Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
FETÖ
Gülənçilik (türk. Gülen hareketi) və ya "Gülən camaatı" (türk. Gülen cemaati) və ya "Xidmət hərəkatı" (türk. Hizmet hareketi) — fəaliyyətini Türkiyə və digər ölkələrdə həyata keçirən dini-ideoloji cərəyan. == Tarixi == Gülənçilik Fətullah Gülənin başçılığı ilə 1960-cı ilin sonlarında Türkiyə Respublikasının İzmir şəhərində ortaya çıxmış, sonradan fəaliyyətlərini bütün Türkiyə ərazisində və bir sıra digər ölkələrdə həyata keçirməyə başlamışlar. Gülənçilər klassik nurçuluq içərisində meydana çıxsa da, daha sonra onlardan ayrılmış bir qoldur. Bəzən neo-nurçu cərəyanı kimi də tanınırlar. Türkiyədə baş vermiş 15 iyul hadisələrindən sonra 65-ci Türkiyə hakimiyyəti tərəfindən terror təşkilatı (Fəthullahçı terror örgütü - FETÖ) olaraq elan edilmişdir. == Mahiyyəti == Fətullah Gülən klassik nurçuların içində yetişməsinə baxmayaraq, özünü nurçu adlandırmır və bu addan da narahatlığını gizlətmir. Eyni zamanda, onun camaatı özünü "Xidmət hərəkatı" kimi təqdim edir, Səid Nursinin əsərlərindən daha çox "xoca əfəndi" adlandırdıqları Fətullah Gülənin kitablarını oxuyurlar.
Feta
Feta (yun. Φέτα — dilim, hissə) — Yunan pendiri, keçi südünün əlavə olunduğu qoyun südündən hazırlanmış ənənəvi ağ yunan pendiri. Duzlu pendir növüdür. Brınza pendiri kimi Feta pendiridə Azərbaycanda "Ağ Pendir" kimi tanınır. == Tarixi == Yunanıstanda qoyun və ya keçi südündən pendir hazırlanmasına aid sənədlər, eramızdan əvvəl 8-ci əsrə aiddir. Bizans dövründə prósphatos (Yunanca: πρόσφατος "son" və ya "təzə") adı altında qeydə alınmış və kiritlilər və fessallilər tərəfindən hazırlanmışdır. XV əsrin sonlarında Kandiyaya gələn İtalyan qonaq Pyetro Kasola burda feta pendirinin ticarətini və duzlu suda saxlaması haqqında məlumat verib. == Hazırlanması == Pendirin yaşlanma müddəti ən azı 3 aydır. Yağ tərkibi% 30 ilə% 60 arasındadır. Oxşar pendirlər Cənub-Şərqi Avropada — Yunanıstan, Bolqarıstan, Serbiya, Bosniya, Xorvatiya, Rumıniya, Aralıq dənizi ölkələrində, Orta Şərqdə — Türkiyə, İsrail və Misirdə (əsasən inək südündən hazırlanır) hazırlanır.
Fetq
Yırtıq (ing. Hernia) ― toxumanın və ya bir orqanın normal yerləşdiyi boşluğun divarından anormal formada bayıra çıxması halı.
Metr
Metr ( q.yun. μέτρον — ölçü; işarəsi: m) — BS-də uzunluq vahidi. 1 metr işığın vakuumda 1 299 792 458 {\displaystyle {\frac {1}{299\,792\,458}}} 1 saniyə müddətində qət etdiyi yolun uzunluğudur. 1m = 1000000mkm = 1000mm = 100 sm = 10 dm =39,37in (39,37007874015748dyüm) = 3,28in(3,280839895013123) Metrdən ilk dəfə XVIII əsrdə Fransada istifadə olunmağa başlamışdır.
Fitr (Qəzvin)
Fitr (fars. فطر‎‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 97 nəfər yaşayır (24 ailə).
Fitr bayramı
Ramazan bayramı (Fitr bayramı) — şəvval ayının 1-ci günü. Ramazan ayının sonunda, orucun sona çatması münasibəti ilə qeyd edilir. Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz, vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər. == Tarix == İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Orucluq hicrinin ikinci ilində Məhəmməd peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilmişdir. Deyilənə görə bu, həmin ayın ya 22-dən 23-nə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir.
