Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Göyəbaxan
Göyəbaxan — Azərbaycan Respublikasının Tovuz rayonunun Göyəbaxan kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli əhalinin yozumuna görə, yaşayış məntəqəsi hər tərəfdən dağlarla əhatə olunduğundan və qonşu kəndlərdən görünmədiyindən belə adlandırılmışdır. Göyəbaxan (Gora, Günəbaxan da adlanır) maldarlıqla əlaqədar təsərrüfat tikilisi olub, "yeni doğulmuş quzuların salındığı yer"ə deyilir.Digər bir iddiaya görə, Göyəbaxan kəndinin adının mənası "Göy əbalı xan" deməkdir. Kənd əhalisinin sözlərinə görə XIX əsrin əvvəlində ruslardan qaçaq düşmüş beş qardaş Tovuz rayonunun dağlıq ərazisində yerləşirlər. Qardaşlardan biri hazırkı Göyəbaxan kəndi ərazisində yerləşir. Həmin qardaş göy rəngli geyimlərə (əbalara) üstünlük verdiyindən onun yaşadığı yer də əvvəllər "göy əbalı xanın yeri" adlanır. Zaman keçdikcə bu ad "Göyəbaxan" deyə səslənir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Çınqıldağ silsiləsinin (Kiçik Qafqaz) ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Göyəbaxan kənd klubu fəaliyyət göstərir.
Göyərçin
Göyərçin (lat. Columba) — göyərçinlər fəsiləsinə aid heyvan cinsi. Orta böyüklükdə, kiçik başlı, qısa boyunlu və qısa qıçlı quşlardır. Dimdikləri qısa, zəif quruluşlu, ucu yüngülcə aşağı əyilmişdir. Qanadları orta uzunluqdadır. Olduqca iti uçma qabiliyyətinə malikdirlər. Ayaqları yaxşı inkişaf etmişdir və arxa barmaq yerə dəyir. Meyvələr, dənəli və ya tumlu toxumlarla qidalanırlar.
Gövhərxan Sultan
Gövhər Sultan — 7. Osmanlı sultanı II Mehmedin qızıdır. Gövhər Sultan — 36. Şirvan şahı I Fərrux Yasarın qızı, 3. Ağqoyunlu sultanı Sultan Yaqubun xanımıdır. Gövhərmülk Sultan — 8. Osmanlı sultanı II Bəyazidin qızıdır. Gövhərxan Sultan — 9. Osmanlı sultanı I Səlimin qızıdır. Gövhərxan Sultan — 11.
Göyəbaxan kəndi
Göyəbaxan — Azərbaycan Respublikasının Tovuz rayonunun Göyəbaxan kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli əhalinin yozumuna görə, yaşayış məntəqəsi hər tərəfdən dağlarla əhatə olunduğundan və qonşu kəndlərdən görünmədiyindən belə adlandırılmışdır. Göyəbaxan (Gora, Günəbaxan da adlanır) maldarlıqla əlaqədar təsərrüfat tikilisi olub, "yeni doğulmuş quzuların salındığı yer"ə deyilir.Digər bir iddiaya görə, Göyəbaxan kəndinin adının mənası "Göy əbalı xan" deməkdir. Kənd əhalisinin sözlərinə görə XIX əsrin əvvəlində ruslardan qaçaq düşmüş beş qardaş Tovuz rayonunun dağlıq ərazisində yerləşirlər. Qardaşlardan biri hazırkı Göyəbaxan kəndi ərazisində yerləşir. Həmin qardaş göy rəngli geyimlərə (əbalara) üstünlük verdiyindən onun yaşadığı yer də əvvəllər "göy əbalı xanın yeri" adlanır. Zaman keçdikcə bu ad "Göyəbaxan" deyə səslənir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Çınqıldağ silsiləsinin (Kiçik Qafqaz) ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Göyəbaxan kənd klubu fəaliyyət göstərir.
Göyərçin (Bostanabad)
Göyərçin (azərb. گورچين‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 727 nəfər yaşayır (119 ailə).
Göyərçin (Heris)
Göyərçin (fars. گوگرچين‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (10 ailə).
Göyərçin (Nir)
Göyərçin (fars. گوگرچين‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 178 nəfər yaşayır (41 ailə).
Göyərçin (bürc)
Göyərçin (lat. Columba) — göyün cənub yarımkürəsində bürc. Sahəsi 270,2 kvadrat dərəcədir. Bürc Rusiyanın cənubu vilayətlərində dekabr — yanvar aylarında tamamilə görsənir. Bürcün ən parlaq ulduzu göyərçinin alfası adlanır.
