Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Graham Fuller
Graham Fuller (28 noyabr 1937) — ABŞ siyasətçisi. Amerikanın RAND analitik qrupunun siyasi məsləhətçisidir. 20 illik xarici işlər vəzifəsinin 17 ilini Almaniya, Türkiyə, Livan, Səudiyyə Ərəbistanı, Şimali Yəmən, Əfqanıstan, Hong Kong kimi ölkələrdə xidmət edərək keçirib. 1982-ci ildə Yaxın Şərq və Cənubi Asiyadan məsul MKİ-nin milli xəfiyyəsi vəzifəsinə təyin edilib. 1986-cı ildə milli səviyyədə strateji proqnozlar məsulu olaraq MKİ Milli Kəşfiyyat Şurası başçısının köməkçisi vəzifəsinə gətirilib. 1988-ci ildə dövlətlə işlərini tamamlayan Fuller, RAND şirkətinə əsasən Orta Şərq, Orta Asiya, Cənub və Cənub-Şərqi Asiya və Sovetlər Birliyi etnik problemləri ilə əlaqədar işlər görmək vəzifəsiylə qatılıb. Onu analitiklər bir növ ABŞ-nin "dərin adamı" olaraq xarakterizə edirlər. İsraillə çox möhkəm və birbaşa əlaqələri var. Graham Fullerin Qurdlar Vadisi: Pusqu serialında adı çəkilən Aron Feller olduğu iddia edilir. == İstinadlar == == Xarici keçidlər == GRAHAM FULLER KİMDİR?
Olivia Fuller
Samuel Fuller
Samuel Fuller (12 avqust 1912[…], Vuster[d], Massaçusets – 30 oktyabr 1997[…], Hollivud, Kaliforniya) — əsasən qorxu, macəra və şiddət janrına üstünlük verən ABŞ senaristi və rejissoru. 12 yaşında olarkən bir qəzetdə kuriyer kimi işləməyə başladı. 17 yaşında müxbir oldu. Böyük Böhran illərində qatarla ölkəni gəzdi. Bu zaman romanlar yazdı. 1936-cı ildə bir dostu ilə ilk film senarisini yazdı. İkinci dünya müharibəsində döyüşdü və bir çox medalla təltif olundu. Müharibədən sonra ilk filmi "Mən Cessi Ceymsi vurdum" (1949) oldu. Çoxunun senarisini yazdığı dar büdcəli filmlərindəki gərçəkçi üslubundakı şiddəti fransızlar tərəfindən bəyənilmişdi. Filmlərinin əsas mövzusu əsgərlikdə yaşadığı hadisələr, jurnalistika və avaraçılıq olmuşdu.
Yuri Fidler
Fidler Yuri Vladimiroviç (16 iyun 1898, Saratov – 14 may 1981, Bakı) — şair, tərcüməçi, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü (ədəbi təxəllüsləri "Yeqor Yexidnı", "Optimist", "Yurfi", "D.İrinin").[mənbə göstərin] Yuri Fidler 1898-ci il iyunun 16-da Saratov şəhərində məhkəmə məmuru ailəsində doğulmuşdur. Pyatiqorsk gimnaziyasında, sonra I Bakı gimnaziyasında orta təhsil almışdır (1907-1917). Əmək fəaliyyətinə 1917-ci ildən başlamışdır. Culfa-Bakı dəmiryolu idarəsində tabelçi-fəhlə (1917-1918), ərzaq idarəsində kontor işçisi (1918), Yessentukidə milis işçisi (1918-1919), Azərbaycan hərbi sanitariya idarəsində icraçı (1920), sonra katib (1921-1922), Rostov dövlət ticarəti kontorunda hesabdar (1922-1923), Keçmiş SSRİ Ticarət-Sənaye Bankının Azərbaycan kontorunda hesabdar, mühasib köməkçisi, müxbir, sığorta şöbəsinin müdiri (1923-1927), Bakı trestlərinin birində hesabdar (1927-1929), "Vışka" qəzeti redaksiyasında felyetonçu (1929-1932) işləmişdir. Sonra yaradıcılıq fəaliyyəti ilə məşğul olmuşdur. 1981-ci il mayın 14-də vəfat etmişdir. Ədəbi fəaliyyətə 1920-ci ildən başlamış, felyeton və satirik şeirlərini "Krokodil", "Smexaç", "Begemot" jurnallarında dərc etdirmişdir. Hekayələr, pyeslər yazmış, Azərbaycan xalq və aşıq şeirlərini tərcümə etmiş, uşaq yazıçısı kimi fəaliyyət göstərmişdir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı — 27.06.1978 "Qafqazın müdafiəsinə görə" medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində fədakar əməyə görə" medalı "Əmək veteranı" medalı 1. Дочка героя.
