AKTYOR

I. i. actor; komik aktyor comic actor, comedian; tragik aktyor tragic actor, trage dian; məşhur aktyor famous / popular actor; kiçik rollarda çıxış edən aktyor utility, utility man*

II. s. actor’s; theatrical; aktyor sənəti the art of acting; aktyor heyəti a theatrical company

AKTUALLIQ
AKTYORLUQ
OBASTAN VİKİ
Köməkçi aktyor
Köməkçi aktyor filmlərdə, seriallarda, televiziya şoularında, teatr tamaşalarında, musiqilərdə, opera və ya balet tamaşalarında görünür; heç vaxt danışmayan və az danışan bir insandır (ifa sənətində rəqs etmir və ya mahnı oxumur). Televiziya proqramlarında tamaşaçılar; Seriallarda və ya filmlərdə küçədə və ya hadisə yerində olan adi insanların rolunda olanlar məhz onlardır , yəni həvəskar aktyorlar. Müharibə filmlərində və ya oxşar qəhrəmanlıq filmlərində film heyəti çox sayda köməkçi aktyordan istifadə edir. Xüsusilə yüksək büdcə ilə istehsal edilmiş filmlərdə minlərlə köməkçi aktyor ola bilər. Əlavələrin gördüyü işlər “fiquranlıq” adlanır. Köməkçi aktyor oynadığı rola və filmin çəkiliş heyətinə görə bəzi meyarları tələb edir. Köməkçi aktyor ola bilmək üçün bəzən aktyorluq təcrübəsi tələb oluna bilər, təcrübəsiz insanlar da bəzən arxa plan aktyorları kimi çıxış edə bilərlər. Dəqiqlik, etibarlılıq, çevik iş saatları üçün uyğunluq və deyilənləri tez başa düşmək bacarığı köməkçi aktyor sənətində vacibdir. Dünyada yalnız köməkçi aktyor sahəsində xidmət göstərən təşkilatlar vardır. Televiziya serialları, film və ya proqram istehsalçıları tələb olunan səhnənin kontekstindən asılı olaraq uyğun bir görünüşlü aktyorlar tələb edirlər.
Mehmud (aktyor)
Mehmud Ali Xan (29 sentyabr 1932, Bombey, Britaniya Hindistanı – 23 iyul 2004, Pensilvaniya) – Mehmud kimi tanınan hindistanlı aktyor, rejissor, prodüserdir. O, qırx illik kinokaryerası ərzində 300-dən artıq filmdə çəkilib. O aktrisa və rəqqasə Mumtaz Alinin səkkiz uşaqdan ikincisi idi. Onun bacılarından biri Minu Mumtaz həmçinin Bollivudda tanınan rəqqasə və aktrisadır. Mehmut kinoda uşaq yaşlarından çəkilməyə başlayır. Onun ilk filmi 1943-cü ildə "Qismət" filmi olur. O aktyorluq karyerasına 10 yaşında Bimal Royanın "Do Bigha Zamin" filmindən başlayır. Mehmud dəfələrlə Filmfare mükafatına namizəd olsa da, "Dil Tera Diwana" filminə görə ən yaxşı ikinci dərəcəli aktyor, "Pyar Kiye Jaa" (1967), "Vardaan" (1975) filmlərində üç dəfə ən yaxşı komik aktyor mükafatına sahib olur. Onun çəkildiyi ən məşhur filmlər arasında: "Zindagi" (1964), "Gumnaam" (1965), "Pyar Kiye Ja" (1966), "Love in Tokyo" (1966), "Patthar Ke Sanam (1967), "Padosan" (1968), Aankhen (1968), "Naya Zamana" (1971) və sair filmər var. Mehmud özünü nəinki aktyor, həmçinin rejissor kimi sınayıb.
Hüseyn Muradov (aktyor)
Hüseynağa Sadıqov (aktyor)
Hüseynağa Ələsgər oğlu Sadıqov (21 mart 1914, Bakı – 23 fevral 1983, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1979). == Həyatı == Əslən Cənubi Azərbaycanlı olan Hüseynağa Ələsgər oğlu Sadıqov 21 mart 1914-cü ildə Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrı yaranandan bir il sonra, 1930-cu ildə müsabiqə ilə kollektivin aktyor truppasına sınaq müddətinə qəbul olunub. 1931-ci il iyunun 1-də teatr truppasına aktyor götürülüb. İlk vaxtlardan ona məsul rollar tapşırılıb. GTT-də əlli ildən çox aktyorluq etmiş sənətkarın əsas rolları bunlardır: Pitli ("Əfilər", Rabindranat Taqor), Xasay, El oğlu, Məlik ibn Səid ("Xasay", "El oğlu" və "Bir saat xəlifəlik", Abdulla Şaiq), Bobçinski, Jevakin ("Müfəttiş" və "Evlənmə", Nikolay Qoqol), Seryoja Streltsov ("Seryoca Streltsov", Valentina Lyubimova), Azad ("Azad", Əyyub Abbasov), Mirzə Qoşunəli ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Həsən ("Yaşar", Cəfər Cabbarlı), Trufadino ("İki ağanın bir nökəri", Karlo Haldoni), Rəcəb ("Şirinbala bal yığır", Salam Qədirzadə), Səlim ("Anacan", Yusif Əzimzadə), Spid ("İki veronalı", Uilyam Şekspir), Qey ("Qar Kraliçası", Yevgeni Şvarts), Hacı Murad ("Tamahkar", Süleyman Sani Axundov), Ceyms Berten ("Ovod", Etil Voyniç), Jiront ("Skapenin kələkləri", Jan Batist Molyer), Məşədi Cabbar, Tarverdi ("Molla İbrahimxəlil kimyagər" və "Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə), Cəbi, Əhməd ("Hacı Qəmbər" və "Ağa Kərim xan Ərdəbili", Nəcəf bəy Vəzirov), kapitan ("Qavroş", Viktor Hüqonun "Səfillər" romanı üzrə səhnələş-dirənləri Zəfər Nemətov və Əli İsmayılov), Mirpaşa ("Komsomol poeması", İsgəndər Coşqun), Şah Ələmgir ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), aptekçi ("Romeo və Cülyetta", Uilyam Şekspir), Şamdan bəy ("Şamdan bəy", Nəriman Nərimanov), Abbas ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli). Hüseynağa Sadıqov 23 fevral 1983-cü ildə Bakıda vəfat edib. == Xatirəsi == 2019-cu ilin martında Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Hüseynağa Sadıqovun 105 illik yubileyi qeyd olunmuşdur. 2024-cü ildə aktyorun 110 illik yubileyi Azərbaycan Dövlət Film Fondunda qeyd olunmuşdur. == Təltif və mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 iyul 1956 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 9 fevral 1979 Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1967 ("Komsomol poeması" tamaşasında oynadığı Mirpaşa roluna görə) "Qırmızı Ulduz" ordeni — 8 mart 1945 "İgidliyə görə" medalı — 16 sentyabr 1944 "Qafqazın müdafiəsinə görə" medalı — 1 may 1944 "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 9 may 1945 "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 == Filmoqrafiya == == İstinadlar == == Mənbə == Azəri, L. Səhnədə gülüş — efirdə hikmət: [Gənc Tamaşaçılar Teatrında Xalq artisti Hüseynağa Sadıqovun 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdir] //Mədəniyyət.- 2014.- 23 may.- S. 5.
