Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sugar*Soldier
Sugar Soldier (シュガー*ソルジャー, Shugā Sorujā) — Mayu Sakay tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. 2011-ci ilin sentyabrından 2015-ci ilin avqustuna qədər Shueisha nəşriyyatının "Ribon" şoco manqası jurnalında nəşr olunmuşdur. 10 tankobon cildində toplanmışdır. Manqa əsasında çəkilmiş anime adaptasiyası 14 – 28 yanvar 2014-cü ildə TV Tokyo kanalının "Oha Star" (azərb. "Sabahın xeyir, Ulduz"‎) verilişi çərçivəsində yayımlanmışdır. == Məzmun == 15 yaşlı Makoto Kisaraqinin böyük bacısı məşhur modeldir və həyatının böyük hissəsini bacısının gözəlliyinin kölgəsi altında keçirmişdir. Artıq öz qərarlarını özü verərək yeni lisey həyatında məşhur adam olmağa qərar verir. Bacısını liseyə onun ziyarətinə gəldikdə işlər qarışır, amma məktəbin yaraşıqlı oğlanlarından Şun İriyanın köməyi ilə özünə güvəni artmağa başlayır. == Personajlar == Makoto Kisaraqi (如月 麻琴, Kisaragi Makoto)Səsləndirən: İnori MinaseŞun İriya (入谷 瞬, Iriya Shun)Səsləndirən: Ryota OsakaUki Morinaqa (森永 雨季, Morinaga Uki) Nanami Shirayuki (白雪 ななみ, Shirayuki Nanami) Rika Kisaraqi (如月 莉華, Kisaragi Rika) İssey Yusa (遊佐 一誓, Yusa Issei) Vatase (渡瀬, Watase) Tsukkomi Usaqi (ツッコミうさぎ, Usagi Tsukkomi) == Media == === Manqa === === Anime === Manqanın anime adaptasiyası Shueisha nəşriyyatının "Ribon" jurnalının fevral 2013-cü il buraxılışında anons edilmişdir. Cəmi 3 seriyadan (hər səriya cəmi 1 dəqiqə çəkmişdir) ibarət anime serialı 14 yanvar, 21 yanvar və 28 yanvar 2014-cü il tarixlərində göstərilmişdir.
Sugar Soldier
Sugar Soldier (シュガー*ソルジャー, Shugā Sorujā) — Mayu Sakay tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. 2011-ci ilin sentyabrından 2015-ci ilin avqustuna qədər Shueisha nəşriyyatının "Ribon" şoco manqası jurnalında nəşr olunmuşdur. 10 tankobon cildində toplanmışdır. Manqa əsasında çəkilmiş anime adaptasiyası 14 – 28 yanvar 2014-cü ildə TV Tokyo kanalının "Oha Star" (azərb. "Sabahın xeyir, Ulduz"‎) verilişi çərçivəsində yayımlanmışdır. == Məzmun == 15 yaşlı Makoto Kisaraqinin böyük bacısı məşhur modeldir və həyatının böyük hissəsini bacısının gözəlliyinin kölgəsi altında keçirmişdir. Artıq öz qərarlarını özü verərək yeni lisey həyatında məşhur adam olmağa qərar verir. Bacısını liseyə onun ziyarətinə gəldikdə işlər qarışır, amma məktəbin yaraşıqlı oğlanlarından Şun İriyanın köməyi ilə özünə güvəni artmağa başlayır. == Personajlar == Makoto Kisaraqi (如月 麻琴, Kisaragi Makoto)Səsləndirən: İnori MinaseŞun İriya (入谷 瞬, Iriya Shun)Səsləndirən: Ryota OsakaUki Morinaqa (森永 雨季, Morinaga Uki) Nanami Shirayuki (白雪 ななみ, Shirayuki Nanami) Rika Kisaraqi (如月 莉華, Kisaragi Rika) İssey Yusa (遊佐 一誓, Yusa Issei) Vatase (渡瀬, Watase) Tsukkomi Usaqi (ツッコミうさぎ, Usagi Tsukkomi) == Media == === Manqa === === Anime === Manqanın anime adaptasiyası Shueisha nəşriyyatının "Ribon" jurnalının fevral 2013-cü il buraxılışında anons edilmişdir. Cəmi 3 seriyadan (hər səriya cəmi 1 dəqiqə çəkmişdir) ibarət anime serialı 14 yanvar, 21 yanvar və 28 yanvar 2014-cü il tarixlərində göstərilmişdir.
