Hökməli kəndlərində mövqelərini möhkəmlədən Qafqaz İslam Ordusu yerli əhalini də Bakının azad edilməsi işinə cəlb etdi. Avqustun 25-dən sentyabrın 13-nə qədər davam edən döyüşlərdə Qafqaz İslam Ordusu böyük uğurlar qazanaraq Bakıya yaxınlaşdı.
Cəmil Cahid bəy Toydəmir
Cəmil Cahid Toydəmir (1883, Konstantinopol – 15 iyul 1956, İstanbul) — Qafqaz İslam Ordusunun Gelibolu alayının miralayı (polkovniki), Türkiyənin 1946–1947-ci illərdəki müdafiə naziri. Böyük Çərkəz sürgünündə Anadoluya köç edən Therhet adlı bir ubıx ailəsindən olan Məhəmməd Cahid bəyin oğludur. 1883-cü ildə İstanbulda anadan olub. Hərbi məktəbi 1902-ci ildə bitirib. Balkan və Birinci Dünya Müharibələrinə qatılmışdır. 1918-ci ildə Met Yusuf İzzət paşanın əmrində tümən komandiri olaraq Qafqaza gəlmişdir. Bakıya gələn Qafqaz İslam Ordusunun cənub qrupu birliklərinə polkovnik Cəmil Cahid bəy başçılıq edirdi. Bir neçə gün davam edən uğurlu döyüşlərdən sonra Novxanı, Goradil, Pirşağı, Kürdəxanı və Fatmayı kəndləri Qafqaz İslam Ordusu tərəfindən tutuldu. Maştağa və Hökməli kəndlərində mövqelərini möhkəmlədən Qafqaz İslam Ordusu yerli əhalini də Bakının azad edilməsi işinə cəlb etdi. Avqustun 25-dən sentyabrın 13-nə qədər davam edən döyüşlərdə Qafqaz İslam Ordusu böyük uğurlar qazanaraq Bakıya yaxınlaşdı.
Cəmil Debbouz
Camal Dəbuz (fr. Jamel Debbouze, 18 iyun 1975, Paris) — Mərakeş əsilli Fransa aktyoru, rejissoru, prodüseri və komediyaçısı. 2006-cı ildə Kann Film festivalında "Vətənpərvərlər" filmindəki roluna görə aldığı Ən yaxşı aktyor mükafatı ilə daha çox tanınmışdır. İki dəfə Sezar mükafatına namizəd olmuşdur. Aktyor 1990-cı ildə, hələ 15 yaşında ikən Trappesdəki metro stansiyasında dostları ilə oynayarkən 150 km/saat sürətlə gedən bir qatarın çarpması nəticəsində sağ qolunun işləmə bacarığını itirmiş, 1992-ci ildə ilk dəfə qısametrajlı bir filmdə rol almış, sonrakı illərdə bir çox filmlərdə rol almışdır. 1996-cı ildə ilk tammetrajlı filmdə rol almış, 1998-ci ildən sonra zaman-zaman televiziyalarda komediya və əyləncə proqramlarının aparıcısı olmuş, seriallarda rol almışdır. 2004-cü ildə Olimpiya oyunları atəşini Fransa adından daşımışdır. Les pierres bleues du désert (1992) Les Deux papas et la maman (1996) Zonzon (1998) Un pavé dans la mire (1998) Le Ciel, les oiseaux et... ta mère!
Cəmil Fərəcov
Cəmil Əliqulu oğlu Fərəcov (13 fevral 1946, Bakı – 1 avqust 2023) — Azərbaycan kinorejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu (1969), Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib (1974). 1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyib. 1997–2002-ci illərdə "Yaddaş" sənədli filmlər studiyasının bədii rəhbəri və direktoru, 2002–2006-cı illərdə Mədəniyyət Nazirliyinin Kino İşləri Baş İdarəsinin müdiri, 2006–2012-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri vəzifələrində çalışıb. Əməkdar incəsənət xadimidir. Ailəlidir, iki övladı, üç nəvəsi var idi. Cəmil Fərəcov Fərəcov 1 avqust 2023-cü ildə vəfat edib. "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb. Arvadım Mənim, Uşaqlarım Mənim (1978) "Azərbaycan" dünyanı gəzir (film, 1984) "Azərbaycan"da dəniz səyahəti (film, 1976) Ağır şkaf (film, 1971) Axırıncı maqın sonu (film, 1974) Ayna və Həmid (film, 1990) Azərbaycan kinosu-80 (film, 1996) Azərbaycan məktəbi yüksəlişdə (film, 1972) Azərbaycan və Nobel qardaşları (film, 1991) Başdan ayağa (film, 1973) Bəhrə (film, 1984) Bir səfərin izilə (film, 1980) Biz qayıdacağıq (veriliş, 2007) (II) Çay daşının göz yaşı...