Cüdələr
Cüdələr — Laçın rayonu ərazisində dağ. Cüdələr dağı Çorman kəndindən cənubda yerləşir. Şəlvəçay və Piçənisçay arasındadır. Hündürlüyü 2076 m. Dağ əvvəllər cüdələr adlı bir nəslin yaylaq yurdu olduğundan həmin nəslin adını daşıyır. Etnotoponimdir.
Hudilər
Hudilər ya da Banu Hud (بنو هود), İspaniyanın dağınıq müsəlman əmirliklərə (Təvaif-ül Mülk) bölündüyü XI əsrdəki siyasi qarğaşa dönəmində Saraqosa şəhəri çevrəsində hökm sürən bir Ərəb xanədanıdır. == Tarixi == Xanədanın qurucusu olan Süleyman bin Məhəmməd bin Hudi, xanədanını Tucibi əmiri və yaxın müttəfiqi olan II Munzirin 1039-cu ildə öldürülməsindən sonra elan etmişdir. Tucibi zamanında şimal sınırında vəzifədə olan əl-Mustain adıyla da anılan Süleyman bin Məhəmməd bin Hudi, əsgəri uğurlarıyla adını duyurmuş və Lerida valiliyi vəzifəsində olmuşdur. Hudilər Əl-Mustain dönəmində qısa müddətdə İber yarımadasının şimal-şərqində geniş torpaqlara sahib bir əmirlik təşkil etdilər. Ancaq Əl-Mustainin ölümündən sonra beş oğlu arasında başlayan taxt qovğası, oğullarından I Əhməd əl-Müqtədirin hakimiyyəti ələ almasıyla sona çatdı. Əhməd əl-Müqtədir uğurlu idarəsi və Norman Robert Crespinin 1064-cü ildə müsəlmanlardan aldığı Barbastoyu yenidən fəthi (1065) ilə müsəlman əmirlər arasında adını duyurdu. Ayrıca aralarında ünlü din alimi Əbul Vəlid əl-Bacinin və şair İbn Ammarın da olduğu önəmli din adamlarını və sənətkarları yanına aldı və günümüzdə sadəcə kiçik bir qismi ayaqda qalmış olan Cəfəriyyə sarayını tikdirdi. əl-Müqtədir bunun yanında Tortosa (1061) və Denianı (1075) ələ keçirərək əmirliyi dönəmində torpaqlarını genişlətməyi bacardı. Yerinə keçən oğlu Yusif əl-Mutəmin (1081-1085) əsgəri kimliyindən çox elm adamı kimliyi ilə ortaya çıxdı. Əl-Mutəmindən sonra taxtı əlinə alan II Əhməd əl-Mustainin hökmdarlıq dönəmiysə (1085-1110) Xristianlarla aparılan savaşlarla keçdi.
Kürdlər
Kürdlər (kürd. کورد — "Kurd") — Yaxın Şərqdə Türkiyə, İraq, İran, Suriya ərazisində kompakt halda yaşayan xalq. Əsasən kürd, türk, ərəb və fars dillərində danışırlar. Kürd tayfaları qədimdən cənub-qərbi İranda yaşamışlar. "Kürd" sözü qədim dillərdə "pəhləvan", "mərd" deməkdir. == Dil və mənşə == Kürdlük anlayışının milliyyət anlamında kimlərə məxsus olduğu elmi mühitdə günümüzdə mübahisəli mövzular sırasında dayanmaqdadır. Beləki kürd milliyyətçiləri tərəfindən kürd hesab edilən xalqlar elmi araştırmalara əsaslanan dilçilər və əksər etnoqraflar tərəfindən ayrı-fərqli xalq olaraq qəbul edilirlər. Əsas mübahisəyə səbəb olan lək, kəlhur, feyli, mamasani, bəxtiyari, lur, goran və zaza dilində danışan xalqların kürdlərin tərkibinə daxil edilməsidir. Dil və mənşə araştırmaları əsas alınaraq demək mümkündür ki kürdlər iki əsas — ana etnoqrafik qrupa ayrılırlar: Soran və Kurmanc . Soran dili : Kurmanc dili : == Məskunlaşma == Kürdlərin sayına dair müxtəlif təxminlər mövcuddur.
