Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qorqori
Qorqori — Tiflis quberniyasının Tioneti qəzasında çay. İrəvan quberniyasının Eçmiadzin qəzasında Qurqura-Naval, Şimali Qafqazda Xasavyurt dairəsində Qurqur-Kutan və Qurqur-Tubə (yenə orada) toponimləri ilə mənşəcə eynidir. XIX əsrdə Quba qəzasının cənub hissəsində də bir dağın adı Qurqur kimi qeyd olunmuşdur. Qədim türkmənşəli bolqarların Kuriqur tayfasının adını əks etdirir.
Qozdərə
Qozdərə — Azərbaycan Respublikasının Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd. Kəndin əsl adı Qozludərədir. Kənd qoz ağaclarının bol olduğu dərədə salındığı üçün belə adlanmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Zəyəmçayın sahilində, dağətəyi ərazidə yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qriqore Viyeru
Qriqore Viyeru (rum. Grigore Vieru; 14 fevral 1935, Pererıta[d] – 18 yanvar 2009, Kişinyov) — sovet və moldav şairi, Moldova Yazıçılar Birliyinin üzvü.
Luis de Qonqora
Luis de Qonqora (isp. Luis de Góngora y Argote, 11 iyul 1561–23 may 1627)— İspaniya şairi, barokko üslubi cərəyanının banisi. == Həyatı == XVII əsr ispan ədəbiyyatında barokko ədəbi cərəyanının ən böyük şairi Don Luis de Qonqora-i-Arqote olmuşdur. Servantes onu "nadir və təkrarolunmaz bir dahi" adlandırmışdır. Qonqora öz orijinal poeziyası ilə barokko ədəbiyyatında qonqorizm, kultizm, kulterianizm adları ilə səciyyələnən bir cərəyanın yaranmasına səbəb olmuşdur. O, 1561-ci ildə Kordovada qədim zadəgan ailəsində doğulmuşdur. Atası Fransisko de Arqote Kordova şəhər hakimi idi. İlk təhsilini şair evdə almış, Salamanka universitetində oxumuşdur. Qonqora təhsilini bitirib keşiş rütbəsi alır və bir vəzifə tutmaq arzusu ilə Madridə gəlir. Lakin latın və yunan dillərini mükəmməl bilməsi və aristokratlığı ona kömək etmir.
Baba Gorgor (Qürvə)
Baba Gorgor (fars. باباگرگر‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 12 nəfər yaşayır (4 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Tufan Baba Gorgor (Qürvə)
Tufan Baba Gorgor (fars. طوغان باباگرگر‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 676 nəfər yaşayır (160 ailə). Əhalisini azərbaycan türkləri və kürdlər təşkil edir.