Cəmil Həsənli
Cəmil Həsənli (tam adı: Cəmil Poladxan oğlu Həsənli; 15 yanvar 1952, Ağalıkənd, Puşkin rayonu) — Azərbaycan tarixçi-alimi; siyasətçi; tarix elmləri doktoru (1992) — professor (1993); Azərbaycan Ziyalılar Forumunun həmtəsisçisi (2009); Milli Şuranın qurucu üzvlərindən biri (2013); Azərbaycan Respublikasının əməkdar müəllimi (2009); Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin müasir tarixi kafedrası üzrə professoru (1993–2013); Azərbaycan Respublikası Milli Məclisinin II və III çağırış deputatı. Milli Şuranın sədri və lideri. Cəmil Poladxan oğlu Həsənov 15 yanvar 1952-ci ildə Biləsuvar rayonunun Ağalı kəndində anadan olmuşdur. 1960–1970-ci illərdə Cəlilabad rayonunun Alar kənd orta məktəbində təhsil almışdır. 1970-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (ADU) Tarix fakültəsinə daxil olmuş və 1975-ci ildə həmin fakültəni bitirmişdir. 1977-ci ilin payızında ADU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrası üzrə əyani aspiranturaya daxil olmuş və 1980-ci ildə buranı bitirmişdir. 1983–1984-cü illərdə Moskva Dövlət Universitetində ixtisaslaşma kursu keçmişdir. 1984-cü ildə ADU-nun ixtisaslaşdırılmış müdafiə şurasında "SSRİ-Amerika münasibətləri" mövzusunda namizədlik müdafiə edib tarix elmləri namizədi dərəcəsini almışdır. 1990-cı ildə Xalq təhsili üzrə SSRİ Dövlət Komitəsinin qərarı ilə dosent elmi adına layiq görülmüşdür. 1992-ci ildə "Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində, 1918–1920" mövzusunda doktorluq dissertasiyası müdafiə edib, tarix elmləri doktoru elmi dərəcəsini almışdır.
Cəmil Həşimli
Cəmil Əflatun oğlu Həşimli (11 avqust 1995, Kürdəmir – 5 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Cəmil Həşimli 1995-ci il avqustun 11-də Kürdəmir şəhərində anadan olub. Azərbaycan Ordusunun giziri olan Cəmil Həşimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəmil Həşimli oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Həşimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Həşimli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Həşimli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Həşimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəmil Kavukçu
Cəmil Niftaliyev (türk. Naza Cəmil; 1951) — hekayə və roman yazarı. 1951-ci ildə Türkiyədə anadan olub. Yaradıcılığa 1980-ci illərdən başlayıb. "Bazar günəşi" adlanan ilk hekayələr kitabı 1983-cü ildə çap olunub. "Dönüş" və başqa romanların müəllifidir. Hekayələrində əsasən sadə insanların həyatından bəhs olunur.