Jak Fevr
Jak Fevr (fr. Jacques Faivre; 25 noyabr 1932, Burk-an-Bres – 12 avqust 2020, Virya) ― hücumçu mövqeyində oynamış Fransa futbolçusu. Fransanın müxtəlif böyük klublarında çıxışı ilə tanınır.
Kub metr
Kub metr (simvolu: m3) — SI-dən törənən həcm vahididir. Bir kub metr kənar uzunluğu bir metrə bərabər olan kubun həcmidir. Digər adı, az istifadə edilən kilolitrdir. == Çevirmələr == 1 kubmetr bərabərdir: 1000 litr (tam olaraq); ~35,3 kub-funt (təxmini) 1 cu ft kf = 0,028316846592 m3 ~1.31 kubyard (təxmini) 1 cu yd = 0,764554857984 m3 ~6,29 barrel (bbl) (təxmini) 1 oil bbl = 0,158987294928 m3Maksimum (3,98 °C) və standart atmosfer təzyiqindəki (101,325 kPa) istilikdə bir kub metr saf su, 1000 kq-lıq kütləyə malikdir və ya bir tondur. Suyun donma nöqtəsi olan 0 °C-də daha həsasdır və 999,972 kiloqram olur.
Kvadrat metr
Kvadrat metr (m²) — üzrə sahənin ölçü vahidi. 1 m² bir tərəfi 1 metrə bərabər olan kvadratın sahəsinə bərabərdir.
Metr sistemi
Metr sistemi — metr və kiloqramdan istifadəyə əsaslanan beynəlxalq onluq sisteminin ümumi adı. Axırıncı iki əsrdə vahidləri fərqlənən bir neçə metr sistemindən istifadə edilirdi. Müasir dövrdə beynəlxalq aləmdə Sİ sistemi qəbul edilib. Müəyyən ölklərdə sistem kiçik fərqlərlə tətbiq edilir. Zaman ölçülərinin də metr sistemi əsasında qəbul edilməsi üçün cəhdlər edilib (sutkanın millisutkaya, dərəcənin mllidövrə bülünməsi yolu ilə), ancaq təklif səmərəli hesab edilməyib. Sİ sisteminə gərə dərəcələr millidərəcəyə bölünür. Ancaq saniyə onluq metrik sistem ilə bölünən yeganə zaman ölçüsüdür (mllisaniyə və s.). Müasir dövrdə dünyada ABŞ, Liberiya və Myanmadan başqa bütün ölkələrdə rəsmi surətdə metr sistemi qəbul edilib. Axırıncı dəfə bu sistemə 2005-ci ildə İrlandiya keçib. Böyük Britaniya və Sent-Lyusiyada keçid hələ tam başa çatmayıb.
Petr Asayonak
Petr Asayonak (27 fevral 1993) — Belaruslu kişi ağır atlet. 85 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Belarusu təmsil edir. O, 2016 Yay Olimpiya Oyunlarında iştirak etmişdir. Petr Asayonak dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Petr Fiala
Petr Fiala (1 sentyabr 1964, Brno) — çexiyalı siyasətçi, 17 dekabr 2021-ci ildən bəri Çexiyanın Baş Naziridir.
Petr Heynrix
Petr Heynrix (3 oktyabr 1978) — Çexiyalı oxatan. Petr Heynrix Çexiyanı 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Petr Heynrix birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 88-ci yeri tutdu və 1/64 finala vəsiqə qazandı. Petr Heynrix 1/64 final mərhələsində Almaniyanın nümayəndəsi Florian Kahllund ilə üz-üzə gəldi. Həmin görüşdə Petr Heynrix rəqibinə 0:6 hesabı ilə uduzdu.
