Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sugar*Soldier
Sugar Soldier (シュガー*ソルジャー, Shugā Sorujā) — Mayu Sakay tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. 2011-ci ilin sentyabrından 2015-ci ilin avqustuna qədər Shueisha nəşriyyatının "Ribon" şoco manqası jurnalında nəşr olunmuşdur. 10 tankobon cildində toplanmışdır. Manqa əsasında çəkilmiş anime adaptasiyası 14 – 28 yanvar 2014-cü ildə TV Tokyo kanalının "Oha Star" (azərb. "Sabahın xeyir, Ulduz"‎) verilişi çərçivəsində yayımlanmışdır. 15 yaşlı Makoto Kisaraqinin böyük bacısı məşhur modeldir və həyatının böyük hissəsini bacısının gözəlliyinin kölgəsi altında keçirmişdir. Artıq öz qərarlarını özü verərək yeni lisey həyatında məşhur adam olmağa qərar verir. Bacısını liseyə onun ziyarətinə gəldikdə işlər qarışır, amma məktəbin yaraşıqlı oğlanlarından Şun İriyanın köməyi ilə özünə güvəni artmağa başlayır. Makoto Kisaraqi (如月 麻琴, Kisaragi Makoto) Səsləndirən: İnori Minase Şun İriya (入谷 瞬, Iriya Shun) Səsləndirən: Ryota Osaka Uki Morinaqa (森永 雨季, Morinaga Uki) Nanami Shirayuki (白雪 ななみ, Shirayuki Nanami) Rika Kisaraqi (如月 莉華, Kisaragi Rika) İssey Yusa (遊佐 一誓, Yusa Issei) Vatase (渡瀬, Watase) Tsukkomi Usaqi (ツッコミうさぎ, Usagi Tsukkomi) Manqanın anime adaptasiyası Shueisha nəşriyyatının "Ribon" jurnalının fevral 2013-cü il buraxılışında anons edilmişdir. Cəmi 3 seriyadan (hər səriya cəmi 1 dəqiqə çəkmişdir) ibarət anime serialı 14 yanvar, 21 yanvar və 28 yanvar 2014-cü il tarixlərində göstərilmişdir.
Sugar Soldier
Sugar Soldier (シュガー*ソルジャー, Shugā Sorujā) — Mayu Sakay tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. 2011-ci ilin sentyabrından 2015-ci ilin avqustuna qədər Shueisha nəşriyyatının "Ribon" şoco manqası jurnalında nəşr olunmuşdur. 10 tankobon cildində toplanmışdır. Manqa əsasında çəkilmiş anime adaptasiyası 14 – 28 yanvar 2014-cü ildə TV Tokyo kanalının "Oha Star" (azərb. "Sabahın xeyir, Ulduz"‎) verilişi çərçivəsində yayımlanmışdır. 15 yaşlı Makoto Kisaraqinin böyük bacısı məşhur modeldir və həyatının böyük hissəsini bacısının gözəlliyinin kölgəsi altında keçirmişdir. Artıq öz qərarlarını özü verərək yeni lisey həyatında məşhur adam olmağa qərar verir. Bacısını liseyə onun ziyarətinə gəldikdə işlər qarışır, amma məktəbin yaraşıqlı oğlanlarından Şun İriyanın köməyi ilə özünə güvəni artmağa başlayır. Makoto Kisaraqi (如月 麻琴, Kisaragi Makoto) Səsləndirən: İnori Minase Şun İriya (入谷 瞬, Iriya Shun) Səsləndirən: Ryota Osaka Uki Morinaqa (森永 雨季, Morinaga Uki) Nanami Shirayuki (白雪 ななみ, Shirayuki Nanami) Rika Kisaraqi (如月 莉華, Kisaragi Rika) İssey Yusa (遊佐 一誓, Yusa Issei) Vatase (渡瀬, Watase) Tsukkomi Usaqi (ツッコミうさぎ, Usagi Tsukkomi) Manqanın anime adaptasiyası Shueisha nəşriyyatının "Ribon" jurnalının fevral 2013-cü il buraxılışında anons edilmişdir. Cəmi 3 seriyadan (hər səriya cəmi 1 dəqiqə çəkmişdir) ibarət anime serialı 14 yanvar, 21 yanvar və 28 yanvar 2014-cü il tarixlərində göstərilmişdir.