Cəmil Lənbəranski
Cəmil bəy Ləmbəranski (1884, Lənbəran, Cavanşir qəzası – 1959, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, travmatoloq, ortoped, dosent, əməkdar həkim, səhiyyə əlaçısı. Cəmil Ləmbəranski 1884-cü ildə Cavanşir qəzasının Lənbəran kəndində anadan olmuşdur. 1913-cü ildə Kiyev Universitetinin tibb fakültəsini qurtarmışdır. Universiteti bitirdikdən sonra Tərtərdə zemski həkim işləmişdi. Cəmil bəy 1919-cu ildə Bakıya gələrək doktor Larionovun müalicəxanasında cərrah işləməyə başlayır. 1922-ci ildə Xalq Səhiyyə Komisarlığının qərarı ilə cərahiyyə xəstəxanası yaradılmış və Cəmil bəy Ləmbəranski xəstəxananın müdiri təyin edilmişdir. 1929-cu ilə qədər orada işləyən Cəmil bəy xəstəxana ləğv edildikdən sonra Caparidze adına Bakı Şəhər 3 nömrəli klinik xəstəxanasının travmatologiya şöbəsinə müdir təyin olunur. 1941–1945-ci illərdə Cəmil bəy İkinci Dünya müharibəsində iştirak etmişdir. 1946-cı ildən Bakı Elmi Tədqiqat Travmatologiya və Bərpa Cərrahiyyəsi İnstitutunda baş həkim işləyən Cəmil bəy Ləmbəranski 1948-ci ildən Cəmil bəy Ləmbaranski Bakı şəhər 2 nömrəli klinik xəstəxanasında travmatologiya şöbəsinə müdir təyin olunur. O, həmçinin Həkimləri Təkmilləşdirmə İnstitutu travmatologiya və hərbi səhra cərahiyyəsi kafedrasında da baş elmi işçi olaraq da işləyir.
Cəmil Müfidzadə
Cəmil Miryusif oğlu Müfidzadə (24 fevral 1934, Ordubad rayonu, Naxçıvan MSSR – 20 dekabr 2019, Bakı) — Azərbaycan Respublikasının xalq rəssamı (2002). Cəmil Müfidzadə 24 fevral 1934-cü ildə Ordubadda anadan olmuşdur. O, ilk ixtisas təhsilini 1948-1955-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində almışdır. "Ümumittifaq sərgisinə eksponatların yola salınması" tablosu onun diplom işi idi. Rəssam daha sonra 1955-1956-cı illərdə Ukraynada Kiyev Orta Rəssamlıq Məktəbini, 1959-1962-ci illərdə isə Xarkov Dövlət Rəssamlıq İnstitutunun "Qrafika" fakültəsini bitirmişdir. Cəmil Müfidzadənin növbəti diplom işi "Neft daşları" mövzusunda çəkdiyi rəngli ofortlar silsiləsi olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Qrafika" kafedrasına rəhbərlik etmiş Cəmil Müfidzadə "Ofort" adlı dərsliyin müəllifidir. Görkəmli rəssam 20 dekabr 2019-cu ildə Bakıda vəfat etmişdir. Rəssamın işlədiyi "Doğma düzənlər" ofort silsiləsi 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü çərçivəsində təşkil olunmuş təsviri sənət sərgisində nümayiş olunmuşdur. O, 1961-ci ildə III Ümumittifaq sərgisində (Moskva) "Qaldırıcı kranlar təmirdə" adlı ofort ilə iştirak etmişdir.
Cəmil Məmmədli
Cəmil Məmmədli (28 iyul 1999, İsmayıllı rayonu – 15 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Respublikası Silahlı Qüvvələri Quru qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Məmmədli Cəmil Habil oğlu 28 iyul 1999-cu ildə İsmayıllı rayonunda anadan olmuşdur. 2005–2016-cı illərdə Bakı şəhəri Səbail rayonu 163 saylı orta məktəbdə orta təhsil almış, 2016–2020-ci illərdə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsinin Materialşünaslıq fakültəsində ali təhsil almışdır. Təhsil aldığı dövrdə ictimai fəallığı və vətənə xüsusi sevgisi ilə həmişə seçilmişdir. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş məktəblər arası "Mahir nişançı" adlı güllə atıcılığı turnirində III yerə layiq görülmüşdür. 2020-ci ilin iyul ayında ali təhsilini başa vurduqdan sonra Cəmil hərbi xidmətə yollanır. Xidmətinin yeni başlamasına baxmayaraq sentyabrın 27-də Vətən Müharibəsi başlayan zaman könüllü olaraq onun ön cəbhəyə göndərilməsini xahiş edir. Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə fəal iştirak edir. "Əsgərlikdə olduğu zaman evlərinə zəng edib anası ilə danışanda böyük fəxarət hissi ilə, Milli Qəhrəman Mübariz İbrahimovun istifadə etdiyi silahdan ona verildiyini demişdi." "Atıcılıq" — bu söz onun qəhrəmanlıq şücaətində də böyük rol oynadı. Oktyabr ayının 14-dən 15-ə keçən gecə Füzuli rayonunun Kürdlər kəndi istiqamətində qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlmişdir.
