Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Filial
Filial (lat. filialis – oğulluq, oğula məxsus; filius – oğul) hər hansı təşkilatın, yəni hüquqi şəxsin bir hissəsi olan təşkilat. Filial həmin təşkilatın funksiyalarını tam həcmdə, yaxud onun yerləşdiyi yerdən kənarda yerinə yetirir; 2)müəssisə və təşkilatın bir hissəsi olub, müstəqil törəmə cəmiyyətini, şöbəni əks etdirir, digər və ya başqa yerdə mövcud olaraq fəaliyyət göstərir, əsas təşkilatdan iqtisadi əlaqə cəhətdən asılı olaraq onunla sıx iqtisadi əlaqə saxlayır; 3)hər hansı təşkilatın (idarənin, müəssisənin və s.) müəyyən dərəcədə müstəqilliyə malik şöbəsi. Məsələn, institutun filialı. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Atari, Inc. (filial)
Atari, Inc. (əvvəllər GT Interactive Software Corp. və Infogrames, Inc.) — "Atari, SA" şirkətinin ABŞ filialı və nəşr qolu. 1993-cü ildə "GoodTimes Home Video" şirkətinin videooyun nəşri qolu kimi yaradılmışdır. Şirkətin böyük bir hissəsi 1999-cu ildə "Infogrames" tərəfindən satın alınır və adını "Infogrames, Inc." olaraq dəyişir. "Infogrames Entertainment" şirkətinin 2003-cü ilin may ayında keçirdiyi rebrendinq kampaniyasının bir parçası olaraq, "Infogrames, Inc." adını "Atari, Inc." olaraq dəyişmişdir. "Infogrames" 11 oktyabr 2008-ci il tarixində şirkətin satın alma prosesini tamamlayır və tamamilə öz filialına çevirir. "Atari, Inc." 21 yanvar 2013-cü il tarixində bankrot olur. == Tarixi == "GT Interactive Software Corporation" (GTI) 1993-cü ilin fevral ayında "GoodTimes Home Video" şirkətinin filialı kimi yaradılmışdır. Şirkətin prezidenti Ron Çaymoviç olmuçdur.
Filfla
Filfla (malta Filfla) — Malta arxipelaqına daxil olan kiçik ada. Malta adasından 5 km cənubdadır. İnzibati cəhətdən Zurrik inzibati vahidliyinə daxildir. . Sahəsi — 0.06 км². == Coğrafiya == Filfla bitki və heyvanlar aləmindən kasad 6 hektarlıq bir ada. Maksimal hündürlük əhəng daşından ibarət olan 60 metrlik zirvədir. Yaxınlığında Filfoletta adası yerləşir. 1980-ci ildə ada düzquyruq kaçurka, Aralıqdənizi fıtına quşu və kimi quşların yuvalama ərazisi olması səbəbindən qorunma altına alınır. 1988-ci ildə isə ada və Aralıqdənizi sahilində 1 millik dəniz sahəsi qoruq elan edilir. Bu dəniz sahəsində ov etmək qadağan edilmişdir.
Finval
Finval (lat. Balaenoptera physalus) — Zolaqlı balinalar fəsiləsinə aid növ. Göy balinanın yaxın qohumu hesab edilir və ondan sonra ölçülərinə görə ikinci canlıdır. Yaxın qohum olmaları bəzən onlardan hibridlərin törəməsinə səbəb olur. == Təsnifat == Finval ilk dəfə Federik Martenson tərəfindən 1675-ci ildə sonradan isə Pol Dadlı tərəfində 1725-ci ildə qeydə alınmışdır. Növün təsnifatını və elmi qeydiyyatını Linnaeus verir (Balaena physalus, 1758). Qraf Laseped XIX əsrin əvvəllərində yendən təsnifatını vermiş və Balaenoptera physalus adlandırmışdır. Finvallar Zolaqlı balinalar (Balaenopteridae) fəsiləsinə, Dişsiz balinalar sinfinə aid növdür. İstər Şimali Atlantika, istərsə Sakit okeanın şimal hissəsində finvallarla Göy balinaların ibridlərinə rast gəlinir. 2006-cı il məlumatına görə finvalların iki yarımnövü vardır.