Petr Korbel
Petr Korbel (6 iyun 1971) — Çexoslovakiyanı və Çexiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Petr Korbel Çexoslovakiyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Petr Korbel Çexiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 4-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Petr Korbel Çexiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Petr Korbel Çexiyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Petr Korbel Çexiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Petr Çex
Petr Çex (çex. Petr Čech); 20 may 1982[…], Plzen) — çex futbolçusu, Londonun "Çelsi" futbol klubunun və futbol üzrə Çexiya millisinin qapıçısı. Karyerası ərzində 153 penalti qaytaran Çex, dünyanın ən çox penalti qaytaran qapıçısıdır. U-21 Çexiya milli futbol komandasının heyətində 21 yaşadək futbolçular arasında 2002-ci il Avropa Çempionatının qalibi olub. 2004-cü ildə Çelsiyə transfer olunub və 2012-ci ildə bu komandanın heyətində UEFA Çempionlar Liqasının qalibi olub. Onun Çelsidə həm də liqa və ölkə kuboku çempionluqları olub.
Romen Fevr
Romen Fevr (14 iyul 1998-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Monako === Fevr Tur akademiyası vasitəsilə inkişaf etmişdir. 6 iyul 2017-ci ildə o, Monako klubuna transfer olmuşdur. Fevr 12 fevral 2018-ci ildə Liqa 1 təmsilçilərindən olan Monako klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Fevr peşəkar karyerasında debütünü 19 dekabr 2018-ci ildə Loryan klubuna qarşı oyunda etmişdir. O, 89-cu dəqiqədə Han-Noa Massenqo ilə əvəz olunmuşdur. Liqa Kuboku görüşündə rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. O, Liqa 1-də debütünü 22 dekabr 2018-ci ildə Genqam klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmış və komandası rəqibinə 0-2 hesabı ilə məğlub olmuşdur.
Albert Fert
Albert Fert (7 mart 1938, Karkason[d]) – fransız fiziki, Paris Elmlər Akademiyasının üzvü, Nobel mükafatı laureatı. 1962-ci ildə Paris Ali Normal Məktəbini bitirmiş, 1963-cü ildə Paris Universitetində doktor dərəcəsini almışdır. Qrenobl və Parisdə işləmişdir. 1978-ci ildən Paris-XI Universitetinin professorudur. Əsas elmi tədqiqatları bərk cisimlər fizikası sahəsindədir. Alman fiziki Qrünberqdən asılı olmadan 1988-ci ildə dəmir və xromun növbələnən laylarında nəhəng maqnit müqaviməti effektini müəyyənləşdirmişdir. Elektronikanın yeni sahəsinin – spintronikanın yaranmasında iştirak etmişdir. 2003-cü ildə Fransanın Elmi Tədqiqatlar Milli Mərkəzinin Qızıl medalı ilə təltif olunmuşdur.
Fer adası
Fer adası (ing. Fair Isle) — Şotlandiyada Orkney adaları ilə Şetland adları arasında qalan Böyük Britaniyaya məxsus ada. == Coğrafiya == Fer adası 4,8 km uzunluğunda, 2,4 km genişliyində və 7,8 km2 sahəyə sahib və Böyük Britaniyanın ən təcrid olunmuş adasıdır. 1900-cü illərdə əhalisinin sayı 400 nəfər ikən, hazırda 68 nəfərdir. Qərb sahillərinin hündürlüyü 200 m olan qayalıqlardan ibarətdir. == Tarixi == 20 avqust 1588-ci ildə İspaniya armadasına məxsus gəmi "El Gran Grifon" Fer adasının sahillərində batmışdır. Qalıqları 1970-ci ildə tapılmışdır. İkinci dünya müharibəsi zamanı Böyük Britaniya hökuməti adada radar staniyası qurmuşdur. 17 yanvar 1941-ci ildə bir Almaniyanın "Heinkel He 111" bombardman təyyarəsi adada qəza etmişdir. 5 pilotdan 2-si ölmüş və adadakı məzarlıqda dəfn olunmuşdur.