Həsən Məmmədov (aktyor)
Əbdülhəsən Ağaməmməd oğlu Məmmədov (22 noyabr 1938, Salyan, Salyan rayonu – 26 avqust 2003, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1982), SSRİ (1981) və Azərbaycan (1986) Dövlət mükafatları laueratı. == Həyatı == Həsən Ağaməmməd oğlu Məmmədov 1938-ci il noyabr ayının 22-də Salyan rayonunda doğulmuşdur. Burada 2 saylı orta məktəbi 1956-cı ildə bitirmiş və Azərbaycan Dövlət Universıtetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olmuşdu. İkinci kursda universitetdən çıxmış və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq etmişdir. 1962-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda (1960–1961) işləmişdir. H. Məmmədov məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu 1962-ci ildə bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilmişdir. O, elə həmin ildən kinoda da fəaliyyət göstərmişdir. H. Məmmədov 50-dən çox filmdə çəkilmişdi. 1962-ci ilin 10 sentyabrında bu qədim sənət ocağının aktyor truppasına üzv olmuşdur.
Kazım Məmmədov (aktyor)
Kazım Yaqub oğlu Məmmədov (1926, Gədəbəy, Gəncə qəzası – 1988, Bakı) — Azərbaycan vokalçı-aktyoru (lirik-dramatik tenor), Azərbaycan SSR əməkdar artisti (1958). == Həyatı == Kazım Məmmədov 1926-cı ildə Gədəbəydə anadan olub. Böyük Vətən müharibəsində döyüşdə yaralanaraq keçirdiyi psixoloji sarsıntıdan səsini itirib. Ordudan tərxis edilərək az müddət müxtəlif işlərdə çalışıb. 1945-ci ildə təsadüfən səsi açılan Kazım Məmmədov Üzeyir Hacıbəyovun köməkliyi ilə 1947–1952-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Tələbə ikən Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb. Konservatoriyanı bitirdikdən sonra vokalçı kimi teatrın solist ştatında qalıb. Kazım Məmmədov 1988-ci ildə Bakıda vəfat edib. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 26 aprel 1958 == İfa etdiyi əsas rollar == == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə).
Kevin Peyc (aktyor)
Kevin Peyc (ing. Kevin Page, 1959-cu il) - ABŞ aktyorudur. == Həyatı == Kevin Peyc 1959-cu ildə anadan olmuşdu. Onun film karyerası 1984-cü ildən başlayır. Həmin ildən başlayaraq Kevin Peyc bir çox populyar seriallara və filmlərə çəkilir. Kevn Peyc, əsasən, drama və triller janrlarda olan filmlərdə iştirak etmişdir. Ən yaxşı rol aldığı filmləri sırasına RoboKop və Qaranlıq mələyi filmləri daxildir. Kevin Peyc Linda ilə ailə həyatı qurmuş və ondan İzabella adında qız övladı vardır.
Kris Evans (aktyor)
Kristofer Robert "Kris" Evans (d. 13 iyun 1981, Boston) – ABŞ aktyoru. Evans Marvel Kinematoqrafiya Kainatının filmlərində Kapitan Amerikanı və Fantastik dördlük filmlərində Conni Ştormu canlandırmasına görə tanınır. Karyerasına 2000-ci ildə "Qarşı cins" teleserialı ilə başlamışdır. Bundan bir çox filmlərdə görünmüşdür: "Uşaqlara aid olmayan kino", "Gün işığı", "Skott Pilqrim dünyaya qarşı", "Qar kürələyən", "Hədiyyə edilmiş" və s. 2014-cü ildə "Biz getməmişdən qabaq" filmi ilə dram debütünü etmişdir. == Həyatı == Boston şəhərində anadan olmuş, Sadböri qəsəbəsində böyümüşdür. Anası Liza Konkord Gənclik Teatrında rəssamlıq direktoru, atası Robert diş həkimi idi. İki bacısı var: Karli və Şanna. Karli Nyu-York Universitetinin nəzdində Tiş İncəsənət məktəbində oxuyub və Linkoln-Sadböri Regional Liseyində müəllimdir.
