FƏCR

is. [ ər. ]
1. Səhərin çox erkən, günəş çıxmazdan əvvəlki çağı, dan vaxtı.
Fəcrin saf havası dolur içəri; Kəndi seyr eləyir… Oyanır həyat. B.Vahabzadə.
Fəcrin qızıl rənglərilə boyananda mavi göylər; Dünyanın hər tərəfindən anaların səsi gəlir. N.Rəfibəyli.

2. Dan vaxtı göydə görünən qızartı və aydınlıq.
O baxışlarda fəcrdən parlaq; Bir ziya var buluddan daha saf. A.Şaiq.

FƏCİ
FƏDA
OBASTAN VİKİ
Fəcr Surəsi
89-cu surə
Fəcr Beynəlxalq Film Festivalı
Fəcr Beynəlxalq Film Festivalı və ya Fəcr Film Festivalı (fars. جشنواره بین المللی فیلم فجر‎ və ya sadəcə fars. جشنواره فیلم فجر‎) — İranın illik film festivalı, hər fevral ayında Tehranda keçirilir. 1982-ci ildən başlayan festival, İranın Mədəniyyət nazirliyinin nəzarəti altındadır. Hər il İran İslam İnqilabının ildönümündə baş verir. 2011-ci ildə festivalın 29-cu nəşrində 90 təqdim edilmiş bədii film var idi.
Fəcrabad (Üşnəviyyə)
Fəcrabad (fars. فجراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 349 nəfər yaşayır (60 ailə).

Значение слова в других словарях