Viktor Fet
Viktor Fet — əqrəblər və hörümçəklər üzrə tədqiqatçı, 1955-ci ildə Rusiyada anadan olmuşdur. 1976-cı ildə Novosibirsk şəhərində Novosibirsk Dövlət Universitetini bitirmiş, 1984-cu ildə Sankt Peterburq şəhərində Rusiya Elmlər Akademiyasının Zooloji İnstitut bölməsinin məzunu olmuşdur. 1988-ci ildə ABŞ-yə köçmüş və hal-hazırda Vircinya əyalətinin Huttington şəhərindəki Marşall Universitetində Bioloji Elmlər Müəssisəsinin müəllim üzvüdür. Viktor Fet hörümçək və əqrəblər üzərində apardığı tədqiqatlar nəticəsində onların bu günə kimi 42 növündən 6-sına ad vermişdir. == Bioloji tədqiqatları == Viktor Fet elmi fəaliyyətində bu günə kimi əqrəblər üzərində araşdırmalar aparmaqla yanaşı, hörümçəklər üzərində də tədqiqatlar aparmışdır. Türkmənistan Milli Parkında müdir vəzifəsində çalışarkən Türkmənistan başda olmaqla, Orta Asiya və İranda 26 hörümçək növünü araşdıraraq 1 hörümçək növünü adlandırmışdır. Biocoğrafiya sahəsində bir çox işlər görmüş və 1994-cü ildə "Türkmənistan Biocoğrafiyası və Ekologiyası" (ing. Biogeography and Ecology of Turkmenistan) ilə 2007-ci ildə "Bolqarıstan Bicoğrafiyası və Ekologiyası" (ing. Biogeography and Ecology of Bulgaria) adlı kitabları nəşr olunmuşdu. == Adlandırdığı növlər == 1984-cü ildə kəşf edilənlər: Pectinibuthus - (Fet in Orlov & Vasilyev, 1984) Pectinibuthus birulai - (Fet in Orlov & Vasilyev, 1984) Raveniola kopetdaghensis - (Fet, 1984)1985—ci ildə kəşf edilənlər: Dysderella transcaspica - (Dunin & Fet, 1985) Zodariellum proszynskii - (Nenilin & Fet, 1985) Zodariellum sytchevskajae - (Nenilin & Fet, 1985)1986-cı ildə kəşf edilənlər: Erigonoplus ninae - (Tanasevitch & Fet, 1986) Lepthyphantes turanicus - (Tanasevitch & Fet, 1986) Mecopisthes orientalis - (Tanasevitch & Fet, 1986) Oxyopes badhyzicus - (Mikhailov & Fet, 1986) Pelecopsis laptevi - (Tanasevitch & Fet, 1986) Pelecopsis paralleloides - (Tanasevitch & Fet, 1986) Titanoeca lehtineni - (Fet, 1986)1993-cü ildə kəşf edilənlər: Cedicoides parthus - (Fet, 1993) Paracedicus - (Fet, 1993) Paracedicus ephthalitus - (Fet, 1993) Paracedicus gennadii - (Fet, 1993)2000-ci ildə keşf edilənlər: Euscorpius beroni - (Fet, 2000)2001-ci ildə kəşf edilənlər: Polisius - (Fet, Capes & Sissom, 2001) Polisius persicus - (Fet, Capes & Sissom, 2001)2003-cü ildə kəşf edilənlər: Neochactas - (Soleglad & Fet, 2003)2004-cü ildə kəşf edilənlər: Hoffmannihadrurus - (Fet & Soleglad in Fet, Soleglad, Neff & Stathi, 2004)2005-ci ildə kəşf edilənlər: Franckeus - (Soleglad & Fet, 2005)2006-cı ildə kəşf edilənlər: Stahnkeus - (Soleglad & Fet, 2006)2008-ci ildə kəşf edilənlər: Compsobuthus persicus - (Navidpour, Soleglad, Fet & Kovařík, 2008) Hoffmannius - (Soleglad & Fet, 2008) Kochius - (Soleglad & Fet, 2008) Thorellius - (Soleglad & Fet, 2008) Wernerius - (Soleglad & Fet, 2008)2009-cu ildə kəşf edilənlər: Calchas birulai - (Fet, Soleglad & Kovařík, 2009) Calchas gruberi - (Fet, Soleglad & Kovařík, 2009) Deltshevia - (Marusik & Fet, 2009) Deltshevia danovi - (Marusik & Fet, 2009) Deltshevia gromovi - (Marusik & Fet, 2009) Duninia - (Marusik & Fet, 2009) Duninia baehrae - (Marusik & Fet, 2009) Duninia rhemisae - (Marusik & Fet, 2009) Hersiliola esyunini - (Marusik & Fet, 2009) Hersiliola foordi - (Marusik & Fet, 2009) Hersiliola lindbergi - (Marusik & Fet, 2009) Hersiliola sternbergsi - (Marusik & Fet, 2009) Ovtsharenkoia - (Marusik & Fet, 2009) == Adına ithaf edilən növlər == 1996-da kəşf edilənlər: Grosphus feti Lourenço (1996); 2000-də kəşf edilənlər: Scorpiops feti Kovarik (2000); 2003-də kəşf edilənlər: Paracedicus feti Marusik & Guseinov (2003); 2004-də kəşf edilənlər: Alayotityus feti Teruel (2004), Orthochirus feti Kovarik(2004); 2007-də kəşf edilənlər: Vaejovis feti Graham (2007); == Yaradıcılığı == Bioloq biocoğrafiyanı da dərindən mənimsəmiş və 1994-cü ildə Türkmənistanın Biocoğrafiyası və Ekologiyası adlı kitablarını nəşr etdirmişdir.