Bilal
Bilal — kişi adı. Bilal Həbəşi — Məhəmməd peyğəmbərin (s) səhabəsi. İlk müəzzin. Bilal Dadaşov — Azərbaycanın Əməkdar elm xadimi Bilal Dündar — Avropa Azərbaycan Konqresinin vitse-prezidenti Bilal İsmayılov — filologiya elmləri doktoru, professor. Bilal Kiçibəyov — Azərbaycan alimi. Bilal Əliyev — Azərbaycan müğənnisi; Azərbaycanın xalq artisti.
Filma
"Filma" — Azərbaycanda film istehsalı ilə məşğul olmuş səhmdar cəmiyyət. == Filmoqrafiya == Arşın mal alan (film, 1917) Arvad (film, 1916) Arvadlar ərlərini mənsəbə necə çatdırırlar (film, 1916) Ayaqyalın məhəbbət (film, 1916) Bir alçalmanın tarixi (film, 1919) Knyaz Dəmir Bulat (film, 1916) Neft və milyonlar səltənətində (film, 1916) Ölümünə bir saat qalmış (film, 1916) Yeni tərzdə köhnə əhvalat (film, 1916) == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Final
Final (it. finale, lat. finis sözündən — axırıncı, sonuncu) — çoxmənalı termin. Mənası: Final (idman) — idman yarışlarının yekun hissəsi. Final — nəyinsə yekun hissəsi (məsələn filmin finalı). final — 3 və daha çox hissəli prosesin axırıncı hissəsi.
Hilal
Hilal (ərəbcə هلال) — yeni doğulmuş Ay. Qəməri təqvimi ilə ayın 1-ci günü hilalın görünməsi ilə hesablanır. Hilalın görünməsi Günəşlə Ayın Yerə nəzərən yerləşməsindən aslıdır. Əhalisinin əksəriyyəti müsəlman olan bir çox ölkə kimi, Azərbaycan bayrağında da hilal simvolundan istifadə olunur.
İlham
İlham — kişi adı, soyadı və təxəllüsü. İlham Axundov — İlham Əliyev (dəqiqləşdirmə) İlham Əliyev — Azərbaycan Respublikasının Prezidenti (2003-cü ildən). İlham Əliyev (deputat) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı. İlham Əliyev (hərbçi) — Azərbaycanın Milli Qəhrəmanı. İlham Əliyev (jurnalist) — jurnalist, Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədri. İlham Əhmədov İlham Əhmədov — Azərbaycan aktyoru, rejissor. "İlham" Miniatür teatrının direktoru və bədii rəhbəridir. İlham Əhmədov (alim) — alim, həkim. İlham Əsgərov — Azərbaycan aktyoru. İlham Həsənov — Azərbaycan Milli Qəhrəmanı İlham İsmayılov (əsgər) — şəhid İlham Məmmədli — Azərbaycan alimi, jurnalist.
İshal
Diareya və ya ishal — boş, sulu və tez-tez baş verən nəcis ifrazı. Başqa sözlə gün ərzində 250 qramdan çox nəcis ifrazı diareya hesab edilə bilər. Həftədə 3 dəfədən gündə 3 dəfəyə qədər nəcis ifrazı normal hesab edilə bilər. Həftədən az davam edən diareya kəskin diarreya adlanır. Əgər diareya 4 həftədən çox davam edirsə bu xroniki diareya adlanır. Dünyada bir və ya çox epizodlu diareyadan il ərzində bir milyarddan çox insan əziyyət çəkir. Amerika Birləşmiş Ştatlarında il ərzində diareyası olan hər 100 milyon insandan yarısı işində fasilə verməli olur, 10%-i həkimlə məsləhətləşir, 250000-i xəstəxanaya qəbul olunur, 3000-i (xüsusilə yaşlılar) dünyasını dəyişir. Yaşlı insanlarda diareya adətən mülayim gedişə malik və fəsadsız tez bir zamanda aradan qalxır. Amma uşaqlarda, xüsusilə də 3 yaşından kiçik olanlarda diareya tez bir zamanda dehidratasiyaya gətirib çıxara bilər. Sanitariya qaydalarına əməl edilməməsi üzündən baş verən infeksion diareya il ərzində xüsusilə də inkişaf etməkdə olan ölkələrdə 5–8 milyon uşağın həyatını alır.
