Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Filial
Filial (lat. filialis – oğulluq, oğula məxsus; filius – oğul) hər hansı təşkilatın, yəni hüquqi şəxsin bir hissəsi olan təşkilat. Filial həmin təşkilatın funksiyalarını tam həcmdə, yaxud onun yerləşdiyi yerdən kənarda yerinə yetirir; 2)müəssisə və təşkilatın bir hissəsi olub, müstəqil törəmə cəmiyyətini, şöbəni əks etdirir, digər və ya başqa yerdə mövcud olaraq fəaliyyət göstərir, əsas təşkilatdan iqtisadi əlaqə cəhətdən asılı olaraq onunla sıx iqtisadi əlaqə saxlayır; 3)hər hansı təşkilatın (idarənin, müəssisənin və s.) müəyyən dərəcədə müstəqilliyə malik şöbəsi. Məsələn, institutun filialı. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Filiz
Filiz — iqtisadi cəhətcə tərkibindən metalların alınması məqsədəuyğun hesab edilən təbii mineral birləşmə. "Filiz" termini bir sıra qeyri metal qazıntılar (pyezokvars, flüorit və s.) üçün də işlədilir. == Azərbaycanda filiz yataqları == Azərbaycanın yeraltı sərvətləri içərisində əhəmiyyətinə görə ikinci yeri filiz faydalı qazıntıları durur, (birinci yerdə neft-qaz durur), Respublika bu faydalı qazıntılarla çox zəngindir. Daşkəsən dəmir yatağı, Zəylik alunit yatağı, Balakən rayonunda aşkar edilmiş Filizçay polimetal yatağı Avropada, həta dünyada ən iri yataqlardan sayılır.[mənbə göstərin] Azərbaycan ərazisində həmçinin mis, qurğuşun, sink, molibden, manqan, kobalt, civə, xrom, nikel, sürmə, arsen, qızıl və s. yataqları da vardır.
Filizli məhlullar
Filizli məhlullar (ing. ore bearing solutions, rus. растворы рудносные) — yataqların və filiz təzahürlərinin əmələ gəlmə zonasında faydalı komponentlər, o cümlədən metallar gətirən məhlullar. Fizili məhlullara misal olaraq hidrotermal məhlulları göstərmək olar.
Filizçay yatağı
Filizçay yatağı — kolçedan-polimetal filizlərinin sənaye ehtiyatlarına görə Avropada ikinci yataq sayılır. Hazırda Azərbaycan Respublikasının kolçedan-polimetal filizləri ehtiyatılarının 90%-i Böyük Qafqazın cənub yamacında yerləşən Balakən-Zaqatala filiz rayonunda cəmlənmişdir. Ən iri Filizçay yatağın­dan başqa, burada daha kiçik yataqlar olan Kasdağ, Katex, Saqator, Qarabçay və Mazımçay kolçedan-polimetal yataqlarını, həmçinin Gumbul­çay-Çeder kolçe­dan-mis-polimetal filiz təzahürləri qrupunu göstərmək olar ki, bunların tərkibi əsasən pirit, sfalerit, qalenit, xalkopirit, pirrotin, ikinci dərəcəli metallardan – arsenopirit, kobaltin, müxtəlif metal sulfoduzları və s. ilə təmsil olunmuşdur. Əsas faydalı komponentlər mis, sink, qurğuşun, gümüş, kükürd, müşayiət kom­po­nentləri isə qızıl, vismut, kobalt, kadmium, selen, tellur, indiumla təmsil olun­muşlar. Filizçay yatağının sənaye ehtiyatları əsasında xammal təminatı 50 ildən çox dövrə yetəcək yüksəkgəlirli mədən-metallurgiya kompleksini yaratmaq olar. == Mənbə == Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Silikat turşusu
Metasilikat və ya Silikat turşusu H2SiO3. Silisium 4-oksid suda həll olmur və onunla reaksiyaya girmir. Ona görə də silikat turşusu H2SiO3 dolayı yolla- onun həll olan duzlarının məhlullarına turşu ilə təsir etməklə alınır: Na2SiO3 + 2HCl = 2NaCl + H2SiO3 ↓ Silikat turşusunun tərkibini göstərən H2SiO3 formulu şərtidir. Əslində x SiO2 . y H2O və ya (H2SiO3)n tərkibli silikat turşuları qarışığı - polisilikat turşusu əmələ gəlir. qızdırıldıqda polisilikat turşusu suyunu tədriclə itirib bərk silisium 4-oksidə çevrilir. H2SiO3 = SiO2 + H2O Silikat turşusu H2SiO3 zəif, ikiəsaslı turşudur. Suda həll olmur və indikatorun rəngini dəyişdirmir. qismən susuzlaşdırılmış H2SiO3 - bərk, ağ, məsaməli, yüksək adsorbsiya xassəli kütlə - silikagel adlanır. Silikat turşusunun duzlarına silikatlar deyilir.
Filira (nimfa)
Filira (yun.
