göl-gölməçə
gölcük
OBASTAN VİKİ
Ağ göl
Ağ göl — Azərbaycanın Ağcabədi və Beyləqan rayonlarının ərazisində göl. Ağ göl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların, eləcə də digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti vardır. Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahı"sına və Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır. Ağ göl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeri olub, 2001-ci il 25 may tarixində "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında" Ramsar Konvensiyasının "Ramsar Siyahısı"na daxil edilmişdir. Ağ göl dəniz səviyyəsindən aşağıda yerləşir. O, əsasən, Kür və Araz çaylarının mütəmadi daşqınları nəticəsində yaranmışdır. Belə ki zaman-zaman bu çayların mütəmadi və güclü mövsümi daşqınları ətrafdakı böyük çalaları dolduraraq orta dərinlikli, sahəsi o qədər də böyük olmayan göllər yaratmışdır. Mingəçevir hidrosisteminin (1953) və Araz su anbarının (1979) inşaları bu göllərin böyük əksəriyyətinin qurumasına səbəb olmuşdur. Nəticədə Mahmudçala, Ağçala, Şilyan gölləri bataqlıqlaşmış, Sarısu, Ağgöl, Mehman göllərinin hidroloji rejimi köklü dəyişmişdir.
Baliqli (göl)
Balıqlı — Göyçə gölünə şimal-qərbdən tökülən bir çayın adı. XX əsrin 30-cu illərində çay ermənicə Dzıknaqet adlandırılmışdır. Çayın adı onda balığın bolluğu ilə əlaqədardır. Balıqlı Bakugöl Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.
Balıq göl
Balıq Gölü Şərqi Anadolu regionunda, Aras Dağlarında yerləşən Türkiyənin ən yüksək göllərindən biridir. Ağrı ilində yerləşən və sahəsi 30 km² olan bu göl vulkan mənşəli göllərə aid edilir. Dəniz səviyyəsindən yüksəkliyi 2241 m, ən derin yeri isə 37 m-dir. Göl yaxınlığındakı kəndlərin əsas su mənbəyidir. Qidalanması qarışıq olub, əsas qidalanma mənbələrinə dağ qarlıq əraziləri, çaylar və yeraltı sular daxildir. Gölün ətrafında qartal, dovşan, şahin, kəklik, tülkü, canavar, bildirçin kimi heyvanlar yaşayır. Ağrı ilindən 60 km, Daşlıçay ilçəsindən isə 26 km uzaqlıqdadır. Bu ərazilər üçün sərt iqlim xarakterikdir. Qış uzun, yaz və yay isə qısa müddət davam edir. Burada 5 ay balıqçılıq buzlar qırılaraq həyata keçirilir.
Balıqlı (göl)
Balıqlı — Göyçə gölünə şimal-qərbdən tökülən bir çayın adı. XX əsrin 30-cu illərində çay ermənicə Dzıknaqet adlandırılmışdır. Çayın adı onda balığın bolluğu ilə əlaqədardır. Balıqlı Bakugöl Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.
Boden (göl)
Boden (alm. Bodensee‎) Almaniya, İsveçrə və Avstriya sərhədlərində yerləşən üç: Yuxarı (alm. Obersee‎), Aşağı (alm. Untersee‎) və Reyn hövzələrindən ibarət göl. Boden gölünün yatağı dəniz səviyyəsindən 395 m hündürlükdədir və sahəsi 536 km², uzunluğu 63 km, dərinliyi 254 m-dir. sahilləri təpəlik, lakin cənub şərq hissədə qayalıqdır. Gölün sahəsində bir neçə qoruq mövcuddur. bu göl Reyn çayı üçün həm mənsəb həm də mənbə sayılır. Göl yalnız sərt qışda donur. Bu gölün Almaniya sahilində Konstans və Fridrixhafen , Avstriya sahilində Bregens şəhərləri yerləşir.
Distrof göl
Evtrof göl
Göl (Marağa)
Göl (fars. گل‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 308 nəfər yaşayır (73 ailə).