Soldier of Love
Soldier of Love – ingilis R&B və soul qrupu Sadenin çıxardığı sinql. Sinqlın dünya təqdimatı 8 dekabr, 2009-cu il tarixində keçirilib. Mahnı Sadenin on illik fasilədən sonra səbirsizliklə gözlənilən və 8 fevral 2010-cu ildə təqdimatı keçirilən onuncu studio albomu Soldier of Lovedan olan ilk sinqldır. Mahnının Billboard Hot 100-də debütü 54-cü yerdə olub. Mahnı Sade Adu və qrupun digər üzvləri tərəfindən birgə yazılıb. Sinql Billboard R&B chartsda dekabrın doqquzunda 45-ci yerdə debüt edib. Bir neçə gün sonra isə Şadenin rəsmi web saytında ictimaiyyətə təqdim edilib. Mahnı həmçinin ABŞ teleserialı Lostun sonuncu, altıncı sezonunda soundtrack kimi istifadə edilib. Mahnının klipinin rejissoru Britaniya rejissoru Sophie Mullerdir. Klipdə səhrada rəqs edən və hərbi yürüş keçirən əsgərlər təsvir olunub.
Yellow Submarine
Yellow Submarine — Böyük Britaniyanın "The Beatles" rok qrupunun studiya albomu.
The Yellow Book
The Yellow Book (azərb. Sarı kitab‎) — 1984–1997-ci illərdə Londonda nəşr olunan rüblük ədəbi jurnal idi.
Mello Yello
Mello Yello- yüksək kofeinli, sitrus tamlı, The Coca-Cola Company tərəfindən PepsiCo şirkətinin Mauntin Dyu içkisi ilə rəqabət üçün çıxarılan sərinləşdirici içki. 1990-cı illərin əvvəllərində Mello Yello Avstraliyada onunla oxşarlıq təşkil edən, lakin kofeinsiz Lift içkisi ilə əvəz olundu. İçkinin dadına görə 3 variantı vardır: Mello Yello Cherry, Mello Yello Melon və Mello Yello Afterglow. Mello Yello Cherry (vişnə dadlı) "Mountain Dew Code Red"lə rəqabət üçün hazırlanmışdır. Mello Yello Afterglow şaftalı tamlı, Mello Yello Melon isə yemiş tamlıdır.
Soklier
Soklier (fr. Sauclières, oks. Sauclièiras) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Nan kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12260. Kommuna təxminən Parisdən 550 km cənubda, Tuluza şəhərindən 160 km şimal-şərqdə, Rodezdən isə 80 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 189 nəfər təşkil edirdi. 2007-ci ildə 114 yaşında (15-64 yaş arasında) 83 nəfər iqtisadi fəal, 31 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72,8%, 1999-cu ildə 69.4%).
Soliter
Soliter (lat. Taenia) — heyvanlar aləminin yastı qurdlar tipinin lentşəkilli qurdlar sinfinin siklofillidlər dəstəsinin soliterlər fəsiləsinə aid heyvan cinsi.
Polder
Polder —( holl. polders - bəndlə əhatələnmiş sahə ) Niderland, Danimarka, Almaniya, ABŞ, Polşa və Yaponiyanın okean və dəniz səviyyəsindən alçaqda yerləşən ovalıqların qurudulmuş və mənimsənilmiş sahəsi. Bu ərazilər əvvəllər dənizin dibi olmuşdur. Sonralar bu ərazilərdəki sular qurudulmuş və antropogen mənşəli düzənliklər yaradılmışdır. Polderlərdə suyun səviyyəsi drenaj və dənizin və çayların basmasından süni tirələr, bəndlər, dambalar ilə qorunur. Bu torpaqlar yüksək məhsuldarlığı ilə seçilən ərazilərdir.