Lankasterli Filipa
Lankasterli Filipa (ing. Philippa of Lancaster; port. Filipa de Lencastre) (31 mart 1360 – 19 iyul 1415) — Portuqaliya kralı I Conun xanımı, Portuqaliya kraliçası. O, İngiltərə kralı III Eduardın oğlu Gentli Conun və Lankasterli Blanşın qızı idi. == Həyatı == === Uşaqlıq illəri === Filipa 31 mart 1360-cı ildə Lankaster hersoqu Gentli Con və Lankasterli Blanşın ən böyük qızı olaraq Lester qalasında dünyaya gəldi. Uşaqlıq illəri bacısı Elizabet və qardaşı Henriylə birlikdə ailəsinə aid müxtəlif mülklərdə keçən Filipanın anası 1368-ci ildə vəfat etdi. Atası Gentli Con 1371-ci ildə Kastilya kralı Pyotrun qızı Konstansa ilə evləndi ancaq o da, 1394-cü ildə vəfat etdi. İkinci xanımının ardından Gentli Con keçmiş məşuqəsi və Filipanın dayəsi olan Ketrin Svinfordla rəsmi nikah bağladı. Filipa, digər bacı və qardaşları ilə birlikdə ögey analarının himayəsinə girdi və Ketrin Svinfordun səyləriylə mükəmməl təhsil aldı. === Evliliyi === Filipa Portuqaliya kralı I Conla evlənərək Portuqaliyanın konsort-kraliçası oldu.
Filiya mədəniyyəti
Filiya mədəniyyəti — Kiprdə ən erkən Tunc dövrünə, e.ə. 2500–2000-ci illərə aid arxeoloji mədəniyyət. Adanın şimal hissəsindəki Morfu şəhəri yaxınlığındakı nekropolun şərəfinə adlandırılmışdır. Bu mədəniyyətə aid 20-yə yaxın yaşayış məskəni aşkar edilmişdir. Onun yaranması Anadoludan miqrantların gəlməsi ilə əlaqələndirilir. Bu dövrdə adada əhalinin sayının artması qeyd olunur.
Filiz Aker
Filiz Aker (doğum adı: Fatosh Bayer; 5 avqust 1963, İstanbul – 27 avqust 2017) — türk kino aktrisası
Filiz Akın
Filiz Akın (2 yanvar 1943, Ankara) — Türkiyəli kinoaktrisa. Türk kinosunun nəcib, müasir, şəhərli və zərif siması kimi kinosevərlərin rəğbətini qazanan Filiz Akın həm də Avropa siması, kollec qızı və böyük ekranın sarışın ulduzu kimi tanınır. O, kino aktyorları Türkan Şoray, Hülya Koçyiğit və Fatma Girik ilə yanaşı türk kinosunun bir dönəmində iz qoyan dörd önəmli aktrisadan biri hesab olunur. Filiz Akın orta təhsilini başa vurduqdan sonra bir turizm şirkətinin Ankara agentliyində işləməyə başlayıb. Göndərdiyi fotoşəkillə 1962-ci ildə Artist jurnalının müsabiqəsinin qalibi olur. Memduh Ün təkidi ilə Akasyalar Açarken filmi üçün kamera qarşısına keçməyə razılıq verdi. Beləliklə, onun 13 il davam edəcək aktiv aktyorluq karyerası başladı. 1964-cü ildə "Qadın Bərbər" filminin çəkiliş meydançasında tanış olduğu prodüser-rejissor Türker İnanoğlu ilə evləndi. 1965-ci ildə oğlu İlkər İnanoğlu dünyaya gəlib. 1974-cü ildə Türker İnanoğlu ilə boşanan Akın 1975-ci ildə "Ataların atası" filmi ilə kinoya vidalaşıb.
Filiz təzahürü
Filiz təzahürü (ing. show of ore, rus. рудопроявление) — parametrləri (metalın miqdarı, forması, cismlərin ölçüsü və s.) hələ aydınlaşdırılmamış bu və ya digər faydalı qazıntı toplusudur. Kəşfiyyat prosesində belə filiz təzahürləri ya yataq kateqoriyasına keçə bilər və ya sənaye əhəmiyyəti olmayan filiz təzahürü olaraq qalar.