Göl (dəqiqləşdirmə)
Göl
Göl (xalça)
Göl (medalyon, xonça, türünc) — türkdilli xalqların, o cümlədən azərbaycanlıların xalçaçılıqda xalçaların orta hissəsində olan naxışa verdikləri addır. Dəyirmi və uzunsov formalı, içərisinə şəkil qoyub boyuna taxmaq üçün istifadə edilən zərgərlik məmulatı olan medalyona bənzədiyindən gölü bir çox halda medalyon adlandırırlar. Xalça sənətində gölü «türünc», nadir hallarda isə «tabaq», farslar isə «torənc» adlandırırlar.
Göl (Çaroymaq)
Göl (fars. گل‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 165 nəfər yaşayır (31 ailə).
Göl bölgəsi
Göl bölgəsi(ing. Lake District) — eyni zamanda The Lakes adı ilə tanınan, Şimal-qərbi İngiltərədə yerləşən dağlıq bölgə. Bölgənin böyük bir hissəsi 1951-ci ildə Göl Bölgəsi Milli Parkına çevrilmişdir. İngiltərənin ən yüksək zirvəsi olan Skofel Payk də burada yerləşir.
Göl delfinləri
Göl delfinləri (lat. Lipotidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Göl ehtiyatları
Göl gəvəni
Göl gəvəni (lat. Astragalus uraniolimneus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Avstraliyada, o cümlədən Qafqazda təbii halda bitir. 7-25 sm hündürlükdə, qısa budaqlı, yarpağını tökən koldur. Yarpağı 5-6 cüt, ucu şiş, hər iki tərəfdən ağ, ipək tüklü, 5-10 sm uzunluqdadır. Çiçək oxu yarpağa bərabər, yaxud onlardan uzundur. Çiçək qrupu yumurtavari, şaraoxşar, çılpaqdır. Meyvəsi sıx tüklüdür. İyunda çiçəkləyir, meyvəsi iyul və avqustda yetişir. Dağların yuxarı qurşaqlarında, quru, daşlı yamaclarda yayılmışdır.
Göl iyesi
Göl nərəsi
Göl nərəsi (lat. Acipenser fulvescens) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Göl qağayısı
Chroicocephalus ridibundus (lat. Chroicocephalus ridibundus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin chroicocephalus cinsinə aid heyvan növü. Böyüklükləri 38–44 sm, qanad açıqlıqları 94–105 sm qədərdir. Yay fəslindəki yetkin quşların şokolad rəngli bir başı, açıq boz bədəni, qara uclu ilk qanad tükləri və qırmızı dimdik və ayaqları vardır. Yetkinliyə çatması 2 il çəkir. İlk il quşlarının quyruq ucunda qara zolaqlar vэ qanadlarda tünd sahələr görülür. Koloniyalar halında böyük qamış yataqları və ya bataqlıqlarda və adalarla göllərdə yaşayırlar, yerdə yuva qururlar. Açıq dəniz quşları deyillər. Şəhərlərdə zibil qarışdırır və ya onurğasız heyvanları ovlayırlar.
Göl qurbağası
Göl qurbağası (lat. Pelophylax ridibundus) — Suda-quruda yaşayanlar sinfindən olan qurbağa növdür. Daxili daban qabarı aşağıda yerləşir. Bel tərəfi müxtəlif çalarlı qonurumtul-yaşıl rəngdə olub, az və ya çox sayda tutqun xallara malikdir. Beli boyunca çox vaxt uzununa zolaq keçir. Qarnı çirkli ağ və ya sarımtıl olub, tutqun xallı və ya nöqtəlidir. Erkəklərdə ağızın künclərində boz rəngdə rezanatorlar yerləşir. Qurbağanın bədəni bel-qarın istiqamətdə basıq olub, qismən qısa və enlidir. Bədən baş, gövdə və ətraflardan təşkil olunmuşdur. Bədənə hərəkətsiz birləşən başın yanlarında bir cüt qabarıq göz yerləşir.