Göyərçin (dağ)
Göyərçin- Azərbaycan Respublikasının Qazax rayonunda dağ. 2. Qobustanda palçıq vulkanı; 3. Cəbrayıl rayonunda dağ. Tədqiqatçılara görə, bu oronimlər peçeneq tayfalarından biri olan küyərçilərin adını əks etdirir. Türkiyənin Qars əyalətinin Kağızman qəzasında Göyərçin adlı iki kənd və bir dağ, keçmiş Cavad qəzasında Göyərçin adlı qışlaq, İrəvan qəzasında Göyərçin adlı xarabalıq, Quba rayonunun Gürzalı kəndində Göyərçin qayası, Laçın rayonunun Minkənd kəndində Göyərçinli təpə və s. qeydə alınmışdır.
Göyərçin (dəqiqləşdirmə)
Quşlar Göyərçin (lat. Columba) — göyərçinlər fəsiləsinə aid heyvan cinsi. Qara göyərçin (lat. Columba janthina) — göyərçin cinsinə aid heyvan növü. Çöl göyərçini (lat. Columba livia) — göyərçin cinsinə aid heyvan növü. Gümüşüzolaqlı göyərçin (lat. Columba jouyi) — göyərçin cinsinə aid heyvan növü. Columba guinea (lat. Columba guinea) — göyərçin cinsinə aid heyvan növü.Yaşayış məntəqələri Göyərçin (kənd) — İcevan rayonunda kənd.
Göyərçin (jurnal)
Göyərçin jurnalı - 1958-ci ildə nəşr olunmağa başlanıb. İlk redaktoru yazıçı Yusif Əzimzadə, rəssamı isə Yusif Hüseynov olmuşdur. Sonralar həmin vəzifələrdə Hüseyn Abbaszadə, Xalidə Hasilova, Tofiq Mahmud, təsviri sənət ustalarından Rafiq Mehdiyev, Arif Hüseynov və başqaları işləmişlər. Azərbaycan xalqının ən dəyərli söz-qələm ustadları məmnuniyyətlə jurnalda çıxış edib, ürək sözlərini yazıb, azyaşlı uşaqlara, yeniyetmələrə məsləhətlər, tövsiyələr veriblər."Göyərçin" ədəbi-bədii jurnaldır. Burada Azərbaycan və dünya xalqlarının nağılları, uşaq yazıçılarının əsərləri, folklor nümunələri olan tapmacalar, nağıllar, hikmətli sözlər nəşr edilir. Eyni zamanda uşaqların fərdi yaradıcıllıqlarına da yer verilir. Bundan başqa, Azərbaycan təbiəti, yurdumuzun çayları, ulu yurd yerlərimiz, Azərbaycan xalqının igid oğulları haqqında uşaqlara lazımi məlumatlar verilir. "Göyərçin"dən əlifbadan sonra ikinci dərs vəsaiti kimi də istifadə etmək olar. Çünki jurnalda çap olunan materillardan dərsliklərin tərtibində də istifadə olunur. Jurnal əsasən I-IV sinif şagirdləri üçün nəzərdə tutulub.
Göyərçin (kənd)
Göyərçin kəndi — Qаrаqоyunlu elinin kəndlərindən biri. == Tarixi == Göyərçin kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı. == Əhalisi == Göyərçin kəndi Qаrаqоyunlu elinin kəndlərindən biri olaraq Ermənistan SSR İcevan (Karvansara) rayonunda, rayon mərkəzindən 16 km cənub-şərqdə azərbaycanlılar yaşamış kənddir. Azərbaycanlı əhalisi 1897-ci ildə 257, 1926-cı ildə 271, 1931-ci ildə 205, 1939-cu ildə 237 nəfər olub. 1950-ci ildə yaxınlıqdakı Salah kəndi ilə birləşdirilmişdir, əhalisi də oraya köçürülmüşdür. Kəndin məşhur tayfaları aşağıdakılardır: Göyalılar, Məmmədalılar, Dəmirli, Abdullalı.