Belloa
Belloa (lat. Belloa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Fallos
Selloa
Selloa (lat. Selloa) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Selloa breviligulata Longpre Selloa ligulata (Cuatrec.) H.Rob. Selloa linearis DC. Selloa macdonaldii (B.L.Turner) H.Rob.
Soldi
Soldi (azərb. Pul‎) — İtaliyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Mahmud "Soldi" mahnısı ilə İtaliyanın əsas musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında qalib gəlmişdir. Qələbənin ardınca Mahmud bu mahnı ilə İtaliyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil edəcəyi öz təsdiqini tapmışdır. Bir neçə ərəb sözünün də işlədildiyi mahnı Çarli Çarlz, Dario "Dardust" Faini və Mahmudun əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. İtaliya hit-paradlarında birinciliyə yüksələn mahnını Mahmud dostları ilə birlikdə ikən yazmağa başlamış, lakin bəstənin yekunlaşması uzun zaman almışdır. Mahnıda trap, hip-hop musiqisi ilə birlikdə Yaxın Şərq elementlərindən də istifadə olunmuşdur. Yalançı, ziddiyyətli və etibarsız ata obrazını özündə canlandıran mahnının sözlərində Mahmudun onu uşaq ikən tərk edən atası ilə münasibəti diqqət mərkəzinə gətirilir. Pul ata ilə oğul arasında münasibətlərin pozulmasına səbəb olan əsas amil olaraq göstərilir. Mahmud mahnının sözlərinin onda xatirələri canlandırdığını və hər bir misrada böyük qəzəb olduğunu söyləmişdir.
Tello
Tello- kişilərin və qadınların qarışıq bir qrupda çeçələ barmaqla çiyin səviyyəsində bir-birindən tutaraq çiyinləri aşağı-yuxarı yırğalamaqla iki- orta və sürətli templi hissələrdən ibarət olan, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasının Şərur, Sədərək, Şahbuz, Culfa, Babək rayonlarındakı folklor kollektivlərinin repertuarlarına daxil edilən ən qədim yallı-qız adından irəli gələn mahnı yallısıdır.
Paraseiulus soleiger
Paraseiulus soleiger (lat. Paraseiulus soleiger) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paraseiulus cinsinə aid heyvan növü.
Selen Soyder
Selen Soyder (türk. Selen Soyder, 26 dekabr 1986, İzmir) — Türkiyə modeli, Miss-Türkiyə 2007. 26 dekabr 1986-cı ildə İzmirin Alsancak qəsəbəsində anadan olmuşdur. Məktəbi qurtarandan sonra Selen Soyder liseyi İzmirdə bitirmişdir. 2006-cı ildə Miss Model Of Turkey yarışmasında Türkiyənin ən yaxşı modeli seçildi ve Miss Bikini Of The Universe yarışmasında Çin Xalq Respublikasında Türkiyəni təmsil etdi. İlk beşliyə daxil olan Soyder, Türkiyəyə "Ən yaxşı milli geyim" mükafatını qazandırdı. 2007-ci ildə Star TV-nin yayımladığı və 1200 nəfərin qatıldığı Türkiyə Gözəllik Yarışması Miss Turkey-də "Türkiyə Gözəli" seçildi və Türkiyəni Miss World 2007-də 106 ölkənin içində Çinin Sanya adasında təmsil etdi. İlk beşliyə daxil ola bilmədi. 2007-ci ildə Vakkonun modeli olmuşdur. Daha sonra dil təhsili üçün Kanadaya gedən Selen Soyder 2009-cu ildə Türkiyəyə geri döndü.
Aleksandr Kolder
Aleksandr Kolder — (23 avqust 1846 – 4 iyun 1923) Amerikalı heykəltəraş. == Həyatı == Kolder 1846-cı il 24 avqustda Şotlandiyanın Aberdin şəhərində anadan olub. O, Edinburqdakı Kral Akademiyasında oxuduğu müddətdə heykəltəraş Con Rayndın yanında işləyib. Daha sonra Kolder Londona köçüb. 1868-ci ildə ABŞ-yə geri qayıdıb və Filadelfiyada məskunlaşıb. == Karyerası == 1873-cü ildə o memar Con Mark Arturun yanında işə başlayıb. 1875-ci ildə Siti Holu qülləsində Vilyam Penin bürünc heykəlini hazırlayıb. Hazırladığı bu əsərlə müsabiqəyə qatılıb və qalib gəlib. Bu heykəl dünyada bugünə qədər bina üzərində hazırlanan ən böyük əsər olaraq bilinir.