Kub metr saniyə
Kub metr saniyə, (simvolu m³/san) — adətən mayelərin və qazların həcmlərinin ölçmək üçün istifadə edilən Sİ-in törəmə vahidi. Maddələrin həcmlərinin, çayların axması və başqa ölçmələrdə təyin olunur.
Metr bölünsün saniyə
m/s Hərəkətdə olan hər hansı bir şeyin saniyədə getdiyi yolun uzunluğunun metrlə ifadəsi, sürət vahidi. Başqa sözlə, hər hansı bir hərəkətdə olan varlığın hər saniyədə getdiyi yolu metrlə göstərən kəmiyyət ifadəsidir.
10000 metr klubu
10000 metr klubu (ing. Mile high club) — uçuş zamanı təyyarənin göyərtəsində cinsi əlaqədə olan bir qrup insanın adlandırıldığı slenqdir. == Tarixi == İdeya ilk dəfə London Centlmenlər klubunun(en) mərc kitabçasının 1785-ci il üçün olan buraxılışda öz əksini tapıb.
Yan Petr Jordan
Yan Petr Jordan (alm. Jan Petr Jordan‎; 15 fevral 1818 – 20 may 1898, Vyana) — Sorb alimi, filosofu və publisist. == Bioqrafiya == 15 fevral 1818-ci ildə Sorbiyanın Çejketsı kəndində anadan olub. 1831-1837-ci illərdə o, Vend seminariyasının şagirdi kimi Praqadakı Kiçik Şəhər Gimnaziyasında oxumuş, burada 1837-1838-ci illərdə fəlsəfə və ilahiyyat, 1838-1840-cı illərdə isə slavyanşünaslıq üzrə təhsil almışdır. 1837-ci ildə sorblar haqqında ilk məqaləsini, 1841-ci ildə Yuxarı Sorb-Vendt dilinin qrammatikasını nəşr edir. Hələ tələbə ikən İordaniya sorblar haqqında məlumat verən məqalələr dərc etdirir və özünü rus ədəbiyyatına həsr edirdi. Mütərəqqi və slavyanpərəst münasibətinə görə o, 1842-ci ildə Praqadan qovulmuş və Leypsiqə köçmüş və 1843-cü ildə doktorluq dərəcəsi almışdır. Orada o, 1848-ci ilə qədər Leypsiq Universitetində slavyan dilləri və ədəbiyyatı üzrə müəllim işləmiş. Əvvəlcə təkbaşına və daha sonra 1848-ci ildən Yan Arnost Smoler ilə birlikdə slavyan ədəbiyyatı, incəsənəti və elmi üçün məcmuələri nəşr etdirmişdir. 1848-ci ilin aprelində o, Praqaya qayıdır.
Vilnöv-Sür-Fer
Vilnyöv-Syur-Fer (fr. Villeneuve-sur-Fère) — Şimali Fransada Pikardidə, Aisne departamentində bir kommunadır. == Şəxslər == Vilnyöv-Syur-Fer şair, diplomat Paul Claudelin doğulduğu yerdir.
