Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Media Factory
Media Factory (メディアファクトリー, Mediafakutorī), keçmiş adı ilə Media Factory, Inc. (株式会社メディアファクトリー, Kabushiki gaisha Mediafakutorī) — Yaponiya nəşriyyatı və Kadokawa Corporation şirkətinin brend şirkəti. Əsası 1 dekabr 1986-cı ildə qoyulmuşdur və baş qərargahı Tokionun Şibuya xüsusi rayonunda yerləşir. Media Factory Recruit şirkətinin filialıdır. Nəşriyyat ehtimal ki, ilk anime distribüteri olmuşdur ki, fansablardan lisenziyalaşdırdığı hər hansı animeni saytlarında yerləşdirməməyi xahiş etmişdir. 12 oktyabr 2011-ci ildə nəşriyyat Kadokawa Corporation tərəfindən 8 milyard yen qarşılığında satın alınmışdır. Nəşriyyatın öz nəşr etdiyi aylıq manqa jurnalı "Monthly Comic Alive" adlanır və ranobe imprinti də var: MF Bunko J. Media Factory həmçinin "39 açar" romanının Yaponiyada distribusiyası lisenziyasına malikdir. Media Factory 1 oktyabr 2013-cü ildə 8 şirkətlə birləşərək Kadokawa Corporation şirkətinin brend şirkəti olduqdan sonra kabuşiki qayşa olmağı dayandırmış və "Pokemon" anime serialından uzaqlaşmışdır. == Jurnallar == "Monthly Comic Alive" "Monthly Comic Flapper" "Monthly Comic Gene" == Anime serialları == Aşağıdakı anime və manqa başlıqları nəşriyyatın adı ilə bağlıdır.
Kung Fu Factory
Kung Fu Factory (əvvəllər Just Games Interactive) — ABŞ indi videooyun istehsalçısı. Şirkətin baş qərargahı Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir. "Kung Fu Factory" şirkəti "Mortal Kombat" videooyun seriyasında üzərində işləmiş ilk üçüncü partiya istehsalçıdır. Şirkət son vaxtlar mobil oyunların istehsalı ilə məşğuldur.
Atmosfer faktoru
Atmosfer faktoru- atmosferin fiziki vəziyyəti və kimyəvi tərkibi ilə əlaqəli faktor (temperatur, seyrəklik dərəcəsi, çirkləndiricilərin olması).
HMS Victory
“Əlahəzrətin gəmisi Viktoriya” (ing. HMS — Her or His Majesty’s Ship Victory; 1765) — üç dorlu, 104 döyüş topuna malik Böyük Britaniya Kral Donamasına məxsus I ranq xətt gəmisi. 23 iyul 1759-cu ildə əsası qoyulmuş və 7 may 1765-ci ildə suya salınmışdır. Bir çox döyüşlərdə, o cümlədən Trafalqar döyüşündə iştirak etmişdir. Məhz bu gəminin göyərtəsində Admiral Nelson yaralanmışdır. 12 yanvar 1922-ci ildən gəmi qədim tərsanə Portsmutda doka dayanmışdır. Hal hazırda muzey kimi istifadə edilir. Bu muzey Portsmutun ən görməli yerlərindən sayılır. == Sürsatı == HMS Victory gəmisi müxtəlif dövrlərdə bir neçə dəfə yenidən layihələndirilmişdir. İlk olaraq 100 döyüş topuna malik layihə 1758-ci ilə aiddir.
Q faktoru
Radiolar müəyyən bir elektromaqnit spektrini dinləmək üçün hazırlanmışdır. Radionun keyfiyyətini seçicilik və həssaslıq amillərinə görə qiymətləndirmək mümkündür, buna Q faktoru deyilir. Bu tezlik diapazonundakı radio qəbulediciləri keyfiyyətinə və xüsusiyyətlərinə görə bir çox fərqli modelə bölünə bilər.