Eupatorium selloi
Frenk Kelloq
Frenk Billinqs Kelloq — (22 dekabr 1856 - 21 dekabr 1937) ABŞ Senatında və ABŞ dövlət katibi vəzifəsində çalışmış xidmət etmiş Amerikalı vəkil, siyasətçi və dövlət xadimi idi. 1929-cu ildə Brian-Kelloq paktına görə Nobel sülh mükafatına layiq görülmüşdür. Kelloq, 1856-ci il dekabrın 22-də Nyu-Yorkun Potsdam şəhərində Abeqeyl (Billinqs) və Asa Farnsvors Kelloqun ailəsində dünyaya gəlib. Ailəsi 1865-ci ildə Minnesota ştatına köçür. Kelloq 1877-ci ildə Minnesota ştatının Roçester şəhərində hüquq təhsili aldı və vəkillik fəaliyyətinə başladı. 1878–1881-ci illərdə Roçester şəhər vəkili və 1882 - 1887 arasında, Minnesota, Olmstid Kauntri qraflığı vəkili vəzifəsində çalışıb. 1886-cı ildə Minnesota ştatındakı Sent-Pol şəhərinə köçür. 1905-ci ildə, Teodor Ruzvelt Kelloqdan federal antiinhisar davasını mühakimə etməsini istəyəndə Kelloq federal hökumətə qoşuldu. 1906-cı ildə Kelloq, Eduard Henri Harriman haqqında araşdırma aparmaq üçün Dövlətlərarası Ticarət Komissiyasına xüsusi vəkil təyin edildi. 1908-ci ildə Şerman Antiinhisar qanununa əsasən Union Pacific Railroada qarşı federal prokurorluğa rəhbər təyin edildi.
Mikania selloi
Mikania selloi (lat. Mikania selloi) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Selloa linearis
Acmella decumbens (lat. Acmella decumbens) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. Acmella decumbens var. decumbens Ceratocephalus decumbens (Sm.) Kuntze Ceratocephalus decumbens var. decumbens Ceratocephalus decumbens var. macropodus (DC.) Kuntze Ceratocephalus macropodus Kuntze Feaea linearis Spreng. Rudbeckia decumbens Sm. Selloa linearis (Spreng.) DeCandolle Spilanthes americana var. stolonifera (DC.) A.H.Moore Spilanthes arnicoides var. macropoda (DC.) Baker Spilanthes decumbens (Sm.) A.H.Moore Spilanthes decumbens var.
Sellov feyxoası
Senecio selloi
Senecio selloi (lat. Senecio selloi) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Sol Bellou
Sol Bellou (ing. Saul Bellow; 10 iyun 1915[…] – 5 aprel 2005[…]) — Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1976). Əsl adı və soyadı Solomon Belous olan Sol Bellou Kanada doğumlu amerikan yazıçısıdır. O, Peterburqdan Kanadaya köçmüş yəhudi mühacirlərin ailəsində dünyaya gəlmişdi. Özünün etirafına görə uşaqlıq illəri "bir az xaric, bir az polyak gettosu, bir az da orta əsr" kimi keçmişdi. Ticarətlə məşğul olan atası ilə dindar anası onu sırf yəhudi ənənələri ruhunda tərbiyə etmişdilər. Kiçik yaşlarından dörd xarici dildə danışır, rus və ingilis klassikasını oxuyurdu. Yazıçı olmağa qərar verən Sol Bellou 1933-cü ildə Çikaqo universitetinin ingilis filologiyası bölümündə təhsilə başlamışdı. Lakin üzləşdiyi antisemitizm onu Nort-Vestern universitetinin sosiologiya və antropologiya şöbəsinə dəyişilməyə məcbur etmişdi. Antropologiya bakalavrı diplomu ilə Çikaqoya qayıtdıqdan sonra pedaqoji institutda müəllim, "Britannika" ensiklopediyasında redaktor işləmişdi.