FƏTH
Əl-Fətih (Hərəkat əl-Tahrir əl-Vətəni əl-Fələstini, Fələstin Milli Qurtuluş Hərəkatı), Yasər Ərafatın öndərliyində 1959-da qurulan Fələstin mənşəli müqavimət təşkilatı və Fələstin Milli Rəhbərliyindəki iqtidar partiyası. 1968-ci ildəki Karaməh müqavimətiylə önə çıxan və Fələstin Qurtuluş Təşkilatı içində təsirli olan təşkilatdır. El-Fətihin içindən 1971-də Əbu Əli Əyadın öldürülməsi üzərinə qopan Qara Sentyabr adındakı qrup, 1972-ci ildə edilən Münhendə keçirilən Olimpiada Oyunlarında əsir götürdükləri 11 İsrailli idmançı Almaniyanın səhv əməliyyatı əsnasında ölmüşdür.
Fear of the Dark
Fear of the Dark, İngilis heavy metal qrupu Iron Maiden'in doqquzuncu studiya albomudur. 12 May 1992-ci ildə yayımlanmıştır. Bruce Dickinson'ın 1999-cu ildə qrupa qayıtmazdan əvvəl Iron Maiden ilə yazdığı son albomdur. Janick Gers'in musiqi bəstəkarı olaraq rol aldığı ilk albomdur.Bundan əlavə Martin Birch'in prodüseri olduğu son Iron Maiden albomudur.
Fəcr Surəsi
89-cu surə
Fəth Surəsi
48-ci surə
Fəth 1453
Fəth 1453 — İstanbulun fəthindən bəhs edən və Ulubatlı Həsənin həyat hekayəsini canlandıran Türkiyə filmidir.
Fəth edilməmiş (pyes)
Fəth edilməmiş (ing. The Unconquered) — Rusiya-ABŞ yazıçısı Ayn Rand tərəfindən yazılmış üç pərdəli pyes, onun 1936-cı ildə yazdığı "Yaşayan bizlər" romanının adaptasiyası. Pyesin süjeti 1920-ci illərdə Sovet İttifaqında yaşayan Kira Arqunova adlı gənc bir qadından bəhs edir. Onun sevgilisi Leo Kovalenski vərəm xəstəliyinə tutulur. O, Leonun müalicəsi üçün pul tapmaq məqsədilə vəzifəli kommunist Andrey Taqanov ilə yatır. Xəstəliyindən sağaldıqdan sonra Leo qara bazarda qida satmağa başlayır, Andrey isə bu məsələ üzərində tədqiqat aparır. Andrey Kiranın Leonu sevdiyini öyrənəndə o, polis təqibindən yayınması üçün rəqibinə kömək edir və daha sonra intihar edir. Leo ölkədən qaçaraq öz həyatını təhlükəyə atan Kiranı tərk edir. Rand prodüser Cerom Mayerə əsərinin adaptasiyası üçün lazım olan hüquqları satır və onun üçün ssenari yazır, ancaq Mayer pyesi səhnəyə çıxarda bilmir. Ssenarinin oxuduqdan sonra Rusiya əsilli aktrisa Yevgeni Leontoviç pyesi prodüser Corc Ebbotta tövsiyə edir.
Behr
Hans Herman Behr (alm. Hans Hermann Behr‎; 18 avqust 1818 – 6 mart 1904, San-Fransisko, Kaliforniya) — Almaniya botaniki, entomoloqu, antropoloqu və həkimi. == Elmi fəaliyyəti == Hans Herman Behr bir çox bitki və həşərat növü təsnif etmişdir.. == Əsərləri == Denis Papins Dampfdruckpumpe von 1707 und ihr Nachbau: mit dem Faksimile und der Übersetzung seiner Veröffentlichung in der französischen Fassung. The hoot of the owl. Report of the committee appointed to prepare and present an account of the life and services of Doctor Hans Herman Behr. Beiträge zur pathologischen Geographie Californiens. On certain butterflies of California: Our Californian Argynides. On Californian lepidoptera. Entomological contributions.
Beta
Beta (ß) — yunan əlifbasının ikinci hərfi, elektron şüalanmasının adı. Alfadan sonra, qammadan əvvəl gələn hərfdir.