Kris Vud (aktyor)
Kristofer Çarles "Kris" Vud (ing. Christopher Charles Wood; 14 aprel 1988, Dublin[d], Ohayo) — Amerikalı aktyordur. 2014-cü ildə The CW kanalının serialı olan Vampirin Gündəlikləri serialının altıncı mövsümündə oynadığı Malakay "Kay" Parker rolu ilə tanınır. Bundan əvvəl o 2013-cü ildə kanalın Kerrinin Gündəlikləri serialında yazıçı Adam Uaver rolunu ifa etmişdi. O həmçinin 2016-cı ildə Əhatə serialında Atlanta polis zapiti Ceyk Ray rolu ilə baş rolu oynayıb. Eləcədə həmin ildə The CW-nin super qəhrəman serialı olan Super qız serialında Mon-El roluna çəkildi. == Həyatı == Kris Ohayo ştatının Dublin şəhərində doğulub. O Şimali Karolinada yerləşən Elon Universitetinə daxil oldu və 2010-cu ildə Musiqi Sənəti Üzrə İncəsənət fakutəsini bakalavr dərəcəsi ilə bitirdi. Kollec vaxtlarında aktyor Qrant Qastin ilə dostdur. Atasını müalicə oluna bilməyən xəstəlikdən itirdikdən sonra kris Amerika Ruhi Sağlıq mərkəzində səfir kimi fəaliyyət göstərməyə başladı.
Maqsud Məmmədov (aktyor)
Maqsud Fazil oğlu Məmmədov — aktyor, Azərbaycanın əməkdar artisti (2018). == Həyatı == Maqsud Məmmədov Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsini 1995-ci ildə bitirib. 1994-cü ildən S. Vurğun adına Rus Dram Teatrının aktyorudur. Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır. Onun yaratdığı: Aqent ("Vid s mosta" A. Miller), Mahmud ("Ray v şalaşe" K. Aslanov), Aktyor ("Salam, mən sizin dayınızam" Elçin), Doristeo ("Xitroumnaya vlüblyonnaya" L. de Veqa), Reks ("Nedosyaqayemaya" S. Moem), Tomas Mor ("Kral oyunları" Q. Qorin), Celme ("Çingizxanın sirri" M. Şaxanov), Şoklü Məlik ("Burla xatun" N. Xəzri), Kazımbəyov ("Neft bumu" R. İbrahimbəyov), Jon Vallone ("Daha bir Cekson" X. Berqer), Qersoq Albanski ("Kral Lir", U. Şekspir), Şapur ("Fərhad və Şirin" S. Vurğun) kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. == Mükafatları == 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. 27 iyun 2013-cu ildə "Fəxri Mədəniyyət İşçisi" döş nişanina layiq görülmüşdür.[mənbə göstərin] 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Atama deyərəm (film, 2006) Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları. 5-ci film (film, 2003) Bir anın həqiqəti (film, 2003) Çətin yol (film, 2006) Ci-Mi (film, 2008) Əlamət (film, 2006) Əziz dost (film, 2006) Hesab (film, 2006) Məhkumlar (film, 2007) Məzə (film, 2006) Milçək (film, 2006) Nə gözəldir bu dünya...
Mikayıl Mikayılov (aktyor)
Mikayıl Şamil oğlu Mikayılov (21 iyul 1981, Bakı) — azərbaycanlı rejissor, aktyor == Həyatı == Mikayıl Mikayılov 21 iyul 1981-ci ildə anadan olub. ADMİU-nun kinorejissorluq fakültəsində (2000-2004, magistratura 2004-2006) təhsil alıb. Musiqili Komediya, Pantomim, Yuğ Teatrlarında rejissor və aktyor kimi çalışıb. == Mükafatları == 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Ailəsi == Aktrisa, əməkdar artist Sonaxanım Mikayılovanın oğludur. == Filmoqrafiya == Rejissor Biri vardı, biri yox... (film, 2003) Ölülər və dirilər (film, 2004) Pəri qala (film, 2007) Fenomen (film, 2015) Aktyor Salur Qazanın evi talandığı boy (film, 2001) Manqurt (film, 2003) Oyun (film, 2003) Arxada qalmış gələcək (film, 2004) Rus tərcüməsi (teleserial, 2006) (Rusiya istehsalı) Üç qız (film, 2007) (Azərbaycan, Almaniya və Rusiyanın birgə istehsalı) Nəsihətə görə nikah (teleserial, 2009) (Rusiya istehsalı) Qardaşımdan yaxşısı yox idi (film, 2010) (Azərbaycan və Rusiyanın birgə istehsalı) == Teatr == Rejissor Viy adlı monstr haqqında dəlinin qeydləri (N.Qoqol) (2005, Bakı) "Milyonçunun dilənçi oğlu" - musiqili komediya. Musiqi – S. Ələskərov, libretto – Şixəli Gurbanov (2007, Bakı) "Əfğan" Məhəmməd Füzuli (2009, Bakı) "Xanuma" A.Saqareli (2011, Bakı) "Müsyo Jordan və Dərviş Məstəli Şah" Mirzə Fətəli Axundzadə (2012, Karaqanda, Kazaxstan) "Şah & Şair, yaxud Hamı səni sevənlər burdadı..." Kamal Abdulla (2013, Bakı) "Müsyo Dərviş" Mirzə Fətəli Axundzadə (2013, Tümen, Rusiya) "İlahi oyun" "Kitab-i Dedem Korkud" eposu əsasında bir hissəli etno-müzikl (2014, Bakı) "Müfəttiş" Nikolay Qoqol (2016, Bakı) "Medeya.