Soldier of Love
Soldier of Love – ingilis R&B və soul qrupu Sadenin çıxardığı sinql. Sinqlın dünya təqdimatı 8 dekabr, 2009-cu il tarixində keçirilib. Mahnı Sadenin on illik fasilədən sonra səbirsizliklə gözlənilən və 8 fevral 2010-cu ildə təqdimatı keçirilən onuncu studio albomu Soldier of Lovedan olan ilk sinqldır. Mahnının Billboard Hot 100-də debütü 54-cü yerdə olub. Mahnı Sade Adu və qrupun digər üzvləri tərəfindən birgə yazılıb. Sinql Billboard R&B chartsda dekabrın doqquzunda 45-ci yerdə debüt edib. Bir neçə gün sonra isə Şadenin rəsmi web saytında ictimaiyyətə təqdim edilib. Mahnı həmçinin ABŞ teleserialı Lostun sonuncu, altıncı sezonunda soundtrack kimi istifadə edilib. Mahnının klipinin rejissoru Britaniya rejissoru Sophie Mullerdir. Klipdə səhrada rəqs edən və hərbi yürüş keçirən əsgərlər təsvir olunub.
Yellow Submarine
Yellow Submarine — Böyük Britaniyanın "The Beatles" rok qrupunun studiya albomu.
The Yellow Book
The Yellow Book (azərb. Sarı kitab‎) — 1984–1997-ci illərdə Londonda nəşr olunan rüblük ədəbi jurnal idi.
Mello Yello
Mello Yello- yüksək kofeinli, sitrus tamlı, The Coca-Cola Company tərəfindən PepsiCo şirkətinin Mauntin Dyu içkisi ilə rəqabət üçün çıxarılan sərinləşdirici içki. 1990-cı illərin əvvəllərində Mello Yello Avstraliyada onunla oxşarlıq təşkil edən, lakin kofeinsiz Lift içkisi ilə əvəz olundu.İçkinin dadına görə 3 variantı vardır: Mello Yello Cherry, Mello Yello Melon və Mello Yello Afterglow. Mello Yello Cherry (vişnə dadlı) "Mountain Dew Code Red"lə rəqabət üçün hazırlanmışdır. Mello Yello Afterglow şaftalı tamlı, Mello Yello Melon isə yemiş tamlıdır.
Soklier
Soklier (fr. Sauclières, oks. Sauclièiras) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Nan kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12260. Kommuna təxminən Parisdən 550 km cənubda, Tuluza şəhərindən 160 km şimal-şərqdə, Rodezdən isə 80 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 189 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 114 yaşında (15-64 yaş arasında) 83 nəfər iqtisadi fəal, 31 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72,8%, 1999-cu ildə 69.4%).
Soliter
Soliter (lat. Taenia) — heyvanlar aləminin yastı qurdlar tipinin lentşəkilli qurdlar sinfinin siklofillidlər dəstəsinin soliterlər fəsiləsinə aid heyvan cinsi.
Polder
Polder —( holl. polders - bəndlə əhatələnmiş sahə ) Niderland, Danimarka, Almaniya, ABŞ, Polşa və Yaponiyanın okean və dəniz səviyyəsindən alçaqda yerləşən ovalıqların qurudulmuş və mənimsənilmiş sahəsi. Bu ərazilər əvvəllər dənizin dibi olmuşdur. Sonralar bu ərazilərdəki sular qurudulmuş və antropogen mənşəli düzənliklər yaradılmışdır. Polderlərdə suyun səviyyəsi drenaj və dənizin və çayların basmasından süni tirələr, bəndlər, dambalar ilə qorunur. Bu torpaqlar yüksək məhsuldarlığı ilə seçilən ərazilərdir.
Belloa
Belloa (lat. Belloa) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Belloa chilensis (Hook. & Arn.) J.Rémy Belloa erythractis (Wedd.) Cabrera Belloa kunthiana (DC.) Anderb. & S.E.Freire Belloa lehmannii (Hieron.) Anderb. & S.E.Freire Belloa pickeringii (A.Gray) Sagást. & M.O.Dillon Belloa piptolepis (Wedd.) Cabrera Belloa plicatifolia Sagást. & M.O.Dillon Belloa radians (Benth.) Sagást. & M.O.Dillon Belloa schultzii (Wedd.) Cabrera Belloa spathulifolia Sagást.
Fallos
Selloa
Selloa (lat. Selloa) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Selloa breviligulata Longpre Selloa ligulata (Cuatrec.) H.Rob. Selloa linearis DC. Selloa macdonaldii (B.L.Turner) H.Rob.