Cəmil Mərdəm Bəy
Cəmil Mərdəm Bəy (ərəb. جميل مردم بك‎; 1893, Dəməşq – 30 mart 1960, Qahirə) — 1936–1939-cu və 1946–1948-ci illərdə Suriyanın baş naziri.
Cəmil Niftəliyev
Cəmil Niftəliyev (5 oktyabr 1968, Yardımlı – 29 mart 1992, Şelli, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 5 oktyabr 1968-ci ildə Yardımlı rayonunun Şəfəqli kəndində anadan olmuşdur. 1975-ci ildə Bakının Lökbatan qəsəbəsinə köçmüşlər. Burada 233 saylı məktəbə getmişdir. 1986-cı il 11 oktyabr hərbi xidmətə çağırılmışdır. Özbəkistanda snayperlik kursunu bitirdikdən sonra Əfqanıstan müharibəsinə göndərilir. 1989-cu ildə ordudan tərxis edilir və Cəmil Vətənə dönərək Səbail rayonunda Yanğından Mühafizə İdarəsinə daxil olur. Vətənin dar günləri idi...Cəmil könüllü olaraq cəbhəyə göndərilməsini xahiş etdi və 10 mart 1992-ci il tarixdən onun döyüş yolu başladı. Cəmil peşəkar atıcı olduğu üçün erməni quldurlarını ağır itkilərə məruz qoyurdu. Ağdamda rəşadətlə vuruşan Vətən oğlu tezliklə cəbhədə hörmət qazanmışdı.
Cəmil Nəcəfov
Cəmil Nəcəf oğlu Nəcəfov (24 iyun 1993, Bakı – 10 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Cəmil Nəcəfov 24 iyun 1993-cü ildə Bakıda dünyaya göz açmışdır. 1999-2007-ci illərdə Binəqədi rayon H.Hüseynov adına 83 nömrəli məktəb-liseydə təhsil almışdır. Orta məktəbi bitirən Cəmil Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmuşdur. Hərbi məktəbi müvəffəqiyyətlə bitirən Cəmil hərbi vəzifəsinə başlamış, baş leytenant rütbəsi almışdır. Azərbaycan Ordusunun baş leytenantı olan Cəmil Nəcəfov 2016-cı ildə Aprel döyüşlərində ön cəbhədə iştirak etmişdir. 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 oktyabr 2020-ci ildə Cəbrayıl döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Cəmil Quliyev
Cəmil Quliyev (rejissor) — kino xadimi, rejissor, ssenari müəllifi, aktyor. Cəmil Quliyev (tarixçi) — akademik.