Mirzəli Abbasov (aktyor)
Abbasov Mirzəli Hacabbas oğlu (1874, Rusiya imperiyası – 3 noyabr 1943, Tiflis, Gürcüstan Sovet Sosialist Respublikası, Sovet İttifaqı) — aktyor, rejissor, dramaturq, Gürcüstanın əməkdar artisti (1924). == Həyatı == Mirzəli Abbasob 1874-cü ildə o zaman Rusiya imperiyasına daxil olan Tiflis şəhərində azərbaycanlı ailəsində dünyaya gəlmişdir. 1924-cü ildə Gürcüstan Sovet Sosialist Respublikasının əməkdar artisti adını alan Mirzəli Abbasov elə doğulduğu Tiflis şəhərində 1943-cü ildə vəfat etmişdir. Vəfatından sonra Tiflisdəki müsəlman qəbiristanlığında dəfn edilmişdir. == Yaradıcılığı == Abbasov Mirzəli (Əlibala) Hacabbas oğlu 1898-ci ildən səhnə fəaliyyətinə başlamışdı. İlk oynadığı rol Mirzə Fətəli Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" əsərindəki Fərraş obrazı olmuşdur. Tiflis Azərbaycan teatrının təşkilatçılarından olmuş, onun səhnəsində Üzeyir Hacıbəyovun "Arşın mal alan" və "O olmasın, bu olsun" musiqili komediyalarını, "Ölülər" tragikomediyasını tamaşaya qoymuşdur. Azərbaycanlı dram qruplarının aktiv üzvü kimi Tiflisdə, Təbrizdə və bir sıra digər şəhərlərdə səfərlərdə olmuşdur. 1916-cı ildən etibarən Tiflisdəki Azərbaycan türklərinin əsas teatr təşkilatçılarından biri olmuşdur. Yaradıcılığı boyunca daha çox Hüseyn Ərəblinski kimi faicəvi taleyə sahib obrazları canlandıran Mirzəli Abbasovun əsas rolları sırasına Əbdülrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" tarixi faciəsində Qacar obrazı, Uilyam Şekspirin faciəsində Otello obrazı, Fridrix Şillerin "Oğrular" dramında Franz obrazları daxildir.
Məhərrəm Musayev (aktyor)
Məhərrəm Məmmədhəsən oğlu Musayev (28 oktyabr 1949, Şərəfə, Masallı rayonu) — Azərbaycan aktyoru. == Həyatı == Məhərrəm Məmmədhəsən oğlu Musayev 28 oktyabr 1949-cu ildə Azərbaycan SSR Masallı rayonunun Şərəfə kəndində anadan olmuşdur. Orta məktəbi bu kənddə bitirib. 1966-cı ildə sənədlərini Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə verib. Qəbul imtahanında görkəmli rejissor Adil İsgəndərov ona deyib ki, hələ bədəncə çox cılızsan, bir az ətə-qana dolanda gələrsən. Rayona qayıdıb, üç il kolxozda işləyib, iki il hərbi xidmətdə olub, ancaq aktyor olmaq arzusundan dönməyib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində (1971–1975) təhsil alıb. 1985–1987-ci illərdə Moskvada keçmiş Sovetlər İttifaqının ən tanınmış rejissorlarından biri olan və özünün dəst-xəttini, məktəbini yaradan Mark Zaxarovdan ikiiillik rejissorluq təhsili alıb. 2000-ci ildə Lənkərandan Bakıya köçüb. Evlidir, 3 övladı var.
Məmməd Cəfərov (aktyor)
Məmməd Abbasqulu oğlu Cəfərov (1912, Şamaxı – 19 yanvar 1980, Kirovabad) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1964). == Həyatı == Məmməd Cəfərov 1912-ci ildə Şamaxıda anadan olub. 1921–1927-ci illərdə Şamaxıdakı birinci dərəcəli məktəbdə təhsil alıb. Burada məktəbin dram dərnəyində çıxışlar edib. 1929–1932-ci illərdə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbində təhsilini davam etdirib. 1933–1940-cı illərdə Gəncə Dövlət Dram Teatrında aktyor, 1940–1941-ci illərdə Gəncə Dövlət Filarmoniyasında direktor işləyib. 1942-ci ildə müharibəyə yollanan Məmməd Cəfərov 1943-cü ildə birinci qrup kimi ordudan tərxis olunaraq Gəncəyə qayıdıb. Burada o, aktyorluqla yanaşı, 3 ildən artıq teatrın direktoru işləyib. O, 1949–1951-ci illərdə Gəncə Şəhər Mədəniyyət və İstirahət Parkının direktoru, 1951–1952-ci illərdə Gəncə kinoprokat idarəsinin rəisi, 1952–1955-ci illərdə mədəniyyət şöbəsində inspektor və müdir, 1955–1956-cı illərdə isə şəhər ictimai təminat şöbəsində müdir vəzifələrində işləyib. 1956-cı ilin ikinci yarısından yenidən Gəncə Dövlət Dram Teatrının truppasında fəaliyyət göstərib.
Məmməd Quliyev (aktyor)
Məmməd Allahverdi oğlu Quliyev (15 mart 1914, Naxçıvan – 11 sentyabr 2001, Naxçıvan) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1974). == Həyatı == Məmməd Quliyev 15 mart 1914-cü ildə Naxçıvanda doğulub. Bəzi mənbələrdə doğum tarixinin 8 dekabr 1912-ci il olduğu qeyd olunur. Səməd Mövləvi Məmməd Allahverdi oğlu Quliyevi yuxarı siniflərdə oxuyanda teatra dəvət edib. O, əsasən, opera və operetta tamaşalarında xorda oxuyub, epizod rollarda səhnəyə çıxıb. Opera artisti olmaq arzusu ilə orta məktəbi bitirdikdən sonra Bakıya gələrək Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil olub. Diplom alandan sonra bir müddət Opera və Balet Teatrında işləyib. Burada ikinci dərəcəli partiyalar oxuyub. Məmməd Quliyev 1943-cü ildə Naxçıvana gəlib və DMDT-nin truppasına aktyor götürülüb. 11 sentyabr 2001-ci ildə Naxçıvanda vəfat edib.