Risk faktoru
Risk faktoru- müəyyən xəstəliyin bilavasitə səbəbi sayılmayan, lakin onun baş verməsi ehtimalını artıran ümumi faktorların adıdır. Bura həyat şəraiti və tərzi xüsusiyyətləri , həmçinin orqanizmin anadangəlmə və ya qazanılan xüsusiyyətləri aid edilir. Onlar individiumda (fərddə) xəstəlik ehtimalını artırmaq, yaxud mövcud xəstəliyin gedişinə və proqnozuna əlverişsiz təsir göstərmək qabiliyyətinə malikdir. Adətən bioloji, ekoloji və sosial risk faktorları ayrılır. Əgər risk fatorlarına bilavasitə xəstəliyə təsir göstərən faktorlar da əlavə edilsə, onlar birlikdə sağlamlıq faktorları adlanır ki, onlar da analoji təsnifata malikdir. == Bioloji risk faktoru == Bioloji risk faktorlarına genetik və ontogenez dövründə insan orqanizminin qazandığı (əldə etdiyi) xüsusiyyətlər aiddir. Məlum olduğu kimi, bəzi xəstəliklərə çox vaxt müəyyən milli və etnik qruplarda rast gəlinir. Hipertoniya, xora xəstəlikləri, şəkərli diabeti və b. xəstəliklərə irsi meyillik mövcuddur. Bir sıra xəstəliklərin, o cümlədən şəkərli diabeti, ürəyin işemiya xəstəliyinin baş verməsinin ciddi faktoru köklük hesab olunur.
Victory (albom)
Victory (azərb. Qələbə‎) - 2002-ci ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.
Faktor-bank
Faktor analizi
Faktor analizi — dəyişənlərin qiymətləri arasında qarşılıqlı əlaqələri öyrənmək üçün nəzərdə tutulan çoxölçülü metoddur. Qəbul edilir ki, məlum dəyişənlər naməlum dəyişənlərdən və təsadüfi səhvlərdən az asılıdırlar. == Faktor analizinin məqsədi == Dəyişənlər arasında qarşılıqlı əlaqənin müəyyən olunması (dəyişənlərin təsnifatı) Verilənlərin təsviri üçün vacib olan dəyişənlər sayının azaldılmasıAnaliz zamanı öz aralarında korelyasiya olunmuş dəyişənlər bir faktorda birləşirlər. Nəticədə faktorların sadə və anlamlı strukturu əldə olunur. == Faktor analizinin tipləri == Determinə olunmuş (funksional) – nəticə göstəruicisi faktorların həndəsi cəmi kimi verilir Stoxastik (korelyasiya) – faktor və nəticəvi göstəricilər arasında əlaqə dəqiq deyil və ehtimala söykənir.
Psi-faktor
Psi-faktor ya da psi enerjisi parapsixologiya sahəsində istifadə edilən bir termin olub insanın paranormal qabiliyyətləriylə əlaqədar olan gücü ya da təsiri ifadə etmək üzrə ortaya atılmışdır. Yunan əlifbasında 23-cü hərfi olan "psi" bəzi filosoflara görə "ruh" ya da "həyati güc" mənasında istifadə edilən "psikhe" sözünün ilk hərfi olduğundan parapsixologiyada ESP (qeyri-duyğusal dərk etmə) və PK fenomenlərinin açıqlanmasında istifadə edilən bir termin halına gəlmişdir. Parapsixoloqlar edilən sınaq və yanılmalar nəticəsində insanın fiziki bədəninin kənarında fiziki olmayan bir tərəfinin olması gərəkdiyini düşünürlər. Parapsixik qabiliyyətlərin, müxtəlif zamanlarda, müxtəlif tədqiqatçılar tərəfindən müctəlif adlarla anılmış olan və fiziki qanunlarla açıqlana bilməyən bir enerji sahəsi içində gerçəkləşdiyi düşünülür. Qədim Çində buna həyat enerjisi mənasında çi (chi) və ya Hindistanda isə Prana, Çexoslovakiyada Psixotronik enerji və hal-hazırkı parapsixologiyada PSİ-faktor (psi enerjisi) adı verilmişdir. Psi-faktorun sadəcə beyinə bağlı bir enerji deyil, bütüm varlığımıza aid bir enerji olduğu və yayıldığı iddia edilir. Bu möbzi üzrə tədqiqatlar davam edir. Ancaq psi-faktorun fiziki qanunlara tabe olmadığı zənn edilir. Bu enerjinin fiziki hissiyyatlarımızla dərk edilməməsinə baxmayaraq bir fövqəltəbii qabiliyyətlərimizlə varlığının "hiss edildiyi" iddia edilir.