Göyərçin Veysəlli
Göyərçin Veysəlli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Göyərçin Veysəlli oyk., mür. Cəbrayıl rayonunun Şahvəlli inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. Əsli Göyərcik Veysəllidir. Oykonim Göyərcik (kənd adı) və Veysəlli (etnotoponim) komponentlərindən düzəlib, "Göyərcik kəndi yaxınlığındakı Veysəlli kəndi" deməkdir. Birinci komponent eyni zamanda kəndin adını Daş Veysəlli kəndinin adından fərqləndirməyə xidmət edir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Göyərçin fotoqrafiyası
Göyərçin fotoqrafiyası 1907-ci ildə alman əczaçısı Culiyus Nübronner tərəfindən ixtira olunmuş aerofotoçəkiliş texnikasıdır. Miniatür kameranın yerləşdirilməsi üçün poçt göyərçini alüminium qoşqu ilə təchiz olunurdu. Nübronnerin patenti ilk başda qəbul edilmədi, fəqət onun 1908-ci ildə göyərçinləri vasitəsilə çəkdiyi uğurlu şəkillər patentin qəbul olunması ilə nəticələndi. Nübronner texnikasını ilk dəfə 1909-cu ildə Drezden Beynəlxalq Fotoqrafik Sərgisində ictimailəşdirdi. Çəkdiyi şəkillərin bəzilərini Frankfurt Beynəlxalq Aviasiya Sərgisinə, 1910 və 1911-ci illərdə isə Paris Hava Nümayişlərinə poçt kartoçkaları olaraq satdı. İlkin dövrlərdə göyərçin fotoqrafiyasının hərbi kəşfiyyat cəhətdən potensiyalı yüksək idi. Birinci Dünya Müharibəsindəki testlər də müsbət nəticələr göstərmişdi. Müharibədə poçt göyərçinləri üçün düzəldilmiş daşına bilən göyərçin evi texnologiyasının da təsiri az olmamışdı. Aviasiya sahəsində mükəmməlliyin üstün tutulması göyərçin fotoqrafiyasına olan hərbi marağın azalması ilə nəticələndi və beləcə Nübronner eksperimentlərini dayandırdı. Bu fikir 1930-cu ildə İsveç saatsazı tərəfindən dirçəldildi, habelə Alman və Fransız orduları tərəfindən istifadəsi davam etdirildi.
Göyərçin jurnalı
Göyərçin jurnalı - 1958-ci ildə nəşr olunmağa başlanıb. İlk redaktoru yazıçı Yusif Əzimzadə, rəssamı isə Yusif Hüseynov olmuşdur. Sonralar həmin vəzifələrdə Hüseyn Abbaszadə, Xalidə Hasilova, Tofiq Mahmud, təsviri sənət ustalarından Rafiq Mehdiyev, Arif Hüseynov və başqaları işləmişlər. Azərbaycan xalqının ən dəyərli söz-qələm ustadları məmnuniyyətlə jurnalda çıxış edib, ürək sözlərini yazıb, azyaşlı uşaqlara, yeniyetmələrə məsləhətlər, tövsiyələr veriblər."Göyərçin" ədəbi-bədii jurnaldır. Burada Azərbaycan və dünya xalqlarının nağılları, uşaq yazıçılarının əsərləri, folklor nümunələri olan tapmacalar, nağıllar, hikmətli sözlər nəşr edilir. Eyni zamanda uşaqların fərdi yaradıcıllıqlarına da yer verilir. Bundan başqa, Azərbaycan təbiəti, yurdumuzun çayları, ulu yurd yerlərimiz, Azərbaycan xalqının igid oğulları haqqında uşaqlara lazımi məlumatlar verilir. "Göyərçin"dən əlifbadan sonra ikinci dərs vəsaiti kimi də istifadə etmək olar. Çünki jurnalda çap olunan materillardan dərsliklərin tərtibində də istifadə olunur. Jurnal əsasən I-IV sinif şagirdləri üçün nəzərdə tutulub.
Göyərçin noxudu
Göyərçin noxudu (lat. Cajanus cajan) — paxlakimilər fəsiləsinin kayanus cinsinə aid bitki növü.
Göyərçin qəsri
Gövərçinqala qəsri və ya Kazım daşı — İranın Qərbi Azərbaycan ostanında Urmiya gölündə yerləşən qəsr. Urmiya gölünün içində iki dağ kimi ada var ki, adaların birində qəsr tikilib. 10 il əvvəl bu təbii qəsr hər tərəfdən su ilə əhatələnmişdi və oraya ancaq qayıqla çatmaq olardı. İndi isə Urmiya gölünün kəskin dayazlaşmasına görə adalara quru ilə getmək olar. İranın ən böyük duzlu gölü Urmiyanın 1/3 quruyub. Burada müharibə və ara çəkişmələri vaxtı ətrafda yaşayan əhalinin sığınacağı idi. Qəsrin adada olması düşmənlərin ona yaxınlaşmasını əngəlləyirdi. İndi Qala-qəsr pis, dağınıq vəziyətdədir.
Göyərçin xanım
Gövhər Qazıyeva (azərb. Gövhər Əhməd qızı Qazıyeva‎; 1887, Tiflis – 1960, İran) — Azərbaycanın ilk peşəkar aktrisası (ilk rolunu 1906-cı ildə oynayıb). "Göyərçin" ləqəbi ilə tanınmışdır. == Həyatı == Gövhər Qazıyeva 1887-ci ildə Tiflis şəhərində ziyalı ailəsində anadan olub. O, orada nəcib qızlar institutunu bitirib, rus və Azərbaycan dilində mükəmməl təhsil alıb. == Fəaliyyəti == XIX əsrin sonu - XX əsrin əvvəli Tiflisin teatr mühiti, çox maraqlı və rəngarəng idi. Tiflis zadəgan teatrında həvəskar azərbaycanlı aktyorlar da tez-tez tamaşalar verirdilər. Bu zaman Tiflisdə bir neçə Azərbaycan teatr truppası fəaliyyət göstərirdi. Bunlardan mühümləri Mirzə Əli Abbasovun rəhbərlik etdiyi "Dram cəmiyyəti" və Həbib bəy Köçərlinskinin başçılıq etdiyi "Səadət" truppası idi. 1906-cı ildən səhnə fəaliyyətinə başlayan Gövhər Qazıyeva hər iki truppanın tamaşalarında uğurla çıxış etmişdir.