Məmməd Sadıqov (aktyor)
Məmməd Əhməd oğlu Sadıqov (2 may 1913, Bakı – 28 may 1987, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Məmməd Sadıqov 2 may 1913-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1926-cı ildə Pedaqoji məktəbə qəbul olunmuş, lakin təhsilini yarımçıq qoymuşdur. 1931–1932-ci illərdə Bakı Türk İşçi Teatrının aktyor truppasının yaradıcı heyətində işləmişdir. 1 fevral 1933-cü ildən M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında çalışmışdır. Bu teatrda səhnəyə çıxarkən ilk rolu Cəfər Cabbarlının "1905-ci ildə" pyesindəki Karapet obrazı olmuşdur. Gənclik illərində "Sadıqzadə" soyadı ilə də çıxış etmişdir. 20-dən çox Azərbaycan filmində rol alan Məmməd Sadıqov xüsusi səs tembriylə seçilmişdir. O, 28 may 1987-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943 "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 == Teatr səhnəsindəki rolları == "1905-ci ildə" — Karapet (Cəfər Cabbarlı) "Müsyö Jordan və dərviş Məstəli şah" — Dərviş Məstəli şah (Mirzə Fətəli Axundov) "Lənkəran xadının vəziri" — Xacə Məsud (Mirzə Fətəli Axundov) "Hacı qara" — Qəhrəman (Mirzə Fətəli Axundov) "Xırs quldurbasan" — Namaz (Mirzə Fətəli Axundov) "Cehizsiz qız" — Qavrilov (Aleksandr Ostrovski) "Almaz" — Avtil (Cəfər Cabbarlı) "Oqtay Eloğlu" — Mazandaranski (Cəfər Cabbarlı) "Aydın" — Mirzə Cavad (Cəfər Cabbarlı) "Vaqif" — təlxək (Səməd Vurğun) "Xəyyam" — Bədəvi ərəb (Hüseyn Cavid) "Xoşbəxtlər" — usta Segah (Sabit Rəhman) "Toy" — Mirzə Hüseyn (Sabit Rəhman) "Həyat" — Pardon Qurbanəli (Mirzə İbrahimov) "Közərən ocaqlar" — Məmmədəli (Mirzə İbrahimov) "Rəqs müəlimi" — Kornexo (Lope de Veqa) "Müfəttiş" — poçt müdiri (Nikolay Qoqol) "Fırtına" — qoca (Uilyam Şekspir) "Unudulan adam" — qoca (Nazim Hikmət) "Hind gözəli" — hamamçı (Y. Osnos, V. Vinnikova) "Səyavuş" — Kosa (Hüseyn Cavid) "Dəlilər" — Tomas (Lope de Veqa) "Əcəb işə düşdük" — Nadirov (Şıxəli Qurbanov) "Əliqulu evlənir" — Səfər (Sabit Rəhman) == Filmoqrafiya == Ağasadıq Gəraybəyli (film, 1974) Aygün (film, 1960) Bakıda küləklər əsir (film, 1974) – Manuçarov Bəxtiyar (film, 1955) – Mirhəmid Bizim Cəbiş müəllim (film, 1969) – Səngər qazan Dəli Kür (film, 1969) – kəndli Evlənmək istəyirəm (film, 1983) Əmək və qızılgül (film, 1962) General (film, 1970) İyirmialtılar (film, 1966) – ruhani "Kazbek" qutusu (film, 1958) Qanun naminə (film, 1968) Qayınana (film, 1978) Qızmar günəş altında (film, 1957) Mən mahnı qoşuram (film, 1979) – kənd sakini Min birinci söz (film, 1997) O olmasın, bu olsun (film, 1956) Od içində (film, 1978) – dərviş Sehrli xalat (film, 1964) – baş münəccim Sən niyə susursan?
Məmmədağa Dadaşov (aktyor)
Məmmədağa Ağarəhim oğlu Dadaşov (12 aprel 1912, Bakı – 3 dekabr 1996, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1957). GTT-nın yaradıcılarındandır. Aktyor kimi xarakterik və tipik obrazların ifasında nailiyyətlərə daha çox müvəffəq olub. == Həyatı == Məmmədağa Ağakərim oğlu Dadaşov 12 aprel 1912-ci ildə Bakıda doğulub. Səhnəyə ilk dəfə on dörd yaşında, oxuduğu məktəbdə çıxıb. 40 saylı pioner dəstəsinin dram dərnəyinə üzv olub. GTT məhz həmin dərnəyin bazası əsasında yaranıb və truppanın ilk aktyorlarının sırasında Məmmədağa Dadaşov da olub. Ömrünün sonuna qədər səhnədən və bu kollektivdən ayrılmayıb. Məmmədağa Dadaşov komediya, faciə, dram əsərlərində və nağıl-tamaşalarda müxtəlif səciyyəli rollar oynayıb. Azad ("Azad", Əyyub Abbasov), Valer, Leandr ("Zorən təbib" və "Skapenin kələkləri", Jan Batist Molyer), Vəhşi pişik ("Özbaşına gəzən pişlk", Reyhard kiplinq), El oğlu ("E1 oğlu", Abdulla Şaiq), Çingiz ("Nərgiz", Mirmehdi Seyidzadə), Məhkəmə sədri ("Müfəttiş", Nikolay Qoqol), Ağa Zaman, Məşədi Qurban, Hatəmxan ağa ("Molla İbrahimxəlil kimyagər", "Xırs quldurbasan" və "Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə), Hacı Saleh ("Tamahkar", Süleyman Sani Axundov), İmran ("Anacan", Yusif Əzimzadə), Nüsrət ("Yaşar", Cəfər Cabbarlı), Simnar xan ("ÇİÇəkiİ dağ", Məmmədhüseyn Təhmasib), Casus ("Qavroş", Viktor Hüqonun "Səfillər" romanı əsasında səhnələşdirənləri Zəfər Nemətov və Əli İsmayılov), Qasım xan ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), Milan Hersoqu, Montekki ("iki veronalı" və "Romeo və Cülyetta", Vilyam Şekspir), Mirbağır ağa ("Yarımçıq şəkil", Adil Babayev), Molla Səfi ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Mirzə Qoşunəli ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Jandarına polkovniki ("Ovod", Etil Voyniç), Tağı müəllim ("Şirinbala bal yığır", Salam Qədirzadə) rollarında özünün aktyorluq bacarıq və qabiliyyətini daha ifadəli şəkildə göstərə bilib.