Dilhan Əryurt
Prof.Dilhan Əryurt (29 noyabr 1926, İzmir, 13 sentyabr 2012, Ankara)- Türkiyəli astronomiyaçıdır. Günəş və ulduzları öyrənən bir alimdir. 1961-1973-cü illərdə NASA da işləmişdir. Burada işləyən ilk türk qadın alimdir. 1988-1993-cü illərdə astrofizika üzrə dərs demiş və Ədəbiyyat fakültəsinin bu ixtisas üzrə bölməsinin dekanı olmuşdur. == Tərcümeyi-halı == 29 noyabr 1926-cı ildə İzmirdə anadan olmuşdur. Atası Denizli 1944-cü ildə millət vəkili olmuşdur. Dilhanın atası o anadan olduqdan sonra bir müddət sonra qısa müddətlik ailəsi ilə birlikdə İstanbula köçmüşdür. Bundan sonra Ankaraya gedirlər. 2012-ci il sentyabr ayının 13-də infaktdan vəfat edir.
Fingal mağarası
Finqal mağarası (ing. Fingal’s Cave) — Məskunlaşma olmayan Staff adasında, dəniz dalğalarının abraziyası nəticəsində meydana gələn mağara. Ada Daxili Hebrid adaları qrupuna daxildir. Mağara həm Şotlandiya Milli qoruğunun ərazisində yerləşir və həm də Şotlandiya Milli Fonduna daxildir. == Ümumi məlumat == Finqal mağarası adanın cənubunda, dəniz sahilində yerləşir. Ərazi lava axınları zamanı formalaşan bazalt sütunlarından təşkil olunub. Xarici görünş baxımdan o Şimali İrlandiyada olan Nəhənglərin döşəməsini xatırladır. Ada bütünlüklə bazalt sütunlarından təşkil olunduğundan Staffa adıda sütun-ada mənası verir. Mağara altıbucaqlı, hündürlüyü 11 metrə çatan bazalt sütunlarından təşkil olunub. Girişi yetərincə böyük olub, tağ formasındadır.
Finqal mağarası
Finqal mağarası (ing. Fingal’s Cave) — Məskunlaşma olmayan Staff adasında, dəniz dalğalarının abraziyası nəticəsində meydana gələn mağara. Ada Daxili Hebrid adaları qrupuna daxildir. Mağara həm Şotlandiya Milli qoruğunun ərazisində yerləşir və həm də Şotlandiya Milli Fonduna daxildir. == Ümumi məlumat == Finqal mağarası adanın cənubunda, dəniz sahilində yerləşir. Ərazi lava axınları zamanı formalaşan bazalt sütunlarından təşkil olunub. Xarici görünş baxımdan o Şimali İrlandiyada olan Nəhənglərin döşəməsini xatırladır. Ada bütünlüklə bazalt sütunlarından təşkil olunduğundan Staffa adıda sütun-ada mənası verir. Mağara altıbucaqlı, hündürlüyü 11 metrə çatan bazalt sütunlarından təşkil olunub. Girişi yetərincə böyük olub, tağ formasındadır.