İmpakt faktor
İmpakt faktor - elmi jurnalın əhəmiyyətinin rəqəmlə göstəricisidir. 1960-cı illərdən başlayaraq o hər il 1992-ci ildə Thomson korporasiyasi tərəfindən alınmış və hazırda Thomson Scientific adlanan Elmi İnformasiya İnstitutu tərəfindən hesablanır və “Journal Citation Report” jurnalında dərc olunur. İF-yə görə jurnalların səviyyəsi, onlarda dərc olunmuş məqalələrin keyfiyyəti qiymətləndirilir, tədqiqatçılara maliyyə yardımı verilir və əməkdaşlar işə götürülür, impakt-faktor elmi tədqiqatın nəticələrinin qiymətləndirilməsinə böyük, lakin birmənalı olmayan təsir göstərir. == Hesablama metodikası == İmpakt faktorun hesablanması 3 illik dövrə əsaslanır. Məsələn, jurnalın 2014-cü ildəki i2014 impakt factoru aşağıdakı kimi hesablanmışdır: İ2014=A/B, burada A- Elmi İnformasiya İnstitutu tərəfindən 2014-cü il ərzində izlənilən jurnallarda 2012-2013-cü illərdə olan istinadların sayı, B-2012-2013-cü illərdə bu jurnalda dərc olunmuş məqalələrin sayıdır. Hesablamada bir sıra nüanslar (incəliklər) vardır. Elmi İnformasiya İnstitutu müəyyən tip məqalələri (xəbər, məktub, səhvlərin düzəliş siyahısı və s.) öz hesablamalarında nəzərə almış və bəzən yeni jurnallar üçün impakt faktor yalnız iki illik dövrə əsasən hesablanır. == Üstünlüklər və qüsurlar == Jurnalın İF-si tədqiqat sahəsindən və onun tipindən asılıdır: ildən ilə o əhəmiyyətli dərəcədə dəyişə bilər, məs., jurnalın adı dəyişdikdə çox aşagı hədəfə enə bilər və s. Bununla belə bu gün İF yaxın elm sahəsində elmi tədqiqatın səviyyəsini müqayisə etmək üçün ən mühüm göstəricilərdən (kriteriyalardan) biridir. Məsələn, elmi tədqiqatın investoru öz investisiyasının perspektivini qiymətləndirmək üçün tədqiqatçıların nəticələrini müqayisə etmək istəyə bilər.
De facto
De-fakto — faktiki tanınmadır. Bu barədə xüsusi rəsmi bəyanat vermədən ticarət müqaviləsi və ya başqa müqavilə bağlamaq, viza vermək və s. bu kimi işgüzar münasibətlər faktiki girmək yolu ilə mümkündür. Faktiki tanınma hüquqi tanınmaya nisbətən məhdud, natamam məzmunlu olmaqla yanaşı, hüquqi tanınmadan əvvəl olur və onun üçün keçid sayılır.
Beta transformasiyaedici böyümə faktoru
β — transformasiyaedici böyümə faktorları proteinlərdirlər və sitokinlərin bir qrupudurlar.Onlara bu ad kultural mühitdə normal hüceyrələrin fenotiplərini dəyişdirə bilmə xüsusiyyətlərinin olmasına görə verilib. β transformasiya edici böyümə faktoru 3 izoformada mövcuddur və molekul kütləsi 50KDa a bərabər iki homodimerdən təşkil olunmuşdur. β transformasiyaedici böyümə faktorunun produsentlərinə,bir sıra hüceyrələr , o cümlədən ,stromal hüceyrələr,makrofaqlar və müxtəlif növ şiş hüceyrələri daxildirlər. O,qeyri aktiv formada sintez olunur,proteazaların hidrolitik təsirindən aktivləşdikdən sonra hüceyrəarası matriksin kompanentləri və α makroqlobulin molekulları ilə birləşir. İmmun sistemində β-transformasiyaedici böyümə faktorları özünü supressiv bir faktor kimi aparır.O,hemopoez prosesinə,iltihab sitokinlərinin sintezinə,limfositlərin interleykin-2,4 və 7 qarşı reaksiyalarına, təbii killer və T-sitotoksik hüceyrələrin formalaşmasına neqativ təsir göstərir.Bununla yanaşı, β tansformasiyaedici böyümə faktoru hüceyrəarası matriks zülüllarının sintezini,yaraların sağalmasını və anabolik prosesləri sürətləndirir.Onun differensisasiya təbiətli təsiri də məlumdur.Məsələn:o, plazmatik B hüceyrələrində immunoqlobulinlərin sintezini İg A istiqamətində yönəltməklə və İL-10 la birlikdə onun ifrazını 10 dəfə artırmaqla selikli qişanın müdafiəsini gücləndirə bilir.Onun geninin söndürülməsi əsasında autoimmun reaksiyaları duran və bədənin bütün ahələrini əhatə edən fatal iltihab patologiyası yaranır,yəni β tansformasiyaedici böyümə faktoru orqanizmdə autoimmun proseslərinin qarşısını alan bir faktor kimi də fəaliyyət göstərir.
Victory (Modern Talking albomu)
Victory (azərb. Qələbə‎) - 2002-ci ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.
Ready For The Victory (Modern Talking)
Ready For The Victory (azərb. Qələbə üçün hazır‎) - Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.