Qeyri filiz
Qeyri-filiz süxurlar — aparılan geolojikəşfiyyat işləri nəticəsində Respublikanın bir sıra bölgələrində müxtəlif növ qeyri-filiz faydalı-qazıntı və tikinti-inşaat materialları yataqları aşkar edilmişdir. Dövlət balansında 59 yataq qeydə alınmışdır, onlardan 48-i əhəngdaşı, 9-u tuf və tuf qumdaşı, 1 qumdaşı və 1 travertin yatağıdır. Dövlət balansında 22 üzlük daşı, o cümlədən, 2 əhəng daşı, 12 mərmərləşmiş əhəngdaşı, 1 porfirit, 2 travertin, 1 tuf, 1 qabbro, 2 konqlomerat və 1 tesenit yatağı qeydə alınmışdır. Dövlət balansında 101 kərpic-kirəmid, keramzit, aqloporit və tikinti keramikası istehsalına yararlı gil yataqları qeydə alınmışdır. Dövlət balansında 16 sement xammalı yatağı qeydə alınmışdır. 27 tikinti daşı (əhəngdaşı, qırmadaş) yatağının ehtiyatları Dövlət balansında qeydə alınmışdır. Dövlət balansında 76 qum-çınqıl qarışığı yatağı qeydə alınmışdır. 17 qum yatağının ehtiyatları Dövlət balansında qeydə alınmışdır. Dövlət balansında 3 yataq qeydə alınmışdır. Yataq süxurlarında bitumun miqdarı 7,5–8,1 % arasında dəyişir.
Filiz Kılıç
Filiz Kılıç (30 iyun 1964, Nevşəhər ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Filiz Kılıç 30 iyun 1964-cü ildə Nevşehir ilinin Avanos ilçəsində anadan olub. Hacettepe Universiteti Ədəbiyyat Bölməsindən məzun olub. Qazi Universiteti İctimai Elmlər İnstitutunda magistr və PhD dərəcələri alıb. Qazi Universiteti Fənn-Ədəbiyyat Bölməsində 1995-ci ildə dosent yardımcısı, 2000-ci ildə dosent, 2005-ci ildə isə professor elmi adları alıb. Kitablarıdosent]], 2005-ci ildə isə professor elmi adları alıb. Kitabların və məqalələrin müəllifidir. Uzun illər Qazi Universitetində vəzifələrdə təmsil olunub. 2008-2017-ci illərdə Nevşehir Universitesinin qurucu rəhbəri olub. 2021-ci ildən MHP sədrinin müavinidir.
Atari, Inc. (filial)
Atari, Inc. (əvvəllər GT Interactive Software Corp. və Infogrames, Inc.) — "Atari, SA" şirkətinin ABŞ filialı və nəşr qolu. 1993-cü ildə "GoodTimes Home Video" şirkətinin videooyun nəşri qolu kimi yaradılmışdır. Şirkətin böyük bir hissəsi 1999-cu ildə "Infogrames" tərəfindən satın alınır və adını "Infogrames, Inc." olaraq dəyişir. "Infogrames Entertainment" şirkətinin 2003-cü ilin may ayında keçirdiyi rebrendinq kampaniyasının bir parçası olaraq, "Infogrames, Inc." adını "Atari, Inc." olaraq dəyişmişdir. "Infogrames" 11 oktyabr 2008-ci il tarixində şirkətin satın alma prosesini tamamlayır və tamamilə öz filialına çevirir. "Atari, Inc." 21 yanvar 2013-cü il tarixində bankrot olur. == Tarixi == "GT Interactive Software Corporation" (GTI) 1993-cü ilin fevral ayında "GoodTimes Home Video" şirkətinin filialı kimi yaradılmışdır. Şirkətin prezidenti Ron Çaymoviç olmuçdur.
Üçgöl filiz təzahürü
Abakan dəmir filizi yatağı
Abakan dəmir filizi yatağı — Rusiyaya bağlı Xakasiyada, Abaza şəhəri yaxınlığında yerləşən dəmir filizi yatağı. Qərbi Sayan dağlarının şimal-şərq tələlərində, Xansın antiklinalının cənub-şərq cinahında yerləşir. 1856-cı ildən tanınır və Ural dağları üzrə mütəxəssislər tərəfindən "Abakanskaya blaqodat" (Abakan lütfü) adlandırılır. Kəşfdən sonra filizlərin işlənməsi vaxtaşırı həyata keçirilmişdir. 1947–1959-cu illərdə filizlərin çıxarılması və zənginləşdirilməsi müəssisəsi olan Abakan Mədən İdarəsi tikilmişdir. Çıxarma və emal mərkəzləri Abaza, Abakan, Novokuznetsk şəhərləridir.
Daşkəsən dəmir filizi yatağı
Daşkəsən dəmir filizi yatağı — Qafqazda sənaye ehtiyatları 300 mln.ton həcmində qiymətləndirilən yeganə dəmir filizi yatağıdır. Daşkəsən skarn-maqnetit yataqlar qrupu eyniadlı rayonda, Gəncə şəhərindən cənubi-qərbdə yerləşir. Onlar özlüyündə erkən təbaşir dövründə formalaşmış kontakt-metasomatik törəmələrdən ibarətdir. Filiz yerləşən çöküntülətin tərkibində 110-dan çox mineral növləri müəyyən edilmişdir. Filizəmələgətirən əsas minerallar maqnetit və hematitdir, digər minerallardan isə mis, qurğuşun və sink sulfidlərini, eyni zamanda, kobalt sulfo-arsenitlərini və b. qeyd etmək olar. == Həmçinin bax == Şimali Daşkəsən kobalt yatağı == Mənbə == Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.