Fiskal kəsir
Fiskal siyasət
İqtisadiyyat və siyasət elmində fiskal siyasət dövlət gəlirlərinin və xərclərinin köməyi ilə iqtisadiyyata təsir etmək üçün istifadə olunur. Keyns iqtisadi məktəbinə görə, dövlət vergilərin səviyyəsini (dərəcəsini) və xərclərini dəyişdikdə bu məcmu tələbə və iqtisadi aktivliyə təsir göstərir. Fiskal siyasət biznes tsikllərində dəyişikliklər baş verdikdə iqtisadiyyatı sabitləşdirmək üçün tətbiq edilir. Fiskal siyasətin iki əsas aləti olan vergilər və dövlət xərcləri dəyişdikdə, bu aşağıdakı makroiqtisadi göstəricilərə təsir edir: Məcmu tələb və iqtisadi aktivliyin səviyyəsi; Yığım və investisiyalar; Gəlirlərin bölgüsü. Fiskal siyasət monetar siyasətdən bəzi xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, fiskal siyasət qanunvericilik aktı ilə tənzimlənən dövlət gəlirləri və xərclərindəki dəyişiklik vasitəsilə iqtisadiyyata təsir göstərir. Monetar siyasət isə mərkəzi bank tərəfindən pul təklifinə, faiz dərəcəsinə və məcburi ehtiyat normasına təsir etməklə bunu həyata keçirir. == Fiskal siyasətin növləri == Fiskal siyasətin 3 əsas növü vardır: Neytral fiskal siyasət adətən iqtisadiyyat tarazlıq hökm sürən zaman tətbiq edilir. Bu zaman dövlət xərcləri tam olaraq dövlət gəlirləri hesabına maliyyələşir və iqtisadiyyata neytral təsir göstərir. Genişləndirici fiskal siyasət zamanı dövlət xərcləri gəlirləri üstələyir.
Sinhal dili
Sinhal dili (සිංහල, ISO 15919: siṁhala) — həmçinin yerli olaraq Helabasa kimi tanınan, Sinhalların ana dilidir ki, Şri-Lankanın ən böyük etnik qrupunu təşkil edirlər və sayıları təxminən 15 milyon nəfərdir.Sinhala həmçinin cəmi 3 milyona yaxın , Şri-Lankanın digər etnik qruplar tərəfindən ikinci dil kimi danışılır. Sinhala dili, Hind-Avropa dillərinin Hind-ari qrupuna aid olan dildir. Sinhal Tamil dili ilə yanaşı, Şri-Lankanın rəsmi və milli dillərindən biridir.
Zilzal Surəsi
99-cu surə
Fila
Fila (q.yun. φυλή) — qədim Attikada icma. Daha sonra bu icmaların yaşadığı Attikanın ərazi vahidləri filalar adlanmağa başlandı. Ata-baba filaları adətən üç (dorilərdə dörd) fratriyaya bölünürdü. Fila kahin və hərbi bölmələrini (onlar da həmçinin fila adlanırdı) yaratdı. Bu hərbi bölmənin başında Filarx (φύλαρχος) dururdu. == Afina == Solon dövründə Afinada dörd fila var idi ki, onlardan 100 nəfər şəhər məclisinə nümayəndə kimi göndərilirdi. Miladdan əvvəl 508–507-ci illərdə Klisfen on yeni inzibati fila yaratdı və zadəgan nəsillərinin təsiri altında qalan köhnələrə yalnız dini funksiyaların yerinə yetirilməsini həvalə etdi. Yeni filalar tritiya (şəhər, sahil, dağlar) və demlərə bölünürdü. Hər yeni filanı şəhər məclisində (bule) 50 nəfər təmsil edirdi.
Final (idman)
Final (it. finale, lat. finis sözündən — axırıncı, sonuncu) — nəyinsə yekun hissəsi. İdmanda qalibi müəyyənləşdirilən komanda və ya fərdi idman oyunlarında yekun hissə. Olimpiya sistemli idman oyunlarında finaldan əvvəl 32/1, 16/1, 8/1, dörddə bir, yarımfinal və final oyunları olur. Hər mərhələdə iki oyunçu (komanda) olur.