Soldi
Soldi (azərb. Pul‎) — İtaliyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Mahmud "Soldi" mahnısı ilə İtaliyanın əsas musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında qalib gəlmişdir. Qələbənin ardınca Mahmud bu mahnı ilə İtaliyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil edəcəyi öz təsdiqini tapmışdır. Bir neçə ərəb sözünün də işlədildiyi mahnı Çarli Çarlz, Dario "Dardust" Faini və Mahmudun əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. İtaliya hit-paradlarında birinciliyə yüksələn mahnını Mahmud dostları ilə birlikdə ikən yazmağa başlamış, lakin bəstənin yekunlaşması uzun zaman almışdır. Mahnıda trap, hip-hop musiqisi ilə birlikdə Yaxın Şərq elementlərindən də istifadə olunmuşdur. Yalançı, ziddiyyətli və etibarsız ata obrazını özündə canlandıran mahnının sözlərində Mahmudun onu uşaq ikən tərk edən atası ilə münasibəti diqqət mərkəzinə gətirilir. Pul ata ilə oğul arasında münasibətlərin pozulmasına səbəb olan əsas amil olaraq göstərilir. Mahmud mahnının sözlərinin onda xatirələri canlandırdığını və hər bir misrada böyük qəzəb olduğunu söyləmişdir. Mahmud özünün ərəbcə bilmədiyini söyləsə də, mahnıda müəyyən ərəb sözlərindən də istifadə olunmuşdur.
Tello
Tello- kişilərin və qadınların qarışıq bir qrupda çeçələ barmaqla çiyin səviyyəsində bir-birindən tutaraq çiyinləri aşağı-yuxarı yırğalamaqla iki- orta və sürətli templi hissələrdən ibarət olan, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasının Şərur, Sədərək, Şahbuz, Culfa, Babək rayonlarındakı folklor kollektivlərinin repertuarlarına daxil edilən ən qədim yallı-qız adından irəli gələn mahnı yallısıdır.
Paraseiulus soleiger
Paraseiulus soleiger (lat. Paraseiulus soleiger) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paraseiulus cinsinə aid heyvan növü.
Aron Feller
Graham Fuller (28 noyabr 1937) — ABŞ siyasətçisi. Amerikanın RAND analitik qrupunun siyasi məsləhətçisidir. 20 illik xarici işlər vəzifəsinin 17 ilini Almaniya, Türkiyə, Livan, Səudiyyə Ərəbistanı, Şimali Yəmən, Əfqanıstan, Hong Kong kimi ölkələrdə xidmət edərək keçirib. 1982-ci ildə Yaxın Şərq və Cənubi Asiyadan məsul MKİ-nin milli xəfiyyəsi vəzifəsinə təyin edilib. 1986-cı ildə milli səviyyədə strateji proqnozlar məsulu olaraq MKİ Milli Kəşfiyyat Şurası başçısının köməkçisi vəzifəsinə gətirilib. 1988-ci ildə dövlətlə işlərini tamamlayan Fuller, RAND şirkətinə əsasən Orta Şərq, Orta Asiya, Cənub və Cənub-Şərqi Asiya və Sovetlər Birliyi etnik problemləri ilə əlaqədar işlər görmək vəzifəsiylə qatılıb. Onu analitiklər bir növ ABŞ-nin "dərin adamı" olaraq xarakterizə edirlər. İsraillə çox möhkəm və birbaşa əlaqələri var. Graham Fullerin Qurdlar Vadisi: Pusqu serialında adı çəkilən Aron Feller olduğu iddia edilir. == İstinadlar == == Xarici keçidlər == GRAHAM FULLER KİMDİR?
Baccharis selloi
Baccharis selloi (lat. Baccharis selloi) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Bulbophyllum melloi
Bulbophyllum melloi (lat. Bulbophyllum melloi) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Eupatorium selloi
Eupatorium selloi (lat. Eupatorium selloi) — mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid biki növü.
Frenk Kelloq
Frenk Billinqs Kelloq — (22 dekabr 1856 - 21 dekabr 1937) ABŞ Senatında və ABŞ dövlət katibi vəzifəsində çalışmış xidmət etmiş Amerikalı vəkil, siyasətçi və dövlət xadimi idi. 1929-cu ildə Brian-Kelloq paktına görə Nobel sülh mükafatına layiq görülmüşdür. == Erkən həyatı və karyerası == Kelloq, 1856-ci il dekabrın 22-də Nyu-Yorkun Potsdam şəhərində Abeqeyl (Billinqs) və Asa Farnsvors Kelloqun ailəsində dünyaya gəlib. Ailəsi 1865-ci ildə Minnesota ştatına köçür.Kelloq 1877-ci ildə Minnesota ştatının Roçester şəhərində hüquq təhsili aldı və vəkillik fəaliyyətinə başladı. 1878–1881-ci illərdə Roçester şəhər vəkili və 1882 - 1887 arasında, Minnesota, Olmstid Kauntri qraflığı vəkili vəzifəsində çalışıb. 1886-cı ildə Minnesota ştatındakı Sent-Pol şəhərinə köçür.1905-ci ildə, Teodor Ruzvelt Kelloqdan federal antiinhisar davasını mühakimə etməsini istəyəndə Kelloq federal hökumətə qoşuldu. 1906-cı ildə Kelloq, Eduard Henri Harriman haqqında araşdırma aparmaq üçün Dövlətlərarası Ticarət Komissiyasına xüsusi vəkil təyin edildi. 1908-ci ildə Şerman Antiinhisar qanununa əsasən Union Pacific Railroada qarşı federal prokurorluğa rəhbər təyin edildi. Onun ən mühüm işi, Amerika Birləşmiş Ştatları, 221 ABŞ 1 (1911)-dəki,Nyu-Cersi Standard Oil idi. Bu uğurlu ittihamdan sonra Amerika Barolar Birliyinin prezidenti seçildi (1912–1913).