Veddlər
Veddlər (sinh. වැද්දා — ˈvædːaː, tam. வேடுவர் — Vēṭuvar) — Şri-Lankanın yerli əhalisidir. Əsasən Şri-Lankanın şərqində yayılmışlar. Sayları 2 500 nəfər təşkil edir. Dili — Vedd dili Kreol dillərinə daxildir. Sinhal dilləri qrupuna daxildi və qədim dil hesab edilir. Dilin gizlü xüsusiyyətləri vardır. Onlar aradında Buddizm, Hinduizm və ənənəvi ədatlər qrunub saxlanılmışdır. Üstəlik onlar arasında Animizm, Şamanizm, Maqiya, və aiyin rəqslərinə rast gəlinir.
Udilər
Udilər, Udinlər (udicə Udi, Uti, rus. Удины) — Şərqi Qafqazda ən qədim xalqlardan biri. Udilər Oğuz rayonunun inzibati mərkəzi olan Oğuz şəhərində, həmçinin Qəbələ rayonunun Nic qəsəbəsində yaşayırlar. Udilər eləcə də Rusiyada, Gürcüstanda (Kaxetinin Zinobiani kəndində), Qazaxıstanda, Ukraynada və başqa ölkələrdə yaşayırlar. Udilər udi dilində danışırlar. Udilər arasında eləcə də Azərbaycan, rus, gürcü və başqa dillər geniş yayılmışdır. Dinləri xristianlıqdır. Udilər əsrlər boyu Qafqaz Albaniyasında yaşayan tayfalardan biri olmuşdur. Adları çox güman ki qədim qaynaqlarda sadalanan utilərlə əlaqədardır. Həmçinin Qafqaz Albaniyası dövründə Albaniyanın qərbi və cənub-qərbi ərazilərini (təxmini olaraq indiki Qarabağ ərazisi və ona yaxın mahallar) əhatə edən Uti vilayəti də mövcud idi.
Kürdlər (Ağcabədi)
Kürdlər — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Kürdlər kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kürdlər Ağcabədi rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarqar çayının sahilində, Qarabağ düzündədir. Kənd musanlı tayfasının kürdlər tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. == Toponimikası == Kürdlər oykonimi musanlı tayfasının kürdlər tirəsinin vaxtilə burada məskunlaşması nəticəsində yaranmışdır. Kürdlər kürmancı, yezidi-qədim irandilli tayfadır. Qədim yunan müəllifi Ksenofont kürdləri kardux, başqa qaynaqlar kordux, kardu, ilk dəfə orta əsr ərəb coğrafiyaçıları kürd (cəm halı əkrad) adlandırmışlar. Çox güman ki, kürdlərin dili İran qrupundan I minilliyin sonunda ayrılmış və yetkinləşmişdir. Kürdlər çox-çox əvvəllər İranın qərb sərhədlərində yerləşmişdilər. Ərəb qaynaqları bu Zaqros dağlı tayfalarını kürd adlandırırdılar.
Kürdlər (Ağdam)
Kürdlər — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-ci il iyunun 15-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. Kənd 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Əhalisi == === Görkəmli şəxsləri === Əlabbas İsgəndərov — Azərbaycanın Milli Qəhrəmanı Tofiq Vəliyev — Tarix elmləri doktoru, professor Şəmsəddin Əsədov – kənd təsərrüfatı elmləri doktoru, professor == İstinadlar == == Mənbə == Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001.