Tom Felton
Tom Andrew Felton (22 sentyabr 1987) — İngilis aktyor. Harri Potter adlı film seriyasında canlandırdığı Drako Malfoy obrazı ilə dünyaca tanınır.Harri Potter (romanlar seriyası) adlı kitab seriyası əsasında hazırlanan filmin bütün seriyalarında oynamışdır. Felton, 22 sentyabr 1987-ci ildə Londonda 4 qardaşın ən gənci olaraq dünyaya gəldi. Üç böyük qardaşı var: (Jonathan) Conathan, (Ashley) Aşli və (Chris) Kris. Aktyorluq karyerasına ailənin yaxın aktrisa dostunun Feltonun aktyorluq bacarıqlarını kəşf etməsi ilə başladı. Bunun üzərinə bir agentliyə qeydiyyatdan keçən Felton, 2 həftə sonra bir müsahibədən sonra təxminən 400 namizəd arasından (ABŞ-də) beynəlxalq bir reklam filmi üçün seçildi. 7 yaşında kilsə xorunda oxumağa başlayan Feltonun müvəffəqiyyətli bir müğənni olduğu deyilir. Məktəbin dörd fərqli xorunda iştirak edən Felton, Guilford Katedral Xoruna dəvət edilmişdir. Felton, Ticarət Birliyi və Barclaycard kimi şirkətlərin reklamlarında fəaliyyət göstərməyə başladı. İlk bədii film rolunu Peter Hevitt-in "Borrowers" (1997) filmindəki Peagreen Clock rolu ilə başladı.Felton, 1999-cu ildə "Second Sight"-da Clive Oven ilə birlikdə şahid Thomas Ingham rolunu oynadı.Feltonun Jodie Fosterunda oynadığı Malayziyada çəkilən Anna və Kral (1999) filmində "Louis T. Leonowens" canlandırdı.2000-ci ildə Felton "Hide and Seek" bölümündə Second Sight 2-də qonaq oldu.
Çak Şuldiner
Çarlz Maykl Şuldiner (ing. Charles "Chuck" Michael Schuldiner; 13 may 1967, Nyu-York, Nyu-York ştatı – 13 dekabr 2001, Altamont Sprinqs[d], Florida) — Amerikalı musiqiçi, ilk det-metal qruplarından olan "Death"-in qurucusu. Onun 9 yaşı olanda 16 yaşlı qardaşı bədbəxt hadisə nəticəsində ölmüşdür. Ailəsi Çakı bu ağır hadisəni unutduracağını ümid edərək, gitara alır. Çak klassik gitarada ifa etməyi öyrənir, amma tezliklə bundan bezir. Valideynləri ona elektrogitara aldıqda isə bu, tezliklə onun sevimli əşyasını çevrilir və o bundan sonra demək olar ki, həmişə gitarasında ifa etməyə və mahnılar yazmağa başlayır. Çakın sevdiyi qruplara Kiss, Iron Maiden, Billy Idol və s. daxil idi. 1983-cü ildə o, Mantas qrupunu yaradır. 1984-cü ildə qrupun adı Death olaraq dəyişdirilir.
Fredrik Sölner
Fredrik Sölner (alm. Johann Karl Friedrich Zöllner‎) - Alman astrofizik və alim.
Martin Şöller
Martin Şöller (alm. Martin Schoeller‎; 12 mart 1968, Münxen) — Almaniya fotoqrafı.
Otto Hölder
Otto Lüdviq Hölder (22 dekabr 1859, Ştutqart – 29 avqust 1937, Leypsiq) — Ştutqartda doğulmuş alman riyaziyyatçı. Ən məşhur çalışmaları arasında: Hölder bərabərsizliyi və Cordan–Hölder teoremi vardır.