Gümüşüzolaqlı göyərçin
Gümüşüzolaqlı göyərçin (lat. Columba jouyi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü.
Qara göyərçin
Qara göyərçin (lat. Columba janthina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü. == Yarımnövləri == C. j. janthina C. j. nitens C. j.
Sarıgöz göyərçin
Sarıgöz göyərçin (lat. Columba eversmanni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü.
Ötərxan Eltac
Ötərxan Eltac (tam adı:Məmmədov Ötərxan Əyyub oğlu d. 15 fevral, 1970. Laçın, Quşçu) — jurnalist, ssenari müəllifi, "Qızıl qələm" mükafatı laureatı, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Məmmədov Ötərxan Əyyub oğlu 15 fevral 1970-ci ildə Laçın rayonunun Quşçu kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə alıb. Hələ 9-10-cu siniflərdə oxuyarkan "Laçın", "Şuşa", "Qarabağ" qəzetlərində ara-sıra şeir və məqalələri çap olunurdu. O, 1994-cü ildə ABU-nun jurnalistika fakultəsinə əyani, 1995-ci ildə isə ADMİU-nun rejissorluq fakültəsinə qiyabi qəbul olunub. Hər iki ixtisa üzrə eyni vaxtda təhsil alıb. Tələbəlik illərində yazdığı şeirləri toplayaraq, 1995-ci ildə "Həsrətindəyəm" adlı ilk kitabı ilə oxucuların görüşünə gəlib. Tələbəlik illərindən "Sözə-söz" ədəbi birliyinin üzvü olub.
Ağ-qara göyərçin
Ağ-qara göyərçin (lat. Columba leucomela) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü.
Gövhərxan Sultan (II Səlimin qızı)
Gövhərxan Sultan (d. 1544, Bursa - ö. 1622, İstanbul) — 11. Osmanlı sultanı II Səlimin qızı. == Həyatı == Gövhərxan Sultan 1544-cü ildə Bursada dünyaya gəlmişdir. Atası Qanuni Sultan Süleymanın oğlu və o illərdə Manisa sancaqbəyi olan Şahzadə Səlim, anası isə Venesiya əsilli kənizlərindən Nurbanu Sultandır. Nurbanu Sultanın eyni il içində dünyaya gətirdiyi üçüncü qız olduğu üçün, bacıları Şah və Əsməhan Sultanlarla birlikdə üçəm olduğu qəbul edilir. Uşaqlıq illəri atasının sancaqbəyi olaraq xidmət etdiyi Manisa, Qaraman və Kütahyada keçdi. 1 avqust 1562-ci ildə İstanbulda baş tutan möhtəşəm mərasimlə Qanuni Sultan Süleyman yeganə varisi olan Şahzadə Səlimin qızlarını hələ 18 yaşında ikən mühüm siyasi şəxslərlə evləndirdi: Əsməhan Sultan babasının vəzirlərindən Sokollu Mehmed Paşayla, Gövhərxan Sultan kaptan-ı dərya Piyalə Paşayla, Şah Sultan isə yeniçəri ağası Çakırcıbaşı Həsən ağayla nigahlandı. Bu evlilikdən cütlüyün 4 övladı dünyaya gəldi: Sultanzadə Mustafa bəy (ö.
Gövhərxan Sultan (I İbrahimin qızı)
Gövhərxan Sultan (d. 1642, İstanbul - ö. 27 oktyabr 1694, Ədirnə) - Osmanlı padşahı İbrahimın qızı. Hələ dörd yaşında 23 noyabr 1646'da Çavuşzadə Mehmed Paşa ilə evləndi. Ərinin müxtəlif yerlərdə hakim təyin edilməsi səbəbilə ömrünün bu illərində dayanmadan köç etmişdir. Bu evlilik Paşanın 1681 tarixindəki ölümünə qədər davam etdi. 1692 tarixində dönəmin kaptan-ı dəryası Halvaçı Yusif Paşa'yla evləndi. 27 oktyabr 1694 tarixində ögey qardaşı II Əhmədin səltənət illərində Ədirnədə vəfat etdi. Məzarı Şahzadə külliyəsindəki türbəsində yerləşir.