Final Fight
Final Fight (yap. ファイナルファイト, azərb. Final döyüşü‎) - Capcom oyun şirkəti tərəfindən 1989-cu ildə yaradılan, döyüş oyunudur. Oyun "Beat 'em up" (ing. Hamıdan döy) janrındadır. İlk dəfə "Final Fight" oyunu "Street Fighter" oyununun davamı kimi buraxılacaq və adı "Street Fighter '89" olmalı idi. Lakin oyunun janrı və mövzusu fərqli olduğundan, oyuna "Final Fight" adı verildi. == Hekayə == Baş qəhrəman Haqqar "Metro Citi"nin bələdiyyə başçısı olan köhnə bir güləşçidir. Haqqarı öz mənfəətləri istiqamətində istifadə etmək istəyən qanqster Belqer və adamları, qızı Cessikanı qaçırırlar. Haqqar qanqsterlərin istəklərini qəbul etmir və Cessikanın dostu Kodi və Cessikanın qardaşı Geyin köməyiylə qurtarma əməliyyatına girişirlər.
Hilal (ad)
Hilal — kişi adı. Hilal Məmmədov — fizika-riyaziyyat elmləri namizədi Hilal Münşizadə — Cümhuriyyət tələbəsi, publisist, mühacir.
Hilal (dəqiqləşdirmə)
Hilal
Hilal (qəzet)
"Hilal" (az.-əski. حلال‎) — Bakıda 1910-ci ildən nəşr olunmuş qəzet. == Tarixi == 1910-cu ildə "Hilal" adlı qəzet çap etməyə başlayıb. Üzərində türkçülük və islamçılıq rəmzi Ay və ulduz olan "Hilal" qəzetinin ilk nömrəsi dekabrın 18-də işıq üzü görüb. Əliabbas Müznib qəzetdə "Binəva islam" adlı məqaləsində xalqının ağır vəziyyətini qələmə alaraq oxucusuna bir sıra həqiqətləri deməyə çalışıb. Bu dəfə qəzetin cəmi üç nömrəsi çıxıb.
Hilal Baydarov
Hilal Həsənov
Hilal Həsənov (10 sentyabr 1943, Kirovabad – 30 oktyabr 2019, İstanbul) — Azərbaycan novator teatr rejissoru. Gəncə Dövlət Kukla Teatrının yaradıcısı eyni zamanda keçmiş baş rejissoru, bədii rəhbəri. == Həyatı == Hilal Mahmud oğlu Həsənov 10 sentyabr 1943-cü ildə Gəncə şəhərində anadan olub.1959-cu ildə Gəncə şəhəri 20 saylı tam orta məktəbi bitirib. Həmin ilin oktyabr ayının 1-də Gəncə Dövlət Dram Teatrının yardımcı heyətinə aktyor kimi qəbul olunaraq əmək fəaliyyətinə başlayıb. Sənətə olan məhəbbəti onu 1962-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsinə gətirib. İnstitutda təhsil alarkən onun sənət müəllimi və kurs rəhbəri Rza Sarabski olub. Hilal Həsənov 1963–1966-cı illərdə hərbi xidmətə çağrıldığından ali təhsilini 1970-ci ildə bitirə bilib. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında suflyor, rejissor köməkçisi və rejissor assisenti kimi də fəaliyyət göstərib. Bu teatrın səhnəsində 27 sentyabr 1969-cu ildə səhnəyə qoyulan dramaturq Asif Zeynallı və bəstəkar Nəriman Məmmədovun "Məmmədəli kurorta gedir…" pyesinin tamaşasında quruluşçu rejissor Səftər Turabovun və 7 mart 1970-ci ildə dramaturq Şıxəli Qurbanovla bəstəkar Süleyman Ələsgərovun "Sevindik qız axtarır" pyesinin tamaşasında quruluşçu rejissor Şəmsi Bədəlbəylinin assisenti olub. Burada diplom işi üçün dramaturq Məhərrəm Əlizadə və bəstəkar Ağası Məşədibəyovun "Toy kimindir?" musiqili komediyasının quruluşu ona tapşırılıb.