Namiq Cavadov (aktyor)
Aktyor
Aktyor və ya aktrisa (fr. acteur, latıncadakı lat. actor sözündən — icraçı) — dram teatrlarında, tamaşalarda, kinoda, opera, balet və sirk səhnələrində rol icraçısı. Artistlərdən fərqli olaraq aktyorlar tamaşalarda sadəcə olaraq iştirak etmir, həm də müəyyən olunmuş rolda hər hansı bir obrazı yaradır. Aktyorluq yaradıclığının əsasında rola daxil olmaq, onu yaşamaq qabiliyyəti durur. Daxili və ya xarici cəhətdən rola daxil olmaq kimi anlayışlar mövcuddur. Bunlar ancaq şərt olaraq fərqlənirlər. Mahiyyət etibarı ilə bu aktyorluq sənətinin iki tərəfidir. Rola daxil olma zamanı hərəkət, düşüncə və hisslər bir vəhdət təşkil edir. Aktyor qrim, geyim, intonasiya qaydası, hərəkət qaydaları, yeriş, mimika kimi cəhətlərlə yaradılacaq şəxsin müəyyən dərəcədə teatr şəratində obrazını yaradır.
Aktyor (dəqiqləşdirmə)
Aktyor
Aktyor binası
Aktyor binası — Rostov-na-Donu şəhərinin ərazisində yerləşən bina. == Tarixi == "Aktyor binası" 1935–1938-ci illədə inşa edilmişdir. Binanın layihəsi arxitektor Leonid Fedoroviç Eberqə məxsusdur. Bina Qorski küçəsinin sonucunda, Kayani küçədinin əvvəllərinfə yerləşir. Binanın bu cür adlanmasının səbəbi vaxtı ilə burada Rostov teatr cəmiyyətinin üzvlərinin qalması ilə əlaqədardır. Bina quruluş baxımından "З" hərfinə bənzər formada inşa edilmişdir. Belə bir fərziyə vardır ki, arxitektor Eberq rostovlu aktrisa Zinaida Nikolayevka Zoriçə vurulmuşdur. Bu layihəni işləyərkən sevdiyi qadının ad və soyadının ilk hərfini əsas götürərək binanı layihələndirmişdir. Bu binada teatr və kinonun gələcək ulduzu Vera Petrovna Mareskaya və Rostislav Yanoviç Plyatt yaşamışdır. Binanın birinci mərtəbəsində isə trayr rejisoru Yuri Aleksandroviç Zavadski yaşayırdı.
Aktyor sənəti
Aktyor sənəti və ya aktyorluq — aktyor və ya aktrisanın teatrda, televiziyada, kinoda, radioda və ya hər hansı digər mimetik vasitədə qabaqcadan tapşırılmış rolu canlandırması ilə səhnə surətinin yaradılması. == Proses == Aktyor sənətinin icrasında aktyora bədən quruluşu, danışıq tərzi, mimika, emosionallıq, müşahidə, habelə təxəyyül və yaddaş kimi məziyyətlər kömək edir. Aktyor tamaşada tərəfi-müqabilləri ilə sıx bağlıdır. Onun yaratdığı obraz əsərin ümumi məzmununun və ideya istiqamətinin tamaşaçıya çatdırılmasına görə qiymətləndirilir. Aktyor yaradıcılığının əsası təcəssümetdirmə prinsipidir. Daxili və xarici təcəssümetdirmə anlayışları mövcuddur. Mürəkkəb yaradıcılıq prosesinin bu iki tərəfi mahiyyətcə bir-biri ilə sıx bağlıdır. Təcəssümetdirmə prosesində hərəkət, hiss və fikir vəhdətdədir. Xarici təcəssümetdirmə üçün aktyor qrim və paltardan, bəzən isə maskadan istifadə edir, tələffüz, davranış, mimika və surətə zahiri əlamətlər verən bu cür başqa ünsürlər axtarıb tapır. Buna baxmayaraq, həqiqi təcəssümetdirmə üçün aktyor personajın daxili aləmini açmalı, düşüncə və həyəcanları ilə yaşamalıdır.
Üçüncü aktyor
Tritaqonist və ya üçüncü baş qəhrəman (q.yun. τριταγωνιστής – üçüncü aktyor; τριτος — «üçüncü» və αγωνίζομαι – «rəqabət»; αγωνιστής – «döyüşçü») — ədəbiyyatda, protaqonistdən və deyteraqonistdən sonra ən mühüm üçüncü personaj. Qədim Yunanıstan dramında, tritaqonist fəal truppanın üçüncü üzvü olurdu. Personaj olaraq, tritaqonist təhrikçi və ya protaqonistin iztirablarının səbəbkarı ola bilər.:451 == Tarix == Tritaqonist konsepsiyası erkən ikiaktyorlu dramdan yaranmışdır. Bundan sonra, prinsipial personajın və onun əleyhdarını təsirini iki aktyor artırırdı. Burada, əleyhdarı hissəsi üçüncü aktyora (tritaqonist), ikinci aktyorsa (deyteraqonist) prinsipial personajın sirdaşı və ya bəradəri rolunu oynayır. Beləliklə, prinsipial personaja daha böyük bir şəxsiyyət dərinliyi verilir.:451 Qədim Yunanıstan teatrının bədii qiraətləri qismən melodik olduğundan, tritaqonistin rolu adəti üzrə ifaçıya verilirdi.:172 Mark Tulli Siseron "Divinatio in Caecilium" adlı əsərində tritaqonist protaqonistindən təbii olaraq daha güclü olanda onun öz səsini tez-tez "fəth etməli" olduğunu yazır.
