İzolyatlar (insan populyasiyaları)
İzolyatlar (ing. isolates, isolated) qapalı, bağlı, təcrid olunmuş insan populyasiyaları (ing. isolated, closed human populations) mənasına gəlir. Kiçik insan qrupları mədəni və coğrafi maneələr səbəbindən digər nəsillərdən geri qalırlar. İzolyatlarda populyasiyanın çoxalması onların hüdudlarından kənara çıxmır (açıq populyasiyalardan fərqli olaraq), digər populyasiyalardan gen axınına demək olar ki, rast gəlinmir. İzolyatlarda tamamilə təcrid olunmuş qruplar olmur. Əsasən qapalı populyasiyalar təcrid olunmuş hesab olunur.
Elmi yanaşmalarda daha geniş şəkildə baxanda izolyatlar həm də böyük qruplar və ya populyasiya sistemləri hesab olunur. Bu sistemlərdə izolyasiya prosesləri miqrasiya proseslərindən daha üstün hesab olunur. Beləliklə, adi həyatda izolyatlar hesab olunmayan İslandiya əhalisi, Sardiniya və Finlandiya sakinləri ədəbiyyatda izolyat hesab olunurlar.