Göl çöküntüləri
Göl çöküntüləri — qırıntı (çınqıl, qum, gil), kimyəvi və üzvi materiallardan təşkil olunmuş, göl dibində əmələ gəlmiş çöküntülər. G.c.şirin sulu (terrigen çöküntülər-sapropel, diatomit), duzlu (terrigen, kimyəvi çöküntülər soda, mirabilit, qalit və b.)və vulkanik (kraterdə) çöküntülərə ayrılır.
Göl çökəkliyi
Göl çökəkliyi — yer səthində gölün suyu yerləşən çökəklik. Gölün suyunun maksimal səviyyəsində gölün su ilə örtülən hissəsinə gölün yatağı (navalçası) və ya gölün kasası deyilir. G.c.endogen və ekzogen proseslərin, eləcə də insanın təsərrüfat fəaliyyəti nəticəsində əmələ gəlir. Bənd tipli çökəkliklər su anbarının tikilməsi sayəsində də yaranır.
Göy-göl
Göllər Göygöl (göl) — Azərbaycanın Göygöl rayonunda göl. Göygöl (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda göl. Göygöl (Gədəbəy) — Gədəbəy rayonu ərazisində şirinsulu, axarlı göl. Göygöl (Ordubad) — Ordubad rayonunda şirinsulu, axarlı göl. Göygöl (Culfa) — Culfa rayonu ərazisində göl. Göygöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda göl. Çaylar Göygöl — Daşkəsən və Gədəbəy rayonları ərazisindən axan çay. Qoruq Göygöl Dövlət Təbiət Qoruğu — Azərbaycanda yaranan ilk qoruq. Yaşayış məntəqələri Göygöl (şəhər) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati mərkəzi. Göygöl rayonu — Azərbaycan Respublikasında rayon.
Göy göl
Göllər Göygöl (göl) — Azərbaycanın Göygöl rayonunda göl. Göygöl (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda göl. Göygöl (Gədəbəy) — Gədəbəy rayonu ərazisində şirinsulu, axarlı göl. Göygöl (Ordubad) — Ordubad rayonunda şirinsulu, axarlı göl. Göygöl (Culfa) — Culfa rayonu ərazisində göl. Göygöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda göl. Çaylar Göygöl — Daşkəsən və Gədəbəy rayonları ərazisindən axan çay. Qoruq Göygöl Dövlət Təbiət Qoruğu — Azərbaycanda yaranan ilk qoruq. Yaşayış məntəqələri Göygöl (şəhər) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati mərkəzi. Göygöl rayonu — Azərbaycan Respublikasında rayon.
Göygöl (göl)
Göygöl — Azərbaycanda göl. 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsib. Nəticədə şəffaf suyu olan Göygöl yaranmışdır. Göygöl ərazisində ümumilikdə 19 göl var. Bunlardan 7-si böyük göllər sırasına daxildir. Dəniz səviyyəsindən 1556 metr yüksəkliyində yerləşir. Uzunluğu 2800 metrdir. Eni 800 metrdən 1000 metrə qədərdir. Dərinliyi 96 metrdir. Gölün görünmə qabiliyyəti 8–10 metrdir.
Kincxar (göl)
Kincxar (Kincxardxand; urduca: کینجھر جھیل‎; ing. Keenjhar Lake), həm də — Каlri (urduca کلری جھیل‎; ing. Kalri Lake) — Pakistanın ən iri gölü. Kincxar gölü Hind çayının aşağı axarının sağ sahilində, Sind əyalətinin cənubunda Tatta dairəsində, Tatta şəhərindən şimal-şərqdə yerləşir. Su hövzəsinin sahəsi — 134,7 km²-dir. Uzunluğu 24 km, eni isə 6 km-dir. Hind çayı hövzəsinin funksionallaşmasında mühüm ekoloji rola malikdir. Tatta dairəsini və Kəraçi şəhərini təmiz su ilə təmin edir. Kincxar gölü 1930-cu ildə Kincxar və Kalri göllərinin Çilyada damba tikiləndən sonra birləşməsi ilə yaranıb. Göl Tatta şəhərindən 18 km və Kəraçi şəhərindən 122 km aralıda yerləşir.