Mikania selloi
Mikania selloi (lat. Mikania selloi) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.
Selen Soyder
Selen Soyder (türk. Selen Soyder, 26 dekabr 1986, İzmir) — Türkiyə modeli, Miss-Türkiyə 2007. == Həyatı == 26 dekabr 1986-cı ildə İzmirin Alsancak qəsəbəsində anadan olmuşdur. Məktəbi qurtarandan sonra Selen Soyder liseyi İzmirdə bitirmişdir. 2006-cı ildə Miss Model Of Turkey yarışmasında Türkiyənin ən yaxşı modeli seçildi ve Miss Bikini Of The Universe yarışmasında Çin Xalq Respublikasında Türkiyəni təmsil etdi. İlk beşliyə daxil olan Soyder, Türkiyəyə "Ən yaxşı milli geyim" mükafatını qazandırdı. 2007-ci ildə Star TV-nin yayımladığı və 1200 nəfərin qatıldığı Türkiyə Gözəllik Yarışması Miss Turkey-də "Türkiyə Gözəli" seçildi və Türkiyəni Miss World 2007-də 106 ölkənin içində Çinin Sanya adasında təmsil etdi. İlk beşliyə daxil ola bilmədi. 2007-ci ildə Vakkonun modeli olmuşdur. Daha sonra dil təhsili üçün Kanadaya gedən Selen Soyder 2009-cu ildə Türkiyəyə geri döndü.
Selloa linearis
Acmella decumbens (lat. Acmella decumbens) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Acmella decumbens var. decumbens Ceratocephalus decumbens (Sm.) Kuntze Ceratocephalus decumbens var. decumbens Ceratocephalus decumbens var. macropodus (DC.) Kuntze Ceratocephalus macropodus Kuntze Feaea linearis Spreng. Rudbeckia decumbens Sm. Selloa linearis (Spreng.) DeCandolle Spilanthes americana var. stolonifera (DC.) A.H.Moore Spilanthes arnicoides var. macropoda (DC.) Baker Spilanthes decumbens (Sm.) A.H.Moore Spilanthes decumbens var.
Sellov feyxoası
Senecio selloi
Senecio selloi (lat. Senecio selloi) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Çak Şuldiner
Çarlz Maykl Şuldiner (ing. Charles "Chuck" Michael Schuldiner; 13 may 1967, Nyu-York, Nyu-York ştatı – 13 dekabr 2001, Altamont Sprinqs[d], Florida) — Amerikalı musiqiçi, ilk det-metal qruplarından olan "Death"-in qurucusu. == Bioqrafiya == Onun 9 yaşı olanda 16 yaşlı qardaşı bədbəxt hadisə nəticəsində ölmüşdür. Ailəsi Çakı bu ağır hadisəni unutduracağını ümid edərək, gitara alır. Çak klassik gitarada ifa etməyi öyrənir, amma tezliklə bundan bezir. Valideynləri ona elektrogitara aldıqda isə bu, tezliklə onun sevimli əşyasını çevrilir və o bundan sonra demək olar ki, həmişə gitarasında ifa etməyə və mahnılar yazmağa başlayır. Çakın sevdiyi qruplara Kiss, Iron Maiden, Billy Idol və s. daxil idi. 1983-cü ildə o, Mantas qrupunu yaradır. 1984-cü ildə qrupun adı Death olaraq dəyişdirilir.
Fredrik Sölner
Fredrik Sölner (alm. Johann Karl Friedrich Zöllner‎) - Alman astrofizik və alim.
Martin Şöller
Martin Şöller (alm. Martin Schoeller‎; 12 mart 1968, Münhen) — Almaniya fotoqrafı.
Otto Hölder
Otto Lüdviq Hölder (22 dekabr 1859, Ştutqart, Vürtemberq krallığı[d] – 29 avqust 1937, Leypsiq) — Ştutqartda doğulmuş alman riyaziyyatçı. Ən məşhur çalışmaları arasında: Hölder bərabərsizliyi və Cordan–Hölder teoremi vardır.