Kürdlər (Cəbrayıl)
Kürdlər — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Xələfli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Sirik kənd Sovetindən Kürdlər kəndi Xələfli kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Yerli əhalinin məlumatına görə, keçmiş adı Hacıisaqlı olmuşdur. Əvvəllər bu ərazidə Zəngəzur qəzasındakı Şotlanlı kürd tayfasına məxsus qışlaq yeri (Kürdlər qışlağı adlanırdı) olmuşdur. Sonralar burada salınmış yaşayış məntəqəsi köhnə qışlağın adı ilə tanınmışdır. Əslində isə kənd sakinlərinin kürdlərlə heç bir etnik əlaqəsi yoxdur. 1922-ci ildə çap edilmiş yaşayış məntəqələrinin siyahısında da kəndin adı Hacıisaqlı kimi qeydə alınmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Kürdlər (Cəlilabad)
Kürdlər — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Kürdlər kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Sərhədabad, Məşədivəlli və Əliabad kəndləri Kürdlər kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Sərhədabad kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Kürdlər oyk., sadə. Ağcabədi r-nunun eyniadlı i.ə.v.-də kənd. Qarqar çayının sahilində, Qarabağ düzündədir. Kənd musanlı tayfasının kürdlər tirəsinin məskunlaşması nəticəsində yaranmışdır; Ağdam r-nunun Əlimədədli i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, vaxtilə kürddilli ailələrin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır; Cəbrayıl r-nunun Sirik i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, keçmiş adı Hacıisaqlı olmuşdur.
Kürdlər (Füzuli)
Kürdlər — Azərbaycan Respublikasının Füzuli rayonunun Əbdürrəhmanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kürdlər oykonim, sadə. Ağcabədi rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarqarçayının sahilində, Qarabağ düzündədir. Kənd musanlı tayfasının kürdlər tirəsinin məskunlaşması nəticəsində yaranmışdır; Ağdam rayonunun Əlimədədli inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, vaxtilə kürddilli ailələrin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır; Cəbrayıl rayonunun Sirik inzibati ərazi vahidində kənd. Qarabağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, keçmiş adı Hacıisaqlı olmuşdur.
Kürdlər (Germi)
Kürdlər (fars. كردلر‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 511 nəfər yaşayır (103 ailə).
Kürdlər (Kəleybər)
Kürdlər (fars. كردلر‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 153 nəfər yaşayır (36 ailə).
Kürdlər (Urmiya)
Kürdlər (fars. كردلر‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 900 nəfər yaşayır (269 ailə).
Kürdlər (dəqiqləşdirmə)
Kürdlər — xalq. Azərbaycanda Kürdlər (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Kürdlər (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd. Kürdlər (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Kürdlər (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Kürdlər (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Gürcüstanda Qurdlar (Sarvan) — Gürcüstanın Sarvan bələdiyyəsində kənd.
Kürdlər (Üskü)
Kürdlər (fars. كردلر‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2.654 nəfər yaşayır (678 ailə).
Kürdlər (Əhər)
Kürdlər (fars. كردلر‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 706 nəfər yaşayır (131 ailə).
Kürdlər bələdiyyəsi
Kürdlər bələdiyyəsi (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda bələdiyyə. Kürdlər bələdiyyəsi (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda bələdiyyə.
