Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Göltəpə
Göltəpə (Çaroymaq-i Mərkəzi dehistanı)
Ölməyə vaxt yoxdur
Ölməyə vaxt yoxdur (ing. No Time to Die) — Kori Coci Fukunaqanın rejissorluğu ilə 2021-ci ildə çəkilmiş cəsus filmi. Ceyms Bond film seriyasının iyirmi beşinci filmidir. Bu Deniel Kreyqin baş rolda oynadığı sonuncu Ceyms Bond filmidir. Filmdə Ceyms Bond MI6-dakı işindən təqaüdə çıxır. Lakin sonra CIA girov götürülmüş bir alimin xilas edilməsi üçün ondan kömək istəyir. Bu missiya Bondu qisas almaq istəyən təhlükəli düşmənlə qarşıdurmaya aparır. Bu düşmənin milyonlarla insanın ölümünə səbəb ola biləcək güclü silahı var. Bond bu təhlükəni dayandırmaq və dünyanı xilas etmək üçün bacarıqlarından istifadə etməlidir. 007.com/no-time-to-die/ — Ölməyə vaxt yoxdur rəsmi saytı 007.com/the-films/no-time-to-die/ — No Time to Die rəsmi saytı at James Bond official website mgmstudios.com/007-no-time-to-die/ — No Time to Die rəsmi saytı at Metro-Goldwyn-Mayer official website mgm.com/movies/no-time-to-die — No Time to Die rəsmi saytı at MGM official website Ölməyə vaxt yoxdur — Internet Movie Database saytında.
Göltəpə-i Həsənabad (Miyanə)
Göltəpə-i Həsənabad (fars. گل تپه حسن اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 275 nəfər yaşayır (71 ailə).
Veronika ölməyə qərar verir
Veronika ölməyə qərar verir (port. Veronika Decide Morrer) - Paulo Koelyo tərəfindən 1998-ci ildə nəşr etdirilmiş romandır. Romanda 24 yaşlı sloveniyalı qız Veronikanın həyatından bəhs olunur. İstədiyi hər şeyi əldə etmiş Veronika ölməyə qərar verir. Əsərdə qismən Koelyonun şəxsi ruhi xəstəxana təcrübəsi (Xuan Arias tərəfindən yazılmış “Pilqrimin etirafları” adlı bioqrafiyaya baxın) və hissləri təsvir olunmuşdur. Əsərin ümumi ideyası budur ki, “kütləvi dəlilik ağlı başında olma adlandırılır.” “Veronika ölməyə qərar verir” bir neçə dəfə müxtəlif ölkələrdə teatrlarda səhnələşdirilmiş, həmçinin roman əsasında film çəkilmişdir. Bu roman, "Rio-Pyedranın sahilində oturdum və ağladım" və "Şeytan və senyorita Prim" romanları ilə birlikdə yazıçının "Və yeddinci gün" trilogiyasına daxildir. Veronika Sloveniyanın Lyublyana şəhərində yaşayan gənc və gözəl sloveniyalı qızdır, onun yaxşı həyatı olsa da, həyatda arzuladığı hər şeyi əldə etdiyini düşündüyünə görə sakitləşdirici dərman içərək özünü öldürmək qərarına gəlir. Ölümünü gözləyərkən o, otağında olan jurnalı oxumaq qərarını verir. Jurnalda “Sloveniya harda yerləşir?” başlıqlı məqaləni gördükdən sonra, jurnalın nəşriyyata məktub yazmaq qərarı verən Veronika sui-qəsdinə haqq qazandıraraq insanların Sloveniyanın hara yerləşməsindən xəbərsiz olmasına qəzəbləndiyini bildirir.
Göltəpə (Quruçay-i Şərqi dehistanı)
Göltəpə (fars. گل تپه‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 139 nəfər yaşayır (28 ailə).
Göltəpə (Çaroymaq-i Mərkəzi dehistanı)
Göltəpə (fars. گل تپه‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 177 nəfər yaşayır (29 ailə).
Yaşa və ölməyə imkan ver (film, 1973)
Yaşa və ölməyə imkan ver (ing. Live and Let Die) — 1973-cü ildə Qay Hamilton tərəfindən çəkilən detektiv filmi . Film Yan Fleminqin eyniadlı romanı əsasında çəkilmişdir. Film Britaniya superagenti Ceyms Bond haqqında səkkizinci filmdir. Filmdə kinoaktyor Rocer Mur ilk dəfə Ceyms Bond obrazını canlandırmışdır. Film 1974-cü ildə "Live and Let Die" bəstəsinə (Pol Makkartni və Wings tərəfindən) görə Oskar mükafatı nominasiyasının "Ən yaxşı mahnı" kateqoriyasına layiq görülmüşdür. Live and Let Die — Internet Movie Database saytında.
Gölgede Aynı (albom)
Gölgede Aynı – Mustafa Sandal-ın 1996-cı ildə çıxardığı 2-ci albomudur. == Mahnı haqqında == "Gölgede Aynı" albomu Mustafa Sandalın ikinci albomudur. İlk klip "Araba" musiqiyə çəkilmişdir. Bu klip hit-paradlarda uzun müddət uğur əldə etmişdir. Mahnının sözləri və musiqisi Mustafa Sandala məxsusdur. Ardınca "Jest Oldu" mahnısına klip çəkilir. Bu mahnı da böyük uğur qazanır. 1997-ci ildə "Bir Anda" musiqisinin remiksinə klip çəkilir.
Gömeç qülləsi
Gömeç qülləsi (türk. Gömeç Kalesi) ― Cənubi Türkiyədə, tarixi Kilikiyada Roma dövrünə aid gözətçi qülləsi. == Yer == Gözətçi qülləsi Mersin ilinin Ərdəmli ilçəsində, Qız qalasının təxminən üç kilometr şimalında və Ərdəmlinin 20 kilometr cənub-qərbində yerləşir. Qüllə divar qalıqları ilə birlikdə Qız qalasının arxa hissəsində, 240 metr yüksəkliyindəki təpənin üstündə dayanır. == Təsvir == Demək olar ki, tamamilə bütöv olan qüllənin hündürlüyü 11,32 metrdir. Zəminin ölçüləri 4,7 x 4,7 metr olduğu halda, üst hissədə bu ölçü 4,2 x 4,2 metrə qədər azalır. Blokların hündürlüyü 80 ilə 30 santimetr arasında dəyişir. Qapı cənub tərəfdədir və ölçüləri 1,9 x 0,96 metrdir. Qüllənin dörd mərtəbəsi var. Birinci mərtəbənin cənub tərəfində kərpiclənmiş bir pəncərə, yuxarıda, ikinci mərtəbədə bir yarıq pəncərə, üçüncüsündə isə hər tərəfi təxminən 85 santimetr olan bir kvadrat pəncərə var.