İkinci aktyor
Deyteraqonist və ya devteraqonist (q.yun. δευτεραγωνιστής – ikinci aktyor; δευτερος – «ikinci» və αγωνίζομαι – «rəqabət»; αγωνιστής – «döyüşçü») — ədəbiyyatda, protaqonistdən əvvəl və tritaqonistdən sonra ən mühüm personaj. Süjetdən aslı olaraq, deyteraqonist protaqonistin lehinə və ya əleyhinə fəaliyyət göstərə bilər. == Tarix == Qədim Yunanıstan dramı sadəcə bir personajdan protaqonistdən və rəqqasələrdən ibarət bir xordan təşkil edilmişdi. Deyteraqonist rolunu ilk dəfə Qədim Yunanıstan dramaturqu Esxil təqdim etmişdir. Aristotel Poetika əsərində yazır: Esxilin səyləri personajlar arasındakı dialoqu və qarşılıqlı əlaqəni ön plana çıxarmışdır. Sofolk buna əlavə olaraq, Sofokl və Evripid kimi dövrün digər dramaturqlarına məşhur personajlar yaratmağa imkan vermişdir. == Dramda == Qədim Yunanıstan dramı üç personajdan (protaqonist, deyteraqonist və tritaqonist) və bir xordan ibarət olduğundan, hər aktyor bir neçə hissədə rol oynayırdı. Məsələn, Sofoklun Şah Edip dramında protaqonist Edip, deyteraqonist isə İokasta (Edipin həm anası, həm də arvadı), eləcə də çoban və xəbərçi idi. == Ədəbiyyatda == Ədəbiyyatda, deyteraqonist adətən protaqonistin "köməkçi"i rolunu daşıyır.
Aktyor evi
Aktyor binası — Rostov-na-Donu şəhərinin ərazisində yerləşən bina. == Tarixi == "Aktyor binası" 1935–1938-ci illədə inşa edilmişdir. Binanın layihəsi arxitektor Leonid Fedoroviç Eberqə məxsusdur. Bina Qorski küçəsinin sonucunda, Kayani küçədinin əvvəllərinfə yerləşir. Binanın bu cür adlanmasının səbəbi vaxtı ilə burada Rostov teatr cəmiyyətinin üzvlərinin qalması ilə əlaqədardır. Bina quruluş baxımından "З" hərfinə bənzər formada inşa edilmişdir. Belə bir fərziyə vardır ki, arxitektor Eberq rostovlu aktrisa Zinaida Nikolayevka Zoriçə vurulmuşdur. Bu layihəni işləyərkən sevdiyi qadının ad və soyadının ilk hərfini əsas götürərək binanı layihələndirmişdir. Bu binada teatr və kinonun gələcək ulduzu Vera Petrovna Mareskaya və Rostislav Yanoviç Plyatt yaşamışdır. Binanın birinci mərtəbəsində isə trayr rejisoru Yuri Aleksandroviç Zavadski yaşayırdı.
Kino aktyoru
Aktyor və ya aktrisa (fr. acteur, latıncadakı lat. actor sözündən — icraçı) — dram teatrlarında, tamaşalarda, kinoda, opera, balet və sirk səhnələrində rol icraçısı. Artistlərdən fərqli olaraq aktyorlar tamaşalarda sadəcə olaraq iştirak etmir, həm də müəyyən olunmuş rolda hər hansı bir obrazı yaradır. Aktyorluq yaradıclığının əsasında rola daxil olmaq, onu yaşamaq qabiliyyəti durur. Daxili və ya xarici cəhətdən rola daxil olmaq kimi anlayışlar mövcuddur. Bunlar ancaq şərt olaraq fərqlənirlər. Mahiyyət etibarı ilə bu aktyorluq sənətinin iki tərəfidir. Rola daxil olma zamanı hərəkət, düşüncə və hisslər bir vəhdət təşkil edir. Aktyor qrim, geyim, intonasiya qaydası, hərəkət qaydaları, yeriş, mimika kimi cəhətlərlə yaradılacaq şəxsin müəyyən dərəcədə teatr şəratində obrazını yaradır.
Müsəlman Aktyorlar Cəmiyyəti
Müsəlman Aktyorlar Cəmiyyəti — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda fəaliyyət göstərmiş peşəkar aktyor truppası. == Yaradılması == Nicat və Şəfa maarifçilik cəmiyyətlərinin köməyi ilə yaradılmışdı. Truppanın fəaliyyətində Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Nəriman Nərimanov və b. yaxından iştirak etmişlər. == Fəaliyyəti == Cəmiyyət aktyorların peşəkarlığının yüksəldilməsinə, ustalığının təkmilləşdirilməsinə, onların yaradıcılıq inkişafına daim qayğı göstərirdi. Cəmiyyətin aktyor truppası Ə.Haqverdiyevin, N.Vəzirovun, Ü.Hacıbəylinin, Namiq Kamalın sərlərindən ibarət tamaşalar hazırlayır, xeyriyyə tamaşalarında iştirak edir, Bakı və onun ətraf rayonlarında çıxış edirdilər. Milli teatr sənətinin inkişafında cəmiyyətin aktyor truppasının mühüm rolu olmuşdur. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Müsəlman Dram Cəmiyyəti == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, Bakı, 2004.
Nicat Kazımov (aktyor)
Nicat Mirəziz oğlu Kazımov (17 iyun 1972, Dəvəçi) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan Respublikasının əməkdar artisti (2013). == Həyatı == Nicat Kazımov 17 iyun 1972-ci ildə Şabranda anadan olmuşdur. Orta təhsilini Ceyranbatanda yerləşən səkkizillik məktəbdə (1979-cu ildən), 3-cü sinifdən isə Sumqayıt şəhər H. Z. Tağıyev qəsəbəsində yerləşən 6 nömrəli orta məktəbdə almışdır. Azərbaycan Dövlət İncəsənət İnstitutunda Əlabbas Qədirovun kursunu və Norveçin Psixologiya Universitetinin Bakı filialını bitirmişdir. Film, serial, reklam və kliplərdə çəkilmiş, televiziya verilişlərində aparıcılıq etmiş, əcnəbi filmlərin dublyajında iştirak etmişdir. 1991-ci ildən Azərbaycan Dövlət Gənc tamaşaçılar teatrında aktyor, 1996-cı ildən isə həm də rejissor kimi fəaliyyət göstərir. 2023-cü ildə haqqında "Yaşanan yarım əsr" sənədli filmi çəkilib. == Şəxsi həyatı == Ailəlidir. Mirsənan (1998) və Mirismayıl (2002) adlı iki oğlu var. == Mükafatları == 25 iyun 2013-cü ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür.