Ludilər sülaləsi
Ludilər sülaləsi — 1451-1526-cı illər arasında Dehli sultanlığında hökm sürən bir Əfqan xanədanı. == Tarixi == Qurucusu, bir öncəki xanədan olan Seyyidlər sülaləsindən Sultan Məhəmməd şahın Sirhind valisi Bəhlul Ludidir. Əfqanların Gilzay qəbiləsinə mənsub olan Ludilər, Qurlu Sultanı Muizzüddin Məhəmməd zamanında (1203-1206) ordunun yüksək qədəmələrinə gətirildilər; Dehli sultanı Məmlük xanədanından Sultan Qiyasəddin Balaban da (1246-1266) onları Hindlilərə qarşı sərhəd bölgələrinə yerləşdirdi. 1341-ci ildə Məlikşah Ludi adlı bir komandanın öndərliyində ayaklanarak Multanda hakimiyət quran Ludilər, bu tarixdən etibarən Şimali Hindistanın təsirli güclərindən biri halına gəldilər. Seyyidlər xanədanının qurucusu Xızır xan (1414-1421), Tuğluqlulara qarşı verdiyi mücadilə sırasında büyük yararlılıklar göstərən Sultan Şah adlı Ludi komandanını İslam xan ünvanıyla Sirhind valiliyinə gətirdi. İslam xan Ludi, yenə Xızır xanın cagirdarlarından olan və bir savaşda ölən qardaşı Məlik Kalanın oğlu Bəhlulu himayəsinə aldı və onu qızıyla evləndirdi; daha sonra da öz oğlu olmasına baxmayaraq güvən duyduğu Bəhlulu vəliəhd təyin etdi (1431). Bununla birlikdə İslam xanın ölümü üzərinə torpaqlar oğlu Qütub xan, qardaşı Məlik Firuz və Bəhlul arasında bölüşdürüldü. Bəhlul əmisiylə birlikdə Qütub xana və onları Sirhinddən çıxarmaq istəyən Seyyid Sultanı Məhəmməd şaha qarşı cəbhə təşkil etdi. Ancaq Məhəmməd şahın əsgərləri aparılan savaşda bu cəbhəni dağıtdılar. Pəncaba çəkilən Bəhlul, bir neçə il içərisində yenidən bir ordu quraraq Seyyidlərin son hökmdarı Əlaəddin Aləm şahın ordularını məğlub etdi və Sirhindi təkrar ələ keçirərək bölgəyə hakim olub (1440) “xan-i xənan” ünvanını aldı.
Fələstindəki kürdlər
Fələstin kürdləri (kürd. Kurdên Filistînê; ərəb. اكراد فلسطين: Akrad Filistin) — kürdmənşəli fələstinlilər. == Tarixi == Bəzi Fələstin kürdlərinin mənşəyi Səlib yürüşləri zamanı Əyyubilər sülaləsinin fəthlərinə gedib çıxır. Əyyubi hökmdarları öz imperiyalarının sərhədlərini qorumaq üçün bir çox kürd qəbilələrini Fələstində yerləşdirmişdilər. Fələstində kürd icmalarının yaşadığı əsas yaşayış məntəqələri arasında Hebron (əl-Xəlil), Yerusəlim (əl-Qüds) və Şekem (Nablus) şəhərləri var. Əyyubilərdən sonra, xüsusən də Osmanlılar dövründə Fələstinə gələn çoxlu kürd tayfaları da var. Kürdlər Qərb sahilində ən böyük etnik azlıqdır. == Xevron == Kürd müsəlman Səlahəddin Hebronu 1187-ci ildə geri almışdır. Şəhərin adı yenidən əl-Xəlil olaraq dəyişdirilmişdir.
İordaniyadakı kürdlər
İordaniya kürdləri — İordaniyada doğulmuş və ya yaşayan kürdəsilli insanlar. İordaniyanın kürd əhalisi təxminən 30.000 nəfərdir və onlar əsasən Əmman, İrbid, Salt və Zərkə şəhərlərində yerləşir. Təxminən 100 yaşı olan icma demək olar ki, tamamilə İordaniya cəmiyyətinə inteqrasiya olunmuşdur. Kürd icmasının inteqrasiyası səbəbindən onların İordaniya parlamentində yerləri yoxdur. Kürdlər İordaniyada 1173-cü ildən, Səlahəddinin Əyyubilər sülaləsinin qurulmasından bəri yaşayırlar. Osmanlı ordusunda xidmət edən kürdlər sonralar Soltada məskunlaşmışdılar. 1920-ci və 1930-cu illərdə Türkiyədə kürdlərin qətliama uğraması nəticəsində kürdlər İordaniyaya qaçmış, 1948-ci ildə və sonradan 1967-ci ildə Fələstindən köçlər zamanı daha çox kürd İordaniyaya gəlmişdir. Körfəz müharibəsindən sonra İordaniya iraqlı kürdlərin, həmçinin İran İslam İnqilabından qaçqın düşmüş bir çox iranlı kürdlərin evidir.
Kürdlər bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.