Cəmil Quliyev (akademik)
Quliyev Cəmil Bahadur oğlu (16 dekabr 1927, Şuşa, DQMV – 27 dekabr 2010, Bakı) — Azərbaycan və sovet tarixçisi, professor, 1972–1978-ci illərdə o Azərbaycan EA Tarix İnstitutunun direktoru, 1976–1990-cı illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1975–1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru, 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru, 1976–1991-ci illərdə və 1997-ci ildən 2007-ci ilədək Azərbaycan MEA Rəyasət Heyətinin üzvü, 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü. Cəmil Quliyev 16 dekabr 1927-ci ildə Şuşada anadan olub. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olmuş, 1946-cı ildən təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirmiş, 1949-cu ildə həmin universiteti bitirdikdən sonra aspiranturada saxlanılmışdır. C.B.Quliyev 1952-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək təyinatla Bakıya göndərilmişdir. 1952-ci ildən ADU-da müəllim, dosent 1958–1972-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir. 1971-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və professor adını almışdır. Həmin ildən Azərbaycan EA-da fəaliyyətə başlamışdır. 1972–1978-ci illərdə o Azərbaycan EA Tarix İnstitutunun direktoru, 1981–1990-cı illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1975–1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru olmuşdur. 1976–1991-ci illərdə və 1997-ci ildən 2001-ci ilədək AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Rəyasət Heyətinin üzvü (1997–2007) üzvü olub. 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Cəmil Quliyev (rejissor)
Cəmil Quliyev (3 iyul 1963, Bakı, Azərbaycan SSR) — Azərbaycan kinorejissoru, ssenari müəllifi, "Azərbaycanfilm" kinostudiyasının keçmiş direktoru (2019–2020), Azərbaycan Dövlət Film Fondunun direktoru, "Mədəniyyət" kanalının sabiq baş direktoru (2011–2013), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi (2012), İctimai Televiziyanın sabiq baş direktoru (2013–11.5.2018), Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri (2018–2019), Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı (2018), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru. Cəmil Elşad oğlu Quliyev 1963-cü ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya İnstitutunu kinorejissor ixtisası üzrə (SSRİ Xalq Artistləri A. Alov və V. Naumovun emalatxanası) bitirib. 1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb, bir çox sənədli və bədii filmlərə quruluş verib. Cəmil Quliyevin quruluş verdiyi filmlər Fransa, İsveç, Türkiyə, Rusiya, Gürcüstan, Çexiya, Rumıniya və s. ölkələrdə Beynəlxalq festivallarda iştirak edib. 1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 1998–2006-cı illərdə həmin Universitetin "Kino və televiziya sənəti" kafedrasının müdiri və dosenti olub. Hal-hazırda həmin universitetin professorudur. 2000–2005-ci illərdə Beynəlxalq Audiovizual Festivalın direktoru vəzifəsində çalışıb.
Cəmil Quliyev (tarixçi)
Quliyev Cəmil Bahadur oğlu (16 dekabr 1927, Şuşa, DQMV – 27 dekabr 2010, Bakı) — Azərbaycan və sovet tarixçisi, professor, 1972–1978-ci illərdə o Azərbaycan EA Tarix İnstitutunun direktoru, 1976–1990-cı illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1975–1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru, 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru, 1976–1991-ci illərdə və 1997-ci ildən 2007-ci ilədək Azərbaycan MEA Rəyasət Heyətinin üzvü, 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü. Cəmil Quliyev 16 dekabr 1927-ci ildə Şuşada anadan olub. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olmuş, 1946-cı ildən təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirmiş, 1949-cu ildə həmin universiteti bitirdikdən sonra aspiranturada saxlanılmışdır. C.B.Quliyev 1952-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək təyinatla Bakıya göndərilmişdir. 1952-ci ildən ADU-da müəllim, dosent 1958–1972-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir. 1971-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və professor adını almışdır. Həmin ildən Azərbaycan EA-da fəaliyyətə başlamışdır. 1972–1978-ci illərdə o Azərbaycan EA Tarix İnstitutunun direktoru, 1981–1990-cı illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1975–1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru olmuşdur. 1976–1991-ci illərdə və 1997-ci ildən 2001-ci ilədək AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Rəyasət Heyətinin üzvü (1997–2007) üzvü olub. 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Cəmil Qurbanzadə
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Cəmil Səlimov
Cəmil Oqtay oğlu Səlimov (15 yanvar 1991, Əzizbəyov rayonu – 29 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Cəmil Səlimov 1991-ci il yanvarın 15-də Xəzər rayonunun Binə qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun giziri olan hərbi tibb qulluqçusu Cəmil Səlimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Cəmil Səlimov sentyabrın 29-da Madagizin azad edilməsi zamanı şəhid olub. Binə qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Səlimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Səlimov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəmil Səlimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəmil Turan
Cəmil Turan (1 yanvar 1947, İstanbul) — Türkiyənin keçmiş milli futbolçusu. Türkiyə futbolunun bombardirlərindən biri olan Cəmil Turan futbol texnikası, qəfil qaçışları və yayınmaları, nişanda qalma uğurları və topla rəftarı ilə tanınırdı.

Значение слова в других словарях