Nicat Rəhimov (aktyor)
Nicat Rauf oğlu Rəhimov (17 aprel 1986, Bakı) — Azərbaycan aktyoru. Bozbash Pictures layihəsində canlandırdığı Şirin obrazı ilə tanınır. Azad Azərbaycan TV-də yayımlanan Buğlama serialında canlandırdığı Qədir obrazı və Bacanaqlar serialında canlandırdığı İsmayıl (İska) obrazının öhdəsindən çox məharətlə gəlməyi bacarıb və onu çoxmilyonlu xalqa sevdirə bilib. == Həyatı == Nicat Rəhimov 17 aprel 1986-ci ildə Bakı şəhərində dünyaya gəlib. 2005-ci ildə İncəsənət Gimnaziyasını bitirərək Mədəniyyət və İncəsənət Universitetinin musiqili komediya aktyorluğu fakültəsinə daxil olmuş, 2009-cu ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. 2006-cı ildən başlayaraq 4 il ərzində "Planet Parni iz Baku" komandasında aktyorluq fəaliyyəti ilə məşğul olmuşdur, sonra "Bozbash Pictures" layihəsində rol almışdır. 2011-2012-ci illərdə Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərmiş və Sərvər obrazını canlandırmışdır. 2014-cü ildən Azad Azərbaycan TV-nin əməkdaşıdır və 2016-cı ilədək "Şirin çay" verilişində aparıcılıq fəaliyyəti ilə məşğul olmuşdur. Azad Azərbaycan TV-də yayımlanan Buğlama serialında 6 obrazı məharətlə canlandıran istedadlı aktyor Nicat Rəhimov Azərbaycanın xalq artisti Yaşar Nurinin bacısı oğludur. . İlham Namiq Kamalın və Teymur Əmrahın yanında özəl dərslər almışdır.
Nikola Simiç (aktyor)
Nikola Simiç (serb. Никола Симић / Nikola Simić; 18 may 1934, Belqrad – 9 noyabr 2014, Belqrad) — Serbiya və Yugoslaviya teatr, kino və televiziya aktyoru. == Həyatı == Hələ gimnaziyada təhsil alarkən dram bölməsində oynayırdı. Aktyor diplomunu Belqradda yerləşən Teatr, Kino, Radio və Televiziya Akademiyasında aldı. Aktyor kimi ilk dəfə tələbə olarkən, 1957-ci ildə Yuqoslaviya Dram Teatrında oynadı. 1959-cu ildən 2014-cü ilin yanvar ayına qədər davamlı olaraq buranın səhnəsində oynayırdı. Ona ən çox "Birə qulaqda" pyesindəki baş rolu məşhurluq gətirdi. İlk dəfə bu rolda 7 iyun 1971-ci ildə çıxış etdi və 40 il ərzində 2000 dəfədən çox oynadı. Nikola Simic bir çox film və televiziya seriallarında da rol almışdır, onlar içərisində ən çox məşhurluq qazandıran "Sıx dəri" (serb. Tesna koža) (1982-1991) serialındaki Mita Pantiç rolu oldu.
Nikolay Kryukov (aktyor)
Nikolay Nikolayeviç Kryukov (rus. Николай Николаевич Крюков; 25 iyun (8 iyul) 1915 – 17 aprel 1993, Sankt-Peterburq) — Sovet teatr və kino aktyoru, RSFSR-in əməkdar artisti (1991). == Həyatı == Nikolay Kryukov 1915-ci ildə Tver quberniyasında anadan olmuşdur. Bir müddət "Sevkabel" zavodunda çalışmışdır. 1935-ci ildə M.Qorki adına Leninqrad Böyük dram teatrı studiyasını bitirmişdir. Leninqrad, Tbilisi, Riqa kimi şəhərlərin teatrlarında müxtəlif həcmli rollar ifa etmişdir. 1958-ci ildən "Lenfilm" kinostudiyasının aktyoru kimi çalışmağa başlamışdır. Kinoda fəaliyyəti onu daha çox məşhurlaşdırmışdır. İlk ən çox tanınan obrazı "Sonuncu qarış" filmində ifa etdiyi təyyarəçi Ben Esli rolu olmuşdur. Aktyor bu rola görə Ümumittifaq kinofestivalında ilin Ən yaxşı kişi roluna görə mükafat əldə etmişdir.
Nəriman Əliyev (aktyor)
Nəriman Ridvanoviç Əliyev (ukr. Наріма́н Рідьва́нович Алі́єв; 15 dekabr 1992, Petrovka[d], Krım Muxtar Respublikası) — krım-tatar əsilli Ukrayna kinorejissoru və ssenari müəllifi. 2019-cu ildə ən yaxşı rejissor, ən yaxşı film nominasiyaları üzrə Ukraynanın Kinokolo mükafatına layiq görülmüşdür. Ukraynanın əməkdar incəsənət xadimi (2020). == Həyatı == Nəriman Əliyev 1992-ci ildə Krım Muxtar Respublikasının Krasnoqvardeysk rayonunun Petrovka kəndində anadan olmuşdur. 2009-cu ildə I–III səviyyələri üzrə 1 №-li Petrovsk tam orta məktəbini bitirmişdir. 2013-cü ildə "Ekran İncəsənəti İnstitutu" Özəl Ali Məktəbinin Televiziya və kino rejissorluğu ixtisası üzrə bakalavr diplomunu əldə etmişdir. 2014-cü ildə Karpenko-Kariy adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetinin televiziya rejissorluğu üzrə mütəxəssis diplomu əldə etmişdir. 2016-cı ildə "Sənsiz" qısametrajlı filmi Berlin Beynəlxalq Film Festivalının Büllur ayı nominasiyasında namizəd göstərilmişdi. 2017-ci ildən Ukrayna kinoakademiyasının üzvüdür.

Значение слова в других словарях